Xəbər lenti
11/12/2017 [01:00]:
"Murov istiqaməti üzrə hücum əməliyyatı aparmaq üçün ən əlverişli vaxt yay-payızdır"
11/12/2017 [00:32]:
Azərbaycanda aviaşirkət işçisi təyyarənin yük yerində Almaniyaya qaçdı
11/12/2017 [00:13]:
Bürclər – 11 DEKABR
11/12/2017 [00:06]:
Salyandakı qətl və acı gerçəklər...
11/12/2017 [00:05]:
Almaniyada Yeni il ağacı adamların üstünə aşdı
10/12/2017 [23:58]:
İlhamə Quliyevanın oğlu sərbəst buraxıldı: Məsuliyyətsizlik etdim
10/12/2017 [23:39]:
Saakaşvilinin arvadı rəsmi Kiyevin “qırmızı xətt”i keçdiyini bildirdi
10/12/2017 [23:37]:
Səidədən Natavanı qınayanlara cavab: "Sizdə heç bu olmayıb?" - FOTO
10/12/2017 [23:28]:
Röya Türkiyənin nüfuzlu mükafatına layiq görüldü - "Qızıl kəpənək"
10/12/2017 [23:04]:
Azərbaycanın intellektual tələbələri “Poliqon”un finalında yarışacaqlar...
10/12/2017 [22:54]:
İstanbulda AXC mühacirlərinin baxımsız qalmış məzarları yenilənəcək - FOTO
10/12/2017 [22:42]:
Bu il “YouTube”dan ən çox qazananlar - Siyahı
10/12/2017 [22:20]:
ABŞ-da təyyarə qəzaya uğradı: Ölənlər var
10/12/2017 [22:08]:
Saat kimi istifadə olunan və vaxtı dəqiq göstərən qaya – Günorta daşı
10/12/2017 [22:00]:
Stokholmda Nobel mükafatları təqdim edildi
10/12/2017 [21:48]:
ABŞ təmsilçisi: Biz istədiyimizi edə bilərik
10/12/2017 [21:48]:
Qüds böhranını həll etməyə hazıram - Netanyahu
10/12/2017 [21:46]:
BAO-çular Azərbaycan Kültür Dərnəyini ziyarət edib
10/12/2017 [21:31]:
İsrail ordusu fələstinlidən üç alma oğurlayan komandiri cəzalandırdı
10/12/2017 [21:23]:
Bakıda ticarət mərkəzində liftin təmiri zamanı 28 yaşlı oğlan ölüb
10/12/2017 [21:03]:
"Ərdoğanın əsas məqsədi Türkiyə daxilindəki siyasi problemləri ikinci sıraya keçirməkdir"
10/12/2017 [20:50]:
Roma Papasından Qüdslə bağlı şifrəli - Açıqlama
10/12/2017 [20:50]:
Salyanda minik avtomobili ilə yük maşını toqquşub, xəsarət alanlar var
10/12/2017 [20:45]:
Faciəvi hadisənin TƏFƏRRÜATI: Rusiyadan qonaq gələn qadınlarla birgə öldü
10/12/2017 [20:20]:
"Trampın Qüds qərarının həyata keçirilməsinin asan olmayacağını göstərəcəyik" -Ərdoğan
10/12/2017 [20:18]:
Rusiyadan Azərbaycana gələn qatarlara yeni hərəkət qrafiki tətbiq edildi
10/12/2017 [19:35]:
“Cinayətlərin qarşısını almaq çətinləşib” -Keçmiş polis rəisi səbəblərdən danışdı
10/12/2017 [19:20]:
Ləvəngi qutabı, 12 dəqiqəyə bişirilən xaş - Azərbaycanda yeni yemək növləri
10/12/2017 [19:16]:
ABŞ səfirliyi qarşısında polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq etdi
10/12/2017 [19:10]:
Şimali Koreya lideri Trampın qərarından danışdı: “İsrail adlı dövlət varmı ki,...”
10/12/2017 [19:04]:
Söyün Sadıqovla Saakaşvilinin işbirliyi barədə müdhiş iddialar - iş adamı sualdan qaçır...
10/12/2017 [19:00]:
Mingəçevirdə mənzildə 70 yaşlı qadının cəsədi tapılıb
10/12/2017 [18:30]:
Türkiyə və Rusiya "Akkuyu" AES-nin inşasına başlayıb
10/12/2017 [18:30]:
53 yaşlı milyonçu evində ölü tapıldı...
10/12/2017 [18:07]:
15 yaşlı oğlanla cinsi əlaqəyə girən qadına 5 İL HƏBS
10/12/2017 [18:05]:
Britaniyaya yağan güclü qar hava limanlarının işini iflic edib
10/12/2017 [18:01]:
32 yaşlı azərbaycanlı qadın: “Ərim başımı divara çırpdı, ağzımın içinə tüpürdü”
10/12/2017 [17:59]:
Avropa Birliyi Qüds məsələsində Trampa qarşıdır
10/12/2017 [17:54]:
Dortmund "Borussiya"sının baş məşqçisi dəyişib
10/12/2017 [17:53]:
“Heykəl tənhalığı” təqdim edildi- FOTOLAR
10/12/2017 [16:54]:
Azərbaycanla Pakistan arasında yeni müqavilələr imzalanacaq
10/12/2017 [16:52]:
Saakaşvilinin tərəfdarları Kiyevdə aksiya keçirir
10/12/2017 [16:50]:
Prezident 4 naziri vəzifəsindən azad etdi
10/12/2017 [16:01]:
Azərbaycanlılar Rza Zərrabı dəstəkləyirmi? - VİDEOSORĞU
10/12/2017 [15:44]:
Bakıda maşın qəzada bu hala düşdü — FOTOLAR
10/12/2017 [15:37]:
Gürcüstan Saakaşvilini Ukraynadan geri istəyir
10/12/2017 [15:35]:
"İstəyirəm Natavan övlad dünyaya gətirsin"
10/12/2017 [15:34]:
Formula-1: Azərbaycan ən çox tamaşaçı artımı göstərən ölkədir
10/12/2017 [15:30]:
İntiharın qarşısı alındı - BİNƏQƏDİDƏ
10/12/2017 [14:56]:
Beyonce Nüsrəti evinə dəvət etdi - Kabab çəkmək üçün (FOTOLAR)
10/12/2017 [14:47]:
CHP-li deputatdan Türkiyə siyasətçilərinə çağırış: “Var-dövlətinizi açıqlayın”
10/12/2017 [14:34]:
"Mançester Yunayted"dən rekord transfer: 218 milyon...
10/12/2017 [14:33]:
Əməkdar artistin oğlu birinci oldu
10/12/2017 [14:30]:
“Tağıyevi ilk rüşvət verən azərbaycanlı kimi təqdim edib, onu kiçiltməyin”- Tədqiqatçıdan etiraz
10/12/2017 [14:28]:
Rayon sakinlərindən məmurlara örnək olacaq addım - FOTOLAR
10/12/2017 [14:22]:
Alimlər səbəbini tapdı: kişilər niyə homoseksual olur?
10/12/2017 [14:22]:
Teleaparıcı Trampın liftdə ona sataşmağından danışdı: "Məni öpməyə çalışdı"
10/12/2017 [14:21]:
Cabbar Qaryağdıoğlu və Seyid Şuşinskinin gizli üzü- Xan Şuşinskinin xatirələri
10/12/2017 [14:11]:
Rusiya XİN: “ABŞ birdəfəlik anlamalıdır ki, sanksiyalar işləmir”
10/12/2017 [14:05]:
İt saxlayaraq narkotikdən canlarını qurtardılar - FOTOLAR
10/12/2017 [13:59]:
Kəndi 20 sakinlə birlikdə 140 minə satdılar
10/12/2017 [13:53]:
Goradildəki cinayətdə kriminal aləm izi: "Mənimlə söhbət edəndə papağı çıxart"
10/12/2017 [13:51]:
Azərbaycanda dəhşətli qəzada ölənlərin ikisi həkim imiş - Adlar
10/12/2017 [13:47]:
Bakıda uşaqları əlindən alınan kişi intihara cəhd etdi - VİDEO
10/12/2017 [13:40]:
Vahid Ələkbərovun səhmləri müsadirə olunacaq
10/12/2017 [13:37]:
BMT dünyada rüşvətin illik həcmini açıqladı - ŞOK ARAŞDIRMA...
10/12/2017 [13:25]:
Astanada təyyarə reysləri təxirə salındı – Səbəb
10/12/2017 [13:20]:
Səudiyyədən Fələstin planı: Əbu Mazan, səbirli ol...
10/12/2017 [13:19]:
Sabahın hava proqnozu açıqlandı
10/12/2017 [13:15]:
Milli Onkologiya Mərkəzində əməliyyat olunan deputat danışdı: “...İnsan həyatıdır da...”.
10/12/2017 [13:13]:
Misirdə tarixi tapındı: İki fironun məzarı... - Foto
10/12/2017 [13:07]:
Qoyun yunu və zərif heyvan tüklərinə yeni idxal gömrük rüsumları tətbiq ediləcək
10/12/2017 [13:06]:
Fatma Abdullazadə Fazil Məmmədovun 1 milyon dollarını alıb?
10/12/2017 [13:02]:
"Danışıqlar prosesinin hara aparıb çıxaracağını söyləmək çətindir..."
10/12/2017 [13:00]:
Netanyahu: "Avropa ölkələri ikiüzlüdür"
10/12/2017 [12:59]:
Minlərlə insan etiraza qalxdı: Qüds qərarı
10/12/2017 [12:46]:
Ərəb Dövlətləri Liqası ABŞ-dan Yerusəlimə dair qərarı ləğv etməyi tələb edib
10/12/2017 [12:44]:
Gündə 8 saat "Fox&friends" izləyərək ölkəni idarə edir - Pulta heç kim toxunmur...
10/12/2017 [12:29]:
Bu yağlar orqanizmimizi necə məhv edir? - Rəy
10/12/2017 [12:26]:
Alimləri robotlar üçün yeni texnologiya yaratdılar
Bütün arxiv bir sırada
11/10/2017 [13:21] - Müsahibə - ( 3004 dəfə baxılıb)

“Xalq şairi Qabilin danışıq və hərəkətlərinə baxıb bir obrazımı yaratdım”- MÜSAHİBƏ

Fərhad İsrafilov: “Vaqif İbrahimoğlu məni özümdən də yaxşı tanıyırdı”






“Qəqənisən ki, Qəqəni”…. Məşhur  “Yeddi oğul istərəm” filmində əvəzedilməz aktyor Şahmar Ələkbərovun nişan almağı öyrədən zaman yanındakı balaca oğlana dediyi bu ifadəni hamı xatırlayır… Az qala, zərbi-məsələ də çevrilib. Kiminsə özündən kiçiyə bu cür ərkyana müraciətini eşitmişik. Amma bunu ilk olaraq, Fərhad İsrafilov- yəni, Şahmar Ələkbərovun yanındakı həmin Qəqəninin özü eşidib… 

İndi də, elə həmin Qəqənidi… Aradan 47 il keçməsinə baxmayaraq, Fərhad müəllimin o zamanın Qəqənisindəki saflığı, səmimiyyəti hələ də qoruyub saxlayıb. Onunla söhbətləşəndə bunu daha yaxşı hiss edirsən. İllər ötüb, mühitlər dəyişib, fərqli insanlar, fərqli məkanlar, enişlər-yoxuşlar Fərhad İsrafilovdan hələ də səmimiyyəti  apara bilməyib. Böyük Moskva kino məktəbini keçmiş, Vaqif İbrahimoğlu kimi ustadın əlindən su içmiş, hazırda Müəllimdən aldıqlarını Mədəniyyət və İncəsənət Universitetindəki tələbələrinə qaytarmaqda olan Əməkdar artist, dosent Fərhad İsrafilov  Moderator.az-a müsahibəsində elə danışır ki, sanki yenə də haradansa, qeybdən Şahmar Ələkbərovun əli çıxacaq, 14 yaşında olduğu kimi  saçlarını tumarlayacaq və həmin məşhur ifadəni deyəcək: Qəqənisən ki, Qəqəni….”

Yağmurlu, çiskinli payız havası… Mahiyyət etibarilə dünyanın özünə sığmayan, lakin varlığını qorumaq üçün Kukla Teatrının bir neçə dar otağına yerləşən Yuğ, elə yağışdan qorunmaq üçün  haradasa daldalanan uşağa bənzəyir… 
...Və.. biz o otaqların birində Yuğ Teatrının ən qocaman aktyorlarından olan, əməkdar artist, dosent Fərhad İsrafilovla üz-üzə söhbət edirik. Yox, bizdən fərqli olaraq, o, əvvəlcə Qəqənidən başlamır. Deyir ki, hələ  “Yeddi oğul istərəm”dən bir il əvvəl (1969-cu ildə) məşhur “Şərikli çörək” filminə də çəkilib. Epizodik rolları oynayan uşaqlardan biri özü olub. Hətta həmin filmin baş qəhrəmanı- yəni, Vaqifi də ola bilərmiş. Lakin nə olub, nə olmayıbsa, son seçim o yox, Kamran Rəcəbli olub. Amma həmin epizodik rol da Fərhad müəllimə kinonu sevdirib. İlk dəfə olaraq, canlı kamera, nəhəng aktyorlar, çəkiliş meydançası, hətta ezamiyyət də görüb. 13 yaşında çəkiliş üçün Nalçikə də gedib… Sonrakı mərhələ isə Qəqəni olub. Deyəsən, çox danışdıq. Həmən sözü Fərhad müəllimə verək:   


-“Yeddi oğul istərəm” filmi 1970-ci ildə çəkildi. O vaxt cəmi 14 yaşım vardı. Hər şey mənim üçün yeniydi. Onda bildim ki, aktyor filmdən əvvəl qrim də olunmalıdı. Aktyorlar, texniki heyət- hamı bir-biri ilə doğmalaşmışdı. Həsən Məmmədov və başqa aktyorla ünsiyyətdə olmaq 14 yaşlı uşaq üçün təsəvvür edin ki, nə deməkdi…

Rəhmətlik Şahmar Ələkbərovla hər zaman bir yerdə olardıq. Yeməyi  bir yeyib, suyu da bir içərdik. 

-Şahmar Ələkbərov Qəzənfər əmi olaraq Qəqəniyə döyüşənliyi, nişan almağı öyrədirdi. Bəs, o, Şahmar Ələkbərov kimi Fərhad israfilova nəyi öyrətdi?

-Müəyyən bir şeylər var idi ki, onları düz etməyəndə, məsələn, vurğunu düzgün vurmayanda, Şahmar Əəkbərov məni yönəldirdi. Uşaq idim, məndə istər-istəməz gərginlik olmalı idi. Şahmar da ilk növbədə bu gərginliyi məndən kənar etmək istəyirdi. 

Elə söhbətimizə bu axarla da davam edirik. Fərhad müəllimdən xahiş edirik ki, filmin çəkiliş prosesində baş verən maraqlı xatirələrdən bizə də dnaışsın. O da yol alır…-62 yaşlı Fərhaddan 14 yaşlı Qəqəniyə doğru…

-Çəkilişində  çox maraqlı əhvalatlar baş  verib. Yeddi oğuldan biri kənd uşağıydı, çox yaxşı at çapmağı vardı. At üzərində olan səhnələrin biri çəkilən vaxt dedi ki, mən yəhərsiz at sürəcəyəm. Ata yəhərsiz mindi. İki dövrədən sonra at bunu necə vurdusa, aktyor çox pis əzildi. Hamımız pis olduq. Onu əvəvlcə  yaxındakı bir xəstəxanaya apardıq. Xəstəxana dedi, götürə bilmərik, vəziyyəti çox ağırdı. Başqa məşhur bir xəstəxanaya apardıq, orada onu özünə gətirdilər.


Çəkilişdə belə maraqlı anlar çox olub. Bir aktyorun da üzünü at dişləmişdi. Yadınıza gəlirsə, filmin bir səhnəsində Bəxtiyar Humayı döyür. Onda da Şahsuvar  (Rafiq Əzimov) Bəxtiyarın mindiyi atın cilovundan tutub “Bəxtiyar, dayan neyləyirsən” deyə, qışqırır. Bax, onda at Rafiq Əzimovun üzünü dişlədi. 

-Filmin rejissoru Tofiq Tağızadəni kifayət qədər sərt və mürəkkəb insan kimi qələmə veriblər. Onunla işləmək çətin olmadı ki?

-Düzü, mən onda sərtlik və qəlizlik hiss etmədim. Əksinə, Tofiq Tağızadədə çox böyük səmimiyyətin şahidi oldum. Biz çəkiliş zamanı çox mehriban idik. Fərq qoyulmurdu ki, bu aktyordu, bu isə texniki işçidir, hamı bir ailə kimi idilər. Tağızadə də lazım olanda onlarla futbol oynayırdı, lazım olanda dənizə gedərdilər… 

Amma iş prosesində isə çox tələbkar idi. Bu da müsbət haldı. Ramiz Həsənoğlu (rejissor, xalq artisti) da bu cür tələbkardı. Biz onunla çox işləmişik. O, istədiyi nəticəni almasa, əl çəkməyəcək. Amma sonda elə gözəl nəticə alacaq ki… Bütün rejissorlarda bu xarakter hiss olunub.  Hər rejissorun öz taktikası var…

-Fərhad müəllim, 14 yaşda yaratdığınız obrazda necə səmimisinizsə, son rollarınızda da, elə realda da o cür saf və səmimisiniz. Bunu necə qoruya bilmisiniz?

-Bu saflıq insanın özündən irəli gəlir. Ümumiyyətlə, mən həyatda çox səmimi adamam. Bunu başqaları söyləsə, daha yaxşı olar, indi mənim burada durub  deməyim düzgün deyil. Səmimiyyət olmasa, gözəl sənət yaratmaq olmaz. Çünki saflıq, səmimiyyət  insanın öz təbiətindən irəli gəlir. İşimiz aktyorluqdu. Amma bu o demək deyil ki, aktyorluq edəndə, müxtəlif obrazları yaradanda öz daxili səmimiyyətimizi kənara qoyaq. Əksinə, insanın səmimiyyəti onun yaratdığı rollara yansıyanda çox böyük effect  verir. Adicə uşaqla danışanda bu dialoq bizə çox maraqlı gəlir. Elə istəyirik ki, bu ünsiyyəti davam etdirək. Çünki onların danışığında heç bir məna, iddia  axtarmırıq. Ona görə də, uşaqların  ünsiyyətindəki saflıq, səmimiyyətdən hər zaman xoş qarşılanıb. 

Mən sənətdə hər zaman bu cür səmimiyyəti saxlamağa çalışmışam və başqa cür də bacarmamışam.  İki müəllimim olub: biri, Moskvada Yevgeni Matveyev, o biri isə Yuğun yaradıcısı, mərhum ustadımız Vaqif İbrahimoğlu… Vaqif müəllim hər zaman bizə bunu öyrədirdi: “Çalışın, mənfur artistlikdən uzaq olun”.  Həmişə deyərdi, mən sevinirəm ki, mənim məhz bu cür aktyorlarım yoxdu. 
O biri müəllimim Matveyev də deyirdi ki, sən əgər 5 manatlıq iş görmüsənsə, onu 10 manatlıq iş kimi göstərə bilməz. Yəni sən özün nə qədər hiss edirsənsə, nə qədər duyursansa, o qədər də göstərsən, kifayətdir. 

-Bu səmimiyyət sənət aləmində sizə nə kimi maneələr yaratdı?

-Ooo, lap ürəyimdən xəbər verdin (gülür). Bu səmimiyyət hər zaman mənə mane olub. Çünki mən bir insanı sevmişəmsə, onu heç zaman gizli saxlamamışam. Demişəm ki, mən səni sevirəm, sənə hörmət edirəm, xətrini çox istəyirəm. Yaxud, əksinə, kimdənsə, xoşum gəlməyibsə, demişəm ki, sənlə oturmaq istəmirəm. Çayxanaya –zada gedən deyiləm. Amma hər hansı məclisdə belə adamlarla qarşılaşanda demişəm ki, səndən xoşum gəlmir. Niyə? Çünki ədəb-ərkan, böyük-kiçik yerini bilmirsən. İndi acığı gəlibsə, artıq öz işidir. Mən sözümü demişəm. Şirin yalandansa, acı həqiqət yaxşıdı. 

İnsan sağikən əksər hallarda heç kəs ona demir ki, sən istedadlı adamsan, dəyərli şəxssən. Öləndən sonra bu sözlər işə düşür. Halbuki, sağ ikən onun bu sözlərə çox ehtiyacı vardı. Ona sağlığında “sən gözəl insansan”, “çox istedadlısan”, “mən səni sevirəm, xətrini çox istəyirəm” sözlərini demək çox lazım idi. Amma bunları sağikən kimsə demir. Yalnız öləndən sonra  elə yaxşı sözlər deyilir ki… Bir iki dəfə belə məclislərdə dözməyib irad bildirmişəm. Demişəm ki, nolardı ki, bu sözləri həmin adamın sağlığında ona deyərdiz. Heç kəsdən asılacağım, kimsədən umacağım yoxdu. Amma həmişə buna çalışmışam. İstəmişəm ki, hər hansı adamın yanına gedim və onun istedad sahibi olmasını, dəyərli bir insan olduğunu üzünə deyim. 


 -Amma bu xarakteriniz filmlərin sayına, çəkkildiyiniz ekran əsərlərinin çoxluğuna heç təsir etməyib…

-Çəkildiyim irimetrajlı bədii və  televiziya filmlərim çox olub. Hələ internetdə çoxusu yazılmayıb. Ramiz müəllimlə (Xalq artisti, rejissor Ramiz Həsənoğlunu deyir) bu günlərdə bu barədə danışmışdıq. Onun yaratdığı “Sabah” studiyası Azərbaycan televiziyası, kinosu üçün böyük işlər gördü. Xeyli sayda televiziya filmləri çəkildi. Mən o gün Ramiz müəllimə də dedim ki, Yaşar Nuridən sonra sizin televiziya filmlərinizdə ən çox çəkilən aktyor mən olmuşam. “Sabah”ın elə filmləri var idi ki, mən orada Ramiz müəllimsiz çəkilmişəm. Yəni, rejissor başda adam olub- “Beşmərtəbəli binanın altıncı mərtəbəsi”, “Kölgələrin göynərtisi”… Amma təbii ki, ən çox işlədiyim rejissor Ramiz müəllim olub. Onun “Fatehlərin divanı”, “Nekroloq”, “Günahsız Abdulla”, “Dəvətnamə”, “Yaşıl eynəkli adam” televiziya tamaşalarında, “Sübhün səfiri”, “Cavid ömrü” kimi filmlərində rol almışam. Ramiz müəllimlə ilk işim 1983-cü ildə “Günahsız Abdulla” tamaşası olub. Son işim isə elə adı “Sonuncu” olan teatr tamaşasıdır. Artıq dördüncü ildir ki, Yuğun səhnəsində oynanılır. 

-Ramiz müəllimin ekran əsərlərində ən yaxşı oynadığınız, ən çox ürəyinizcə olan iş hansıdı?

-Bunu Ramiz müəllim daha yaxşı bilər. Amma sizə bir epizodu danışdım. Demək, Ramiz müəllim Aqşin Babayevin “Nekroloq”pyesi əsasında eyniadlı televiziya filmini hazırlayırdı. Yəqin, baxmısan, məşhur televiziya tamaşasıdı. Orada baş rolu- Şamili mən oynayıram. Ramiz müəllim əvvəl bu rolu mənə verəndə qəbul etmək istəmədim. Dedim, Ramiz müəllim, yox e, mən bunda özümü görmürəm. O da etiraz etdi. Dedi, mən bilmirəm, nə edirəm?! Sən o obrazı yarada bilərsən. Get, rolun üzərində işlə, özünü orada tapacaqsan. On gün vaxt istədim, dedi, yox, bir həftə. Nə isə, getdim, bir az rolun üzərində işlədim. Ramiz müəllimin yanına gəldim ki, bəs, bir az məşğul olmuşam amma yenə də… Elə üç cümlə demişdim ki, Ramiz müəllim dedi, saxla, kifayətdi. Yəni, artıq hər şey yaxşıdı. Beləcə, rolu mən yaratdım. Rejissor rolu aktyora həvalə edəndə onun xarakterini vermir. Gərək, o xarakteri özün tapasan. Filmdəki Şamil müəllimin danışıq tərzini yəqin, xatırlayırsan. Rəhmətlik Xalq şairi Qabil kimi danışır. Allah rəhmət eləsin, mənim şair Qabilə böyük hörmətim olub. Çox səmimi insan idi. Şamilin danışığını Qabildən, plastikasını isə elə Aqşin Babayevin özündən götürdüm. Şamil də onun kimi başına beret geyir və onun kimi gəzirdi. Obrazın xarakterini isə özüm yaratdım. 



Ramiz müəllimlə işləmək həm çox asan, həm də çox çətindi. Çətinlik tərəfini  normal qəbul etmək lazımdı. Ramiz müəllim istədiyini almayınca aktyordan əl çəkmir. Hər dəfə də hansısa yeniliyi görmək istəyir. Sən bu gün 3 metr məsafəni atlanırsansa, sabah da həmin 3 metri atlanmaq artıq inkişaf etmədiyini göstərir. Ramiz müəllim də hər işdə aktyordan yeni nəsə tələb edir. Bu səbəbdən, mənim üçün Ramiz müəllimlə işləmək hər zaman xoş olub.

-Fərhad müəllim deyə bilərikmi, rejissorlar sizin potensialınızdan hələ də  lazımınca yararlanmayıblar?

-Vaqif müəllim həmişə mənə deyirdi ki, sən özünü tanımırsan. Düşünürdüm ki, nəyi tanımıram?!  O zaman nə dediyini bilmirdim. Sonra anladım. Vaqif müəllim, bəlkə də məni özümdən daha yaxşı tanıyırdı. Elə "Audensiya" adı monotamaşadan başladıq. Mən orada daha hansı oyunlardan çıxmadım ki?! Nə lazımdı hər şeyi etdim. Plastikanın bütün imkanlarından yararlandım. Bunları məndə Vaqif müəllim görmüşdü. Gərək, rejissor özü belə şeyləri aktyorda görə... O mənə bacardığım işləri görməyi deyirdi, başqa nəsə demirdi ki.... Demirdi ki, səhnədə 3 dəfə salto vur. Təbii, cavanlıqda olsa idi, onu da edərdim. Amma indi imkanım xaricində idi. Vaqif müəllim də nəyi bacarırdıqsa, onu görürdü...


Fərhad müəllim bir müddət pauza edir. Oturduğu dar otaqda başının üstündən böyük rejissor Vaqif İbrahimoğlunun portreti asılıb. Portret gözlərini Fərhad müəllimdən çəkmir. Müsahibə zamanındakı təvazökarlığın da bir səbəbi bu imiş sən demə. 62 yaşlı Fərhad müəllim, hələ də sanki Müəllimin qarşısında çox danışmağa da çəkinir. Amma biz xahiş edirik və o, peşəkar aktyor təhsili aldığı Moskva məktəbindən, Yuğ fəlsəfəsindən, sənətin mahiyyətindən, pedaqoq kimi apardığı tədris üsulundan danışır. Amma bütün bunlar söhbətin ikinci hissəsində olacaq. Ardı var...

Elmin Nuri

...
“Heykəl tənhalığı” təqdim edildi- FOTOLAR
"Mançester Yunayted"dən rekord transfer: 218 milyon...
Gündə 8 saat "Fox&friends" izləyərək ölkəni idarə edir - Pulta heç kim toxunmur...
Yüksək təzyiqi yaradan amillər – SİYAHI
Tanınmış ilahiyyatçı Musavat.com-un redaktorunu qınadı - "Belə zəif arqument..."
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
53 yaşlı milyonçu evində ölü tapıldı...
Dünya
Beyonce Nüsrəti evinə dəvət etdi - Kabab çəkmək üçün (FOTOLAR)
Cəmiyyət
“Tağıyevi ilk rüşvət verən azərbaycanlı kimi təqdim edib, onu kiçiltməyin”- Tədqiqatçıdan etiraz
Dünya
Kəndi 20 sakinlə birlikdə 140 minə satdılar
Dünya
Mobil telefona görə maraqlı bir qəzanın qurbanı oldu - VİDEO
Həftənin ən çox oxunanları
Fazil Məmmədovun qudalarına ərizə yazdırdılar - Vergilər Nazirliyində nələr baş verir?
Qurban Məmmədovdan Təhsil Nazirliyinə qandonduran MÜRACİƏT...
Alimlər cinsi aktivliyin tez arıqlamağa təsirini araşdırıblar - ŞOK NƏTİCƏ...
“Fazil Məmmədov həddindən artıq şişmişdi, köpünü almaq lazım idi...”
Hacı Məmmədovun yeni sirli əsərləri ortaya çıxdı - O, hansı məmurun heykəlini düzəldib?
Qızından işdən çıxarılan Fazil Məmmədova ilginc dəstək - "Adam kimi adam üçün..."
Manyak-qatil arvadını və dörd qızını niyə öldürdüyünü danışdı
“Dünya bilməlidir ki, İsrail –yəhudi dövləti deyil!” - Yəhudi Hərəkatından gözlənilməz etirazlar...
Canlı yayımda tamaşaçı ilə Zaur arasında GƏRGİNLİK: Səni görəndə əsəbləşirəm - FOTO
Rusiya yeni hərbi gəmisinə türk adını verdi
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin