Xəbər lenti
16/08/2018 [13:31]:
Prezident Elçin Quliyevi təltif etdi
16/08/2018 [13:28]:
“Gözlərim dərd quyusudur...” - Saday Şəkərli...
16/08/2018 [13:28]:
Sabah ölkədə 35 dərəcə isti olacaq
16/08/2018 [13:27]:
Tibb xidməti general-mayoru Dağlar Abdullayevin anım mərasimi keçirilib
16/08/2018 [13:25]:
Prezident onlara general-leytenant rütbəsi verdi - Siyahı
16/08/2018 [13:17]:
596 balla universitetə qəbul ola bilmədi? - DİM-dən açıqlama
16/08/2018 [13:15]:
“Arzum o ola bilər ki, torpaqlarımızı işğaldan azad edək...” - Aprel döyüşlərimizin qrup komandiri...
16/08/2018 [13:04]:
Bakıda restoranda vəhşi quşlar saxlayan cərimələndi - FOTO
16/08/2018 [13:04]:
Bakıda maşın piyadaları vurdu - 1-i öldü, 2-si yaralıdır
16/08/2018 [13:01]:
“Azərbaycan Qərbin tövsiyylərini eşidir və onunla əməkdaşlığa hazırdır”
16/08/2018 [12:54]:
Bütün ABŞ 11 yaşlı haker oğlandan danışır - 10 dəqiqəyə...
16/08/2018 [12:51]:
Məşhur azərbaycanlı çoban da tələbə adını qazandı - VİDEO
16/08/2018 [12:31]:
Şoyqu Dağıstanda müşavirə keçirdi, Xəzərdə yeni hərbi bazanın yaradılması haqda danışdı
16/08/2018 [12:26]:
Paşinyanın maskalıları Yerevanda Rusiya şirkətinin ofisinə basqın etdi
16/08/2018 [12:21]:
Türkiyə klubu futbolçu əvəzinə keçi aldı
16/08/2018 [12:16]:
Son 6 ayda Azərbaycanda 7 min 200-dən çox ailə dağıldı
16/08/2018 [12:12]:
Qubad İbadoğlunun Türkiyə hökumətinə göndərdiyi 10 maddəli TƏKLİF
16/08/2018 [12:06]:
“Böyükdən kiçiyə qədər onlara tüpürmüşəm...” - Xalq artisti televiziya rəhbərlərini sərt qınadı...
16/08/2018 [11:54]:
Müslüm Maqomayevin 76 illiyi qeyd olunacaq
16/08/2018 [11:39]:
Yarıçılpaq qızlar azərbaycanlı blogerin maşınının üstünə çıxdı - VİDEO
16/08/2018 [11:31]:
Azərbaycanda meyitdən bu orqanları götürmək olar - Siyahı genişlənir
16/08/2018 [11:27]:
Murat Boz: "Evlilik fikri mənə uzaqdır”
16/08/2018 [11:21]:
Vergilər Nazirliyi Aparatının rəhbəri Nazim Səmədov ADNSU və UFAZ-da oldu
16/08/2018 [11:16]:
“Bir bəstəkar və yaradıcı adam kimi nəğmələrimi bütün gənclər ifa edirlər”
16/08/2018 [11:14]:
Van Damın oğlu törətdiyi cinayəti etiraf etdi
16/08/2018 [11:10]:
Bayramda kəsim məntəqələrində heyvan kəsənlər icra hakimiyyətlərinə müraciət etməlidir - XƏBƏRDARLIQ
16/08/2018 [10:53]:
Məleykə Abbaszadə: "Bu il 700 bal toplayanlar rekord sayda olub"
16/08/2018 [10:47]:
DİM ali məktəblərə qəbul olunan abituriyentlərin siyahısını dərc etdi
16/08/2018 [10:31]:
Tələbə adını qazananlara XƏBƏRDARLIQ – qeydiyyat başladı
16/08/2018 [10:22]:
“Gəlib misra-misra çatdım altmışa...” - Barmağı daş altında qalanda anasını çağıran şair...
16/08/2018 [10:16]:
Ermənistan cəbhədə təxribat törətdi
16/08/2018 [10:10]:
Kəlbəcərdə işğaldan sonra salınmış yeni kənddən tar sədaları altında ingiliscə reportaj... -VİDEO
16/08/2018 [10:04]:
Qənirə Paşayeva Buğac meri ilə görüşdü
16/08/2018 [10:01]:
İrandan Azərbaycana narkotik gətirən mütəşəkkil dəstə ifşa olundu -FOTOLAR
16/08/2018 [09:51]:
Tünzalə Ağayevanın sinəsi açıq geyimi izləyicilərini çaşdırdı - FOTO
16/08/2018 [09:47]:
Türkiyə silahlı qüvvələri təhlükəli terrorçunu məhv etdi
16/08/2018 [09:36]:
Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqləndi
16/08/2018 [09:28]:
Fernando Alonso Formula 1-ə vida edir - FOTOLAR
16/08/2018 [09:19]:
Seysmologiya Xidmətindən Bakıdakı sürüşmə ilə bağlı XƏBƏRDARLIQ
16/08/2018 [09:16]:
Həyanın olmamasından cəmiyyətdə qeybət edənlərin, söyüş söyənlərin sayı artıb...
16/08/2018 [09:11]:
Manat və dolların bugünkü MƏZƏNNƏSİ
16/08/2018 [08:56]:
Rusiyadan Türkiyəyə güzəşt - Bu şəxslər üçün viza ləğv edilir
16/08/2018 [08:38]:
“Apple”dan fırıldaq: 200 dollarlıq mənzil-qərargah
16/08/2018 [08:38]:
Allah insanın da heyvanlar kimi əndamını aşkarda qoymasını bəyənmir... -Geyim həyası
16/08/2018 [08:35]:
“Xaç atası” filminin ulduzu vəfat etdi
16/08/2018 [08:34]:
300 “müqəddəs ata” on illər ərzində minlərlə uşağı zorlayıb... -Amerikanın iç üzü...
16/08/2018 [01:44]:
Orqanizmi əzabverici duz yığıntılarından təmizləmənin sadə üsulları- Mütləq sınayın
16/08/2018 [01:17]:
Cümhuriyyət parlamentində “realni” məktəblərin açılmasına etiraz - AXC dövrünün təhsil mənzərəsi
16/08/2018 [00:12]:
Vitse prezident: “Türkiyə səhv yoldadır...”
15/08/2018 [23:37]:
Amerikada qadın-gey qubernator ola bilər
15/08/2018 [23:22]:
ABŞ-dan Şimali Koreyada işləyən şirkətlərə sanksiya
15/08/2018 [23:06]:
Alimlərdən xəbərdarlıq: 5 ildən sonra Yer kürəsində çox isti olacaq
15/08/2018 [23:06]:
“Konvensiyanın ratifikasiyası tezliklə başa çatacaq” - Elmar Məmmədyarov
15/08/2018 [22:50]:
Üç ayda 205 nəfər dövlət qulluğunda işə başladı
15/08/2018 [22:48]:
Britaniya qırıcıları Rusiya bombardmançılarını geri döndərdi
15/08/2018 [22:40]:
Aldadıldığını öyrənən gənc qız özünü bu hala saldı - DƏHŞƏT...
15/08/2018 [22:19]:
Millət vəkilindən gözlənilməz hərəkət: Telefonunu ayaqlayaraq sındırdı - VİDEO
15/08/2018 [21:59]:
"Səhv etmirəmsə, Şeyxülİslam Allahşükür Paşazadə də Baqramyanla bərabər gəlmişdi"
15/08/2018 [21:53]:
Tank və piyadaların “cangüdənləri” nəyə qadirdir? - “Terminator” və T-15 (FOTOLAR)
15/08/2018 [21:42]:
Nüvə müharibəsi başlaya bilər, təsadüfən...
15/08/2018 [21:41]:
Rusiyada deputat azərbaycanlıları sahibsiz evdə qeydiyyata aldı
15/08/2018 [21:35]:
Kürəyində bitki yetişən canlı görənləri heyrətə gətirdi - VİDEO
15/08/2018 [20:40]:
"Mədəniyyət TV"nin erməni təbliğatı aparan rejissoru cəzalandırılıb? - VİDEO
15/08/2018 [20:32]:
Ordumuzun snayperi düşmən snayperini gözündən vurdu - Əməliyyatın detalları + FOTO
15/08/2018 [20:26]:
Bakının Hitler kəşfiyyatçıları tərəfindən çəkilmiş fotoları üzə çıxdı
15/08/2018 [20:11]:
5-dən çox uşağı olan analara 9 min manata yaxın müavinət verildi
15/08/2018 [19:57]:
Qətərdən Türkiyəyə böyük dəstək - 15 milyardlıq sərmayə qoyur
15/08/2018 [19:56]:
“Evim təzə deyil...”- Xatirə İslam təzə evinə köçməsinin yalan olduğunu dedi...
15/08/2018 [19:46]:
Ən keyfiyyətli display bu smartfondadır
15/08/2018 [19:25]:
“Nəinki porno-saytlar, fahişəliyi təbliğ edən telekanallar, sənətçilər, ailələr də “bloklanmalıdır””
15/08/2018 [19:13]:
Putin avstriyalı nazirin toyuna hazırlaşır
15/08/2018 [18:58]:
Azərbaycanda mağazalardan rüşvət yığanlar həbs olundu
15/08/2018 [18:35]:
Ermənistanda yüksək rütbəli hərbçi işdən qovuldu
15/08/2018 [18:29]:
Babək prospektinin yenidən qurulmasına 20,1 milyon manat ayrılıb
15/08/2018 [18:14]:
Lirənin ucuzlaşmasını dayandıran səbəblər - ANALİTİKA
15/08/2018 [18:03]:
Azərbaycan ötən il də Gürcüstana ən çox yatırım edən ölkə olub
15/08/2018 [17:56]:
Qəbul imtahanlarının cavabları açıqlandı
15/08/2018 [17:54]:
“Xəzərlə bağlı razılaşma ABŞ-ın planlarını pozdu” - Ruhani
15/08/2018 [17:29]:
Məhbusların qaçmasında günahlandırılan qarovul rəisi: "Fədayə Laçın qatarda "Qoca" ilə görüşdü"
15/08/2018 [17:12]:
Milyonçu Tağıyevin unudulmuş “buz fədakarlığı” – Xeyli insanlar bu cür xilas olunub
Bütün arxiv bir sırada
12/10/2017 [19:44] - Siyasət - ( 3133 dəfə baxılıb)

AMEA Tarix İnstitutu “Böyük Ermənistan” xəritəsini Tarix elminə arxadan vurulan zərbə hesab etdi...



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurası X sinif “Ümumi tarix” dərsliyinin rusca versiyasında uydurma “Böyük Ermənistan” ərazisini əks etdirən xəritənin verilməsi ilə bağlı bəyanatla çıxış edib.
 
İnstitutdan APA-ya verilən məlumata görə, bəyanatda deyilir ki, dərslikdəki uydurma “Böyük Ermənistan”ın ərazisini əks etdirən xəritə qədim Roma imperiyasını dirçəltmək xəyalına düşmüş olan faşist diktatoru Benito Mussolininin göstərişi ilə 1934-cü ildə Roma şəhərinin mərkəzi küçələrindən birinin (Via dei Fori İmperiali) divarına bərkidilmiş mərmər xəritələrdən biridir: “Həmin dövrdə tarixin müxtəlif hərbi-siyasi keçid zamanında öz çirkin niyyətlərinə nail olmağa çalışan erməni lobbisinin təsirilə məhz həmin xəritənin divara bərkidilmək üçün seçilməsi şübhəsizdir.

X siniflər üçün “Ümumi tarix” dərsliyinə daxil edilən xəritələr düşmənə qarşı informasiya müharibəsində Azərbaycan tarix elminə arxadan vurulan ağır zərbədir

Həqiqətən də saxta “Böyük Ermənistan” xəritəsinin dünyanın müxtəlif KİV-də və informasiya resurslarında, o cümlədən Vikipediyada yayılmasını məhz ABŞ-da fəaliyyət göstərən Erməni Araşdırmaları və Tədqiqatları üzrə Milli Assosiasiya təmin edir. Bunun üçün göstərilən millətçi erməni təşkilatı xüsusi qrant ayırıb. Bu cür xəritələri nəşr edən qədim tarix ensiklopediyası olan “Ancient.eu” adlı sayt göstərilən erməni təşkilatına onlar üçün ayrılmış qranta görə təşəkkür edib. Qeyd etmək lazımdır ki, göstərilən xəritə X sinif “Ümumi tarix” dərsliyində verilərkən Azərbaycanın zərərinə daha da saxtalaşdırılıb. Belə ki, mərmər xəritədə, habelə müxtəlif müəlliflərin, o cümlədən çoxcilidlik “Roma tarixi”nin müəllifi Teodor Mommzenin nəşr etdiyi xəritədə də belə dəhşətli saxtakarlığa yol verilməyib. Bütün analoji xəritələrin hamısında uydurma “Böyük Ermənistan”ın şimal sərhədləri Arazın cənubundan keçir və Xəzər dənizinə çatmır. Həmin xəritələrdə Azərbaycan dövlətləri olan Albaniya və Atropatena ilə yanaşı, İberiya və Kolxida da göstərilir. Lakin X sinif şagirdlərinə təqdim olunan xəritədə saxtakarlığa yol verilərək Albaniya, Atropatena, İberiya və Kolxidanın adı çıxarılıb, ancaq “Armenia” adı saxlanılıb. Beləliklə, Azərbaycan məktəblilərinə təqdim olunan xəritədə saxtakarlığa yol verilərək, “Armenia” ərazisi Abşeron yarımadasının cənubundan başlayaraq Xəzər dənizinə birləşdirilir. Uydurma “Böyük Ermənistan” tarixinə həsr olunmuş xəritələrin heç birində “Armenia”nın ərazisi Xəzərə çatmır. Digər tərəfdən, T. Mommzenin nəşr olunmuş xəritəsində və “Böyük Ermənistan” ərazisi göstərilən digər xəritələrdə də Albaniya, Atropatena, Kolxida, İberiya adları göstərildiyi halda, X sinfin “Ümumi tarix” dərsliyində verilmiş xəritədən bütün bu adlar çıxarılıb. Ciddi narahatlıq doğuran hal budur ki, bu saxtalaşdırılmış xəritə “Ümumi tarix“ dərsliyinin rus dilində olan versiyasına daxil edilib. Beləliklə, saxtakarlığın rusdilli oxuculara çatdırılması imkanı yaradılıb. Bununla yanaşı, qeyd edək ki, eyni xəritə saxta “Böyük Ermənistan”ın bütün sərhərdləri ilə “Ümumi tarix” dərsliyinin Azərbaycan dilində olan versiyasında da verilib. Burada çatmayan ancaq “Armenia” sözüdür. Hər iki halda dərsliyin həm rus, həm də Azərbaycan versiyalarındakı xəritələr Azərbaycanın tarixi keçmişinə vurulan ağır zərbədir”.
 
Tarix İnstitutunun Elmi Şurası bəyan edib ki, heç bir tarixi dövrdə Azərbaycanın Albaniya və Atropatena dövlətləri Roma imperiyasına qatılmayıb, müstəqilliyini saxlayıb: “Bu bir yana qalsın, Roma qoşunları eradan əvvəl 66-cı ildə düzgün olmayaraq erməni çarı kimi təqdim edilən Parfiya sərkərdəsi II Tiqranın qoşunlarını darmadağın edərək, erməni çarlığını aradan qaldırdıqdan sonra da, Atropatena və Albaniya müstəqil dövlətlər olaraq yaşayıb. Yeri gəlmişkən, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda ölkə başçısının təşəbbüsü və tapşırığına əsasən son illərdə aparılmış tədqiqatlar (“İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Qarabağ: real tarix, faktlar və sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “Real tarix və “Böyük Ermənistan” uydurması” və Azərbaycan xalqına qarşı ermənilərin törətdiyi soyqırımlarına həsr olunmuş çoxsaylı əsərlər) nəticəsində sübut edilib ki, 1918-ci il mayın 29-da İrəvan və ətrafı Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ermənilərə verilənə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb.
 
Ermənilərin Cənubi Qafqaza kütləvi surətdə köçürülməsi Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinin şərtlərinə əsasən həyata keçirilib. Bizim bu tədqiqatlarımızdan sonra artıq işğalçı Ermənistanda, hətta bəzi KİV-də də guya “ermənilərin Cənubi Qafqazın aborigen əhalisi olması”nın təbliğ olunmasına əvvəlki kimi meyl göstərilmir. Bu, Azərbaycan prezidentinin və Azərbaycan tarix elminin çox böyük uğurudur. Bu baxımdan X siniflər üçün “Ümumi tarix” dərsliyinə daxil edilən xəritələr düşmənə qarşı informasiya müharibəsində Azərbaycan tarix elminə arxadan vurulan ağır zərbədir. Təəssüf doğuran həm də budur ki, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə “Azərbaycan tarixi atlası” və “Azərbaycan Milli Atlası” nəşr olunduğu halda bu cür zərərli addım atılıb. Tarix İnstitutunun Elmi Şurası yuxarıda göstərilənlərlə yanaşı, onu da bəyan edir ki, orta məktəblər üçün dərsliklər hazırlanmasının qüvvədə olan mexanizmi dəyişdirilməli və bu sahədə əsaslı islahatlar aparılmalıdır. Qüvvədə olan mexanizmə əsasən, bir qayda olaraq, tenderdə aparıcı qüvvə kimi nəşriyyatlar iştirak edir. Nəşriyyatlar isə öz ətrafına “münasib bildiyi” adamları toplayaraq dərslik layihələri hazırlayır. Beləliklə, tenderdə mübarizə nəşriyyatlar arasında gedir. Və təəssüf ki, bu mübarizə dərsliklərin elmi məzmunu, milli dəyərlərin qorunması və Azərbaycançılıq məfkurəsi naminə deyil, dərsliklərin nəşrinə sərf edilən dövlət vəsaitinə hansı nəşriyyatın sahib çıxması uğrunda gedir. Bu mübarizədə dərsliklərin elmi məzmunu deyil, “daha güclü nəşriyyat” və onun arxasında duran qüvvələr qalib gəlir. Əslində isə dərsliklər, o cümlədən tarix dərslikləri bu sahədə səriştəsi olan görkəmli alimlərin qələmindən çıxmalıdır. Dərsliklərin metodiki işlənməsi və şagirdlərin yaş səviyyəsinə uyğun olması kimi prinsiplər isə ən təcrübəli metodistlərə etibar olunmalıdır. İndiki mərhələdə isə nəşriyyatlar onlar üçün münasib olan müəllifləri, başlıca olaraq orta məktəb müəllimlərini cəlb edirlər. Bu zərərli sistem davam etdikcə gələcəkdə də bu cür səhvlərə yol verilməsi qaçılmazdır”.
 
Bəyanatda o da qeyd edilir ki, dərsliklərin yazılmasının təsadüfi şəxslərə, hətta dələduzluqda təqsirləndirilənlərə, Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərini ləkələyənlərə etibar edilməməlidir: “Təhsil sahəsində ali icra orqanı olan Təhsil Nazirliyi bu sahəni tamamilə öz əlinə almalı, dərslik müəlliflərini məhz nazirlik müəyyənləşdirməli, nazirlik birbaşa özü sifariş etməlidir. Bütün mərhələlərdə ekspertizadan keçirilməsinə nazirlik rəhbərlik etməlidir. Hazır olan dərslikləri məhz Təhsil Nazirliyi texniki imkanlarını nəzərə alaraq nəşriyyatlara özü sifariş verməlidir. Dərsliyin yazılmasında elmin təhsillə inteqrasiyası təmin olunmalı və elmdə əldə olunan bütün yeniliklər dərslik müəllifləri olan alimlər tərəfindən şagirdlərə çatdırılmalıdır. Metodika məsələləri isə təcrübəli metodistlər tərəfindən yerinə yetirilməlidir. İnstitut əmindir ki, əgər bütün dərsliklər, o cümlədən tarix dərslikləri Akademiyanın elmi-tədqiqat institutlarında, o cümlədən Tarix İnstitutunda ekspertizadan keçərsə, belə nöqsanlara yol verilməz. Təcrübəsiz və səriştəsi olmayan ekspertlər bu işdən kənarlaşdırılmalıdır. Təəssüf ki, bəzən belə “ekspertlərin” köməyi ilə elmi-tədqiqat institutlarını bu işdən təcrid etməyə cəhd göstərilir.

Dərsliklərin yazılmasının təsadüfi şəxslərə, hətta dələduzluqda təqsirləndirilənlərə, Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərini ləkələyənlərə etibar edilməməlidir

Yeri gəlmişkən, haqqında bəhs olunan X sinif dərsliklərinin eks-pertizası zamanı tanınmış tarixçi alimlər tərəfindən hazırlanmış “Azərbaycan tarixi” və “Ümumi tarix” dərsliklərinin layihələrinin ekspertizadan keçməməsi üçün müxtəlif strukturlara təzyiq göstərilməsi hallarına yol verilib. Təəccüb doğuran odur ki, X siniflər üçün “Azərbaycan tarixi” və “Ümumi tarix” dərslik layihələrinin Azərbaycan versiyaları tenderdə qalib elan olunduqdan sonra Tarix İnstitutunun əməkdaşları tərəfindən 28 səhifəlik irad və təkliflər Təhsil Nazirliyinə göndərilsə də, onların əksəriyyəti nəzərə alınmadan dərslik çap edilib. Həmin dərsliklərin rus dilində olan versiyaları isə ictimai müzakirəyə çıxarılmadan çap olunub.
 
İnstitutun Elmi Şurası bu və buna bənzər faktlara yol verilməsindən ciddi narahat olduğunu da bəyan edir. Belə ki, düşmənə qarşı informasiya müharibəsində qazanılmış bütün uğurlarımıza rəğmən məhz vaxtilə “26 Bakı” cəlladlarının adını da-şıyan Sahil bağında “26” kafesinin fəaliyyət göstərməsi, 26-ların ümumşəhər qəbiristanlığındakı qəbirlərinin ziyarət olunması və “gül-çiçək” qoyulması, X sinif dərsliyində yol verilmiş bu rüsvayçı fakt və buna bənzər digər faktlar Azərbaycan dövlətinə qarşı ölkə daxilində sistemli surətdə təxribatlar aparılmasının bariz əlamətləridir. Tarix İnstitutunun Elmi Şurası müzakirə olunan məsələ ilə bağlı yekdilliklə aşağıdakı qərarları qəbul edib: Uydurma “Böyük Ermənistan” ərazisini əks etdirən xəritə ilə əlaqədar məsələ və buna bənzər faktlar dərindən araşdırılmalı və qəti tədbir görülməlidir; X sinfin “Azərbaycan tarixi” və “Ümumi tarix” dərslikləri əsaslı şəkildə yenidən ekspertizadan keçirilməli və şagirdlərə yaxın müddətdə yeni dərsliklər təqdim olunmalıdır; Dərsliklərin hazırlanması sistemi və mexanizmi tamamilə dəyişdirilməlidir; Dərsliklər hazırlanarkən ətraflı və dərindən yoxlanılmadan internet resurslarından istifadə olunmamalıdır. İşğalçı ölkənin internet resurslarından istifadə isə yolverilməzdir. Dərsliklərin Azərbaycançılıq məfkurəsi əsasında yüksək səviyyədə hazırlanması kimi mühüm dövlət işi Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş mütəxəssislər olan peşəkar alimlərə və zəngin təcrübəsi olan metodistlərə həvalə olunmalıdır; AMEA və Təhsil Nazirliyi arasındakı müqaviləyə uyğun olaraq çapa hazır-lanmış dərsliklər, o cümlədən tarix dərslikləri AMEA-nın elmi-tədqiqat institut-larında elmi ekspertizadan keçirildikdən sonra nəşr olunmalıdır”.

Fernando Alonso Formula 1-ə vida edir - FOTOLAR
Həyanın olmamasından cəmiyyətdə qeybət edənlərin, söyüş söyənlərin sayı artıb...
"Hər gün restoranlarda arağa, çaxıra xərclənən pullarla yüz tələbəyə təqaüd vermək olar"
Qitədən qitəyə seks barədə MARAQLI FAKTLAR + FOTOLAR
Ərdoğan "şir ürəyi yeyib", ümid Allaha qalıb...
İdrak Liseyi - Keyfiyyətli təhsil
Nabranda ailəvi istirahət üçün kotec tipli kirayə evlər. Ətraflı məlumat üçün əlaqə nömrələri:

050 311 11 64, 055 681 11 64

N.Tusi adına Klinika
Maraqlı
Yarıçılpaq qızlar azərbaycanlı blogerin maşınının üstünə çıxdı - VİDEO
Dünya
Vitse prezident: “Türkiyə səhv yoldadır...”
Dünya
Kürəyində bitki yetişən canlı görənləri heyrətə gətirdi - VİDEO
Gündəm
“Nəinki porno-saytlar, fahişəliyi təbliğ edən telekanallar, sənətçilər, ailələr də “bloklanmalıdır””
Cəmiyyət
Milyonçu Tağıyevin unudulmuş “buz fədakarlığı” – Xeyli insanlar bu cür xilas olunub
Həftənin ən çox oxunanları
Yaponların başqa planetdə yaşadığını sübut edən 30 heyrətamiz fakt - FOTOLAR
Suya tullanan Nigar Camalın sinəsi çöldə qaldı - VİDEO
“Hansısa ərəbin mənim şəhərimdə hoqqa çıxarmağa nə ixtiyarı var?!” - VİDEO
“İstanbul təslim olarsa, nə Bakı qalar, nə Astana, nə Daşkənd, nə Aşqabad...” -Fikir savaşı
Bakıda "moyka"da biabırçılıq: qızı lüt soyundurub maşın yuduzdurdular – VİDEO
Ərdoğan Trampa QALİB GƏLDİ: dollar sürətlə düşür
Gənc müəllim əlini qadınlara vurmadığına görə işsiz qaldı - Rəzalət - FOTO
İsmayıllıda baş verən müəmmalı hadisə ufoloji cəhətdən araşdırılmalıdır - MARAQLI...
FHN generalının otellər şəbəkəsi üzə çıxdı - FOTO
İlham Əliyevin əsgərlik görüntüləri yayıldı - FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə