Xəbər lenti
22/10/2017 [02:22]:
Əlverişli zamandır - Günün qoroskopu
22/10/2017 [01:36]:
Ərdoğan: “Bu şəhərə xəyanət etmişik”
22/10/2017 [01:25]:
Barselonada yarım milyon insan küçələrə çıxdı
22/10/2017 [00:37]:
6 nəfəri öldürən milyarder qızı məhkəməyə ağlayaraq gəldi, gülərək çıxdı - FOTOLAR
22/10/2017 [00:17]:
Ayaqyolunda olan zaman mobil telefondan heç vaxt istifadə etməyin - VİDEO
21/10/2017 [23:45]:
Erməni mətbuatı güllələdikləri əsgərin fotosunu yaydı - FOTO
21/10/2017 [23:42]:
Zirvədən geriyə baxanda...
21/10/2017 [23:39]:
Putindən şok xəbərdarlıq: “Atomdan daha təhlükəli silah yaranır”
21/10/2017 [23:39]:
Seyran Səxavətin dilinin obrazlılığı - Obrazlarının dili...
21/10/2017 [23:29]:
Cüdoçularımızdan fantastik nəticə - Finalda erməniyə qalib gəldi
21/10/2017 [23:29]:
Tanınmış vəkil Baş Dövlət Yol Polisi İdarəsini məhkəməyə verir...
21/10/2017 [23:23]:
Gürcüstanda azərbaycanlıların yaşadığı kəndin seçki məntəqəsinə polis cəlb olundu
21/10/2017 [23:15]:
Qətlə yetirilən Tərtər sakininin atası Space və Xəzər TV-ni ittiham etdi - İzi azdırmağa çalışıblar...
21/10/2017 [22:45]:
"Ərdoğan heç zaman "kürd kəndiri"ni öz boğazına keçirməz..."
21/10/2017 [22:31]:
Azərbaycanlı hərbi jurnalist Putinə müraciət etdi - Gözlənilməz...
21/10/2017 [22:25]:
Azərbaycan Milli Hərəkatının ideoloji əsasları...
21/10/2017 [22:13]:
Haçadağda erməninin nə ölümü vardı ki...? - "Qədim tarix" xəstələri...
21/10/2017 [22:08]:
Bərzaniyə daha bir zərbə - İraqdakı bütün neft quyuları rəsmi Bağdadın nəzarətinə keçdi
21/10/2017 [22:00]:
Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər başa çatdı
21/10/2017 [21:59]:
ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun prezidentinin dəyişməsinə aydınlıq gətirdi
21/10/2017 [21:52]:
Arvadına uşağının gözü qarşısında 8 zərbə vurub - Təfərrüat + Yenilənib
21/10/2017 [21:07]:
Almaniyada qadın siyasətçi boğazı kəsilərək öldürülüb - Xəyanət üstündə
21/10/2017 [21:02]:
Kataloniya rəhbərliyi işdən çıxarıldı -Növbədənkənar parlament seçkiləri keçiriləcək
21/10/2017 [20:34]:
İntizam Komissiyası Zeynəb Xanlarovanın da məsələsinə baxa bilər - AÇIQLAMA
21/10/2017 [20:32]:
Müsavatda seçki keçirildi -Heç kim səs toplaya bilmədi
21/10/2017 [20:31]:
Prezidentin Ehtiyat Fondunda nə qədər vəsait olur... - Gələn ilin məbləği məlum oldu
21/10/2017 [19:44]:
Makedoniyalı siyasətçi: "Qarabağ sevgisini kağızda yox,ürəyimizdə yaşadırıq"
21/10/2017 [19:16]:
Cümhuriyyət parlamentinin yeganə qadını - Mollaların təhdid etdiyi başıaçıq xanım kim idi?.. - FOTO
21/10/2017 [19:11]:
Azercell yarışma elan edir - Qalibə 1500 manatlıq hədiyyə veriləcək
21/10/2017 [18:54]:
Gürcüstandakı seçkilərdə azərbaycanlılar sıxışdırılır - Əraziyə qüvvə yeridildi
21/10/2017 [18:50]:
Ağa Musa Nağıyev oğlunun müalicəsi üçün niyə pul vermədi?- Tarixi fakt
21/10/2017 [18:48]:
“Sistem tam oturuşana qədər “Qaydalar”da dəyişikliklər labüddür”
21/10/2017 [17:58]:
Saakaşvili Hikmət Cavadovla şam etdi - Mitinq şəhərciyində - VİDEO
21/10/2017 [17:55]:
Nəcməddin Sadıkov ABŞ-a gedib
21/10/2017 [17:52]:
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlir
21/10/2017 [17:46]:
Həyat yoldaşımın arzusunu gerçəkləşdirdim: “13 uşağı övladlığa götürdüm”-FOTOLAR
21/10/2017 [17:20]:
Rəsulzadənin şorsatan kişiyə görə "qorodavoy"u döyməsi- Romanın V Fəsli
21/10/2017 [17:12]:
14 yaşlı qız evli kişidən hamilə qaldı -Bakıda biabırçılıq
21/10/2017 [17:08]:
Rusiyanın energetika nazirinin qızının fotoları yayıldı - İlk dəfə
21/10/2017 [17:01]:
FETÖ-nün əsas adamlarından biri həbs olundu
21/10/2017 [16:58]:
Rusiyada bomba həyəcanı - İcra Hakimiyyətinin binası boşaldıldı
21/10/2017 [16:51]:
Rusiya XİN: “İŞİD-lə mübarizədə istənilən addımları təqdir edirik”
21/10/2017 [16:46]:
Direktor toya nəmər kimi diplom salıb - Ramiz Məmmədov adını "Tarix"ə yazdıra bildi...
21/10/2017 [16:39]:
Dünyanın ən kök uşağı hesab olunan körpə rekord çəkidədir - FOTOLAR
21/10/2017 [16:17]:
Türkiyənin məşhur məşqçisi: “Qarabağı və “Qarabağ”klubunu çox sevirik”
21/10/2017 [16:15]:
Qənirə Paşayeva “3-cü Qardaşlıq Mədəniyyəti” adlı tədbirdə çıxış etdi - FOTOLAR
21/10/2017 [16:09]:
Moskva türklərin hesabına paytaxt olub!.. -Məşhur prodüserdən şovinistlərə sərt cavab
21/10/2017 [16:02]:
Qərb Universitetində beynəlxalq münaqişələr üzrə tanınmış ekspert Arye Qutla görüş keçirildi
21/10/2017 [15:59]:
“Hərbçi peşəsi üçün yalnız savadlı olmaq yetərli deyil”
21/10/2017 [15:54]:
Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib
21/10/2017 [15:47]:
Dəniz Baykalın səhhəti ilə bağlı yeni AÇIQLAMA
21/10/2017 [15:42]:
Azərbaycan pomidorlarının Rusiyaya buraxılmamasının SƏBƏBLƏRİ
21/10/2017 [15:09]:
1980-90-cı illərdə bütün insanları ram edən məşhur seriallar- MARAQLI
21/10/2017 [14:52]:
“Qarabağ” azarkeşlərini təhqir edən “Sabah”lı yazar üzr istədi - FOTO
21/10/2017 [14:19]:
Rusiyada kriminal OLAY - Ermənilər bir-birlərini güllələdilər - 2 ölü, 1 yaralı...
21/10/2017 [14:15]:
Millət vəkili Elnur Əliyev haqqında filimin təqdimatında televiziyalara çağırış etdi
21/10/2017 [14:03]:
Prezident mükafatları artırılır -Ayda 500 manat
21/10/2017 [13:41]:
“Şeyxülislam başda olmaqla bütün dindarlar Mehriban Əliyevanın namizədliyini dəstəkləyəcək”
21/10/2017 [13:35]:
Azərbaycanlı millət vəkilindən Ərdoğana dəstək...
21/10/2017 [13:27]:
“Rafiq Hüseynov birinci, yaxud, ikini gün Almaniyada olacaq”- Diktorun həyat yoldaşı
21/10/2017 [13:25]:
Dağlıq Qarabağda iki erməni hərbçi ölüb
21/10/2017 [13:20]:
İşlədiyi mağazadan 30 minlik mal oğurladı, tutuldu
21/10/2017 [13:15]:
Avtobus dayanacaqlarının “BUS” sözü ilə işarələnməsi normaldırmı?
21/10/2017 [13:12]:
Ermənistan hərbçiləri qəzaya düşdülər -İki yaralı...
21/10/2017 [13:10]:
“Qarabağ” qrupdan çıxa bilər - UEFA açıqladı
21/10/2017 [13:07]:
Nazirlik çaylardakı suyun səviyyəsi haqda məlumat yaydı
21/10/2017 [13:03]:
Bakıda intihara cəhdin qarşısı alındı
21/10/2017 [12:55]:
Bakıda ekstrasens "Gelandewagen"lə qəzaya düşdü – FOTO
21/10/2017 [12:53]:
Hava ilə bağlı xəbərdarlıq - Leysan, külək, şimşək...
21/10/2017 [12:47]:
Milyarder Trampın impiçmenti üçün kampaniyaya başladı - VİDEO
21/10/2017 [12:31]:
Zakir Həsənov müşavirə keçirdi
21/10/2017 [12:25]:
“Maşın şou”da saxtakarlıq olub? -Video
21/10/2017 [12:23]:
Rza Talıbovun kitabı Gürcüstanda təqdim olundu - FOTOLAR
21/10/2017 [11:56]:
Vaqif Əsədov üstündə erməni bayrağı əks olunmuş avtomobildən danışdı...
21/10/2017 [11:53]:
Ramil Usubov Gəncədə şikayətçi vətəndaşları qəbul etdi
21/10/2017 [11:45]:
Səfir Hulusi Kılıc: “Azərbaycana təkrar səfir kimi gəlmək istərəm”
21/10/2017 [11:28]:
Avropanın meyvəsi - görüntüsü gözəl, dadı isə yox
21/10/2017 [11:26]:
“O adlar insana bir şərtə qoyula bilər, əks halda böyük günahdır” -Allahın 99 ADI
21/10/2017 [11:20]:
Fransız filosofu: “Qərb dünyası İmam Hüseynin (ə) fədakarlığına ehtiyac duyur”
21/10/2017 [11:17]:
“Rəşadətli hücumun qarşısını Surət Hüseynovun xəyanətkar hərəkətləri aldı”
Bütün arxiv bir sırada
12/10/2017 [21:56] - Cəmiyyət - ( 1286 dəfə baxılıb)

Naxçıvandan İrəvana zərbə və itirilən müstəqillik...



4 günlük aprel müharibəsinin nəticələrindən danışarkən regional təhlükəsizliyi araşdıran ekspertlər nədənsə, uzaqmənzilli İskəndər raketlərinin Cənubi Qafqaza gətirilməsini fəsadlardan biri kimi dəyərləndirirlər. Onların versiyasına görə, Krım ətrafında sərt beynəlxalq sanksiyalara məruz qalan Rusiya özünün hərbi maraqlarını dərindən təhlil edərək müxtəlif vektorlar üzrə hərəkətə keçdi və strateji mənzilli silahlarını yaxın müttəfiqi saydığı ölkələrə yerləşdirməyə başladı. Doğrusu,reallıqda rus generaliteti üçün Qazaxıstan və Belarusla hava məkanının birgə qorunmasına dair razılaşmaları başa vurandan sonra cənub cinahında-Ermənistanda hərbi dayaqlarını möhkəmləndirmək zaman məsələsiydi.Ancaq dünənə qədər Türkiyə ilə 30 milyard dollardan artıq ticarət dövriyyəsinə nail olub,hətta Putinin sözləri ilə desək, Ankaranın NATO-dakı müttəfiqlərinin belə vermədiyi iqtisadi-siyasi preferensiyaları Ərdoğana peşkəş edəndən sonra Gümrüdə onlara qarşı qanadlı raket sipəri çəkmək də düzgün olmazdı. Cənubi Qafqazda hərbi çəkisini artırmaq üçün daha köklü səbəblərə ehtiyac duyulurdu.

Nəhayət,24 noyabr 2015-ci ildə Su-24 qırıcı təyyarəsinin vurulması ilə pozulan müttəfiqlik bir neçə ay içərisində iki ölkə arasında soyuq müharibəyə çevrildi və “Türk axını” da daxil onlarla layihə qarşılıqlı sanksiyaların altına düşdü.Ərdoğan iqtidarının Birləşmiş Ştatların fitvasıyla İŞİD terrorçularına hərbi və maliyyə dəstəyi verdiyini sübuta yetirmək üçün kosmik müşahidə və kəşfiyyat strukturlarını işə salan Kreml texnoloqları İrəvanda Qərb əleyhinə yeni cəbhə açmaq üçün daxili və xarici informasiya məkanında geniş təbliğat kampaniyasına start verdilər.Hər halda Çeçenistandan İraka və Suriyaya xilafət qurmaq məqsədi ilə gedən 3 mindən artıq yaraqlını Ağrı dağının ətəklərində gözləmək daha effektli olardı.Qalırdı qərarı birtərəfli verməmək üçün erməni xalqının formal da olsa,razılığını almaq,o da Qarabağ cəbhəsində 22 ildir davam edən atəşkəsdən sonra baş verən ən böyük hərbi eskalasiya ilə həyati zərurət kimi təqdim olundu.

Tarixi xronikanın belə sadə olduğunu düşünənlərə,ötən ilin ortalarından Razdan meydanında Moskva əleyhinə yüz ilin aksiyalarını keçirən və “dekolonizasiya”ya müqavimət göstərənlərin Putinə qarşı irəli sürdükləri ittihamlardan yalnız birini xatırlatmaqda fayda var.Sən demə,yenə konspirativ nəzəriyyələr İrəvana qarşı işə düşübmüş.Yoxsa,belə “qəfil hücuma məruz qaldıqları”nı nə ilə əsaslandırmaq mümkün olardı?

Hər zaman olduğu kimi,özünün səs-küylü açıqlamaları ilə Sarkisyan rejimini və ictimai gündəmi onunla hesablaşmağa vadar edən məşhur Nikol Paşinyan “aprel xəyanəti”ni Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü üçün Kremllə razılaşdırılmış ssenarisi adlandırdı və itirilmiş hərbi yüksəkliklərin hesabını da “düşmənə silah satan” dövlətdən soruşmağı tələb etdi.Artıq günahkarın tapıldığı və kütlə şüuruna yeridilmiş təxminlər,gümanların həqiqətə çevrildiyi bir vaxtda Rusiya-Ermənistan arasında birgə hərbi qruplaşmanın yaradılması qərarı Qərbdə yeni himayədarlar axtarmağa qalxmış yüz minlərlə erməni üçün əsil şoka çevrildi.Onlar müstəqilliyə can atarkən,başlarının üstünə yeni qılıncı gördülər.Ağdərədə əldən verilmiş torpaqların hesabına üsyana qalxmış asiləri Putin təzə müqavilə ilə qarşıladı.Bəli,800 hektar yerin siyasi işğal ölçüsü daha böyük oldu.

Xatıraladaq ki,oxşar hərbi birliklər müstəqilliyi çox az dövlət tərəfindən tanınmış Abxaziya və Cənubi Osetiya ilə də mövcuddur və orada da Gümrüdəki kimi bazalar yerləşdirib.Sual yaranır:Qafqazda 3 mühüm nöqtədə silahlı birləşmələrə malik paytaxt nədən ermənilərlə vahid orduya ehtiyac duyur? Təhlükələr o qədərmi artıb,axı erməni siyasi spektirinin və cəmiyyətin verdiyi reaksiyalara baxsaq görərik ki,yaradılmış yeni silahlı qüvvələrə bir millətin ordudan,hətta dövlətçilikdən məhrum edilməsi kimi yanaşanların sayı daha çoxdur. 

Yeni birlikdən qorxanların arqumentləri nə dərəcədə əsaslıdır? Əvvəla,bütün hava məkanı,silahlı qüvvələr bloku, sərhəd qoşunları və gömrük strukturlarının tabeçiliyində dəyişilik ediir.Hər hansı təhlükə yarananda Rusiyanin Baş Qərargah rəisi və ya onun Cənub dairəsi tərəfindən necə hərəkət etməyin gərəkliyi razılaşdırılır.Məgər, Ermənistanın 5-ci ordusu olmadan bu işi yerinə yetirmək olmazdımı? Yaxud,Türkiyə və Azərbaycanın hərbi təhdidləri halında da son dərəcə amorf bir vəziyyət meydana çıxır.Belə ki,əvvəlcə Bakıya 5 milyard dollarlıq silah satırsan,sonra onun qarşısını almaq və çəkindirici mexanimzlər qurmaq üçün Gümrüdə yeni rus-erməni ordusu formalaşdırırsan.Ona görə də vitse-spiker Eduard Şarmazanov ölkəsinin təkbaşına öz müdafiəsini həyata keçirə bilmədiyini deyə gətirərkən,ona qarşı süngü ilə çıxanlar sərt arqumentlərini irəli sürürlər.Onlar deyirlər ki,Birgə qruplaşma İrəvanı xarici təhlükədən qorumayacaq,əksinə əlavə problemlər yaradacaq və əsil həqiqətdə Gürcüstanda NATO-nun dayaqlarının möhkəmlənməsinə və genişlənməsinə qarşı sipər kimi nəzərdə tutulduğundan əlavə gərginlik mənbəyinə dönəcəkdir.Yəni,burada altruizm-təmənnasız yardımın göstərilmədiyi hamıya məlumdur.Üstəlik,Ermənistana platsdarm-bufer zona kimi yanaşan Moskvanın müxtəlif beynəlxalq mənafeləri üzündən burada süni toqquşma səhnələrini təşkil edəcəyindən ehtiyatlananlar da yetərincədir.O üzdən parlamentdə əslində hakim rejimin siyasətini başqa formada ifadə edən müxalif “Çıxış” blokunun təmsilçiləri energetika,nəqliyyat, gömrük siyasəti sahəsindəki müstəqilliyini əldən verən bir ölkənin son addımını müstəqil ordudan və dövlətçilikdən məhrum edilməsitək dəyərləndirirlər.Gerçəkdən də əgər suverenlikdən danışıb öz sərhədlərini başqa əskərlərə tapşırırsansa,onda NATO və Avropa bilriyini buna necə inandıracaqsan?

Parlamentdə məlum qanun layihəsinin ratifikasiyası zamanı hakim partiya təmsilçilərinin gətirdikləri dəlillərin sırasına Azərbaycanın Naxçıvan bölgəsindən onları gözləyən təhlükəyə daha çox diqqət çəkməyə çalışırdılar.Yeri gəlmişkən,rusiyalı ekspert camiyəsi də son aylar ərzində bu strateji bölgəyə xüsusi yer ayırırlar.Hələ də Lenin-Atatürk razılaşmasını lənətləyənlər üçün Naxçıvanın tarixi “Qars müqaviləsi” ilə təhlükəsizliyinin 3cü dövlətlər tərəfindən də qorunduğu yaxşı məlumdur.Erməni rəhbərləri son illər ərzində Türkiyənin iqtisadi,siyasi və hərbi cəhətdən “şərq qapısı”nda möhkəmlənməsindən xoflanırlar və orada keçirilən birgə təlimlər İrəvana hücumun baş məşqi hesab olunur.Hər halda nəzərdən qaçırmaq olmaz ki,Azərbaycan Naxçıvan regionuna yüksək siyasi və hərbi status verərək oradakı hərbi birləşmələrin səlahiyyətlərinə,sayına və malik olduğu texnikaya,texnologiyaya 90-cı illərdən fərqli bir strategiya ilə yanaşdığını ortaya qoyub. Türk generallarının yaxından cəlb olunduğu bölgədə əldə olunmuş sabitlik və inkişaf onu İrəvan üçün qorxu mənbəyinə çevirir.Erməni paytaxtına cəmi 62 km məsafədə yerləşən və qala kimi istehkama çevrilən bir diyar Yaxın Şərq cəbhəsində savaş aparan Türkiyə üçün də möhkəm arxa cəbhədir.Lakin Qarabağ bölgəsinə bütün hərbi resurslarına yönəltməyə çalışan ermənilərin bir qism qoşun birləmələrini və iqtisadi ehtiyatlarını özünün digər yaxın sərhədlərinə toplaması hərbi baxımdan rəqibin xeyrinə işləyir.Rəsmi Bakının ondan ayrı düşmüş bir məkanı gücləndirərək,siyasəti əleyhinə qoyulan Qarabağ işğal bölgəsinə qarşı sanki Naxçıvanı gücləndirməklə cavab verməsini görməmək mümkün deyil.
Nəticədə,erməni ordusuna rəhbərliyi sonuncu müqavilə ilə tam əlinə götürən Rusiya hərbi-siyasi rəhbərliyi “Naxçivan təhlükəsi” adı altında Ermənistanın müstəqilliyini və ordusu üzərində hakimiyyəti ələ götürdü.İndiki reallıqda bunun özü Naxçıvanla bağlı Bakının siyasi planlarının uğurlu olduğunu söyləməyə əsas verir.

Lakin sadə ermənilərin nəzərində birgə hərbi qruplaşma Kremlin İrəvana təyin etdiyi satrapları qorumağa xidmət edəcək və Rusiyaya təhlükə zamanı hərəkətə keçəcək.Daxildə xalq üsyanlarını yatırmaq daha önəmli olduğundan erməniləri Putin istəyəndə Suriya döyüşlərinə də göndərə bilər.
Çünki Ermənistanın Abxaziya və Cənubi Osetiyadan fərqli olan müstəsna dövlətçilik keyfiyyəti qalmadı.Qarabağda qalib gəlməyin hesabı bax belə ödənir!

Zahid Oruc
Millət vəkili

Erməni mətbuatı güllələdikləri əsgərin fotosunu yaydı - FOTO
Putindən şok xəbərdarlıq: “Atomdan daha təhlükəli silah yaranır”
Seyran Səxavətin dilinin obrazlılığı - Obrazlarının dili...
“Sistem tam oturuşana qədər “Qaydalar”da dəyişikliklər labüddür”
Türkiyənin məşhur məşqçisi: “Qarabağı və “Qarabağ”klubunu çox sevirik”
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Bərzaniyə daha bir zərbə - İraqdakı bütün neft quyuları rəsmi Bağdadın nəzarətinə keçdi
Hadisə
Direktor toya nəmər kimi diplom salıb - Ramiz Məmmədov adını "Tarix"ə yazdıra bildi...
Dünya
Dünyanın ən kök uşağı hesab olunan körpə rekord çəkidədir - FOTOLAR
Cəmiyyət
“Hərbçi peşəsi üçün yalnız savadlı olmaq yetərli deyil”
Cəmiyyət
Azərbaycanlı millət vəkilindən Ərdoğana dəstək...
Həftənin ən çox oxunanları
“Hər imkanda məni zorlayırdılar” - Olimpiya çempionu+ Fotolar
"Hafka"nın saxlandığı xəbəri yayıldı - Silahlı basqına görə
Laçın rayonun bütün kəndlərinin kosmosdan hazırkı görüntüləri - VİDEO
Mütəxəssislərdən xəbərdarlıq: “İctimai nəqliyyatda yaşlılara yer verməyin...”
Gecələdiyi avtobusda ölüsü tapılan aktyor - FOTOLAR
"Sükan arxasında şirin söhbət etmək də, nağıl danışmaq da olar..."
14 yaşlı qızının seks videolarını çəkib sevgilisinə yollayan ana da varmış - DƏHŞƏT...
“Bundan sonra Sarkisyanla danışıqlara getməyin heç bir mənası yoxdur”
"Əgər İraq ordusu ildırım sürətiylə Kərkükü döyüşsüz ələ keçirdisə..."
Prezident Aparatındakı müşavirədə tənqidi çıxışı ilə hamını heyrətləndirdi... - VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin