Xəbər lenti
22/11/2017 [13:05]:
ADAU-da “Yalama Aqropark” MMC ilə Anlaşma Memorandumu imzalandı
22/11/2017 [12:53]:
Dəmir yolunun Karrar-Kürdəmir mənzilində 10 km dəmir yolu əsaslı təmir olunur
22/11/2017 [12:50]:
“Medianı bu məsələdə ittiham etməyi doğru hesab etmirəm”
22/11/2017 [12:46]:
Güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ
22/11/2017 [12:44]:
Türkiyə vətəndaşını öldürürək satanist ritualı ilə yandıran azərbaycanlı tutuldu
22/11/2017 [12:43]:
"Lotu Quli"nin qohumu məhkəmədə ifadə verdi
22/11/2017 [12:42]:
Azərbaycanın Batumidəki Baş konsulu şəhərinin yeni seçilmiş meri ilə görüşdü
22/11/2017 [12:41]:
"Gürcüstan etibarlı müttəfiqi Azərbaycanla dostluğu və səmərəli əməkdaşlığı yüksək qiymətləndirir" - Gürcüstan prezidenti
22/11/2017 [12:34]:
Dilqəmin xilas etdiyi qadın: "Onu Kəlbəcərə biz göndərdik" – VİDEO
22/11/2017 [12:28]:
"Milli Kulinariya Mərkəzinə ayrılan vəsait çox azdır"
22/11/2017 [12:24]:
"Büdcədən barıt qoxusu gəlməli və düşmən bunu həmişə hiss etməlidir"
22/11/2017 [12:13]:
Akif Nağı beynəlxalq konfransda iştirak üçün Tehrana getdi
22/11/2017 [12:12]:
Bu ölkədə orta temperatur -7 dərəcədədir "Yaşıl ölkə" ilə bağlı ARAŞDIRMA
22/11/2017 [12:11]:
“Lotu Quli” Canıyevdən qisas almağa hazırlaşır – FOTO
22/11/2017 [12:08]:
Kapital Bank “Şəffaf vergi partnyorluğu statusuna” layiq görülüb
22/11/2017 [12:02]:
ƏƏSMN-də Afşan Xanla görüş keçirildi
22/11/2017 [11:58]:
Hacı İbrahim Nehrəmlinin övladlarının dəbdəbəli həyatı: Milyonluq maşınlar, qızlar... - FOTOLAR
22/11/2017 [11:58]:
“Böyük təmizləmə gözlənilir: məmur və oliqarxlar hər şeylərini itirəcək...”- Seçkiöncəsi...
22/11/2017 [11:56]:
“Bako Saakyanın Fransa səfərinin siyasi yükü sıfırdır”
22/11/2017 [11:48]:
Azərbaycanda 35 yaşadək elmlər doktoru olanlara mükafat veriləcək 5000 manat
22/11/2017 [11:36]:
ABŞ Dağlıq Qarabağdakı separatçıları maliyyələşdirməyi dayandırmalıdır - The Washington Times
22/11/2017 [11:16]:
ADPU-da Tələbələrin I İfaçılıq və Yaradıcılıq Müsabiqəsinin qaliblərinin konserti keçirilib
22/11/2017 [11:13]:
Dövlət Komitəsi qərəzli və şantaj xarakterli yazılarla bağlı məlumat yaydı
22/11/2017 [11:03]:
Tanınmış şəxslər Fədayə Laçının azad olunması üçün prezidentə və vitse-prezidentə müraciət etdi
22/11/2017 [10:52]:
Bakıda avtobus qəzaya düşdü: Yaralılar var – FOTO
22/11/2017 [10:49]:
Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək
22/11/2017 [10:47]:
Bakıda "BMW X5" dəhşətli qəza törətdi: Ölən var
22/11/2017 [10:43]:
Azercell” və Vergilər Nazirliyi arasında qarşılıqlı iddialarla bağlı məhkəmə qərarı elan olundu
22/11/2017 [10:38]:
Silah və narkotik satan şəxslər yaxalandı - Bakıda əməliyyat
22/11/2017 [10:35]:
Çin yeni amfibiya-tankını təqdim etdi - VİDEO
22/11/2017 [10:33]:
Sərkisyanın Qarabağ mövqeyini bölüşmürük - Barseqyan
22/11/2017 [10:29]:
Üç erməni hərbçi öldü, biri yaralandı
22/11/2017 [10:15]:
"İndi biz Şəhid ailələrinə və Qarabağ qazilərinə nə cavab verək...?"
22/11/2017 [10:01]:
Sərdar Ortaç Könül Xasıyevanın mahnısını oxuyacaq
22/11/2017 [09:54]:
Kamran Əliyev: “Ölkəmizdə buraxılış ili 30-40 ildən yuxarı olan nəqliyyat vasitələri hələ də istismar olunur”
22/11/2017 [09:52]:
"Bu təşkilatı Türkiyəni çökdürmək üçün SSRİ yaradıb" – Şərh
22/11/2017 [09:46]:
Milli Məclisdə büdcə müzakirələri bu gün də davam edəcək
22/11/2017 [09:42]:
"Hadisələrin gedişatı göstərir ki, ermənipərəsət qüvvələr Rusiyada çox güclüdürlər"
22/11/2017 [09:37]:
Ədliyyə naziri: Bələdiyyələrlə bağlı cinayət xarakterli 23 fakt üzrə materiallar prokurorluğa göndərilib
22/11/2017 [09:35]:
Bu gün 3 prezident Soçidə Suriyanın taleyini həll edəcək
22/11/2017 [09:34]:
Haram vərdişlər insanı tez qocaldır...- Avropa alimləri
22/11/2017 [09:31]:
"Rus silahının gücünü göstərdik" - Putin
22/11/2017 [09:30]:
Ədliyyə naziri: "İki şəxsin müşayiət altından qaçması Penitensiar Xidmətdə nöqsanlar olduğunu göstərib"
22/11/2017 [09:29]:
Məhərrəm Əliyev: "Cinayət Məcəlləsinə 300-ə yaxın mühüm dəyişiklik edilib"
22/11/2017 [09:09]:
Eldar Mahmudovun şərti var: istintaqa gizli gələcək
22/11/2017 [09:04]:
Tiflisdə antiterror əməliyyatı: atışma və partlayış səsləri eşidilir - YENİLƏNİB
22/11/2017 [09:02]:
Ağ Ev Putin-Tramp danışığının mövzularını açıqladı
22/11/2017 [01:29]:
Rəsulzadənin maraqlı və gizli imzaları- “Sosialist”, “Niş”, “Haman”
22/11/2017 [01:15]:
Abşeronda avtomobil bacı-qardaşı vurdu - Qardaş öldü, bacının vəziyyəti ağırdır
22/11/2017 [00:59]:
Bu qarətçilər bank yarmaq üçün yarım il tunel qazıblar
22/11/2017 [00:48]:
Nadir Qafarzadə erotik klip çəkdi VİDEO
22/11/2017 [00:35]:
“Cümhuriyyət hökuməti qərar verməzdən əvvəl bu jurnalistin yazılarından faydalanırdı”- TARİX
22/11/2017 [00:31]:
Rəsulzadənin xanımının qəbri xristian məzarlığında tapıldı - FOTOLAR
22/11/2017 [00:26]:
“Bu sanksiyalar iqtisadi maraqlarımız üçün təhlükə kəsb etmir”
22/11/2017 [00:19]:
Tovuzda azyaşlı uşaq yandı
22/11/2017 [00:18]:
Lavrova sual verməkdən çəkiniriksə... - İLHAM İSMAYIL
22/11/2017 [00:13]:
MMT İB Latviyanın müstəqilliyinin ildönümünü təntənəli şəkildə qeyd etdi - FOTOLAR
22/11/2017 [00:06]:
“Şəhriyarın Məşhəddəki heykəli təhqir olunub, Təbrizdəki büstü oğurlanıb, burada erməni əli var”- FOTO
22/11/2017 [00:03]:
Azərbaycanda gömrük rüsumları dəyişəcək
21/11/2017 [23:56]:
Azərbaycanda bu şəxslərin əməkhaqqı artırıldı
21/11/2017 [23:49]:
Nazirlik: Apteklərdə yoxlama aparılmasına səbəb olan şikayətlər daxil olmayıb
21/11/2017 [23:33]:
Azərbaycan neftinin SON QİYMƏTİ
21/11/2017 [23:29]:
“Uşaqlara qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”
21/11/2017 [23:22]:
Beşiktaş növbəti mərhələdə
21/11/2017 [23:07]:
Şəkər dərmanları arıqladır və... öldürür
21/11/2017 [23:05]:
Sərxoş oldu, ayılanda şok yaşadı... - FOTOLAR
21/11/2017 [23:00]:
Ərini öldürüb kanalizasiya quyusuna atdı - Cibindən prezervativ tapdığına görə...
21/11/2017 [22:58]:
Uşaqlarını sünnət etdirmək istəyən valideyinlərin nəzərinə – VİDEO
21/11/2017 [22:56]:
Saç tökülməsini əngəlləyən maddə kəşf edildi - Keçəllərə şad xəbər...
21/11/2017 [22:55]:
Putin və Tramp arasında telefon danışığı olub
21/11/2017 [22:41]:
Baş nazir: İŞİD məğlub oldu
21/11/2017 [22:31]:
Fransada Rusiya senatoru saxlanıldı
21/11/2017 [22:10]:
Gömrükçülərin vətəndaşı qanunsuz yoxlaması barədə iddiaya – RƏSMİ CAVAB
21/11/2017 [22:03]:
Azərbaycanda ilk dəfə olaraq ““Poliqon” Strateji İntellekt oyunu üzrə Universiada” keçirilir – FOTO
21/11/2017 [21:51]:
İnterpol adam öldürən 27 yaşlı azərbaycanlını axtarır – FOTO
21/11/2017 [21:51]:
Az yatmaq beynimizə zərər verir
21/11/2017 [21:48]:
Fransız elm adamlarından ürək əməliyyatı ilə bağlı maraqlı araşdırma - Günortadan sonra...
21/11/2017 [21:37]:
Deputatlar hansı benzindən istifadə edir? - SORĞU
21/11/2017 [21:31]:
"20 minə yaxın tələbəsi olan BDU-da bir dənə də tələbə yataqxanası yoxdur"
21/11/2017 [21:13]:
Jirinovski prezidentliyə namizədliyini irəli sürür – VİDEO
Bütün arxiv bir sırada
20/10/2017 [15:59] - Ədəbiyyat - ( 2421 dəfə baxılıb)

Rəsulzadənin İçərişəhər vurğunluğu və köhnə Bakı ağrısı- Romandan III fəsil





Gələn il Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək. Moderator.az yubiley münasibətilə hazırlayacağı yazılar silsiləsindən tanınmış şair, publisist, professor Vüqar Əhmədin böyük dövlət xadimi, ADR lideri Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətinə həsr etdiyi "Son nəfəsədək Azərbaycan" romanını fəsillərlə təqdim edəcək.
 
M.Ə.Rəsulzadənin 130 illik yubileyi münasibətilə yazılan romanda arxiv materiallarına və tarixi sənədlərə istinad edilib.

Əsərdə Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqına və torpağına göstərdiyi danılmaz xidmətlər, eyni zamanda başına gələn hadisələr, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla “Azərbaycan Demokratik Cumhuriyyəti”ni yaradanların heyrətamiz vətənpərvərliyi, fövqəladə siyasi fəaliyyətləri, xalqın qeyrətli oğullarının Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsi, “Qafqaz İslam Ordusu”nun Azərbaycanı kafirlər caynağından xilas etmək üçün apardığı ölüm-dirim savaşları, daşnakların, onların başçısı Stepan Şaumyanın və ümumiyyətlə ermənilərin xalqımıza qarşı apardığı soy-qırım siyasəti, Şura hökumətinin vətənimizə gətirdiyi bəlalar öz əksini tapıb. Vüqar Əhmədin bu əsərində oxucular üçün olduqca maraqlı tarixi faktlar, macəralı səhnələr, dramatik löhvələr var. 

III Fəsil- İçərişəhər

Məktəbə qəbul olan gündən Məhəmməd Əminə məktəbin nəzdindəki yataqxanada yer vermişdilər. Hərdən gedib Spasski küçəsində yaşayan əmilərigilə dəysə də və bəzən orada gecələsə də, buradakı şərait də onun ürəyincə idi. Rahat yorğan döşək, təmiz havası olan otaq, palıd ağacından düzəldilmiş çarpayı, dərs hazırlamaq üçün yazı masası və ilaxır. Onsuz da çox yeməyi sevməyən Məhəmməd Əminin yemək sarıdan da heç bir narazıçılığı yox idi. Səhər yeməyini yataqxananın yeməkxanasında yeyib dərsə gedirdilər. Günorta yeməyi saat ikidə dərsləri bitəndən sonra verilirdi. Axşam yeməyini isə saat yeddidə yeyirdilər. Səhərlər şirin çay, yağ-pendir, çörək və iki ədəd qaynanmış yumurta, günortalar əsasən dovğa və xingal, axşamlar isə şirin çörək və yaxud şorqoğalı ilə çay. Onlara gimnazistlərin libasından xeyli fərqlənən paltar vermişdilər. Bu paltar Osmanlı ordusunda xidmət edən əsgərlərin mundirinə bənzəyirdi. Məhəmməd Əmin otaqlarındakı güzgüyə baxanda həmişə zarafatla yoldaşlarına deyirdi ki, bircə yaşımız, boyumuz və başımızda qırmızı fəsimiz çatmır ki, bizi osmanlı əsgərlərinə bənzətsinlər.
Bir sözlə, hər şey onun ürəyincə idi. Olduqca savadlı, qayğıkeş, mehriban, eyni zamanda tələbkar müəllimlər, qarın dolusu halal və dadlı yeməklər, möhkəm parçadan tikilmiş paltarlar, daşdöyən ayaqqabılar, ağıllı, çalışqan, mehriban uşaqlar. Uşaqların arasında ən çox ürəyinə yatan Bilal idi. Bilal məşhur həkim Kərbəlayi Mahmudun oğlu idi. Onlar Quba meydanının yaxınlığındakı malikanələrinə Pirşağı kəndindən köçmüşdülər. Bilal həddindən artıq qəlbigeniş uşaq idi və üzündən təbəs¬süm heç zaman əskik olmurdu, Məhəmməd Əminə isə xüsusi rəğbəti var idi. Uzun sözün qısası, növxanılı yeniyetmənin heç bir şeydən narazıçılığı yox idi. Amma bu ürəksevindirən, qəlb rahatladan hiss və duyğular yalnız məktəbin və onun yataqxanasının içində olurdu. On dörd yaşı təzə tamam olmuş Məhəmməd Əmin axşamlar şam yeməyindən sonra nəzarətçi müəllimlərdən icazə alıb, doğulub boya-başa çatdığı, Novxanı qədər sevdiyi Bakını gəzməyə çıxarkən çox zaman xeyli pərişan olurdu. O, yaşının çox az olmasına baxmayaraq Bakının çox qədim tarixə malik olduğunu illərlə atasından, indi də sevimli müəllimi, eyni zamanda təhsil aldığı məktəbin müdiri Sultan Məcid Qənizadədən aldığı dərslərdən çox yaxşı bilirdi. Məhəmməd Əmin bunu da çox yaxşı bilirdi ki, Bakı onun mənsub olduğu xalqın, müsəlman-türklərin şəhəridir. Bakını gəzməyə çıxarkən onu ağrıdan-acıdan isə Bakının qiyməti mil-yardlarla ölçülməyən neftinin gəmilərlə, neft barkazları ilə, qatarlarla daşınıb aparılması idi. Qəsbkarlar Bakının neftini durmadan daşıyıb aparırdılar. Axı, kim xalqı əmin edə bilərdi ki, qiyamətə qədər Bakının torpağından neft fəvvarə vuracaq?! Bəlkə elə bu yaxın müddət ərzində bütün neft yataqları quruyacaqdı. Allahdan başqa kimsə bunu bilmirdi. Allah isə Allah idi. Aləmləri yoxdan xəlq eləyən idi və kimsəyə gələcəkdə nə olacağını hesabat vermək fikrində deyildi.
Bakını gəzməyə çıxarkən qeyri-müslüm cənabların həyasızcasına hırıldaya-hırıldaya Bakının neftinin gəmilərə, barkazlara, vaqonlara daşınması üçün göstəriş verdiklərini görəndə çox məyus olurdu Məhəmməd Əmin. Ona elə gəlirdi ki, bu qeyri-müslüm cənablar onun mənsub olduğu xalqın avamlığına, sadəlövhlüyünə, geridə qalmağına, heç nə anlamamağına gülür. Fəqət kim mübarizə aparacaqdı bununla, kim bütün bunların qarşısını alacaqdı?! Belə getsə Bakının nefti az bir müddət içində talanıb qurtaracaqdı. Bundan sonra da, onsuz da başı bəlalar görmüş xalqın dünya başına uçulacaqdı.

Hər dəfə gəzintiyə çıxanda özünü dəniz kənarından, dəmiryol vağzalından uzaq salmağa çalışırdı. Lakin sanki hansısa qüvvə onun addımlarının istiqamətini dəyişib Bakını talan eləyənlərin məkanına gətirib çıxarırdı. Bunun da mənasını, daha doğrusu, sirrini heç cür anlamırdı Məhəmməd Əmin.

Bu axşam da gəzintiyə çıxmışdı Məhəmməd Əmin. Zatən dostcanlı, dostluq eləməyi sevən, daim arxadaşları olmasına can atan yeniyetmə nədənsə gəzintiyə tək çıxmağı çox sevirdi. Bunun sirri nədə idi görəsən?! Bəlkə də hansısa bir yoldaşı ilə gəzməyə çıxsaydı, o, gələcəkdə necə görmək istədiyi vətəninin xəyallarını qurarkən, dostunun söylədiyi bir söz bu xəyalların əsrarəngizliyini poza bilərdi, buna görə tək gəzməyi xoşlayırdı. Bunun səbəbini də bilmirdi. Təkcə bunu bilirdi ki, tək gəzərkən beyni daha təmiz işləyir, daha doğrusu, hər cümlənin mənası, məntiqi, nöqtəsi, vergülü, nidası olur.

Ayaqları onu götürüb “Qoburnat” bağı istiqamətinə apardı. Bu bağdakı ağaclar çox cazibədar görünsə də, Məhəmməd Əmin bu bağda gəzməyi xoşlamırdı. Daha doğrusu, bağın adı onun ətini ürpəşdirirdi. Odur ki, bir qədər o ətrafda dolaşıb İçərişəhərə tərəf istiqamət götürdü. Qala qapıları gözünə dəyən kimi xəyalları onu yenə qədimlərə apardı. Altı ay idi Bakıda idi və İçərişəhəri bayırdan dəfələrlə seyr eləmişdi, lakin bu bakılılar üçün çox müqəddəs bir ocaq olan abidə-şəhərin içinə girməmişdi. Bunun da səbəbi Bakıda doğulub böyüyən bir qisim sinif yoldaşlarının,-“İçərişəhər elə yerdir ki, oranı yaxşı tanımayan adam hökmən orda azıb qalır”,-demələri olmuşdu. Lakin bu səfər maraq hissi onda o qədər gücləndi ki, daha heç nəyin fərqinə varmayıb qala qapılarından içəri daxil oldu və olduqca sakit, tamamilə səs-küy olmayan, hərdənbir bir bəşər övladı görünən əyri küçələrlə bu inşası çox qədimlərə söykənən məkanı dolaşmağa başladı. Kişi yumruğu boyda qəmbər döşənmiş köndələn küçələr, birmərtəbəli, ikimərtəbəli, daşları Bakının tarixini üstündə həkk eləyən binalar, qədimi hamamlar, sakinlərinin müsəlman olduğunu şərhsiz sübuta yetirən, İçərişəhərdəki hər məhəlləyə görə ayrıca inşa olunmuş  məscidlər: Cümə məscidi, Şah Cümə məscidi, Məhəmmədyar məscidi, Hacı Qeyib məscidi, Hamamçılar məscidi, Sı¬nıqqala məscidi və Qasımbəy məscidi. İçərişəhərdə Cümə məs¬cidinin qabağından başlayıb Qız qalasının yanından bir ucu qoşa qala qapısına tərəf gedən küçəyə, o biri ucu isə Qız qalasının dibindən dəniz kənarına çıxan küçəyə doğru uzanan bazar... Buradakı dükanların çox hissəsi, xüsusilə Qız qalasından Cümə məscidinədək olan dükanlar üstüörtülü bazar idi. Qapıları yan tərəfə deyil, aşağıdan yuxarıya qaldırılmaqla açılırdı.

Məhəmməd Əmin İçərişəhərin hər abidəsini çox maraqla, həm də heyrətlə seyr edirdi: Şirvanşahlar sarayı, Bakı xanlarına məxsus Xan sarayı, Karvansaray, İmam Hüseyn məscidi və  nəhayət Qız qalası.
Artıq hava çoxdan qaraldığı üçün Məhəmməd Əmin bütün bunları divarlardan asılmış daş fənərlərin işığında seyr eləyirdi. Daş fənərlər də öz növbələrində İçərişəhərin ümumi mənzərəsini yeniyetməyə qədimlərdən axıb gələn nağıl şəhəri kimi gös¬tərirdilər. Bu da yeniyetməyə qan yaddaşında həkk olan, fəqət açılmamış sirrlərin bir qisminin açılması, daha doğrusu, qaranlıq səhifələrin görünməsi üçün sanki yuxarıdan bir işıq salırdı.
Qoşa qala qapısından İçərişəhərə daxil olan Məhəmməd Əmin Qız qalasının yanından İçərişəhəri tərk etdi və nə yolu itirmədi, nə azmadı. Sanki hansısa bir qüvvə ona bələdçilik edib rahatca gəzib-dolaşmasına və bu misilsiz ocağı tərk etməsinə şərait yaratdı. Lakin əsas məsələ bu deyildi, ən əsası o idi ki, İçərişəhər yeniyetməni valeh eləmişdi və onun bir sıra xəyallarını artıq gerçəyə çevirmişdi.

Məhəmməd Əmin doğulub boya-başa çatdığı Novxanını çox sevirdi. Novxanının qızıl qumu, Abşeronun başqa bölgələrində çox az meydana çıxan xeyli sayda şirin sulu quyuları, dünyada tayı-bərabəri olmayan ənciri, üzümü, Xəzər dənizindən axıb gələn cana dərman havası. Bunlar Məhəmməd Əminin varlığında torpaq sevgisi yaradan çox gözəl amillər idi. Yeniyetmə Məhəmməd Əminin vətənə məhəbbəti Novxanı ənbərlərindən pərvazlanmışdı. Lakin İçərişəhər möcüzə idi. Məhəmməd Əmin sanki Bakının qəlbini görürdü İçərişəhəri gəzərkən. Artıq ona elə gəlirdi ki, tək Bakı şəhəri deyil, bütün Abşeron kəndləri, bağları İçərişəhərdən qaynaqlanıb və qaynaqlanmaqdadır. Bir sözlə, yeniyetmə olmasına baxmayaraq qəlbi yalnız vətən, torpaq sevgisi ilə döyünən Məhəmməd Əminin fikrincə, İçərişəhər, bu möhtəşəm qala, Abşerondakı bütün qalaların bünövrəsini, dayağını təşkil edirdi. Artıq ona elə gəlirdi ki, İçərişəhərsiz tək Bakı şəhəri deyil, bütün Abşeron bir heçə çevrilər, çünki ürəksiz bir bədənin yaşaması onsuz da mümkün deyil.

Bakıya gəlməmişdən atası Axund Hacı Ələkbərdən eşitdiyi bir hekayəti xatırladı. Təxminən səksən-səksən beş il qabaq Çar Rusiyasının ordusu başda general Sisyanov olmaqla Bakını işğal eləmək istədikləri ərəfədə, general Sisyanov Bakı xanı Hüseynqulu xandan “Qala qapısı”nın açarını istədiyi zaman, Hüseynqulu xan onun çadırına girmiş, bir əliylə Bakının açarını ona uzatmış, o biri əli ilə isə iyrənc başını qılıncla vurub bədənindən ayırmışdı. O zamanlar Bakı əhlini təhlükə altında qoyduğu üçün çoxları qınamışdı Hüseynqulu xanı, çünki bu əhvalatdan sonra Çar ordusunun əsgərləri Bakı əhalisinə divan tutmuşdular. Məhəmməd Əmin də atasından bu əhvalatı eşidəndə Hüseynqulu xanın düzgün hərəkət eləmədiyini düşün-müşdü. Lakin indi, İçərişəhəri görəndən sonra o, Hüseynqulu xana qarşı düzgün fikirdə olmadığını düşündü. Axı bu cür yeri, bu cür ləli-gövhəri könül xoşluğuyla, məmnuniyyətlə necə mundar kafirə təslim eləmək olar. Bundan əlavə, Hüseynqulu xan, Sisyanovu öldürməklə mənsub olduğu xalqın kafirlərin fikirləşdiyi kimi aciz, qorxaq, köləliyə dərhal boyun əyən deyil, azadlığı hər şeydən üstün tutan, vətənpərvər, bir anın içində düşməninin başını kəsməyə qadir olan şücaətli, rəşadətli bir xalq olduğunu nümayiş etdirmişdi. Bütün bunlardan da başqa, əgər Hüseynqulu xan, Sisyanovun iyrənc tələbinə ruslara bu ağır zərbəni vurmadan, müticəsinə əməl eləsəydi, onda onun adı xalqın tarixində qorxaq, yaltaq və satqın kimi qalacaqdı. Və nəhayət, əcdadlardan miras qalmış müqəddəs İçərişəhər onun şəxsi əmlakı deyildi ki, öz malı kimi götürüb kiməsə bağışlasın.
Bunları fikirləşdikcə Hüseynqulu xana rəğbəti artdı Məhəmməd Əminin və hələ beş yaşında ikən atasından öyrənib əzbərlədiyi “Həmd surə”ni oxuyub Hüseynqulu xanın ruhuna fatihə verdi, salavat çevirdi. Eyni zamanda İçərişəhəri xalq üçün miras qoyub gedənlər üçün fatihə verib, salavat çevirdi.
Sevdi Məhəmməd Əmin İçərişəhəri, çox sevdi və məhz İçərişəhərə olan sevgi onda tək Bakıya, Abşerona deyil, mənsub olduğu xalqın yaşadığı hər bir bölgəyə məhəbbətini birə-min artırdı. Çünki məhz İçərişəhəri gəzəndən sonra o, xalqının nə qədər qədim tarixə, nə qədər zəngin bir mədəniyyətə malik olduğunu duydu və yəqin elədi ki, ana torpağın hər bölgəsində başqa-başqa adlar altında İçərişəhərlər var və belə misilsiz abidələr yaradan xalq intəhasız məhəbbətə, sevgiyə layiqdir.

O, yataqxanaya həm xoş təəssüratla, həm də  Çar Rusiyası tərəfindən işğal olunan doğma Bakısını azad görmək arzusundan doğan daimi narahatçılığın qəlbində bir az da qabarması vəziyyətdə qayıtdı. Özü də həmişəkindən gec dönmüşdü yataqxanaya. Yataqxana gözətçisi təxminən altmış yaşında boyu ortadan bir az hündür, olduqca cüssəli, qarabuğdayı bir adam idi. Əsl adı Xanəli olsa da, yataqxanada yaşayan uşaqlar onun əsl adını bilmir, hamı ona “Baba” deyə müraciət eləyirdi.

Məhəmməd Əmin üçün qapını açandan sonra Baba dərhal cib saatına baxdı:
– Ay bala, on ikiyə iyirmi dəqiqə işləyib, hardasan indiyə qədər? Allah eləməmişkən, başına bir iş gəlsə valideynlərinə nə cavab verəcəyik? Deməzlər ki, biz sizə uşaq etibar eləmişik, siz bizim etimadımızı belə doğruldursuz?!
Məhəmməd Əmin Babanın narahatçılığını çox gözəl anlayırdı və ürəyində yataqxanaya gec döndüyünə görə özünü qınayırdı, lakin yalan danışmağı bacarmadığı üçün, süni üzrxahlıq eləmədi:
– İçərişəhəri gəzirdim, Baba, o qədər heyrətamizdi ki, heç ordan ayrılmaq istəmirdim. Bir də baxıb gördüm gecə düşüb.
Yataqxanadakı bütün uşaqlara görə məsuliyyət daşıdığına görə, on dörd yaşlı yeniyetmənin gec qayıtmasından xeyli qəzəblənən, lakin zatən qəlb sındırmağı sevməyən Baba, İçərişəhərin adını eşidən kimi bütün hirsi soyudu və acığı yatdı:
– İçərişəhəri?
– Hə, İçərişəhəri!
– Xan sarayını, İmam Hüseyn məscidini, karvansarayı, hamısını gördün?
– Gördüm, baba!
Baba cibindən tənbəki kisəsi çıxardı:
– Əhsən, oğlum! Deməli əsl Bakını, qədimdən qalma Bakını gördün?! Bax buna varam!
Baba qəlyanına tənbəki doldurdu:
– Yer üzündə misli yoxdu İçərişəhərin.
Məhəmməd Əmin pəncərənin məhəccərinə söykəndi:
– Siz içərişəhərlisiz, Baba?
Baba qəlyanını alışdırdı:
– Yox, mən pirşağılıyam. Pirşağıda iri malikanəmiz, bağ-bağatımız var. Atam mən balaca olanda mülk alıb köçüb Bakıya. Mən də Bakıda böyümüşəm. Birinci dəfə elə sən boyda olanda iki dənə məhəllə uşağı ilə İçərişəhərə getdik. O vaxtdan vuruldim İçərişəhərə. Burda işləyənə qədər vaxt tapanda yolumu salırdım ora. Canım üçün mənim üçün ən gözəl istirahət ocağı İçərişəhər idi. Oranı gəzib dolaşanda elə dincəlirdim ki, bunu sözlə anlatmaq mümkün olan bir şey deyil. Əla yerdi İçərişəhər. Təəsüf ki, indi vaxtım yoxdu. Vaxtım olsa, qocalığıma baxma,  yenə qaça-qaça gedərəm.
Lap yerinə düşmüşdü. Məhəmməd Əmin, Babanın onu tanıyanların dediyinə görə “dərya” olduğunu bilirdi. Bayaqdan Məhəmməd Əmini çox maraqlandıran sualları bu ağsaqqala vermək olardı. Odur ki, fürsəti fövtə vermədi:
– Baba, siz yəqin bilirsiz, İçərişəhər nə vaxt inşa olunub?
Baba qəlyanına dərin qullab vurdu:
– Onu kimsə dəqiq bilmir, oğlum. Əlbəttə, İçərişəhərin tarixi çox qədimdir.

* * *
Sultan Məcid mirzənin bu gün keyfi həmişəkindən daha kök görünürdü. O, sinif otağına girən kimi uşaqları özünəməxsus hərarətlə salamladı və bu gün nədənsə kimsədən dərs soruşmayıb sözə başladı:
– Bu gün sizə ədəbiyyatımızın nəhəng bir simasından söhbət açacağam. Abbasqulu Ağa Bakıxanovdan. Abbasqulu Ağa Bakıxanov Bakı xanlarının sülaləsindən, ikinci Mirzə Məhəmməd xanın böyük oğlu idi. Məqsədim isə sizi onun təkcə ədəbi fəaliyyəti ilə deyil, həm də maarifçiliyi ilə tanış etməkdir. O, çox böyük maarifçi idi. 1832-ci ildə rus hökumətinə verdiyi layihədə yazırdı: “Maarifə doğru ilk addım məktəb açmaqdır. Mən həmvətənlərimin faydası üçün var gücümü bu işə sərf edirəm və öz nəzarətim altında məktəb açmaq haqqında fikir irəli sürməyə cəsarət edirəm! Asiyadan çox Avropaya üstünlük verən, indiyə kimi şüurlarda kök salmış cahil təsəvvürlərin təsiriylə bəzi asiyalıların düşündükləri kimi tale və təəssüf deyil-maarifdir. Artıq Avropa təhsili ilə tanış – olmuş asiyalılar öz elm¬lərinin əskikliyini görür, məsləyi birgə yaşayış qaydaları haq¬¬qında lazımi qədər məlumata sahib olmadığı üçün, düş-dükləri vəziyyətdən çıxış yolu tapa bilmir və öz həmvətənlərinin miskin vəziyyətinə böyük bir qüssə ilə baxırlar”.

Şübhəsiz ki, Abbasqulu ağa burda cahil deyəndə uzun əsrlərdir münafiqlərin özlərindən uydurduğu saxta bir dindən söhbət açırdı ki, bunun da İslam dininə heç bir adiyyatı yox idi. Abbasqulu Ağa çox yaxşı dərk eləyirdi ki, xalqı əsl İslamla maarifləndirməkdən ötrü münafiqlərin uydurduğu, fala, caduya, pitiyə, fanatizmə, mövhumata, xürafata dayanan  saxta dindən uzaqlaşdırmaq lazımdır. Bunun yolu isə Avropaya və dünyaya çıxmaqla idi. Çünki Avropadan axan dünyəvi elmlərlə maariflənən hər bir fərd öz növbəsində əsl İslam həqiqətlərini də anlayacaq və onun nuruna boyanacaqdı. Göründüyü kimi Abbasqulu Ağa Bakıxanov öz xalqının vəziyyətini çox yaxşı müəyyən etmişdi. Hər şeydən əvvəl xalqa maairflənmək lazım idi.  Ədibin “Mişkatul-ənvar”adlı fars dilində yazdığı əsərdə güclü tənqid vardır. Ümumiyyətlə, ədib əsərlərinin mövzusunu həyatdan alırdı. Onun əsərlərinin mövzusunu haqq, ədalət, hüquq, dövlət, zalım padşah və məzlum xalq təşkil edir. Abbasqulu Ağa xalqın içindən çıxan insanları şahlarla qarşı-qarşıya qoyurdu. Şahın verdiyi ədalətsiz hökmü satira şəklində tənqid edirdi. Onun “Xudpəsənd əmir və tənqidçi”, “Kəndlinin şaha şikayəti”, “Şahın taxtından əl çəkməsi” kimi əsərlərində də biz bunun bir daha şahidi oluruq. Bütün bu yazıların altında demokratik fikirlərin yatdığı da gözdən qaçmır. Bir qadının dilindən söylənilən bu sözlər çox böyük əhəmiyyətə malikdir:

Şah qafil yaşasa xalqdan, dövlətdən,
Zövq alsa o, ancaq eyşi-işrətdən,
Dövlətin səadəti verilər yelə.

Abbasqulu Ağa “Hind nağılı” hekayəsində Hindistan padşahının vəzifələrini belə qeyd edir:
I   Dövləti xalqın rəyinə uyğun olaraq idarə etməlidir.
II  Dövlət başçısı ağıllı, ədalətli, vətənpərvər olmalıdır.
III Öz ölkəsini və xalqını sevməlidir. Cəmiyyətin səadəti üçün çalışmalıdır.
IV  Zülmə və haqsızlığa yol verməməlidir.

Məcid mirzə sözünə davam edərkən nədənsə yenə Məhəmməd Əminə baxdı:
– Əsərlərindəki sözaltı mənalardan, bədii fəndlərdən anlaşılır ki, Abbasqulu Ağa Bakıxanov doğma xalqını bütün buxovlardan azad və müstəqil görmək istəyirdi.
Məhəmməd Əminin ruhunda qiyamətlər qoparan bu kəlmələrdən sonra Məcid mirzə yenə xeyli danışdı. Lakin danışdıqları yalnız həmin mövzuya aid idi. Məhəmməd Əminin bütün varlığı qaynayırdı. O, ilk dərsdə söylədiyi sözün məsuliyyətinin Sakit okeanın fırtına zamanı səmaya yüksələn dalğalarından da iri dalğalarında ümidsizlik dəryasına baş vurmaq niyyətində deyildi. Bütün həyatını xalqının müstəqilliyini, azdlığını qazanması üçün xərcləyəcəkdi. Özü də bu yolda ya öləcəkdi, ya da məqsədinə nail olacaqdı. Onu bu yoldan Uca Yaradandan başqa kimsə saxlaya, kimsə döndərə bilməzdi. Uca Yaradan isə xalqının rifahı, xoşbəxtliyi üçün çalışanlara daim öz intəhasız yardımını, rəhmini, mərhəmətini, rəhmanlığını, lütfünü, çəfqətini əsirgəmir.


...
Dəmir yolunun Karrar-Kürdəmir mənzilində 10 km dəmir yolu əsaslı təmir olunur
"Büdcədən barıt qoxusu gəlməli və düşmən bunu həmişə hiss etməlidir"
"İndi biz Şəhid ailələrinə və Qarabağ qazilərinə nə cavab verək...?"
"Hadisələrin gedişatı göstərir ki, ermənipərəsət qüvvələr Rusiyada çox güclüdürlər"
“Uşaqlara qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Medianı bu məsələdə ittiham etməyi doğru hesab etmirəm”
Maraqlı
Saç tökülməsini əngəlləyən maddə kəşf edildi - Keçəllərə şad xəbər...
Araşdırma
Az yatmaq beynimizə zərər verir
Maraqlı
Fransız elm adamlarından ürək əməliyyatı ilə bağlı maraqlı araşdırma - Günortadan sonra...
Dünya
Bütün dünyanı sarsıdan qadın ixtiraları– İnanmayacaqsınız...
Həftənin ən çox oxunanları
Limonla sodanın qarışığından alınan ilahi möcüzə - FOTOLAR
Tağıyevin məzarı belə bilinməyən oğlunun nadir fotoları- İlk dəfə
"Gəl burdan rədd olaq, elə bilərlər bizi də kimsə saxlayır..." - İCTİMAİ QINAQ
""Quska"nın yaraqlıları Hacı İbrahimin kabinetini Kalaşnikovla gülləbaran edirlər..."
Zeynəb Xanlarova Rasim Balayevin müdafiəsinə qalxdı: “Desəm öldürərlər, deməsəm ölləm!”
Bakirəliyini rekord qiymətə satan qız: “Pulu təhsilimə və səyahətə xərcləyəcəm...” -FOTOLAR
Prokuror hakimi güllələdi- Gözlənilməz
Bakı aeroportunda biabırçılıq: 3 yaşlı qızı itlə yoxladılar, ürəyi getdi (VİDEO)
Ömrü uzadacaq qidanın adı açıqlandı - FOTO
Azərbaycanda 6 bal gücündə zəlzələ baş verdi - Əhali evlərini tərk etdi...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin