Xəbər lenti
23/09/2018 [00:57]:
"İranın bu formada qarışıqlığa sürüklənməsi, qonşu dövlətlər üçün arzuolunan deyil"
23/09/2018 [00:33]:
"Yaxın günlərdə gözləmədiyimiz bir məkanda mütləq terror aktı baş tutacaq" - PROQNOZ
22/09/2018 [23:13]:
Bağırovun həbsdə dindirilməsi, etirafları, istintaq materialları- Gizli tarix
22/09/2018 [22:46]:
Saatlı sakini qaynanasını qətlə yetirdi, həyat yoldaşını yaraladı
22/09/2018 [22:27]:
Nuru Paşanın bilinməyən qəhrəmanlıqları və fövqəladə hərbçi bacarıqları- Xatirələrin dili ilə
22/09/2018 [22:21]:
“Qarabağ”ın oyununa 10 min bilet satıldı
22/09/2018 [22:00]:
QAT mitinqə hazırlığı müzakirə etdi
22/09/2018 [21:56]:
Xamenei Əhvazdakı terrorun təşkilatçılarından söz açdı
22/09/2018 [21:55]:
Qarabağda erməni əsgər öldürüldü
22/09/2018 [21:55]:
Bakıda ana 8 yaşlı qızını bu səbəbdən CƏZALANDIRDI
22/09/2018 [21:53]:
Hərbi paraddakı partlayışda ölənlərin sayı 28-ə çatdı
22/09/2018 [21:49]:
Bakıdan Bakıya qaçqın düşüb?..- FOTO
22/09/2018 [21:46]:
Leyla Əliyeva Beynəlxalq Sülh Günü tədbirində -FOTOLAR
22/09/2018 [21:43]:
Suriyada İŞİD başçıları məhv edildi
22/09/2018 [21:43]:
Bəyaz “O səs” üçün 12 kiloqram arıqladı - Foto
22/09/2018 [21:41]:
Bərə qəzasında ölənlərin sayı 209 nəfər oldu
22/09/2018 [21:41]:
AŞPA Ermənistanda monitorinq aparacaq
22/09/2018 [21:13]:
“Azərbaycan KTMT-lə bağlı beynəlxalq məhkəməyə müraciət edə bilər”
22/09/2018 [20:51]:
"Necə ola bilər ki, Böyük Yaradanın rəva görmədiyi günahı bəndə bu cür asanlıqla etsin?!"
22/09/2018 [20:49]:
Rövnəq Abdullayev medalları qaliblərə təqdim etdi - Fotolar
22/09/2018 [20:23]:
Ebru ilə Rzanın Nyu-York görüşü dava ilə bitdi - Rza oteli tərk etdi
22/09/2018 [20:22]:
Facebook-dan subaylar üçün möhtəşəm yenilik – Evlilər baxmasın
22/09/2018 [20:17]:
İlham Zəkiyevə yeddinci dan qara kəmər verildi - FOTO
22/09/2018 [20:15]:
Azərbaycanlı aparıcı hamamdan şəkilini paylaşdı - FOTO
22/09/2018 [20:13]:
Raquf Orucovla bağlı MÜHÜM İŞ
22/09/2018 [20:10]:
175 nömrəli avtobusda nə baş verib? – RƏSMİ AÇIQLAMA
22/09/2018 [20:00]:
“Prezidenti öldürüb günahı ABŞ-ın üzərinə yıxacaqlar” – Şok proqnoz
22/09/2018 [19:54]:
İrandakı teraktı daha bir təşkilat üzərinə götürdü - Video/23+
22/09/2018 [19:50]:
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik edib
22/09/2018 [19:49]:
Sumqayıtda avtomobillə vurulan piyada xəstəxanada öldü
22/09/2018 [19:48]:
Azərbaycanda ölünü məhkəməyə çağırdılar
22/09/2018 [19:47]:
Can verən sevgilisinin videosunu Snapçatda paylaşan qız həbs edildi
22/09/2018 [18:48]:
Kanadada güclü qasırğa insanları vahiməyə saldı - VİDEO
22/09/2018 [18:46]:
Dünyanın ən təhlükəli şəhərləri məlum oldu
22/09/2018 [18:42]:
İlham Əliyev Bakıda keçirilən cüdo üzrə dünya çempionatını izləyib
22/09/2018 [18:40]:
Prezident orden verdi
22/09/2018 [18:39]:
İran prezidenti Trampa Səddam Hüseynin taleyini vəd etdi
22/09/2018 [18:25]:
Xanın kəndinə Şaumyanın adının verilməsinin 95 illiyi belə qeyd olundu...- FOTOLAR
22/09/2018 [17:51]:
Etimad İsmayılova şeir həsr olundu: “Məni dəfn etməyə gələrsən, ANA!”
22/09/2018 [17:46]:
"Kamal Abdullanın bu addımı sözün yaxşı mənasında bir "ilk" oldu"
22/09/2018 [17:29]:
“İranda gərginliyin artması qonşu dövlətlərə yaxşı heç nə vəd etmir”
22/09/2018 [17:13]:
“İstəyirdim ki, Xatirə xanımın tikdirəcəyi Şəhid bulağı Müşfiqin məzarının yanında olsun...”- Şəhid anası...
22/09/2018 [16:35]:
“Qanuni oğru” həbsxanada intihar etdi
22/09/2018 [16:34]:
Əsla ayağı ayağın üzərinə qoyub əyləşməyin - ÖLƏ BİLƏRSİNİZ
22/09/2018 [16:32]:
"Zaurun verilişinə çıxdım ki, ipotekam bağlansın" - Əməkdar artist
22/09/2018 [16:30]:
"Atamın dostu ilə yatdım" - Aktyorun qızından gözlənilməz etiraf
22/09/2018 [16:29]:
Tarkandan heyranlarına şok: Səhnədən imtina etdi
22/09/2018 [16:20]:
Ermənistanda Futbol Federasiyasına yeni prezident seçildi
22/09/2018 [16:19]:
ABŞ-da işləmədiyi cinayətə görə 27 il həbsdə yatan məhkum azadlığa çıxdı -FOTOLAR
22/09/2018 [16:17]:
Elman Mehdiyev müşavir təyin edildi - Səlim Müslümovun bağladığı "kitab" yenidən açıldı...
22/09/2018 [16:07]:
“Əgər Allah mənə sənətimdən artıq alicənab yetirərsə, ərə gedərəm"
22/09/2018 [15:37]:
“Bəs uşaqlarımıza “Şaumyan” adı qoymağa kim məcbur edirdi?”
22/09/2018 [15:26]:
Lukaşenko Putinlə danışıqları ağır adlandırdı
22/09/2018 [15:17]:
Salahlıdan Amasyaya Polkovnik Məmməd Qazaxın izi ilə...
22/09/2018 [15:12]:
Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verdi
22/09/2018 [15:10]:
“Televiziyalarımızda reytinq adı altında bizə niyə zir-zibil təqdim olunmalıdır?”
22/09/2018 [15:10]:
Azərbaycanda orta aylıq əməkhaqqı 3,7% artdı
22/09/2018 [15:07]:
Beyləqanda 196 ağac yandırıldı
22/09/2018 [14:43]:
"Yenə sahibkarlara zülm edəcəklər ki, istixanaları qoyub qaçsınlar" - ŞİKAYƏT
22/09/2018 [14:41]:
Birincilər Dövlət Komitəsinə ekskursiya etdilər
22/09/2018 [14:35]:
Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq
22/09/2018 [14:26]:
“Desəm ki, daha çox Qüdrət Həsənquliyev mat olur...” - Fazil Mustafa ilə “Bir hovur” söhbət
22/09/2018 [14:13]:
XİN-dən KTMT baş katibinin açıqlamasına reaksiya
22/09/2018 [14:09]:
Türkiyədə məktəblilərin olduğu avtobus aşdı, ölən və xəsarət alanlar var
22/09/2018 [14:03]:
Moderator.az operativ reaksiyaya görə DİN rəhbərliyinə təşəkkür edir...
22/09/2018 [13:46]:
"Bunu edən üzdəniraq jurnalistlər də var, qələm əlində olan şəxs bunu edərmi?"
22/09/2018 [13:21]:
Nyu-York metrosunda tavan uçdu -Gözlənilməz
22/09/2018 [13:18]:
“Qanuni oğru” həbsxanada intihar etdi
22/09/2018 [13:17]:
İlham Əliyev başsağlığı verdi
22/09/2018 [13:16]:
İran terror aktına görə ABŞ-ı ittiham etdi
22/09/2018 [13:15]:
Sabiq təhsil nazirindən rektorun təşəbbüsünə dəstək
22/09/2018 [13:13]:
Azərbaycanda hava şəraiti kəskin dəyişir - XƏBƏRDARLIQ
22/09/2018 [13:12]:
Bakı sakinini küçədə qarət edənlər tutuldu
22/09/2018 [12:33]:
Keçmiş sevgilisini görüb restorandan getdi -FOTOLAR
22/09/2018 [12:30]:
40 manata görə qonşusunu ölümcül etdi
22/09/2018 [12:28]:
Ramiz Mehdiyev Bakı Kitab Mərkəzində
22/09/2018 [12:21]:
“Kamal Abdullanın bu təşəbbüsü təqdirəlayiqdir, amma...”
22/09/2018 [12:17]:
Ruhani Trampa Səddam Hüseynin taleyini xatırlatdı
22/09/2018 [12:14]:
Rövşən Rzayev 6 rəhbər şəxsi işdən çıxardı - “Qaçqınkom”da köklü dəyişikliklər
22/09/2018 [12:07]:
İranda hərbi paradda terror aktı - YENİLƏNİB + FOTO/VİDEO
Bütün arxiv bir sırada
13/10/2017 [15:35] - Cəmiyyət - ( 953 dəfə baxılıb)

UNEC-də sosial biznes konsepsiyası müzakirə olundu




UNEC-də “Sosial Biznes: Azərbaycanda Reallıqlar və Perespektivlər” mövzusunda konfrans keçirilib.

Təhsil Nazirliyinin dəstəyi ilə reallaşan konfransın təşkilatçıları UNEC, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Azərbaycan Yunus Sosial Biznes Mərkəzidir.

Rektor, professor Ədalət Muradov bildirib ki, UNEC-in məqsədi dünya iqtisadiyyatında baş verən ən aktual məsələlərin tədqiqatında yaxından iştirak etməkdir. Bu istiqamətdə UNEC-də görülən işlərdən bəhs edən rektor dünya təcrübəsində ilk dəfə olaraq Azərbaycan neftinin dünya bazarında qiymətinin proqnozlaşdırıldığını, UNEC Tədqiqat Fondunun xətti ilə Rusiyanın rəqəmsal iqtisadiyyat və e-maliyyə üzrə tanınmış eksperti, professor Ruslan Makarovla kriptovalyuta və e-pullar mövzusunun müzakirə edildiyini diqqətə çatdırıb.

Diqqətimizi cəlb edən mövzulardan biri də sosial biznesdir, deyən Ə.Muradov cəmiyyətə azad kapitalizm ideyasının alternativi olaraq təqdim edilən sosial biznesin özəlliklərindən danışıb: “Burada sahibkarlıq fəaliyyətinin məqsədi mənfəət deyil, cəmiyyətdəki problemlərin həllidir. Bu baxımdan əminliklə deyə bilərəm ki, biz, təhsil müəssisəsi olaraq müəyyən mənada sosial bizneslə məşğuluq. Məzunlarımızın işlə təmin olunması qarşımızda çox ciddi məsələ kimi dayandıqda Nobel Mükafatçısı Məhəmməd Yunusun “sən iş axtarma, iş yarat!” fikri bizə mükəmməl bir ideya verir”.

Sosial startapların önəmindən danışan rektor məzunların işəgötürəndən asılı olmaqdansa, onlara rəqabət yaratmasını istədiklərini bildirib. Ə.Muradov məzunların öz gələcəyini təmin etməsi və yaratdıqları biznesə tələbə yoldaşlarını cəlb etməsini onların işsizlik probleminin alternativsiz həlli yolu adlandırıb.

Konfransda Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunusun videomüraciəti yayımlanıb. Konfransın işinə uğurlar arzulayan Nobel mükafatçısı Azərbaycana səfərini məmnuniyyətlə xatırlayaraq, BAMF prezidenti Umud Mirzəyev və UNEC rektoru Ədalət Muradovla görüşündən bəhs edib: “Görüşlərimizdə bu qənaətə gəldik ki, biz diqqətimizi sosial biznes üzərində cəmləyərək münasibətlər qura bilərik və indi də bunu uğurla icra edirik. Mən əminəm ki, Azərbaycan höküməti insanların problemlərini həll etmək istiqamətində müvafiq addımlar atır, amma insanlar da həyatlarını özləri qurmaqda fəal olmalıdırlar. Bu, mənim inamımdır”. Hər bir insanın sərhədsiz yaradıcı imkanlarla yoğrulduğunu və bunun sosial biznes ideyasının başlanğıc fikri olduğunu diqqətə çatdıran M.Yunus sosial bizneslə dünyanı dəyişmək mümkün olduğunu bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimli sosial biznes konsepsiyasının əhəmiyyətinə toxunaraq, bu istiqamətdə dövlət tərəfindən müvafiq işlərin aparıldığını və uğurlu nəticələr əldə olunduğunu bildirib. O, ölkə rəhbərinin tapşırığı ilə sosial biznes ideyasının ölkəmizin mövcud reallıqları əsasında tətbiqi istiqamətində işlərin aparıldığını və yaxın zamanlarda bununla bağlı ölkədə müsbət nəticələrin əldə olunacağını diqqətə çatdırıb.

BAMF-ın prezidenti Umud Mirzəyev Məhəmməd Yunus və Yunus Mərkəzi ilə uzun müddətdən bəri davam edən dostluq və əməkdaşlıq münasibətlərindən söz açıb. O, M.Yunusun Azərbaycana səfəri zamanı ölkə rəhbəri ilə, bəzi rəsmilərlə görüşünün əhəmiyyətinə toxunub: “Məhəmməd Yunusun ölkəmizə səfərindən sonra cənab Prezidentin fikirləri, göstəriş və tapşırıqları sosial biznes ideyası ətrafında yeni təşəbbüs və yanaşmaların tətbiqini zəruri edib”. U.Mirzəyev M.Yunusu insanları öz ideyalarına inanmağa sövq edən ideya generatoru adlandırıb. O, UNEC, Yunus Sosial Biznes Mərkəzi və BAMF arasında bağlanan üçtərəfli memorandum sayəsində bir müddətdir ki, sosial biznesin araşdırılması, akademik tədqiqatların aparılması sahəsində görülən işlərdən söz açıb.

ABAD direktoru Rüfət Elçiyev ABAD modelinin unikal cəhətlərinə toxunub. O, ABAD-ın bir model olaraq sosial təsiri, insanların sosial biznesə təşviqi istiqamətindəki rolu barədə konfrans iştirakçılarına məlumat verib.

UNEC-in Beynəlxalq Doktorantura və Magistratura Mərkəzinin direktoru, dosent Fariz Əhmədov sosial biznes və dünya təcrübəsindən bəhs edərək, konfrans iştirakçılarına maraqlı faktlar açıqlayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı sosial biznesin tətbiqində bazar araşdırmalarının əhəmiyyətinə toxunaraq, mikromaliyyənin effektinin artırılması istiqamətində işlərdən danışıb.

Ə.Muradov UNEC-də fəaliyyət göstərən Dijital Marketinq Mərkəzinin ixrac bazarlarının coğrafiyasını təhlil edərək, təklifləri təqdim edə biləcəyini bildirib. Yeni fəaliyyətə başlayan mərkəzin imkanlarından söz açan rektor, xarici bazarların internet vasitəsi ilə marketinqinin aparılmasında UNEC-in rəqabətdən kənarda olacağını diqqətə çatdırıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev sosial biznesin inkişafında regionlarda icma əsaslı birliklərin formalaşdırılması və inkişaf etdirilməsi məsələsinə önəm verdiyini qeyd edib. O, bu icmaların maliyyə mənbələrinə çıxış əldə etmələrinin vacibliyini vurğulayıb.

Konfransda çıxış edən digər məruzəçilər də sosial biznesin əhəmiyyətini, sosial startapçılıq, sosial biznesdə insan faktoru, ixrac məsələlərinin gücləndirilməsi, iqtisadi etimadın formalaşması və.s məsələlərə toxunublar. Məruzəçilər bu ideyanın vətəndaş təşəbbüslərinin artırılması, təsərrüfat sahələrinin inkişafındakı roluna diqqət çəkiblər. Konfrans müzakirələrlə davam etdirilib.

Qeyd: Məhəmməd Yunusun sosial biznes ideyasının nailiyyətlərindən sonra, 1998-ci ildə artıq 58 ölkədə oxşar metodologiyalar istifadə olunmağa başlayıb. Məhəmməd Yunus konsepsiyasının əsası yoxsulluq olmayan dünya qurmaq idi. Bu konsepsiyanın mərkəzində milli iqtisadiyyatın inkişafında Ümum Daxili Məhsul məsələsi deyil, yoxsulların faydalanacağı nəzərdə tutulan təbii insan hüququ dayanır. Başqa sözlə desək konsepsiya iqtisadi inkişafı əhalinin aşağı təbəqəsinin adambaşına düşən gəlirləri ilə ölçməyi təklif edirdi. Beləliklə məhz İNSAN faktorunun real iqtisadi həyatdakı yerinin düzgün müəyyənləşdirilməsi sosial biznes konsepsiyanın uğur qazanmasında başlıca rol oynadı. Artıq onun təşəbbüsü ilə uzun illərdir ki, “Sosial Biznes Günü” və “Qlobal Sosial Biznes Sammiti” kimi böyük tədbirlər dünyanın tanınmış elm adamlarını, sahibkarları, dövlət xadimlərini, vətəndaş cəmiyyəti təmsilçilərini, gəncləri sosial biznesin uğurlu inkişaf üçün fikir mübadiləsi aparmaq, uğurlu təcrübələri öyrənmək ətrafında bir araya toplayır. Sosial biznes praktik olaraq Amerika, Fransa, Almaniya, Hollandiya, Çin, Malaziya və digər ölkələrin diqqət mərkəzindədir.

Salahlıdan Amasyaya Polkovnik Məmməd Qazaxın izi ilə...
"Yenə sahibkarlara zülm edəcəklər ki, istixanaları qoyub qaçsınlar" - ŞİKAYƏT
Aşura qiyamının qalıcı olmasına təsir edən 3 amil...
Şəlalə küləyin təsirindən tərs axdı - VİDEO
Dilənçinin üstündən çıxan pul hamını şoka saldı...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Araşdırma
Nuru Paşanın bilinməyən qəhrəmanlıqları və fövqəladə hərbçi bacarıqları- Xatirələrin dili ilə
Cəmiyyət
“İstəyirdim ki, Xatirə xanımın tikdirəcəyi Şəhid bulağı Müşfiqin məzarının yanında olsun...”- Şəhid anası...
Köşə
“Bəs uşaqlarımıza “Şaumyan” adı qoymağa kim məcbur edirdi?”
Cəmiyyət
“Televiziyalarımızda reytinq adı altında bizə niyə zir-zibil təqdim olunmalıdır?”
Cəmiyyət
"Bunu edən üzdəniraq jurnalistlər də var, qələm əlində olan şəxs bunu edərmi?"
Həftənin ən çox oxunanları
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Ata İmam Hüseyn üçün oğlunun başını kəsdi - ŞOK VİDEO (+18)
Puldan “divar” yaradan məmur həm də 256 məşuqə saxlayırmış - HEYRƏTAMİZ+VİDEO
Bakıda dəhşətli qəza: Ölənlərdən 3-nün kimliyi bilindi - VİDEO (+18)
Düşmən baş nazir Azərbaycanın uca dağlarından birinə belə qalxdı... - VİDEO
Paşinyanın arvadı Qarabağda ölən erməni əsgərlərinin analarını topladı - azərbaycanlı analara müraciət olundu
Türkiyə və İsrail barışır, səfirlər geri qayıdır - Bakının da bu barışıqda rolu var...
“5 ildən çoxdur ki, şəhid övladlarına ödənişsiz hazırlıq keçirəm...” - Tanınmış tarix müəllimi
Azərbaycanda mobil telefonların qeydiyyat qaydaları dəyişdi – YENİLİK
Milyonçu Tağıyevlə Nuru Paşa arasındakı tarixi əhvalat – Evin açarlarını ona verdi...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə