Xəbər lenti
18/06/2018 [09:17]:
Hacıqabulda ağır yol qəzası
18/06/2018 [09:14]:
Sumqayıtda dənizdə boğularaq ölən 51 yaşlı kişinin meyiti tapıldı
18/06/2018 [09:14]:
Alimlər yadplanetlilərə ismarıc göndərdi
18/06/2018 [09:12]:
DÇ-2018: Bu gün İngiltərə, Belçika və İsveç yığmaları mübarizəyə qoşulacaq
18/06/2018 [09:12]:
“Bankdan pul oğurlanması iddiası əsassızdır” - “Günay Bank”ın sədri
18/06/2018 [00:26]:
“Ermənistanda terror mühiti hökm sürür”
17/06/2018 [23:53]:
Şəkidə çobanı ildırım vurdu
17/06/2018 [23:21]:
"Valideynlərin döyərək “tərbiyə etmək” metodu uşaqlarda nifrət hissi yaradır”
17/06/2018 [23:01]:
ATƏT yanında daimi nümayəndə heyətinin 25 üzvü Azərbaycana gələcək
17/06/2018 [23:00]:
Mahir Mədətov: "Almaniya finalda uduzanda ağlamışdım"
17/06/2018 [22:55]:
Göygölə dolu yağdı, ağaclar aşdı - Fotolar
17/06/2018 [22:33]:
Dağlıq Qarabağda müxalifət icazəsiz etiraz mitinqi keçirdi – Saakyanın istefası tələb edildi- FOTO
17/06/2018 [22:24]:
Salvador Dalinin əsərindəki 13 rəqəmi nəyə işarədir? – ARAŞDIRMA
17/06/2018 [21:57]:
“Maşın” tezliklə yenidən başlayacaq
17/06/2018 [21:47]:
Almaniyanın şok məğlubiyyəti - Fotolar
17/06/2018 [21:43]:
Bayram şənliyi gülləbaran edildi - 20 ölü, 48 yaralı
17/06/2018 [21:38]:
"Paşinyanda zərrə qədər də olsa ağıl varsa..."
17/06/2018 [20:45]:
Kintana ilə bağlı qərar verildi
17/06/2018 [20:18]:
"Neftçi" bombardiri transfer etdi: milli üzvü ilə də müqavilə imzalandı
17/06/2018 [20:16]:
Eyfeli terrorçulardan necə qoruyacaqlar? - Şüşə hasar, 420 ədəd blok və 35 milyon avro...
17/06/2018 [20:13]:
UNEC test üsulu ilə vidalaşır? - “Sessiya imtahanlarını yazılı formada keçirməyi düşünürük”
17/06/2018 [20:04]:
Nazirlikdən fermerlərə xəbərdarlıq - “Bunlar zərərli kimyəvi maddələrdir”
17/06/2018 [19:01]:
Makedoniyanın adı rəsmən dəyişdi - FOTO
17/06/2018 [18:44]:
ABŞ-da sərgidə atışma: 20 nəfər yaralandı
17/06/2018 [17:46]:
Döyüşçü-pişik interneti fəth edir – VİDEO
17/06/2018 [17:41]:
DÇ-2018: Ən gözəl azarkeşlər -FOTOLAR
17/06/2018 [17:37]:
Londonda daxili işlər nazirinin telefonunu oğurlayıblar
17/06/2018 [17:14]:
“Qarabağ” İtaliyadan futbolçu almaq istəyir
17/06/2018 [16:59]:
Sovet dövründən qalma qeyri-adi avtomobil dizaynları - FOTOLAR
17/06/2018 [16:53]:
Nadirin general qızından oğlu var imiş: - “Cavanlıq səhvim idi”
17/06/2018 [16:33]:
"Bakılı oğlanlar"dan Məmmədxanovun qızına TOY SÜRPRİZİ
17/06/2018 [16:29]:
Rusiya 2019-un mayına kimi "S-400"lərin Türkiyəyə təhvilini tamamlayacaq
17/06/2018 [16:24]:
Rasim Balayevdən aktrisalara qalmaqallı sözlər: “Gözəl bədəni var…”
17/06/2018 [15:38]:
Azərbaycanla Ermənistan arasında son döyüşlərin YENİ TƏFƏRRÜATLARI
17/06/2018 [15:30]:
Pambıq sahəsində daha bir kütləvi zəhərlənmə –Tərtərdə 14 nəfər xəstəxanaya aparıldı
17/06/2018 [15:22]:
Yazarlar dünya çempionatında hansı futbol komandasına azarkeşlik edir? - SORĞU
17/06/2018 [15:17]:
Binəli Yıldırım “Eurovision”u tənqid etdi
17/06/2018 [15:16]:
Sabah 34 dərəcə isti gözlənilir
17/06/2018 [15:14]:
Bələdiyyə torpaqlarının alqı-satqısı proseduruna dair tələblər müəyyənləşdi
17/06/2018 [14:25]:
Sərnişin qatarının vaqonları relsdən çıxdı: 1 nəfər ölüb, 3 nəfər yaralandı - Yenilənib
17/06/2018 [13:32]:
Müdafiə Nazirliyi Xocalı aeroportundan fotolar paylaşdı - “Daim nəzarətdə saxlayırıq”
17/06/2018 [13:25]:
Paşinyan Xankəndidə ordu qərargahında müşavirə keçirdi - FOTO
17/06/2018 [13:08]:
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin ilk təşəbbüsçüsü öldü
17/06/2018 [13:03]:
Səfir ölkəmizdə keçirilən Türkiyə prezidenti və parlament seçkilərinin gedişatından DANIŞDI
17/06/2018 [13:01]:
“Putin Paşinyana tapşırıb ki, “get, oradakıları başa sal...” - Baş nazirin suallar doğuran Qarabağ səfəri
17/06/2018 [12:56]:
Yeni doğulan körpələrin olduğu xəstəxanada yanğın - Ölənlər var
17/06/2018 [12:53]:
Əfqanıstanda partlayışda ölənlərin sayı 36 nəfərə çatıb – YENİLƏNİB + FOTO
17/06/2018 [12:50]:
İdarəetməni itirən avtomobil restorana girdi - FOTOLAR
17/06/2018 [12:39]:
Qənirə Paşayeva Tovuzda Ramazan bayramı tədbirində gənclərə çağırış edib
17/06/2018 [12:30]:
Putindən Bakı ilə bağlı nazirlərə - Mühüm göstəriş
17/06/2018 [12:27]:
Yüksək vəzifəli azərbaycanlı primitiv səbəbin güdazına getdi
17/06/2018 [12:22]:
Argentinalı futbolçular azərbaycanlını “öldürəcəkdi”: 100 min borc aldı və uduzdu
17/06/2018 [12:21]:
Kardaşyan prezident olmaq istəyir
17/06/2018 [12:15]:
Türkiyənin Azərbaycandakı səfirliyində səsvermə keçirilir – FOTO
17/06/2018 [11:41]:
Futbol alman təfəkkürünü məhv etdi- Əlisa Nicat
17/06/2018 [11:28]:
“Ərim dedi ki, ya iti seç, ya da məni...”- İtə görə iyirmi beş illik ailəsinə son qoyan qadın...
17/06/2018 [11:23]:
Şamaxıda yük və minik maşınları toqquşdu: Ölən və yaralılar var
17/06/2018 [11:18]:
PKK təşkilatı İŞİD əsirlərini təhvil verdi
17/06/2018 [11:14]:
Ancelina Coli İŞİD zülmünə məruz qalanları ziyarət etdi - Fotolar
17/06/2018 [11:10]:
General Manvel, Lavrova Eçmiədzində qonaqlıq verən “Don Pipo” və bir neçə Rusiya vətəndaşı... - Ermənistanda həbslər davam edəcək
17/06/2018 [10:26]:
Dünya Çempionatının azərbaycanlı oğlanı - İran millisindəki tanımadığımız soydaşımız kimdir...
17/06/2018 [10:13]:
Bakıda 3 otaqlı, Beyləqanda 8 otaqlı ev yanıb
17/06/2018 [09:52]:
Xankəndi səmasına qırıcılar qaldırıldı - Düşmən “gəl-gəl” deyir... Fotolar+Video
17/06/2018 [09:44]:
"Ölkəni mollaxanaya çevirmək istəyənlərə qarşı dirəniş göstərməliyik" -Deputatdan çağırış...
17/06/2018 [09:41]:
DÇ-2018: Bu gün Almaniya və Braziliya yığmaları ilk oyunlarını keçirəcəklər
17/06/2018 [09:38]:
Ermənistan silahlı qüvvələri atəşkəsi pozdu
17/06/2018 [09:01]:
Bakıda velosipedçi 6 yaşlı uşağı vuraraq xəstəxanalıq etdi
17/06/2018 [08:51]:
ABŞ prezidenti ilə Macarıstanın baş naziri arasında telefon danışığı olub
17/06/2018 [08:45]:
Yunanıstan parlamenti Tsipras hökumətinə etimadsızlıq votumunu rədd edib
17/06/2018 [08:36]:
Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğandan şok açıqlama
17/06/2018 [08:13]:
Bu kadrlar sizi şoka salacaq - Xəstəni belə müalicə edirlər
17/06/2018 [01:46]:
Əsrin daha bir bəlasına tutulanlar nə etməlidirlər? – Talessemiya əsarəti
17/06/2018 [01:20]:
32 yaşında dövlət quran, 33 yaşında isə öldürülərək cəsədi dənizə atılan qəhrəman Kırım türkü - ARAŞDIRMA
17/06/2018 [00:46]:
Rəsmi Bakı: "Paşinyanın Qarabağa səfəri müharibə çağırışıdır"
16/06/2018 [23:37]:
Karyerasını əngəlləyən sevgilisindən 350 min dollarlıq intiqam aldı...
16/06/2018 [23:36]:
Avtomobilin arxasındakı yazını görən yol polisindən GÖZLƏNİLMƏZ ADDIM
16/06/2018 [23:29]:
Azərbaycanlı əsirlərə işgəncə verən general həbs edildi
16/06/2018 [23:00]:
Paşinyan Ağdamın səngərlərinə girdi - FOTO
16/06/2018 [22:31]:
Biləsuvarda ağır qəza: Ölən və yaralılar var
16/06/2018 [22:09]:
“Göstərəcəm ki, başa boşqab atmaq necə olur” – Hüseyn Rozanı məhkəməyə verəcək
Bütün arxiv bir sırada
13/10/2017 [11:41] - Cəmiyyət - ( 4528 dəfə baxılıb)

Qars müqaviləsinin imzalanmasından 96 il ötür - Erməni həyasızlığı...

Bu müqavilə ilə təsbit edilmiş ərazimizin, təqribən, 15 faizi qanunsuz olaraq zəbt olunub


1921-ci il oktyabr ayının 13-də imzalanan Qars müqaviləsi ölkəmizin siyasi və tarixi taleyində mühüm rol oynayıb. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana muxtariyyət statusunun verilməsi 1918-1920-ci illərdə, bütövlükdə, torpaqlarımıza və xalqımıza qarşı erməni təcavüzü ilə bağlıdır. Belə ki, məhz bu dövrdə tarixi Azərbaycan torpaqları olan İrəvan xanlığı, Göyçə mahalı və Zəngəzur hərbi güc, ermənilər tərəfindən törədilən deportasiya, yürüdülən soyqırımı siyasətinin nəticəsi olaraq işğal edilib. 1918-1920-ci illərin soyqırımı nəticəsində azərbaycanlı əhalisinin xeyli hissəsi məhv edildiyindən Zəngəzurun erməni işğalı altına düşməsinə ciddi müqavimət təşkil etmək mümkün olmamışdı. Beləliklə, hələ 1919-cu ildə Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə əlaqəsi kəsilmişdi. Bu fakt Naxçıvana muxtariyyət statusunun verilməsi zərurətini ortaya çıxarmışdı.

Naxçıvanın əzəli Azərbaycan ərazisi kimi qorunub saxlanılmasında görkəmli dövlət xadimi Nəriman Nərimanovun və mahir diplomat Behbud ağa Şahtaxtinskinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Behbud ağa Şahtaxtinskinin  Rusiya Xalq Komissarları Sovetinin sədri V.İ.Leninə göndərdiyi 1921-ci il 1 mart tarixli teleqram-məktubunda Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, Zaqatala, Borçalı, Qarayazı düzü, Dağıstan, Şimali Qafqaz müsəlman xalqlarının milli tərkibi, sayı haqqında məlumat verilir. O, bu məktubda Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin gələcəyindən ciddi narahatlığını çatdırmış, bu mahalların milli tərkibi və coğrafiyasına dair arayışları da əlavə etmiş, Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər vermişdi.
 
1921-ci il martın 16-da Sovet Rusiyası ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsi ilə Cənubi Qafqaz respublikaları arasında mübahisəli olan bir çox məsələlər öz hüquqi həllini tapmışdı. Bundan sonra Rusiya çalışırdı ki, Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında vahid müqavilə imzalansın. Lakin Türkiyə Cənubi Qafqaz respublikalarının hər biri ilə ayrılıqda müqavilə imzalanmasının tərəfdarı idi. 1920-1921-ci illərdə Cənubi Qafqazın tam sovetləşdirilməsi və bu respublikalarda siyasi hakimiyyətin faktiki olaraq Sovet Rusiyasının nəzarətinə keçməsi Türkiyəni Sovet Rusiyasının təklif etdiyi formatda müqavilə imzalamağa məcbur etdi.

Aparılan diplomatik danışıqlar və yazışmalardan sonra Rusiya nümayəndəsinin iştirakı ilə Türkiyə və Cənubi Qafqaz respublikaları arasında konfransın 1921-ci il sentyabrın 26-da Qars şəhərində keçirilməsi razılaşdırılıb. Tarixi faktlar sübut edir ki, Azərbaycan diplomatiyası Qarsda güclü nümayəndə heyəti ilə təmsil olunmağa çalışıb. Buna görə də AK(b)P MK Siyasi Bürosunun 1921-ci il 26 avqust tarixli qərarı ilə xalq fəhlə-kəndli nəzarəti komissarı Behbud ağa Şahtaxtinski Azərbaycan SSR-in konfransdakı nümayəndəsi təyin olunub. Behbud ağa Şahtaxtinskinin konfransda iştirakı faktının özü Sovet Azərbaycanı rəhbərliyinin bu məsələyə böyük əhəmiyyət verdiyini göstərirdi. Lakin Azərbaycan Kommunist Partiyasının rəhbərliyində olan S.Danielyan, L.Mirzoyan, A.Mikoyan və S.Or-conikidze hələ 1921-ci ilin iyununda Behbud ağa Şahtaxtinskini danışıqlardan uzaqlaşdırmağa və onu özləri üçün daha əlverişli adamla əvəz etməyə can atıblar. Nəriman Nərimanovun bu məsələ ilə bağlı prinsipial mövqeyi sayəsində Behbud ağa Şahtaxtinski fəaliyyətini davam etdirə bilib.
 
1921-ci il sentyabrın 26-da öz işinə başlayan Qars konfransı oktyabrın 13-dək davam edib. Uzun müzakirələr və aparılan danışıqlar oktyabrın 13-də Türkiyə ilə üç Cənubi Qafqaz respublikası arasında beynəlxalq Qars müqaviləsinin imzalanması ilə nəticələnib.

20 maddə və 3 əlavədən ibarət olan müqavilənin 5-ci maddəsi, bilavasitə, Naxçıvanın taleyi ilə bağlı idi. Burada yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və ona muxtariyyət verilməsi məsələsi təsbit edilmişdi. Bu sənəddə qeyri-bərabər hüquqlu müqavilələr, zorla qəbul etdirilən müqavilələr və Sevr müqaviləsi rədd edilirdi. Müqavilə Qars və Batumun ərazi məsələləri üzrə bütün müddəalar kompleksini, nəqliyyat kommunikasiyalarının fəaliyyətini və vətəndaşların azad hərəkətinin təmin edilməsi, milli və dini mənsubiyyətindən asılı olmayaraq, vətəndaş hüquqları məsələlərinin sarsılmazlığı kimi məsələləri əhatə edirdi. Onun xeyli hissəsi qaçqınlar probleminin nizamlanması və hərbi ərazilərin dəyişdirilməsinə, razılığa gələn tərəflər arasında iqtisadi, mədəni və konsulluq əlaqələrinin əsas inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr olunmuşdu. Moskva müqaviləsindən fərqli olaraq, Qars müqaviləsinin 5-ci maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyənləşdirilmişdi. Bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri olmuşdular. Müqavilənin bu maddəsində göstərilirdi ki, “Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər”.

Beləliklə, Moskva və Qars müqavilələri Naxçıvanın statusu və tabeçiliyi məsələsini beynəlxalq səviyyədə tam şəkildə həll edib. Qars müqaviləsinin müddətsiz imzalanması muxtariyyətin qorunub saxlanması baxımından çox böyük əhəmiyyətə malikdir və bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilib və həmin il sentyabrın 11-dən qüvvəyə minib.

Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistan təmsilçilərinin 1921-ci il oktyabr ayının 13-də Türkiyənin Qars şəhərində imzaladıqları müqavilə beynəlxalq xarakter daşıyan tarixi sənəd kimi mühüm əhəmiyyətə malikdir. 18 gün davam edən və 6 dəfə işinə fasilə verilən Qars konfransının materiallarının təhlili göstərir ki, danışıqlar çox gərgin və prinsipial şəraitdə keçib, tərəflər çoxlu mülahizə və təkliflərlə çıxış ediblər.
 
Qars müqaviləsi imzalandıqdan sonra Naxçıvan bölgəsi Sovet Sosialist Respublikası elan olunmasına baxmayaraq, Ermənistan Qars müqaviləsinin bu maddəsindən müəyyən bəhanələrlə imtina etməyə cəhd göstərir, Naxçıvan ərazisinin işğalından əl çəkmirdi. Zaqafqaziya MİK-in qərarları ilə 1929-1931-ci illərdə Naxçıvan MSSR-in ərazisinin bir qismi qanunsuz olaraq Ermənistana verilib. Belə ki, 1929-cu ildə Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzası Şahbuz nahiyəsinin Ağbinə, Ağxaç, Almalı, Dağ Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qərçıvan sovetliyinə daxil olan Mehri, Buğakər yaşayış məntəqələri, Kilit kəndinin bir hissəsi, ümumən, 657 kvadratkilometr sahə Ermənistana verilib. Sonrakı illərdə də bir sıra ərazilər Ermənistana birləşdirilib və Naxçıvan Muxtar Respublikasının beynəlxalq Qars müqaviləsi ilə təsbit edilmiş ərazisinin, təqribən, 15 faizi Ermənistan tərəfindən qanunsuz olaraq zəbt edilib.
  
Qars müqaviləsinin imzalanması ilə muxtariyyətin əsası qoyulub, Naxçıvan ərazisində Naxçıvan SSR yaradılıb, 1923-cü il iyunun 16-da siyasi və inzibati statusunda dəyişiklik edilən Naxçıvan SSR Naxçıvan diyarına çevrilib. 1924-cü il fevralın 9-da bölgənin inzibati və siyasi statusu bərpa edilərək Naxçıvan MSSR adlandırılıb. 1990-cı il noyabrın 17-də isə görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə “Sovet Sosialist” sözləri ləğv olunaraq Naxçıvan Muxtar Respublikası adlandırılıb.                                                        
1991-ci il yanvar ayının 11-də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Moskva və Qars müqavilələrinin iştirakçısı olan dövlətlərə bəyanat verərək həmin ölkələri muxtar respublikanın ərazi bütövlüyünün erməni təcavüzü nəticəsində kobud şəkildə pozulması faktlarına münasibət bildirməyə çağırmışdı. Bu, Naxçıvanın muxtariyyət statusunun beynəlxalq müqavilələrlə qorunması faktının vacib bir məqamda yenidən aktuallaşdırılmasına və bununla da, muxtar respublikanın məruz qaldığı hərbi müdaxilə təhlükəsindən diplomatik yolla qorunmasına şərait yaratmışdı. Müstəqillik dövründə də Naxçıvanın muxtariyyət statusu daim diqqət mərkəzində saxlanılıb, Konstitusiyamızın 134-cü maddəsində Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlət kimi təsbit edilib.
Moderator.az-ın əməkdaşları bu yaxınlarda Qars şəhərində səfərdə olarkən bu müqavilənin imzalandığı vaqonu tapmış, onun haqqında oxuculara məlumat vermişdi. Həmin yazıda qeyd olunmuşdu ki, Qars müqaviləsinin imzalandığı vaqonun yeri dəyişdirilib. Bundan əvvəl Qarsdakı Tarix Muzeyinin həyətində olan vaqon şəhərdə yeni yaradılmış Hərb Muzeyinə aparılıb.
 
Qeyd edək ki, Qars konfransı hazırda Qars Valiliyinin yerləşdiyi binada keçirilib. Müqavilə isə vaqonda imzalanıb.
 
Qars keçmişdə olduğu kimi, bu gün də bizim üçün starteji bölgələrdən biri sayılır. Bu ay rəsmi açılışı olacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artırılmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcəkdir. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini artacaqdır.

Bunu nə üçün xatırladıq? Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışının məhz Qars müqaviləsinin imzalandığı oktyabr ayında keçirilməsi təsadüfi deyil. Bu xətt gələcəkdə Naxçıvana birləşdiriləcək. Əgər  Naxçıvan blokadada olduğu üçün 1921-ci ilin oktyabr ayında Qars müqaviləsi imzalanmışdısa, 2017-ci ilin oktyabr ayında istifadəyə veriləcək dəmir yolu xətti gələcəkdə Naxçıvanın blokadasının yarılmasında çox mühüm rol oynayacaq. Fikrimizcə, həmin dəmir yolu xəttinin açılışının oktyabr ayında keçirilməsinin digər bir səbəbi də odur ki, məhz bu ayda ölkəmizin dəmiryolçuları peşə bayramılarını qeyd edirlər. Dəmiryolçuların peşə bayramı Qars müqaviləsinin imzalandığı gün - oktyabrın 13-dür. Biz çox arzulayırdıq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı oktyabrın 13-də keçirilsin. Amma qismət. Elə oktyabr ayında olması da çox önəmlidir və lazımi mesajlar verir.
    Moderator.az-ın analitik qrupu

"Paşinyanda zərrə qədər də olsa ağıl varsa..."
DÇ-2018: Ən gözəl azarkeşlər -FOTOLAR
"Bakılı oğlanlar"dan Məmmədxanovun qızına TOY SÜRPRİZİ
Rasim Balayevdən aktrisalara qalmaqallı sözlər: “Gözəl bədəni var…”
Azərbaycanla Ermənistan arasında son döyüşlərin YENİ TƏFƏRRÜATLARI
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Eyfeli terrorçulardan necə qoruyacaqlar? - Şüşə hasar, 420 ədəd blok və 35 milyon avro...
Maraqlı
Sovet dövründən qalma qeyri-adi avtomobil dizaynları - FOTOLAR
Cəmiyyət
Müdafiə Nazirliyi Xocalı aeroportundan fotolar paylaşdı - “Daim nəzarətdə saxlayırıq”
Cəmiyyət
"Ölkəni mollaxanaya çevirmək istəyənlərə qarşı dirəniş göstərməliyik" -Deputatdan çağırış...
Araşdırma
32 yaşında dövlət quran, 33 yaşında isə öldürülərək cəsədi dənizə atılan qəhrəman Kırım türkü - ARAŞDIRMA
Həftənin ən çox oxunanları
Maşın Rozanın əlindən alındı - SON DƏQİQƏ
Xankəndi səmasına qırıcılar qaldırıldı - Düşmən “gəl-gəl” deyir... Fotolar+Video
“İyunun 12-dən 24-dək Qarabağdakı təmas xəttində ən təhlükəli dövr olacaq...”
Xalq artisti "Maşın" realiti şouda baş verənlərdən danışdı: "Bir Azərbaycan kişisi kimi utanıb yerə girirəm"
Tanınmış aparıcı canlı yayımdan qovuldu, səbəbi hər kəsi təəccübləndirdi - FOTO
Rekord sayda lüt qadın buzlu dənizdə belə çimdi... - (Video+18)
“Hesab elə ki, mən elə göyçəli qaçqınam, qarabağlı köçkünəm!” - Tanımadığımız Artur Rasizadə...
TANAP-dan danışan gənc kimin övladıdır? - FOTO+VİDEO
Paşinyan Azərbaycanda yeni açılan erməni kilsəsinə baş çəkdi- FOTOLAR
Oliqarx Mübariz Mənsimov Azərbaycana qarşı müharibə elan edir
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin