Xəbər lenti
14/12/2017 [01:16]:
FED: 2018-сi ildə uçot dərəcəsi daha üç dəfə artırılacaq
14/12/2017 [01:07]:
“Qoca”nın qaçışına görə həbs olunan qarovul rəisindən – ETİRAF
14/12/2017 [01:00]:
"Bir gün Xudu Məmmədov, Nurəddin Rzayev və Bəxtiyar Vahabzadə Kəlbəcərə gedirlər..."
14/12/2017 [00:55]:
Xudu Məmmədov haqqında bilmədiklərimiz- Elmi, milli irsi, "Xudu-naxış" klubu
14/12/2017 [00:40]:
Nigeriyada Azərbaycanın Dostları Təşkilatının təqdimatı keçirildi - FOTO+VİDEO
14/12/2017 [00:33]:
Tağıyevin yadigarları dağılmaq üzrədir- Araşdırmaçıdan müraciət
14/12/2017 [00:30]:
Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...
14/12/2017 [00:30]:
“Real” klublararası dünya çempionatının finalında
14/12/2017 [00:25]:
Ayaqlarını itirsə də kəndə köçərək öz əlləriylə ev tikdi - FOTOLAR
14/12/2017 [00:06]:
Bürclər – 14 DEKABR
13/12/2017 [23:54]:
Göldə balıq tuturdu, “tok” vurub öldürdü
13/12/2017 [23:45]:
"Əgər Ermənistan Türkiyənin şərtlərini qəbul etsəydi, bir qədər nəfəs ala bilərdi"
13/12/2017 [23:45]:
Çinlilər “iPhone X” modelinin kopyasını hazırladılar
13/12/2017 [23:36]:
Azərbaycan neftinin SON QİYMƏTİ
13/12/2017 [23:28]:
Saçlar stresdən ağarırmı?
13/12/2017 [23:19]:
On gün hamamdan çıxa bilməyən qadın öldü
13/12/2017 [23:16]:
“Nar bağı” filmi daha bir beynəlxalq mükafatı qazandı- FOTOLAR
13/12/2017 [23:13]:
FED uçot dərəcəsini artırdı
13/12/2017 [23:08]:
Generalın həbs olunan bacısı oğlundan etiraf - “…Məhbuslar qaça bilməzdilər”
13/12/2017 [22:57]:
Prezidentin Türkiyə səfəri başa çatdı
13/12/2017 [22:52]:
Azərbaycanda 5 nazir vəzifədən azad edilib SİYAHI
13/12/2017 [22:45]:
Nüşabə Ələsgərlinin biznesi iflasa uğradı: "Marketlərim, gözəllik salonlarım bağlandı"
13/12/2017 [22:41]:
“Grand Hospital”da ölən qızın atası: Həkim bizimlə üz-üzə gəlməkdən qaçır
13/12/2017 [22:36]:
Azərbaycanda yaradılan ilk aptek hələ də işləyir – 170 yaşı var – VİDEO
13/12/2017 [22:33]:
Siqaret çəkmək insanın cəlbediciliyini azaldır - ARAŞDIRMA...
13/12/2017 [22:24]:
Ermənilər Əliyar Əliyevin kəndində yeni məktəb tikdi - “KarabakhTV” - FOTO
13/12/2017 [22:16]:
Azərbaycanda dəhşətli hadisə - Kişi evində yanaraq öldü
13/12/2017 [22:15]:
Kanada Ukraynaya letal silah verəcək
13/12/2017 [22:10]:
Fələstin İsraillə əldə edilmiş razılaşmalardan imtina edə bilər
13/12/2017 [22:07]:
Məşhur astroloqdan 2018-ci il üçün dəhşətli proqnozlar
13/12/2017 [22:01]:
Səidə Dadaşova: "Zuhal Topalın özü həyasızın biridi"
13/12/2017 [21:30]:
Argentinada polis futbolçuları güllələdi – VİDEO
13/12/2017 [21:28]:
Qobustanda qədim dövrə aid qəbir daşları aşkarlanıb – VİDEO
13/12/2017 [21:26]:
Hansı plomblar dişlər üçün təhlükəsizdir? - Tanınmış stomatoloqdan tövsiyyə...
13/12/2017 [20:52]:
"Azərbaycanın Orta Şərqdəki münaqişələrə tərəf kimi sürüklənməsi doğru deyil"
13/12/2017 [20:35]:
Qənirə Paşayeva jurnalistlərə səsləndi - "Hamısının gözündə kədər, acı, üzüntü..."
13/12/2017 [20:30]:
“İslamı düzgün tətbiq etsək, “oğru” aləminə ehtiyac yaranmaz...” - Hacı Əbdül...
13/12/2017 [20:28]:
Ölkəyə gətirilən külli miqdarda partlayıcı oyuncaq götürüldü
13/12/2017 [20:10]:
"Bu, gələcəkdə regionda Rusiyasız heç bir məsələnin həllini tapmayacağı anlamına gəlir"
13/12/2017 [20:09]:
Cocuq Mərcanlıda mina tapıldı
13/12/2017 [19:57]:
ANS-in keçmiş əməkdaşı həbs edildi - 200 min dollar “atıb”
13/12/2017 [19:35]:
Lütfi Zadənin xəbərsiz olduğumuz böyük elmi nəzəriyyələri- İlk dəfə Rafiq Əliyevin təqdimatında-MÜSAHİBƏ
13/12/2017 [19:23]:
Diqqətli olun: "Zəhərlənməyə səbəb olan dərmanlar var" – SİYAHI
13/12/2017 [19:21]:
Bakıda məhbusun ölməsinin səbəbi məlum oldu
13/12/2017 [19:20]:
Roma Papası “WhatsApp”dan istifadə edir?
13/12/2017 [19:18]:
İlham Əliyev: "Məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz"
13/12/2017 [19:13]:
İstanbul toplantısında sürpriz qonaq - Fotolar
13/12/2017 [18:47]:
“Qüdsün sahibsiz olmadığını bütün dünyaya göstərdik” - Ərdoğan
13/12/2017 [18:34]:
ADNSU-da “Azİİ Məzunları” İB təsis olundu
13/12/2017 [18:15]:
Prezident Keniya liderini təbrik etdi
13/12/2017 [18:14]:
“İcra başçısı mənə niyə “sən öl” deyirdi?”
13/12/2017 [18:13]:
Ermənistandan gözlənilməz addım - Sürix protokollarını ləğv edir
13/12/2017 [18:08]:
İstanbulda Qüdslə bağlı tarixi qərar - Fələstinin paytaxtı elan edildi
13/12/2017 [17:30]:
Oliqarx Məmişov Kərimova görə hiddətləndi : “Onu cinayətkar kimi tutublar...”
13/12/2017 [17:25]:
ADU-da yeni layihə həyata keçirilir -“Bir günlük xəlifə”
13/12/2017 [17:19]:
Prokuror Gündüz Məmmədov Kremlin sevimlisini “hərbi cinayətkar” adlandırdı
13/12/2017 [17:17]:
"Hakimə dedim ki, güllələnməyə hazıram" - 6 tələbənin həyatına son qoyan sürücü
13/12/2017 [17:07]:
“Həyat kişi üzərində qurulmayıb, qadınlar deyir ki, boşandımsa...”
13/12/2017 [17:00]:
"ABŞ Qüdslə bağlı qərarına yenidən baxmalıdır" -İlham Əliyev
13/12/2017 [16:59]:
Həbsdə qalan Fədayə Laçın: "Bir uşağım var, anam da xəstədir"
13/12/2017 [16:50]:
Moldovanın Dövlət İnformasiya Agentliyində Heydər Əliyevlə əlaqədar məqalə dərc olundu
13/12/2017 [16:43]:
Bakıda qəza: Prospekt iflic oldu – FOTO
13/12/2017 [16:38]:
Məişət zorakılığından zərər çəkmiş şəxslərə göstərilən sosial xidmətlərə baxış oldu
13/12/2017 [16:38]:
Almaniya yığmasına veriləcək mükafatlar açıqlandı
13/12/2017 [16:32]:
Dövlət orqanları müsabiqəyə 1444 vakant vəzifə təqdim etdi
13/12/2017 [16:24]:
“Rəşad bu təyinatlara razı deyildi” - Qurban Qurbanov
13/12/2017 [16:18]:
“Qarabağ Harayı”nın finalçıları məlum oldu
13/12/2017 [16:13]:
Göygöldə yaşlı kişi dəm qazından öldü
13/12/2017 [16:01]:
Arif Rəhimzadə təkzib etdi: “O vəzifəyə qoyulan şəxs mənim oğlum deyil”
13/12/2017 [15:58]:
Əlavə pul qazanmaq istəyən müəllimlərə – ŞAD XƏBƏR
13/12/2017 [15:57]:
Fazil Məmmədovun ətrafında yeni hadisələr başlayıb...
13/12/2017 [15:55]:
Millət vəkili İraqın tanınmış aydınları, yazar, şair, KİV və QHT təmsilçiləri ilə görüşdü
13/12/2017 [15:47]:
Məleykə Abbaszadə: "Dövlət İmtahan Mərkəzi “sosial lift” funksiyasını yerinə yetirir"
13/12/2017 [15:43]:
“Müəyyən nazirliklər İcra hakimiyyətlərinə “krışalıq” edir” -Vahid Əhmədovdan etiraz
13/12/2017 [15:30]:
AMEA-nın iki institutuna direktor seçildi
13/12/2017 [15:27]:
Kreml: "Ərdoğan və Rusiyanın Qüdslə bağlı mövqeyi üst-üstə düşmür"
13/12/2017 [15:22]:
Milli Qəhrəman Əliyar Əliyevin xatirə lövhəsinin açılışı oldu
13/12/2017 [15:19]:
Borca görə uşaq ağçalarının işığını kəsdilər
13/12/2017 [15:14]:
10 günə 32 nəfər öldü - Ölkədə “yol terroru” davam edir
13/12/2017 [15:04]:
"Bazarstore"da bədbəxt hadisə
Bütün arxiv bir sırada
12/10/2017 [08:15] - Cəmiyyət - ( 3017 dəfə baxılıb)

İtmiş yaddaşların kodu - Aşıq Ədalətin ölüm xəbərindən doğan yazı...



1985-ci ilin bir payız axşamı həyat Bakı filarmoniyasının zalında şaman sehrinə bənzər bir ovsunla donmuşdu. Dirilik nişanəsi bircə səhnədə vardı. Onu da tam ayırd edə bilmirdin – gah vardı, gah yox. Bəzən donu açılır, canlanırdı, bəzən də tərpənməz olurdu.

Əvvəl-əvvəl heç səmiri belə çıxmırdı, bircə çaldığı sazın səsiydi gələn. Səsi də bilmirdin hardan gəlirdi. Ya aşıq o səsi Tanrı dərgahından çəkib gətirirdi, ya da öz ürəyinin ritmiydi, bizə saz səsində çatırdı. Bilən bir Tanrısıydı, bir də özü.

O gecəyədək aşıq Ədaləti lal bilirdim. Televizorda çıxış edəndə bir dəfə də səsini eşitməmişdim. O biri aşıqlar kimi onu dastan danışan görməmişdim.

Bakının o dövr teatr-konsertləri adama niyə indi daha xoş gəlir? Çünki onda hər tamaşa-konsertin öz seyrçisi, dinləyicisi vardı. Salonda təsadüfi adam az-az olardı. Simfonik orkestrin konsertinə yalnız klassik musiqini bilənlər, sevənlər gedırdi. Balet həvəskarını muğam gecələrində görməzdin. Ustad xanəndələr də muğam xiridarlarının qarşısında oxuduğunu bilirdilər.

Ədalətin “qan elədiyi” həmin gecəyə şəhərin sazsevərləri axışıb gəlmişdilər. Aralarında bir təsadüfi adam vardısa, o da aşıq musiqisinə yad bizim Yaşar idi!

Qoyun, başdan danışım.

Əlyazmalar institutuna bitişik jurnalistika fakultəsi “Elm və həyat” jurnalı ilə üzbəüz olduğundan tez-tez dərsdən sonra ora dostların yanına gedirdim. Bir gün yenə getmişdim. Tələbə dostumuz, yazıçı Yaşar Əliyev də ordaydı. Rəşad Məcid dedi ki, bu axşam filarmoniyada aşıq Ədalətin konserti var, gəlin gedək.

Bakıya təzə gələn vaxtlarımıydı, hər şey mənə maraqlı gəlirdi. Əlüstü gedək, dedim. Yaşar şəhər uşağıydı. Aşıq musiqisini bəyənmirdi. Getmək istəmirdi. Dirəndik, könülsüz razılaşdı.

Yaşarın marağı başqa şeylərəydi, nə bilim, kino filan. “Bilik” kinoteatrında Tarkovski, Fellini sayaq rejissorların “darıxdırıcı” filmlərinə baxmaqdan ötrü ölürdü.

Deyərsiniz muğamat yurdu Qarabağda böyümüsən, bəs, səndə aşıq musiqisinə sevgi hardandı? Orası elədi, Qarabağda bizim xəmirimiz muğamla yoğrulub. Amma xəmir öz yerində, əsas ruhdu. Mənim ruhum saz səsiylə pərvəriş olub. “Ruhlar şəhəri” kitabının “Heyva qoxulu zirzəmi” bölümündə bunu yazmışam.

Uşaq vaxtı bəzən kənddə nənəmlə qalardım. Nənəmin taxtı apışkanın ağzındaydı. Nənəm pəncərəyə apışka deyirdi. Apışkanın dəmir məhəccərindən sallanan lobya, noxud, əvəlik, kəklikotu sayaq xeyli qışlıq ərzaq torbalarının yanında simli radio da vardı. Radio gecənin sükutuna danyeri çırtdayanda son qoyurdu. Hər səhər radio danışmağa başlayanda ayılar, Sovet himni, səhər idmanından sonra evə süzülən aşıq musiqisi altında təzədən yuxuya gedərdim.

“Ruhlar şəhəri”ndən:

“Nənəm adəti üzrə yerindən məhz radionun səsi gələn vaxt qalxırdı. Radioda var-gəl eləyən aşığın sazından qopan hava altında səhər yır-yığışı edir, mənsə nənəmdən sonra genələn çarpayıda gərnəşirdim. “Sən hələ yat! Mən gedim çaparaq su gətirim, sonra qalxarsan, çay içərik”. Sonralar, böyüdükcə çox sirli söz eşidəcəkdim, həmin gün mənasını “qaça-qaça” kimi başa düşdüyüm “çaparaq” bunların ilki oldu. Nənəmi çiynində səhəng, əlində vedrə, az qala yerlə sürünən tumanla qaçan təsəvvür edə bilmirdim.

“Qiblə” sözünü də Aşıq Hüseyn Saraclı dedi radioda:

“Hər tüstü çıxana öy demək olmaz,

Düz qıvlası, gen həyəti olmasa”.

Elə bu cür sehrli sözlərə, səslərə qoşulub yenidən yuxuya gedirdim”.

Mənə belə gəlir ki, saz səsi hər türkün genində yaşayır. O, bizim genetik kodumuzdu. Saz səsi bizim genetik kodumuzun açarıdı. Ölmüş hüceyrələri dirildən, itmiş yaddaşları qaytaran kod. Bəlkə də buna görədi ki, Qazaxıstanda dombranın, qırğız yurtasında komuzun səsi mənə yad gəlməmişdi, nə vaxtsa yaşadığım doğma yerə gəlmiş kimiydim, fransızların dediyi “dejavü” kimi bir şey. Hələ türklərin bağlamasını, bağlama-sazın səsini demirəm heç.

Klassik yazılı ədəbiyyatımız ərəb-fars kültürü arealında formalaşıb. Muğam kimi qədim musiqimiz də ərəb-fars kökənlidi. Bizim heç bir yad kültür qatqısı olmayan öz musiqimiz saz havaları, ədəbiyyatımız isə aşıq poeziyası daxil folklorumuzdu. Özündə musiqi, rəqs, söz və səhnə sənəti elementlərini birləşdirən aşıq yaradıcılığı bizim türkçü ruhumuzun qaynağı, daşıyıcısıdı.

***

90-cı illərin əvvəliydi, aşıq Kamandar Borçalıda oğlu Cavanşirə toy edirdi. Dostumuzun toyuna xeyli adam yığışıb getmişdik. Sazın əsrlərin keşməkeşindən salamat çıxma səbəbini səhər sübh açılanacan davam edən aşıq deyişmələrini, çalınan havaları dinlədiyim o gecə anlamışdım – saz bu xalqın danışan dilidi. Onu heç kim kəsə bilməz, o, türk etnosu yer üzündən silinib gedənəcən onunla yaşayacaq.

Aradan bir müddət keçmiş Cavanşir dedi ki, atamla vacib söhbətim var, tək getməyim, gəl mənlə gedək, səhər qayıdarıq. O vaxt Cavanşirin bir az həyat gərginliyi vardı. Xəstəliyi də bir yandan. Amma belə cavan yaşda dünyayla vidalaşacağı ağlımıza gəlməzdi.

Yola düşdük. Kəpənəkçiyə gecə yarısı çatdıq.

Səhəri gün aşıq Kamandar bizi buraxmadı, qonşu kənddə meşəbəyi oğluna sünnət edir, dedi, gəlin sizi də aparım. Mənim həvəsləndiyimi görüb Cavanşir də razılaşdı.

Meşəbəyi meşə dərinliyindəki evinin qabağında yekə bir mağar qurmuşdu. Dörd bir yandan Qarapapaq camaatı toya axışırdı. Təndirdə çörək bişirən kim, ağac budaqlarından sallanan qoyun cəmdəklərini şaqqalayan kim, uzun manqalda kabab bişirən kim, nəhəng toy samovarında su qaynadan, çay dəmləyən kim.

Qapısının ağzından baxanda o başda oxuyan aşığı görmürdün, heylə uzun bir mağar təsəvvür elə. Qonaq idik deyə bizi yuxarı başa çəkmişdilər. Mən bizim tərəkəmə mədəniyyətinə xas məişət adət-ənənələrin incəliyinə ilk kəs burda heyran qalmışdım. Toy özü işləyən mexanizm kimiydi – hər kəs işini bilirdi. Elə xoş, təbii mühit vardı ki, ayırd etməzdin məclis yiyəsi kimdi, qonaq kim.

Süfrədə yalnız adamın yeyə biləcəyi sayda, qədərdə yeyəcək vardı. İndiki Bakı toylarının tam tərsi yəni. İsti təndir çörəyi, motal pendiri, kələm şorabası, kabab, “Borjomi”, bir də meyvə arağı. Vəssalam.

Hər araq qurtaranda xidmətçi oğlan boş şüşəni götürüb gedirdi. Bir dəfə maraq məni götürdü, ərinmədim, arxasınca düşdüm. Gördüm boş butulkanı həyətdə, elə tövləyə yaxın yerdə, tutun dibində yekə bir çəlləyə saldı. “Bul, bul, bul”. Beləcə doldurub süfrəyə qaytardı. Məclisin bütün boş şüşələri bu sayaq dolub qayıdırdı.

Sonra o əli şoraba boçkasından kələm çıxaran da gördüm, şişdən iri buludlara kabab çəkən də, yeyib-içib, nəmərini yazdırıb getmişlərin süfrəsini silən də. O vaxt sanitariya, gigiyena söhbəti heç ağlımın ucundan belə keçmədi. İndi yadıma düşüb deyə yazdığıma baxmayın.

Yurd havası, elat istiqanlığı adamları qəribə bir bağla bir-birinə bağlayır, doğmalaşdırır. Yurd insanların birgələşib konkret kültür coğrafiyasında yaratdığı etnik məkandı. Bu doğmalıqda birgəlik, birgəlikdə güc var. Duyğuların ən gözəlidi özünü elin, yurdun bu parçası duymağın. Zərrə olsan da Tamın gücünü hiss edirsən özündə.

Və bütün bu elat həyatının məhvərində saz durur. Onun səsinin izahagəlməz sehri durur.

Bilmirəm, demək istədiyimi deyə bilirəmmi!

Axşamüstü hamı əl-ayağa düşəndə bildik ki, toya Ədalət gəlir. Qonaq qismində. Amma kim idi ona qonaq təki baxan. Əl çəkmədilər, çal, dedilər. “Lal aşıq” sazı əlinə aldı. “Ruhani”dən başlayıb, “Orta Sarıtel”dən keçib, “Dilqəmi”də əl, “Qaraçı”da ayaq eylədi. Elə bildim qədim türk ellərinin min illik yolunu bir gecədə keçdim.

Bunlar sonra oldu.

***

Filarmoniyadakı o gecədə Ədalət yaddaşımda dili açılan “lal aşıq” kimi qaldı. İlk dəfəydi onu danışan, şeir deyən görürdüm. Dedikləri bir yana, sazdan elə qəribə səslər çıxarırdı ki.

Yadıma gəlir, uşaq vaxtı təsadüfən atamla Ağdamda Rəmişin məclisinə düşmüşdüm. Onda Rəmiş gitaranı ayrı cür çalırdı. Televizorda gitaranı elə çalmırdılar. Mənə elə gəlmişdi ki, Rəmiş dəlidi.

Həmin gecə Ədalət də eləcə havalı kimiydi. Televizorda sazı elə çalmırdılar. Bu, başqa cür çalmaq idi. Konsertin sonlarına yaxın salon tilsimlənmişdi. Bayaqdan “durun gedək” deyən Yaşar da susub durmuşdu. Rəşadın gözləri isə işıq saçırdı. Sonra o işıq şeirə çevrildi.

Bu payız gecəsi filarmoniya

O sazın sehrinə məəttəl qalıb.

Yanıb od çiləyir bu səssizliyə,

Hər adam yerində bir heykəl qalıb.

 

O sazın sehrində, möcüzəsində

Sanki əriyir daş, ovulur divar.

Ayrılıb, ayrılıb yer kürəsindən,

Ovsuna düşübdü salondakılar.

 

***

İndi bunları sazdan, yurddan uzaq İsveçdə oturub düşünürəm. Ömrünü Kərəm kimi yana-yana yaşamış, ölümü tənha, xəstə canıyla qarşılayan dilsiz aşıq gəlir gözümün qabağına.

Payız gecəsi yenə içimdə aləm qarışır.

“Yutub”da Ədalətin çaldığı havaları tapıb bir-bir dinləyirəm. “Çoban bayatı”ıyla yatmış duyğularım, mürgülü yaddaşım, süst düşmüş ruhum oyanır.

Yenidən doğuluram, yurdlaşıram, vətənləşirəm!

Məni təzədən dirildir – indi necə deyim ki, ölüb Ədalət!

Ölməyib axı!


Vahid Qazi
Oktyabr 2017
Stumholmen, İsveç

...
Hansı plomblar dişlər üçün təhlükəsizdir? - Tanınmış stomatoloqdan tövsiyyə...
“Müəyyən nazirliklər İcra hakimiyyətlərinə “krışalıq” edir” -Vahid Əhmədovdan etiraz
"Rüfət Aslanlı Fərhad Əliyevin yolu ilə gedir, könlündən prezident olmaq keçir..."
Gənc qadın köpək balıqlarının hücumuna məruz qaldı -VİDEO
512 yaşlı köpək balığı tapıldı - FOTOLAR
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Tağıyevin yadigarları dağılmaq üzrədir- Araşdırmaçıdan müraciət
Müsahibə
Lütfi Zadənin xəbərsiz olduğumuz böyük elmi nəzəriyyələri- İlk dəfə Rafiq Əliyevin təqdimatında-MÜSAHİBƏ
Gündəm
“Ermənistanın Sürix protokolları ilə bağlı bəyanatı siyasi təzyiq cəhdidir”
Dünya
Yastıq örtüyünü 5 il dəyişdirmədi, gözləri bu hala düşdü
Cəmiyyət
“Xarici ölkələrdə “Azərbaycan Evləri”nin açılmasına ehtiyac var”
Həftənin ən çox oxunanları
Fazil Məmmədovun qudalarına ərizə yazdırdılar - Vergilər Nazirliyində nələr baş verir?
Qurban Məmmədovdan Təhsil Nazirliyinə qandonduran MÜRACİƏT...
Xərçəng xəstəliyini yox edə bilərsiniz... -CƏMİ 75 QƏPİYƏ...
Mədəsindən 52 ədəd prezervativ çıxdı, içərisindən də... - FOTO+VİDEO
Qızından işdən çıxarılan Fazil Məmmədova ilginc dəstək - "Adam kimi adam üçün..."
“Dünya bilməlidir ki, İsrail –yəhudi dövləti deyil!” - Yəhudi Hərəkatından gözlənilməz etirazlar...
Prezident 4 naziri vəzifəsindən azad etdi
Fatma Abdullazadə Fazil Məmmədovun 1 milyon dollarını alıb?
Manyak-qatil arvadını və dörd qızını niyə öldürdüyünü danışdı
Canlı yayımda tamaşaçı ilə Zaur arasında GƏRGİNLİK: Səni görəndə əsəbləşirəm - FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin