Xəbər lenti
18/06/2018 [00:26]:
“Ermənistanda terror mühiti hökm sürür”
17/06/2018 [23:53]:
Şəkidə çobanı ildırım vurdu
17/06/2018 [23:21]:
"Valideynlərin döyərək “tərbiyə etmək” metodu uşaqlarda nifrət hissi yaradır”
17/06/2018 [23:01]:
ATƏT yanında daimi nümayəndə heyətinin 25 üzvü Azərbaycana gələcək
17/06/2018 [23:00]:
Mahir Mədətov: "Almaniya finalda uduzanda ağlamışdım"
17/06/2018 [22:55]:
Göygölə dolu yağdı, ağaclar aşdı - Fotolar
17/06/2018 [22:33]:
Dağlıq Qarabağda müxalifət icazəsiz etiraz mitinqi keçirdi – Saakyanın istefası tələb edildi- FOTO
17/06/2018 [22:24]:
Salvador Dalinin əsərindəki 13 rəqəmi nəyə işarədir? – ARAŞDIRMA
17/06/2018 [21:57]:
“Maşın” tezliklə yenidən başlayacaq
17/06/2018 [21:47]:
Almaniyanın şok məğlubiyyəti - Fotolar
17/06/2018 [21:43]:
Bayram şənliyi gülləbaran edildi - 20 ölü, 48 yaralı
17/06/2018 [21:38]:
"Paşinyanda zərrə qədər də olsa ağıl varsa..."
17/06/2018 [20:45]:
Kintana ilə bağlı qərar verildi
17/06/2018 [20:18]:
"Neftçi" bombardiri transfer etdi: milli üzvü ilə də müqavilə imzalandı
17/06/2018 [20:16]:
Eyfeli terrorçulardan necə qoruyacaqlar? - Şüşə hasar, 420 ədəd blok və 35 milyon avro...
17/06/2018 [20:13]:
UNEC test üsulu ilə vidalaşır? - “Sessiya imtahanlarını yazılı formada keçirməyi düşünürük”
17/06/2018 [20:04]:
Nazirlikdən fermerlərə xəbərdarlıq - “Bunlar zərərli kimyəvi maddələrdir”
17/06/2018 [19:01]:
Makedoniyanın adı rəsmən dəyişdi - FOTO
17/06/2018 [18:44]:
ABŞ-da sərgidə atışma: 20 nəfər yaralandı
17/06/2018 [17:46]:
Döyüşçü-pişik interneti fəth edir – VİDEO
17/06/2018 [17:41]:
DÇ-2018: Ən gözəl azarkeşlər -FOTOLAR
17/06/2018 [17:37]:
Londonda daxili işlər nazirinin telefonunu oğurlayıblar
17/06/2018 [17:14]:
“Qarabağ” İtaliyadan futbolçu almaq istəyir
17/06/2018 [16:59]:
Sovet dövründən qalma qeyri-adi avtomobil dizaynları - FOTOLAR
17/06/2018 [16:53]:
Nadirin general qızından oğlu var imiş: - “Cavanlıq səhvim idi”
17/06/2018 [16:33]:
"Bakılı oğlanlar"dan Məmmədxanovun qızına TOY SÜRPRİZİ
17/06/2018 [16:29]:
Rusiya 2019-un mayına kimi "S-400"lərin Türkiyəyə təhvilini tamamlayacaq
17/06/2018 [16:24]:
Rasim Balayevdən aktrisalara qalmaqallı sözlər: “Gözəl bədəni var…”
17/06/2018 [15:38]:
Azərbaycanla Ermənistan arasında son döyüşlərin YENİ TƏFƏRRÜATLARI
17/06/2018 [15:30]:
Pambıq sahəsində daha bir kütləvi zəhərlənmə –Tərtərdə 14 nəfər xəstəxanaya aparıldı
17/06/2018 [15:22]:
Yazarlar dünya çempionatında hansı futbol komandasına azarkeşlik edir? - SORĞU
17/06/2018 [15:17]:
Binəli Yıldırım “Eurovision”u tənqid etdi
17/06/2018 [15:16]:
Sabah 34 dərəcə isti gözlənilir
17/06/2018 [15:14]:
Bələdiyyə torpaqlarının alqı-satqısı proseduruna dair tələblər müəyyənləşdi
17/06/2018 [14:25]:
Sərnişin qatarının vaqonları relsdən çıxdı: 1 nəfər ölüb, 3 nəfər yaralandı - Yenilənib
17/06/2018 [13:32]:
Müdafiə Nazirliyi Xocalı aeroportundan fotolar paylaşdı - “Daim nəzarətdə saxlayırıq”
17/06/2018 [13:25]:
Paşinyan Xankəndidə ordu qərargahında müşavirə keçirdi - FOTO
17/06/2018 [13:08]:
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin ilk təşəbbüsçüsü öldü
17/06/2018 [13:03]:
Səfir ölkəmizdə keçirilən Türkiyə prezidenti və parlament seçkilərinin gedişatından DANIŞDI
17/06/2018 [13:01]:
“Putin Paşinyana tapşırıb ki, “get, oradakıları başa sal...” - Baş nazirin suallar doğuran Qarabağ səfəri
17/06/2018 [12:56]:
Yeni doğulan körpələrin olduğu xəstəxanada yanğın - Ölənlər var
17/06/2018 [12:53]:
Əfqanıstanda partlayışda ölənlərin sayı 36 nəfərə çatıb – YENİLƏNİB + FOTO
17/06/2018 [12:50]:
İdarəetməni itirən avtomobil restorana girdi - FOTOLAR
17/06/2018 [12:39]:
Qənirə Paşayeva Tovuzda Ramazan bayramı tədbirində gənclərə çağırış edib
17/06/2018 [12:30]:
Putindən Bakı ilə bağlı nazirlərə - Mühüm göstəriş
17/06/2018 [12:27]:
Yüksək vəzifəli azərbaycanlı primitiv səbəbin güdazına getdi
17/06/2018 [12:22]:
Argentinalı futbolçular azərbaycanlını “öldürəcəkdi”: 100 min borc aldı və uduzdu
17/06/2018 [12:21]:
Kardaşyan prezident olmaq istəyir
17/06/2018 [12:15]:
Türkiyənin Azərbaycandakı səfirliyində səsvermə keçirilir – FOTO
17/06/2018 [11:41]:
Futbol alman təfəkkürünü məhv etdi- Əlisa Nicat
17/06/2018 [11:28]:
“Ərim dedi ki, ya iti seç, ya da məni...”- İtə görə iyirmi beş illik ailəsinə son qoyan qadın...
17/06/2018 [11:23]:
Şamaxıda yük və minik maşınları toqquşdu: Ölən və yaralılar var
17/06/2018 [11:18]:
PKK təşkilatı İŞİD əsirlərini təhvil verdi
17/06/2018 [11:14]:
Ancelina Coli İŞİD zülmünə məruz qalanları ziyarət etdi - Fotolar
17/06/2018 [11:10]:
General Manvel, Lavrova Eçmiədzində qonaqlıq verən “Don Pipo” və bir neçə Rusiya vətəndaşı... - Ermənistanda həbslər davam edəcək
17/06/2018 [10:26]:
Dünya Çempionatının azərbaycanlı oğlanı - İran millisindəki tanımadığımız soydaşımız kimdir...
17/06/2018 [10:13]:
Bakıda 3 otaqlı, Beyləqanda 8 otaqlı ev yanıb
17/06/2018 [09:52]:
Xankəndi səmasına qırıcılar qaldırıldı - Düşmən “gəl-gəl” deyir... Fotolar+Video
17/06/2018 [09:44]:
"Ölkəni mollaxanaya çevirmək istəyənlərə qarşı dirəniş göstərməliyik" -Deputatdan çağırış...
17/06/2018 [09:41]:
DÇ-2018: Bu gün Almaniya və Braziliya yığmaları ilk oyunlarını keçirəcəklər
17/06/2018 [09:38]:
Ermənistan silahlı qüvvələri atəşkəsi pozdu
17/06/2018 [09:01]:
Bakıda velosipedçi 6 yaşlı uşağı vuraraq xəstəxanalıq etdi
17/06/2018 [08:51]:
ABŞ prezidenti ilə Macarıstanın baş naziri arasında telefon danışığı olub
17/06/2018 [08:45]:
Yunanıstan parlamenti Tsipras hökumətinə etimadsızlıq votumunu rədd edib
17/06/2018 [08:36]:
Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğandan şok açıqlama
17/06/2018 [08:13]:
Bu kadrlar sizi şoka salacaq - Xəstəni belə müalicə edirlər
17/06/2018 [01:46]:
Əsrin daha bir bəlasına tutulanlar nə etməlidirlər? – Talessemiya əsarəti
17/06/2018 [01:20]:
32 yaşında dövlət quran, 33 yaşında isə öldürülərək cəsədi dənizə atılan qəhrəman Kırım türkü - ARAŞDIRMA
17/06/2018 [00:46]:
Rəsmi Bakı: "Paşinyanın Qarabağa səfəri müharibə çağırışıdır"
16/06/2018 [23:37]:
Karyerasını əngəlləyən sevgilisindən 350 min dollarlıq intiqam aldı...
16/06/2018 [23:36]:
Avtomobilin arxasındakı yazını görən yol polisindən GÖZLƏNİLMƏZ ADDIM
16/06/2018 [23:29]:
Azərbaycanlı əsirlərə işgəncə verən general həbs edildi
16/06/2018 [23:00]:
Paşinyan Ağdamın səngərlərinə girdi - FOTO
16/06/2018 [22:31]:
Biləsuvarda ağır qəza: Ölən və yaralılar var
16/06/2018 [22:09]:
“Göstərəcəm ki, başa boşqab atmaq necə olur” – Hüseyn Rozanı məhkəməyə verəcək
16/06/2018 [21:40]:
Venesuelada gecə klubunda qətliam
16/06/2018 [21:30]:
Qurban Qurbanov irəlilədi - Məşqçilərin dünya reytinqində
16/06/2018 [21:28]:
Sabiq deputatın qızı iş adamının oğluna ərə getdi -FOTO
16/06/2018 [21:23]:
Əfqanıstanda “Taliban”la tarixi görüş qanla bitdi - Ölənlər var+ Fotolar
16/06/2018 [20:07]:
Messi penaltini vura bilmədi, Argentina bir xal qazandı - VİDEO
Bütün arxiv bir sırada
12/10/2017 [12:57] - Dünya - ( 1323 dəfə baxılıb)

Azərbaycan İŞİD-i sərhəddə gözləyir ”“Sensasion təfsilatlar



Son aylar Azərbaycanın şimalında-Dağıstan və həmsərhəd rayonlarda terrorçu qruplaşmaların yenidən fəallaşması müşahidə olunmaqdadır. Dağıstan prezidenti Ramazan Abdulatipovun gözlənilmədən  istefaya göndərilməsi, onun yerinə  DİN generalı Vladimir Vasilyevin təyinatı və Rusiya FTX rəhbəri Sergey Patruşevin Bakıya yenidən səfəri göstərir ki, hər iki ölkə bölgədə gərginliyin artmasından narahatdır. Yaxın Şərqdən sıxışdırılıb çıxarılan potensial terrorçuların Dağıstana və   Azərbaycana sızma ehtimalı olduğundan qarşılıqlı fəaliyyət gücləndirilib.

Amerikanın “Stratfor” Analitika Mərkəzi də hesabatında qeyd edib ki, Rusiya terror hücumlarını önləmək üçün son aylar xüsusən Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirir. Yeri gəlmişkən, oktyabrın 11-də Soçidə başlayan MDB ölkələrinin zirvə toplantısında da əsas müzakirə mövzularından biri terror təhdidlərinə qarşı birgə mübarizədir.

***  

Ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq və digər cinayətlərdə ittiham olunan Fərid Sadıqovun cinayət işi üzrə yekunlaşan məhkəmə Azərbaycanın terror qruplaşmalarının hədəfində olduğunu bir daha təsdiqləyib.

F.Sadıqov bu ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin  keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilib. O, dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlaşan Azərbaycan vətəndaşları - “Abu Hafsa” ləqəbli M.Ulubəyovun, “Abdulqərib” ləqəbli Q.Dəmirovun,  T.Alməmmədovun və “Abdullah” ləqəbli S.Məmmədovun tutulması zamanı sağ ələ keçirilən yeganə qrup üzvüdür.  

Əməliyyat zamanı qrup üzvlərindən M.Ulubəyov, T.Alməmmədov, Q.Dəmirov və S.Məmmədov avtomat və tapançadan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən məhv edilib.

Başa çatan məhkəmədə “Əbdülxaliq” dini ləqəbli F.Sadıqovun İŞİD terror təşkilatının ideyalarının Azərbaycanda qəbul olunması və cinayətkar məqsədlər üçün qrup yaratdıqları məlum olub. F.Sadıqov İŞİD-in tərkibində Suriyada döyüşən  azərbaycanlılarla əlaqə saxlayaraq bu terror qruplaşmasının ideyalarını qəbul edib. Onlarla ünsiyyət zamanı İŞİD-in Azərbaycandakı “qolu” kimi qəbul olunmaq, təşkilatın məqsədləri üçün cihada başlamaq barədə sövdələşib.


İstintaq sənədlərində göstərilir ki, qrup Azərbaycan ərazisində seriya terror hücumları həyata keçirmək üçün planlar qurub. Hücumların hədəfi isə hüquq-mühafizə orqanlarının, nazirliklərin inzibati binaları, strateji əhəmiyyətli digər obyektlər, habelə Bakı Dövlət Universiteti, Bakı İlahiyyat Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti olub. Bundan əlavə, qruplaşma pul və qənimət ələ keçirmək üçün Bakıdakı şərab evlərinə, mağazalara, lombardlara hücumlar planlaşdırıb.

Təsadüfi deyil ki, terrorçu qrupun Azərbaycanın şimal bölgəsi ilə də bağlı xüsusi planları olub. Onlar  bu bölgədə fəaliyyət göstərən iş adamlarına, yerli icra hakimiyyəti orqanlarına silahlı basqınlar etməyi planlaşdırıblar. Qrup üzvləri qərara alıblar ki, silahlı hücumlara başlayandan sonra Qusar rayonundakı meşələrə çəkilsinlər, əldə etdikləri qənimətləri, silah-sursatları orada və Bakıda kirayə yaşadıqları mənzildə gizlətsinlər. Sonrakı mərhələdə isə onlar Qafqazdakı bütün müsəlmanların biət edəcəyi əmiri seçməyə hazırlaşıblar.

Terrorçu qrupun ilk hücum hədəfi Qusar Rayon Polis İdarəsi olmalı imiş. Onlar hücumu idarənin qarşısında polislərin sıra baxışına düzüldüyü vaxt törətməyi planlaşdırıblar. F.Sadıqov ifadəsində bu epizodu belə nəql edib: “Plan belə idi ki, partlayış törədək, iki-üç nəfər həlak olsun, şöbəyə ziyan dəysin. Məhəmməd pul üçün ”Dəmirbank" və “Atabank”ın Qusar şöbəsinə basqın etməyi təklif edəndə mən dedim ki, silahımız azdır. Bir-iki silahla banka girmək çətin olacaq. Odur ki, banka deyil, şərab mağazaları və lombardlara girməyi planlaşdırdıq".
Qrup üzvləri Quba rayonu ərazisində “Qırmızı qəsəbədə” yaşayan yəhudilərdən birinin evinə, Qusar rayonundakı hərbi hissəyə silahlı basqınlar, DTX və DİN-in Polis Akademiyalarında terror aktları keçirmək təklifini irəli sürüb. Milli Məclisə basqın etməyi, deputatların hamısının bir yerdə olduğu vaxt onlara qarşı terror törədilməsi də planlaşdırılıb.  

Məhkəmənin hökmü  ilə Fərid Sadıqov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, fevralda zərərsizləşdirilən qrupdan sonra da DTX mart ayında  daha iki terrorçunu  zərərsizləşdirib.  Əməliyyat zamanı Azər Hüseynov və Əli İslamov yaşayış sahəsində silah tətbiq edərək müqavimət göstərib və xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib. Onlardan 1 ədəd “AKSU-74" tipli avtomat, 2 ədəd ”Makarov" tipli və 1 ədəd kustar üsulla hazırlanmış tapançalar, 400 və 75 qramlıq partlayıcı maddələr və xeyli sayda müxtəlif çaplı patronlar götürülüb.

Son olaraq avqustun 28-də DTX odlu silah və partlayıcı maddələr əldə etməyə, dövlət təsisatına hücum edərək terror aktı törətməyə hazırlaşan Yaşar Cavadovu zərərsizləşdirib.  Yaşar Cavadov avqustun 27-də İsmayıllı şəhəri ərazisində xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib. Axtarışlar zamanı xaricdə fəaliyyət göstərən terror təşkilatının maliyyələşməsi prosesinə aid, habelə iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilib.

Azərbaycanın Dağıstanla  sərhəd şimal bölgəsindən İŞİD və digər terror qruplaşmalarına qoşulanların sayı hər zaman diqqət çəkib.  Qeyri-rəsmi məlumatlara görə, umumilkdə Şəki, Zaqatala, Quba, Qusar və Xaçmaz rayonundan terror qruplarına qoşulanlar 350-400 nəfər civarında olub. DTX rəisi Mədət Quliyevin bu günlərdə açıqladığı statistika da maraq doğurur. M. Quliyev deyib ki, Azərbaycandan 900 vətəndaş İŞİD terror təşkilatına qoşulub. Onlardan 85 nəfər hazırda həbsdədir, 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb. “Bizə məlumat daxil oldu ki, 300-ə yaxın azərbaycanlı orda döyüşlərdə həlak olub. Hazırda bizim əməkdaş İraqdadır və biz bu məlumatın doğru olub-olmadığını araşdırırıq” deyə, DTX rəisi bildirib. Maraqlıdır ki, son günlər Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib və hətta operativ qərargah da yaradılıb.  Bildirilir ki, təhlükəsizlik xidmətinin əməkdaşları silahlıları və onlarla əlbir olanların axtarışını həyata keçirir.

Baş verən hadisələrin təhlili və eləcə də Azərbaycanda antiterror əməliyyatları və başa çatan son məhkəmədə üzə çıxan faktlar göstərir ki, İŞİD və digər terror qruplaşmaları ilə mübarizə həlledici  mərhələyə daxil olub. Bu həm də təhlükəli bir dönəmdir...(musavat.com)

"Paşinyanda zərrə qədər də olsa ağıl varsa..."
DÇ-2018: Ən gözəl azarkeşlər -FOTOLAR
"Bakılı oğlanlar"dan Məmmədxanovun qızına TOY SÜRPRİZİ
Rasim Balayevdən aktrisalara qalmaqallı sözlər: “Gözəl bədəni var…”
Azərbaycanla Ermənistan arasında son döyüşlərin YENİ TƏFƏRRÜATLARI
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Eyfeli terrorçulardan necə qoruyacaqlar? - Şüşə hasar, 420 ədəd blok və 35 milyon avro...
Maraqlı
Sovet dövründən qalma qeyri-adi avtomobil dizaynları - FOTOLAR
Cəmiyyət
Müdafiə Nazirliyi Xocalı aeroportundan fotolar paylaşdı - “Daim nəzarətdə saxlayırıq”
Cəmiyyət
"Ölkəni mollaxanaya çevirmək istəyənlərə qarşı dirəniş göstərməliyik" -Deputatdan çağırış...
Araşdırma
32 yaşında dövlət quran, 33 yaşında isə öldürülərək cəsədi dənizə atılan qəhrəman Kırım türkü - ARAŞDIRMA
Həftənin ən çox oxunanları
Maşın Rozanın əlindən alındı - SON DƏQİQƏ
“İyunun 12-dən 24-dək Qarabağdakı təmas xəttində ən təhlükəli dövr olacaq...”
Xankəndi səmasına qırıcılar qaldırıldı - Düşmən “gəl-gəl” deyir... Fotolar+Video
Xalq artisti "Maşın" realiti şouda baş verənlərdən danışdı: "Bir Azərbaycan kişisi kimi utanıb yerə girirəm"
Tanınmış aparıcı canlı yayımdan qovuldu, səbəbi hər kəsi təəccübləndirdi - FOTO
Rekord sayda lüt qadın buzlu dənizdə belə çimdi... - (Video+18)
“Hesab elə ki, mən elə göyçəli qaçqınam, qarabağlı köçkünəm!” - Tanımadığımız Artur Rasizadə...
TANAP-dan danışan gənc kimin övladıdır? - FOTO+VİDEO
Paşinyan Azərbaycanda yeni açılan erməni kilsəsinə baş çəkdi- FOTOLAR
Türkiyəli vokalist Sevda Ələkbərzadənin ifası qarşısında mat qaldı – “Bizdə belə sənətkar yoxdur – VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin