Xəbər lenti
22/11/2017 [13:26]:
"Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm" - Millət vəkili
22/11/2017 [13:05]:
ADAU-da “Yalama Aqropark” MMC ilə Anlaşma Memorandumu imzalandı
22/11/2017 [12:53]:
Dəmir yolunun Karrar-Kürdəmir mənzilində 10 km dəmir yolu əsaslı təmir olunur
22/11/2017 [12:50]:
“Medianı bu məsələdə ittiham etməyi doğru hesab etmirəm”
22/11/2017 [12:46]:
Güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ
22/11/2017 [12:44]:
Türkiyə vətəndaşını öldürürək satanist ritualı ilə yandıran azərbaycanlı tutuldu
22/11/2017 [12:43]:
"Lotu Quli"nin qohumu məhkəmədə ifadə verdi
22/11/2017 [12:42]:
Azərbaycanın Batumidəki Baş konsulu şəhərinin yeni seçilmiş meri ilə görüşdü
22/11/2017 [12:41]:
"Gürcüstan etibarlı müttəfiqi Azərbaycanla dostluğu və səmərəli əməkdaşlığı yüksək qiymətləndirir" - Gürcüstan prezidenti
22/11/2017 [12:34]:
Dilqəmin xilas etdiyi qadın: "Onu Kəlbəcərə biz göndərdik" – VİDEO
22/11/2017 [12:28]:
"Milli Kulinariya Mərkəzinə ayrılan vəsait çox azdır"
22/11/2017 [12:24]:
"Büdcədən barıt qoxusu gəlməli və düşmən bunu həmişə hiss etməlidir"
22/11/2017 [12:13]:
Akif Nağı beynəlxalq konfransda iştirak üçün Tehrana getdi
22/11/2017 [12:12]:
Bu ölkədə orta temperatur -7 dərəcədədir "Yaşıl ölkə" ilə bağlı ARAŞDIRMA
22/11/2017 [12:11]:
“Lotu Quli” Canıyevdən qisas almağa hazırlaşır – FOTO
22/11/2017 [12:08]:
Kapital Bank “Şəffaf vergi partnyorluğu statusuna” layiq görülüb
22/11/2017 [12:02]:
ƏƏSMN-də Afşan Xanla görüş keçirildi
22/11/2017 [11:58]:
Hacı İbrahim Nehrəmlinin övladlarının dəbdəbəli həyatı: Milyonluq maşınlar, qızlar... - FOTOLAR
22/11/2017 [11:58]:
“Böyük təmizləmə gözlənilir: məmur və oliqarxlar hər şeylərini itirəcək...”- Seçkiöncəsi...
22/11/2017 [11:56]:
“Bako Saakyanın Fransa səfərinin siyasi yükü sıfırdır”
22/11/2017 [11:48]:
Azərbaycanda 35 yaşadək elmlər doktoru olanlara mükafat veriləcək 5000 manat
22/11/2017 [11:36]:
ABŞ Dağlıq Qarabağdakı separatçıları maliyyələşdirməyi dayandırmalıdır - The Washington Times
22/11/2017 [11:16]:
ADPU-da Tələbələrin I İfaçılıq və Yaradıcılıq Müsabiqəsinin qaliblərinin konserti keçirilib
22/11/2017 [11:13]:
Dövlət Komitəsi qərəzli və şantaj xarakterli yazılarla bağlı məlumat yaydı
22/11/2017 [11:03]:
Tanınmış şəxslər Fədayə Laçının azad olunması üçün prezidentə və vitse-prezidentə müraciət etdi
22/11/2017 [10:52]:
Bakıda avtobus qəzaya düşdü: Yaralılar var – FOTO
22/11/2017 [10:49]:
Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək
22/11/2017 [10:47]:
Bakıda "BMW X5" dəhşətli qəza törətdi: Ölən var
22/11/2017 [10:43]:
Azercell” və Vergilər Nazirliyi arasında qarşılıqlı iddialarla bağlı məhkəmə qərarı elan olundu
22/11/2017 [10:38]:
Silah və narkotik satan şəxslər yaxalandı - Bakıda əməliyyat
22/11/2017 [10:35]:
Çin yeni amfibiya-tankını təqdim etdi - VİDEO
22/11/2017 [10:33]:
Sərkisyanın Qarabağ mövqeyini bölüşmürük - Barseqyan
22/11/2017 [10:29]:
Üç erməni hərbçi öldü, biri yaralandı
22/11/2017 [10:15]:
"İndi biz Şəhid ailələrinə və Qarabağ qazilərinə nə cavab verək...?"
22/11/2017 [10:01]:
Sərdar Ortaç Könül Xasıyevanın mahnısını oxuyacaq
22/11/2017 [09:54]:
Kamran Əliyev: “Ölkəmizdə buraxılış ili 30-40 ildən yuxarı olan nəqliyyat vasitələri hələ də istismar olunur”
22/11/2017 [09:52]:
"Bu təşkilatı Türkiyəni çökdürmək üçün SSRİ yaradıb" – Şərh
22/11/2017 [09:46]:
Milli Məclisdə büdcə müzakirələri bu gün də davam edəcək
22/11/2017 [09:42]:
"Hadisələrin gedişatı göstərir ki, ermənipərəsət qüvvələr Rusiyada çox güclüdürlər"
22/11/2017 [09:37]:
Ədliyyə naziri: Bələdiyyələrlə bağlı cinayət xarakterli 23 fakt üzrə materiallar prokurorluğa göndərilib
22/11/2017 [09:35]:
Bu gün 3 prezident Soçidə Suriyanın taleyini həll edəcək
22/11/2017 [09:34]:
Haram vərdişlər insanı tez qocaldır...- Avropa alimləri
22/11/2017 [09:31]:
"Rus silahının gücünü göstərdik" - Putin
22/11/2017 [09:30]:
Ədliyyə naziri: "İki şəxsin müşayiət altından qaçması Penitensiar Xidmətdə nöqsanlar olduğunu göstərib"
22/11/2017 [09:29]:
Məhərrəm Əliyev: "Cinayət Məcəlləsinə 300-ə yaxın mühüm dəyişiklik edilib"
22/11/2017 [09:09]:
Eldar Mahmudovun şərti var: istintaqa gizli gələcək
22/11/2017 [09:04]:
Tiflisdə antiterror əməliyyatı: atışma və partlayış səsləri eşidilir - YENİLƏNİB
22/11/2017 [09:02]:
Ağ Ev Putin-Tramp danışığının mövzularını açıqladı
22/11/2017 [01:29]:
Rəsulzadənin maraqlı və gizli imzaları- “Sosialist”, “Niş”, “Haman”
22/11/2017 [01:15]:
Abşeronda avtomobil bacı-qardaşı vurdu - Qardaş öldü, bacının vəziyyəti ağırdır
22/11/2017 [00:59]:
Bu qarətçilər bank yarmaq üçün yarım il tunel qazıblar
22/11/2017 [00:48]:
Nadir Qafarzadə erotik klip çəkdi VİDEO
22/11/2017 [00:35]:
“Cümhuriyyət hökuməti qərar verməzdən əvvəl bu jurnalistin yazılarından faydalanırdı”- TARİX
22/11/2017 [00:31]:
Rəsulzadənin xanımının qəbri xristian məzarlığında tapıldı - FOTOLAR
22/11/2017 [00:26]:
“Bu sanksiyalar iqtisadi maraqlarımız üçün təhlükə kəsb etmir”
22/11/2017 [00:19]:
Tovuzda azyaşlı uşaq yandı
22/11/2017 [00:18]:
Lavrova sual verməkdən çəkiniriksə... - İLHAM İSMAYIL
22/11/2017 [00:13]:
MMT İB Latviyanın müstəqilliyinin ildönümünü təntənəli şəkildə qeyd etdi - FOTOLAR
22/11/2017 [00:06]:
“Şəhriyarın Məşhəddəki heykəli təhqir olunub, Təbrizdəki büstü oğurlanıb, burada erməni əli var”- FOTO
22/11/2017 [00:03]:
Azərbaycanda gömrük rüsumları dəyişəcək
21/11/2017 [23:56]:
Azərbaycanda bu şəxslərin əməkhaqqı artırıldı
21/11/2017 [23:49]:
Nazirlik: Apteklərdə yoxlama aparılmasına səbəb olan şikayətlər daxil olmayıb
21/11/2017 [23:33]:
Azərbaycan neftinin SON QİYMƏTİ
21/11/2017 [23:29]:
“Uşaqlara qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”
21/11/2017 [23:22]:
Beşiktaş növbəti mərhələdə
21/11/2017 [23:07]:
Şəkər dərmanları arıqladır və... öldürür
21/11/2017 [23:05]:
Sərxoş oldu, ayılanda şok yaşadı... - FOTOLAR
21/11/2017 [23:00]:
Ərini öldürüb kanalizasiya quyusuna atdı - Cibindən prezervativ tapdığına görə...
21/11/2017 [22:58]:
Uşaqlarını sünnət etdirmək istəyən valideyinlərin nəzərinə – VİDEO
21/11/2017 [22:56]:
Saç tökülməsini əngəlləyən maddə kəşf edildi - Keçəllərə şad xəbər...
21/11/2017 [22:55]:
Putin və Tramp arasında telefon danışığı olub
21/11/2017 [22:41]:
Baş nazir: İŞİD məğlub oldu
21/11/2017 [22:31]:
Fransada Rusiya senatoru saxlanıldı
21/11/2017 [22:10]:
Gömrükçülərin vətəndaşı qanunsuz yoxlaması barədə iddiaya – RƏSMİ CAVAB
21/11/2017 [22:03]:
Azərbaycanda ilk dəfə olaraq ““Poliqon” Strateji İntellekt oyunu üzrə Universiada” keçirilir – FOTO
21/11/2017 [21:51]:
İnterpol adam öldürən 27 yaşlı azərbaycanlını axtarır – FOTO
21/11/2017 [21:51]:
Az yatmaq beynimizə zərər verir
21/11/2017 [21:48]:
Fransız elm adamlarından ürək əməliyyatı ilə bağlı maraqlı araşdırma - Günortadan sonra...
21/11/2017 [21:37]:
Deputatlar hansı benzindən istifadə edir? - SORĞU
21/11/2017 [21:31]:
"20 minə yaxın tələbəsi olan BDU-da bir dənə də tələbə yataqxanası yoxdur"
Bütün arxiv bir sırada
20/10/2017 [13:31] - Gündəm - ( 4843 dəfə baxılıb)

“Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq!”



“Bu qanuna sösüz ki, səs verməliyik. Ona görə ki, söhbət Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Azərbaycan Respblikasının Konstitusiyasına uyğunlaşdırlmasından gedir. Mən bir məsələni qeyd etmək istəyirəm. Vaxtilə də bunu parlamentdə qaldırmışdım və hesab edirəm ki, yenidən bu məsələnin üzərinə gəlməyə ehtiyac var”. 

Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanununun layihəsinin müzakirəsi zamanı səsləndirib. 

Millət vəkili bildirib ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına görə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri muxtar respublikanın rəhbəri kimi həm də icra hakimiyyətinin başçısı funksiyalarını yerinə yetirir. Bu Azərbaycan Respublikası Konstitusiyası ilə ciddi ziddiyyət təşkil edir. Mən vaxtilə də söyləmişdim ki, bizim konstitusiyamızda hakimiyyət bölgüsü prinsipi ayrı-ayrı fəsillərdə öz əksini tapıb. Qanunverici orqan, icra hakimiyyəti və məhkəmə hakimiyyəti. Amma muxtar respublikanın Ali Məclisinin sədri həm də icra xarakterli fərman və sərəncamlar imzalayır. Yəni Konstitusiyanın bölgüsü prinsipi Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında öz əksini tapmayıb.

Buna görə də muxtar respublikanın rəhbəri vəzifəsinin – hansı ki o həm də icra hakimiyyəti funksiyalarını yerinə yetirir – konstitusiyada sərhədləri dəqiq müəyyənləşdirilməlidir. Yəni qanunverici orqan tamamilə qanunverici funksiyaları yerinə yetirməlidir. Fikrimcə biz tövsiyə etməliyik ki, muxtar respublikada bu məsələyə yenidən baxılsın və muxtar respublikanın konstitusiyası Azərbaycan Respublikasının Konstitusiyasına tam mənada uyğunlaşdırılsın”. 

Millət vəkili həmçinin Ermənistan prezidenti Serj Sərkisyanın məlum bəyanatına da toxunub: “Hörmətli Oqtay müəllim, burada Sərkisyanın növbəti sayıqlamaları ilə bağlı məsələ qaldırıldı. Siz də çox tutarlı cavab verdiniz ki, Azərbaycan Respublikasının Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində ikinci bir erməni dövləti yaranmayacaq və Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olaraq qalacaq. Düşünürəm ki, Sarkisyanın sayıqlamalarına ən tutarlı cavan həm də oktyabrın 18-də, Naxçıvan Muxtar Respublikasında keçirilən hərbi parad oldu. Yəqin ki hər bir Azərbaycan vətəndaşı o paradı izlədi. Həqiqətən də qürur hissi keçirdik. Sarksiyan və ermənilər o paradı izləyib ağlını başına yığmalıdır”.

Millət vəkili bildirib ki, artıq 90-cı illər deyil: “O zaman ölkədə siyasi sabitlik yox idi,  daxili çəkişmələr Azərbaycanı didib dağıdırdı. Ölkə iqtisadiyyatı tamamilə dağılmışdı. Bundan istifadə edən ermənilər Azərbaycan torpaqlarını işğal etdilər. İndi tamamilə başqa Azərbaycan dövləti var. Ona görə də ermənilər ciddi düşünməlidir. Hələ Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Azərbaycan silahlı qüvvələrinin kiçik bir hissəsidir. Əgər Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq! Bunu tez-tez Ermənistanın diqqətinə çatdırmalıyıq”.

“Cinayətlərin məcmusu üzrə cəza təyini nə deməkdir?”

Millət vəkili həmçinin Cinayət Məcəlləsinə dair dəyişikliklərin müzakirəsi zamanı da fikirlərini bölüşüb. Qanun layihəsini dəstəklədiyini diqqətə çatdıran Qüdrət Həsənquliyev “müsbət haldır ki, bunun ictimai müzakirəsi keçirildi”,- deyə əlavə edib: “Mən komitə iclasında da söyləmişdim və indi də deyirəm. Burada məni qane etməyən məqamlar nədən ibarətdir? Əlbəttə cəzanın humanistləşdirilməsindən söhbət gedir. Bir çox məsələlərdə bunu təqdir edirəm. Amma iki əsas istiqamət məni narahat edir. Birincisi cəzanı humanisləşdirmək adı ilə bu dəyişikliyi edirik. Amma məsələn eyni zamanda xüsusilə külli miqdarda əmlakın oğurluq, soyğunçuluq, quldurluq yolu ilə mənimsənilməsini bura daxil edirik və cəzanın yuxarı həddini 18 ilə qədər çatdırırıq. Yəni cəzanı sərtləşdiririk. Bu məsələdə humanistləşdirmədən yox, sərtləşdirmədən söhbət gedir. Amma digər, insan həyati ilə bağlı məsələlərdə biz bunun əksini müşahidə edirik. Məsələn ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən insanlar var. Məlumdur ki, onların çoxu insan öldürdüyünə görə bu cəza ilə cəzalandırılıblar. Əvvəlki məcəlləyə görə, bu şəxslərin cəzasının çəkilməmiş hissəsi 15 illə əvəz oluna bilərdi. Əgər 25 il ərzində bu insanlar normal davransaydılar. İndi nə edirik? Biz bu 25 il normal davranışı qoyuruq kənara, deyirik ki, yalnız son 5 ildə bu insan özünü yaxşı aparıbsa, o şərti olaraq cəzanın çəkilməmiş hissəsindən azad oluna bilər. Yaxud da əvvəl 15 illik çəkilməmiş hissə müddətlə əvəz oluna bilərsə, cəkilməyən cəza müddəti 10 illə əvəz oluna bilər. Bu qətiyyən yolverilməzdir.
Başqa bir misal çəkim. Məsələn hakimiyyət nümayəndələrinə qarşı zorakılıq tətbiqetmənin sanksiyası 3 ildən 7 ilə qədərdir. Hakimiyyət nümayəndəsi kimdir? Polis işçisidir, Dövlət Təhlükıəsizlik Xidmətinin əməkdaşlarıdır. Elə bu yaxınlarda mətbuatrda oxudum ki, Dövlət Təhlükəsizlik Xidməti Milli Məclis də daxil olmaqla bir çox dövlət orqanlarında ağır cinayətlər törətmək istəyən cinayətkar dəstəni zərərsizləşdiriblər. Yeri gəlmişkən, mən, onlara təşəkkür edirəm və hesab edirəm ki, onlar dövlət mükafatları ilə təltif olunmalıdırlar. Qeyd edək ki, onlara qarşı silah tətbiq olunmuşdu. Yəni onların həyatı təhlükədədir. Yaxud polis işçilərinin əgər həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradılırsa, yəni silıah tətbiq olunursa bu halda 3 ildən 7 ilə, quldurluq yolu ilə yenə də həyat və sağlamlıq üçün zor tətbiq olunmaqla şəxsin əmlakı mənimsənilirsə sanksiya 18 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutur.  Halbuki dövlət tərəfindən insanın həyat və sağlamlığı daha ciddi qorunur, nəinki başqa məsələlər.   

Zorlama cinayəti əgər ağırlaşdırıcı hal yoxdursa 4 ildən 8 ilə qədər, azyaşlı uşaqların zorlanması isə 10-15 il qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu yaxınlarda azyaşlı uşaq zorlanmışdı və insanlar tələb edirdi ki, ölüm cəzası bərpa olunsun. Amma biz qanunvericiliyə cəmiyyətin tələb etdiyi məsələ üzrə baxmırıq. Mən rast gəlməmişəm ki, son zamanlar mətbuatda oğurluğa, soyğunçuluğa görə cəzaların sərtləşdirilməsi ilə bağlı təbliğat aparılsın. Belə çıxır ki, qanun layihəsini hazırlayanlar daha çox varlı insanların əmlakının qorunmasını önə çəkiblər. Niyə? Ona görə ki, xüsusilə külli miqdarda əmlakın mənimsənilməsinə görə 14 ildən 18 ilə qədər azadlıqdan məhrumetmə ilə cəza nəzərdə tutulur. 500 min manatdan çox kimin pulu ola bilər?  Ancaq varlıların, xüsusi zəngin insanların. Demək zəngin insanların əmlakı qanunla dövlət tərəfindən daha ciddi qorunur, nəinki insan həyatı və sağlamlığı. Qəsdən adam öldürməyə görə təsəvvür edin ki, 9 ildən 14 ilə qədər sanksiya nəzərdə tutulur. Bu məsələləri komitə iclasında qalıdırmışdım və hesab edirdim ki, bunlara diqqət yetiriləcək. Amma çox təəssüf ki, diqqət yetirilmədi. Bir məsələyə fikir verin. Bizdə cinayətlərin məcmusuna görə və hökmlərin məcmusu üzrə cəza təyin olunmasından söhbət gedir. Cinayətlərin məcmusu üzrə cəza təyini nə deməkdir? Yəni bir şəxs tutaq ki, ayrı-ayrı vaxtlarda adam öldürür, yaxud 5 dəfə də ayrı-ayrı vaxtlarda azyaşlı uşağı zorlayır. Mövcud qanunvericiliyə görə buna 20 ildən artıq cəza təyin etmək olmaz. Yəni cəzanın maksimum həddi 20 il ola bilər. Amma kiminsə əmlakını oğurlayana 18 il cəza təyin edilə bilər”.

...
"Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm" - Millət vəkili
Dəmir yolunun Karrar-Kürdəmir mənzilində 10 km dəmir yolu əsaslı təmir olunur
"Büdcədən barıt qoxusu gəlməli və düşmən bunu həmişə hiss etməlidir"
"İndi biz Şəhid ailələrinə və Qarabağ qazilərinə nə cavab verək...?"
"Hadisələrin gedişatı göstərir ki, ermənipərəsət qüvvələr Rusiyada çox güclüdürlər"
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Medianı bu məsələdə ittiham etməyi doğru hesab etmirəm”
Maraqlı
Saç tökülməsini əngəlləyən maddə kəşf edildi - Keçəllərə şad xəbər...
Araşdırma
Az yatmaq beynimizə zərər verir
Maraqlı
Fransız elm adamlarından ürək əməliyyatı ilə bağlı maraqlı araşdırma - Günortadan sonra...
Dünya
Bütün dünyanı sarsıdan qadın ixtiraları– İnanmayacaqsınız...
Həftənin ən çox oxunanları
Limonla sodanın qarışığından alınan ilahi möcüzə - FOTOLAR
Tağıyevin məzarı belə bilinməyən oğlunun nadir fotoları- İlk dəfə
"Gəl burdan rədd olaq, elə bilərlər bizi də kimsə saxlayır..." - İCTİMAİ QINAQ
""Quska"nın yaraqlıları Hacı İbrahimin kabinetini Kalaşnikovla gülləbaran edirlər..."
Zeynəb Xanlarova Rasim Balayevin müdafiəsinə qalxdı: “Desəm öldürərlər, deməsəm ölləm!”
Bakirəliyini rekord qiymətə satan qız: “Pulu təhsilimə və səyahətə xərcləyəcəm...” -FOTOLAR
Prokuror hakimi güllələdi- Gözlənilməz
Bakı aeroportunda biabırçılıq: 3 yaşlı qızı itlə yoxladılar, ürəyi getdi (VİDEO)
Ömrü uzadacaq qidanın adı açıqlandı - FOTO
Azərbaycanda 6 bal gücündə zəlzələ baş verdi - Əhali evlərini tərk etdi...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin