Xəbər lenti
23/09/2018 [00:57]:
"İranın bu formada qarışıqlığa sürüklənməsi, qonşu dövlətlər üçün arzuolunan deyil"
23/09/2018 [00:33]:
"Yaxın günlərdə gözləmədiyimiz bir məkanda mütləq terror aktı baş tutacaq" - PROQNOZ
22/09/2018 [23:13]:
Bağırovun həbsdə dindirilməsi, etirafları, istintaq materialları- Gizli tarix
22/09/2018 [22:46]:
Saatlı sakini qaynanasını qətlə yetirdi, həyat yoldaşını yaraladı
22/09/2018 [22:27]:
Nuru Paşanın bilinməyən qəhrəmanlıqları və fövqəladə hərbçi bacarıqları- Xatirələrin dili ilə
22/09/2018 [22:21]:
“Qarabağ”ın oyununa 10 min bilet satıldı
22/09/2018 [22:00]:
QAT mitinqə hazırlığı müzakirə etdi
22/09/2018 [21:56]:
Xamenei Əhvazdakı terrorun təşkilatçılarından söz açdı
22/09/2018 [21:55]:
Qarabağda erməni əsgər öldürüldü
22/09/2018 [21:55]:
Bakıda ana 8 yaşlı qızını bu səbəbdən CƏZALANDIRDI
22/09/2018 [21:53]:
Hərbi paraddakı partlayışda ölənlərin sayı 28-ə çatdı
22/09/2018 [21:49]:
Bakıdan Bakıya qaçqın düşüb?..- FOTO
22/09/2018 [21:46]:
Leyla Əliyeva Beynəlxalq Sülh Günü tədbirində -FOTOLAR
22/09/2018 [21:43]:
Suriyada İŞİD başçıları məhv edildi
22/09/2018 [21:43]:
Bəyaz “O səs” üçün 12 kiloqram arıqladı - Foto
22/09/2018 [21:41]:
Bərə qəzasında ölənlərin sayı 209 nəfər oldu
22/09/2018 [21:41]:
AŞPA Ermənistanda monitorinq aparacaq
22/09/2018 [21:13]:
“Azərbaycan KTMT-lə bağlı beynəlxalq məhkəməyə müraciət edə bilər”
22/09/2018 [20:51]:
"Necə ola bilər ki, Böyük Yaradanın rəva görmədiyi günahı bəndə bu cür asanlıqla etsin?!"
22/09/2018 [20:49]:
Rövnəq Abdullayev medalları qaliblərə təqdim etdi - Fotolar
22/09/2018 [20:23]:
Ebru ilə Rzanın Nyu-York görüşü dava ilə bitdi - Rza oteli tərk etdi
22/09/2018 [20:22]:
Facebook-dan subaylar üçün möhtəşəm yenilik – Evlilər baxmasın
22/09/2018 [20:17]:
İlham Zəkiyevə yeddinci dan qara kəmər verildi - FOTO
22/09/2018 [20:15]:
Azərbaycanlı aparıcı hamamdan şəkilini paylaşdı - FOTO
22/09/2018 [20:13]:
Raquf Orucovla bağlı MÜHÜM İŞ
22/09/2018 [20:10]:
175 nömrəli avtobusda nə baş verib? – RƏSMİ AÇIQLAMA
22/09/2018 [20:00]:
“Prezidenti öldürüb günahı ABŞ-ın üzərinə yıxacaqlar” – Şok proqnoz
22/09/2018 [19:54]:
İrandakı teraktı daha bir təşkilat üzərinə götürdü - Video/23+
22/09/2018 [19:50]:
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik edib
22/09/2018 [19:49]:
Sumqayıtda avtomobillə vurulan piyada xəstəxanada öldü
22/09/2018 [19:48]:
Azərbaycanda ölünü məhkəməyə çağırdılar
22/09/2018 [19:47]:
Can verən sevgilisinin videosunu Snapçatda paylaşan qız həbs edildi
22/09/2018 [18:48]:
Kanadada güclü qasırğa insanları vahiməyə saldı - VİDEO
22/09/2018 [18:46]:
Dünyanın ən təhlükəli şəhərləri məlum oldu
22/09/2018 [18:42]:
İlham Əliyev Bakıda keçirilən cüdo üzrə dünya çempionatını izləyib
22/09/2018 [18:40]:
Prezident orden verdi
22/09/2018 [18:39]:
İran prezidenti Trampa Səddam Hüseynin taleyini vəd etdi
22/09/2018 [18:25]:
Xanın kəndinə Şaumyanın adının verilməsinin 95 illiyi belə qeyd olundu...- FOTOLAR
22/09/2018 [17:51]:
Etimad İsmayılova şeir həsr olundu: “Məni dəfn etməyə gələrsən, ANA!”
22/09/2018 [17:46]:
"Kamal Abdullanın bu addımı sözün yaxşı mənasında bir "ilk" oldu"
22/09/2018 [17:29]:
“İranda gərginliyin artması qonşu dövlətlərə yaxşı heç nə vəd etmir”
22/09/2018 [17:13]:
“İstəyirdim ki, Xatirə xanımın tikdirəcəyi Şəhid bulağı Müşfiqin məzarının yanında olsun...”- Şəhid anası...
22/09/2018 [16:35]:
“Qanuni oğru” həbsxanada intihar etdi
22/09/2018 [16:34]:
Əsla ayağı ayağın üzərinə qoyub əyləşməyin - ÖLƏ BİLƏRSİNİZ
22/09/2018 [16:32]:
"Zaurun verilişinə çıxdım ki, ipotekam bağlansın" - Əməkdar artist
22/09/2018 [16:30]:
"Atamın dostu ilə yatdım" - Aktyorun qızından gözlənilməz etiraf
22/09/2018 [16:29]:
Tarkandan heyranlarına şok: Səhnədən imtina etdi
22/09/2018 [16:20]:
Ermənistanda Futbol Federasiyasına yeni prezident seçildi
22/09/2018 [16:19]:
ABŞ-da işləmədiyi cinayətə görə 27 il həbsdə yatan məhkum azadlığa çıxdı -FOTOLAR
22/09/2018 [16:17]:
Elman Mehdiyev müşavir təyin edildi - Səlim Müslümovun bağladığı "kitab" yenidən açıldı...
22/09/2018 [16:07]:
“Əgər Allah mənə sənətimdən artıq alicənab yetirərsə, ərə gedərəm"
22/09/2018 [15:37]:
“Bəs uşaqlarımıza “Şaumyan” adı qoymağa kim məcbur edirdi?”
22/09/2018 [15:26]:
Lukaşenko Putinlə danışıqları ağır adlandırdı
22/09/2018 [15:17]:
Salahlıdan Amasyaya Polkovnik Məmməd Qazaxın izi ilə...
22/09/2018 [15:12]:
Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verdi
22/09/2018 [15:10]:
“Televiziyalarımızda reytinq adı altında bizə niyə zir-zibil təqdim olunmalıdır?”
22/09/2018 [15:10]:
Azərbaycanda orta aylıq əməkhaqqı 3,7% artdı
22/09/2018 [15:07]:
Beyləqanda 196 ağac yandırıldı
22/09/2018 [14:43]:
"Yenə sahibkarlara zülm edəcəklər ki, istixanaları qoyub qaçsınlar" - ŞİKAYƏT
22/09/2018 [14:41]:
Birincilər Dövlət Komitəsinə ekskursiya etdilər
22/09/2018 [14:35]:
Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq
22/09/2018 [14:26]:
“Desəm ki, daha çox Qüdrət Həsənquliyev mat olur...” - Fazil Mustafa ilə “Bir hovur” söhbət
22/09/2018 [14:13]:
XİN-dən KTMT baş katibinin açıqlamasına reaksiya
22/09/2018 [14:09]:
Türkiyədə məktəblilərin olduğu avtobus aşdı, ölən və xəsarət alanlar var
22/09/2018 [14:03]:
Moderator.az operativ reaksiyaya görə DİN rəhbərliyinə təşəkkür edir...
22/09/2018 [13:46]:
"Bunu edən üzdəniraq jurnalistlər də var, qələm əlində olan şəxs bunu edərmi?"
22/09/2018 [13:21]:
Nyu-York metrosunda tavan uçdu -Gözlənilməz
22/09/2018 [13:18]:
“Qanuni oğru” həbsxanada intihar etdi
22/09/2018 [13:17]:
İlham Əliyev başsağlığı verdi
22/09/2018 [13:16]:
İran terror aktına görə ABŞ-ı ittiham etdi
22/09/2018 [13:15]:
Sabiq təhsil nazirindən rektorun təşəbbüsünə dəstək
22/09/2018 [13:13]:
Azərbaycanda hava şəraiti kəskin dəyişir - XƏBƏRDARLIQ
22/09/2018 [13:12]:
Bakı sakinini küçədə qarət edənlər tutuldu
22/09/2018 [12:33]:
Keçmiş sevgilisini görüb restorandan getdi -FOTOLAR
22/09/2018 [12:30]:
40 manata görə qonşusunu ölümcül etdi
22/09/2018 [12:28]:
Ramiz Mehdiyev Bakı Kitab Mərkəzində
22/09/2018 [12:21]:
“Kamal Abdullanın bu təşəbbüsü təqdirəlayiqdir, amma...”
22/09/2018 [12:17]:
Ruhani Trampa Səddam Hüseynin taleyini xatırlatdı
22/09/2018 [12:14]:
Rövşən Rzayev 6 rəhbər şəxsi işdən çıxardı - “Qaçqınkom”da köklü dəyişikliklər
22/09/2018 [12:07]:
İranda hərbi paradda terror aktı - YENİLƏNİB + FOTO/VİDEO
Bütün arxiv bir sırada
12/10/2017 [14:31] - Hadisə - ( 6717 dəfə baxılıb)

Yoxmu qanımızda xalqın qeyrəti, belə saxlayarlar bəs əmanəti? - "Gülüstan"



Bu gün Azərbaycanın parçalanmasının əsasını qoyan mənhus "Gülüstan" müqaviləsinin imzalanmasından 204 il ötür. 

Moderator.az hələ sağlığında özünə rəhmət qazandırmış Xalq Şairi Bəxtiyar Vahabzadənin ruhuna sonsuz minnətdarlıq hissi ilə onun "Gülüstan" poeamısını oxuculara təqdim etməyi lazım bilib:

I-ci Hissə

İpək yaylığıyla o, asta-asta
Silib eynəyini gözünə taxdı.
əyilib yavaşca masanın üstə
Bir möhürə baxdı, bir qola baxdı.

Kağıza həvəslə o da qol atdı,
Dodağı altından gülümsəyərək.
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınc tək.

Öz sivri ucuyla bu lələk qələm
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı,
Ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.

O güldü kağıza qol çəkən zaman,
Qıydı ürəklərin hicran səsinə.
O güldü haqq üçün daim çarpışan
Bir xalqın tarixi faciəsinə.

Əyləşib kənarda topsaqqal ağa,
Hərdən mütərcimə suallar verir.
Çevrilir gah sola, baxır gah sağa,
Başını yellədib təsbeh çevirir.
Qoyulan sərtlərə razıyıq deyə,
Tərəflər qol çəkdi müahidəyə...
Tərəflər kim idi? Hər ikisi yad!
Yadlarmı edəcək bu xalqa imdad?!

Qoy qalxsın ayağa ruhu Tomrisin,
Babəkin qılıncı parlasın yenə.
Onlar bu şərtlərə sözünü desin,
Zənciri kim vurdu şir biləyinə?

Hanı bu ellərin mərd oğulları?
Açın bərələri, açın yolları.
Bəs hanı bu əsrin öz Koroğlusu-
Qılınc Koroğlusu, söz Koroğlusu?

Babaların şəni, şərəfi, əlbət,
Bizə əmanətdir, böyük əmanət...
Yoxmu qanımızda xalqın qeyrəti?
Belə saxlayarlar bəs əmanəti?
Qoy ildırım çaxsın, titrəsin cahan! 
Ürəklər qəzəbdən
coşsun, partlasın.
Daim haqq yolunda qılınc qaldıran
İgid babaların goru çatlasın.

Qoy əysin başını vüqarlı dağlar,
Matəmi başlandı böyük bir elin.
Mərsiyə söyləsin axar bulaqlar,
Ağılar çağırsın bu gün qız, gəlin!..

Tərəflər sakitdir, qəzəbli deyil,
Məhv olan qoy olsun, onlara nə var.
İmzalar atılır bir-bir, elə bil,
Sevgi məktubuna qol çəkir onlar.

Atıb imzasını hər kəs varağa,
əyləşir sakitcə keçib yerinə.
Eynəkli cənabla, təsbehli ağa,
Qalxıb əl də verir biri-birinə.

Onların birləşən bu əllərilə
Ayrılır ikiyə bir el, bir Vətən.
Axıdıb gözündən yaş gilə-gilə,
Bu dəhşətli hala nə deyir Vətən?

Bir deyən olmadı, durun ağalar!
Axı, bu ölkənin öz sahibi var.
Siz nə yazırsınız bayaqdan bəri,-
Bəs hanı bu yurdun öz sahibləri?

Bəs hanı həqiqət, bəs hanı qanun?
Qocadır bu yurdun tarixi, yaşı.
Bəs hanı köksünə sərhəd qoyduğun,
Bir vahid ölkənin iki qardaşı?

Görək bu hicrana, bu müsibətə,
Onların sözü nə, qərəzi nədir?
Bu xalq əzəl gündən düşüb zillətə,
Öz dogma yurdunda yoxsa kölədir?

Necə ayırdınız dırnağı ətdən-
Ürəyi bədəndən, canı cəsəddən?
Axı, kim bu haqqı vermişdir Sizə,
Sizi kim çağırmış Vətənimizə?

Neçə vaxt səngərdə hey ulaşdılar,
Gülüstan kəndində sövdalaşdılar.
Bir ölkə ikiyə
Ayrılsın deyə!..

Göy də guruldamış deyirlər o gün,
Çölləri, düzləri buludlar sarmış.
O göy gurultusu ulu Babəkin Ruhuymuş,
hönkürüb fəryad qoparmış.

Gülüstan kəndinin gül-çiçəkləri
Bir günün içində soldu-saraldı.
"Gülüstan" bağlandı, o gündən bəri,
Bu kəndin alnında bir ləkə qaldı.

Bağrı köz-köz oldu "Yanıq Kərəmin"
Tellər inildədi, yandı, nə yandı.
Aşığın sazında daha bir həzin,
Daha bir yanıqlı pərdə yarandı.

Həmin gün ölkəni apardı sel, su,
Tutuldu çöhrəsi günün, ayın da.
Qoca Nəbatinin eşqi, arzusu,
O gün batmadımı Arpa çayında?

Ağlayıb dağlardan əsən küləklər,
Bu məşum xəbəri aləmə yaydı.
Sanki dilə gəldi güllər, çiçəklər:
"Bu isə qol qoyan qollar sınaydı".

Arazın suları qəzəbli, daşqın,
Sirin nəğmələri ahdır, haraydır.
Vətən quşa bənzər, qanadlarının
Biri bu taydırsa, biri o taydır.

Quş iki qanadla uçar, yüksələr,
Mən necə yüksəlim tək qanadımla?
Ürəklər bu dərddən tüğyana gələr,
Axar gözümüzdən yaş damla-damla.

Cənablar, bir anlıq düşündünüzmü?
Verdiyiniz hökmün ağırlığını?
Bu hökmün dəhşəti əllimi, yüzmü?
Biz necə götürək bu göz dağını?..

Başı kəsiləndə bu məğrur elin
Qəlbin ağrısını hiss etdinizmi -
Qoca Füzulinin, igid Babəkin
Etiraz səsini eşitdinizmi?
Cənablar, bir damcı mürəkkəblə siz
Düsünün, nələrə qol çəkmişsiniz?

Bir damcı mürəkkəb, bir vətəndaşı
Qanına bulayıb ikiyə böldü.
Bir damcı mürəkkəb olub göz yaşı
İllərlə gözlərdən axdı, töküldü.

Min ləkə vurdular şərəfimizə
Verdik, sahibimiz yenə "ver" - dedi.
Lap yaxsı eləyib doğrudan, bizə
Biri "baran" - dedi, biri "xər" - dedi.
Bizi həm yedilər, həm də mindilər,
Amma dalımızca gileyləndilər.

Hökmü gör nə qədər böyükmüş anın
Möhür də basdılar varağa təkrar.
Yox, varağın deyil, Azərbaycanın
Köksünə dağ boyda dağ basdı onlar.

İmzalı, möhürlü ey cansız varaq,
Nə qədər böyükmüs qüvvətin, gücün.
Əsrlər boyunca vuruşduq, ancaq
Sarsıda bilmədik hökmünü bir gün.

Ey kağız parçası, əvvəl heç ikən,
Yazılıb, qollanıb yoxdan var oldun.
Böyük bir millətin başını kəsən,
Qolunu bağlayan hökmdar oldun.

Bir eli ikiyə paraladın sən
Özün kağız İkən paralanmadın.
Köksünə yazılan qəlb atəşindən,
Niyə alıçmadın, niyə yanmadın?

Araz sərhəd oldu, əsdi küləklər,
Sular yatağında qalxdı, köpürdü.
Üstü dama-dama taxta dirəklər,
Çayın kənarında səf çəkib durdu.

Sular, sizdən təmiz nə var dünyada?
Ləkədən xalidir axı qəlbiniz.
Bağrınız alışıb niyə yanmadı
Bu çirkin əmələ qol qoyanda siz?

Ey Araz, səpirsən göz yaşı sən də,
Keçdikcə üstündən çölün, çəmənin.
Səni arzulara sədd eyləyəndə,
Niyə qurumadı suların sənin?

Dayanıb Arazın bu tayında mən
"Can qardaş" deyirəm, o da "can" deyir.
Ey zaman, sorğuma cavab ver, nədən
Səsim yetən yerə, əlim yetməyir?..

Qarışıb gözümdə, qarışıb aləm
Dərd-dərdi doğrayır, qəm-qəmdən keçir.
Arazın üstündən keçə bilmirəm,
Araz dərdim olub sinəmdən keçir.

Taxta dirəkləri torpağa deyil,
Qoydular Füzuli divanı üstə.
Yarıya bölündü yüz, yüz əlli il
Gəraylı, bayatı, muğam, şikəstə.

Dəmir çəpərləri eşqim, diləyim,
Tarixim, ənənəm üstə qoydular.
Yarıya bölündü canım, ürəyim,
Yarıya bölündü Arazda sular.

Taxta dirəkləri qoydular ax, ax!
Qəlbimin, ruhumun, dilimin üstə.
Biz güldük, ağladıq, yenə də ancaq
Bir sazın, bir telin, bir simin üstə.

Ürəkdən ürəyə körpü? Bir dayan!
Dərdimiz dinirsə, bir sazın üstə
Şəhriyar yaralı misralarından
Körpü salmadımı Arazın üstə?!

Bu taydan o taya axışdı sel tək
Gözə görünməyən könül telləri.
Bu selin önünü nə çay, nə dirək
Kəsə bilməmişdir yüz ildən bəri.

Ağalar bilmədi birdir bu torpaq
Təbriz də, Bakı da Azərbaycandır.
Bir elin ruhunu, dilini ancaq
Kağızlar üstündə bölmək asandır.

Böl, kağız üstündə, böl, gecə-gündüz,
Torpağın üstünə dirəklər də düz,
Gücünü, əzmini tök də meydana,
Qosundan, silahdan sədd çək hər yana.
Torpağı ikiyə bölərsən, ancaq
Çətindir bədəni candan ayırmaq!

Ayırmaq kimsəyə gəlməsin asan
Bir xalqın bir olan dərdi-sərini.
O taydan bu taya Mustafa Payan
Oxuyur Vahidin qəzəllərini.

Dolandı zəmanə, döndü qərinə,
Şairlər od tökdü yenə dilindən.
Vurğunun o həsrət nəğmələrinə
Şəhriyar səs verdi Təbriz elindən:

"Heydər baba, göylər qara dumandı,
Günlərimiz bir-birindən yamandı.
Bir-birindən ayrılmayın, amandır,
Yaxşılığı əlimizdən aldılar,
Yaxşı bizi yaman günə saldılar.

Bir uçaydım bu çırpınan yelinən,
Qovuşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən.
Bir görəydim ayrılığı kim saldı,
Ölkəmizdə kim qırıldı, kim qaldı".

1959

GÜLÜSTAN

II Hissə

İSTİQLAL

1

Zərurət görmədim təsadüf qədər
Məqsədə yönəlir bu başsız axın.
Məndən rica etdi bir vətənsevər
Yazım davammı mən "Gülüstan"ın.

Yazmışdım mən onu düz qırx il qabaq.
O vaxtdan bu yana çox sular axdı.
Arazın suyunda enib qalxaraq
Ürəkdə bəslənən arzular axdı.

Torpağa düşmədi, apardı yellər
Arzu toxumları sulara düsdü.
Yandı, pörşələndi həsrət könüllər
Yenə bu minvalla illər ötüşdü...

"Gülüstan" adicə haraydı, haydı
Qulaqlar kar olur biz qışqıranda.
Mən onu yazanda şah zamanıydı,
Başqa bir zamandır indi İranda.

Millət qarşılaşdı basqa yasaqla
Cəkdi imtahana böcək, quşları
Üsullar dəyişdi, gedən bıçaqla
Gələn, pambıq ilə kəsdi başları.

Dünya çalxalandı, sular dıruldu
Tərsinə dolandı əsrin məhvəri.
Zaman hökm elədi, vaxt hakim oldu
Ayağa qaldırdı qul millətləri.

Qullar silahlandı qəzəbdən, kindən
Ayıra bildilər dumandan sisi.
Qovdu ağasını məmləkətindən
Kölə Afrikanın kölə zəncisi.

Göyə dirək oldu amanım, ahım,
Halalca haqqımız bizdən yan qaçar.
Zəncinin bəxtini açan Allahım
Bəs mənim bəxtimi nə zaman açar?

Yaman uzun çəkdi hökmü bu qəsdin,
Ayrılıb ikiyə döndü bir Vətən.
"Gülüstan" adlanan bu ifritənin
Kağızı, qələmi nədənmiş görən?

O kağız, o yazı yumdu gözləri
Yanan ürəklərdə od külə döndü.
Bizim aramızda o gündən bəri
"Gülüstan" tikanlı məftilə döndü.

Baş idik, ayağa indi yol olmaq
Bizi dərdimizə bu gün yad eylər.
Bir vaxt hakim ikən dönüb qul olmaq
Bizim bəxtimizə yazılmış məgər?

Bir vahid millətə, iki hakimin
Dili doğmalaşdı... Bu lap ağ oldu.
Dogma anamızın şəkərdən şirin
Bizə öyrətdiyi dil yasaq oldu.

Hakimlər özü də bilirdi aşkar
Mənim öz dilim var, öz tarixim var.
Siz haqqın üzünü boyalayırkən
Həqiqət də aydın, yalan da aydın.
Yüz min erməninin məktəbi varkən,
Yirmi milyon türkə onu qıymadın.

Dinində, törəndə bizimlə birkən
Yasandan sən mənim haqqımı sildin.
Dininə düşməni əzizləyirkən,
Sən öz dindaşına düşmən kəsildin.

Özündən, sözündən qaçaq dilimiz
İslanıb üşüdü qarda, çisəkdə.
Yüksək məqamlarda yasaq dilimiz
Qovulub yaşadı kənddə, kəsəkdə.

Insan olmaq üçün uşaq dil açar
Yasaqlar önündə biz dilsiz olduq.
Dil varsa, xalq da var, şan-şöhrət də var
Dil yoxsa, millət yox, heç varlıq da yox.

Soruşduq: - Dilimiz yoxsa, biz kimik?
- Farsdan dönməsiniz - dedilər bizə.
Baxıb gözümüzün Içinə dimdik,
Onlar qəsd elədi mənliyimizə.

Belə "tarixçilər", belə nadanlar
Sizdə də, bizdə də dürəkdir ancaq.
Düşmən olsalar da millətə onlar
Hakimi-mütləqə dirəkdir ancaq.

Firdovsin söz açdı türk oğlu kimi
Əfrasiyab adlı Alpər-Tunqadan.
Məgər fars idimi sizin
Rüstəmi Döyüşə çağıran o böyük xaqan?

Rüstəm Zal - İransa,
əfrasiyab - Turan,
Beləysə, fars olub
Turk nə zamandan?
Məgər türk deyildi mənim şahlarım
Əsrlər boyunca mülki-İranda?
Bəs səni tutmazmı naləm, ahlarım
Məni "farsdan dönmə" adlandıranda?

Türkün zatındadır kişilik, mərdlik
O, öz düşmənini vurmaz arxadan.
Türkə, Türk dilinə bu düşmənçilik
Sizdə bir adətdir qalü-bəladan.

Tarixə baş vuraq: Bu ağ, bu qara
Mərdlik mayasıyla yoğrulmuş babam.
Haqqını tanıdıb çox haqsızlara
Amma haqsıza da mərd olmuş babam.

Bəzən özümüzü bəyənmədik biz
Dedik, filankəsə gərək oxşayaq.
Yandı öz bağımız... fikir çeşməmiz
Özgə bağlarını suladı ancaq.

Heç kəs inciməsin, dedik qoy bizdən
Yandıq yad evində bir çıraq kimi.
"Buyur" deyə-deyə hörmətimizdən
Qonağı elədik evin sahibi.
Bizim böyük-böyük ustadlarımız
"Xəmsə"lər bağladı özgə dilində.
Dönüb yadın oldu bizim varımız
Babam talan oldu öz mənzilində.

Yada abidələr ucaldıb dedik:
Fəhləlik bizimdir, ustalıq sənin.
Çox zaman özgəyə qulluq elədik
Beyin bizim oldu, əsər özgənin.

Nadir də, Qacar da ölkələr aldı
Vətən ucalmadı, taxtı ucaldı.
Oz dogma elini ayağa saldı
Şahlar bizim oldu, zəfər özgənin.

Saldıq özümüzü özümüz gözdən
Kül ilə oytıadıq, əl çəkib közdən.
Ölkələr nur aldı şəfəqimizdən
Günəş bizim oldu, səhər özgənin.

Mənim sərvətimə cahan göz dikdi
Sərvətim, dövlətim ona gərəkdi.
Babam yer şumladı, babam yer əkdi
Zəhmət bizim oldu, bəhər özgənin.

Açdı sinəsini bizə bu torpaq
Aləmi bəzəyib lüt olduq ancaq.
Cıdırda çapsaq da hamıdan qabaq
Hünər bizim oldu, nəmər özgənin,
Qızıl bizim oldu, kəmər özgənin.

Meydan oxusaq da çərxi-dövrana
Bəzən özümüzlə üzbəüz olduq.
Düşməni əzsək də mərdü-mərdana,
Bəzən düşmənimiz özümüz olduq.

Zamanın küləyi de əsdi hardan?
Uduza-uduza axır udulduq.
Vaxtın axarında gəldi bir zaman
Biz iki hakimə dönüb qul olduq.

Ayılın hakimlər, dönür bu dövran
Qorxun haqqı görən Allahınızdan.
Tarixi gerçəyi danmayın barı
Sizin çörəyiniz diziniz üstdə.
Tarixi əzmiylə yaradanları
Niyə çökdürdünüz bu gün diz üstə?

Sədi dərs də verdi sizə ədəbdən
Sizsə başqasını bəyənmədiniz.
Möhtəşəm bir dini alıb
Ərəbdən ərəbə "çəyirtkə yeyən" dediniz.

2

Quzeydə ayağa qalxdı məmləkət
Bir təpə bir dağla üz-üzə gəldi
Millətin qəlbində boy atan nifrət
Köksün həmləsiylə o dağı dəldi.

Yaman acıq gəldi bu nifrət ona
Tankların altında əzdi milləti.
Sığdıra bilmədi dağ qüruruna
Təpə önündəki məğlubiyyəti.
Millət millət olur, arzu, niyyəti,
İnamı, inadı,
öz imanıyla,
Dərk edib bu haqqı, bu həqiqəti,
Suvardıq torpağı şəhid qanıyla.

Eşidib qəlbimin üsyan səsini,
Yazdım "Şəhidlər"in faciəsini:
"Dilək bir çiçək də bitirə bilməz
Bu gündən sabaha körpü olmasa.
Azadlıq ağacı bar verə bilməz
Şəhidlər qanıyla suvarılmasa.

...O şənbə gecəsi gecikdi səhər
Zaman itirmişdi o gün sağ-solu.
Ömürdən keçərək, keçdi şəhidlər
Bir qanlı gecədə min illik yolu.

O şənbə gecəsi ölüb-dirildik
Şərəf papaq oldu, başlara qondu.
O qətl gecəsi xalqın min illik
Şücaət tarixi təkrar olundu.

Qatil gülləsinə qurban gedirkən
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən göylərinə çəkdi şəhidlər.

O şənbə gecəsi, o qətl günü
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünu
O gecə dağıdıb sökdü əhidlər."


3

"Gülüstan" yarandı duz qırx il əvvəl
"Şəhidlər" nəticə, "Gülüslan" təməl.
Azadlıq verilməz bilək bir kərə
Azadlıq alınar, budur doğru yol.
Axı "Gülüstan"dan ta "Şəhidlər"ə
Gedən uzun yoldu keçilən bu yol"

Daş körpü - vəhdətim, daş Xudafərin!
Gərəksiz daşların qalağı oldu.
Üstündən bir kimsə keçmədi... min-min
Könül həsrətinin göz dağı oldu.

Gəldi başımıza nələr, ay nələr,
Goramı aparaq bu dərdi qardaş?
Bütün bu bəlalar, bu faciələr
Həmən "Gülüstan"dan göyərdi, qardaş.

Quzeydə yerini göstərdik yada,
Zorun təməlini haqq deşə bildi.
Gördük, bizdən başqa bu gen dünyada
Bütün ayrılanlar birləşə bildi.

Biriykən ikiyik, bu halımızla
Biri-birimizə həsrət qalmışıq.
Biz hələ bu gün də xəyalımızla
Həsrətin üstündən körpü salmışıq.

Buna da şükr edib, "təvəkkül" - dedik,
İmdadçün həmişə üz tutduq göyə.
Elə zaman gəldi, keçmək istədik
Xəyali körpüdən biz, daş körpüyə.

Daş körpü - vəhdətim, daş Xudafərin!
Gərəksiz daşların qalağı oldu.
Üstündən bir kimsə keçə bilmədi
Bölünən bir xalqın göz dağı oldu.

Biri-birimizə gendən "gəl" - dedik
Tanrı üz çevirdi elə bil bizdən.
O qədər üstündən keçə bilmədik
Körpünü ot basdı qəhərimizdən.

İki əsrdir ki, o daş körpünün
Bu tayında mənəm, o tayında sən.
Sökülüb-dağılır daşlar günbəgün
Sərhəd dirəkləri xəbərsiz oldu
Bizim qəlbimizdən keçən körpüdən.

Qəsbkar qəsdini əbədi sanmış
İki başda duran tağlara bir bax.
Çoxu dağılsa da dimdik dayanmış
Birinci tağ ilə axırıncı tağ.

O tağın biri mən, o biri sənsən
Onlar əsrlərlə dözüb sellərə.
Selin zərbəsinə tağlar dözübsə,
Nə gəlib arzusu bir könüllərə?

Bu gün qismətimiz qəm-kədərdisə,
Dünənki birliyim heç unudulmaz.
Çayın altındakı torpaq birdisə,
O tayı bu taydan ayırmaq olmaz.

Neçə il əvvələ qayıdaq yenə
Diləklər dikəldi, "mən varam" - dedi.
Bu böyük diləyin zərbələrinə
Sərhəd dirəkləri tab gətirmədi.

Bu taydan o taya haray qaldırıb,
Özünə güvəndi bu millət yenə.
Dəmir məftilləri dişiylə qınb
Oğullar doladı biləklərinə.

Araz öz yoluyla yenə axırdı
Həsrət divarını o gün asdılar.
Qardaşlar qollardan zənciri qırdı
Çayın ortasında qııcaqlaşdılar.
Dərdi boğazlayıb o gün sevincdən
Onlar hönkür-hönkür hey ağlaşdılar.

Qardaşlar ağladı o gün doyunca
Soldatlar, sərbazlar dəhsətə gəldi.
O günün ertəsi Araz boyunca
Tikanlı dirəklər yenə dikəldi.

Qovuşdu bir günlük bu lay o layla
Bir günlük sevincdən çaş-baş oldular.
Qardaşı qardaşdan ayırmasıyla
Soldatla sərbaz da qardaş oldular.

Ölmədi, o günü gördü Bəxtiyar
Dedi: - Haqq önündə zor bərbad olsun.
Dedi: - Mən o günü gördüm, Şəhriyar,
Qabaqda işıq var, ruhun şad olsun.

Bu yerdə ustadla neçə il əvvəl
Telefon söhbəti yadıma düşdü:
Mən ona "gəl" - dedim, o mənə "gəl-gəl"
əllər görüşmədi, səslər görüsdü.

"Məndən xəbər aldı:
- Neçə yaşın var?
Yaşımı söylədim, dedi:
- Min alqış!
Dedim:
- Nəyə alqış, ustad Şəhriyar?
Dedi ki, cavansan, sən mənə baxmış.
Arzum göyərmədi, keçibdir yaşım,
O vüsal gününü sən gör, qardaşım".

Getməz ağzımızdan o günün dadı
Mən gördüm o günü bircə gün ancaq.
Başımız üstündə yenə oynadı
Bu tayda "dubinka" , o tayda şallaq.

Biz bunu bacardıq...
Ancaq nə fayda?
Verdik əlimizdən yelə fürsəti.
Allah bir də nə vaxt, hansı dolayda
Bizə verəcəkdir elə fürsəti?

Tarixdə neçə yol uduzduq nədən?
Zirvəyə qalxmışdıq, biz niyə endik?
Səbrlə, tədbirlə, ölçüb-biçmədən
Ağla güvənmədik, hissə güvəndik.

Səttarxan, Bağırxan və Pişəvəri
Bizimçün hər biri diridən diri.
Onlar qəhrəmandı, qəhrəman, fəqət
Təkcə igidliklə kar aşmır indi.
Uzağı görmədən, təkcə cəsarət
Arzuya, istəyə yol açmır indi.

Onlar ölçmədilər uzunu, eni
Tədbir tökmədilər, əzab çəkdilər.
Tuta bilsəydilər günün nəbzini
Arzu güllərini dərəcəkdilər.

Qırx il həsrət qaldı almana alman
Dövrana baxdılar, vaxta baxdılar.
Onlar qanadlanan arzularından
Zamanın çiyninə qanad taxdılar.


Düşündük dərdimiz artdı ilbəil
Vaxtin damarını tuta bilmədik.
Siz: " zaman başqadır, vaxt o vaxt deyil",
Bizsə o arzuyla şerlər dedik.

İstiqlal qazandı quzeydə ölkə
Bunu gözləmişdi millət yetmiş il.
Bu gün aldığımız azadlıq bəlkə
Bizi biz edəcək istiqlal deyil?

İstiqlal qazandıq, kim "oxay" dedi?
Təzə bəlalara biz sinə gərdik.
İstiqlal milləti sevindirmədi
İstiqlal qazanıb, torpaq itirdik.

Çəkdi bu milləti hərə bir yerə
Məqsəd - kürsü eşqi, amal - mənfəət.
O qədər çəkişdik, həm firqələrə
Həm də bölgələrə bölündü millət.

Umdu, nəsə umdu Vətəndən hamı
Amma unuduldu məmləkət dərdi.
Kürsüyə çatmaqçün biri Ağdamı
Biri də Şuşanı güdaza verdi.

Bunlar həqiqətdir, ay bədbəxt, sənin
Hansı amal ilə qəlbin döyündü?
Unudub dərdini bütöv Vətənin
Kürsü hərisliyi amala döndü.

4

İslam bayrağıyla başqası gəldi
Hamı düsündü ki, dünya düzəldi.
Solub-saralırdı sahibsiz təki
Bizim viran olmuş könlümüzdəki
Arzu çiçəkləri ...
o gün suladıq.
Biri-birimizi muştuluqladıq.
Bizim Söhrab Tahir, Balaş, Mədinə
Bayram libasları geydi əyninə.
Ertəsi eşitdik möhtərəm imam
Yaratdı ölkədə "cümhuri-islam".
Çox gözəl, cümhura nə irad, nə söz?
Məgər bu deyilmi istədiyimiz?

Şahlıq diyarında, şah ölkəsində
"Döndü həqiqətə" yüz illik xəyal.
Türkün öz dilində, öz ləhcəsində
Qəzetlər, dərgilər çıxdı dalbadal.
Nə oldu sonrası? Keçdi bir qədər
Boyalar silindi, bozardı üzlər.
Gördük vədlərdən təkcə söz qalıb
Zulm qah-qah çəkir, haqsa hönkürür.
Şahlıq devrilsə də, başqa rəng alıb
Yaşayır əvvəlki zülm başqa cür.

Adını dəyişib, əhdini danıb
Yenə həmən zülm, həmən əsarət.
Qarmağa taxılan ətə aldanıb,
Tələni görmədi zavallı millət.

Zülm nə din bildi, nə dil, nə
Vətən, Cəhalət uydurdu İslam adına.
Açıq fikirlilər qaçdı ölkədən,
Dözməyib cahilin xurafatına.

Düşünən başları qovdu ölkədən
Farsı da, kürdü də, türkü də qəsdən.
Deyən tapılmadı, otur yerində
Mən qafil deyiləm sözə aldanam.
De, hanı bəs sənin əməllərində
Şəri boğazlayan müqəddəs İslam?

Məgər yuvasından didərgin düşən
O bədbəxt kimsələr müsəlman deyil?
İslamda insanlıq ləyaqətindən
Nitqlər söylədin minbərlərdə sən,
Yurddan qovduqların bəs insan deyil?

Minbərdən bağırdı söz gövşəyənlər:
"İslama hər yerdə dayağıq" - deyə.
Bizi darda qoyüb "İslam" deyənlər
Niyə dayaq oldu bəs erməniyə?

Dandın həqiqəti sən bilə-bilə
Sübutun uydurma, dəlilin əbəs.
Erməni qəsbinə kiriməyinlə
Xoruzun quyruğu görünmürmü bəs?

Qorxuram bu yerdə belimiz sına
Adını qoymusan "İslam dövləti".
Özün de, budurmu din qardaşına
İslam dövlətinin xətri, hörməti?

Bunıın da kökünü bilirik nədir?
Səninçin "arilik" dindən öndədir.
İslama "vay" dedi, dinə "vay" dedi
Arxaya çəkildi din qohumluğu.
Sizi erməniyə dayaq eylədi
əcdadda birləşən qan qohumluğu.

Tapıldı bizdə də cəhalətindən
Dinin cövhərini anlamayanlar.
Atıldı meydana, yapışıb dindən
Onu ciblərinə qazanc sayanlar.

Kəbəyə getdilər hər il dalbadal
Ziyarət deyildi, ticarətdi bu.
Bəs hanı haqq yolu? Bu səfər,
bu yol Hacılıq adıyla tacirlik oldu.

Dedilər: "Dərdlərə son qoymaq üçün
"İslam partiyası" gərəkmiş bu gün.
Bir deyən olmadı amma onlara
"A qardaş, din hara, siyasət hara?"

Nədir bu partiya? Mən anlamıram
Firqə, dar çərçivə, firqə bir qəfəs!
O boyda ucalıq, o boyda İslam
Firqə qəfəsinə sığışarmı bəs?

Din ilə ucalır ruhumuz göyə
Göylər bir qiyasa, ölçüyə gəlməz.
O böyük din ilə bircə firqəyə
Bəşərin yarısı sığışa bilməz.

Sökülür dan yeri, görmürsənmi sən
Zamanın özündən, vaxtın özündən?
Bu nə boş xəyaldır, nə şirin röya?
Közərir çınqa od külün içində.
Dünyanı titrədən qoca Rusiya
Bölünüb söküldü bir gün içində.

Köksünə dağ üstdən dağ çəkilən xalq
Bir gün dağ çəkəcək dağın köksünə.
Məftil çəpərləri qıra bilən xalq
Bir il gec, bir il tez - qıracaq yenə.

Torpağı yoğurur vaxt özü qanla
Vaxt gəldi, bircə söz min düyün açar.
Artıq anlamışıq ahla, amanla
Nə məftil əriyər, nə sərhəd uçar.

Zulm öz-özünə kəsilir qənim
Baxın öz yönünü dəyişən çarxa.
Suyun gəlməsinə şübhəm yox mənim
Bir vaxt şırıl-şırıl su gələn arxa.


Salaq yadımıza bu gün, cahanın
Rəngləri dəyişən xəritəsini.
Biz də görəcəyik Azərbaycanın
Güneyli-qüzeyli xəritəsini.

1995-ci il

Salahlıdan Amasyaya Polkovnik Məmməd Qazaxın izi ilə...
"Yenə sahibkarlara zülm edəcəklər ki, istixanaları qoyub qaçsınlar" - ŞİKAYƏT
Aşura qiyamının qalıcı olmasına təsir edən 3 amil...
Şəlalə küləyin təsirindən tərs axdı - VİDEO
Dilənçinin üstündən çıxan pul hamını şoka saldı...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Araşdırma
Nuru Paşanın bilinməyən qəhrəmanlıqları və fövqəladə hərbçi bacarıqları- Xatirələrin dili ilə
Cəmiyyət
“İstəyirdim ki, Xatirə xanımın tikdirəcəyi Şəhid bulağı Müşfiqin məzarının yanında olsun...”- Şəhid anası...
Köşə
“Bəs uşaqlarımıza “Şaumyan” adı qoymağa kim məcbur edirdi?”
Cəmiyyət
“Televiziyalarımızda reytinq adı altında bizə niyə zir-zibil təqdim olunmalıdır?”
Cəmiyyət
"Bunu edən üzdəniraq jurnalistlər də var, qələm əlində olan şəxs bunu edərmi?"
Həftənin ən çox oxunanları
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Ata İmam Hüseyn üçün oğlunun başını kəsdi - ŞOK VİDEO (+18)
Puldan “divar” yaradan məmur həm də 256 məşuqə saxlayırmış - HEYRƏTAMİZ+VİDEO
Bakıda dəhşətli qəza: Ölənlərdən 3-nün kimliyi bilindi - VİDEO (+18)
Düşmən baş nazir Azərbaycanın uca dağlarından birinə belə qalxdı... - VİDEO
Paşinyanın arvadı Qarabağda ölən erməni əsgərlərinin analarını topladı - azərbaycanlı analara müraciət olundu
Türkiyə və İsrail barışır, səfirlər geri qayıdır - Bakının da bu barışıqda rolu var...
“5 ildən çoxdur ki, şəhid övladlarına ödənişsiz hazırlıq keçirəm...” - Tanınmış tarix müəllimi
Azərbaycanda mobil telefonların qeydiyyat qaydaları dəyişdi – YENİLİK
Milyonçu Tağıyevlə Nuru Paşa arasındakı tarixi əhvalat – Evin açarlarını ona verdi...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə