Xəbər lenti
20/09/2018 [23:55]:
Start “11-lik”: Rəşad Sadıqov heyətə salınmadı
20/09/2018 [23:35]:
“Vaxtilə ermənilərlə əməkdaşlıq etmiş adamların da adları açıqlanmalıdır”
20/09/2018 [23:31]:
Məmurdan 1-ci qrup əlilə heyrətamiz məsləhət: "Premium" benzini götürməyi unutmayın..."
20/09/2018 [22:56]:
Binəli Yıldırım Bakıya gəlib
20/09/2018 [22:49]:
Tağıyevin Balkan müharibəsindəki gözəl jesti – Növbəti Azərbaycan-Türkiyə qardaşlığı...
20/09/2018 [22:30]:
UNEC Bakı Fond Birjası ilə memorandum imzalayacaq
20/09/2018 [22:13]:
Beriyanın edamından bəhs edən “canlı” sənədlər, heyrətamiz faktlar - GİZLİ TARİX
20/09/2018 [22:12]:
Ata İmam Hüseyn üçün oğlunun başını kəsdi - ŞOK VİDEO (+18)
20/09/2018 [21:56]:
Gürcüstanda 19 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb
20/09/2018 [21:44]:
Orxan Gəncəbay yenə xəstəxanaya yerləşdirildi
20/09/2018 [21:41]:
Bakıda dəhşətli qəza: Ölənlərdən 3-nün kimliyi bilindi - VİDEO (+18)
20/09/2018 [21:09]:
Deputatdan Meriyaya ciddi İTTİHAM - Yığılan pullar kimlərin cibinə AXIR?..
20/09/2018 [21:08]:
İlyas İsmayılovun qətlə yetirilən oğlu ilə vida mərasimi keçirildi
20/09/2018 [20:47]:
Avropa Birliyi “Facebook”a ultimatum irəli sürdü
20/09/2018 [20:16]:
“Google” Türkiyəyə 15 milyon dollar ödəyəcək
20/09/2018 [20:03]:
Qarabağ azad edilsə, rayonlarda iş olsa... - Bakı da tıxaclardan azad olacaq...
20/09/2018 [19:54]:
Etimad İsmayılovu qətlə yetirən danışdı - Təfərrüat
20/09/2018 [19:40]:
Azərbaycanda xüsusi təyinatlıları belə hazırlayırlar - İLK DƏFƏ
20/09/2018 [19:37]:
Bakıda dəhşətli yol qəzası - 4 nəfər öldü
20/09/2018 [19:06]:
Sabah bu qəsəbələrdə su olmayacaq
20/09/2018 [19:04]:
Birinci vitse-prezident NATO baş katibinin müavinini qəbul etdi - FOTOLAR
20/09/2018 [19:00]:
Elnur Məmmədlinin qohumu medalın bir addımlığında uduzdu
20/09/2018 [18:59]:
Şəhriyar Məmmədyarov ata oldu – FOTO
20/09/2018 [18:35]:
“Mən rüşvətxor məmurlara qarşı mübarizə aparanda ağız-burun əyirlər...”
20/09/2018 [18:34]:
İstanbulda Azərbaycan məktəbi dərslərə belə başladı- VİDEO
20/09/2018 [18:13]:
Arvadını boğan ər hakim qarşısında - Başqa kişi ilə mesajlaşırmış...
20/09/2018 [18:09]:
Prezident NATO baş katibinin müavinini qəbul edib
20/09/2018 [17:52]:
“DTX-nın bu addımı erməni terrorizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir”
20/09/2018 [17:48]:
Yeni açılan məktəbdə sıxlıq yarandı - Şagirdlər dərsə gedə bilmir
20/09/2018 [17:43]:
Medvedev çətin illərlə bağlı xəbərdarlıq etdi
20/09/2018 [17:02]:
Etimad İsmayılov sabah Nardaranda dəfn olunacaq
20/09/2018 [17:00]:
Heç vaxt xərçəng olmayan türk tayfasının sirri - FOTOLAR
20/09/2018 [16:58]:
Məşhur ürək cərrahı Rəşad Mahmudova yeni vəzifə verildi
20/09/2018 [16:48]:
Tramp Paşinyanla görüşməyəcək
20/09/2018 [16:45]:
Merkel və Putin Suriyanı müzakirə edib
20/09/2018 [16:45]:
“Cəhalətin qarşısını yalnız elmlə, savadla almaq olar”
20/09/2018 [16:14]:
Azərbaycan XİN ATƏT-ə çağırış etdi
20/09/2018 [16:12]:
Ronaldunun bacısı: " Qardaşımı məhv etmək istəyirlər"
20/09/2018 [15:50]:
ADPU-nun Filologiya fakültəsinə yüksək bal toplayaraq qəbul olunan tələbələrlə görüş keçirildi
20/09/2018 [15:45]:
Güləşçimiz erməni üzərində qələbə qazanıb çempion oldu
20/09/2018 [15:42]:
Qanunsuz ov edən şəxs cərimələndi
20/09/2018 [15:28]:
Azərbaycanda mobil telefonların qeydiyyat qaydaları dəyişdi – YENİLİK
20/09/2018 [15:24]:
NATO Qarabağda müharibəyə qarşıdır
20/09/2018 [15:06]:
50 tona yaxın kartofda zərərli orqanizmlər aşkarlandı
20/09/2018 [14:53]:
Polşalı mütəxəssis tələbələrimizə seminar keçdi
20/09/2018 [14:51]:
Prezident Ramil Usubovu mükafatlandırdı - FOTO
20/09/2018 [14:50]:
MMP İdarə Heyəti toplandı
20/09/2018 [14:49]:
“Ailəmdən vacib heç nə yoxdur...” - Safura
20/09/2018 [14:47]:
“Təyyarənin Soçi razılaşmasından sonra vurulması təxribat versiyasını ağıllara gətirir”
20/09/2018 [14:44]:
Ermənistanın baş naziri ölkəni xaosa sürükləyir...
20/09/2018 [14:37]:
Rusiya “İl-20” təyyarəsini vurmuş suriyalıları həbs etdi
20/09/2018 [14:34]:
Fuad Ələsgərov: “18 mindən çox partlamamış hərbi sursat zərərsizləşdirilib”
20/09/2018 [14:29]:
Arıçılara hər pətəyə görə subsidiya veriləcək
20/09/2018 [14:28]:
Azərbaycanlı Rusiyada deputat oldu -FOTOLAR
20/09/2018 [14:26]:
DTX ermənilərlə bağlı arxivləri açdı - MÜHÜM SƏNƏDLƏR
20/09/2018 [14:20]:
Səngəçal və Goran stansiyalarında 17 ədəd yoldəyişən qurğu dəyişdirilir
20/09/2018 [14:19]:
Putinin hərbi blokundan Ermənistan rəhbərliyinə cavab verdi
20/09/2018 [14:17]:
Etimad İsmayılovu öldürən Dəmirovun Sabirabadda qohumu qalmayıb
20/09/2018 [14:00]:
Ebru Amerikaya 2-ci dəfə ana olmaq üçün gedib
20/09/2018 [13:58]:
Etimad İsmayılovun cənazəsi bu axşam Bakıya gətirilir
20/09/2018 [13:54]:
Şeyx: " Zəncir vurmağa İmam Hüseyn də razı olmazdı"
20/09/2018 [13:50]:
Ermənistanın sərhəd rayonunun sakinləri ayağa qalxdı... - Paşinyanla görüş tələb edilir...
20/09/2018 [13:47]:
ABŞ Gülənlə bağlı hesabat dərc edib
20/09/2018 [13:34]:
Sabahın havası – Bakıda 27 dərəcə isti olacaq
20/09/2018 [13:32]:
“Vikipediya”da Milli qəhrəmanlarımız haqqında ingilis dilində məqalələr yaradılıb
20/09/2018 [13:32]:
Eldar Əzizov Rasim Quliyevi Bakı Meriyasının Aparat rəhbəri vəzifəsindən azad etdi
20/09/2018 [13:31]:
“Bu yolun açılışı Azərbaycanın iqtisadiyyatına da öz müsbət təsirini göstərəcək”
20/09/2018 [13:30]:
“Qaçqınkom”un sədr müavini ATƏT-in illik görüşündə iştirak etdi
20/09/2018 [13:29]:
UNEC yeni tədris ilinə yüksək göstəricilərlə start verib -FOTOLAR
20/09/2018 [13:26]:
İlham Əliyev “Fatimeyi Zəhra” məscidini öz hesabına tikdirəcək
20/09/2018 [13:24]:
DİN ƏMƏLİYYAT keçirdi: Qətl törədən şəxs meşədə tutuldu
20/09/2018 [13:20]:
"Telekanallarımız abırsız - həyasız "müğənni"lərin, "qaloşlu" adamların əlində olduğundan Azərbaycan ziyalısı görünmür!
20/09/2018 [13:14]:
İrəvan xanlığı ilə bağlı əsərlər erməni və fars dillərində çap olunub
20/09/2018 [13:06]:
"Cavid Qurbanov harda işə başlayırsa, orda yüksəliş və uğur var" - Yubiley təbriki...
20/09/2018 [12:57]:
Prezidentin xüsusi iclasda iştirakı gözlənilir
20/09/2018 [12:43]:
İlyas İsmayılovun oğlunu güllələyən Dəmirov haqda maraqlı FAKTLAR açıqlandı - Qarabağda döyüşüb
20/09/2018 [12:39]:
Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak edib -FOTO
20/09/2018 [12:33]:
Valideynlərini öldürən şəxs qocalar evinə hücum etdi - 2 ölü
20/09/2018 [12:32]:
Sevillə Etimadın böyük sevgi hekayəsi... - “Sonsuza qədər...”
20/09/2018 [12:31]:
Timatinin model sevgilisi hamilədir -FOTOLAR
Bütün arxiv bir sırada
15/10/2017 [14:28] - Cəmiyyət - ( 11688 dəfə baxılıb)

Gecələdiyi avtobusda ölüsü tapılan aktyor - FOTOLAR



Azərbaycan kinosunda çox maraqlı bir aktyor olub ”“ Kamil Məhərrəmov. İkicə rolunun adını çəkmək kifayətdir ki, tamaşaçısı onu xatırlasın: “Yol əhvalatı” filmindəki Paşa, “Evlənmək istəyirəm”də Şamilin tapıb gətirdiyi tütək çalan ”“ yetim Hüseyn. “Azərbaycanfilm”də bu iki film də daxil olmaqla 46 bədii filmə çəkilib. Üstəgəl “Mozalan” süjetləri. Bir kadr hamıya yaxşı tanışdır ”“ Kamil Məhərrəmov uzunqulağın belində, radio qucağında xarici musiqi dinləyə - dinləyə gedir. 

Bu aktyor epizodik və xarakterik obrazlar qəhrəmanı olub. Bizim kinomuzda belə xarakterik aktyorlar azdır ”“ Fazil Salayev, Məmmədsadıq Nuriyev, Ağahüseyn Cavadov. Kamil Məhərrəmov da həmin məktəbin yetirməsidir. Xırda, amma xarakterik obrazlar oynayıb. Heç bir fəxri ad ona yaxın gəlməyib, çox da məşhurlaşmayıb, amma istedadı göz qabağındadır. Baş rolları oynamağı hər bir aktyor bacarır, tanınır, sevilir. Həm də istədiyi hər şeyi əldə edir ”“ fəxri adlar, ev, maşın, bağ... Ən çətini xırda həcmli obrazla xarakter ortaya qoya bilməkdir. Bax bu, hər aktyora qismət olmur. Yalnız xüsusi istedadın olmalıdır ki, sözün deyə bilmədiyini mimikalarla, ifanla deyə biləsən. Nə yazıq ki, o, kasıblıqla, diqqətsizliklə, depressiya ilə “dost” olur. Faciəvi şəkildə dünyasını dəyişir. 

Uşaqlığı 

Şamaxıda sadə ailənin üç uşağından biri idi Kamil. İki qardaş, bir bacı idilər. Hər üçü məktəbdə yaxşı oxuyur, məktəbdən sonra təsərrüfatda ata ”“ analarına yardım edirdilər. Birgə əmək sərf etməsəydilər, onsuz da asan olmayan dolanışıq bir az da çətinləşərdi. Ata dərzi işləyirdi, yaxşı da dərzi idi. Ancaq onların qazancı gözlərini açandan xəstə yatağında gördükləri analarının müalicəsinə gedirdi. Bu səbəbdən də Kamil hələ balaca ikən ailə Bakıya köçür. Köçür ki, həkimin, xəstəxananın bolluğunda ananın xəstəliyinə bir əlac tapılsın. 

Bakıda böyüyür, yeniyetməlik yaşına çatır. Uşaqlıqdan sevdiyi işlə məşğul olmaq üçün Lütfi Məmmədbəyovun teatr dərnəyinə yazılır. Hər gün dərsdən çıxıb dərnəyə gedir, özü oynamadığı tamaşaların məşqlərinə belə baxırdı. Bu uşağın hədsiz marağı Lütfi Məmmədbəyovun diqqətini çəkmiş, onun istedadlı olduğunu hiss etmişdi. Məsləhət görmüşdü ki, hökmən aktyor olsun. Kamil isə ailəsinə kömək etmək üçün tezliklə bir sənətə yiyələnib işləmək istəyirdi. Odur ki, Energetika texnikumuna qəbul olunmuşdu, amma aktyor olmaq, kinoya çəkilmək istəyi səngimirdi. 

Axır ki, sənədlərini hazırlayıb o vaxtkı İncəsənət İnstitutuna verir. İmtahanlarından uğurla keçir və qəbul olunur. Ailədə bu sənətlə məşğul olan bir kimsə yox idi. Qardaşı neft sahəsi üzrə elmlər namizədi oldu, bacısı isə tibb bacısı idi. 

İlk sevgi 

Kamil Məhərrəmov institutu bitirən il Sumqayıtda teatr fəaliyyətə başlayır. Onları bütün heyətlə Sumqayıt teatrına göndərirlər. Bundan sonranı xanımı danışacaq. Mahirə xanım müəllimədir. Kamil Məhərrəmovla isə hələ uşaqkən tanış olub: 

“O, böyük idi, mən uşaq, 11-ci sinifdə oxuyurdum. Bakıda onların evlərinin pəncərəsi bizim məktəbin həyətinə baxırdı. Hər gün zəng vurulan kimi bir də görürdüm Kamil durub qarşımda. O qədər şən, gözəl insan idi ki, tez vuruldum ona, həm də gözüm ”“ könlüm alışdı. Evləndik, onları Sumqayıta göndərəndə çox sevindim. Əvvəla ona görə ki, Sumqayıt sakit şəhər idi, getdik gəzdik, dənizkənarı bulvarı da çox xoşumuza gəldi. Həm də düşündüm ki, Bakıdakı “kruqundan” uzaqlaşdıraram onu. Bakıda oturub ”“ durduğu insanlar onu içkiyə alışdırmışdılar, hər gün içirdi onlarla. Sumqayıta gedən kollektiv yaxşı idi, mən də onlarla dostlaşmışdım.”

Teatrda Kamil Məhərrəmovun yaxşı rolları vardı, artıq kinoya da çəkilirdi. İki övladı vardı. Tezliklə onlara Sumqayıtda ev də verdilər. Amma nədənsə Kamil Məhərrəmov aludə olduğu içkidən ayrıla bilmirdi. Xanımı danışır ki, nə vaxt onu ayrılmaqla qorxudurdum, bir həftə içmirdi, sonra yenidən başlayırdı. 

Kino və teatr taleyi 

Rejissor Cahangir Mehdiyevin iki filmində xarakterik obrazlar yaradıb. Cahangir Mehdiyev deyir ki, çox gözəl aktyor idi, amma içməyinin dərdindən oynamalı olduğu rollar əlindən çıxırdı: “Mən onu çəkilişlərdən əvvəl bir neçə dəfə qaçmağa məcbur etmişəm ki, ayılsın, qaçıb, ləhləyə - ləhləyə üzümə baxıb, görmüşəm ki, özünə gəlib, kadrı çəkmişəm.” 

Kinostudiyada hər gün çəkilişdə, dublyajda olurdu. Orda aldığını elə yerindəcə içkiyə verib “dostları” ilə bir küncə çəkilir, içir, sonra da rejissorun qəzəbinə tuş gəlib qovulurdu. Bu vaxta qədər xəstə ana da dünyasını dəyişmişdi, atası da. Qardaşı ilə bacısı isə onu nə qədər dilə tuturdularsa xeyri olmurdu. 

Mahirə xanım deyir: “Etiraf edim ki, bəzən qapını üzünə açmırdım ki, bəlkə bundan bir dərs götürə, özünə gələ, ata içkini. Heç nəyin xeyri olmadı. Qapını ona açmayıb səhərə qədər yatağımda ağladığım vaxtlar olub.”

Teatrda da rejissorlar artıq ona rol vermək istəmirdilər. Bəzən premyeraya içkili gəlib tamaşanı məhv eləyirdi. Aktyor həmkarları deyirlər ki, birdən üz ”“ gözünü taraş edirdi, yuyunurdu, ayıq başla gəlirdi işinin başına. Həmkarları deyirmişlər ki, həmişə belə olsan nə olar. Heç nə demirmiş. Səhər görürdün yenə dağılıb tökülür. 

Xanımı deyir ki, diqqətsizlik də ona yer eləyirdi: “Onunla birgə Sumqayıt teatrına gələnlərin hamısı fəxri ad almışdılar, ona vermirdilər. Kinoya da çəkilirdi, qonorarından razı qalmırdı.”

Acı sonluq 

Bir gün yenə o qədər içir ki, ayaq üstdə dura bilmir. Səhər evdən çıxanda da xanımı ona “içsən, evə gəlmə” ”“ deyibmiş. 

1993-cü ilin soyuq oktyabrı idi. Teatrın avtobusu hamını evinə düşürüb, Kamil Məhərrəmov avtobusda necə yuxuya gedibsə, sürücü onu oyada bilməyib, bəlkə də qəsdən oyanmayıb. Sürücü də avtobusun qapısını da açıq qoyub çıxır gedir evinə ki nə vaxt oyansa çıxa bilsin. Səhər gəlib görürlər ki, üzü üstə necə yatmışdısa, elə də oturacaqda quruyub qalıb. 

“Onun tay ”“ tuşları hamısı yaşayır. Nə etdisə özünə etdi. Uşaqlar da yerbəyer oldu, vaxtsız gedən Kamil oldu. Çox sevirdim onu, bu gün həyatım təkrar olunsa, yenə o adamla ailə qurar, bu qədər zülmə rəğmən yenə ona ərə gedərdim” ”“ xanımı belə deyir. (karabakhmedia.az)






“Bu yolun açılışı Azərbaycanın iqtisadiyyatına da öz müsbət təsirini göstərəcək”
Pəhriz saxlayanlar buna diqqət etməlidir: Bu, ömrünüzü azalda bilər...
Aşura gününün sirləri - ELMİ-LƏDUN
Qadın müxbir canlı yayım zamanı hücuma məruz qaldı - VİDEO
Rus modeldən qalmaqallı açıqlama: “Putin məni öldürmək istədi”
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Məmurdan 1-ci qrup əlilə heyrətamiz məsləhət: "Premium" benzini götürməyi unutmayın..."
Araşdırma
Beriyanın edamından bəhs edən “canlı” sənədlər, heyrətamiz faktlar - GİZLİ TARİX
Dünya
Heç vaxt xərçəng olmayan türk tayfasının sirri - FOTOLAR
Siyasət
Ermənistanın sərhəd rayonunun sakinləri ayağa qalxdı... - Paşinyanla görüş tələb edilir...
Cəmiyyət
“Elə bil dünya yıxılıb, altında qalmışam” - Sevil Nuriyeva
Həftənin ən çox oxunanları
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Puldan “divar” yaradan məmur həm də 256 məşuqə saxlayırmış - HEYRƏTAMİZ+VİDEO
Bakıda satılan 5 otaqlı evin qiymətinə Braziliyada ada almaq olar - Fantastik qiymət (FOTOLAR)
"Sabah Qarabağda savaş başlasa bizim Bakıda Nuru Paşalara ehtiyacımız olmayacaq, çünki..."
Düşmən baş nazir Azərbaycanın uca dağlarından birinə belə qalxdı... - VİDEO
Paşinyanın arvadı Qarabağda ölən erməni əsgərlərinin analarını topladı - azərbaycanlı analara müraciət olundu
Türkiyə və İsrail barışır, səfirlər geri qayıdır - Bakının da bu barışıqda rolu var...
Fəhlələr namaz qıldıqlarına görə onları işdən çıxaran direktoru “şalvarsız" qoydular...
“5 ildən çoxdur ki, şəhid övladlarına ödənişsiz hazırlıq keçirəm...” - Tanınmış tarix müəllimi
Cinsi münasibətdə olmaqdan imtina edən qadının üzünü doğradılar -FOTOLAR
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə