Xəbər lenti
20/09/2018 [23:55]:
Start “11-lik”: Rəşad Sadıqov heyətə salınmadı
20/09/2018 [23:35]:
“Vaxtilə ermənilərlə əməkdaşlıq etmiş adamların da adları açıqlanmalıdır”
20/09/2018 [23:31]:
Məmurdan 1-ci qrup əlilə heyrətamiz məsləhət: "Premium" benzini götürməyi unutmayın..."
20/09/2018 [22:56]:
Binəli Yıldırım Bakıya gəlib
20/09/2018 [22:49]:
Tağıyevin Balkan müharibəsindəki gözəl jesti – Növbəti Azərbaycan-Türkiyə qardaşlığı...
20/09/2018 [22:30]:
UNEC Bakı Fond Birjası ilə memorandum imzalayacaq
20/09/2018 [22:13]:
Beriyanın edamından bəhs edən “canlı” sənədlər, heyrətamiz faktlar - GİZLİ TARİX
20/09/2018 [22:12]:
Ata İmam Hüseyn üçün oğlunun başını kəsdi - ŞOK VİDEO (+18)
20/09/2018 [21:56]:
Gürcüstanda 19 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb
20/09/2018 [21:44]:
Orxan Gəncəbay yenə xəstəxanaya yerləşdirildi
20/09/2018 [21:41]:
Bakıda dəhşətli qəza: Ölənlərdən 3-nün kimliyi bilindi - VİDEO (+18)
20/09/2018 [21:09]:
Deputatdan Meriyaya ciddi İTTİHAM - Yığılan pullar kimlərin cibinə AXIR?..
20/09/2018 [21:08]:
İlyas İsmayılovun qətlə yetirilən oğlu ilə vida mərasimi keçirildi
20/09/2018 [20:47]:
Avropa Birliyi “Facebook”a ultimatum irəli sürdü
20/09/2018 [20:16]:
“Google” Türkiyəyə 15 milyon dollar ödəyəcək
20/09/2018 [20:03]:
Qarabağ azad edilsə, rayonlarda iş olsa... - Bakı da tıxaclardan azad olacaq...
20/09/2018 [19:54]:
Etimad İsmayılovu qətlə yetirən danışdı - Təfərrüat
20/09/2018 [19:40]:
Azərbaycanda xüsusi təyinatlıları belə hazırlayırlar - İLK DƏFƏ
20/09/2018 [19:37]:
Bakıda dəhşətli yol qəzası - 4 nəfər öldü
20/09/2018 [19:06]:
Sabah bu qəsəbələrdə su olmayacaq
20/09/2018 [19:04]:
Birinci vitse-prezident NATO baş katibinin müavinini qəbul etdi - FOTOLAR
20/09/2018 [19:00]:
Elnur Məmmədlinin qohumu medalın bir addımlığında uduzdu
20/09/2018 [18:59]:
Şəhriyar Məmmədyarov ata oldu – FOTO
20/09/2018 [18:35]:
“Mən rüşvətxor məmurlara qarşı mübarizə aparanda ağız-burun əyirlər...”
20/09/2018 [18:34]:
İstanbulda Azərbaycan məktəbi dərslərə belə başladı- VİDEO
20/09/2018 [18:13]:
Arvadını boğan ər hakim qarşısında - Başqa kişi ilə mesajlaşırmış...
20/09/2018 [18:09]:
Prezident NATO baş katibinin müavinini qəbul edib
20/09/2018 [17:52]:
“DTX-nın bu addımı erməni terrorizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir”
20/09/2018 [17:48]:
Yeni açılan məktəbdə sıxlıq yarandı - Şagirdlər dərsə gedə bilmir
20/09/2018 [17:43]:
Medvedev çətin illərlə bağlı xəbərdarlıq etdi
20/09/2018 [17:02]:
Etimad İsmayılov sabah Nardaranda dəfn olunacaq
20/09/2018 [17:00]:
Heç vaxt xərçəng olmayan türk tayfasının sirri - FOTOLAR
20/09/2018 [16:58]:
Məşhur ürək cərrahı Rəşad Mahmudova yeni vəzifə verildi
20/09/2018 [16:48]:
Tramp Paşinyanla görüşməyəcək
20/09/2018 [16:45]:
Merkel və Putin Suriyanı müzakirə edib
20/09/2018 [16:45]:
“Cəhalətin qarşısını yalnız elmlə, savadla almaq olar”
20/09/2018 [16:14]:
Azərbaycan XİN ATƏT-ə çağırış etdi
20/09/2018 [16:12]:
Ronaldunun bacısı: " Qardaşımı məhv etmək istəyirlər"
20/09/2018 [15:50]:
ADPU-nun Filologiya fakültəsinə yüksək bal toplayaraq qəbul olunan tələbələrlə görüş keçirildi
20/09/2018 [15:45]:
Güləşçimiz erməni üzərində qələbə qazanıb çempion oldu
20/09/2018 [15:42]:
Qanunsuz ov edən şəxs cərimələndi
20/09/2018 [15:28]:
Azərbaycanda mobil telefonların qeydiyyat qaydaları dəyişdi – YENİLİK
20/09/2018 [15:24]:
NATO Qarabağda müharibəyə qarşıdır
20/09/2018 [15:06]:
50 tona yaxın kartofda zərərli orqanizmlər aşkarlandı
20/09/2018 [14:53]:
Polşalı mütəxəssis tələbələrimizə seminar keçdi
20/09/2018 [14:51]:
Prezident Ramil Usubovu mükafatlandırdı - FOTO
20/09/2018 [14:50]:
MMP İdarə Heyəti toplandı
20/09/2018 [14:49]:
“Ailəmdən vacib heç nə yoxdur...” - Safura
20/09/2018 [14:47]:
“Təyyarənin Soçi razılaşmasından sonra vurulması təxribat versiyasını ağıllara gətirir”
20/09/2018 [14:44]:
Ermənistanın baş naziri ölkəni xaosa sürükləyir...
20/09/2018 [14:37]:
Rusiya “İl-20” təyyarəsini vurmuş suriyalıları həbs etdi
20/09/2018 [14:34]:
Fuad Ələsgərov: “18 mindən çox partlamamış hərbi sursat zərərsizləşdirilib”
20/09/2018 [14:29]:
Arıçılara hər pətəyə görə subsidiya veriləcək
20/09/2018 [14:28]:
Azərbaycanlı Rusiyada deputat oldu -FOTOLAR
20/09/2018 [14:26]:
DTX ermənilərlə bağlı arxivləri açdı - MÜHÜM SƏNƏDLƏR
20/09/2018 [14:20]:
Səngəçal və Goran stansiyalarında 17 ədəd yoldəyişən qurğu dəyişdirilir
20/09/2018 [14:19]:
Putinin hərbi blokundan Ermənistan rəhbərliyinə cavab verdi
20/09/2018 [14:17]:
Etimad İsmayılovu öldürən Dəmirovun Sabirabadda qohumu qalmayıb
20/09/2018 [14:00]:
Ebru Amerikaya 2-ci dəfə ana olmaq üçün gedib
20/09/2018 [13:58]:
Etimad İsmayılovun cənazəsi bu axşam Bakıya gətirilir
20/09/2018 [13:54]:
Şeyx: " Zəncir vurmağa İmam Hüseyn də razı olmazdı"
20/09/2018 [13:50]:
Ermənistanın sərhəd rayonunun sakinləri ayağa qalxdı... - Paşinyanla görüş tələb edilir...
20/09/2018 [13:47]:
ABŞ Gülənlə bağlı hesabat dərc edib
20/09/2018 [13:34]:
Sabahın havası – Bakıda 27 dərəcə isti olacaq
20/09/2018 [13:32]:
“Vikipediya”da Milli qəhrəmanlarımız haqqında ingilis dilində məqalələr yaradılıb
20/09/2018 [13:32]:
Eldar Əzizov Rasim Quliyevi Bakı Meriyasının Aparat rəhbəri vəzifəsindən azad etdi
20/09/2018 [13:31]:
“Bu yolun açılışı Azərbaycanın iqtisadiyyatına da öz müsbət təsirini göstərəcək”
20/09/2018 [13:30]:
“Qaçqınkom”un sədr müavini ATƏT-in illik görüşündə iştirak etdi
20/09/2018 [13:29]:
UNEC yeni tədris ilinə yüksək göstəricilərlə start verib -FOTOLAR
20/09/2018 [13:26]:
İlham Əliyev “Fatimeyi Zəhra” məscidini öz hesabına tikdirəcək
20/09/2018 [13:24]:
DİN ƏMƏLİYYAT keçirdi: Qətl törədən şəxs meşədə tutuldu
20/09/2018 [13:20]:
"Telekanallarımız abırsız - həyasız "müğənni"lərin, "qaloşlu" adamların əlində olduğundan Azərbaycan ziyalısı görünmür!
20/09/2018 [13:14]:
İrəvan xanlığı ilə bağlı əsərlər erməni və fars dillərində çap olunub
20/09/2018 [13:06]:
"Cavid Qurbanov harda işə başlayırsa, orda yüksəliş və uğur var" - Yubiley təbriki...
20/09/2018 [12:57]:
Prezidentin xüsusi iclasda iştirakı gözlənilir
20/09/2018 [12:43]:
İlyas İsmayılovun oğlunu güllələyən Dəmirov haqda maraqlı FAKTLAR açıqlandı - Qarabağda döyüşüb
20/09/2018 [12:39]:
Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak edib -FOTO
20/09/2018 [12:33]:
Valideynlərini öldürən şəxs qocalar evinə hücum etdi - 2 ölü
20/09/2018 [12:32]:
Sevillə Etimadın böyük sevgi hekayəsi... - “Sonsuza qədər...”
20/09/2018 [12:31]:
Timatinin model sevgilisi hamilədir -FOTOLAR
Bütün arxiv bir sırada
19/10/2017 [18:19] - Köşə - ( 2244 dəfə baxılıb)

Cəbrayıl kilsəsi hərbi kazarmaya çevriləndə...

Zahid Oruc

Birinci dünya müharibəsinə az qalmış,balkanlarda iki müharibə törəyir və Osmanlı imperiyasının çöküşü artıq geridönməz xarakter alır.1913-cü ildə bir-birinin ardınca müstəqilliyinə qovuşan Bolqarıstan,Serbiya,Çernoqoriya ilə paralel Rumıniyanın yarımvassal statusunun aradan qalxması ilə gənctürklərin Avropadakı dayaqları xeyli sarsılır. Elə həmin illər erməni milli davasının önünə çıxan qüvvələr Türkiyəni bölməyə fürsət qazandıqlarını zənn edərək,katolikos 5-ci Gevorqun rəhbərliyi altında Rusiya paytaxtına müxtəlif heyətlər göndərməyə başlayır,çara yazılı müraciətlərə ara vermirlər.
Məqsəd qərbi Ermənistan adlandırdıqları Van,Biltlis, Ərzrum və digər vilayətlərdə hakimiyyətin onlara verilməsi üçün rus hökumətinin Osmanlı rəhbərləri və Üçlər İttifaqının təmsilçiləri ilə danışıqlar aparması idi. Nəticəsi hamıya bəllidir-bununla 300 min insanı xilas etdiklərini söyləyən dünya erməniçiliyi məruz qaldıqları qırğınların səbəbini xəyanət cəbhəsində axtarmaq əvəzinə əsrin “soyqırımı ideologiyası”nı hörərək yaşamağa üstünlük verdilər.Həmin fəlakət epopeyasının əsas baiskarını isə “kədərli katolikos” statusunda öz qaranlıq keçmişlərinin mifik qəhrəmanına çevirdilər.
Halbuki o zamanlar milləti təşkil edən və gələcək hədəflərə yönəldən kilsə fitnəkarlığa deyil,müqəddəs ideyalara,yüz illərlə davam edən dostluğa və sülh içində yaşamaya xidmət göstərsəydi,ötən əsrin faciələri,kütləvi deportasiyaları və milli düşmənçilik yaradan hadisələri də baş verməzdi. Ona görə də Sovetlər Bilriyinin çöküşü ilə siyasi müstəqilliyə çatan Ermənistan tarixinin qırılma nöqtələrini sağaltmaq əvəzinə, yenidən müharibələri və mədəni toqquşmaları körükləyən məfkurəyə təslim oldu.
Kimsə deyə bilər ki,bəlkə də Azərbaycanla yarımçıq qalmış davanı başa vurmaq,türklərdən babalarının intiqamını almaq hissindən kənarda heç bir birləşdirici ideologiya olmağından ermənilərin qisasçılıq savaşına qayıtmaqdan özgə yolu qalmamışdı.Halbuki qırmızı imperiyanın tərkibində faşizmə qarşı vahid səngərdə vuruşan,böyük repressiyaları birgə adladan və 70 il eyni bir ideoloji çarmıxın içindən keçən iki xalq tarixi mübahisələrini daha sivil yolla həll etməyə çalışar, milyonlarla insanın humanitar fəlakətinə və yeni qətliamlara səbəb olan olmazdılar.Üstündən 25 ildən çox vaxt keçməsinə rəğmən tam məsuliyyətlə demək olar ki,Qafqazlarda millətlərarası nifaq ocağını qalayan məhz erməni kilsəsidir.Yüz illər ərzində bir xalqın tarixini, özünəməxsus dəyərlərini,mədəni və siyasi keçmişini qoruması ilə öyünən patriarxlar,qara çuxalı rahiblər və yepiskoplar azadlıq əldə edəndən sonra dini liturgiyaları ilə sülhə deyil,qarşıdurmalara xidmət göstəriblər.
Diqqət edin,1997-ci ilin 13 noyabrında katolikos Qareginlə müdafiə naziri Vazgen Sarkisyanın birgə təşəbbüsü nəticəsində din və silahlı qüvvələr arasında dünyada tayı-bərabəri olmayan təsisat formalaşdırılır.Orduda ruhaniyyət sinfinə yer tapmaq üçün əskər və zabitlər üzərində başqa bir əsarət dəzgahı icad edirlər.Hətta klerikal,yəni dini dövlət sayılan İranda da inqilab keşikçiləri və bəsiclərin üzərində Ali rəhbərdən savayı birbaşa komandirlik edən əcaib İuda vəzifəsi yoxdur. Ermənistan düz 20 ildir ki,Silahlı Qüvvələrin ruhani liderini təyin edib və onun 40 nəfərdən ibarət səhra köməkçilərinin əli ilə Məsihin çəkildiyi çarmıxa minlərlə Allah bəndəsini gətirmək üçün yeniyetmə gənclərin beyinlərini zəhərləyirlər.
Uydurulan əsatirə görə hələ tarixən min illər əvvəl xristianlığın beşiyinə çevrilən və İsaya ilk pənah gətirən ermənilər artıq 5-ci əsrdə sasanilərə və zərdüştlüyə qarşı sərkərdə Vardan Mamikonyanın başçılığı ilə misilsiz mübarizəyə qalxanda rahanilər döyüşün ön cərgəsində gediblər.Heç bir yazılı mənbələrin sübut edə bilmədiyi belə hekayələr hesabına bütöv bir xalqın keçmişi və gələcəyi yalnız qan hesabına birləşdirilir. Halbuki farsların çoxluq təşkil etdiyi ölkə ilə tarixi dini düşmənçilik səlnaməsini toxumaq indi səngərin bir tərəfində qərarlaşmağa qətiyyən mane olmur.Hələ üstündən 15 əsr keçəndən sonra sən demə Sərdarab savaşında da türkləri hərb meydanında birinci qarşılayan dini inanclı kəsim imiş. Gördüyünüz kimi,belə mifologiyanın təsirindən ən qatı sovet atesitlərinin də çıxması çətin məsələdir.O üzdən,1-ci Qarabağ müharibəsinin yaralarını sarıyarkən kilsə və yeparxiayları mənəvi dinclik ünvanına,nifrət və düşmənçilikdən arınmaq yerinə çevirməkdənsə, Eçmiədzin qəsrini əbədi din davasının baş məbədinə çevirdilər.Bəs kim edir bunları?
İlk olaraq o adamlar ki,siyasi hakimiyyətin yuxarı pillərinə düşə bilməyiblər və xalqı soymaq üçün müqqədəslik donu geyinməyə məcburdular.Ona görə də tiryəkə çevrilən duaların cazibəsində hər cür qəddarlığa qadir olan qladiatorlar formalaşdırırlar.Sivil bir ölkədə xaçlı yürüşlərin və səlib müharibələrin bir daha təkrarlandığını deyənləri qətiyyən qınamaq olmaz.Çünki orduda ruhani müşavirlər komissarlara çevrilərək,öldürməyə çağırış sanksiyalarını imzalayan və Allahın adı ilə insan canı alanların böyük bir sinfinə dönüblər.Bəs elə isə,bir əlinə qılınc,o birisinə İncil götürənlərin etiqad göstərdikləri din həqiqətənmi digər inanc sahiblərini, hər hansı milli və ya etnik mənsubiyyətə malik olanları məhv etməyə çağırır?
Xeyr,əsla yox.Min illik tarixin sınaqlarından keçən və bəşəri mahiyyət daşıyan müqəddəsliklər tam fərqli bir nəsihəti ortaya qoyur.Allahın oğlu İsa insanlığı doğmalar və yadlara bölməyi qadağan edir,öz şagirdlərinə “hər kəs bir olacaq” öyüdünü verirdi.Halbuki müharibə parçalayır,fərqli cəbhələrə keçirərək “sən öldürməsən,səni öldürəcəklər” hökmünü çıxarmağa vadar edir və bərabərlik əvəzinə güclünü haqlı çıxarır.
Yer üzündə istismara və ədalətsizliyə son qoymağa çalışan Xilaskar üçün onun ilahi sevgisinin ünvanı insandır-əbədi yaşayan ruha sahib olan Tanrı simalı varlığın özüdür.Savaşda isə məqsədə çatmaq üçün canlı varlıqları öldürmək və məhrumiyyətlərə düçar etməyə icazə verildiyindən insan sadəcə vasitədir.İncildə deyilir ki,xristianlar mühakimə etməməlidirlər-amma kütləvi qırğınlar düşməni hər cür alçaltmağa xidmət edən hökmləri təşfiq edir,ayrı cür düşünənləri isə xəyanətlərdə suçlayır.Bəndələrini həqiqət üzərində Yaradana sitayişə səsləyən Məryəmin oğlu nifrətə və qisasçılığa açılan qəlblərin sonradan özlərini daxilən necə terrora məruz qoyduqlarını yaxşı bilirdi.Çünki gerçəkliyi düzgün dərk edənləri və təbliğatın, kütləvi psixoz yaradan siyasətin qurbanlarının o,hələ döyüş meydanına çıxmamış ölüyə çevrildiklərini aydınlıqla görürdü.Yalan ona agah idi.
O üzdən Eçmiədzini bir millətin Baş Hərbi Qərargahına dönədərənlər ordu üçün yazılmış bütün qanunların gücündən daha təsirli silah tapıblar.Kilsə plan cızır,taktika hazırlayır,kəşfiyyat aparır və ən sonda özü də döyüşə atılır.Nizamnamə tələblərini yerinə yetirməyənləri ən sərt cəzalara layiq görmək olar,lakin patriarxların müqəddəs taxt-tacına qarşı gedənləri əbədi günah və lənət gözləyir. Belələrini edam etmək azdır,onları şeytan elan etmək və öz qövmündən qovub uzaqlaşdırmaq Ermənistanın Din Ordusunun əsas yazılı kitabıdır.
Ona görə bütün Rusiyanın patriarxı Kirill Azərbaycan və Ermənistan ruhani liderlərini Moskvaya dəvət edəndə bölgə xalqlarına iztirab və məhrumiyyətlər gətirən münaqişələri xeyirxahlıq,humanizm və bağışlama duyğuları ilə çözməyə hazır olan böyük bir Mənəviyyat Başçısını qarşında görməyi arzulayırsan.Bu hisslər sövq-təbiidir,insanın gerçək ruh halıdır. Hər halda ümid edirsən ki, Qarabağ davasının qurbanlarını öz əli ilə dəfn edən və onlara qəlb rahatlığı arzulayan adam ona Tanrı mücrüsütək verilmiş əsanın gücü ilə heç olmasa cismani ömrünün sonlarını o dünyaya həsr edəcəkdir.Axı İsa yer üzünü müvəqqəti dünya sayırdı,elə isə Erməni patriarxı torpaq işğallarına,ərazilər ələ keçirməyə,yüz minlərlə insanın qabar əlləri ilə yaradılmış ocaqlara özlərininki kimi sığınmağa necə xeyir-dua verə bilər?
Lakin əfsuslar olsun ki,indiki dünyada heç bir dini inanca mənsub olmayanların kilsə xadimlərini Allahın buyurduqlarına əməl etməyə çağırması qətiyyən təəccüblü deyil.Yaşadığımız zamanın paradoksu bundadır.Yoxsa,2-ci Qareginə nə məcbur olmuşdu ki,Rusiya paytaxtında ölkəsinin vətənpərvəri və qatı diplomatı kimi Azərbaycanı aprel döyüşlərinin əsas günahkarı elan etsin.Axı Nalbandyandan fərqli olaraq o,Sarkisyanın və dünya erməniçiliyinin deyil,onların hamısının inanmalı olduğu İlahinin qarşısında hesabat verir.Qoy onda əllərinə götürdükləri kitabı yerə qoyub sadəcə hər biri zirehli kamufulyajlarını geyinsinlər ki,hər kəs onları yaxşı tanısın.Xeyir əbasını geyinib,cəllad kimi hökmlər verməyin adı nədir?
Müqəddəs dəyərlərə xəyanəti dua etdiyiniz binaların kandarından çölə çıxandan sonra etməyə hansı kitab icazə verib?Yoxsa,Allah evini hərbi qərargahlara çevirənlər üçün Razdan meydanında Silahlı Qüvvələrin keçirdiyi parada birinci cərgədə qatılması da xüsusi bir missiya və insanlıq borcudur? Yəqin,2011-ci ildə müstəqilliyinin 20-ci ilində ruhani-kapellanların günahsız adamları öldürmək üçün nümayiş olunan qırıcı təyyarələr və ağır texnikanın ansamblında necə miskinliklə addımladıqlarını unutmamısız.Yüksək ulduzlarını göylərin xeyir-duası ilə deyil,yerin əzabı,özgə torpağın damarlarından axan qanı hesabına qazanan generallarla bir sırada durmaq inkivizisiya tonqallarına atılanlara hökm çıxaranlardan heç nə ilə fərqlənmir. Millətin gözü qabağında döyüş ruhunu qaldırmaq adı ilə öldürməyə səsləyən hərbi marşların və milli musiqinin səsi Kilsə zənglərini,qəlbləri riqqətə gətirən liturgiyaların əks-sədasını batırdığı məmləkətdə həqiqətən Allah adamı olmaq çətindir.
Ona görə də 3 oktyabrda Azərbaycan torpağında açılışına xeyir-duası verilən Cəbrayıl kilsəsi də üzərinə hansı işarənin vurulmasına baxmayaraq,hərbi kazarmalardan heç nəylə fərqlənmir.Döyüş mövqeyi quran və hər gün daşdan-ağacdan özünə sığınacaq düzəldən hərbçilərin gördüyü işlə dindən səngər qazanların,qala düzəldənlərin heç bir fərqi yoxdur.Gətirib orada Dağlıq Qarabağ ordusunun yüksək rütbəli adamını, general-mayor Vardan Balayanı və onun əskərlərini and içdirirlər ki,müqəddəs xaçı hər yerdə yaysınlar.Məqsəd xristianlığın arealını genişləndirməkdən daha çox Şərin-erməni dövlətinin qəsbkarlıq siyasətinəin coğrafiyasını genişləndirməkdir. Yoxsa,ötən illərdə niyə bunu etmirdilər? Azərbaycan kiçik bir yuvada-Mərcanlıda Şuşanın Gövhər Ağa Məscidinin oxşarını yaratdı,ocağından uzaq düşən yüz minlərlə adama 30 ildir əsarətdə olan dini qibləgahlarının birinin əvəzini qaytardı.Düşmənə onun nə təhlükəsi ola bilərdi ki? Yox, Eçmiədzinin hesablamaları tamam başqadır-birdən bütöv bir xalq geridönüşə əmin olar,məscidin hücrəsindən yapışıb Xanın kəndinə doğru yol alar.Bunu görən Kilsə hərəkətə keçərək, Cəbrayılda özünə döyüş istehkamı ucaltmağa qərar verdi.Buna deyərlər,Allah evlərini döyüşdürmək!
Ən başlıcası,İsa nümunəsini heç zaman unutmamaqdır.Onu başa düşməyənlərə,nifrət edənlərə və üzərində cəza səhnələri quraraq,öldürməyi tələb edən əskərlərə ən sonda qalib gəldi.Çünki Məryəm oğlu özünü qurban verərkən,insanlığı xilas etmək istəyirdi.İndi bir özgə çarmıxdan keçən müqəddəs Məhhəmmədin ümməti də bir gün kolonnalara düzülən və döyüşçü-kapellanlar yetirişdirən kilsələri həqiqi Tanrı evlərinə çevirəcəkdir!
Amin!

“Bu yolun açılışı Azərbaycanın iqtisadiyyatına da öz müsbət təsirini göstərəcək”
Pəhriz saxlayanlar buna diqqət etməlidir: Bu, ömrünüzü azalda bilər...
Aşura gününün sirləri - ELMİ-LƏDUN
Qadın müxbir canlı yayım zamanı hücuma məruz qaldı - VİDEO
Rus modeldən qalmaqallı açıqlama: “Putin məni öldürmək istədi”
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Məmurdan 1-ci qrup əlilə heyrətamiz məsləhət: "Premium" benzini götürməyi unutmayın..."
Araşdırma
Beriyanın edamından bəhs edən “canlı” sənədlər, heyrətamiz faktlar - GİZLİ TARİX
Dünya
Heç vaxt xərçəng olmayan türk tayfasının sirri - FOTOLAR
Siyasət
Ermənistanın sərhəd rayonunun sakinləri ayağa qalxdı... - Paşinyanla görüş tələb edilir...
Cəmiyyət
“Elə bil dünya yıxılıb, altında qalmışam” - Sevil Nuriyeva
Həftənin ən çox oxunanları
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Puldan “divar” yaradan məmur həm də 256 məşuqə saxlayırmış - HEYRƏTAMİZ+VİDEO
Bakıda satılan 5 otaqlı evin qiymətinə Braziliyada ada almaq olar - Fantastik qiymət (FOTOLAR)
"Sabah Qarabağda savaş başlasa bizim Bakıda Nuru Paşalara ehtiyacımız olmayacaq, çünki..."
Düşmən baş nazir Azərbaycanın uca dağlarından birinə belə qalxdı... - VİDEO
Paşinyanın arvadı Qarabağda ölən erməni əsgərlərinin analarını topladı - azərbaycanlı analara müraciət olundu
Türkiyə və İsrail barışır, səfirlər geri qayıdır - Bakının da bu barışıqda rolu var...
Fəhlələr namaz qıldıqlarına görə onları işdən çıxaran direktoru “şalvarsız" qoydular...
“5 ildən çoxdur ki, şəhid övladlarına ödənişsiz hazırlıq keçirəm...” - Tanınmış tarix müəllimi
Cinsi münasibətdə olmaqdan imtina edən qadının üzünü doğradılar -FOTOLAR
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə