Xəbər lenti
18/02/2018 [23:22]:
Qurbanov: "Nadir hallarda bu cür oyun izləyirik"
18/02/2018 [22:48]:
İstintaq Komitəsinin sədri 3 yaşlı Zəhranın ölümü ilə bağlı istintaqı şəxsi nəzarətinə götürdü
18/02/2018 [22:31]:
Xaçmazda baş verən qəzada ölənlərin sayı 3-ə çatdı
18/02/2018 [22:30]:
Şəmistan Əlizamanlı Afrin əməliyyatına dəstək verdi- MAHNI TÜRKİYƏDƏ GÜNDƏM OLDU (VİDEO)
18/02/2018 [22:14]:
Məşhur modelin evi hər kəsi heyran etdi - Nağıl kimi evdən FOTOLAR
18/02/2018 [21:59]:
Rusiyada ev yandı: 3 uşaq yanaraq öldü
18/02/2018 [21:56]:
Hamıya örnək olsun, ömrün, günün, həyatın...
18/02/2018 [21:35]:
Azərbaycan Avropada birinci oldu – YENİLƏNİB
18/02/2018 [21:29]:
Dağıstanda silahlı hücum nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
18/02/2018 [21:27]:
Antalyada FETÖ/PYD əməliyyatı: 12 nəfər saxlanıldı
18/02/2018 [21:15]:
Bakı metrosu yeni qatarlar alır
18/02/2018 [21:14]:
“Mübariz Barbi” həqarətə görə Britaniya ordusunu tərk etdi...
18/02/2018 [20:55]:
14 yaşlı qız dəm qazından öldü
18/02/2018 [20:39]:
Xaçmaz-Quba yolunda qəza - ölən və xəsarət alanlar var
18/02/2018 [20:34]:
"Yalnız ölkənin mərhəmətli və qayğıkeş prezidenti olduğuna görə ümidimizi üzməmişik..."
18/02/2018 [20:11]:
Pxençxanda Leninə görə rus azarkeşləri stadiondan qovdular...
18/02/2018 [20:04]:
Keçmiş millət vəkili vəfat etdi
18/02/2018 [20:03]:
Tramp: “FTB-nin başı mənə qarışıb, silahlının məktəbdə qətliam törədəcəyini görməyib...”
18/02/2018 [19:59]:
Telegram-ın yaradıcısı 850 milyon dollar investisiya cəlb etdi
18/02/2018 [19:25]:
Qadınları xoşbəxt etməyin YOLLARI
18/02/2018 [19:19]:
14 yaşlı məşhur Youtube ulduzu başından vuruldu - FOTOLAR
18/02/2018 [19:16]:
Moskvaya 48 rublla gedib, orada milyarder olan soydaşımızın hekayəsi
18/02/2018 [18:48]:
Vəkillər Kollegiyası yeni ünvana köçdü
18/02/2018 [18:46]:
Anası fotoşəkilini çəkərkən pilləkən boşluğundan aşağı düşdü - VİDEO
18/02/2018 [18:41]:
Netanyahu Zərifə: Bizi təhdid etməyin – VİDEO
18/02/2018 [18:39]:
İsveçdə 1 milyon insan kilsə üzvlüyündən imtina edib
18/02/2018 [18:31]:
Məhəmməd Peyğəmbərin(s) səhabəsinə aid nadir yazı tapıldı - FOTO
18/02/2018 [18:31]:
Dəhşət: Müəllim və şagirdi maşında sevişərkən yaxalandı - VİDEO
18/02/2018 [18:10]:
Nərgiz Paşayevanın qızı Bakıdakı məşhur kinoteatrı TƏNQİD ETDİ
18/02/2018 [17:30]:
Azərbaycanın qadın güləşçisi beynəlxalq turnirdə gümüş medal qazandı
18/02/2018 [17:26]:
İlham Əliyev Ruhaniyə başsağlığı verdi
18/02/2018 [17:21]:
Rusiyada yanğında ölən azərbaycanlıların sayı beşə çatdı
18/02/2018 [17:17]:
Salyanda ağır yol qəzası: 2 ölü, 2 yaralı var
18/02/2018 [17:13]:
"Onlar "New York Times"ın jurnalistlərindən fərqli olaraq kişilik və dəyanət nümayiş etdirdilər"
18/02/2018 [16:03]:
"Artıq bu işə partiyanın yüzlərlə üzvü cəlb edilib" - BAXCP-də növbədənkənar canlanma...
18/02/2018 [15:58]:
Milli hərəkatdan korrupsiyaya qədər uzanan yol!
18/02/2018 [15:34]:
Rusiyada atom elektrik stansiyasında transformator yandı
18/02/2018 [15:27]:
Laçında Seyid məzarı salamat qalıb!..- Ermənilər də Peyğəmbər(s) nəslindən qorxurlar...(Video)
18/02/2018 [15:23]:
Boyunbağı düzəltmək üçün barmağını kəsdi - FOTO
18/02/2018 [15:19]:
Yüksəkliyi 4 metrə qədər çatır, görənlər heyrətə gəlir - FOTO
18/02/2018 [14:56]:
Ayaqları olmadığına görə valideynləri onda imtina etmişdi, indi dünya çempionudur- FOTOLAR
18/02/2018 [14:53]:
TDY “Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu” Assosiasiyasına daimi üzv seçildi - FOTOLAR
18/02/2018 [14:49]:
"Sportinq" rəhbərliyi klub işçilərinə TV-yə baxmağı qadağan etdi
18/02/2018 [14:47]:
Venesualada hərbi təlimlər keçiriləcək
18/02/2018 [14:47]:
Azərbaycan Estoniyanın şərq bazarlarına çıxışına kömək edə bilər
18/02/2018 [14:37]:
“Bakı-Tbilisi-Qars dəmir yolu regiona yeni dinamika gətirib”
18/02/2018 [14:22]:
Əfv sərəncamının verilmə vaxtı DƏYİŞDİRİLƏ BİLƏR
18/02/2018 [14:11]:
Lavrov Azərbaycanı Rusiyadan ayırmaq cəhdlərindən danışdı
18/02/2018 [14:07]:
“Ən qorxduğumuz şey “kupalnik”də görüntülənməkdir” - Sevil-Sevinc bacıları
18/02/2018 [14:01]:
İrandakı qəzada Azərbaycan vətəndaşları olub? - XİN-dən açıqlama
18/02/2018 [13:42]:
Qənirə Paşayeva Uludağ Universitetində Xocalı soyqırımı ilə bağlı konfrans verdi
18/02/2018 [13:36]:
Bakının bu yollarında sürət həddi endirildi
18/02/2018 [13:27]:
“Təhqirin ən pis variantlarını futbolçuya demək olmaz” - Sadiqov
18/02/2018 [13:24]:
Bakıda qadını niyə tikə-tikə doğrayıb zibilliyə atdılar? - Səbəb məlum oldu
18/02/2018 [12:56]:
Azərbaycanda banklar 11 milyard manatdan artıq kredit verib
18/02/2018 [12:37]:
“Qarabağ” “Səbail”ə, “Kəpəz” “Keşlə”yə qarşı
18/02/2018 [12:17]:
General Həsən Firuzabadi: “Kərtənkələlər bizə qarşı casusluq edib”
18/02/2018 [12:15]:
Almaniya dünya üçün ən böyük təhdidi açıqladı
18/02/2018 [12:11]:
İranda təyyarə qəzası: 66 ölü – YENİLƏNİB
18/02/2018 [11:35]:
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
18/02/2018 [11:34]:
Lənkəranskinin “ştatlı” killeri “Axsaq Nazim” kim olub?- İstintaq materialları...(FOTO)
18/02/2018 [11:28]:
Türk ordusunun zərbəsi: 1614 meyit...
18/02/2018 [11:25]:
Rusiyada hədiyyə qazanmaq istəyən kişi dirəkdən yıxıldı – VİDEO
18/02/2018 [11:13]:
İsrail Qəzza zolağına aviazərbələr endirib
18/02/2018 [11:00]:
Tramp Federal Təhqiqatlar Bürosunu ittiham etdi
18/02/2018 [10:53]:
Gürcüstanı gücləndirəcəyik - ABŞ
18/02/2018 [10:47]:
Salyanda dəhşətli yol qəzası - 2 ölü, 2 yaralı+ Fotolar
18/02/2018 [10:34]:
Gədəbəydə 20 yaşlı qadın dərmandan zəhərləndi
18/02/2018 [10:19]:
Rusiyada hədiyyə qazanmaq istəyən kişi dirəkdən yıxıldı – VİDEO
18/02/2018 [10:10]:
“Mercedes”, “BMW”, “Porsche”, “Range Rover” avtomobillərinin bazarda payı azalıb - SƏBƏB
18/02/2018 [10:06]:
Ukrayna Rusiya ilə danışıqların şərtini açıqladı
18/02/2018 [09:59]:
Azərbaycanlı aktyor vəfat etdi
18/02/2018 [09:59]:
“Özümüzü alçalmış kimi hiss etdik” - Samir Abbasov
18/02/2018 [09:54]:
Kürdə suyun səviyyəsi artıb
18/02/2018 [09:52]:
Pentaqon rəhbəri Gürcüstanın baş naziri ilə regional təhlükəsizliyi müzakirə edib
18/02/2018 [09:48]:
Tövlə yandı, 5 baş heyvan tələf oldu
18/02/2018 [09:44]:
Hollivud ulduzları İslam məbədində diz çökdü... - Fotolar
18/02/2018 [09:40]:
Sarkisyan Azərbaycan dilində danışdı: "Haralısan..."
18/02/2018 [01:36]:
Taylandda quyuya düşmüş bala fili belə xilas etdilər - VİDEO
18/02/2018 [00:55]:
Türkiyə-ABŞ münasibətləri: Tamam ya davam?
Bütün arxiv bir sırada
11/10/2017 [14:25] - Müsahibə - ( 7099 dəfə baxılıb)

“Torpağı işğal altında olan oğul hansısa separatçıya dəstək verməz”- Laçınlı məmur

“Əgər yanlışım olubsa, Azərbaycan xalqından da, dövlətimizdən də üzr istəyirəm...”


Moderator.az -ın əməkdaşı son günlər bəzi media vasitələri tərəfindən adı “kürd separatçılarını dəstəkləyən məmur, laçınlı” kimi hallanmış Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri   Fizuli Tanirverdiyevlə görüşərək xeyli müzakirələrə səbəb olmuş olayın əsl gerçəkliklərini üzə çıxarmağa çalışıb.

-Fizuli müəllim, öncə özünüz haqda qısa məlumat verin.

-Məmnuniyyətlə. Mən, Tanirverdiyev Fizuli Əmir oğlu 1979-cu ildə Laçın rayonunun Şeylanlı kəndində anadan olmuşam, milliyyətcə kürdəm. 2005-ci ildə Bakı Dövlət Univerisitetinin hüquq fakutəsini hüquqşünas ixtisası üzrə bitirmişəm. Ali təhsilliyəm. Evliyəm, iki oğlum var. Ehtiyatda olan zabitəm. Hazırda məcburi köçkün kimi Bərdə rayonunda müvəqqəti məskulaşmışıq. Yeni Azərbaycan Partiyasının üzvüyəm. 2014-cü ilin mart ayından hal-hazıradək Laçın rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri vəzifəsində çalışıram. İşlədiyim müddətdə heç bir qanun pozuntusuna yol verməmiş və rəhbərlik tərəfindən heç bir intizam cəzası almamışam...   


-YAP-a daxil olmamışdan öncə hansısa siyasi hərəkat və ya partiyanın, yaxud digər təmayüllü təşkilatın üzvü olmamısız ki?

-YAP-a daxil olmamışdan öncə  hər hansı partiya, təşkilat, hərəkat, siyasi, yaxud digər yönlü cərəyanın üzvü olmamışam. Nə də hər hansı belə bir qurumun qərargahlarına gedib-gəlmiş, nə də onların hansısa tədbirinə dəstək verməmişəm. Yalnız, səhv etmirəmsə, 1999-cu ildə bir neçə dəfə həmyerlimiz Vüqar Qədirovun rəhbərlik etdiyi Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının Qarabağla, işğal edilmiş torpaqlarımızla bağlı keçirdiyi bir neçə tədbirdə iştirak etmişəm. Hətta  “Rönahi” Kürd mədəniyyət mərkəzinin  harada yerləşdiyini də  bu günədək bilmirəm. Digər bir kürd gənclər təşkilatı var, onların da rəhbərini tanıyıram, ancaq heç bir tədbirlərində iştirak etməmişəm. Hətta buna görə məndən iniciyirlər ki, sən bir dəfə də olsun, bizim tədbirlərə qatılmırsan...  

-Necə oldu ki, YAP-a üzv oldunuz?

-2012-ci ilin dekabrından rəsmi olaraq YAP-ın üzvüyəm. Və məni kimsə bu partiyaya üzv olmağa məcbur etməyib. Bu gün Ulu Öndərimizin bizə miras qoyduğu bir dövlət var. Əgər mən indi öz  balalarımla evimdə rahat  yata bilirəmsə, buna görə Ulu Öndərimizə və onun siyasətini uğurla davam etdirən cənab prezidentimiz İlham Əliyevə borcluyuq. Hazırda biz  Azərbaycandakı sabitliyi Yaxın Şərq və digər münaqişə zonalarındakı vəziyyətlə müqayisə etsək, dövlətimizin, onun rəhbərliyinin sayəsində  dinc yaşamaq kimi hansı bir nemətə malik oldumuzu aydın dərk edərik. Məhz belə amilləri nəzərə alaraq mən YAP-a üzv oldum. Və bu gün də fəxr edirəm ki, Azərbaycanın  çiçəklənməsində, qüdrətlənməsində böyük rolu olan bir partiyanın üzvüyəm...

- Konkret hansı davranış və ya çıxışınız sizin ətrafınızda məlum xoşagəlməz söz-söhbətlərin meydana çıxmasına səbəb oldu?

-Hamımız xalq olaraq azərbaycanlıyıq. Bu gün talış, tat, yəhudi, kürd, azərbaycanlı, türk və s.  olmaqla biz hamımız bir ürəkdə döyünüb Azərbaycan xalqını təşkil edirik. Və hər birimiz də Azərbaycanımızı sevirik. Amma konkret milli mənsubiyyətə gəldikdə, mən kürdəm. Mən kürdlüyümü sevməsəm və desəm ki, Azərbaycanı sevirəm ”“ elə birinci yalanı danışmış olaram. Deyir, öncə məscidin içi, sonra çölü. Mən anadan olandan Azərbaycan xalqının bir fərdi kimi böyüdülmüşəm. Hətta mən uşaqkən evimizdə atam-anam hərdən kürdcə danışanda  hesab edirdim ki, öz aralarında kiçiklərə aid olmayan məsələləri müzakirə etmək üçün bir gizli dildən istifadə edirlər. Sonradan  böyüdükcə anladım ki, bu, bizim ana dilimiz olan kürd dilidir və bizim ayrıca dilimiz var- kürd dili.  Tədricən internet və digər vasitələrlə kürd dilini öyrənə bildim. Amma ayrıca milliyyətimiz, dilimiz olmasına rəğmən biz Azərbaycan vətəndaşı olmaqla, Azərbaycan xalqının fərdiyik...

Qaldı ki, bəzi media vasitələrinin mənim guya Şimali İraq Kürd muxtariyyətində keçirilmiş referendum mövzusunda çıxış etməyim  haqda bəzi media vasitələrinin yazdıqlarına, əslində mən heç harda, heç bir tədbir və ya sosial şəbəkədə konkret bu mövzuda çıxış etməmiş və kimsəni də dəstəkləməmişəm. Vətən torpağının  20 faizi işğal olunmuş, anasının və babasının qəbri separatçıların tapdağı altında qalan bir övlad heç vaxt hansısa separatçılığı dəstəkləməz, təbliğ etməz. Çünki biz özümüz erməni separatçılığının nəticəsində bu gün öz dədə-baba torpaqlarmızdan didərgin düşmüşük. Əgər kimsə separatçılıq edirsə, onu pisləyənlərdən biri də öncə milliyyətindən asılı olmayaraq işğal altındakı torpağın sakini  olmalıdır. Əlbəttə, həmin vətəndaşın qeyrəti varsa, şərəfi varsa, Vətənini sevirsə, xalqını sevirsə,  anasını sevirsə,  belə etməlidir.  İkincisi də, mən bir hüquqşünas olaraq silahla, terrorla olan hər bir tədbirə, hərəkata qarşıyam. Bizim Xocalı boyda faciəmiz var, Laçın, Şuşa, Kəlbəcər boyda dərdimiz var. Bizim bütöv bir xalq olaraq şəhidlərimiz var. Yaxın qohumlarımız şəhid olub, itkin, əsir düşüb. Laçının 5 Milli Qəhrəmanı var. Onlardan biri də rəhmətlik Kamil əmi (Kamil Baladə oğlu Nəsibov-S.L.) kürdəsilli milli qəhrəmandır. Eləcə də aprel döyüşlərində laçınlı kürdlərdən şəhid olan Qarakeçdi kəndindən Ülvin Məmmədovdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Mülki insanlar arasında da neçə-neçə şəhidimiz var. Şeylanlı kəndindən Qəmzə ana ermənilərin gəldiyini görüb, özünü Həkərinin qolu olan Ağdərə çayına ataraq özünü şəhid edib. Və biz kimsə Azərbaycan uğrunda şəhid olanda demirik ki, bu, ləzgidi, talışdı, kürddü, yaxud türkdü. Şəhid  bir elin də deyil, şəhid- xalqın, dövlətin şəhididir. Şəhid- bütöv Azərbaycanındır. Şəhid- Azərbaycan adını qəlbində daşıyan hər bir kəsindir. Bütün bunları düşünərək söyləyən insan hansısa terroru və separatçılığı dəstəkləyə bilərmi?..  

Azərbaycanın ərazi bütövlüyü uğrunda, ermənilərə qarşı döyüşlərdə şəhid olmuş “Kürd Mehbalı” ləqəbi ilə yazan şair Mehbalı Quliyev, Şamil Əsgərov (Dədə Şamil) və s. kürd ziyalıları daim Azərbaycandakı kürdlərin digər millətlərlə birliyinin sarsılmaz olması haqda, Azərbaycan haqda gözəl şeirlər yazıblar. Biz belə insanların ruhunda tərbiyə almışıq...

Bir faktı da deyim ki, tarixin müxtəlif dönəmlərində Azərbaycanda yaşayan bəzi xalqlar xarici güclərin təsiri altında ölkəmizdən ayrılmaq iddiasıyla baş qaldırıblar. Amma tarix boyu burada yaşayan kürdlər daim Azərbaycan xalqının yanında olublar, həmişə Azərbaycan dövlətini, dövlətçiliyini dəstəkləyiblər. Odur ki, bu gün kürd xalqının bir fərdi olaraq mənə heç kəs bu haqqı verməyib ki, yüz illlərin bu qardaşlığını, bu birliyini pozam...

Eləcə də 1991-1992-ci illərdə Azərbaycanda baş verən siyasi təlatümlər və öncə dediyim kimi, erməni təcavüzü zamanı kürd xalqı da səbir və təmkinlə müstəqil dövlətçiliyimizin keşiyində dayandı. Və nəhayət, 1993-cü ilin iyununda Ulu Öndərimiz Bakıya qayıdışı ilə Azərbaycana yeni bir ruh, yeni bir işıq gətirdi.  Biz kürdlər də Ulu Öndərimiz Heydər Əliyevi daim sevmişik, onun siyasi xəttini həmişə dəstəkləmişik.  Çünki Ulu Öndər bizim yaşam haqqımızı özümüzə qaytarıb. Biz bu gün yaşayırıqsa, Ulu Öndərimiz Heydər Əliyevin siyasi müdrikliyinin sayəsində yaşayırıq. Həmçinin bu gün Ulu öndərimizin siyasətini yüksələn xətlə inkişaf etdirən cənab prezidentimiz İlham Əliyevin siyasi xəttini dəstəkləyirik. Dövlət başçısı olaraq onun bizim üçün gördüyü işləri alqışlayırıq. Biz prezidentimizi sevirik, dövlətimizi sevirik, Azərbaycan xalqını sevirik. Biz Dövlətimizə, Dövlətçiliyimizə, Ulu Öndərimizin ideyalarına, cənab Prezidentimizə sadiqik və hər zamanda Vətən yolunda canımızdan keçməyə hazırıq. Mən aldığım ali təhsilə, həyatda tutduğum vəzifəyə və mövqeyə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə daim minnətdaram, Ali Baş Komandan olaraq onun Qarabağ uğrunda, Laçın uğrunda döyüş əmrini gözləyənlərin biri də mənəm...  

Bu mənada bəzi müxalifyönümlü saytların barəmdə yaydığı məlumatlar yalan, böhtan və iftira olmaqla tamamilə əsassızdır. Mən Azərbaycan xalqına, Azərbaycan dövlətinə, Azərbaycan Prezidentinə ömür boyu sadiq olmağımla fəxr etmişəm. Bu gün də bu sədaqət yüksələn xətt üzrə artmaqda davam edir. Barəmdə həddən artıq şişirdilmiş, diqqət cəlb etmək üçün məxsusi şəkildə qabardılmış, məqsədli şəkildə yayılmış həmin məlumatlar cəfəngiyatdan başqa bir şey deyildir və radikal müxalif düşüncəli qərəzkar şəxslərin növbəti şər və böhtanlarının tərkib hissəsidir...

-Elə isə izah edin, sizin Şimali İraq Kürd muxtariyyətinin lideri Məsud Bərzaninin fotosu və  Azərbaycan dövlətinin də rəsmən tanımadığı sözügedən “referendum”a  “Yes” yazısı ilə yanaşı, olan şəkliniz necə oldu peyda oldu “Facebook”da?

-“Facebook” sosial şəbəkəsində cari ilin sentyabr ayının ortalarında “Baba Pünhan” və “Hamid Turk” profilləriylə insanlar arasında çaşqınlıq yaradacaq statuslar və rəylər yazılırdı. Belə yazıların birində kürd millətinin ünvanına qeyri-etik və xoşagəlməz ifadələr yazılmışdı. Mən də buna etirazımı bildirdim. 25.09.2017-ci il tarixdə gecə saatlarında Hamid Turk öz profilindən mənim profilimə bir link göndərdi və mən də buna əhəmiyyət vermədim, hətta heç cavab belə yazmadım. 26.09.2017-ci il tarixdə isə bəzi saytlar mənim haqqımda həqiqətə uyğun olmayan yazılar dərc etdilər. Hətta mənim bununla bağlı fikirlərimi öyrənmək istəyənlər də oldu. Ancaq mən heç bir açıqlama verməyəcəyimi söylədim. Buna baxmayaraq mənimlə telefonla əlaqə saxlayan bəzi jurnalistlər açıqlama verməməyimə rəğmən telefonda danışdıqlarımı təhrif edərək öz saytlarında, öz düşünndükləri kimi açıqlamalar verdilər. Onlar məni elə təqdim etdilər ki, sanki Şimali İraq Kürd muxtariyyətində referendumu mən keçirmişəm, Kərkükü də mən işğal etmişəm, Məsud Barzani də mənim diktəmlə oturub durur... Əgər bu gün hansısa şəkil paylaşmaqla nəsə qazanmaq olursa o zaman gəlin, Cənubi Azərbaycana, Dərbəndə, Borçalıya, Göyçəyə, Vediyə, Zəngəzura, İrəvana və Qarabağa aid şəkilləri paylaşaq, beləliklə də dədə-baba torpaqlarımızı geri qaytaraq...

-Xahiş edirəm, konkret olaraq “Facebok”dakı məlum fotonuzun necə meydana çıxmasını izah edin, Füzuli müəllim? 

-Bilirsiz, “Facebook”dan istifadə edənlər yaxşı bilirlər: Profil şəkillərində belə br təklif gəlir:”çərçivə əlavə edin”. Orda ingilis dilində “25” və sonra hansısa  bir söz yazılmışdı(mən ingilis dilində yaxşı bimirəm) və mən həmin xidmətdən  istifadə edərək öz profilimin üzərinə İraq Kürdüstanında referendum haqda şəkli əlavə etmişəm. Bunu danmıram. Amma düşündüyümə görə, bunun separatçııqla heç bir əlaqəsi yoxdur. Siyasi proseslərlə maraqlanan bir məmur, hüquqşünas kimi Şimali İraqda Kürd muxtariyyətinin referendum keçirməsi haqda xəbərləri izləmişəm. Lakin bu tədbir bizim sərhədlərimizdən kənarda keçirildiyi üçün mənim ona  hər hansı bir müdaxiləm, hər hansı bir təsir vasitəm ola bilməz. İraqdakı kürdlər bu referendumu yaşadıqları ərazilərində keçirir və buna da həmin dövlət etiraz edə, yaxud dəstək verə bilər. Həmişə deyirəm ki, biz bir Azərbaycan vətəndaşı olaraq hansısa separatçı hərəkata dəstək versək, sanki Qarabağın azad edilməsi yoluna qara daşlar hörmüş olarıq. Yəni mənim kimisə dəstəkləmək kimi bir ideyam olmayıb. Sadəcə, dediyim kimi, “Facebook” xidmətində bir düymə basmışam. Əgər bu,  səhv olubsa da, mənim subyektiv səhvimdir. Buna görə bütöv rayonu, bütöv xalqı günahlandırmaq doğru deyil...

-Yəni belə anladıq ki, siz  “Facebook”-da İraq Kürdüstanında referendum keçirilməsinə “hə” demisiz.? Eləmi?

-Xeyr. Mən heç nəyə “hə” deməmişəm. Bilirsiz, orada “hə”, yaxud “yox” deyilməyinin   mənim yaşamıma heç bir təsiri yoxdur. Əgər bu referenduma gedilməsi silah gücünə olmayıbsa, bu, xalqın  suveren özünü ifadəetmə hüququ əsasında baş veribsə, onların siyasi liderləri bu yolu tutubsa, mən də bunu qəbul etmişəm ki, xalq burda azad şəkildə gedib öz fikrini bildirəcək. Daha İraq Kürdüstanının tanınıb-tanınmayacağı  məndən asılı deyil. Yəni gerçək dəstək ondan ibarətdir ki, Fizuli Tanirverdiyev gedə İraqda həmin referenduma səs verə, yaxud ona maliyyə dəstəyi çatdıra. Ancaq hansısa şəkillə başqa bir ölkədəki belə bir siyasi tədbirə  dəstək verməkdən danışmaq- bu, Azərbaycanın məşhur “Yuxu” filminə bənzəyir. Axı mən hardasa çıxıb birbaşa yazmadım ki, demədim ki, bu referendum keçirilsin. Ey xalq, ey camaat, toplaşın, bu referenduma gedin, səs verin. Siz səs verməsəz, bu referendum baş tutmayacaq.Və s. Belə deyək; tutaq ki, bu gün İraqda referendum keçirildi və ona “hə” dedilər. Məndə artan nəsə oldu?. Həyatım necə davam edirdisə, həmin axarla da davam edir. Həmin referenduma “yox” desəydilər də həyatım yenə həmin axarla davam edəcəkdi... 

-Fizuli müəllim, baş verən bu media qalmaqalından sonra  oxucularda elə təəssürat yarandı ki, guya Azərbaycanda məlum qanunsuz referendumu dəstəkləyən konkret güclər var. Eyni zamanda siz laçınlı olduğunuz üçün belə təsəvvürlər oyandı ki, guya laçınlıların çoxu həmin “referendum”u  dəstəkləyir. Bu mənada özünüzü Azərbaycan xalqı, dövləti və ayrıca Lamın camaatı qarşısında mənəvi baxımdan günahkar hesab edirsinizmi?

-Bilirsiz, dövlətimiz tərəfindən mənə etimad göstərilib vəzifəyə təyin olunmuşam. Əgər etimadı doğrulmamışamsa, bu, mənim səhvimdir. Bunu, öncə dediyim kimi, bütövlükdə xalqın, rayon camaatının boynuna yazmaq doğru deyil. Amma əgər doğrudan da Azərbaycan dövlətinə, xalqımıza xəyanətim olubsa, o halda dövlətimizin verəcəyi hər cür layiqli cəzanı çəkməyə hazıram...
Eyni zamanda mənim hansısa yanlış hesab edilən söz və ya davranışım dövlətimizin, ölkəmizin şərəfinə, Laçın camaatının, ümumiyyətlə, Azərbaycan xalqının heysiyyatına toxunubsa, buna görə xalqımızdan və dövlətimizdən üzr istəyirəm. Mənim mövqeyim bundan ibarətdir...

(Müsahibə 6 oktyabr 2017-ci il tarixdə götürülüb)

P.S. Mövzu ilə bağlı oxucularımızı maraqlandıran əsas suallardan biri də  bəzi saytlarda Fizuli Tanirverdiyevin adından “əgər Kürdüstana görə məni işdən çıxarsalar, Azərbaycan pasportunu yandıraram” və s. kimi cümlələr işlənməsinin haradan qaynaqlanması olub. Dövlət məmuru həmin cümlələri heç dilinə gətirməyi də özünə  və tutduğu vəzifəyə təhqir hesab etdiyini söyləyərək bu haqda müsahibədə danışmamağı rica etdi. Ancaq biz oxucuların marağını və müsahibənin anonsunda işlətdiyimiz sualların cavabını verməli olduğumuzu nəzərə alaraq sözügedən məsələyə aydınlıq gətirməyi özümüzə borc bildik. Məlum oldu ki, “referendum” qalmaqalından sonra Fizuli Tanirverdiyev bir yas yerində olduğu zaman jurnalistlərdən biri zəng edib. O, hazırda açıqlama vermək  imkanının olmadığını, daha sonra cavab verəcəyini söyləsə də, aramsız zənglərdən sonra emosiyalarını cilovlamayıb və jurnalistə belə cavab verib:“Mən heç bir separatçını dəstəkləməmişəm. Amma əgər doğrudan da  Azərbaycan dövlətinə, xalqına xəyanət etmişəmsə, məni həbs etmək, işdən və ya ölkədən çıxarmaq lazım deyil. Xəyanəti bağışlamaq olmaz. Xəyanət etmişəmsə, sadəcə, məni də, mənə aid olan hər şeyi də; pasportumu, hərbi biletimi də yandırmaq, külümü də suya axıtmaq lazımdır ki, məni xatırladacaq heç nə qalmasın...” F.Tanirverdiyev  iddia edir ki,  sözügedən “Azərbaycan pasportunu yandıraram” söz-söhbəti hansısa jurnalist tərəfindən məhz bu cavabdan yozularaq yazılıb... 

Sultan Laçın

Antalyada FETÖ/PYD əməliyyatı: 12 nəfər saxlanıldı
İsveçdə 1 milyon insan kilsə üzvlüyündən imtina edib
"Sportinq" rəhbərliyi klub işçilərinə TV-yə baxmağı qadağan etdi
“Bakı-Tbilisi-Qars dəmir yolu regiona yeni dinamika gətirib”
Taylandda quyuya düşmüş bala fili belə xilas etdilər - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"Yalnız ölkənin mərhəmətli və qayğıkeş prezidenti olduğuna görə ümidimizi üzməmişik..."
Dünya
Anası fotoşəkilini çəkərkən pilləkən boşluğundan aşağı düşdü - VİDEO
Hadisə
Dəhşət: Müəllim və şagirdi maşında sevişərkən yaxalandı - VİDEO
Cəmiyyət
Nərgiz Paşayevanın qızı Bakıdakı məşhur kinoteatrı TƏNQİD ETDİ
Dünya
Boyunbağı düzəltmək üçün barmağını kəsdi - FOTO
Həftənin ən çox oxunanları
ABŞ ordusunun rus əsgərlərini darmadağın etdiyinin görüntüləri yayıldı - ŞOK VİDEO
Talışinski Bakıya zəng vuraraq Rövşənin həbs edilməsini istəyir - Lənkəranskiyə qənim kəsilmiş qadın
Azərbaycandan qaz istəyən ölkənin prezidenti İrəvanda “SOYQIRIM” ABİDƏSİNƏ BAŞ ƏYDİ - FOTO
"And olsun Allaha, əgər kürd olsaydım, kürdlüyümlə fəxr edərdim, amma...”
"Türkiyə hər tərəfdən onu udacaq bir çəmbərin icindədir!" - "Gecikmək fəlakətə bərabərdi..."
İsrailin müdafiə naziri erməni deputatları NOKAUT ETDİ: "Qarabağı...”
Baş prokuror: “Araşdırın, məmurlar Xəzərin sahilində bu villaları hansı pulla tikiblər...”
Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsinə növbəti təşəbbüs...- BU DƏFƏ ŞƏKİDƏN GƏLDİ
"Serj Sərkisyan həmsədrlərə İlham Əliyevdən şikayət edərək deyib ki..."
Lütlənən qız-gəlinlərimizlə fəxr etməliyikmi?..
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin