Xəbər lenti
15/12/2018 [20:34]:
Bank işçisi, hüquqşünas, auditor, kassir… - Bu kimi peşələr növbəti 10 illər ərzində aradan çıxacaq
15/12/2018 [20:31]:
Tarix kitablarını tullantıya çevirən iddia: Dollar sayəsində baş verib
15/12/2018 [20:24]:
Ekstrasenslərin III dünya savaşı haqda duyumları -“Müsəlmanlar Avropanı alacaq, bir çox xalqlar yox olacaqlar”
15/12/2018 [20:21]:
Ən etibarlı avtomobillərin adları açıqlanıb- SİYAHI
15/12/2018 [19:53]:
Tramp ABŞ-ı 1,9 trilyon ziyana salıb
15/12/2018 [19:51]:
Oqtay Əsədov Salome Zurabişvilinin inauqurasiyasında iştirak edəcək
15/12/2018 [19:37]:
"Cəmiyyət görün nə gündədir ki, onun qəhrəmanlığını şübhə altına alanlar meydan sulayır"
15/12/2018 [19:28]:
Yalnız şagirdlərin hər şeyə qərar verdiyi sərbəst məktəb -FOTO+VİDEO
15/12/2018 [19:27]:
Budları ilə yatak və stul qırdı - İNANILMAZ....
15/12/2018 [19:07]:
Əsgərovun qardaşı istefasından danışdı: Nifrət olunası sistem…
15/12/2018 [19:01]:
Mətbuat Şurası şikayətləri araşdırdı
15/12/2018 [19:01]:
185 qram kalium permanqanat aşkarlanıb
15/12/2018 [19:00]:
“Gəl, əl-ələ tutub gedək” deyən şairə...
15/12/2018 [18:49]:
Oyuncaq yaxalama videosu izləyicilərdə şok yaratdı - VİDEO
15/12/2018 [18:26]:
Kitab oğurlayan it sosial mediada marağa səbəb oldu - MARAQLI+ VİDEO
15/12/2018 [18:20]:
“Ümid edirik ki, Türkiyə bundan sonra da hərbi təcrübəsini Azərbaycanla bölüşəcək”
15/12/2018 [18:08]:
Mahir Abbaszadə Laçından olan bir qrup seçicini Milli Məclisdə qəbul elədi - FOTOLAR
15/12/2018 [17:50]:
Ankara İraqı xəbərdar etdi: Əməliyyatlar davam etdiriləcək
15/12/2018 [17:49]:
Pişik 15 kilometr yol qət edərək liseyə geri qayıtdı - İNANILMAZ...
15/12/2018 [17:48]:
Avrokomissiya rəhbəri hamını təəccübləndirdi - VİDEO
15/12/2018 [17:32]:
Ermənistanda rus və erməni snayperlərin birgə təlimləri başladı-FOTO
15/12/2018 [17:13]:
Son yüzilliyin ən dəbdə olan qadını müəyyən edildi - SİYAHI...
15/12/2018 [17:11]:
Rusiya Aralıq dənizi hövzəsini təyyarələr və gəmilər üçün bağladı
15/12/2018 [17:09]:
Planetdə ən "xoşbəxt" yer məlum oldu
15/12/2018 [16:59]:
“Facebook” cərimələnə bilər
15/12/2018 [16:46]:
Gürcüstanda 65 yaşlı azərbaycanlı qadın başı kəsilərək qətlə yetirildi
15/12/2018 [16:42]:
Azərbaycan Prezidenti Bəhreyn Kralını təbrik edib
15/12/2018 [16:36]:
Azərbaycan Prezidenti Qazaxıstanın dövlət başçısını təbrik etdi
15/12/2018 [16:35]:
Qəzəbli məhkum zibil vedrəsini hakimin üzərinə atdı - VİDEO
15/12/2018 [16:28]:
Məşhur futbolçu Argentina komandasının baş məşqçisi olacaq
15/12/2018 [16:23]:
“Məktəblərin mühafizəsində qadın polislər də olmalıdır”
15/12/2018 [16:23]:
Prezident İlham Əliyev müdafiə sənayesi işçilərini təltif edildi - SİYAHI
15/12/2018 [16:17]:
Lukaşenko ermənilərə “Polonez” təklif etdi - Bəs nə cavab aldı...
15/12/2018 [16:15]:
Müştərinin yeməyini yeyən kuryer işdən qovuldu
15/12/2018 [16:15]:
AFFA “Neftçi”nin idman direktorunun cəzasını azaltdı
15/12/2018 [16:12]:
Fransada etirazların “beşinci akt”
15/12/2018 [16:12]:
Pentaqon Rusiya ilə danışıqlardan qaçır
15/12/2018 [16:06]:
UNESCO Ümumdünya İrs Komitəsinin sessiyası Bakıda təşkil olunacaq
15/12/2018 [15:56]:
Milli Məclisin 3 komitəsinin səlahiyyəti artırılır
15/12/2018 [15:45]:
“Pirotexniki vasitənin partladılması nəticəsində dörd otaqlı ev yanaraq kül oldu...”
15/12/2018 [15:39]:
Sabunçuda ev yanıb
15/12/2018 [15:35]:
Bakıda II Avrasiya Hüquq Qurultayı keçiriləcək
15/12/2018 [15:14]:
Türkmənistanda ilk Xəzər iqtisadi forumu keçiriləcək
15/12/2018 [15:12]:
Erməni gənclər əsgər getməmək üçün aksiya keçirdilər - VİDEO
15/12/2018 [15:09]:
Fransada etirazlar yenə başladı, polis gözyaşardıcı qaza əl atdı
15/12/2018 [15:06]:
“Qarabağ” altı milyon manatdan çox qazandı
15/12/2018 [15:04]:
Faiq Ələkbərlinin yeni kitabı işıq üzü gördü - FOTO
15/12/2018 [14:58]:
Qazaxıstan prezidenti Nursultan Nazarbayev 6 azərbaycanlını mükafatlandırdı
15/12/2018 [14:56]:
2018-in səs-küylü hadisələri: Hökumətdə yenilik, enerji qəzası, Gəncə hadisələri, hərbi parad...
15/12/2018 [14:48]:
Arılar da izlənəcək - VİDEO
15/12/2018 [14:42]:
"Azərbaycanlıların etnik təmizləməyə məruz qalması terrorun necə təhlükəli olmasının bariz nümunəsidir"
15/12/2018 [14:32]:
180 ədəd “Metadon” qanunsuz dövriyyədən çıxarıldı
15/12/2018 [14:27]:
Sabahdan güclü külək əsəscək
15/12/2018 [14:21]:
"Bizimlə rəqabət aparan əvvəlcədən fəaliyyətdə olan dəhlizlər var, amma..." - VİDEO
15/12/2018 [14:08]:
Çindən Azərbaycana karqo ilə mal gətirilməsi qaydaları dəyişib
15/12/2018 [14:06]:
Azərbaycana casusluq edən 20 erməni mühakimə olunub - Ermənistan MTX-sı
15/12/2018 [14:04]:
“Arsenal”dan “Qarabağ”la oyundakı insidentlə bağlı açıqlama...
15/12/2018 [14:02]:
Zakir Qaralov Xızıda görüş keçirib
15/12/2018 [14:01]:
Bomba xəbərindən sonra təyyarə təcili eniş etdi
15/12/2018 [13:59]:
Ermənilər Qarabağ təbiətinin səfasını çəkir – 26 çeşid bitkidən ibarət 3 metrlik qutab...
15/12/2018 [13:56]:
Fransada fövqəladə vəziyyət - 70 min polis səfərbər oldu
15/12/2018 [13:55]:
Azərbaycanda 126 cinayət törədilib, 45 nəfər saxlanılıb
15/12/2018 [13:54]:
44 ölkədən 250 nümayəndə Bakıda qlobal konfrans üçün toplaşdı
15/12/2018 [13:53]:
Tramp Ağ Evin aparatına yeni rəhbər təyin edib
15/12/2018 [13:50]:
Bu yolda rənglənmə işləri aparılacaq
15/12/2018 [13:45]:
“Bu küçələr Tailandın, Avropanın “qırmızı fənərli” küçələrinə bənzəyir”
15/12/2018 [13:45]:
Vəlihəd Netanyahu ilə barışmağa hazırlaşır
15/12/2018 [13:43]:
Azərbaycan dövlətinə qarşı təxribat törətmiş  erməni Spartak cəza almayacaq?-YENİ VİDEO...
15/12/2018 [13:43]:
Azercell “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasına dəstək verir -FOTOLAR
15/12/2018 [13:40]:
Astarada qonşusunun evindən pul, qızıl oğurlayan şəxs ələ keçdi
15/12/2018 [13:36]:
ETSN-nin mətbuat katibi ilin ən yaxşı mətbuat katibi seçildi
15/12/2018 [13:19]:
Deputat sərxoş halda dava salması ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi
15/12/2018 [13:14]:
Qoyuna görə arvadını amansızcasına öldürdü - TƏFƏRRÜAT + VİDEO
15/12/2018 [13:09]:
Kənd Təsərrüfatı Nazirliyi Prezidentin ötən gün imzaladığı fərmana münasibət bildirdi
15/12/2018 [13:03]:
Çindən gətirilən malların üzərinə brend vurulmasın - TAPŞIRIQ
15/12/2018 [13:00]:
"Mübariz erməninin cavabını verdi, xalq da Şəhidini təhqir edənin cavabını versin..."
15/12/2018 [12:44]:
DSX düşmənlə üz-üzə postları təhvil aldı – MN-dən açıqlama
15/12/2018 [12:30]:
Fransada fövqəladə vəziyyət – 70 min polis səfərbər oldu
15/12/2018 [12:27]:
Azərbaycanda 126 cinayət törədilib, 45 nəfər saxlanıldı
15/12/2018 [12:08]:
Natiq Əliyevin qız nəvəsindən ermənilər üzərində MÖHTƏŞƏM QƏLƏBƏ: BİRİNCİ OLDU - FOTO/VİDEO
Bütün arxiv bir sırada
20/10/2017 [00:27] - Köşə - ( 1813 dəfə baxılıb)

Regionda yeni "şilləvuran" təhlükəsi...

Nəriman Mahmud

25 ildən çoxdur ki, erməni işğalı altındakı əzəli Azərbaycan torpağı olan Qarabağ haqqında ən müxtəlif fikirlər, yanaşmalar ortaya qoyulub. Amma dünya düzənini dəyişməyə qadir olan superdövlətlərin problemin həllinə yanaşması heç vaxt birmənalı olmayıb. Bunu başa düşdük, hər dövlətin öz marağı var. Və təbii ki, torpaq sahibi kimi bir ölkə, dövlət və millət olaraq bizim də öz maraqlarımız, problemin həlli yolları ilə bağlı mənafelərimiz olmalıdır və var. Bu baxımdan azman dövlətlərin siyasət azmanlarının, təhlilçilərin Qarabağ məsələsinə dair fikirlərinə ciddi diqqət göstərməli, təklif olunan yolların verə biləcəyi nəticələri hesablamalıyıq...
Bu günlərdə ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beykerin keçmiş Sovet İttifaqı millətləri üzrə müşaviri olmuş, MKİ-nin təhlilçisi Pol Qoblun verdiyi müsahibədə "mən inanıram ki, Ermənistan növbəti onillikdə Rusiyadan ayrılmağa və öz diplomatiyası ilə Qafqazda daha yaxşı yer tutmağa müvəffəq olacaq" fikirləri diqqətimi cəlb etdi. 
Əlbəttə, nüvə dövləti və qlobal güc olan nəhəng Rusiya, həm də region ölkəsi olduğu üçün Ermənistanı onun əlindən “qapazlamaq” okeanın o tayındakı ABŞ üçün asan deyil. Bunun üçün Rusiyanı zəiflətmək, həm də o dərəcədə zəiflətmək lazımdı ki, Ermənistana yardım göstərməyə taqəti qalmasın. Bu isə həm regionda, həm də bütövlükdə dünyada gedən proseslər fonunda olduqca zəif görünür. Məsələ bundadır ki, Rusiya kimi ABŞ da özünün ənənəvi qarşıdurma strategiyası ilə Ankaranı Moskvaya meyllənməyə və tarixən əlaqələri heç də yaxşı olmayan İranla münasibətlərini istiləşdirməyə məcbur etdi. Üstəlik, eyni siyasətə görə Avropa ölkələri ilə Tramp administrasiyası arasındakı münasibətlər də soyumağa başlayır.
Bu baxımdan proseslər hələ ki qabarıq şəkildə görünə biləcək dərəcədə ABŞ-ın xeyrinə getməsə də, hər halda Ermənistanı Rusiyadan qoparmaq cəhdləri çoxdan ortadadır. Və bu niyyəti gerçəkləşdirmək üçün hətta Qarabağ probleminin ortaya atılmasında Moskva ilə yanaşı Vaşinqtonun da payının olduğunu o vaxtlar konqresmen olan, Barak Obama dönəmində dövlət katibi vəzifəsində qərar tutan Con Kerrinin Mixail Qorbaçova müraciəti də təsdiqləyir. 
Doğrudur, praktika adətən Pol Qoblun proqnozlarının özünü doğrultduğunu göstərib. Ağ Evin tez-tez təcavüzkar Ermənistana, Azərbaycanın başı üzərindən separatçı rejimə, sanki Kremllə yarışa girirmiş kimi yardım göstərməsi, onu Rusiyadan ayırmağa xitmət edir. Və bununla Ermənistana mesaj göndərərək anlatmağa çalışır ki, Rusiyadan ayrılsanız, sizi ondan daha yaxşı təmin edə bilərik. 
Yenə də praktikaya əsaslansaq, P.Qoblun dedikləri özünü doğruldacağı halda Ermənistanın, Rusiyanın təsir dairəsindən çıxıb Qərbin, konkret desək, ABŞ-ın "qucağına" düşəcəyi, daha doğrusu, Vaşinqtonun onu "quçuna" alacağı şübhəsizdir. Bu isə yenə də Qarabağ probleminin ədalətli həll ediləcəyi anlamına gəlmir. Əksinə, konkret desək, Yaxın Şərqdə olduğu kimi, bizim bölgədə də ABŞ-ın yeni "şilləvuranı" qismində elə bu dövlətin yaxından və məqsədli dəstəyi ilə indikindən xeyli güclü Ermənistanın yaranması gözlənilir. Bu isə şübhəsiz, Qarabağ probleminin həlli üçün, yumşaq desək, yaxşı heç nə vəd etmir. Başqa sözlə, Ermənistanın bir superdövlətin qoltuğundan çıxıb, digərinin qoltuğuna sığınması ən yaxşı halda heç nəyi dəyişməyəcək. Ortada uzun, amma çox uzun illərin İsrail-Fələstin münaqişəsi kimi təcrübə var...

Nəriman MAHMUD
Yazıçı-publisist

Budları ilə yatak və stul qırdı - İNANILMAZ....
Oyuncaq yaxalama videosu izləyicilərdə şok yaratdı - VİDEO
Kitab oğurlayan it sosial mediada marağa səbəb oldu - MARAQLI+ VİDEO
"Türk kimi doğulsalar da amerikalı kimi böyüdülər, elə düşünməyin ki, günahkar mənəm..."
İnsanda paralel aləmə çıxış nöqtələri var – ELMİ-LƏDUN
Dr. Günel Azayeva - Həkim kosmetoloq
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
“Ümid edirik ki, Türkiyə bundan sonra da hərbi təcrübəsini Azərbaycanla bölüşəcək”
Dünya
Pişik 15 kilometr yol qət edərək liseyə geri qayıtdı - İNANILMAZ...
Dünya
Son yüzilliyin ən dəbdə olan qadını müəyyən edildi - SİYAHI...
Cəmiyyət
“Pirotexniki vasitənin partladılması nəticəsində dörd otaqlı ev yanaraq kül oldu...”
Hadisə
"Paxıllığın elə dərəcəsi var ki, insanda ağır psixotip xəstəliklər meydana gətirir"
Müasir Ədliyyə
Həftənin ən çox oxunanları
Paşinyan sərhədlərin açılması ilə bağlı Türkiyəyə yalvardı: "Bir şərtlə ki..."
"Həyat yoldaşım əşyadır ki, onu gizlədəm?" - "O, elə bir yerdə işləyir ki..."
“Təki, erməni ordusu güclü olsun -  pensiyamızın qalxması vacib deyil...”-Xankəndindəki erməni qarı-
Putin Paşinyanın xeyir-duasını çoxdan verib – Biz Qarabağın gününə ağlayaq...
Qazax və Ağstafada döyüş postlarının DSX-ya təhvil verilməsi nə ilə bağlıdır?
Putin Paşinyandan niyə çəkinir?
"Bacı bacının balasını bu günə qoyarmı?" deyən baldızının Arif Əsgərova deyəcəkləri var...
İranda Ayaz Mütəllibovun ata Buşa tarixi etirazından bəhs edildi - Qarabağa görə...
"Lotu Quli"nin azadlığa çıxdığı anın görüntüləri yayıldı - VİDEO
"Mübarizlə qeyri-bərabər döyüşdə düşmən 12 itki verir, 17-si ağır yaralanır..."
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə