Xəbər lenti
24/11/2017 [09:42]:
Azərbaycanda 2 dəfə ay tutulacaq
24/11/2017 [01:36]:
Pəncərə yerinə şkafı açan Hüseyn Arifin açılmayan səhəri- MARAQLI ƏHVALAT
24/11/2017 [01:13]:
“Hakimiyyətin iki qanadının da toxunulmazlığı məhdudlaşdırılıb”
24/11/2017 [01:10]:
Qurdlu çörək satışa çıxacaq - Hələ beləsi görülməyib
24/11/2017 [01:08]:
Cinsi əlaqə zamanı kor oldu
24/11/2017 [01:05]:
İnsanları tanrı nümayəndələri olduqlarına inandırıb hörmətlə qarşılanan ilginc tayfa- FOTOLAR
24/11/2017 [01:02]:
“"Heydərbabaya salam” böyük ədəbi hadisədir”- Rəsulzadənin Şəhriyar haqqında
24/11/2017 [01:02]:
AzTV-də belə hadisə olmamışdı - Mahnı oxuyan gənc hamını şoka saldı: "Ayə, hara gedirsən ayə?" - VİDEO
24/11/2017 [00:40]:
Portuqaliyada hakimlər futbolçu və məşqçilərin şikayətlərinə cavab olaraq tətil edəcəklər
24/11/2017 [00:24]:
Türkiyə 22 ölkədən FETÖ-nun 45 rəhbər şəxslərinin ekstradisiyasını tələb edir
24/11/2017 [00:19]:
Lavrov son nöqtəni qoydu: Məmmədyarovun “substantiv” danışıqlarını qəbristanlığa basdırdı
24/11/2017 [00:19]:
Almeyda dəqiq ötürmələrinə görə ÇL-də ilk onluqdadır
24/11/2017 [00:11]:
Zəlzələlər səngimək bilmir - Bu dəfə Yaponiya silkələndi - 6 bal
24/11/2017 [00:01]:
Nəvəsi Natiq Əliyevi yada saldı: Son nəfəsimə qədər... - FOTO
23/11/2017 [23:43]:
Şehiç bu göstəricilərinə görə Çempionlar Liqasında BİRİNCİ OLDU
23/11/2017 [23:38]:
Əl-ayağı daim soyuq olanlara XƏBƏRDARLIQ: Sizdə bu xəstəlik ola bilər
23/11/2017 [23:35]:
“Heç olmasa Şəhid ailələrinin pulunu verin, bizimkini sonra verərsiniz” – Etimad Əsədov parlamentdə müzakirə edilən “qanpulu”ndan danışdı
23/11/2017 [23:29]:
Azərbaycanla sərhəd rayonunda 2 nəfərin ölümü ilə nəticələnən atışmanın səbəbləri bəlli oldu
23/11/2017 [23:11]:
Məşhur futbolçu biabırçı səbəblə 9 il həbs edildi- 22 yaşlı qızı qrup şəklində zorladığına görə
23/11/2017 [22:58]:
4 xanıma tabe olan böyük sərkərdə - Stalinin çəkindiyi MARŞAL JUKOV…
23/11/2017 [22:53]:
Bakı metrosunda təhlükə - VİDEO
23/11/2017 [22:48]:
Putin Qarabağ məsələsini Təhlükəsizlik Şurasına çıxarıb: “Azı iki il heç nə dəyişməyəcək”
23/11/2017 [22:37]:
İsrail homoseksualı İstanbula baş konsul yolladı- Etirazlar...
23/11/2017 [22:34]:
İlham Əliyev Ukrayna prezidenti ilə görüşdü – FOTO
23/11/2017 [22:29]:
Səadət Bənənyarlı ədliyyə naziri yanında İctimai Komitənin yeni koordinatoru seçilib
23/11/2017 [22:27]:
Aİ Şurasının sədri: ““Şərq Tərəfdaşlığı” ölkələrində islahatların genişləndirilməsi çox vacibdir”
23/11/2017 [22:25]:
Türkiyə, Rusiya və İran ittifaqına bu ölkə də qoşulur
23/11/2017 [22:21]:
Türkiyədə İŞİD qurbanı olacaq 60 uşaq azad edildi
23/11/2017 [22:19]:
Sərhəddə atışma - ölənlər var
23/11/2017 [22:07]:
Bakıda qeyri-adi elan - "Slavyan görünüşlü satıcı xanım tələb olunur"
23/11/2017 [21:57]:
İslam İnkişaf Bankından Türkiyəyə 2,25 milyardlıq kredit...
23/11/2017 [21:38]:
Soyqırım cinayəti...
23/11/2017 [21:34]:
Ermənilər işğal edilmiş Qarabağda təlimlər keçiriblər
23/11/2017 [21:30]:
Strasburqda UFAZ-ın Rəhbər Komitəsinin iclası keçirilib
23/11/2017 [21:29]:
Bu rayonlarda çörəyin qiyməti ucuzlaşdı – VİDEO
23/11/2017 [21:25]:
M.Zaxarova: "Rusiya Qarabağ münaqişəsinin tezliklə həllini istəyir"
23/11/2017 [21:24]:
BP nümayəndələri ADNSU tələbələri üçün işə qəbulla bağlı məlumat günü keçirib
23/11/2017 [21:21]:
Azərbaycan - AYİB əlaqələri müzakirə olunub
23/11/2017 [21:11]:
ADNSU-da “Qeyri-neft sektorunun inkişafı və vətəndaş cəmiyyəti” adlı tədbir keçirilib
23/11/2017 [21:07]:
Ermənistan deputatı Qarabağda YENİ HƏRBİ HİSSƏ TİKDİRƏCƏK...
23/11/2017 [20:52]:
“Azərbaycanca Vikipediya” da məşhur idmançı Hafiz Baxşəliyevin məqaləsi yaradıldı
23/11/2017 [20:47]:
İngilis azarkeşlər Bakıya gəlməklərinə peşman oldular – VİDEO
23/11/2017 [20:41]:
Çavuşoğlu: "Türkiyə NATO-dan uzaqlaşıb, Rusiyaya doğru getmir"
23/11/2017 [20:38]:
İŞİD-dən Milad bayramı ərəfəsində Vatikanda terror XƏBƏRDARLIĞI
23/11/2017 [20:17]:
“Türk dövlətləri qardaşdı, Azərbaycan - Türkiyə isə əkiz qardaşdı...” - FOTO
23/11/2017 [20:09]:
37 yaşlı qadının 38 övladı var
23/11/2017 [20:04]:
Küçədə gəzdiyi yerləri tozsoranla təmizlətdi - FOTOLAR
23/11/2017 [19:56]:
Bakıda yüzminlik maşını cızıq-cızıq edib üstünə zibil atdılar - VİDEO
23/11/2017 [18:41]:
1xBet mobil əlavəsi...
23/11/2017 [18:32]:
İqtisadiyyat naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
23/11/2017 [18:20]:
“Prezidentin tapşırığını niyə yerinə yetirmirsiniz?”
23/11/2017 [18:18]:
Vaqif Əsədov: “Siqnal verə-verə ailə qururuq”
23/11/2017 [18:14]:
Məşhurlar Fuad Poladov haqda: “Evinə getməyə cəsarət tapmıram” - FOTOLAR
23/11/2017 [17:58]:
Messinin yeni klubu açıqlandı - ŞOK İDDİA
23/11/2017 [17:56]:
“Qarabağ”ın qapıçısı Çempionlar Liqasının ən yaxşısıdır
23/11/2017 [17:55]:
Ermənistan ordusunda dava, xəsarət alanlar var
23/11/2017 [17:49]:
Evlərdən oğurluq edən əvvəllər məhkum olunmuş şəxs saxlanıldı
23/11/2017 [17:42]:
Prezident: “Regionumuzda sabitliyi təmin etmək üçün NATO ilə tərəfdaşlığımızı davam etdiririk”
23/11/2017 [17:40]:
Azərbaycan ordusunun əsgərinin meyiti Ermənistan mövqeləri yaxınlığında tapıldı - RƏSMİ
23/11/2017 [17:39]:
Türkiyə prezidenti: “Güclü ordumuz olmasaydı, bizi bölgədə yaşamağa qoymazdılar”
23/11/2017 [17:37]:
Cavid Qurbanov: "Biz Naxçıvandan yüklərin Qars üzərindən daşınmasını planlaşdırırıq"
23/11/2017 [17:34]:
NATO-nun baş katibi: "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur"
23/11/2017 [17:31]:
İlham Əliyev: "Ermənistan status-kvonu mümkün qədər çox saxlamaq istəyir"
23/11/2017 [17:30]:
Dəmiryol və tramvay vaqonları, lokomotivlər gömrük idxal rüsumundan azad edildi
23/11/2017 [17:28]:
Lütfi Zadə nəzəriyyəsinin daha bir tətbiq sahəsi- Almaniyadakı alimin təhlili
23/11/2017 [17:26]:
Amerikalının başında göbələk bitdi- İnanılmaz
23/11/2017 [17:22]:
Sergey Şoyqunun ailəsində qalmaqal - Rusiyalı nazir ona xəyanət edən arvadının yaxınlarını həbs etdirib
23/11/2017 [17:21]:
Radanın deputatı Saakaşviliyə hücum etdi - VİDEO
23/11/2017 [17:19]:
Putin Ərdoğanın stulunu aşırdı – VİDEO
23/11/2017 [17:01]:
MM-də büdcə müzakirələri başa çatdı
23/11/2017 [17:00]:
Ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edildi
23/11/2017 [16:59]:
Qadın əməliyyatdan narazı qaldı, xəstəxanada soyundu - VİDEO
23/11/2017 [16:59]:
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər
23/11/2017 [16:58]:
Şotlaniyada "Kəsişən yollar: Azərbaycan, neft və Şotlandiya" tədbiri keçirilib
23/11/2017 [16:55]:
“10 il bundan öncə bu ləğvetmənin zəruriliyini qeyd etmişəm”
23/11/2017 [16:51]:
SEPAH komandanı: “İŞİD hələ məhv olmayıb”
23/11/2017 [16:45]:
Türkiyədə ən çox ev alan əcnəbilər arasında azərbaycanlılar üçüncü oldu - RƏSMİ
23/11/2017 [16:36]:
Qənirə Paşayeva MM-də əlillərin problemlərindən danışıb - VİDEO
23/11/2017 [16:31]:
“Yeni doğulan uşağa 45, buzova isə 100 manat...” – Deputat tənqid etdi
23/11/2017 [16:31]:
Bərzanini dəstəkləyən laçınlı məmur işdən qovuldu - FOTO
Bütün arxiv bir sırada
19/10/2017 [10:45] - Cəmiyyət - ( 965 dəfə baxılıb)

“Bundan o yana güzəşt mümkün deyil” -Müharibə xəbərdarlığı



“Ermənistan prezidenti Serj Sərkisyan məsuliyyətsiz şəkildə Dağlıq Qarabağ münaqişəsi üzrə birgə bəyanatın çərçivəsindən kənara çıxıb”. "Trend"in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir xatırladıb ki, bu, prezidentlərin birgə bəyanatı olub: “Serj Sərkisyanın məsuliyyətsiz şəkildə bu bəyanatın çərçivəsindən kənara çıxması düzgün deyil”. O qeyd edib ki, münaqişənin nizamlanması üzrə danışıqlar substantiv olmalıdır: “ATƏT-in Minsk Qrupunun həmsədrlərindən xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi üzrə təklif var. Əsas odur ki, konkret danışıqlar aparılsın”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra yayılmış birgə bəyanatda danışıqların davam etdirilməsi və gərginliyin azaldılmasına yönələn addımlardan imtina barədə razılığa gəlindiyi vurğulanırdı. Lakin görüş başa çatandan az sonra Serj Sərkisyan Cenevrədə, erməni icmasının nümayəndələri ilə görüşdə öz ampluasına qayıdaraq danışıqların mənasının olmadığı görüntüsünü yaratdı. Sitat: “İstəyirəm ki, bir şeydən hamı əmin olsun: bizim üçün Qarabağın təhlükəsizliyini bu və ya başqa mənada poza biləcək həll üsulu ola bilməz. Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycanın hüdudlarından kənarda olsun. Heç bir zaman heç bir erməni rəhbər belə bir qərarı qəbul edib gerçəkləşdirə bilməz”.

Erməni prezidentin bu cığallığından sonra işğal altındakı ərazilərimizdə Ermənistan ordusunun növbəti təlim xarakterli tədbirlər keçirməsi növbəti təxribatçı hərəkətdir və sülh danışıqlarını sual altında qoyan addımdır.

Politoloq Elçin Mirzəbəyliyə görə, Sərkisyanın erməni diasporunun nümayəndələri ilə görüşdə verdiyi bəyanatlar cəbhə xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdiriləcəyinə əsas verir: “Sərkisyanın hərbi ritorika və təhdidlə müşayiət olunan bəyanatları və bunun ardınca təmas xəttində gərginliyin artması sübuta yetirir ki, Ermənistan hakimiyyəti bundan sonra da verdiyi heç bir vədə sadiq qalmayacaq və bu ölkə ilə danışmağın yalnız bir yolu var. Biz indi elə bir dünyada yaşayırıq ki, indi dövlətlərin ərazi bütövlüyünə verilən beynəlxalq təminatlara, dünyanın aparıcı dövlətlərinin yazılı zəmanətlərinə belə etibar etmək mümkün deyil. Ukraynanın nüvə silahından imtina etməsinin qarşılığında bu ölkənin ərazi bütövlüyünə verilən təminata necə əməl edildiyini gördük. Zəmanətçi dövlətlərdən biri Ukrayna ərazisinin bir hissəsini ilhaq etdi, digər iki dövlət isə seyrçi qaldılar və bəyanat verməklə kifayətləndilər. Dünyada mövcud olan bu reallıqlar ayrı-ayrı və hətta bir-biri ilə ziddiyyətli münasibətləri olan regional güclərin vahid mövqedən çıxış etməsinə zəmin yaradır”.

Bu baxımdan politoloq hesab edir ki, Minsk Qrupuna alternativ format yaradılmasının, müzakirələri həm də regional müstəviyə çəkməyin zamanı çoxdan çatıb: “Təbii ki, bu, kifayət qədər mürəkkəb məsələdir. Amma İraqla bağlı məsələdə Türkiyə, İran və İraqın vahid mövqedən çıxış edəcəyini də kimsə gözləmirdi. Ermənistanla bağlı məsələdə region dövlətlərinin tam və açıq dəstəyinə nail olmaq lazımdır. Çalışmaq lazımdır ki, region dövlətləri, xüsusilə də İran və Türkiyə Ermənistanla açıq və gizli bütün əlaqələrini kəssinlər. Bu ölkələrin hava sərhədləri Ermənistanın üzünə bağlansın. Gürcüstanın da bu prosesdə iştirakına cəhd göstərmək olar. Ermənistanın bütün nəfəs yollarını kəsmək lazımdır. Regiondakı bütün dövlətlər əmin olmalıdır ki, Azərbaycan dövləti və xalqı müqəddəs savaşa, ölüm-dirim mücadiləsinə hazırlaşır və heç bir qüvvə bizi bu yoldan çəkindirə bilməyəcək”.

Politoloq Şahin Cəfərli isə “Yeni Müsavat”a dedi ki, prezidentlərin Cenevrə görüşünün hansısa real nəticələrə səbəb olacağı və orada ciddi razılaşmaların əldə ediləcəyi gözlənilmirdi: “Çünki konkret nəticə əldə etmək üçün görüşdən əvvəl böyük hazırlıq prosesi aparılmalı, ekspertlər və xarici işlər nazirləri səviyyəsində intensiv görüşlər keçirilməlidir. Yəni dövlət başçılarının görüşündə imzalanmaq, yaxud təsdiqlənmək üçün qabaqcadan müəyyən sənəd razılaşdırılaraq hazırlanmalı və prezidentlərə təqdim olunmalıdır. Biz Cenevrə görüşündən əvvəl belə bir intensivlik müşahidə etmədik. Ona görə də hər iki tərəfdən həll prosesini izləyən müşahidəçilərdə, ekspertlərdə xüsusi gözlənti yox idi. Həmsədrlərin görüşün yekunları ilə bağlı bəyanatından da görünür ki, ortada real nəticə yoxdur. Bəyanatda deyilir ki, prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Bu məqam yenilik deyil. Bundan öncəki Vyana və Sankt-Peterburq görüşlərində də eyni məsələ diqqət mərkəzində olub. Yəni söhbət təmas xəttində gərginliyin azaldılması üçün xüsusi mexanizmin qurulmasından gedir. Bu haqda dəfələrlə danışmışıq, ona görə üzərində geniş dayanmağa ehtiyac yoxdur. Sadəcə, qısaca bir daha qeyd etmək zəruridir ki, təmas xəttindəki problem, lokal atəşkəs pozuntuları və təxribatlar hazırda Azərbaycan üçün prioritet məsələ deyil”.

Ş.Cəfərli qeyd etdi ki, Azərbaycan münaqişənin həlli üzrə substantiv danışıqların başlanmasına tərəfdardır: “Bu mövqe ötən ilin aprelindən bəri sürəkli olaraq rəsmi Bakı tərəfindən təkrarlanır. Söhbət ondan gedir ki, təmas xəttindəki gərginlik göydən düşməyib, bu, münaqişənin birbaşa nəticəsidir. Deməli, təmas xəttindəki problemin həlli elə münaqişənin özünün həllindən keçir. Elə ona görə də münaqişənin həlli üzrə real müzakirə mərhələsinə başlanılmalıdır. Ayrıca təmas xətti məsələsini götürüb müzakirə etmək və Azərbaycanı insidentlərin qarşısının alınması mexanizmi yaradılmasına məcbur etmək həm faydasızdır, həm də nizamlanma prosesini yenidən uzatmaq deməkdir. Həmsədrlərin bəyanatı bir daha göstərir ki, tərəflər hələ də substantiv danışıqlar mərhələsinə gəlib çatmayıblar. Hesab edirəm ki, vasitəçi dövlətlər gerçəkdən də münaqişənin həllini istəyirsə, onda təmas xəttindəki problemi qabartmaqdan vaz keçməlidirlər. Qarşı tərəfin - Serj Sərkisyanın açıqlamaları isə ümumiyyətlə, hazırkı şəraitdə problemin sülh yolu ilə həllinin qeyri-mümkün olduğunu ortaya qoyur. Sərkisyan bildirib ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasından söhbət gedə bilməz. Bu cür mövqe ilə hansı həldən danışmaq olar? Erməni tərəfi bu mövqedə israr edəcəksə, bütün görüş və danışıqlar nəticəsiz bitməyə məhkumdur. Çünki Azərbaycan bu şərti qəbul edə bilməz”.

Politoloq qeyd etdi ki, Azərbaycanın güzəşt limiti məlumdur, bu da Dağlıq Qarabağa ölkə tərkibində yüksək özünüidarə statusu verilməkdən ibarətdir: “Bundan o yana güzəşt mümkün deyil. Digər tərəfdən, əsas həmsədr ölkə olan Rusiyanın qeyri-konstruktiv rolunu da qeyd etmək lazımdır. Ermənistana silah almaq üçün ötən il verilən 200 milyon dollar güzəştli kredit bəs etmirmiş kimi, yenidən 100 milyon dolların ayrılması işğalçını cəsarətləndirmək deməkdir. Belə bir vəziyyətdə işğalçının güzəştlərə gedəcəyini və konstruktiv mövqe tutacağını gözləmək sadəlövhlük olardı”.

Beləcə, Ermənistan prezidentinin məsuliyyətsizliyi bölgədə yeni gərginliyə səbəb ola bilər. Bu barədə BMT tribunasından son çıxışında Azərbaycan prezidenti də xəbərdarlıq etmişdi. Görünür, baş verənlər Sərkisyana dərs olmayıb...

...
Cinsi əlaqə zamanı kor oldu
İsrail homoseksualı İstanbula baş konsul yolladı- Etirazlar...
“Dedim ki, yaxşı film verin çəkilim, sağalım” - Rasim Balayev
"Görsə ki, əlimdə telefon var, evim yıxıldı" - Xatirənin əri ilə bağlı etirafları
Tanınmış opera müğənnisi dünyasını dəyişdi - FOTOLAR
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“Hakimiyyətin iki qanadının da toxunulmazlığı məhdudlaşdırılıb”
Ədəbiyyat
“"Heydərbabaya salam” böyük ədəbi hadisədir”- Rəsulzadənin Şəhriyar haqqında
Cəmiyyət
Lavrov son nöqtəni qoydu: Məmmədyarovun “substantiv” danışıqlarını qəbristanlığa basdırdı
Cəmiyyət
“10 il bundan öncə bu ləğvetmənin zəruriliyini qeyd etmişəm”
Cəmiyyət
Cavid Qurbanov daha bir mötəbər tədbirdə... - FOTO
Həftənin ən çox oxunanları
Limonla sodanın qarışığından alınan ilahi möcüzə - FOTOLAR
Tağıyevin məzarı belə bilinməyən oğlunun nadir fotoları- İlk dəfə
"Gəl burdan rədd olaq, elə bilərlər bizi də kimsə saxlayır..." - İCTİMAİ QINAQ
Bu kəndə köçənlərə 70 min dollar veriləcək - MARAQLI...
""Quska"nın yaraqlıları Hacı İbrahimin kabinetini Kalaşnikovla gülləbaran edirlər..."
Zeynəb Xanlarova Rasim Balayevin müdafiəsinə qalxdı: “Desəm öldürərlər, deməsəm ölləm!”
Bakı aeroportunda biabırçılıq: 3 yaşlı qızı itlə yoxladılar, ürəyi getdi (VİDEO)
Bakirəliyini rekord qiymətə satan qız: “Pulu təhsilimə və səyahətə xərcləyəcəm...” -FOTOLAR
Prokuror hakimi güllələdi- Gözlənilməz
Sərxoş oldu, ayılanda şok yaşadı... - FOTOLAR
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin