Xəbər lenti
21/08/2018 [01:50]:
Hansı rəng heç bir dövlətin bayrağında yoxdur və niyə?
21/08/2018 [00:51]:
ABŞ-da test dələduzluğu...
21/08/2018 [00:02]:
Bir vaxtlar Mətanət Əsədovanı öpməkdən doymayan aparıcı: -"O Azərbaycan qadınının adına ləkədir"
21/08/2018 [00:00]:
Messi Avropanın ən yaxşı futbolçusu olmaq şansını qaçırdı
20/08/2018 [23:59]:
Rusiya torpaqlarını əcnəbilərə icarəyə verir
20/08/2018 [23:57]:
Bild: "Azərbaycan almaniyalı deputatı arzuolunmaz şəxs elan edib"
20/08/2018 [23:06]:
Dünyanın ən gənc milyarder qadını xarici görkəmini dəyişdi - FOTO
20/08/2018 [23:06]:
Qətər əmirinin atasından italyan qadına “tualet” jesti - İBRƏTAMİZ...
20/08/2018 [22:40]:
Azərbaycana gətirilən telefon üçün nə qədər rüsum ödəmək lazımdır? - Qiymətlər
20/08/2018 [22:30]:
Bədənimizin ən gec təkamül edən hissəsi: Ayağın baş barmaqları...
20/08/2018 [22:17]:
Bu ölkənin rəsmi səhifəsini gənc tələbə idarə edəcək - FOTO
20/08/2018 [22:01]:
Italiya prezidenti və baş naziri “Allahu Əkbər” sədasına baş əydi... -Gözlənilməz
20/08/2018 [21:53]:
40 metr hündürlüyü olan heykəl görənləri təəccübləndirməkdə davam edir - FOTO
20/08/2018 [21:46]:
"30.000 tələbə köçürən, 10 il məktəbli gündəliyi satan, 1000-lərlə məktəb direktoru təyin edən nazir..."
20/08/2018 [21:20]:
Musa Yaqubun son durumu – VİDEO
20/08/2018 [21:02]:
Xaçaturyan bacıları atalarını öldürdüklərini etiraf etdilər
20/08/2018 [20:58]:
İraqda mindən çox insan içməli sudan zəhərlənib
20/08/2018 [20:50]:
Çeçenistanda polislərə hücum edənlər yeniyetmələr olub
20/08/2018 [20:40]:
Türkiyə hərəkətə keçdi - ABŞ səfirliyinə atəş açan 2 nəfər saxlanıldı
20/08/2018 [20:31]:
Bakıda heyvanları daşıyan yük maşını aşıb - FOTO
20/08/2018 [20:29]:
30 ildən sonra dünya əhalisinin yarısı susuz qalacaq
20/08/2018 [20:28]:
Cəlilabadda yol tikintisinə 13,7 milyon manat ayrıldı
20/08/2018 [20:25]:
Ermənistanın müdafiə naziri Rusiyaya gedib
20/08/2018 [20:14]:
Şeydayev niyə Rusiya vətəndaşı kimi göstərilib? - Klubdan açıqlama
20/08/2018 [20:10]:
Prezidentdən xalqa təbrik - “Hər belə bayram...”
20/08/2018 [20:00]:
Türkiyədəki bütün diplomatik missiyaların təhlükəsizliyi gücləndirilib
20/08/2018 [19:58]:
Prezident İlham Əliyev Hindistanın dövlət başçısına başsağlığı verdi
20/08/2018 [19:56]:
Özbəkistan baş naziri qəzaya düşdü
20/08/2018 [18:57]:
“Cırıq şalvar geyənləri yox, niyə Cavanşir Məmmədovun kostyumunu gündəmə gətirirlər?”
20/08/2018 [18:27]:
“Lisey ölkədə bir ilkə imza atdığından, ona qarşı əks təbliğat aparırdılar” – Təhsilimizin uğur “Zəngi”
20/08/2018 [18:26]:
Çində robot texnologiyasının ən son nümunələri təqdim olunur
20/08/2018 [18:22]:
4 sinif otağından böyük lisey yaradan tanınmış direktor - FOTOLAR
20/08/2018 [18:18]:
“Müəllimlərin çoxu Həmrəylik Günü ilə bağlı suala cavab tapa bilmədilər” – MİQ-in komissiya üzvü
20/08/2018 [18:07]:
İnsan beyini haqqında heyrətləndirici faktlar – Doğransa da, ağrı verməz
20/08/2018 [18:01]:
“Xəstəxanada mənə dedi ki, bu əsəri musiqi ilə vidalaşmaq üçün yazıram”
20/08/2018 [17:57]:
Azərbaycan Gürcüstan bazarının əsas idxalçısıdır
20/08/2018 [17:55]:
Zelandiyada deputatların maaş artımına 12 aylıq qadağa
20/08/2018 [17:48]:
“Qarabağ”ın oyununun vaxtı yenə dəyişdirildi
20/08/2018 [17:44]:
Hökumət Qurban süfrələrini yoxlamaq üçün evlərə reydlər keçirəcək...- Süfrələr 1x1,5 m-dən böyük ola bilməz!..
20/08/2018 [17:41]:
"Ermənistanda növbəti hakimiyyət dəyişikliyi ola bilər" -Markov
20/08/2018 [17:39]:
Merkel: "Türkiyənin Almaniyanın iqtisadi yardımına ehtiyacı yoxdur"
20/08/2018 [17:34]:
ADP İdarə Heyətinin növbəti toplantısı keçirildi
20/08/2018 [17:21]:
Qurban bayramına görə bu ünvanlarda yarmarkalar olacaq - SİYAHI
20/08/2018 [17:15]:
Qadın özünü xəstəxananın 5-ci mərtəbəsindən atdı - Sumqayıtda dəhşətli intihar (Yenilənib)
20/08/2018 [17:04]:
“İki-üç imzanı çıxmaqla, oxucu müasir Azərbaycan ədəbiyyatından heç nə gözləmir”
20/08/2018 [17:02]:
Ağılın zəifləməsinə qarşı 7 möcüzəvi qida - The Food Programme...
20/08/2018 [16:56]:
KXCP sədri Qurban bayramı münasibəti ilə xalqı təbrik etdi
20/08/2018 [16:52]:
ABŞ hərbi vertolyotu İraqda qəzaya düşdü - Ölü və yaralılar var
20/08/2018 [16:50]:
Yeltsin üç gün dayanmadan içib və Amerika səfirliyinə qaçmaq istəyib
20/08/2018 [16:43]:
"Cəsarət hər zaman mənim xarakterim olub, onu itirsəm, özümü itirərəm..."
20/08/2018 [16:40]:
“Atışma kəsiləndə “Qoca” özünü bıçaqlamağa başladı” - Polisin ifadəsi
20/08/2018 [16:36]:
Bu həftə Mingəçevirdəki qəzayla bağlı yekun rəy olacaq
20/08/2018 [16:34]:
Kimlər təhsil haqqından azad olunacaq?
20/08/2018 [16:28]:
Evli qadınların yarışdığı Gözəllik Yarışmasının qalibi məlum oldu - FOTOLAR
20/08/2018 [16:19]:
Türkmənbaşı ralliyə hazırlaşır - VİDEO
20/08/2018 [16:16]:
Rövşən Rzayev kollegiya iclası keçirdi
20/08/2018 [16:14]:
“Ordu ilə yanaşı, cəmiyyəti də müharibəyə hazırlamaq lazımdır”
20/08/2018 [16:10]:
Müqəddəs Məkkədə təbii fəlakət - VİDEO
20/08/2018 [16:01]:
Çeçenistanda polisə silahlı hücum - FOTO+VİDEO
20/08/2018 [15:55]:
Natəvan Həbibinin konserti olacaq
20/08/2018 [15:07]:
Dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub
20/08/2018 [14:50]:
Düşmən snayperlərindən çəkinmədən divarın üzərinə çıxdı, bayrağımızı səliqəyə saldı - VİDEO
20/08/2018 [14:23]:
Azərbaycandan Paşinyanın mitinqinə qatılmış ermənilərin görüntüləri yayıldı...- Fotolar
20/08/2018 [14:03]:
Arzu Rəhimov Qax rayonunda vətəndaşları qəbul edəcək
20/08/2018 [14:02]:
“Ermənistanın bu addımı Qarabağ danışıqlarının ümumi ruhuna ziddir”
20/08/2018 [13:58]:
Heydər Əliyev Fondundan ADAU-ya dəstək
20/08/2018 [13:54]:
Özünə yeni sahib axtaran nökər: Məxməri inqilabdan vətəndaş müharibəsinə doğru...
20/08/2018 [13:53]:
Onlar ADPU-nu seçiblər
20/08/2018 [13:47]:
Peşə Reabilitasiya Mərkəzində Milli Qəhrəman Çingiz Qurbanova həsr olunmuş tədbir keçirilib
20/08/2018 [13:43]:
Yol qəzasında xəsarət almış naməlum kişi öldü
20/08/2018 [13:37]:
Altı vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərildi
20/08/2018 [13:28]:
Toy gecəsi sevgilisi ilə qaçdı - Gedərkən külli miqdarda pul apardı - FOTOLAR
20/08/2018 [13:07]:
“Toppuş bacı” yenidən xəstəxanaya yerləşdirildi
20/08/2018 [13:04]:
Yol polisləri üçün yeni "Mercedes" markalı avtomobillər gətirildi – VİDEO
20/08/2018 [12:56]:
Erməni özünə OD VURDU...
20/08/2018 [12:45]:
Bakı Şəhər İcra Hakimiyyəti ləğv edilib, yeni qurum yaradılır? – AÇIQLAMA
20/08/2018 [12:33]:
“Bu hadisə çoxdan baş verib...”- Bahalı avtomobili ilə qayda pozan müğənninin köməkçisi...
20/08/2018 [12:31]:
Ata və oğul yanan meşənin içindən necə keçdilər - Qorxunc Video
20/08/2018 [12:27]:
Rusiyanın Azərbaycandakı səfiri fəaliyyət prioritetlərini açıqlayıb
20/08/2018 [12:18]:
Rusiya Qarabağ münaqişəsinin həllinə köməyini davam etdirəcək - RƏSMİ
Bütün arxiv bir sırada
12/10/2017 [13:10] - Müsahibə - ( 4108 dəfə baxılıb)

"Biz bu məsələni Milli Məclisin tribunasından dəfələrlə qaldırsaq da, nə fayda?"

“Bu, sadəcə, bir qrup adamın nəyin bahasına olursa-olsun, xalqın hesabına varlanmasına xidmət edən xaotik, qiymət mədəniyyətindən uzaq ”bazar"dır"


Parlamentin payız sessiyasının ilk iclasında xalqı narahat edən bir sıra problemlərdən, o cümlədən bankların soyğunçuluğundan, süni bahalaşmadan danışıldı, müvafiq qurumlara tədbirlər görülməsi üçün müraciət edildi. Bəs ötən günlər ərzində deputatların qaldırdığı məsələlərlə bağlı hansısa qurumun təsirli tədbirləri olubmu? Bu yaxınlarda dövlət başçısının rəhbərliyi ilə hökumətin geniş tərkibdə iclasının keçirildiyini nəzərə alsaq, səslənən fikirlərin diqqətdən kənarda qalmadığını zənn etmək olar. Deputat Əli Məsimli ilə hökumətin iclasını da əhatə edən söhbətimizi təqdim edirik:

- Əli bəy, parlamentin plenar iclasında dediniz ki, dünyanın heç yerində banka borcu olanı həbs etmirlər. 200 minə qədər insanın banklar tərəfindən məhkəməyə verilməsi şəraitində bu problemin həlli üçün nəhayət, konkret addımların atılacağını gözləyirsinizmi?

- Azərbaycan iqtisadiyyatında ikinci ildir ki, kiçilmə baş verir. Qeyri-neft sektorunda artım baş versə də, ölkədə ümumi daxili məhsul, onun adambaşına düşən həcmi azalır, inflyasiyanın artım tempi əhalinin nominal gəlirlərinin artım tempini 2 dəfə üstələyir, nəticədə əhalinin real gəlirləri aşağı düşür. İqtisadiyyatımızda davam edən bu cür mənfi meyllərin qarşısının alınmasının və vəziyyətdən az itki ilə çıxışın optimal yolu cəmiyyət həyatının bütün sahələrində islahatları genişləndirmək və dərinləşdirməkdir. Ona görə də hökumət islahatlar istiqamətində müəyyən addımlar atır və bunu genişləndirməyə çalışır. Amma hələlik bu sahədə mükəmməl hesab oluna biləcək bir sistemlilik yoxdur.

- Konkretləşdirmək olarmı?

- Elə problemlər var ki, hökumət onun həllinə yetərincə operativ reaksiya verir. Harada islahatlara daha çox yer verilirsə və düzgün yanaşma sərgilənirsə, orada müsbət nəticələr də var. Məsələn, xeyli gecikmələrə yol verildikdən sonra olsa da, hər halda, İqtisadiyyat Nazırliyinin sənaye zonaları, sənaye parkları, sənaye məhəllələri və aqroparklar yaradılması istiqamətində gördüyü işləri müsbət qiymətləndirmək lazımdır. Qeyri-neft sektorunda bir sıra sənaye və kənd təsərrüfatı məhsullarının eksportunun artmasını da başlanğıc üçün müsbət dəyərləndirmək olar. Bununla belə, aidiyyəti qurumlar bəzi problemlərin həlli üçün zəruri olan birinci dərəcəli məsələni kənarda saxlayıb və ikinci, üçüncü və sair dərəcəli məsələlərin həlli ilə məşğul olurlar. Yaxud da islahat istiqamətində atılan addım kifayət qədər “çiy” olduğundan ziyan xeyrindən çox olur. Məsələn, beynəlxalq praktikada yaxşı işləyən hesablardan pul çıxarılması qaydasının bizdə tətbiqindəki qüsurlar buna əyani misal ola bilər. Bu baxımdan, ikinci və üçüncü kateqoriyaya aid qüsurlar Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətində daha çox özünü göstərir. Ona görə də bu sahədəki aktual problemin həlli ləngiyir. Bəzən isə problemi öz axarına buraxırlar ki, öz-özünə həll olacaq. Hökumətin dollarla krediti olan vətəndaşların problemlərinin həllinə yanaşma tərzi qeyd etdiyimiz həmin üçüncü kateqoriyaya uyğun yanaşmadır. Amma maliyyə sektorundakı problemlər, o cümlədən dollarla krediti olan vətəndaşların problemləri öz-özünə həll olunası deyil. Ona görə də bu problemi insanları məhkəməyə verməklə həll etmək olmaz. Məsələyə kompleks yanaşmaq lazımdır. Hökumət bu məsələ ilə ciddi məşğul olmasa, iş-işdən keçəndən sonra bu problemin həlli ilə məşğul olmalı olacaq. Bu isə əlavə maliyyə itkiləri hesabına başa gələcək.

- Ölkədə problemli kreditlərin həcmi 1,8 milyard manata çatıb. Deputat həmkarınız Vahid Əhmədov da bankirlərlə parlamentdə birgə müzakirələr aparılmasını təklif etdi. Belə bir müzakirənin keçirilməsi və ortaq anlaşmanın əldə olunması gözləniləndirmi?

“Qiymətlərin hər faizinə görə heç bir zəhmət çəkmədən ailələrin büdcəsinə ildə 180 milyon manat, ümumilikdə isə 1,3 milyard manatdan çox ziyan vururlar”

- Problemli kreditlərin həcmi təhlükəli həddə çatıb. Ona görə də bu istiqamətdə əməli addımların atılmasına böyük ehtiyac var. Bu baxımdan, problemli kreditlərlə bağlı bankirlərlə parlamentdə birgə müzakirələr aparılması problemi “ölü nöqtədən” tərpətmək baxımından faydalı ola bilər. 2015-ci ilin dekabrında ikinci şok devalvasiyadan sonra Mərkəzi Bankın sədri ilə Milli Məclisin İqtisadi siyasət komitəsinin çox konstruktiv görüşü oldu. Ondan sonra deputat həmkarım Vahid Əhmədovla birlikdə maliyyə sağlamlaşdırılmasına dair Tədbirlər Paketi hazırlayıb aidiyyəti orqanlara təqdim etdik. Həmin Tədbirlər Paketi ümumi maliyyə sağlamlaşdırılması kontekstində xarici valyutada olan kreditlərlə bağlı əhalinin və biznes strukturlarının düşdüyü ağır vəziyyətdən çıxarılmasını da nəzərdə tuturdu. Mərkəzi Bank buna razı olsa da, aidiyyəti hökumət strukturları razı olmadı. Hətta bir müddət sonra Maliyyə Bazarlarına Nəzarət Palatası yuxarılara çox aşağı əyarlı və qərəzli bir rəy də ötürdü. Bu cür qərəzli yanaşmanın acı nəticələri bu gün göz qabağındadır. Problemli kreditlərin həcmi iki dəfə artaraq təhlükəli həddə çatıb, banklar iflic vəziyyətindən çıxa bilmirlər, əhali borc tələsindən qurtula bilmir və sair. Ona görə də problemli kreditlərlə bağlı birgə müzakirələrin nəticələrinin reallaşması üçünsə onu hökumətin aidiyyəti qurumları da dəstəkləməli və gəlinən ortaq məxrəc əsasında kompleks addımlar atılmalıdır.

- Hansı addımları nəzərdə tutursunuz?

- Bu məsələdə bizim mövqeyimiz ictiamiyyətə məlumdur: dollarla olan kredit probleminin ağırlığı dövlət, Mərkəzi Bank, kommersiya bankları və əhali arasında dörd yerə bölünür. 5000 dollara qədər - imkan olsa, 10 000 dollar - olan borcların 1dollar  = 1,05 manatdan, ondan böyük məbləğlər 1 dollar = 1,20 - 1,30 manat intervalında olan məzənnə ilə qaytarılması. Şəhid ailələrı, kimsəsizlər, aşağı pensiya alan pensiyaçılar, krediti qaytarmaq üçün bütün imkanları tükənmiş yoxsul insanların aldıqları kreditlərin isə məhkəmə yolu ilə müflisləşmə mexanizmi vasitəsilə bağışlanması. Əvəzində dövlətin banklara birbaşa və dolayısı ilə dəstək verməsi, bu əsasda bankların fəaliyyətinin normallaşdırılması.

- Əli bəy, son günlər ölkədə kərə yağının qiymətinin qalxması ilə bağlı xeyli müzakirələr aparıldı, amma qiyməti kim, niyə qaldırır, bu sualların cavabı istehlakçı üçün aydın olmadı. Bəs sizə aydındırmı?

- Qiyməti qalxan mal, məhsul təkcə yağ deyil ki... Daha çox istifadə olunan xalq istehlakı mallarının qiyməti durmadan artır. Rəsmi statistikaya görə, hazırda Azərbaycan iqtisadiyyatında ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz inflyasiya var. Ərzaq mallarının qiyməti bundan da çox artıb. Biz bu məsələni Milli Məclisin tribunasından dəfələrlə qaldırsaq da, nə fayda? Rəsmi statistikanın göstərdiyi həmin 14 faizlik inflyasiyanın yarıdan çoxu süni qiymət artımı ilə bağlıdır. Qiymətlərin hər faizinə görə heç bir zəhmət çəkmədən ailələrin büdcəsinə ildə 180 milyon manat, ümumilikdə isə 1,3 milyard manatdan çox ziyan vururlar. Süni qiymət artımı məsələsini qaldırıb, belə qiymət artımının səbəblərini soruşanda, əvvəllər deyirdilər ki, dollara nisbətdə manatın məzənnəsi aşağı düşüb, ona görə də xaricdən dollarla alınıb gətirilən məhsulların qiymətləri də o qədər artmalıdır. Əvvəla, beynəlxalq praktikadan çıxış etsək, ilk baxışda haqlı görünə bilərlər. Lakin əslində bu, ayrı-ayrı mallara münasibətdə doğru yanaşma olsa da, ümumən götürdükdə doğru deyil. Milli valyuta, məsələn,10 faiz dəyər itirir, amma bu, ümumi qiymət artımına 2-3 faiz səviyyəsində təsir edir. Buna baxmayaraq, qoy lap elə olsun. 2015-ci ilin dekabrında manat dollara nisbətdə 48 faiz dəyər itirdi, amma bir çox məhsulların qiymətini 1,5- 2 dəfə, bəzi hallarda isə bundan da çox artırdılar. İndi soruşursan ki, əvvəllər manatın məzənnəsinin aşağı düşməsini bəhanə gətirib qiymətləri artırırdınız, son 8 ayda milli valyuta dollara nisbətdə 1,92 manatdan 1,70 manata qalxaraq 10 faizdən çox möhkəmlənib. Bəs indi qiymətləri niyə qaldırırsınız? Cavab verirlər ki, bazar iqtisadiyyatıdır. Xeyr, sivil bazar iqtisadiyyatı belə olmur! Bu, sadəcə, bir qrup adamın nəyin bahasına olursa-olsun, xalqın hesabına varlanmasına xidmət edən xaotik, qiymət mədəniyyətindən uzaq “bazar”dır. Belə süni qiymət artımında ən çox əziyyət çəkən isə əhalinin aztəminatlı təbəqəsi, büdcə təşkilatlarında çalışan aşağı maaş alanlar, pensiyaçılar, əlillik müavinəti ilə yaşayanlar və bu kimi insanlardır. 8 aydır ki, manat sabitdir, amma qiymətlər yenə qalxır. Fərq yalnız ondadır ki, dollara nisbətdə manatın məzənnəsi aşağı düşəndə, qiymətləri ayda bir dəfə qaldırırdılar, indi isə bu qiyməti ayda 2 dəfə, bəzən 3 dəfə artırırlar. Səbəb çox ola bilər, amma əsas səbəb - monopoliya, onun doğurduğu ədalətsizliklər və ən acınacaqlısı isə həmin monopoliyanın bilavasitə və ya dolayı yolla dəstəklənməsidir. Yəni talançılıqla zənginləşmişlərin birgə əməlidir.

- Ötən həftə prezidentin başçılığı ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Toplantıda sizin diqqətinizi çəkən əsas məqamlar hansılar oldu?

- İclasda 2018-ci il üçün daha böyük büdcənin tərtib edilməsi, strateji yol xəritələrinin icrası ilə bağlı monitorinqin nəticələrinin təhlil olunması və burada qüsurlara yol verən qurumların tezliklə düzəlişlər etməsi barədə tapşırıqlar, bu ilin sonuna qədər nəzərdə tutulmuş güzəştli kreditləşmənin tam həcmdə təmin edilməsinə dair göstəriş, sənaye zonalarının yaradılması ilə yanaşı, kənd təsərrüfatı ilə bağlı da bir sıra önəmli tədbirlərin həyata keçirilməsi, ölkəmizdə 38 aqroparkın yaradılması istiqamətində işlərin genişləndirilməsi, qeyri-neft sektorunun bir sıra sahələrində ixracın artım templərinin nəzərəçarpan dərəcədə yüksəlməsi məsələləri diqqətimi daha çox çəkən məsələlər oldu. Bunlar ilkin nəticələr kimi çox yaxşı, prosesin sürətləndirilməsi əlavə tədbirlər tələb edir. Məsələn, sənaye zonalarının, sənaye məhəllələrinin əksər rayonlarda, aqroparkların isə bütün rayonlarda yaradılması regionların infrastrukturunun inkişafına, kəndlərin problemlərinin həllinin sürətləndirilməsinə, yeni iş yerlərinin açılmasına, ixtisaslı kadr hazırlığına, regionların qalxınmasına ciddi təkan vermiş olar. Bununla yanaşı, bizə olan müraciətlərdən çıxış edərək, xüsusi qeyd etmək istərdim ki, bir sıra rayonlarda iri təsərrüfatlar və aqroparklar yaradılarkən kəndlilərin icarəyə götürüb yaratdıqları təsərrüfatları əllərindən alırlar və ya onlara yenidən daha yüksək qiymətə icarə təklif edirlər. Bunun qarşısı ən yüksək səviyyədə alınmasa, belə haqsızlıqlar yerlərdə bir sıra ailələri yeganə gəlir mənbəyi olan torpaqdan ayırıb, ciddi narazılıqlara yol açacaq.

- Necə bilirsiniz, mövcud komanda prezidentin qarşıya qoyduğu tapşırıqlara operativ reaksiya verərək, onları həll etməyə qadirdirmi?

- Bu sualın cavabı xeyli dərəcədə dövlət başçısının təşəbbüsü ilə müəyyən edilən Strateji Yol Xəritəsi üzrə 2017-ci ilin birinci yarısında görülən işlər barədə monitorinqin nəticələrində öz əksini tapıb. 47 dövlət qurumunun 2017-ci ilin ilk altı ayında Strateji Yol Xəritəsinə görə üzərlərinə düşən vəzifələrin nə qədər hissəsini icra etdiyi məlum olub. Ümumi monitorinq və qiymətləndirmənin nəticələri onu göstərir ki, bu ilin 6 ayında nəzərdə tutulmuş tədbirlərin yarısı icra edilib. Bu, onu deməyə əsas verir ki, ilin sonunadək nəzərdə tutulan tədbirlərin daha çox hissəsi icra ediləcək və əksər istiqamətlər üzrə əldə olunan nəticələr Strateji Yol Xəritəsində təqdim olunmuş hədəf göstəricilərinə uyğun olacaq. Bununla belə, ölkədə həyata keçirilən islahatlarda idarəetmənin təşkilati strukturunun təkmilləşdirilməsi işləri kadr islahatları ilə tamamlanmış şəkildə həyata keçirilməli və müasir dövrün tələblərinə daha çox cavab verən kadrlardan istifadənin dairəsi genişləndirilməlidir.(musavat.com)

Qətər əmirinin atasından italyan qadına “tualet” jesti - İBRƏTAMİZ...
40 metr hündürlüyü olan heykəl görənləri təəccübləndirməkdə davam edir - FOTO
Qadın özünü xəstəxananın 5-ci mərtəbəsindən atdı - Sumqayıtda dəhşətli intihar (Yenilənib)
“Atışma kəsiləndə “Qoca” özünü bıçaqlamağa başladı” - Polisin ifadəsi
Müqəddəs Məkkədə təbii fəlakət - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
Nabranda ailəvi istirahət üçün kotec tipli kirayə evlər. Ətraflı məlumat üçün əlaqə nömrələri:

050 311 11 64, 055 681 11 64

N.Tusi adına Klinika
Maraqlı
Hansı rəng heç bir dövlətin bayrağında yoxdur və niyə?
Maraqlı
Bədənimizin ən gec təkamül edən hissəsi: Ayağın baş barmaqları...
Dünya
Bu ölkənin rəsmi səhifəsini gənc tələbə idarə edəcək - FOTO
Maraqlı
İnsan beyini haqqında heyrətləndirici faktlar – Doğransa da, ağrı verməz
Ədəbiyyat
“İki-üç imzanı çıxmaqla, oxucu müasir Azərbaycan ədəbiyyatından heç nə gözləmir”
Həftənin ən çox oxunanları
Ərdoğan Trampa QALİB GƏLDİ: dollar sürətlə düşür
Azərbaycanda benzinin qiyməti qalxdı - Son qiymət
“Extibar, Extibar, ŞTO TAKOYE “BAMBILI”?..”
Şagirdlər kütləvi şəkildə dəfn olundular – Faciənin fotosu
Bakıda "moyka"da biabırçılıq: qızı lüt soyundurub maşın yuduzdurdular – VİDEO
“İstanbul təslim olarsa, nə Bakı qalar, nə Astana, nə Daşkənd, nə Aşqabad...” -Fikir savaşı
“Böyükdən kiçiyə qədər onlara tüpürmüşəm...” - Xalq artisti televiziya rəhbərlərini sərt qınadı...
Türkiyə zəvvarları Mədinədə Peyğəmbər(s) kimi qarşılandı - GÖZLƏNİLMƏZ...+VİDEO
Avtobus sürücüsü salonda unudulmuş 852 mini sahiblərinə qaytardı - İBRƏTAMİZ
"Səhv etmirəmsə, Şeyxülİslam Allahşükür Paşazadə də Baqramyanla bərabər gəlmişdi"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə