Xəbər lenti
18/11/2017 [00:56]:
“Eynulla Fətullayev bilmədiyini danışır, həyatıma sui-qəsd cəhdinin “Quska” ilə əlaqəsi yoxdur"
18/11/2017 [00:53]:
“NATO-nun dərdi Türkiyənin Rusiya ilə yaxınlaşmasını əngəlləməkdir”
18/11/2017 [00:47]:
60 yaşın mübarək, ŞƏHİDİM...
18/11/2017 [00:38]:
Vəzifəsindən uzaqlaşdırılaraq, yenidən elmə qayıdan sabiq məmurlar - ARAŞDIRMA...
18/11/2017 [00:36]:
Argentina sahillərində göyərtəsində 44 nəfər olan sualtı qayıq itdi – VİDEO
18/11/2017 [00:34]:
Çılğın cütlük toy fotoları üçün dağa dırmaşdı - FOTO+VİDEO
18/11/2017 [00:19]:
Qadın keçmiş əri tərəfindən “ASAN xidmət”də döyüldü
17/11/2017 [23:59]:
19 yaşlı model bəkarətini 3 milyon dollara satdı - Hərracın qalibi ərəb biznesmen oldu (VİDEO)
17/11/2017 [23:54]:
Rusiyada dəhşətli yanğın: 3 uşaq yanaraq öldü
17/11/2017 [23:42]:
İnstagramda hər kəsi sevindirən YENİLİK
17/11/2017 [23:30]:
İŞİD dövrü bitdi - Rəsmi açıqlama...
17/11/2017 [23:25]:
Şər xeyirin bostanına daş atdı...
17/11/2017 [23:20]:
Ərdoğan: "İŞİD-i ABŞ maliyyələşdirir"
17/11/2017 [23:03]:
"Şəkililərin xətrinə dəyməsin, mənə elə gəlir ki, elə dünyadan əzəl Gəncədi!"
17/11/2017 [23:01]:
"Əsirlərin orqanlarını satan təşkilatlar indi Azərbaycana təzyiq göstərməyə çalışırlar" - Azay Quliyev
17/11/2017 [23:00]:
“Işimizi mövsümlə əlaqədar olaraq qurmuruq”
17/11/2017 [22:51]:
Sabah bu əraziyə elektrik enerjisinin verilməsində fasilə olacaq
17/11/2017 [22:51]:
Dünyada ilk dəfə insandan insana baş köçürüldü
17/11/2017 [22:50]:
Şəhriyarın Məşhəddəki büstü təhqir edildi - FOTO
17/11/2017 [22:47]:
"İndiki durumda problemin həllinə, yaxud hansısa nəticəli fəaliyyətə inanmıram”
17/11/2017 [22:37]:
“Qarabağ” – “Sumqayıt” matçında kütləvi davanın VİDEOSU
17/11/2017 [22:36]:
Stokholmda atışma olub, ölən var
17/11/2017 [22:21]:
"Cahangir Hacıyevə 15 il iş verdilər, amma Beynəlxalq Bankın itirdikləri qayıtdımı?"
17/11/2017 [22:13]:
Qurban Qurbanov: “Çelsi” ilə matçdan hər şey gözləmək olar
17/11/2017 [21:58]:
Bakıda uçqun baş verib - 22 yaşlı gənc torpaq altında qaldı
17/11/2017 [21:56]:
"Qarabağ" "Sumqayıt"ı məğlub etdi...
17/11/2017 [21:52]:
Leyla Yunus: “Ərim satqındır!”
17/11/2017 [21:46]:
"Hüseyn Abdullayevin ilk etirafı" - Eynulla Fətullayevdən sensasion açıqlamalar
17/11/2017 [21:38]:
"Nə qədər ki, Zaur Kamallar, Zaur Bəxşəliyevlər efirdədir, TV-lərə baxan olmayacaq“
17/11/2017 [21:25]:
“Müasir Azərbaycan dilinin qrammatikası çoxcildliyinin hazırlanmasına start verilib”
17/11/2017 [21:25]:
Türkiyədən ABŞ və Qərbə “gözdağı”: rəsmi Ankara "müttəfiqlər"indən üz çevirir
17/11/2017 [21:20]:
"Ya baş prokurorun özü, ya da müavinlərindən biri parlamentdə məlumat verməlidir"
17/11/2017 [21:04]:
Levon Barseqyan: “Serjiki adam yerinə qoyan yoxdur!”
17/11/2017 [20:44]:
İŞİD-in son günləri – VİDEO
17/11/2017 [20:41]:
Bakıda avtoxuliqan saxlanıldı: 750 manat cərimə – FOTO
17/11/2017 [20:40]:
Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirildi...
17/11/2017 [20:31]:
Azərbaycanda benzin bahalaşdı - YENİ QİYMƏTLƏR - RƏSMİ
17/11/2017 [20:29]:
Azercell-in 4G xidmətləri yüksək sürətlə bölgələrə yayılır
17/11/2017 [20:26]:
Oğurlanmış qoyunlar sahibinə qaytarıldı - Oğru tutuldu
17/11/2017 [20:17]:
Kommunistlər Putini Qəddafinin taleyi ilə HƏDƏLƏDİ...
17/11/2017 [20:03]:
Etmədiyi cinayətə görə 46 il həbsdə yatan kişi azadlığa çıxdı - FOTOLAR
17/11/2017 [19:45]:
Bakı Olimpiya Stadionunda kütləvi dava
17/11/2017 [19:38]:
“Təhsil haqqının azaldılmasına zərurət yoxdur”
17/11/2017 [19:27]:
Benzin və dizelin qiyməti arta bilərmi?
17/11/2017 [19:22]:
Rəsulzadənin gənclik illərində yazdığı və çap olunan şeirləri- II Hissə
17/11/2017 [19:16]:
Evdə it saxlayın - İnfarkta yaxalanmayın!
17/11/2017 [18:59]:
Göz transplantasiyası: Buynuz qişası necə köçürüləcək?
17/11/2017 [18:56]:
Bu robot gələcəkdə həyatımızı xilas edəcək - VİDEO
17/11/2017 [18:51]:
Min illik yemək qalıqları tapıldı - Böyük kəşf...
17/11/2017 [18:50]:
Prezident Oman sultanını təbrik etdi
17/11/2017 [18:37]:
Bakıda yeni televiziya qülləsinin istifadəyə veriləcəyi TARİX
17/11/2017 [18:35]:
Afaq Məsudun “Azadlıq” romanı Ukraynada təqdim olundu – FOTO
17/11/2017 [18:33]:
Çində dünyada ilk dəfə insan başının transplantasiyası həyata keçirilib
17/11/2017 [18:29]:
Ukraynalı modelin fotosunu paylaşan alim - "Özümə haqq qazandırmaq fikrində deyiləm..."
17/11/2017 [18:13]:
Prezident “Bakı Prosesi” ilə bağlı SƏRƏNCAM İMZALADI
17/11/2017 [18:08]:
Sergey Şoyqu 26 yaşlı gözəli özünə mətbuat katibi təyin etdi - FOTO
17/11/2017 [17:56]:
ADU-da “Rusiyada siyasi antropologiya” mövzusunda mühazirə oxunub
17/11/2017 [17:47]:
3 ölkənin səfiri ADU-da oldu- FOTO
17/11/2017 [17:36]:
Azərbaycanda növbəti zəlzələ baş verdi... - Mingəçevir və Bərdədə növbəti təlaş...
17/11/2017 [17:35]:
Sumqayıtda bir neçə gün əvvəl törədilmiş qətlin üstü açılıb
17/11/2017 [17:34]:
"Rəsmi Bakı torpaqların boşaldılması tələbi ilə çıxış etməlidir və Ərdoğan da..."
17/11/2017 [17:34]:
Azərbaycanda yaşı 4 min ildən çox olan kurqanlar aşkarlandı
17/11/2017 [17:33]:
Pentaqon Rusiyaya qarşı tədbirlərə 4,6 mlrd.dollar xərcləyəcək- Rəsmi
17/11/2017 [17:22]:
Kənd təsərrüfatı naziri Bərdədə vətəndaşları qəbul etdi - FOTO
17/11/2017 [17:21]:
Aqrar Universitetində 25 illik yubileyi keçirildi
17/11/2017 [17:16]:
“Bu roliklər efirlərdə pulsuz yerləşdirilməlidir, amma təəssüf ki..."
17/11/2017 [17:16]:
Elçibəyin xatirəsinin əbədiləşdirilməsi təklif olundu - AUDİO
17/11/2017 [17:14]:
Şahbazovanın badımcan Zadəsi və Zadənin Rəfiqi
17/11/2017 [17:13]:
Mingəçevir və Şəkidə sahibkarlar üçün treninqlər keçirilib
17/11/2017 [17:12]:
Azərbaycanda avtobusda məktəbli qıza təcavüz etdilər
17/11/2017 [17:03]:
Şirvanda reyd zamanı 30 sürücü cərimələndi
17/11/2017 [16:59]:
Azərbaycan MDB-nin Əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclasında iştirak edib
17/11/2017 [16:59]:
Mehman Hüseynovun məhkəməsi oldu
17/11/2017 [16:58]:
İqtisadiyyat naziri Biləsuvarda vətəndaşları qəbul etdi
17/11/2017 [16:56]:
NATO Türkiyədən üzr istədi - Ərdoğan üsyan püskürdü...
17/11/2017 [16:52]:
ADPU-da müsabiqə qaliblərinə mükafatlar və diplomlar təqdim edildi- FOTO
17/11/2017 [16:44]:
Xankəndində yeni qızıl emalı müəssisəsi açıldı - FOTO
17/11/2017 [16:40]:
ABŞ Ankaraya xəbərdarlıq etdi - Əgər Türkiyə S-400 alsa...
17/11/2017 [16:37]:
"Bu həmin bicbaladır ki, Ukrayna kimi ən yaxın slavyan dövlətinə xəyanət etdi..."
17/11/2017 [16:36]:
Seysmoloji Xidmət Mərkəzindən İTTİHAMLARA cavab: “Bilməmək ayıb deyil”
Bütün arxiv bir sırada
19/10/2017 [10:32] - Siyasət - ( 7318 dəfə baxılıb)

"Naxçıvandakı möhtəşəm parad Serj Sarkisyanın sərsəmləməsinə tutarlı cavabdır"



Bu həftənin əvvəlində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Görüşdən sonra Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat verdilər. Bəyanatda deyilir ki, görüş konstruktiv mühitdə keçib. Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər.
   
Bu bəyanatın üstündən saatlar keçməmiş Serj Sarkisyan yenə öz ampluasına qayıtdı. Azərbaycan Prezidenti İlham Əliyevlə Cenevrədəki görüşündən dərhal sonra Serj Sarkisyan İsveçrə Konfederasiyasındakı Ermənistan səfirliyində erməni diasporunun nümayəndələrinə görüşdən özü üçün çıxardığı nəticələr barədə danışdı: 

“Bir neçə dəqiqə bundan əvvəl Azərbaycan Prezidenti ilə görüş başa çatıb: problemin həlli variantları ilə bağlı, belə desək, hər hansı konkret razılaşma yoxdur. Lakin biz qərara aldıq ki, gərginliyin azaldılması üçün tədbirlər görək ki, ön cəbhədə qurbanlar olmasın. Təbii ki, İlham Əliyev də mənim kimi problemin mürəkkəbliyini anlayır, lakin bu elə bir məsələdir ki, sadə həlli heç zaman olmayacaq. İstəyirəm ki, bir şeydən hamı əmin olsun: bizim üçün Qarabağın təhlükəsizliyini bu və ya başqa mənada poza biləcək həll üsulu ola bilməz. Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun. Heç bir zaman heç bir erməni rəhbər belə bir qərarı qəbul edib gerçəkləşdirə bilməz və bu məqsədlə hər şey edəcəyik, eyni zamanda Ermənistanı inkişaf etdirəcək və onu iqtisadi cəhətdən möhkəmləndirəcəyik”. 
  
Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov tvitter hesabından bu qeyri-ciddi adamın, dövlət başçısı adına ləkənin sərsəm bəyanatına öz münasibətini bildirdi: “Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o, bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanardı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir”. 
   
İndi həm ATƏT-in Mins qrupunun həmsədrlərini, həm də bütün beynəlxalq ictimaiyyəti bir sual düşündürür: “Bu hərdəmxəyal, abır həyadan əlini üzmüş Serjik nə etmək istəyir?” Bir tərəfdən Cenevrədə danışıqlara gəlir, birgə bəyanatın qəbul olunmasına razılıq verir, sonra da deyir ki, İlham Əliyevlə bizim həll variantımız yoxdur. Bizdə belə adamlara “zırrama” deyirlər.
  
Azərbaycan həmişə sülh tərəfdarı olub. Bizim tələbimiz bəllidir: Ermənistan qoşunları işğal olunmuş ərazilərdən dərhal çıxarılsın. Bütün dünya da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bəs Ermənistan nə fikirdədir? Yoxsa müharibəni davam etdirmək istəyirlər? İşğalçı ölkənin prezidentinin bəyanatından belə anlaşılır. Bu Serjik nəyə güvənir? Rusiyadan kreditlə aldığı beş-on sınıq salxaq topa-tüfəngə? Ermənistan bilməlidir ki, Azərbaycanın səbr kasası daşmaqdadır. Aprel döyüşlərinin yenidən başlanması an məsələsidir. Güclü Azərbaycanın Prezidenti yoxsul Ermənistanın rəhbərindən fərqli olaraq lazımsız bəyanatlar vermir. Prezident İlham Əliyev kankret işlə məşğuldur. Serj Sarkisyanın məsuliyyətsiz bəyanatından cəmi bir gün sonra Naxçıvanda hərbi parad keçirildi. Oktyabrın 18-də - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə keçirilən parad Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuşdu. Azərbaycan ordusunun arsenalındakı silah-sursatın cüzi bir hissəsi nümayiş etdirildi. Bununla Azərbaycan dövləti növbəti döyüşlərin təkcə işğal olunmuş əraziləri əhatə etməyəcəyi, tarixi Azərbaycan torpaqlarına qədər gedib çıxa biləcəyi ilə bağlı mesaj verdi, o sərsəm bəyanatların müəllifinə xəbərdarlıq etdi. Hərbi ekspertlərin də dəfələrlə qeyd etdiyi kimi, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusu Ermənistanın qorxulu kabusuna çevrilib. Naxçıvanda hərbi aviasiyanın formalaşdırılmasından sonra ermənilər daha da qorxuya düşüblər. Paraddan sonra mediaya müsahibə verən müdafiə naziri, general-polkovnik Zakir Həsənov  dedi ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Naxçıvanın müdafiə potensialının daim gücləndirilməsinə xüsusi diqqət yetirir. O da məlumdur ki, Ali Baş Komandanın son illər ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri bölgənin ən qüdrətli ordusuna çevrilib. Bu gün beynəlxalq araşdırma mərkəzləri dünyanın ən güclü ordularının siyahısını tərtib edərkən Azərbaycan Ordusuna da xüsusi diqqət ayırırlar. Bir sıra ölkələrin yer aldığı reytinq siyahısında Azərbaycan Ordusu layiqli yerini tutur. Reytinq siyahısı müəyyənləşdirilərkən çox mühüm məsələlərin, xüsusən, orduların döyüş hazırlığı səviyyəsinin nəzərə alındığını qeyd edən müdafiə naziri vurğuladı ki, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, nizam-intizamı və vətənpərvərliyi xüsusi qeyd olunur.
  
Nazir bildirdi ki, bu il keçirilən təlimlərdə Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusu Silahlı Qüvvələrdə döyüş hazırlığına, nizam-intizamına görə birinci yeri tutub. 
   
Müdafiə nazirinin dediyi bir söz xüsusilə diqqəti cəlb edir: “Burdan qayıdıb Ali Baş Komandana məruzə edəcəyik ki, onun tapşırıqları yüksək səviyyədə yerinə yetirilib. Əlahiddə Ümümqoşun Ordusu qarşıya qoyulan bütün vəzifələri yerinə yetirməyə qadirdir”. Ermənistanın bir addımlığındakı Naxçıvanda müdafiə nazirinin bu çıxışı, muxtar respublikada keçirilən parad düşmən ölkəyə elə müharibə xəbərdarlığıdır.
  
Paradda nümayiş etdirilən hərbi texnikanı görən Ermənistan rəhbərliyi yəqin ki, dünən gecə yata bilməyib. Serj Sarkisyanın belə məsuliyyətsiz bəyanatları onun özünə və ölkəsinə baha başa gələcək. Naxçıvanda keçirilən parad media vasitəsilə geniş işıqlandırıldı. Və məlumat üçün bildirirəm ki, həm Azərbaycan televiziyalarına, həm də Naxçıvan televiziyasına ermənilər baxa bilirlər. Tank əleyhinə idarə olunan “SPAYK” raket kompleksləri quraşdırılmış “Qred Vul” avtomobillərini, “Ştorm-3” Sofa maşınını, “Kobra” yüngül zirehli transportyorunu, iriçaplı pulemyot quraşdırılmış “Sandkat” avtomobillərini, Azərbaycanda istehsal olunan və beynəlxalq sərgilərdə böyük maraqla qarşılanan “Marauder” zirehli döyüş maşınlarını, “Orbiter-3B” pilotsuz uçuş aparatlarını, dağlıq ərazidə aparılan döyüşlərdə yüksək manevrliliyi ilə seçilən “Lançer” reaktiv artilleriya kompleksini, “Sani” minaatanlarını, avtomobillər üzərində quraşdırılmış müxtəlif markalı artilleriya qurğularını, tank əleyhinə “D-44”  və “MT-12” toplarını, atəş dəqiqliyi və effektivliyinə malik “D-30” haubitsasını, “D-20” və “M-46” top haubitsasını, atəş uzaqlığı 35 kilometrə qədər olan “Qiasint-B” toplarını görən ermənilər indi bərk qorxuya düşüblər. 
    
Hərbi paradda nümayiş etdirilən “BM-21 Qrad”, “Qrad-LAR”, “Sakarya”, “Qasırğa” yaylım atəşli reaktiv sistemləri, “Smerc” döyüş maşını, idarəetmə məsafəsi və məhvetmə imkanı artırılmış “OSA”, “S-125” zenit raket kompleksləri, zirehli transportyor “BTR-82A”, piyadaların döyüş maşınları, özüyeriyən tank əleyhinə “Xrizantema” kompleksi, müasir aşkaretmə, izləmə və atəşaparma cihazları ilə təchiz olunmuş “T-72 M1” və “T-90C” tankları, eləcə də “T-90C” tankı üzərində quraşdırılmış “TOS-1A” reaktiv sistemi və özüyeriyən artilleriya qurğusu “Qvozdika” Əlahiddə Ümumqoşun Ordusunun qüdrətini göstərirdi. 
   
“Mİ-17-1V” hərbi vertolyotu Azərbaycan bayrağını dalğalandırdı, “SU-25” döyüş təyyarələri, “Mİ-17-1V” və “Mİ-35M” vertolyotları müxtəlif döyüş düzülüşündə səmanı fəth etdilər. 
   
Bütün bu görüntüləri izləyən sadə ermənilər yəqin ki, dünən Serjikin ənkə böyüyünə  “sağ ol” deyiblər. Ermənistan Prezidenti bundan sonra bəyanat verəndə diqqətli olmalı, Naxçıvan faktorunu nəzərə almalıdır. Naxçıvan şəhərindən Yerevana heç 200 kilometr deyil. Ora bizim tarixi dədə-baba torpaqlarımızdır. Sədərəkdən ora getməyə bizi heç bir güc dayandıra bilməz. Naxçıvan ordusu isə bu vəzifəni layiqincə yerinə yetirmək gücündədir.
                                  Tural Səfərov

...
“Eynulla Fətullayev bilmədiyini danışır, həyatıma sui-qəsd cəhdinin “Quska” ilə əlaqəsi yoxdur"
İŞİD dövrü bitdi - Rəsmi açıqlama...
"İndiki durumda problemin həllinə, yaxud hansısa nəticəli fəaliyyətə inanmıram”
Azərbaycanda benzin bahalaşdı - YENİ QİYMƏTLƏR - RƏSMİ
Etmədiyi cinayətə görə 46 il həbsdə yatan kişi azadlığa çıxdı - FOTOLAR
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
“NATO-nun dərdi Türkiyənin Rusiya ilə yaxınlaşmasını əngəlləməkdir”
Araşdırma
Vəzifəsindən uzaqlaşdırılaraq, yenidən elmə qayıdan sabiq məmurlar - ARAŞDIRMA...
Müsahibə
"Cahangir Hacıyevə 15 il iş verdilər, amma Beynəlxalq Bankın itirdikləri qayıtdımı?"
Maraqlı
Kommunistlər Putini Qəddafinin taleyi ilə HƏDƏLƏDİ...
Dünya
Pentaqon Rusiyaya qarşı tədbirlərə 4,6 mlrd.dollar xərcləyəcək- Rəsmi
Həftənin ən çox oxunanları
Tibb alimlərindən kişilərə qızıl kimi tövsiyyə: Müntəzəm saunaya getmək...
Rusiyalı deputatların şok 18+ görüntüləri yayıldı - FOTOLAR
Prezidentdən Cavid Qurbanovla bağlı - Sərəncam
""Avo"nun qolunun birini qanırıb dizimin altına qoydum, başını da, qolunu da kəsdim"
Üç bacı kabab yeyəndən sonra dünyasını dəyişdi - ÖLKƏ ŞOKDA...
Mütəxəssislərdən xəbərdarlıq: “Tualet kağızlarından istifadə etməyin”
Eldar Mahmudov təhqir olundu - Eks-nazirin üzünə tüpürdülər+VİDEO
Zəlzələdən sonra su anbarında təhlükəli vəziyyət - Əhali təcili köçürülür - VİDEO
Balıqçının toruna baxın nə düşdü - VİDEO
Suriyalı qaçqın hamının gözü qarşısında ponini zorladı - Berlinin ortasında...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin