Xəbər lenti
26/09/2018 [16:38]:
ADU-da italyan dilində “Xilaskar Ömrü” sənədli filmi nümayiş olundu
26/09/2018 [16:38]:
Putinin Azərbaycana səfər proqramı AÇIQLANDI
26/09/2018 [16:37]:
Bakı Meriyası “Qarabağ mitinqi”nə İCAZƏ VERDİ
26/09/2018 [16:33]:
ADAU-nun rektoru bu dəfə Baytarlıq fakültəsinin 1-ci kurs tələbələri ilə görüşdü
26/09/2018 [16:23]:
“Bütün dünyada gözdə yaşla bağlı xəstəliklər daha çox müşahidə olunur”- Tanınmış Oftalmoloq...
26/09/2018 [16:18]:
“Paşinyanı Dəmirçiyanın aqibəti gözləyə bilər”
26/09/2018 [16:15]:
Kosmik peyklərə yerdən daş atanlar...
26/09/2018 [15:52]:
81 yaşlı komiki zorlamaya görə həbs etdilər - FOTO
26/09/2018 [15:30]:
Mehriban Əliyeva Roma Papası ilə görüşdü -FOTOLAR
26/09/2018 [15:05]:
“Bəzi KİV-lər rəqəmləri səhv salıb” - Parlamentdən açıqlama
26/09/2018 [15:03]:
“Cənnətdə onunla təkrar qovuşmaq ən böyük arzumdur...”- Sevil Nuriyeva...
26/09/2018 [15:01]:
Ceyhun Bayramov onu şöbə müdiri təyin etdi
26/09/2018 [14:58]:
“ARB 24”ə yeni direktor təyin olundu
26/09/2018 [14:57]:
UNEC 20 ixtisas üzrə təkrar ali təhsil almaq imkanı yaradır
26/09/2018 [14:57]:
Sənətlər muzeyinin müdhiş görüntüləri - FOTOLAR
26/09/2018 [14:56]:
“Qadın gözəllik salonunda 200 manat xərcləyir, amma həkimə gedəndə qiymətlərdən şikayətlənir”
26/09/2018 [14:51]:
“Necə vurdusa, 1 litr qanım getdi” – Meyxanaçı Samirəni toyda döydülər - VİDEO
26/09/2018 [14:48]:
Azərbaycanın ilk pullu yolu üçün ŞƏRTLƏR - Qiymət 3-5 manat ola bilər
26/09/2018 [14:44]:
Qarabağ Komitəsi Bəyanat yaydı...
26/09/2018 [14:30]:
Könül Xasıyeva: “Borclar məni sıxır, banklar da kredit vermir”
26/09/2018 [14:13]:
Hansı şəxslər dollarla kreditini ödəməyə bilər?- Bank üzrə ekspert...
26/09/2018 [14:10]:
"Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırıb"
26/09/2018 [13:50]:
Türkiyədə partlayış: ölənlər var – VİDEO
26/09/2018 [13:42]:
Müddətli müqavilə ilə işə qəbul olan müəllimlərin nəticələri AÇIQLANDI
26/09/2018 [13:40]:
Qısa ətəyinə görə Xatirəni yıxıb-sürüdülər: “Lütlənmisən?” - VİDEO
26/09/2018 [13:38]:
Dünyanın ən bahalı ayaqqabısı nümayiş olunacaq... - 17 milyon dəyərində...
26/09/2018 [13:32]:
Azərbaycanda 4 oğlan bir qıza təcavüz etdi
26/09/2018 [13:05]:
Sentyabrın 28-dək güclü külək, leysan olacaq - Xəbərdarlıq
26/09/2018 [13:03]:
Hamilə qadının ölümünə səbəb olan həkimlə bağlı qərar verildi
26/09/2018 [12:58]:
Stiven Siqal Rusiyada qubernator olmaq istəyir
26/09/2018 [12:49]:
Laçınla Fransa şəhəri belə “qardaşlaşdı”... - Bəyanatbazların nəzərinə... +FOTOLAR
26/09/2018 [12:48]:
Prezident Azərbaycan xalqını təbrik etdi - “Əlamətdar gündür”
26/09/2018 [12:45]:
Bakcell “YARAT”la birgə növbəti layihəyə imza atdı - FOTO
26/09/2018 [12:41]:
Bakıda dəbdəbəli hind toyu - 4 gün davam etdi
26/09/2018 [12:41]:
“Azərbaycanın dünya güc mərkəzləri arasında seçim etmək kimi məcburiyyəti yoxdur”
26/09/2018 [12:36]:
"Təhsilin keyfiyyəti müəllimin nüfuzunun qaldırılması ilə birbaşa bağlıdır"
26/09/2018 [12:24]:
ABŞ mediasında “Azərxalça”nın fəaliyyəti ilə bağlı məqalə dərc olundu
26/09/2018 [12:07]:
Qarabağ Komitəsi son müzakirələrə başladı
26/09/2018 [12:01]:
“Rusiya bu ölkəyə qala kimi baxır və onu əldən vermək istəmir”
26/09/2018 [11:59]:
"Müharibə aparan bir dövlət bu cür güc nümayişi ilə həm də düşmənə mesaj verir"
26/09/2018 [11:50]:
Axtarışda olanlar könüllü polisə təslim oldu
26/09/2018 [11:46]:
Psixoloq: "Seksual xarakterli mesajlar yazmaq cinsi zəiflikdən qaynaqlanır"
26/09/2018 [11:46]:
"Buz adam"la bağlı daha bir həqiqət ortaya çıxdı - MARAQLI
26/09/2018 [11:41]:
Tramp BMT-də siyasətçiləri güldürdü - VİDEO
26/09/2018 [11:41]:
Dünyanı nüvə müharibəsinə aparan ölkələrin adı AÇIQLANDI
26/09/2018 [11:38]:
Varis Yolçuyev Fəxri Diplomla təltif edildi
26/09/2018 [11:36]:
Ərdoğan amerikalı rahib HAQDA: “Mən özüm də bilmirəm”
26/09/2018 [11:34]:
Astara sakinlərinin kartlarındakı pulu mənimsəyən şəxs saxlanıldı
26/09/2018 [11:21]:
Nazir Narkoloji Dispanserə yeni baş həkim təyin etdi - FOTO
26/09/2018 [11:20]:
"Məktəbin vəzifəsi təkcə bilik vermək deyil, həm də şagirdlərin sağlamlığı ilə bağlı onlara bilik verməlidir"
26/09/2018 [11:20]:
Putinin Ermənistana səfər tarixi məlum oldu
26/09/2018 [11:18]:
Çəkiliş zamanı dağ parçalandı - VİDEO
26/09/2018 [11:16]:
Gənc oğlan 10-cu mərtəbədən yıxılan uşağı belə tutdu - VİDEO
26/09/2018 [11:12]:
Oktyabrda Azərbaycanda sınaq siyahıyaalınması keçiriləcək
26/09/2018 [11:10]:
Binada yerləşdirilən qurğu ziyarətçilərə qorxu dolu anlar yaşatdı - MARAQLI...+ VİDEO
26/09/2018 [11:04]:
ADPU-nun rektoru yüksək bal toplayan tələbələrlə görüş keçirdi
26/09/2018 [10:59]:
"İctimaiyyətlə əlaqələri zəif olduğundan Qida Təhlükəsizliyi Agentliyi effektli iş görə bilmir"
26/09/2018 [10:51]:
Türkmənistanda bütün güzəştlər ləğv edildi
26/09/2018 [10:49]:
Aktrisa 55 illik “xəstə”sinin həbs olunmasını istəyir -FOTOLAR
26/09/2018 [10:47]:
Bişkekdəki qalmaqallı azərbaycanlı ilə bağlı ilginc İDDİA
26/09/2018 [10:30]:
Vahid Əhmədov seçiciləri ilə görüşdü -FOTOLAR
26/09/2018 [10:19]:
Paşinyan Ərdoğanın tələbini yerinə yetirdi
26/09/2018 [10:14]:
Azay Quliyev: "ATƏT mövcud vəziyyətə adekvat yanaşmır"
26/09/2018 [10:11]:
Kuryoz hadisə: Poroşenko qapıları səhv saldı - Lavrovdan tualet zarafatı
26/09/2018 [10:10]:
Mehriban Əliyeva: "Bizdə multikulturalizm həyat tərzidir "
26/09/2018 [10:07]:
Universitet tələbələri səhnəyə çıxaraq soyundular – RƏZALƏT...+VİDEO
26/09/2018 [10:07]:
Cəbhədə şiddətli atışma oldu
26/09/2018 [10:04]:
“UNEC-in dəyərləri daşıdığı məsuliyyətin sərhədlərini tanıdır”
26/09/2018 [10:00]:
Gəncənin icra başçısı səfirlə görüşdü
26/09/2018 [09:54]:
Dəyəri milyonlarla olan əmlaklar “Azərsu”ya verildi
26/09/2018 [09:47]:
Gənc qızı telefon sevgisindən məzar da ayıra bilmədi - MARAQLI
26/09/2018 [09:45]:
Paşinyan Nyu-Yorkda Qarabağdan danışdı
26/09/2018 [09:42]:
“Azerspace-2” orbitə buraxıldı - VİDEO
26/09/2018 [09:36]:
"Elə bilirdim ki, möhkəm adamam, məni nə əymək olar, nə sındırmaq, amma..."
26/09/2018 [09:25]:
Bir həftədir bayırda gecələyən Bakı “qaçqın”ının səhhəti ağırlaşdı!..
26/09/2018 [08:58]:
Niyə İmam Hüseynin (ə) qəbri altıguşəlidir?
26/09/2018 [08:50]:
Mollalar şəhərə asfalt döşədilər... - İbrətamiz deyilmi?..+ FOTO
26/09/2018 [01:20]:
Nəsib Nəbioğlunun kitabının təqdimat mərasimi keçiriləcək
26/09/2018 [00:54]:
Ankarada Camal Mustafayevin xatirəsinə möhtəşəm tədbir keçirildi - FOTOLAR
26/09/2018 [00:08]:
Messi ilk dəfə Ronalduya səs verdi
Bütün arxiv bir sırada
20/10/2017 [16:31] - Cəmiyyət - ( 3197 dəfə baxılıb)

Azərbaycanda elmin ağır durumunun əsas səbəbi - hökumətmi, millətmi, islam dinimi?



Professor Saleh Məmmədovun din və təhsil mövzusuna dair olduqca maraqlı növbəti yazısını təqdim edirik. Mütəxəssisləri kifayət qədər mübahisəli tezisləri olan bu yazının müzakirəsində iştirak etməyə çağırırıq. Müəllifin, xüsusi ilə İslam dininin elm və təhsilə mane olması barədə iddiaları diqqətə alınmalı və ciddi müzakirə olunmalıdır. İslam psixologiyasının Azərbaycana sirayət etməsi ilə elmi potensialın azalması arasında düz mütənasiblik olduğunu iddia edən müəllif digər tezislərdə hökumətin təhsil siyasətini də tənqid edir.

Hesab edirik ki, S. Məmmədovun bu yazısını dərc etməklə, mövzuya diqqəti artırmaq və müzakirələr nəticəsində problemin həllinə dair düzgün formulun ortaya çıxmasına yardım etmək mümkün olacaq.


* * * *

“İşləriniz yaxşı gedirsə təhsil-elm büdcəsini iki dəfə, pis gedirsə dört qat artırın”

Tom Peters (Məşhur Amerika yazıçısı)

1. Tezis şəklində bu sətirləri Azərbaycanın vəziyyətinin çox ağır olduğu və ölkənin növbəti böhran ili üçün büdcənin müzakirə olunduğu vaxt qələmə aldım və istərdim ki, ölkənin idarəçiliyinin sükanında olan bütün məsul şəxslər bu yazını bir xahiş və müraciət kimi dəyərləndirsinlər. 

2. Azərbaycanın iqtisadiyyatının bu günkü ümumi ağır vəziyyəti haqqında mətbuatda dəfələrlə yazmışıq və nəinki, yazmışıq, hazır reseptlərini də təqdim etmişik, lakin hər hansı ciddi nəticə verə biləcək addım atılmamışdır, iqtisadi vəziyyət isə getdikcə ağırlaşmaqda davam edir, iqtisadi durum ağırlaşdıqca isə, təbii ki, həm xaricdən və həm də daxildən siyasi, hərbi, ideoloji basqılar ölkəni çıxılmaz duruma salır. 

3. Bu gün toxunduğum və sizə müraciət etdiyim məsələ çox daha vacib, bütün bəlaların səbəbi olan və bütün problemlərin əsas açarı ola biləcək, amma - Azərbaycanda bütün sahələrdən daha geridə qalmış, diqqətdən kənarda, gözdən salınmış bir sahəyə - elmin ağır durumuna həsr olunmuşdur. 

4. Elm cəmiyyətin lokomotividi, xüsusilə müasir 21-ci elm və texnika əsrində elmsiz müstəqillik daimi təhlükə altındadır, bunu tam məsuliyyətilə bütün ölkə ictimaiyyətinə çatdırıram. Elmsiz iqtisadiyyat, sənaye, hərbi, siyasət, mədəniyyət yoxdu, bunlarsız da müstəqillik yoxdu. Amma güclü elmi potensiala sahib hətta kiçicik dövlətlər böyük nəhənglərə meydan oxuya bilir. Bir kiçicik Sinqapur, İsveçrə və ya İsrail yalnız bölgələrdə deyil, bütün dünyada hegemon rol oynayırlar və heç suverenliyinə təhlükə barədə düşünmürlər.

5. Ölkədə elmin inkişafı vəziyyətini dəyərləndirmək üçün üç istiqamətdə müqayisə aparmaq istərdim. 

5.1. Daxili müqayisə, biz müstəqillik qazandıqdan sonra hansı səviyyəyə çata bildik, Azərbaycan Respublikası Azərbaycan SSR-nin hansı mərhələsindədi? Məqsəd heç də istismara haqq qazandırmaq və Sovet üçün nostalgiya hiss oyatmaqdan ibarət deyil, əksinə, müstəqil müsəlman Azərbaycanın hər hansı bir müstəmləkə ölkəsi qədər də inkişaf gücünə malik olmamasını göstərməkdir. 

Cədvəl 1. Elmi göstəricilərin dinamikası (1985-2015-ci illər) 

cedvel.JPG (33 KB)

Nəticə: müstəqillik dövründə ölkədə elmin inkişafı müstəmləkəçilik dövrünə nisbətən çox daha pis vəziyyətdə olmuşdu, yəni, müstəmləkəçilik dövründə də heç yaxşı olmamışdı, amma yeni dövrdə geriləmənin sürəti daha yüksək olmuşdur. Əhalinin hər 10 min nəfərinə elm sahəsində çalışanların sayı 35-dən 23-ə enmişdir, bu rəqəm hazırda elm-texnologiya ölkələrində Azərbaycandan dəfələrlə çoxdur (İsraildə - 90 nəfər, Sinqapurda 76, İsveçrədə - 88 nəfər). İxtira üçün patentlərin sayı 1985-ci illə müqayisədə 7 dəfə azalmışdır, amma baxın kiçicik Sinqapurda İxtira patentlərinin sayı Azərbaycandan 60 dəfə çoxdur- 11000 ədəd, İsraildə isə - 7000 ədəd təşkil etmişdir. 

Səbəb: Başlıca səbəb tamamilə daban-dabana elmə zidd olan İslam psixologiyasının Azərbaycana ciddi surətdə sirayət etməsidir. Elm inkişaf, islahat, təkmilləşmə, dinamika, azad düşüncə, zərərli hadisə və proseslərin açılması, yeni-yeni sahələrin açılması, dinin, cisimlərin, fəzanın, hətta belə Allahın varlığı sirlərinin açılması deməkdir, Quran tamamilə bunların inkarıdı. Müsəlmanların başa düşdüyü kimi “Allah tərəfindən göndərilən Quran surə və ayələri ehkamdı, dəyişməzdi, bütün dövrlərdə 13 əsr bundan əvvəl eyni göstərilən kimi yerinə yetirilməlidi”. Ümumiyyətlə, İslamda, quranda (hədislərdən başqa) elmdən, inkişafdan bəhs edən ciddi maddə yoxdur, əksinə əksəriyyət surələrdə elmin inkarına həsr olunmuş ayələr var. Təsadüfi deyil ki, xristianların və ya ateistlərin idarəçiliyindən çıxan kimi elmə və təhsilə eyni laqeyd münasibət bərpa olunmuşdur. Sovet vaxtı, xristianların və ateistlərin idarəçiliyi zamanı elm təhsil xeyli inkişaf etdirilmiş, böyük elmi kollektivlər, akademiya, universitetlər, elmi-tədqiqat institutları formalaşmış, elm ocaqlarında əmək haqqı, maliyyələşmə digər qurumlara nisbətən çox yüksək səviyyədə aparılmışdı 

5.2. Dünya ölkələrinə nisbətən müstəqillik illərində elm sahəsində nəyə nail olmuşuq? Elm xərclərinin səviyyəsi indeksləri üzrə hansı yerləri tuturuq? 200 ölkə üzrə elmin inkişafı indekslərinə görə müsəlman ölkələrinin ilk yeri 35-cı yerdən sonra başlayır, əksəriyyət göstəricilər üzrə islam ölkələri içərisində Türkiyə, Malaziya, Ərəb Əmirlikləri gəlir. İnnovasiya indeksi üzrə Azərbaycanın yeri təhlil olunan 127 ölkə içərisində 100 ballıq şkala ilə 30,6 balla 82-cidi, son beş ildə 71-ci yerdən bu səviyyəyə düşmüşdü və getdikcə də pisləşməyə doğru irəliləyir. Maraqlı bir qanunauyğunluq: innovasiya indeksi və bütövlükdə elmin inkişafı ilə ölkələrin inkişafı səviyyəsində düz mütənasib asılılıq. Ən yüksək innovasiya indeksinə sahib ölkə dünyanın ən inkişaf etmiş ölkəsidi, ən aşağı indeks isə ən geridə qalmış ölkəyə məxsusdur. Deməli, elmsiz inkişaf yoxdur, elmin zəifləməsi ölkənin hər tərəfli zəifləməsi deməkdir. İnnovasiya indeksinin aşağı olması maliyyələşmənin də aşağı səviyyədə olması deməkdir. Elm xərclərinin ümumi daxili məhsulda (ÜDM) payına görə də indeks göstəriciləri də eyni meyli təsdiqləyir. Bu indeksə görə dünyada ilk yeri dünya elminin banisi kimi dəyərləndirilən İsrail tutur ”“ 4,5%. İnkişaf etmiş ölkələrin hamısında bu göstərici yüksəkdir, islam ölkələrində və digər geridə qalmış ölkələrdə isə çox aşağıdır. Azərbaycan bu göstərici üzrə 0,2%-lə 91 ölkə içərisində 66-cı yeri tutur. Maliyyələşmə olmayan şəraitdə isə elmdən və inkişafdan danışmaq sadəlövhlük olardı.

5.3. Nail olduğumuz elmi araşdırmalar iqtisadiyyatımıza nə verir, başqa ölkələrlə müqayisədə nə verə bilər? Təbii ki, bu müqayisədə əvvəlki iki müqayisə kimi eyni nəticəyə gəlməyə məcbur edir. Elmə investisiya qoyulmursa, islahatlar aparılmırsa nə məhsulu ola bilər? Müqayisə: 1985-ci ildə Azərbaycan SSR-də yeni texnikanın tətbiqindən 130 milyon dollar və ya 2017-ci ildə müstəqil Azərbaycanda elmə çəkilən məsrəfdən iki dəfəyə yaxın çox iqtisadi səmərə alınmışdır. Hazırda illik çəkilən 71 milyon xərc isə sıfır səmərəliliklə məsrəf olunmuşdur, elmi məhsullarımız 3-5 cüt sayğaclarla məhdudlaşdırılmışdır. Bu müqayisə belə nəticəyə gəlməyə tam əsas verir ki, əgər elmə tutaq ki, 2 milyard dollar xərc çəksək, ən azı 3 milyard dollar səmərə ala bilərik. Halbuki, dünya şöhrətli alimlər təcrübəyə əsasən hesablamışdırlar ki, elm bütün sahələrdən, hətta, neft-qaz, narkotik və ya silah istehsalından daha çox səmərə verir: elmə çəkilən hər dollar məsrəf cari dövrdə minimum 4 dollar səmərə verir, uzaq perspektiv üçün isə səmərə dəfələrlə çox olacaqdır. Hazırda ölkədə elmi və elm tutumlu məhsulların istehsalı da nəzərə çarpmayacaq qədər azdır. Təcrübələrini Azərbaycana tətbiq edə biləcəyimiz elmin inkişafı indeksləri üzrə dünya birinciləri olan Sinqapuru misal gətirək: Sinqapur çox kiçik, hətta cırtdan dövlətlər sırasında gedir, ərazisi 125 dəfə Azərbaycandan, 3 dəfə Bakı şəhərinin ərazisindən kiçikdir, əhalisi 5.6 milyon nəfərdi, heç bir resursu, hətta içməli suyu yoxdur. Elm hesabına dünyanın ən inkişaf etmiş ölkəsinə çevrilmişdir, tək Azərbaycan deyil, Rusiya ilə Azərbaycanın cəmi toplam ixracatından da çox məhsul ixrac edir. İldə yalnız 70 milyard dollarlıq inteqral sxem, 200 milyarda yaxın soft proqramlar, hard İT məhsullar, yüksək texnologiya ixrac edir. Vaxtilə Malaziyadan müstəqillik qazananda iqtisadi və hərbi güc fərqləri Azərbaycanla Rusiya arasında olan fərq kimi idi. İndi müstəmləkə Sinqapur yenə də elm hesabına müstəmləkəçi Malaziyadan xeyli çox iqtisadi və hərbi gücə malikdir. İsrail, Honkong, Cənubi Koreya, Tayvan, Hollandiya, Almaniya, ABŞ və s. elm cəhətdən yüksək inkişaf etmiş ölkələrlə müqayisədə demək olar ki, eyni nəticələri alırıq. Dünya ölkələrinin əksəriyyəti elmi inkişafı eyni təcrübə, eyni metod və eyni islahatlarla almışdılar. 

6. Əlbəttə yəqin ki, dərk edə bilmək qabiliyyətinə malik olan hər birimiz başa düşürük ki, belə davam edə bilməz, 1920-ci ilin acı təcrübəsini təkrar etməmək üçün ölkədə qüdrətli iqtisadiyyat qurulmalıdır, buna isə elmin inkişafında radikal və inqilabi islahatlar aparmadan nail olmaq mümkün deyil. Radikal və inqilabi islahatlar isə birinci növbədə maliyyələşmənin radikal olaraq artırılmasından və maliyyə vəsaitlərinin səmərəli metodlarla istifadəsindən ibarət olmalıdı. Bu günkü maliyyələşmə həcmi və onun istifadə metodları yalnız sosial yardımlaşma xarakteri daşıyır, elm adamlarının acından ölməməsi və elm təşkilatlarının tamamilə çökməməsi üçün verilən vəsait müavinət kimi və müavinət metodu ilə verilən vəsait rolunu oynayır. Bunun nəticəsidir ki, elm məsrəflərinin iqtisadi səmərəliliyi sıfır səviyyəsindədir, ölkədən güclü beyin axını var, elm adamlarında ciddi qocalma gedir, maddi texniki baza 70-80 il əvvəlin səviyyəsinə enmişdi. Bu vəziyyətdən çıxmaq üçün:

6.1. Birinci növbədə, maliyyələşməni böyük sürətlə artırmaq lazımdı. Bu zaman çəkinmək olmaz, çünki, elmə çəkilən hər manat minimum 2 manat, maksimum qat-qat artıq səmərə verəcəkdir. Yəni, bu il elmə iki milyard vəsait yatırsaq, ən azı 4 milyard manat səmərə götürə biləcəyik. 2017-ci il büdcə müzakirəyə çıxarılmışdı, mənim təqdim etdiyim iqtisadi islahatlar proqramının tərkib hissəsi olan bu təkliflərin də indi təqdim olunmasının səbəbi budur. Elmə artırılacaq vəsaitlərin həcmi müəyyənləşdirilməli və gələn ilin büdcəsində təsdiq olunmalıdı. Həm də ayrıca elm islahatları haqqında qanun hazırlanıb parlamentdə təsdiq olunmalıdır. Qanuna bir qədər sonra qayıdacağıq. Bəs maliyyə vəsaitlərinin artım həcmi nə qədər olmalıdı? Dünya ölkələrinin təcrübəsinin tətbiqi zamanı bütün sahələrin islahatları zamanı həmin sahələr üzrə birinci yerləri tutan ölkələrin təcrübəsi götürülmüşdür. Bu sahədə (yəni elm xərclərinin ÜDM-da payı) İsrail birinci yerdə durur, ÜDM-un 4,5%-i elmin inkişafına yönəldir, İsrail kimi kiçicik bir dövlət Rusiya kimi nəhəng dövlətdən elmə 1 milyard dollar çox, 8 milyonluq İsrail 80 milyonluq Türkiyədən isə iki dəfə çox vəsait xərcləyir. Mənim üstünlük verdiyim rəqəm ölkənin zəruri elmi ehtiyacları və İsrailin təcrübəsi əsasında hesablanmış, yəni, ÜDM-un 4,5%-i həcmində olmaqla təqribən 2,7 milyard manat həcmindədir. Əgər bu rəqəmi 1985-ci il Azərbaycan SSR-in səviyyəsində müəyyən etmək istəsək bu rəqəm 505 milyon manat (keçən il 125 milyon manat), İsveçrə kimi hesablasaq 1,8 milyard manat olmalı idi. 

6.2. Pulu ayırmaq hələ işin əsası deyil. Azərbaycan Respublikasının təcrübəsində çox belə hallar olmuşdur: milyardlarla pul vəsaiti ayırılmış və ondan heç bir səmərə alınmamışdı, əksinə bütün pullar yoxa çıxmışdı. ABB-dən yoxa çıxan 15 milyard haqqında hamının xəbəri var. Bu vəsaitlər elmin inkişafına yönəldilə bilsəydi, Azərbaycan dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qalxa bilərdi. 2018-ci ilin büdcəsi ilə bərabər Elmin inkişafı qanunun qəbul olunması vacibdir. Bu qanunla elmin inkişafının radikal islahatlar paketi təqdim olunmalı və yeni ildən tətbiqə başlamalıdır. Qanunla əhatə olunan islahatların əsas müddəaları: 

6.2.1. Prezidentin birbaşa nəzarətində Elm və texnologiyalar Şurasının və ölkənin Baş aliminin ofisinin yaradılması. Şuranın əsas üzvlərinin reytinq cədvəli üzrə top 100 dəxil üniversitetlərdən dəvət olunması, baş alimin ofisinin ölkədə ciddi nüfuza malik alimlərdən formalaşması.

6.2.2. Elmin təşkili və maliyyələşməsi prinsiplərinin müəyyən olunması zamanı qabaqcıl xarici ölkə təcrübəsi kimi İsrail, Sinqapur, Cənubi Koreya, ABŞ, AB kimi ölkələrin təcrübəsinə üstünlük verilməsi məqsədəuyğundur. Elmə ayırılan vəsaitlərin istifadəsində hazırda ənənəvi sosial maliyyələşməyə ayırılan vəsaitin çox cüzi artımla (15-20%) saxlanılması və yerdə qalan vəsaitlərin yalnız qrant, sərbəst maliyyələşmə prinsipi ilə yeni elmi kollektivlərin, elmi inkubatorların, startap, texnoloji istilikxanalar müəssisələrinin yaradılması əsasında (şəffaf tenderlə) ən vacib elmi araşdırmalara yönəldilməsi. Elmi kollektivlərin və digər elmi müəssisələrin rəhbər heyətinin üç nəfərdən ibarət olunması, bunlardan ikisinin yalnız yüksək reytinqli xarici ölkə alimlərindən və birinin yüksək ixtisaslı ölkə alimlərindən formalaşdırılması nəzərdə tutulsun. 

6.2.3. Xaricdən dəvət olunan alimlərin yalnız top 100-ə daxil universitetlərdən, soft və hard transnasional şirkətlərdən, digər elmi-texnoloji müəssisələrdən qəbul olunmasına icazə verilə bilər (belə şirkətlər arasında müsəlman şirkəti yoxdur). Yeni kollektivlərin formalaşması zamanı xaricdən dəvət olunan alimlərə üstünlük verilməsi ilə yanaşı yerli alimlərin seçilməsində xüsusi metodika müəyyən olunmalı, bu proses ciddi ictimai nəzarət altında və tam şəffaflıq şəraitində aparılmalıdır. Birinci növbədə yerli alimlərin dünyanın top (100) elmi-texnoloji müəssisə və təşkilatlarında təcrübə keçməsi və beynəlxalq ünsiyyət dilinin məcburi qaydada öyrədilməsi təmin edilməlidi. 

6.2.4. Əlavə müəyyən olunmuş vəsaitlərin istifadəsi ölkədə yaradılacaq Elm və texnologiya fondu (məsələn İsraildə fəaliyyət göstərən “Yozma” fondu kimi), həmçinin onun üzərindən özəl sektorla birgə yaradılacaq vençur fondları, hətta ciddi nəticə əldə edən alimlər üçün xüsusi elm fondları vasitəsilə tender əsasında şəffaf olaraq həyata keçirilməlidir. 

6.2.5. Elmi istiqamətlər və mövzular, startap müəssisələrin istiqamətləri əsasən dövlət tərəfindən müəyyən edilmiş və görkəmli alimlərin, elmi institutların, universitetlərin əsaslandırılmış təkliflərinə görə müəyyən olunur və maliyyələşdirilir. İlk mərhələdə büdcə hesabına maliyyələşdirilən istiqamətlərə tədriclə özəl daxili və xarici investisiyalar cəlb olunaraq maliyyələşmədə qeyri büdcə mənbələrinin payı artırılır. Ən çox tədqiqat istiqamətləri İT texnologiyaları, Soft tədqiqatları, hərbi sənaye tədqiqatları, fəza texnologiyaları, gen mühəndisliyi, alternativ və nüvə energetikası, materialşünaslıq (xüsusilə neft qaz, bazaltdan kompozit materiallar alınması, neft qazın dərin emalı prosesi), tibb sahəsi, xüsusilə müalicəsi olmayan xəstəliklərin tədqiqi, insan orqanlarının süni yolla yetişdirilməsi, dərman bitkilərinin dərin tədqiqi, kənd təsərrüfatı üzrə tədqiqatlar, özəlliklə, toxumçuluq, süni yetişdirmə, nəqliyyat, sürətli nəqliyyat vasitələrinin hazırlanması, elektrik nəqlinin təşkili, həmçinin politologiya, iqtisadiyyat və s. kimi sahələr olması məqsədəuyğundur. 

6.2.6. Universitetlərin və böyük elmi-texnoloji təşkilatların nəzdində texniki tətbiq menecmenti ilə məşğul olan qurumların yaradılması vacibdir. Keçmiş SSRİ-nin və Azərbaycanın ən böyük problemi irəli sürülən çoxsaylı ideyaların, elmi nəticələrin tətbiqi olmuşdur. Əgər bir ideyanın üzə çıxmasından onun real məhsula çevrilməsi qərb ölkələrində 6-8 ay vaxt aparırsa, Azərbaycanda 10-12 il vaxt götürür, bu müddət ərəfəsində hər hansı ideya 3-4 dəfə mənəvi cəhətdən köhnəlir. 

7. Əlbəttə, tezis formasında verilmiş bu təkliflərdə islahatların bütün hüquqi bazasını vermək mümkün deyil. Bu formada elmi inkişafın tamamilə yenidən qurulması üçün minlərlə səhifədən ibarət qanunvericilik bazası (qanun, fərman, sərəncam, qərar, təlimatlar, metodik göstərişlər) hazırlanmalı və yeni büdcə ilinə qədər istifadəyə verilməlidir, maliyyələşdirmə mənbələri müəyyənləşdirilməlidir. Amma ölkənin taleyində tarix boyu ən mühüm rol oynaya biləcək, ölkəni dərin ümumi böhrandan çıxara biləcək böyük tədbirdi, zənn edirəm, bütün ölkə rəhbərliyi, hökumət, müxalifət, cəmi xalq bu tədbirlərin həyata keçirilməsinə dəstək olacaq. Dünya tarixində elmlə başlayan hər hansı islahatların, tədbirlərin hələ ki, uğursuzluğa düçar olanı olmayıb. Amma elm və texnologiyaların inkişafına söykənən hər bir islahat tədbirləri hər yerdə böyük genişlənmə, inkişaf və bütün sahələrdə güclənmə ilə müşahidə olunmuşdur.

Dərin hörmətlə, i.e.d., professor Saleh Məmmədov
(musavat.com)

“Paşinyanı Dəmirçiyanın aqibəti gözləyə bilər”
“Cənnətdə onunla təkrar qovuşmaq ən böyük arzumdur...”- Sevil Nuriyeva...
Binada yerləşdirilən qurğu ziyarətçilərə qorxu dolu anlar yaşatdı - MARAQLI...+ VİDEO
Universitet tələbələri səhnəyə çıxaraq soyundular – RƏZALƏT...+VİDEO
"Bu terror İranda daxili etnik zəmində münaqişələrin yaranmasına təkan verməkdir"
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
81 yaşlı komiki zorlamaya görə həbs etdilər - FOTO
Dünya
Sənətlər muzeyinin müdhiş görüntüləri - FOTOLAR
Cəmiyyət
Hansı şəxslər dollarla kreditini ödəməyə bilər?- Bank üzrə ekspert...
Dünya
"Buz adam"la bağlı daha bir həqiqət ortaya çıxdı - MARAQLI
Cəmiyyət
"İctimaiyyətlə əlaqələri zəif olduğundan Qida Təhlükəsizliyi Agentliyi effektli iş görə bilmir"
Həftənin ən çox oxunanları
Ata İmam Hüseyn üçün oğlunun başını kəsdi - ŞOK VİDEO (+18)
Bakıda dəhşətli qəza: Ölənlərdən 3-nün kimliyi bilindi - VİDEO (+18)
Düşmən baş nazir Azərbaycanın uca dağlarından birinə belə qalxdı... - VİDEO
“Putin İlham Əliyevdən konkret nə istəyəcək?..” – Ayaz Mütəllibov cavab verir...
“Səməd Səmədov nə oxuyur ki, onun adını “hay-küy”qoymuşam...”
Azərbaycanda mobil telefonların qeydiyyat qaydaları dəyişdi – YENİLİK
“Bu qədər yoxsulluğun olduğu ölkədə lüks bir təyyarəyə minməkdən utanıram" - Prezident...
"Yaxın günlərdə gözləmədiyimiz bir məkanda mütləq terror aktı baş tutacaq" - PROQNOZ
“Nə qədər ki, prezidentin ətrafında iylənmiş məmurlar var, Bakını su basacaq”
"Lotu Quli"dən ismarıc: "Onu diri-diri yandıracam" - ŞOK SƏS YAZISI
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə