Xəbər lenti
20/09/2018 [23:55]:
Start “11-lik”: Rəşad Sadıqov heyətə salınmadı
20/09/2018 [23:35]:
“Vaxtilə ermənilərlə əməkdaşlıq etmiş adamların da adları açıqlanmalıdır”
20/09/2018 [23:31]:
Məmurdan 1-ci qrup əlilə heyrətamiz məsləhət: "Premium" benzini götürməyi unutmayın..."
20/09/2018 [22:56]:
Binəli Yıldırım Bakıya gəlib
20/09/2018 [22:49]:
Tağıyevin Balkan müharibəsindəki gözəl jesti – Növbəti Azərbaycan-Türkiyə qardaşlığı...
20/09/2018 [22:30]:
UNEC Bakı Fond Birjası ilə memorandum imzalayacaq
20/09/2018 [22:13]:
Beriyanın edamından bəhs edən “canlı” sənədlər, heyrətamiz faktlar - GİZLİ TARİX
20/09/2018 [22:12]:
Ata İmam Hüseyn üçün oğlunun başını kəsdi - ŞOK VİDEO (+18)
20/09/2018 [21:56]:
Gürcüstanda 19 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb
20/09/2018 [21:44]:
Orxan Gəncəbay yenə xəstəxanaya yerləşdirildi
20/09/2018 [21:41]:
Bakıda dəhşətli qəza: Ölənlərdən 3-nün kimliyi bilindi - VİDEO (+18)
20/09/2018 [21:09]:
Deputatdan Meriyaya ciddi İTTİHAM - Yığılan pullar kimlərin cibinə AXIR?..
20/09/2018 [21:08]:
İlyas İsmayılovun qətlə yetirilən oğlu ilə vida mərasimi keçirildi
20/09/2018 [20:47]:
Avropa Birliyi “Facebook”a ultimatum irəli sürdü
20/09/2018 [20:16]:
“Google” Türkiyəyə 15 milyon dollar ödəyəcək
20/09/2018 [20:03]:
Qarabağ azad edilsə, rayonlarda iş olsa... - Bakı da tıxaclardan azad olacaq...
20/09/2018 [19:54]:
Etimad İsmayılovu qətlə yetirən danışdı - Təfərrüat
20/09/2018 [19:40]:
Azərbaycanda xüsusi təyinatlıları belə hazırlayırlar - İLK DƏFƏ
20/09/2018 [19:37]:
Bakıda dəhşətli yol qəzası - 4 nəfər öldü
20/09/2018 [19:06]:
Sabah bu qəsəbələrdə su olmayacaq
20/09/2018 [19:04]:
Birinci vitse-prezident NATO baş katibinin müavinini qəbul etdi - FOTOLAR
20/09/2018 [19:00]:
Elnur Məmmədlinin qohumu medalın bir addımlığında uduzdu
20/09/2018 [18:59]:
Şəhriyar Məmmədyarov ata oldu – FOTO
20/09/2018 [18:35]:
“Mən rüşvətxor məmurlara qarşı mübarizə aparanda ağız-burun əyirlər...”
20/09/2018 [18:34]:
İstanbulda Azərbaycan məktəbi dərslərə belə başladı- VİDEO
20/09/2018 [18:13]:
Arvadını boğan ər hakim qarşısında - Başqa kişi ilə mesajlaşırmış...
20/09/2018 [18:09]:
Prezident NATO baş katibinin müavinini qəbul edib
20/09/2018 [17:52]:
“DTX-nın bu addımı erməni terrorizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir”
20/09/2018 [17:48]:
Yeni açılan məktəbdə sıxlıq yarandı - Şagirdlər dərsə gedə bilmir
20/09/2018 [17:43]:
Medvedev çətin illərlə bağlı xəbərdarlıq etdi
20/09/2018 [17:02]:
Etimad İsmayılov sabah Nardaranda dəfn olunacaq
20/09/2018 [17:00]:
Heç vaxt xərçəng olmayan türk tayfasının sirri - FOTOLAR
20/09/2018 [16:58]:
Məşhur ürək cərrahı Rəşad Mahmudova yeni vəzifə verildi
20/09/2018 [16:48]:
Tramp Paşinyanla görüşməyəcək
20/09/2018 [16:45]:
Merkel və Putin Suriyanı müzakirə edib
20/09/2018 [16:45]:
“Cəhalətin qarşısını yalnız elmlə, savadla almaq olar”
20/09/2018 [16:14]:
Azərbaycan XİN ATƏT-ə çağırış etdi
20/09/2018 [16:12]:
Ronaldunun bacısı: " Qardaşımı məhv etmək istəyirlər"
20/09/2018 [15:50]:
ADPU-nun Filologiya fakültəsinə yüksək bal toplayaraq qəbul olunan tələbələrlə görüş keçirildi
20/09/2018 [15:45]:
Güləşçimiz erməni üzərində qələbə qazanıb çempion oldu
20/09/2018 [15:42]:
Qanunsuz ov edən şəxs cərimələndi
20/09/2018 [15:28]:
Azərbaycanda mobil telefonların qeydiyyat qaydaları dəyişdi – YENİLİK
20/09/2018 [15:24]:
NATO Qarabağda müharibəyə qarşıdır
20/09/2018 [15:06]:
50 tona yaxın kartofda zərərli orqanizmlər aşkarlandı
20/09/2018 [14:53]:
Polşalı mütəxəssis tələbələrimizə seminar keçdi
20/09/2018 [14:51]:
Prezident Ramil Usubovu mükafatlandırdı - FOTO
20/09/2018 [14:50]:
MMP İdarə Heyəti toplandı
20/09/2018 [14:49]:
“Ailəmdən vacib heç nə yoxdur...” - Safura
20/09/2018 [14:47]:
“Təyyarənin Soçi razılaşmasından sonra vurulması təxribat versiyasını ağıllara gətirir”
20/09/2018 [14:44]:
Ermənistanın baş naziri ölkəni xaosa sürükləyir...
20/09/2018 [14:37]:
Rusiya “İl-20” təyyarəsini vurmuş suriyalıları həbs etdi
20/09/2018 [14:34]:
Fuad Ələsgərov: “18 mindən çox partlamamış hərbi sursat zərərsizləşdirilib”
20/09/2018 [14:29]:
Arıçılara hər pətəyə görə subsidiya veriləcək
20/09/2018 [14:28]:
Azərbaycanlı Rusiyada deputat oldu -FOTOLAR
20/09/2018 [14:26]:
DTX ermənilərlə bağlı arxivləri açdı - MÜHÜM SƏNƏDLƏR
20/09/2018 [14:20]:
Səngəçal və Goran stansiyalarında 17 ədəd yoldəyişən qurğu dəyişdirilir
20/09/2018 [14:19]:
Putinin hərbi blokundan Ermənistan rəhbərliyinə cavab verdi
20/09/2018 [14:17]:
Etimad İsmayılovu öldürən Dəmirovun Sabirabadda qohumu qalmayıb
20/09/2018 [14:00]:
Ebru Amerikaya 2-ci dəfə ana olmaq üçün gedib
20/09/2018 [13:58]:
Etimad İsmayılovun cənazəsi bu axşam Bakıya gətirilir
20/09/2018 [13:54]:
Şeyx: " Zəncir vurmağa İmam Hüseyn də razı olmazdı"
20/09/2018 [13:50]:
Ermənistanın sərhəd rayonunun sakinləri ayağa qalxdı... - Paşinyanla görüş tələb edilir...
20/09/2018 [13:47]:
ABŞ Gülənlə bağlı hesabat dərc edib
20/09/2018 [13:34]:
Sabahın havası – Bakıda 27 dərəcə isti olacaq
20/09/2018 [13:32]:
“Vikipediya”da Milli qəhrəmanlarımız haqqında ingilis dilində məqalələr yaradılıb
20/09/2018 [13:32]:
Eldar Əzizov Rasim Quliyevi Bakı Meriyasının Aparat rəhbəri vəzifəsindən azad etdi
20/09/2018 [13:31]:
“Bu yolun açılışı Azərbaycanın iqtisadiyyatına da öz müsbət təsirini göstərəcək”
20/09/2018 [13:30]:
“Qaçqınkom”un sədr müavini ATƏT-in illik görüşündə iştirak etdi
20/09/2018 [13:29]:
UNEC yeni tədris ilinə yüksək göstəricilərlə start verib -FOTOLAR
20/09/2018 [13:26]:
İlham Əliyev “Fatimeyi Zəhra” məscidini öz hesabına tikdirəcək
20/09/2018 [13:24]:
DİN ƏMƏLİYYAT keçirdi: Qətl törədən şəxs meşədə tutuldu
20/09/2018 [13:20]:
"Telekanallarımız abırsız - həyasız "müğənni"lərin, "qaloşlu" adamların əlində olduğundan Azərbaycan ziyalısı görünmür!
20/09/2018 [13:14]:
İrəvan xanlığı ilə bağlı əsərlər erməni və fars dillərində çap olunub
20/09/2018 [13:06]:
"Cavid Qurbanov harda işə başlayırsa, orda yüksəliş və uğur var" - Yubiley təbriki...
20/09/2018 [12:57]:
Prezidentin xüsusi iclasda iştirakı gözlənilir
20/09/2018 [12:43]:
İlyas İsmayılovun oğlunu güllələyən Dəmirov haqda maraqlı FAKTLAR açıqlandı - Qarabağda döyüşüb
20/09/2018 [12:39]:
Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak edib -FOTO
20/09/2018 [12:33]:
Valideynlərini öldürən şəxs qocalar evinə hücum etdi - 2 ölü
20/09/2018 [12:32]:
Sevillə Etimadın böyük sevgi hekayəsi... - “Sonsuza qədər...”
20/09/2018 [12:31]:
Timatinin model sevgilisi hamilədir -FOTOLAR
Bütün arxiv bir sırada
21/10/2017 [19:16] - Cəmiyyət - ( 1557 dəfə baxılıb)

Cümhuriyyət parlamentinin yeganə qadını - Mollaların təhdid etdiyi başıaçıq xanım kim idi?.. - FOTO



Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətindən danışdıqda Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli kimi azsaylı insanların adlarını çəkməklə, onlar barəsində yazıları oxumaqla kifayətlənirik.
 
Lakin həm onların rəhbərlik etdiyi komandanın əksər üzvləri, həm də 23 ay ərzində əvəzsiz işlər görmüş digər şəxslər təəssüf ki, unudulur. Onların arasında ziyalı qadınlar da var. Etiraf edək ki, 1918-ci ilin Bakısında bir qadının ziyalı elitada çalışması bir kişinin bu istiqamətdəki fəaliyyətindən azı on dəfə çətin idi.
 
Cümhuriyyət dövrünün ziyalı qadınları əsasən mədəni-maarifçi, sosial, ictimai sahədə fəaliyyət göstərirdilər. Həm pedaqoji, həm də publisistik fəaliyyətlərinin kökündə maarifçilik missiyası duran bu xanımlar heç də dövrün kişilərindən geri qalmırdılar. Buna səbəb əslində Cümhuriyyət hakimiyyətinin qadın məsələsi və qadın hüquqları istiqamətində apardığı düzgün siyasət idi. Şərqdə ilk dəfə olaraq qadına seçkidə iştirak etmək hüququ verilmişdi. Yeni qız məktəbləri açılır və xanımlar hazır kadr kimi cəmiyyət üçün yetişdirilirdi. Məhz, bu addımlar cımiyyətdə qadının da rolunu artırırdı.

Onlardan biri də”¦
 
Onlardan biri də Şəfiqə Əfəndizadədir. O, Azərbaycan Cümhuriyyəti parlamentinin yeganə qadın əməkdaşı, Cənubi Qafqazın ilk qadın jurnalisti hesab edilir.

Şəfiqə xanım  1882-ci ildə Gürcüstanın tarixən türklərin yaşadığı Cavahetiya bölgəsində, Axalsix rayonunun Azqur kəndində doğulub. Atası Məmmədəmin Şeyxzadə dövrünün tanınmış ziyalısı və müəllimi idi. Övladlarının təhsil alması ilə şəxsən özü məşğul olurdu. Şəfiqə də bacısı Səidə ilə təhsillərini məhz atasından alıb. On dörd yaşında ikən o, Şəki şəhərinə gedir. Burada atasının çalışdığı "Darrüssiyada" məktəbinin nəzdində qızlar üçün açılmış xüsusi qrupda dərs deməyə başlayır. Lakin burada çox qalmır, həmin il Bakıya gəlir. Qadın savadsızlığına qarşı mübarizə aparan ziyalılarla çiyin-çiyinə çalışır.

Bu zaman böyük mesenat, milyonçu Hacı Zeynalabdin Tağıyev Bakıda ilk qızlar məktəbini açır. Bununla da, müsəlman Şərqində qadınların yüksək təhsil almasının təməli qoyulur. Görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanov Məmmədəmin Şeyxzadəyə məktub yazaraq, ondan qızını həmin məktəbdə dərs deməyə göndərməsini xahiş edir. Ata bu dəvətdən məmnun qalır. Ancaq qızının dövlət məktəbində təhsil almadığı üçün belə bir hüququ olmadığını bildirir. Belə olan halda Şəfiqə 1901-ci ildə Tiflisə qayıdır, orada imtahan verir və müəllimlik attestatı alır. Sonra yenidən Bakıya dönür. Rus-müsəlman qızlar məktəbində ana dilindən dərs deyir. 

Mollaların qənimi

Şəfiqə xanım Cümhuriyyət dövrünün ən fəal xanımı hesab olunur. O, ali təhsil almamasına baxmayaraq, həm publisist, həm də pedaqoq kimi çox dəyərli fəaliyyətə sahiblənib. Həmçinin, Cümhuriyyət parlamentində stenoqramçı kimi çalışaraq, orada bütün Azərbaycan qadınlarını təmsil edib. 

Bu xanım mütərrəqqi fikirlərinə görə xeyli təzyiqlərə də məruz qalıb. Məsələn, bir gün yas məclisində kişilərin yığışdığı məkana daxil olur və mollanın qələtini düzəldir. Baxmayaraq ki, o zaman qadının kişi məclisində olması qadağan idi. Amma buna rəğmən Şəfiqə xanım savadsız molla ilə də mübahisə edir ki, bu da məclisdəkilərin hiddətinə səbəb olur.

Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova Şəfiqə xanım barəsində bir məqamı xüsusi qeyd edir: 


“Milli istiqlal hərəkatının yükşəlişində qadınlarımızın da öz payı var. Onlar əsasən  “Nəşri Maarif”, “Nicat” cəmiyyətlərində ictimai, maarifçi və xeyriyyə işləri ilə məşğul olurdular. Cumhuriyyət dövrünün faəl xanımlarından Şəfiqə Əfəndizadəni göstərə bilərik. Qeyd edək ki, həm Şəfiqə xanım, həm də dövrün digər ziyalı qadını Sara xanım qurultayda başıaçıq çıxış edəndə az qala böyük “İsmailiyyə” binası alqışlardan titrəyirdi. İnsanlar bir ağızdan “yaşasın hüruriyyəti nisvan!” deməklə bu iki xanımı alqışlayırdılar. 
Daha sonra Kazanda ümumrus müsəlmanlar qurultayı keçirildi. Orada da Şəfiqə xanım Əfəndizadə, Səlimə xanım Yaqubova iştirak edirdilər.  Şəfiqə xanım həm parlamentdə stenoqramçı işləyir, həm gimnaziyada dərs deyir,  həm də publisistik fəaliyyət göstərirdi. “Şərq qadını”, “Dəbistan” jurnalında çalışıb. “İşıq” jurnalı var idi ki, o Azərbaycanın ilk qadın jurnalı olub”.
 
İctimai fəalların sevimlisi 

Ş.Əfəndizadə həm də ictimai işlərlə də məşğul olurdu. O, Hacının Qızlar məktəbində dərs deyən zaman müəllimə rəfiqələri - Hənifə xanım Məlikova, Səkinə Axundzadə, Sara Vəzirova ilə birlikdə dram dərnəyi yaratmışdı. Eyni zamanda, qızlara teatr mədəniyyəti, aktyorluq sənəti barədə məlumatlar verir, onları o dövrdə çıxan mətbuat xülasələri ilə tanış edirdi.

Şəfiqə xanıç bir müəllimə kimi də, şagirdlərdə Azərbaycan ədəbiyyatına maraq və həvəs yaradırdə. Qızlara nəinki ədəbi əsərləri, dərslikləri oxumağı, eyni zamanda sərbəst, aydın, savadlı yazmağı da öyrədirdi. Gənc qızların yüksək təhsil almasına çalışan Şəfiqə xanım 1910-cu ilədək bu məktəbdə müəllimə işləyib. Fars, rus və ərəb dillərini, Şərq klassik ədəbiyyatını dərindən öyrənib. Eyni zamanda, qadın pedaqoji məktəbindəki müəllimlik kurslarında dərs deyib.

Cümhuriyyət dövrü mətbuatının araşdırıcısı Qərənfil Quliyeva Şəfiqə xanımın fəaliyyətinin çox az öyrənildiyini qeyd edir:

“1917-ci ilin aprelində Bakıda İsmailiyyə binasında Zaqafqaziya müsəlmanlarının qurultayı keçirilib. Qurultayda müxtəlif təbəqələrdən olan kişilərlə yanaşı, cəmi üç qadın - Tiflisdən Sara Talışinskaya, Bakıdan Şəfiqə Əfəndizadə və Sara Vəzirova iştirak ediblər. Fars, rus və ərəb dillərini yaxşı bilən, Şərq ədəbiyyatını mükəmməl öyrənən, Avropa mədəniyyəti ilə yaxından tanış olan Şəfiqə xanımın səlis, aydın və savadlı çıxışı hamını heyran edir. Şəfiqə xanım çıxışının sonunda qadınların maariflənməsi üçün yeni məktəblərin və teatrların açılmasını tələb edir. Onun çıxışı salonda böyük əks-səda doğurur”.

 İki haşiyə

Tarixçi M.Oruclu yazır: "Şəfiqə Əfəndizadə və Sona Talışxanova adlı iki azərbaycanlı qadının çıxışından sonra vəziyyət nümayəndələri qadın məsələsinə ciddi münasibət bildirməyə vadar etdi. Qadınların çıxışından sonra keçmiş Bakı qazısı Ağa Məhəmməd Kərim tribunaya çıxaraq onları şəriət qanunlarına zidd olaraq kişilər qarşısında çıxış etdiklərinə görə mühakimə etdi. Bu zaman bütün zal qızışdı, kimin kimlə savaşdığı məlum olmadı. Maarifpərvər ziyalılar aranı sakitləşdirərək, qadınları gizlincə dal qapıdan cıxarmağa nail oldular".

****

C.Məmmədquluzadənin "Ölülər" pyesi ilk dəfə Bakıda 1916-cı ildə tamaşaya qoyulub. Tamaşa zamanı Şəfiqə xanım salonda bir qadının ağladığını görərək, ona yaxınlaşıb. Nə üçün ağladığını soruşanda qadın "Bu ki mənim həyatımdır, çəkdiyim əzablardır", - deyə həyəcanla cavab verib. 
"Ağlama, bacım. Bu, təkcə sənin yox, bütün Azərbaycan qadınlarının həyatıdır", - deyə Şəfiqə xanım onu sakitləşdirib. Bu hadisə onu çox təsirləndirib. "Açıq söz" qəzetində "Ölülər" pyesi haqqında məqalə yazıb. 

Cümhuriyyət dövründəki çətinliklər

Araşdırmaçı Qərənfil Quliyeva Şəfiqə xanımın AXC dövründəki fəaliyyəti haqqındakı araşdırma yazısında onun xeyli çətinliklər yaşadığını göstərir:

“1918-ci ilin martında ermənilər tərəfindən törədilən mart faciəsi Şəfiqə xanımın da həyatına ağır zərbələr vurub. Bu qanlı olayda Şəfiqə xanımın başına bəlalar gəlib. Bir müddət Qubada, Azqurda və İstanbulda yaşayıb. Lakin Azərbaycanda baş verən hadisələri mütəmadi olaraq izləyib və münasibət bildirib. Azərbaycan Xalq Cümhuriyyətinin qələbəsindən sonra 1919-cu ilin aprelində Bakıya qayıdan Şəfiqə xanım yenidən pedaqoji işinə bərpa olunub”.
 
Son dayanacaq ”“ Sovet dövrü”¦

Amma o, Sovet dövründə də dinc oturmayıb. Bu illərdə də müəllimliklə yanaşı, publisistik fəaliyyətini davam etdirib. 1923-cü ildə nəşrə başlayan "Şərq qadını" jurnalının redaksiya heyətinin üzvü seçilib, jurnalın məsul katibi və bədii ədəbiyyat şöbəsinin müdiri olub. Jurnal o zaman onun haqqında yazırdı: 

"Şəfiqə xanım bütün Zaqafqaziyada ilk Azərbaycan dili müəlliməsi və bununla yanaşı, ilk Azərbaycan qadın jurnalistivə publisisti olmuşdur". 

Tədqiqatçıların yazdığına görə, 1932-ci ilə qədər pedaqoji fəaliyyətlə məşğul olan Şəfiqə xanım Zaqafqaziyada, Qafqazda, Moskvada keçirilən qadın konfrans və qurultaylarında nümayəndə kimi iştirak edirdi. 

Bütün ömrünü Azərbaycan qadınının maariflənməsinə, azadlığına həsr edən Şəfiqə xanım Əfəndizadə 1959-cu ildə Bakıda dünyasını dəyişib.(modern.az)

“Bu yolun açılışı Azərbaycanın iqtisadiyyatına da öz müsbət təsirini göstərəcək”
Pəhriz saxlayanlar buna diqqət etməlidir: Bu, ömrünüzü azalda bilər...
Aşura gününün sirləri - ELMİ-LƏDUN
Qadın müxbir canlı yayım zamanı hücuma məruz qaldı - VİDEO
Rus modeldən qalmaqallı açıqlama: “Putin məni öldürmək istədi”
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Məmurdan 1-ci qrup əlilə heyrətamiz məsləhət: "Premium" benzini götürməyi unutmayın..."
Araşdırma
Beriyanın edamından bəhs edən “canlı” sənədlər, heyrətamiz faktlar - GİZLİ TARİX
Dünya
Heç vaxt xərçəng olmayan türk tayfasının sirri - FOTOLAR
Siyasət
Ermənistanın sərhəd rayonunun sakinləri ayağa qalxdı... - Paşinyanla görüş tələb edilir...
Cəmiyyət
“Elə bil dünya yıxılıb, altında qalmışam” - Sevil Nuriyeva
Həftənin ən çox oxunanları
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Puldan “divar” yaradan məmur həm də 256 məşuqə saxlayırmış - HEYRƏTAMİZ+VİDEO
Bakıda satılan 5 otaqlı evin qiymətinə Braziliyada ada almaq olar - Fantastik qiymət (FOTOLAR)
"Sabah Qarabağda savaş başlasa bizim Bakıda Nuru Paşalara ehtiyacımız olmayacaq, çünki..."
Düşmən baş nazir Azərbaycanın uca dağlarından birinə belə qalxdı... - VİDEO
Paşinyanın arvadı Qarabağda ölən erməni əsgərlərinin analarını topladı - azərbaycanlı analara müraciət olundu
Türkiyə və İsrail barışır, səfirlər geri qayıdır - Bakının da bu barışıqda rolu var...
Fəhlələr namaz qıldıqlarına görə onları işdən çıxaran direktoru “şalvarsız" qoydular...
“5 ildən çoxdur ki, şəhid övladlarına ödənişsiz hazırlıq keçirəm...” - Tanınmış tarix müəllimi
Cinsi münasibətdə olmaqdan imtina edən qadının üzünü doğradılar -FOTOLAR
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə