Xəbər lenti
19/08/2018 [14:38]:
Səməd Seyidov: “Bu sənəd Qarabağ məsələsinin həllinə ciddi təsir göstərəcək”
19/08/2018 [14:37]:
Erməni ekspertlər: "Qızışan siyasi mübarizə Ermənistanın məhvinə səbəb olacaq"
19/08/2018 [14:35]:
Gəncədə şəhid olan polislərin 40 mərasimi keçirilib - FOTOLAR
19/08/2018 [14:29]:
Türkiyədə zəlzələ baş verdi
19/08/2018 [14:27]:
Xətalarımla, günahlarımla, savablarımla, müsbətlərimlə...bu, mənəm...
19/08/2018 [14:19]:
Yığdıqları pulu bölən dilənçilər kadra düşdülər - VİDEO
19/08/2018 [14:11]:
"Xalqımızın mövqeyi Rusiyaya bəlli olsa da, şimal ayısı tutduğunu buraxmaq istəmir"
19/08/2018 [14:01]:
Rövşən Lənkəranskinin qardaşı Şeyx Həmzətlə görüşdü - FOTO
19/08/2018 [13:03]:
"Biriləri sosial şəbəkədə Rəsulzadəni və Elçibəyi fahişələrə məxsus üslubda təhqir edirsə..."
19/08/2018 [12:55]:
"Ermənistanda kim Qarabağda güzəştə getmək istəsə, Dəmirçiyanın aqibətini yaşayacaq"
19/08/2018 [11:52]:
Ayseldən çimərlik geyimində cəsarətli FOTOLAR
19/08/2018 [11:43]:
Bir xəstəxananın 16 tibb bacısı eyni vaxtda hamilə oldu - FOTO/VİDEO
19/08/2018 [11:34]:
Bakıda avtobusda yaşlı qadınla gənc qız arasında əlbəyaxa dava - VİDEO
19/08/2018 [11:15]:
Dünyanın ən ecazkar şəhəri - Vyana Melburnu, Osakanı, Kalqarini geridə qoydu...
19/08/2018 [10:53]:
QKÇP qiyamından 27 il keçdi
19/08/2018 [10:27]:
Lənkəran sakini sinəsinə dəryaz batması nəticəsində ölüb
19/08/2018 [10:21]:
“Sərkisyanın anası günlərlə prezident iqamətgahı önündə qaldı, Köçəryan onu qəbul etmədi”
19/08/2018 [10:18]:
"Təhsili korrupsiyadan qurtarmaq üşün alverçiləri oradan uzaqlaşdırmaq lazımdır"
19/08/2018 [10:18]:
Aktrisadan adına çıxılan yataq görüntüsü xəbərinə üsyan: "Tüpürüm sifətinizə!”
19/08/2018 [10:17]:
Ronaldu “Yuventus”da ilk oyununda rəqibin burnunu sındırdı
19/08/2018 [10:09]:
Messi İspaniya çempionatında 6000-ci qolun müəllifi olub - VİDEO
19/08/2018 [10:06]:
Kələm xərçəngi necə əngəlləyir? - Alimlərdən xəbərdarlıq
19/08/2018 [10:00]:
İranda ölkəyə gələn xarici turistlərin pasportlarına möhür vurulmayacaq
19/08/2018 [09:58]:
Zaqatalada qara pomidor yetişdirildi - VİDEO
19/08/2018 [09:37]:
Qiyamət necə başlayacaq?
19/08/2018 [09:34]:
Terrorçular ABŞ hərbçilərinə hücum etdilər
19/08/2018 [09:22]:
Toylarında Sezen Aksu oxuyacaq
19/08/2018 [09:03]:
Səfir: "Azərbaycan və Çin birgə müəssisələr yarada bilərlər"
19/08/2018 [08:57]:
İranda ölkəyə gələn xarici turistlərin pasportlarına möhür vurulmayacaq
19/08/2018 [08:50]:
Ərdoğan Türkiyə tarixində ən böyük layihədən danışdı
19/08/2018 [08:49]:
Son 6 ayda babasını və əmilərini itirən tələbə dənizdə boğuldu - FOTO
19/08/2018 [08:47]:
Ukraynada raket qurğusu bina ilə toqquşdu
19/08/2018 [08:45]:
Bankların girovu olan mənzillər satışa çıxarılıb - QİYMƏTLƏR
19/08/2018 [08:44]:
Azərbaycan cüdoçusu Minskdə bürünc medal qazandı
19/08/2018 [08:43]:
“KQB” zabiti Azərbaycan səmasında “uçan boşqabdan” danışdı
19/08/2018 [08:38]:
Azərbaycan nefti yenidən 73 dolları ötdü
19/08/2018 [00:34]:
Avstriyalı nazirin toyundan - Fotolar + Video
19/08/2018 [00:18]:
Müşfiqin aldadılaraq repressiya edilən qohumuna verilən ağır işgəncələr- Dəhşətli əzablar və illər
19/08/2018 [00:17]:
Qurban bayramında heyvan kəsimi bu ünvanlarda olacaq - Siyahı
18/08/2018 [23:32]:
İlham Əliyev Ərdoğanı təbrik etdi
18/08/2018 [23:28]:
Sadə üsulla damarları təmizləyib, inanılmaz rahatlıq yaşayın - Bir çox xəstəliklərdən qurtulun...
18/08/2018 [23:01]:
Cəbrayılın işğalından bəhs edən “Kaş gözlərim kor olaydı...” təqdim olundu - FOTO
18/08/2018 [22:11]:
Yaxşılıq et, sən də müqəddəslərdən ol! – ELMİ-LƏDUN ...
18/08/2018 [22:01]:
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası qəbul elan edir...
18/08/2018 [21:52]:
Volodin Ərdoğanla görüşdü
18/08/2018 [21:32]:
"Hər kəs bunun fərqindədir ki, məsələ Ərdoğan məsələsi deyil, məsələ Türkiyə məsələsidir"
18/08/2018 [21:11]:
"Qeyri - adi insanla hər görüş unudulmaz xatirəyə çevrilir..." - FOTO
18/08/2018 [21:10]:
Kəmaləddin Heydərov Səfər Mehdiyevin işdən qovduğu generalı işsiz qoymadı - FOTO
18/08/2018 [21:07]:
Paşinyanın mitinqindən sonra Ermənistanın baş qərargah rəisi Azərbaycana gəldi...- Foto
18/08/2018 [20:50]:
Müsəlman cütlüyün vətəndaşlıq müraciəti rədd edildi - SƏBƏB
18/08/2018 [20:43]:
Türkiyəli məşhur aktyor ayağını kəsdi...
18/08/2018 [20:36]:
Putin Karinin toyunda: Nazirlə rəqs etdi - Foto
18/08/2018 [20:32]:
“Paşinyanın Azərbaycan və Türkiyə tərəfindən maliyyələşməsi iddiası gülüncdür”
18/08/2018 [19:53]:
Bakıda yolun ortasında süpürgəçi qadın keçinib - FOTO
18/08/2018 [19:43]:
Düşmənlə sıfır nöqtəsində: "Azərbaycan əsgərinin boynunda bir xalqın zəfər tarixini yazmaq yükü var" + FOTOLAR
18/08/2018 [19:30]:
Uşaqları intihara sürükləyən "Momo" yeni platformada yayılır - SOS!
18/08/2018 [19:28]:
Dövlət qulluğuna qəbulun nəticələri açıqlandı
18/08/2018 [19:23]:
Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb
18/08/2018 [19:05]:
“İstehlakçıların bilik səviyyəsi ədədi, onları aldatmaq metodları isə həndəsi silsilə ilə artır”
18/08/2018 [18:33]:
Bakıda qonşusunu təpikləyib öldürən şəxsin cəzası dəyişmədi
18/08/2018 [18:31]:
Ərdoğan yenidən AKP-nin sədri seçildi
18/08/2018 [18:28]:
“Extibar, Extibar, ŞTO TAKOYE “BAMBILI”?..”
18/08/2018 [18:23]:
İlham Əliyev Pakistan prezidentini təbrik etdi
18/08/2018 [18:19]:
"Bu cür universitetlə Qarabağın adını hörmətdən salmağa dəyməz"
18/08/2018 [17:58]:
ABŞ-ın qonşularımızla gərginləşən münasibəti Qarabağ probleminin həllinə nə vəd edir?
18/08/2018 [17:49]:
Rəsul Çunayevin rütbəsi artırıldı - FOTO
18/08/2018 [17:47]:
İlham Əliyev yol tikintisinə 11 milyon manat ayırdı
18/08/2018 [17:45]:
Dörd uşaq anasına niyə sosial yardım verilmir? - RƏSMİ CAVAB
18/08/2018 [17:38]:
Alimlər sizin acı xatirələrinizi “silib” yenilərini əlavə etməyi bilirlər
18/08/2018 [16:44]:
Müəllimlərin oxuması vacib olan 13 kitab - SİYAHI
18/08/2018 [16:43]:
Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olan abituriyentlərin nəzərinə -Lazımı sənədlərin siyahısı
18/08/2018 [16:41]:
Qərbi Kaspi Universitetinə qəbul olanların nəzərinə!
18/08/2018 [16:39]:
Beş uşağı üçün öz məktəbini açan ata - “Ad Astra School”
18/08/2018 [16:34]:
Terrorçular ABŞ hərbçilərinə hücum etdilər
18/08/2018 [16:33]:
Bakıda avtomobili piyadalara çırpan sürücü həbs edildi
18/08/2018 [16:32]:
Ərdoğan: "Türkiyəni əzə bilməyəcəklər"
18/08/2018 [16:30]:
Lukaşenko hökuməti “təmizlədi”
18/08/2018 [16:29]:
Qadınlar don geyinərsə... - FOTOLAR
18/08/2018 [16:28]:
Pivə haqqında bilmədiyiniz maraqlı faktlar...
18/08/2018 [15:59]:
Ana və oğlu eyni vaxtda tələbə adı qazandı - FOTO
Bütün arxiv bir sırada
21/10/2017 [22:25] - Siyasət - ( 1107 dəfə baxılıb)

Azərbaycan Milli Hərəkatının ideoloji əsasları...



3. Yazı 

“Tarixi-coğrafi Azərbaycan”ın Türkçülüklə bağlı olması fikrini M.Ə.Rəsulzadə ilk dəfə qismən 1916-cı ilin martından “Açıq söz” qəzetində qələmə aldığı “Məktəb və mədrəsə” silsilə yazılarında, əsasən də həmin ilin oktyabrında yazdığı “Nə Qafqasiya, nə də İran” məqalələrində ifadə etmişdir. O, həmin məqalələrində yazırdı ki, Qafqaz türklərinin özlərini “qafqasiyalı”, “Qafqaz türkü” adlandırıb da Azərbaycanı iki hissəyə bölən Araz çayının o biri tayında yaşayan türklərə “iranlı” kimi yuxarıdan aşağı bir nəzərlə baxmaq ruhumuza sirayət etmiş bir xəstəlikdir. Qeyd edək ki, burada adıçəkilən məqalələrinə qədər Rəsulzadə özü də əsasən “Qafqaz türkləri”, “Qafqaz müsəlmanları”, “İran türkləri”, “İran Azərbaycanı” kəlimələrindən istifadə etmişdir. Yalnız 1916-cı ilin başlarından etibarən həmin anlayışlarla yanaşı “Azərbaycan türkləri”, “Azərbaycan müsəlmanları”, “Azərbaycan türkcəsi” kəlimlərindən də istifadə edən Rəsulzadə “Məktəb və mədrəsə” məqaləsində yazırdı ki, əqrabalıq, dil və ədəbiyyat baxımından “İran Azərbaycanı ilə Qafqasiya Azərbaycanı arasında fərq heç yoxdur”. “Nə Qafqasiya, nə də İran” məqaləsində isə o, açıq şəkildə Şimali Azərbaycanda ya da Qafqazda yaşayan türklərin özlərini Qacarların Azərbaycan əyaləatində yaşayan türklərdən ayrı müstəqil bir etnoqrafik vücud kimi görüb “Qafqaz türkü” adlandırmasını yanlışlıq hesab etmişdir. Türk şöbələri arasında “Qafqaz türkü” ismiylə tanınan etnoqrafik şöbə yoxdur, deyən Rəsulzadə yazırdı: “Azərbaycan türkü, Azərbaycan şivəsi, Azərbaycan ədəbiyyatı var. Ola da bilər. Fəqət Qafqasiya türkcəsi və Qafqasiya türkü olamaz. Bu gün nə “Xosrov Pərvizi” yazan Mirzə Abdullah iranlı, nə də Kazımoğlu qafqasiyaladır. Onların ikisi də azərbaycanlılardır. Birincisinin əsəri, ikincisinin də mütaliəsi nə iranca yazılmış, nə də qafqazca. İkisi də türkcə yazılmışlar. Biz, özümüzü qafqasiyalı sananlar bu həqiqəti bir kərə bilməli və anlamalıyız ki, yurdumuzda mühacir və mehman sifətilə yaşayan “iran”lılar, az bir istisna ilə İran Azərbaycanından gəlmiş iranlılardır. Onların dili də, məişəti də, adət və əxlaqları da bizimkinin eynidir. Başqa dürlü olamaz da.  Çünki hamımız bir kütləninn (Azərbaycan Türkünün) parçası, bir məcmuin hissəsiyiz, xəlq təbrincə, “hamımız bir bezin qırağıyız”, Araz çayının qismən bu, qismən də o tərəfində bulunan türklər, bir kərə bilməlidir ki, nə iranlı, nə də qafqasiyalı bəlkə: azərbaycanlılardır”.
Gördüyümüz kimi, Rəsulzadə “Azərbaycan” milli ideyasını hər şeydən öncə Qafqaz türkləri ilə “İran” türklərini birləşdirən, onların biri-birindən ayrı deyil vahid ulus olması anlamında gündəmə gətirmişdir. Başqa sözlə, Rəsulzadənin irəli sürdüyü “Azərbaycan” ideyasının əsasını Dərbəndən Kəngər korfəzinə, Bakıdan İrəvanadək eyni adət-ənənənyə, əxlaqa, məişətə, dilə, ədəbiyyata sahib olan türklərin vahidliyi, bütünlüyü təşkil etmişdir. Bu mənada Rəsulzadə yazılarında artıq “Azərbaycan türkləri”, “Azərbaycan muxtariyyəti” anlayışlarına geniş yer verir, türk xalqları arasında Azərbaycan türklərinin öz dili, öz ədəbiyyatı, öz adəti olmasını müdafiə edirdi. 1917-ci ilin mayında Moskvada keçirilən Birinci Rusiya müsəlmanları qurultayında digər türk xalqlarıyla yanaşı “Azərbaycan muxtariyəti” ideyasını da irəli sürən Rəsulzadə artıq həmin ilin sonunda “Azərbaycan muxtariyyəti haman bir əmri-vaqe halını almaldır”- deyə, fikrini açıq şəkildə ifadə etmişidr. Bizcə, “Azərbaycan muxtariyyəti” ideyasını ortaya atan Rəsulzadə, bununla da yeni bir Türk dövlətinin adının bəlirlənməsi yolunda ciddi zəmin hazırlamış, eyni zamanda “Qafqaz” türkləriylə “İran” türklərinin ortaq gerçək adını da dəqiqləşdirmişdir: Azərbaycan türklüyü!!! 
“Tarixi-coğrafi Azərbaycan”ın Turanla biri-birini tamamlaması məsələsinə gəlincə, M.Ə.Rəsulzadə 1-ci Dünya müharibəsi dövründə (1914-1918) anladı ki, türklərlə farslara istinadən “ortaq yurd” hesab etdiyi “İran”, ortaq ideologiya saydığı “iranlılıq” üçün savaş türklərə fəlakətdən başqa heç nə verməmiş, bundan qazanan yalnız farsdillilər və onun havadarları olmuşdur. Ona görə də, Rəsulzadə 1915-1916-cı illərdən etibarən siyasi, mədəni, əxlaqi, etnik, adət-ənənə anlamlarda İran və Turan anlayışlarını biri-birindən ayırmağa başladı. Bizcə, İran və Turan anlayışlarının biri-birinə zidd olmasını daha dərindən anladıqdan sonra da, türklər üçün “İran”, “iranlılığ”ın  deyil, Turan və Azərbaycanın önəmli olması qənaətinə gəldi. 
Bu anlamda Rəsulzadənin Novruz bayramı ilə bağlı yazdığı məqalələrdə İran və Turan məsələsini gündəmə gətirməsi, həmin bayramın əslində türklər, o cümlədən Azərbaycan türkləriylə bağlı olmasını müdafiə etməsi təsadüfi deyildi. Rəsulzadə yazırdı ki, türklərin tilsimlənmiş mühasirədən çıxdıqları gün (Ərgənəqon) martın 9-u imiş, moğollar da əski türklərdə martın 9-nu bayram saxlayarlarmış. Demək, Novruz bayramı da əsla türklərə yabançı bir şey deyildir. Rəsulzadəyə görə, Qurd ilə 9 rəqəminə türklərdə, türk asari-tarixiyyəsində böyük bir ehtiram görülür. Rəsulzadə yazırdı: “Türk ənənəsi, türk əsatiri və türklərin imdiki məişətləri Novruzun kəndilərinə yabançı bir şey olmadığını göstəriyor. Bütün Türkistan ”“ bu əski Turan ”“ Novruzu İran qədər bənimsəmişdir. Azərbaycan, bəlli Türkiyə dəxi martın 9-nu ailələr içində mütədəvvəl xüsusi bir ənənə ilə yad edər... Uzun bir vəqt öylə düşünülüyordu ki, bu təsir İrandan keçmişdir. Fəqət, İran ilə Turanın daima biri-birilə vuruşduğu halda, sırf İran ənənəsi olan Novruzun nədən dolayı turanlılar tərəfindən də böylə əzizlənməsi bir az şübhəli idi. Qədim türk və moğol ənənələri və əsatiri haqqında başlamaqda olan tədqiqat ortaya moğollarca məşhur olan “qurtuluş” əfsanəsini çıxarıyor ki, bu əfsanəcə dəmirdən yapılma bir “sədd” vasitəsilə “Ərgənəqon” da hasarlanıb qalmış olan türkləri bozqurd (Pörtəcnə) bu gün xilas etmişdir. Demək ki, bu gün turanlılardan ötrü qurtuluş bayramı olmuşdur”.
Rəsulzadə hesab edirdi ki, bir çoxları 11-ci əsrdə Türk Səlcuqlardan Cəlaləddin Məlikşahın yeni təqvimlər düzəldərək “İran”da Novruz ənənəsini bərpa etməsini, Türk Qəznəlilərdən Sultan Mahmud Səbiktəkinin fars şairi Firdovsiyə, məzmunu iranlıların turanlılar əleyhində icra elədikləri “pəhləvanlıqları” şeirləndirən bir “Şahnamə” yazdırtmaq qəbilindən bir xəta kimi görsələr də, bunu ancaq bu cür dəyərləndirmək doğru olmaya bilər: “Fəqət elmi-fənn sevgilisi olan Cəlaləddini bu fikrə sövq edən gizli və hiss edilməz amillərdən birisi də novruzun turanlılarca bir “qutuluş” günü olduğu ənənəsi olmasın?... Hər halda  gözəl baharın, qışın öldürücü “siyəhcal”ından çıxması ilə turanilərin “Ərkənəqon” məhbəsindən qurtuluşlarına təsadüf edən bir günü elmi və fənni surətdə təyin edən böyük Səlcuq hökmdarı bu xüsusda müvaxizə deyil. Təqdir olunmalı!...”. Deməli, Rəsulzadə iranlıların Novruzuna qarşı turanlıların Qurtuluş gününü ya da Ərgənəqonu irəli sürmüşdür. Bu anlamda Rəsulzadəyə görə Turanlılar üçün mücadilə vermək və mücadiləçi olmaq daha çox önəmlidir: “Turan cinsi təbiət qədər mətin, onun qədər qüvvətlidir. Təbiət o qüvvətilə, o məhəbbətilə əsir qalar da, sonra tazələnməyə, donuşluqdan qurtulmağa ehtiyac göstəriyor. Turan qövmlərindən ötrü də qışlar, donmuşlar sovuqlar vardır. Bunlardan qurtulmaq dəxi kəndilərinə müqəddərdir. Əski moğol əsatiri bu qurtuluşlardan birini martın 9-da sorağ veriyor. Təbiətin bayram etdiyi bu gün turanilərin də qurtuluş günüdür”.
1917-ci ildə və 1918-ci ilin başlarında müstəqil Azərbaycan Türkçülüyünün ya da Azərbaycan Turançılığının əleyhinə olan əsas qüvvələr: 1) rusiyaçılar, 2) ittihadçılar, 3) irançılar idilər. Rusiyaçılar, ittihadçılar, irançılar müxtəlif vasitələrə baş vuraraq öz anlamlarında Rusiya, Osmanlı və “İran”dan kənarda Azərbaycan türklüyünün baş qaldırmasına yol vermək istəmirdilər. Bu məqsədlə də ruslar daha çox sosial-demokratizm, ittihadçılar İslam birliyi, irançılar isə şiəçilik düşüncələriylə Azərbaycan türklərinin yenidən dirilişinə yol vermək istəmirdilər. Bu anlamda Şimali Azərbaycanda Türklərin muxtariyyət ideyası rusları və ittihadçıları, Qacarlarda Güney Azərbaycan türklərinin “irançılığ”a olan rəğbətlərinin azalması isə farsçıları və havadarları ingilisləri rahatsız edirdi.
Məsələn, “Azərbaycan türklüyü” ya da Azərbaycan milli ideyası ortaya atıldığı zaman Şimali Azərbaycanda İslam birliyindən çıxış edən ittihadçılarla “Böyük Rusiya” ideologiyasından qurtulamayan sosial-demokratlar (bolşeviklər, menşeviklər, sosialistlər) birmənalı şəkildə buna qarşı çıxırdılar. “Azərbaycan muxtariyyəti” ideyasını ittihadçılar İslam birliyinin parçalanması, sosialistlər isə Rusiya demokratiyasından ayrı düşmək kimi yozurdular. Azərbaycan milli ideyasının əleyhdarları olan milli ittihadçılarla milli sosial-demokratlar (bolşeviklər, menşeviklər, sosialistlər) bu fikirlərini Azərbaycan Cümhuriyyəti yaranana qədər davam etdirdilər. Yalnız 1918-ci ilin 28 mayında Azərbaycan Cümhuriyyəti adlı yeni Türk dövlətinin bəyanından sonra yavaş-yaşaş milli ittihadçılarla milli-sosial demokratlar da “Azərbaycan” milli ideyasına sahiblənməyə başladılar.
Şimali Azərbaycan türkləri “Azərbaycan” milli ideyasıyla öz mövqeyini gücləndirdiyi dövrdə bu ideyaya qarşı etirazlar Qacarlar dövlətindən, daha doğrusu bu dövlətdə “İran”, “İranlı” adlarıyla pərdələnən irançılardan da gəlməyə başladı. Belə ki, Tehranda nəşr olunan “Novbahar” qəzeti 1918-ci ilin əvvəllərində  yayımladığı saylarının birində Şimali Azərbaycan türklərinin “Azərbaycan” ideyası zəminində Azərbaycan muxtariyyəti uğrunda mübarizə aparmasını tənqid edirdi. “Novbahar” qəzetinin irançı ideoloqlarına görə, Azərbaycan muxtariyyəti ideyası “İran” dövlətinin istiqlalına qarşı olub “İran Azərbaycanı”nı da özünə birləşdirmək niyyəti güdür. “Novbahar” qəzetinin müdiri Məlikşüəra yazırdı: “Qafqaz Azərbaycanı türklərinin islamiyyət evində özlərinə məxsus otaq tutmağa haqqları yoxdur: məgər inke özlərinə məxsus olan otağa bizə, yəni İrana, yainki Osmanlı türklərinə ilhaq edələr”. 
M.Ə.Rəsulzadə “Novbahar” qəzetinin bu iddiasına cavab olaraq yazırdı ki, onların əsas hədəfi “İran dövləti” ya da “İran Azərbaycanı” deyil, Bakı, Gəncə, İrəvan və qeyri əyalətlərdən ibarət olan Qafqaz Azərbaycanı türklərinin muxtariyyəti və istiqlalıdır. Milli ideoloqumuza görə, bu mənada ““Novbahar” müdiri möhtərəm Azərbaycan adından nahaq xof və dəhşətə düşmüşdür... Azərbaycan yüz on il bundan qabaq havayi-ruzigardan təqsim olundu və Araz çayının Şimal tərəfində olan qitələri rus aldıqdan sonra Azərbaycan adını götürüb Zaqafqasiya adlandırdılar ki, Məvarayi-Qafqaz olsun”.
Gördüyümüz kimi, Cümhuriyyət qurulana qədər “Tarixi-coğrafi Azərbaycan”ın Türkçülük və Turançılıqla bağlı olması haqqında müəyyən müddəalar irəli sürülmüşdür ki, bunun da əsas müəllifi Rəsulzadə olmuşdur. Rəsulzadə də Azərbaycan türkçülüyünü ya da Azərbaycan turançılığını birmənalı şəkildə “Rusiya Azərbaycanı”na və “İran Azərbaycanı”na qarşı qoymuşdur. Yəni Rəsulzadənin ortaya atdığı Azərbaycanizmin mahiyyətində artıq Rusiya və “İran” mərkəzlilik deyil, məhz Türklük və Turanlılıq dayanırdı. Başqa sözlə, Şimali Azərbaycan türkləri bir tərəfdən 100 ilə yaxın Rusiyanın işğalı altında olduğu üçün ruslaşdırma siyasətinin qurbanı olmuşlara, digər tərəfdən Qacarlar dövlətinə son vermək niyyətində olan farsçılarla onların təsiri altına düşmüşlərə qarşı mübarizə apararaq Azərbaycan turançılığını müdafiə etmişlər. Üstəlik, Azərbaycan türk aydınları, özəlliklə də Rəsulzadə “Turan Azərbaycanı”, “Türk Azərbaycanı” ideyalarını müdafiə edərkən də bir tərəfdən türkçülük, turançılıq prinsiplərindən kənara çıxmamağa çalışmış, digər tərəfdən isə Türkçülük və Turançılıq içində onun müstəqil varlığını müdafiə etmişdir.
Deməli, 1917-1918-ci illərdə türkçülükdən Azərbaycan milli ideyası ”“ azərbaycançılıq yaranmış, onun nüvəsində də Azərbaycan türkləri başda olmaqla, bütün azərbaycanlılar durmuşdur. Bu baxımdan, hazırda azərbaycançılığı türkçülüyə alternativ olaraq göstərməyin, üstəlik sonuncunu onun tərkibində əritməyin nə tarixi, nə də ciddi elmi əsasları yoxdur. Çünki həmin dövrdə «azərbaycançılıq» anlayışına, ən yaxşı halda türkçülüyün etnik adı - Azərbaycan türkçü¬lüyü kimi müraciət olunmuşdur. Bunu, M.Ə.Rəsulzadə belə ifadə etmişdi: «Millət məhkumluğu acısını dadmış Azərbaycan türkü məhkum millət yaratmaz! Azərbaycan Cüm¬huriy¬yəti övladı¬nı ögey-doğmaya ayırmaz: erməni, rus, yəhudi, gürcü, nemes, polyak və sair azlıqda qalan millətlər Azərbaycan vətəndaşı olmaqla bərabər milli-mədəni muxtariyyətə malik olub, öz dini, milli və mədəni işlərini özləri idarə etməlidirlər». 
Ancaq yeni Türk dövlətinə “Azərbaycan Cümhuriy-yəti” adını verən başda M.Ə.Rəsulzadə olmaqla, milli ideoloqların düşüncəsində nə keçmişə yönəlik türksüz “Azərbaycan tarixi” yaratmaq, nə də gələcəyə yönəlik türksüz “Azərbaycan dili” anlayışnı ortaya atmaq fikri əsla olmamışdır. Rəsulzadə açıq şəkildə yazırdı ki, Azərbaycan Cümhuriyyəti dövlətini, “Azərbaycan Cümhuriyyəti tarixini”, “Azərbaycan Cümhuriyyəti mədəniyyətini”, bu dövlətin Türk dilini, bir sözlə “Azərbaycan” anlayışını Türklükdən, Türk-Turan mədəniyyətindən, Türk dövlətçiliyindən, Türk-Turan tarixindən ayrıca hesab etmək mümkün deyildir.  M.Ə.Rəsulzadə yazırdı: «I Dünya müharibəsindən əvvəlki rəsmi coğrafiyaya görə Azərbaycan, Şimali İranda mövcud olan Təbriz ilə ətrafına deyilirdi. Hərbdən və böyük Rusiya inqilabından sonra dillərdə dolaşan Azərbaycan hazırda Azərbaycanın şimalında Cənubi-Şərqi Qafqasiya qitəsindən ibarətdir ki, mərkəzi Bakıdır. Azərbaycanlılar milliyyət etibarilə türk, din etibarilə islam, mədəniyyəti-əsasiyyə etibarilə şərqlidirlər». 
Eyni zamanda M.Ə.Rəsulzadə yazırdı ki, bu Cümhuriyyət “Azərbaycan” adlansa da əslində bir türk hökuməti, başqa sözlə kiçik Türkiyədir. Deməli, bu ölkənin adının nə cür adlanmasından asılı olmayaraq Azərbaycan Cümhuriyyəti bir türk dövləti, bir türk hökumətidir.  M.Ə.Rəsulzadə «Azər-baycan» sözünə sinonim kimi «kiçik Türkiyə» ifadəsini də bu mənada işlətmişdir. Deməli, «Azərbaycan», «azərbaycanlılar» anlayışları yalnız birinci Dünya müharibəsi dövründə, xüsusilə 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin yaranması ilə «tarixi-coğra¬fi» yaxud da coğrafi məkan, vilayət, əya¬lət anlamlarından kənara çıxaraq siyasi-ideoloji mənada milli ideologiya səviyyəsinə qədər yüksəlmişdir. «Azərbaycan» anlayışının milli ideyalardan birinə çevrilməsi nəticəsində də «Azərbaycan milləti», «Azərbay-can türk milləti», «azərbaycanlı», «Azərbaycan xalqı», «Azərbaycan türk dili», «Azərbaycan türk dövləti» kimi istilahlar  ölkə daxi¬lin¬də və onun xaricində sta-tus qazan¬ma¬ğa başlamışdır. Ancaq burada “Azərbaycan milləti”, “azərbaycanlı”, “Azərbaycan dili” kimi anlayışlar Türk milləti, Türk, Turan vətəni, Türk dili eyniliyindən başqa heç bir anlam kəsb etməmişdir. Çünki Rəsuzladənin təbrincə desək, “Azər¬bay¬can” coğrafiyadan çox milli kimliyi ifadə edir ki, bu ulusun da bir adı var: Azərbaycan türkü!!! Belə olduğu təqdirdə Türklüyün özü olan “Azərbaycan” anlayışından çoxmillətli, çoxmədə¬niy¬yətli, çoxdilli qavramlar ortaya qoymaq kökündən yanlışdır. Quzeyli-güneyli Azərbaycanda bir millət, bir mədə¬niy¬yət, bir dil, bir tarix var: Türk nüvəli Azərbaycan milləti!!!
Ona görə də, “Azərbaycan”nın etnik kimliyi ifadə etməməsiylə bağlı bir çox iradlar olsa da, bütövlükdə onun Türklüyə, Turanlılığa, Oğuzluğa  zidd olmadığı göz önündədir. Bu amildən çıxış edərək “Azərbaycan” kəliməsini dövlət adı kimi təsbitlənməsinə çalışanlar, eyni zamanda türk olmayan etnik azlıqların da “Azərbaycan”a müsbət yanaşacaqlarnı yaxşı bilirdilər və haqlıda idilər. Beləliklə, “Azərbaycan” dövlət adına çevrilməklə bir tərəfdən oğuzluğunu-türklüyünü yenidən ortaya qoyur, digər tərəfdən tarixdəki bütövləşdirici, birləşdirici funksiyasını da davam etdirirdi. Hər halda “Azərbaycan” adlı Oğuz-Türk dövləti dünyanın yeni tələblərinə əsasən yaradılmışdır ki, burada qurucu, əsas nüvə Azərbaycan türkləri olsa da, eyni zamanda milli-demokratik prinsiplərə uyğun olaraq etnik azlıqların maraqları da nəzərə alınırdı.
Bu baxımdan yeni yaranmış dövlətlərin ideoloqlarının bir tərəfdən “Azərbaycan Cümhuriyyəti” türk tarixi, türk ədəbiyyatı, türk mədəniyyəti anlamında onun bir parçası olması kimi varislik prinsiplərini gözləməsi, digər tərəfdən vətən və coğrafiya anlamındakı “Azərbaycan”dan uzaqlaşaraq onu millət və dövlət olaraq ifadə etmələri təsadüfi ola bilməzdi. Hər halda 1918-ci ilə qədər daha çox coğrafi və vətən anlamında qəbul edilən, ancaq Rəsulzadənin sayəsində milli mənsubiyyətinə dönən “Azərbaycan” kəliməsinin “Türk-Oğuz” etnik kimliklə eyniləşdirilməsi, eyni zamanda dövlət kimi ifadəsi keçmişlə bağlılığı ortaya qoymuşdur.
Bütün hallarda “Azərbaycan” kəlməsinin dövlət adı kimi seçilməsi, onun Türk milli kimliyi üzərində ifadəsi təsadüfdən çox, məntiqli bir “yol xəritəsi”dir. Çünki “Azərbaycan” sözü yunan, fars, suriyani mənbələrə görə zahirən coğrafi və ölkə-vətən anlamında Türklüyə yad kimi görünsə belə (halbuki “Azərbaycan” kəliməsi yerli mənbələrdə birmənalı olaraq türklük, oğuzluq, xəzərliklə ifadə olunur), onun xalqının mahiyyət etibarilə Türklüklə bağlı olması Azərbaycan Cümhuriyyəti meydana çıxana qədər əsasən heç kəsdə şübhə doğurmamışdır. Ancaq Azərbaycan Cümhuriyyətinin meydana çıxmasından sonra yeni dövlətin yaşayanlarının türksoylu, irandilli, qafqazdilli ya da digər xalqlardan biriylə bağlı olması barədə fikirlər ortaya çıxmışdır. Bir qədər də dəqiqləşdirsək deyə bilərik ki, əvvəllər tək-tük hallarda Azərbaycan türk xalqının kimliyilə bağlı səsləndirilən fikirlər Cümhuriyyətin quruluşundan sonra özünün kuliminasiya nöqtəsinə çatmış, bu günə qədər də həmin məsələ ətrafında müzakirələr davam etməkdədir.

Dos., Dr. Faiq ƏLƏKBƏRLİ

Xətalarımla, günahlarımla, savablarımla, müsbətlərimlə...bu, mənəm...
"Biriləri sosial şəbəkədə Rəsulzadəni və Elçibəyi fahişələrə məxsus üslubda təhqir edirsə..."
Kələm xərçəngi necə əngəlləyir? - Alimlərdən xəbərdarlıq
"Qeyri - adi insanla hər görüş unudulmaz xatirəyə çevrilir..." - FOTO
Qadınlar don geyinərsə... - FOTOLAR
İdrak Liseyi - Keyfiyyətli təhsil
Nabranda ailəvi istirahət üçün kotec tipli kirayə evlər. Ətraflı məlumat üçün əlaqə nömrələri:

050 311 11 64, 055 681 11 64

N.Tusi adına Klinika
Cəmiyyət
Dünyanın ən ecazkar şəhəri - Vyana Melburnu, Osakanı, Kalqarini geridə qoydu...
Şou-biznes
Aktrisadan adına çıxılan yataq görüntüsü xəbərinə üsyan: "Tüpürüm sifətinizə!”
Maraqlı
Sadə üsulla damarları təmizləyib, inanılmaz rahatlıq yaşayın - Bir çox xəstəliklərdən qurtulun...
Cəmiyyət
Kəmaləddin Heydərov Səfər Mehdiyevin işdən qovduğu generalı işsiz qoymadı - FOTO
Müsahibə
Düşmənlə sıfır nöqtəsində: "Azərbaycan əsgərinin boynunda bir xalqın zəfər tarixini yazmaq yükü var" + FOTOLAR
Həftənin ən çox oxunanları
Yaponların başqa planetdə yaşadığını sübut edən 30 heyrətamiz fakt - FOTOLAR
Ərdoğan Trampa QALİB GƏLDİ: dollar sürətlə düşür
Şagirdlər kütləvi şəkildə dəfn olundular – Faciənin fotosu
Bakıda "moyka"da biabırçılıq: qızı lüt soyundurub maşın yuduzdurdular – VİDEO
“İstanbul təslim olarsa, nə Bakı qalar, nə Astana, nə Daşkənd, nə Aşqabad...” -Fikir savaşı
“Böyükdən kiçiyə qədər onlara tüpürmüşəm...” - Xalq artisti televiziya rəhbərlərini sərt qınadı...
"Səhv etmirəmsə, Şeyxülİslam Allahşükür Paşazadə də Baqramyanla bərabər gəlmişdi"
Hadi Rəcəbli barəsində yazanlara xəbərdarlıq etdi: “Bu qədər şərəfsiz hərəkət etmək olmaz”
FHN generalının otellər şəbəkəsi üzə çıxdı - FOTO
Azərbaycandan 1000-dən çox erməni Paşinyanın mitinqinə yollandı...- Fotolar
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə