Xəbər lenti
25/02/2018 [21:18]:
Sevgilisinin oğlunu təcavüz edib yandırdı - Ana cəsəddən qurtulmağa kömək etdi
25/02/2018 [21:17]:
İraqda 16 türk qadın ölüm cəzasına məhkum edildi
25/02/2018 [21:15]:
Dağdan qopan nəhəng qaya yola düşdü - VİDEO
25/02/2018 [21:03]:
Boğazındakı iynə 19 il sonra çıxarıldı - Fotolar
25/02/2018 [20:52]:
Ermənistan silkələndi
25/02/2018 [20:50]:
Putindən Fransa və Almaniya liderlərinə vacib zəng...
25/02/2018 [20:42]:
TRT Xocalı həqiqətlərini dünyaya yaydı – VİDEO
25/02/2018 [20:39]:
Ərdoğanı mitinq zamanı qorxudan hadisə...- VİDEO
25/02/2018 [20:31]:
Yaralı olaraq uzun müddət xilas edilməyi gözlədi - FOTO
25/02/2018 [20:24]:
İstanbulda Xocalı abidəsinin açılışı oldu - FOTOLAR
25/02/2018 [20:19]:
Çirkli su üçün kilometrlərlə yol qət edirlər - FOTOLAR
25/02/2018 [20:08]:
Kadırovun Latviyaya girişinə qadağa qoyuldu
25/02/2018 [19:55]:
Ərdoğana “Marşal” rütbəsi verilsin - Xalq tələb etdi
25/02/2018 [19:45]:
Əməliyyat zamanı unudulan iynə boğazdan 18 ildən sonra çıxarıldı- FOTO
25/02/2018 [19:42]:
Amerika şirkətinin Laçının Əhmədli kəndində tikdirdiyi məktəb - FOTO+VİDEO
25/02/2018 [19:40]:
"Niva"nın yaradıcısı dünyasını dəyişdi
25/02/2018 [19:39]:
İlham Əliyev Amerika Yəhudi Komitəsinin prezidentini qəbul etdi
25/02/2018 [19:33]:
Əcnəbilər azərbaycanlı qızlarda nələri bəyənmir? - 8 DAVRANIŞ
25/02/2018 [19:21]:
"Biz yazarların çiyninə bu məsələdə çox böyük işlər düşür” - AYB-nin komissiya sədri
25/02/2018 [19:19]:
Rusiya qisasını aldı: Suriyada iki minə qədər Amerika əsgəri məhv edildi
25/02/2018 [19:18]:
"Bu bayraq da bizim bayrağımızdır" - Türk komutandan Azərbaycana jest
25/02/2018 [19:03]:
Soyqırımla bağlı "Xocalının səsi ol" adlı beynəlxalq videoçarx hazırlanıb - VİDEO
25/02/2018 [18:40]:
Xəstəlik əməkdar artisti tanınmaz hala saldı - VİDEO
25/02/2018 [18:34]:
AMİP-in üzv olduğu Beynəlxalq Demokrat İttifaqının (BDİ) Qurultayı keçirildi
25/02/2018 [18:33]:
Yapon alimləri qripi bir günə tam sağaldan dərman hazırladı
25/02/2018 [18:24]:
İlham Əliyev Amerika Yəhudi Komitəsinin prezidentini qəbul etdi
25/02/2018 [18:16]:
Türkiyə “Zeytun budağı”nın birinci mərhələsini başa çatdırdı
25/02/2018 [18:04]:
Sürücülərin DİQQƏTİNƏ: Sabah Bakıda bu yollar BAĞLANACAQ
25/02/2018 [18:00]:
Rusiya müxalifəti küçələrə çıxdı - VİDEO
25/02/2018 [17:59]:
Türkiyə parlamenti Xocalıya görə Ermənistanı pisləyən bəyanat yaydı
25/02/2018 [17:53]:
İki kərgədanın ölüm-dirim savaşı - VİDEO
25/02/2018 [17:53]:
Sənət adamlarının ailələrinin dağılma səbəbləri: “Soyunub kişi ovuna çıxırlar”
25/02/2018 [17:48]:
ABŞ və Avropa meydan oxuya bilmir – Sualtı gəmi böhranı
25/02/2018 [17:42]:
Fransada 2 terror aktının qarşısı alındı
25/02/2018 [17:39]:
"350 min afrinli öz torpağına qayıdacaq" - Baş nazirdən açıqlama
25/02/2018 [17:35]:
İran Suriyada atəşkəs elan edilməsinə qarşı çıxdı
25/02/2018 [17:27]:
Torpaq üstündə dava qanla bitdi - 4 ölü, 2 yaralı
25/02/2018 [17:20]:
“Çempionluq yarışından ayrılmayacağıq” - Fariz Nəcəfov
25/02/2018 [17:19]:
Rusiya hərbi sənayesinin daha bir uğuru: İldırımsürətli pilotsuz helikopterlər...
25/02/2018 [17:17]:
Emrahdan konsert üçün qeyri-adi tələb
25/02/2018 [17:14]:
Daşqınlar nəticəsində 16 nəfər öldü
25/02/2018 [17:10]:
Magistraturaya qəbul imtahanı başa çatdı
25/02/2018 [17:10]:
PYD teror təşkilatının sabiq lideri saxlanılı
25/02/2018 [17:07]:
“Kurtlar Vadisi”nin “Bulut”u Bakıda - Foto
25/02/2018 [17:05]:
TBMM sədri: "Ermənistan rəhbərliyindəki insanlar Xocalı qətliamının törədilməsində iştirak ediblər"
25/02/2018 [17:05]:
Əsəd rejimi Şərqi Qutanı bombaladı - 32 dinc sakin öldü
25/02/2018 [17:03]:
İki dost birləşib cinayət törətdilər - Səbaildə
25/02/2018 [17:01]:
“Ukraynaya qayıtmağa hazıram” - Saakaşvili
25/02/2018 [16:55]:
Generallar Xocalıya həsr olunmuş sərgidə - Foto + Video
25/02/2018 [16:53]:
Ölümündən 2 il ötdü... - Foto + Video
25/02/2018 [16:48]:
Qənirə Paşayeva İstanbulda Xocalı soyqırımı ilə bağlı tədbirdə keçirdi - FOTOLAR
25/02/2018 [16:37]:
42 yaşlı qadın intim videosu ilə şantaj edildi - Cinayət işi
25/02/2018 [16:19]:
XXIII Qış Olimpiya Oyunları başa çatdı
25/02/2018 [16:16]:
ADP imzatoplama kampaniyasına start verdi
25/02/2018 [16:10]:
Türkiyədən dünyaya çağırış: Xocalı faciəsi...
25/02/2018 [16:09]:
Türk ordusunun son zəfəri: Afrinin xəritəsi dəyişdi – FOTO
25/02/2018 [16:07]:
Oğlunu bacısıgilə göndərib sevgilisi ilə görüşən qadın öldürüldü – TƏFƏRRÜAT
25/02/2018 [16:06]:
Tovuzda öldürülən ər və arvadı dəfn edildi
25/02/2018 [15:34]:
Bakının ən məşhur heyvan sığınacağı bağlanır – FOTO
25/02/2018 [14:32]:
"Nə dinlərin, nə filosofların mərhəmətə çağırışı insan oğlunu dəyişdirə bilmədi"
25/02/2018 [14:21]:
"Bütöv Azərbaycan məsələsi Şəhriyarın yaradıcılığında” mövzusunda diskussiya keçirildi
25/02/2018 [14:09]:
“Əlif üçün ağlamıram...” - Milli Qəhrəmanın bacısı
25/02/2018 [13:40]:
Adnan Oktardan şok: Ermənilərlə qardaş olacağıq - Video
25/02/2018 [13:21]:
Sabah hava Bakıda buludlu olacaq, rayonlara yağış və qar yağacaq
25/02/2018 [13:16]:
Şəhid polkovnik-leytenantın 5 yaşlı qızı: "Mənim nə yaşım vardı ki, atam öləndə..."
25/02/2018 [12:52]:
ABŞ İranla uzunmüddətli qarşdurmaya hazırlaşır...
25/02/2018 [12:51]:
Norveç Qış Olimpiya Oyunlarının qalibi oldu
25/02/2018 [12:49]:
Gürcüstanın dövlət idarələrində bayraqlar endirildi
25/02/2018 [12:36]:
Bakının mərkəzində ağır qəza: ölən var
25/02/2018 [12:33]:
Moskvada Dağlıq Qarabağın müstəqilliyi tələb edildi!..- Həmsədr ölkədən daha bir xəyanət...
25/02/2018 [12:16]:
Sualtıdan atılan dronlar, döyüş PUA-ları aviadaşıyıcı - Hindistanın gələcək satınalma siyahısı
25/02/2018 [12:12]:
Jurnalistin bəşəriyyətə sülh arzuları...
25/02/2018 [11:56]:
Bu gündən seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır
25/02/2018 [11:51]:
Bu ölkənin prezidenti ABŞ-a getməkdən imtina etdi
25/02/2018 [11:47]:
"Əsrin fırıldağı" ilə üzləşmiş yüzlərlə zərərçəkmişdən ölkə rəhbərliyinə ŞOK MÜRACİƏT
25/02/2018 [11:36]:
“Azərbaycan xalqının 70 faizi debildir” – AMEA-nın institut direktoru xalqımızı təhqir edib?
25/02/2018 [11:18]:
Namiq Tehranda səhnəyə çıxdı - Əsa ilə - VİDEO
25/02/2018 [11:05]:
Heydər Əliyevə və Azərbaycana atılan güllələr...
25/02/2018 [11:03]:
Kəlbəcər şah idi, Laçın xan, - hanı? Xankəndi xaniman, Şuşa can,- hanı?.. - FOTOLAR
25/02/2018 [10:42]:
"Əgər bu tamaşanın ekranlara çıxışı olsaydı, onlar daha çox qadını xilas edə bilərdi"
Bütün arxiv bir sırada
21/10/2017 [17:20] - Ədəbiyyat - ( 2473 dəfə baxılıb)

Rəsulzadənin şorsatan kişiyə görə "qorodavoy"u döyməsi- Romanın V Fəsli





Gələn il Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək. Moderator.az yubiley münasibətilə hazırlayacağı yazılar silsiləsindən tanınmış şair, publisist, professor Vüqar Əhmədin böyük dövlət xadimi, ADR lideri Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətinə həsr etdiyi "Son nəfəsədək Azərbaycan" romanını fəsillərlə təqdim edəcək.
 
M.Ə.Rəsulzadənin 130 illik yubileyi münasibətilə yazılan romanda arxiv materiallarına və tarixi sənədlərə istinad edilib.

Əsərdə Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqına və torpağına göstərdiyi danılmaz xidmətlər, eyni zamanda başına gələn hadisələr, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla “Azərbaycan Demokratik Cumhuriyyəti”ni yaradanların heyrətamiz vətənpərvərliyi, fövqəladə siyasi fəaliyyətləri, xalqın qeyrətli oğullarının Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsi, “Qafqaz İslam Ordusu”nun Azərbaycanı kafirlər caynağından xilas etmək üçün apardığı ölüm-dirim savaşları, daşnakların, onların başçısı Stepan Şaumyanın və ümumiyyətlə ermənilərin xalqımıza qarşı apardığı soy-qırım siyasəti, Şura hökumətinin vətənimizə gətirdiyi bəlalar öz əksini tapıb. Vüqar Əhmədin bu əsərində oxucular üçün olduqca maraqlı tarixi faktlar, macəralı səhnələr, dramatik löhvələr var. 

V Fəsil- Şorsatan

Artıq iki il idi ki, Bakıda idi. Bu müddət ərzində qədim şəhər ona doğulub boya başa çatdığı Novxanı kəndi qədər doğmalaşmışdı. Bundan da əlavə o artıq Bakının hər guşəsinə bələd idi. Şəhərin elə bir yeri yox idi ki, on altı yaşı təzə tamam olmuş, lakin vaxtından əvvəl yeniyetməlikdən gəncliyə qədəm qoymuş bizim qəhrəman oranı tanımasın. Gənc Bakının tarixi ilə də artıq yaxından tanış idi. Əgər ona bu başı bəlalar çəkmiş şəhər haqqında qırx sual versəydilər, şübhəsiz ki, fikirləşmədən hamısına dəqiq-dürüst, özü də bir az bəzəyərək cavab verərdi. Ümumiyyətlə, Məhəmməd Əmin obrazlı danışığı çox sevirdi, ona elə gəlirdi ki, müəyyən bir hadisəni, əhvalatı, tarixi nəql eləyərkən elə quru-quru danışsan, kimsə maraqlanmaz və yadda qalmaz, lakin rəng verərək söyləsən həm maraq böyük olar, həm də tez yadda qalar. Söz yox ki, bütün bunlar da onun çox həssas bir gənc olmasından, hər şeyə diqqətlə yanaşmasından, heç bir şeyi gözdən qaçırmamasından ibarət idi.
Bir sözlə, on dörd yaşına qədər Abşeron yarımadasının başqa ərazilərindən fərqli olaraq torpağının altı şirin su damarları ilə bol olan, sarı əncirinin, ağ, qara şanısının, kişmişinin misli olmayan, cavanları vurub-yıxmaqda ad çıxarmış, təbiəti göz oxşayan füsunkar Novxanıda mavi Xəzərin sahilində böyümüş Məhəmməd Əmin əhalisinin su qıtlığından əziyyət çəkdiyi, möhtəşəm binaları ilə toyuq hininə bənzəyən daxmalarınn bir-biriylə bəhsə girdiyi, abidələrinin min illərdən xəbər verdiyi, günün iyirmi dörd saatını şah Xəzərin nazladığı Bakını Novxanı qədər sevir, onun qoynunda gəzib dolanmaqdan inanılmaz bir zövq alırdı.
Bu gün də gəzib dolaşırdı Bakını Məhəmməd Əmin. Dəfələrlə qədəm basdığı yerlərə təkrarən qədəm basır, qaynar bazarları, meydanları, başı buluddan nəm çəkən məscid minarələrini, tozlu-torpaqlı, neftə bulaşmış küçələri, min ildən yuxarı yaşı olan abidələri, dəmir arabaya qoşulmuş, dəmir reyslərin üstündə hərəkət eləyən, təxminən on sərnişin aparan atları, kiçik məmurları ora-bura daşıyan iki adamlıq qazalağları, bankirləri, neftxudaları, karxana sahiblərini aparan bərli-bəzəkli faytonları, ağır neft çəlləkləri daşıyan, cırıltısı aləmi bürümüş öküz arabalarını, bir- ucu şərqdə, bir ucu qərbdə görünən, zınqıroclarının səsi həzin bir musiqi ifa eləyən, ərəb ölkələrindən, Hindistandan gələn, güvənlərinin üstündə yırğalanan tacirləri “Qapan dibi”nə, “Quba meydanı”na gətirən dəvə karvanlarını seyr etməkdən doymurdu.
Lakin bu seyr, adi seyr deyildi, o, hər gördüyünü müşahidə şəklində nəzərdən keçirirdi. Ələlxusus da cürbəcür millətlərdən, fərqli zümrələrdən olan insanların bir növ şəklini çəkirdi. Hər kəsi yaxşıca yadında saxlamağa çalışır, öz-özlüyündə mənsub olduğu xalqın nümaqyəndələri ilə qeyri-müslümlər arasında çoxlu fərqli cəhətlər görürdü. O, mənsub olduğu xalqın nümayəndələrinin üstün cəhətlərini görərkən çox sevinirdi. Lakin çatışmayan cəhətlərini, bir sıra xüsusiyyətlərdə başqa xalqlardan geri qaldığını müşahidə edərkən çox pərişan olur, intəhasız bir kədər dünyasına qərq olurdu. Onu məyus edən amillərdən biri, daha doğrusu, ən başlıcası xalqının savadsılzlığı, elmsiz olması, qeyri-müslüm millətlərlə ayaq uzada bilməməsi idi. Bəzən Mollaxana təhsili almış onlarla adamın müsəlmanca divara vurulmuş afişadan heç bir şey anlamaması, bir-birinə baxıb çiyinlərini çəkməsi onu çox mütəəssir edirdi. Lakin bəla tək bu deyildi. Ən böyük dərd müsəlmanlara qarşı olan haqısızlıq idi ki, bu da bizim qəhrəmanın bütün ruhunu yandırıb-yaxırdı.
Gəzə-gəzə gəlib “Karantin” deyilən bir küçəyə çıxdı. Bakının mərkəzi küçələrinin müsəlman adları ilə heç bir əlaqəsi olmaması da onun içini yaxan amillərdən biri idi. Bakının mərkəzi küçələrinin heç biri Bakının qədim müsəlman şəhəri olmasından xəbər vermirdi. Bu da qeyri-müslüm məmurların riyakar bir siyasəti idi ki, gələcəkdə elə təkcə neftini qiyməti tirilyardlarla ölçülməyən şəhərə tamamilə sahib olsunlar.
Gəlib Karantin küçəsinə çatdı. O, burada dəfələrlə olmuşdu, lakin hər dəfə də özü üçün yeni bir şey kəşf eləmişdi. Bu dəfə də kəşf uzun sürmədi. Təxminən əlli il bundan əvvəl Bakının ən varlı tacirlərindən biri olan Xəlil Bəy Türkanın inşa etdirdiyi iki¬mərtəbəli, padşah sarayına bənzəyən imarətin yuxarı fasadının üstündə Çar Nikolayın əksini nəqş eləmişdilər.
Məhəmməd Əmin bunu dərhal sezib olduqca qeyzli halda başını bulayıb yoluna davam elədi. Yeni qarizont küçəsinə çatmamışdan uzaqdan tində yaşlı bir müsəlman kişinin motal şoru satdığını gördü. Acıdığını yalnız indi dərk elədi; “Yarım girvənkə motal şoru pis olmaz.  Yuxarıdakı məhəllədə dağlı xaladan bir dənə təndir çörəyi də alıb vuraram bədənə”,-deyə düşündü. Elə bu vaxt şor satan kişiyə lopabığ bir qaradavoy yaxınlaşdı və nəsə donquldanıb kişinin şor dolu çuvalına möhkəm bir təpik vurdu. Kişi ağlayaraq  qaradovoya nəsə dedi. Bundan acıqlanan qaradovoy əlindəki qamçı ilə kişini döyməyə başladı.
Məhəmməd Əmin buna heç cür dözə bilməzdi. Həmin məkana zaman kəsiyində necə yüyürdüyünü və bir göz qırpımında qamçını qaradovoyun əlindən aldığını özü də bilmədi. Qaradovoy;-Ax tı naqles,- deyib əlini belindəki tapançaya atdı. Lakin Məhəmməd Əmin fürsəti fövtə verməyib qamçını olduqca cəld fırladaraq tapançanı qaradovoydan alıb elə qamçı vasitəsilə ən azı iyirmi addım uzağa tulladı.
Qaradavoy cibindən düdüyünü çıxarıb fit verdi. Məhəmməd Əmin isə şor satan kişinin əlindən tutub götürüldü. Qaradovoy çox şişman idi. Onların arxasıyca qaça bilmədi. Fit səsinə gələn məmurlar isə nə Məhəmməd Əmini, nə də şor satan kişini görmədilər. Bəbirdən çevik olan Məhəmməd Əmin arıqlığdan sümükləri görünən kişini də özü ilə bərabər qaçıraraq xəlvət bir yerə girmişdi. Burada isə məmurlar onların izini belə tapa bilməzdilər.
Şor satan kişi təngənəfəs olsa da, hey qaradovoyu lənətləyir, bığ yeri indi-indi tərləməkdə olan gəncə dua edirdi.

Yaralı olaraq uzun müddət xilas edilməyi gözlədi - FOTO
Çirkli su üçün kilometrlərlə yol qət edirlər - FOTOLAR
Heydər Əliyevə və Azərbaycana atılan güllələr...
Afrindən acı xəbər: Türk əsgəri şəhid oldu
"Əlindən bir şey gəlmirsə ağlamağın, sızlamağın, yazıqlığın kimsəyə bir faydası yox"
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Dağdan qopan nəhəng qaya yola düşdü - VİDEO
Ədəbiyyat
"Biz yazarların çiyninə bu məsələdə çox böyük işlər düşür” - AYB-nin komissiya sədri
Dünya
Yapon alimləri qripi bir günə tam sağaldan dərman hazırladı
Maraqlı
İki kərgədanın ölüm-dirim savaşı - VİDEO
Cəmiyyət
Şəhid polkovnik-leytenantın 5 yaşlı qızı: "Mənim nə yaşım vardı ki, atam öləndə..."
Həftənin ən çox oxunanları
”Budur sizin Ağdam, budur sizin Ağdam! Ha haha ha...” - VİDEO
Azərbaycan sərhədlərində MÜHARİBƏ BAŞLAYIR – Ağ Ev tarixini ELAN ETDİ
Lənkəranski Allahşükür Paşazadəyə yazdığı məktubunda nə istəyirdi?- İstintaq materialları...
“Monte Melkonyan məni maşına mindirib bilmədiyim bir evə gətirdi...” - Səkkiz gün erməni əsirliyində...
Amerikalı konkisürən qızların intim geyimləri hamını çaşbaş saldı - FOTOLAR
“Hər bir erməni qaçqın Azərbaycandan 110 min dollar tələb etməlidir” - Həyasızlığın son həddi...
Lənkəranskinin “Qara bloknot”unda nə yazılmışdı?- Kriminal avtoritetin şəxsi əşyalarından...
Prostat xəstəliklərinin ən asan və pulsuz profilaktikası...
"Üzr istəyirəm, gərək nə qədər həyasız olasan ki, bu qədər həddi aşasan..."
“Ziya Bünyadovu vuranda rusca ana söyüşü söydü” - qatilin qandonduran etirafları
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin