Xəbər lenti
25/02/2018 [00:48]:
“Nə olar Allahım, məni qaytar o günə...” Aprel Şəhidimizin son mahnısı - VİDEO
25/02/2018 [00:42]:
Makedoniyalı siyasətçi: "Xocalı soyqırımı Ermənistana ləkədir"
25/02/2018 [00:25]:
Mədət Quliyev DTX rəisini təqaüdə göndərdi
25/02/2018 [00:06]:
"Əlindən bir şey gəlmirsə ağlamağın, sızlamağın, yazıqlığın kimsəyə bir faydası yox"
25/02/2018 [00:06]:
Bürclər - 25 FEVRAL
24/02/2018 [23:49]:
"Televiziyalarımız Cümhuriyyəti deyil, şou-biznes mövzularını işıqlandırmağa maraqlıdırlar"- Akif Aşırlı
24/02/2018 [23:25]:
Mənsimov: "Xocalı soyqırımı türk adını daşıyan hər kəsin problemidir"
24/02/2018 [23:09]:
Qış Olimpiadasında kişi çılpaq soyundu və.... FOTO
24/02/2018 [22:25]:
Somalidə iki partlayış nəticəsində 38 nəfər öldü
24/02/2018 [22:18]:
Göygöldə oğul anasını bıçaqladı
24/02/2018 [22:10]:
Belçikanın Gent şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi
24/02/2018 [22:09]:
Azarkeşlər “Neftçi”nin oyunundan narazı qaldılar
24/02/2018 [22:06]:
Polislər qan verdi - Fotolar
24/02/2018 [22:04]:
6 yaşlı Zəhranın gözlərinin biri göy, digəri qaradır - Dünyada nadir hadisə+ Video
24/02/2018 [22:00]:
Sumqayıtda dəhşətli intihar - Özünü 14-cü mərtəbədən atdı
24/02/2018 [21:40]:
Şirvanda SİLAHLI İNSİDENT: Güllə ayağndan girdi...
24/02/2018 [21:20]:
Xərçəngdən qorunmaq üçün nələrə diqqət etməliyik...
24/02/2018 [21:10]:
Ermənistan müdafiə naziri qaçaraq Qarabağa gəldi - FOTO
24/02/2018 [21:07]:
Vatsapa rəqib - "Viber" messencerində 3 YENİLİK
24/02/2018 [20:41]:
Azərbaycanda yükdaşıma xidmətləri bahalaşıb
24/02/2018 [20:24]:
Məktəbli Nyu-York Universitetinin 1 milyon dollarlıq qrantının qalibi oldu
24/02/2018 [20:08]:
Ermənistanda YPG-İŞİD sığınacağı: Rusiya XKX rəhbəri İrəvanda nələri müzakirə etdi?
24/02/2018 [19:57]:
Goranboyda gənc qadın müalicə məqsədi ilə yod içərək zəhərləndi
24/02/2018 [19:55]:
Bərdədə teplovozla yük avtomobili toqquşdu - FOTO
24/02/2018 [19:46]:
İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alındı
24/02/2018 [19:34]:
“Erməni həkim yaralarımıza baxıb dedi ki, bunları nə günə qoymusunuz...”- Səkkiz gün erməni əsirliyində...
24/02/2018 [19:29]:
Ev və maşınlarını satıb dünya səyahətinə çıxdılar -Azərbaycana da gələcəklər
24/02/2018 [19:27]:
Son sutkada 58 terrorçu öldürüldü - 37-ci günün hesabatı
24/02/2018 [19:25]:
Kiyevin Borispol Hava Limanında növbəti ERMƏNİ HƏYASIZLIĞI - VİDEO
24/02/2018 [19:22]:
22 təyyarə qəzasında cəmi 2 adam xilas oldu
24/02/2018 [19:15]:
“Ermənilər yüz meyitə od vurub, yandırdılar…” – Xocalı qətliamı erməni və xarici jurnalistlərin dilindən...
24/02/2018 [19:12]:
Ərdoğandan sərt Afrin açıqlaması: “Vicdansızlar, əxlaqsızlar, Türkü bu şəkildə kirlədə bilməzsiniz”
24/02/2018 [19:08]:
İran faciəvi qəzadan sonra bu təyyarələrlə uçuşları dayandırdı
24/02/2018 [19:04]:
Qərbi Kaspi Universitetində Startup Günləri keçirildi
24/02/2018 [19:02]:
Arıqlamaq istədi, həyatını itirdi
24/02/2018 [19:00]:
Trampın məsləhətçisi ruslarla işbirliyini etiraf etdi
24/02/2018 [18:58]:
Ukrayna Saakaşvilinin sığındığı ölkəyə müraciət etdi
24/02/2018 [18:52]:
Şanlıurfadə Azərbaycan küçəsi və Qarabağ parkı təklifi dəstəkləndi
24/02/2018 [18:38]:
DİN “Səni axtarıram”ın yaydığı məlumatı təkzib etdi -"Ucuz şoudan başqa bir şey deyil..."
24/02/2018 [18:34]:
Prezident təhsil infrastrukturunun inkişafı ilə əlaqədar sərəncam imzaladı
24/02/2018 [18:27]:
Gəncədə mərmi aşkarlandı
24/02/2018 [18:20]:
İlham Əliyev Küveytin əmiri və hökumət başçısına təbrik məktubu ünvanladı
24/02/2018 [18:11]:
Ağdamda yerli sakinin avtomobilində at əti aşkarlandı – FOTO
24/02/2018 [18:10]:
Azərbaycanlı tələbə İsveçrədə keçirilən idman yarışında qalib oldu - FOTOLAR
24/02/2018 [18:09]:
Azərbaycanda tələbələrin təqaüdləri artırıldı
24/02/2018 [17:56]:
Bakıda liftdə köməksiz qalmış 3 nəfər xilas edildi
24/02/2018 [17:55]:
Hindistanlı cərrahlar dünyada ən böyük beyin şişini çıxarıblar - FOTO
24/02/2018 [17:52]:
Bakıda mənzildən kişi meyiti tapıldı
24/02/2018 [17:26]:
"Qarabağın səsi" adlı rəsm əsərlərinin sərgisi keçirildi
24/02/2018 [17:16]:
Seçkilərdə müşahidəçilərin sayı 51-ə çatdı
24/02/2018 [17:13]:
Akif Nağıya imza vərəqələrini vermək istəmirlər
24/02/2018 [16:51]:
“Valideynlər uşaqlarını rus bölməsinə “moda” xətrinə qoyurlar” - Ekspert
24/02/2018 [16:49]:
Azərbaycanda daha 2 nəfərin prezidentliyə namizədliyi təsdiqləndi
24/02/2018 [16:38]:
Tramp Rusiyanın Suriyadakı hərəkətini rüsvayçılıq adlandırdı
24/02/2018 [16:30]:
"Səhnədə oynamaq istədiyim daha heç bir rol qalmayıb"- Arif Babayev
24/02/2018 [16:22]:
Bakıda 25 nəfər hamilə qadını döydü - VİDEO
24/02/2018 [16:05]:
Şəhid atasının medalını alan oglu hər kəsi kövrəltdi -"Vətənə xidmət edirəm..."
24/02/2018 [15:42]:
Əhməd Zakayev: "Putin Ukraynanı buna görə cəzalandırdı"
24/02/2018 [15:41]:
Brent markalı neft 67 dollara satılır
24/02/2018 [15:36]:
"Leyli və Məcnun"a aid film çəkilsə, məmuniyyətlə, baş rolu ifa edərəm" - Mənsum İbrahimov
24/02/2018 [15:33]:
XİN və Baş Prokurorluq Xocalı soyqırımı ilə bağlı birgə bəyanat yaydı
24/02/2018 [15:27]:
Bakıda I sinfə gedəcək şagirdlərin çoxu sənədlərini təqdim edib
24/02/2018 [14:50]:
“Taliban” azı 25 hərbçini qətlə yetirdi
24/02/2018 [14:45]:
Yanğında meyitləri tapılmış ər-arvadın qətlə yetirildiyi məlum oldu
24/02/2018 [14:26]:
Emomali Rahmon Azərbaycana gələcək
24/02/2018 [14:23]:
“Köçəryanı, Ohanyanı məsuliyyətə cəlb etmək üçün kifayət qədər əsas var” - Erməni deputat
24/02/2018 [14:23]:
Ramil Usubov Şirvanda vətəndaşları qəbul etdi
24/02/2018 [14:19]:
Trampın yaxın adamı Rusiya barədə ittihamları qəbul etdi
24/02/2018 [14:17]:
“Dedim dərəbəyilikdir, döydülər” – 25 nəfər hamilə qadını xəstəxanalıq etdi – VİDEO
24/02/2018 [14:16]:
Şimali Koreyanın “Gözəllər ordusu” - Nəğmələr və təbəssümlər arxasında rejim təbliğatı...
24/02/2018 [14:07]:
Leyla Əliyeva oğlu ilə salat hazırladı - VİDEO
24/02/2018 [14:04]:
Nardaran sakini silahını təhvil verdi
24/02/2018 [14:03]:
Tələbələrə ŞAD XƏBƏR – Güzəştli kreditlər veriləcək
24/02/2018 [13:57]:
Xocalıda şəhid olan milli qəhrəmanın həyat yoldaşı: “Son gülləsi bitənə kimi döyüşüb, sonra əsir düşüb” (FOTO, VİDEO)
24/02/2018 [13:51]:
Azərbaycanlılar xaricdə mülk alır - Ölkələrin adı
24/02/2018 [13:32]:
Ümumilikdə 560 minə yaxın şəxsin müavinətləri artırılacaq
24/02/2018 [13:06]:
Jirinovski: "Vurulan hər təyyarəyə görə bir baza məhv edəcəm"
24/02/2018 [13:06]:
Əfv üçün müraciət edənlər ən çox bu cinayətləri törədib - SİYAHI
24/02/2018 [12:59]:
Qənirə Paşayeva Şanlıurfada Xocalı soyqırımı ilə bağlı konfrans verdi
24/02/2018 [12:55]:
“33 yaşımda ərə getdim, gecikmişəm” -Gülyanaq Məmmədova
Bütün arxiv bir sırada
21/10/2017 [23:42] - Ədəbiyyat - ( 870 dəfə baxılıb)

Zirvədən geriyə baxanda...



Məncə, “Qaçaqa甝 sadəcə avtobioqrafik roman deyil, örnək həyat yaşamış bir MÜDRİKin zirvədən geriyə baxanda alın açıqlığı, baş ucalığı, ruh rahatlığı ilə xatırladığı şərəfli ömür kitabı ”“ tale kitabının unudulmaz  səhifələridir...

Seçilmişlər, seçkin insanlar - İlahi nurdan pay almış sənətkarlar, böyük şəxsiyyətlər öz zamanlarının yetim övladlarıdır. Bu ömrü yaşamaq olduqca əzablıdır. Yazıya pozu olmadığını bilə-bilə, “əlinə daban daşı alıb alnına yazılanları pozmağa çalışsan da”, görürsən ki, bu taledən qaçış da yoxdur. Hara qaçırsansa, yenə də bu işığa, bu taleyə doğru yön alırsan. Qaça bilmədiyi tale - işıq həqiqi ürək, böyük mənəviyyat sahibini bütün şərəfli ömrünü həsr elədiyi özünütəsdiq sahəsinə gətirib çıxarır. Sənətkar ömrü ”“ şəxsiyyət ömrü beləcə başlayır. Bu ömür ona dünyanı hamının gördüyü kimi görməyə imkan vermir. Hamı kimi olmağa, hamının gördüklərini görməyə nə var ki?! Hamının görmədiyini görməkdi sənətkar olmaq... Daha duyarlı olmaq daha çox əzabla yaşamaq deməkdir.

Lev Tolstoy “bədii təxəyyül xəstə təxəyyüldü” deyirdi. Bu mənada, bəxtinə “Tanrı vergisi” düşən seçilmiş insanların ”“ şairlərin, yazıçıların, rəssamların və s.  hamısı “xəstədi”, bu dünyanın adamı deyil və bəlkə də, əsil sənətkarlıq - seçkinlik elə bu dünyada o “ilahi xəstəliyin” qulu olmaqdı. Sənətkar ilahi vəhyin pıçıltılarını çatdırmalıdı, gözəl bir əsər ortaya qoymalıdı ki, beynindəki o iltihab təmizlənsin. Seçilmiş olmaq hər dəqiqə bu “ilahi xəstəlikdən” sağalmaqdan qorxa-qorxa, öz canındakı o xəstəliyi sevə-sevə, əzizləyə-əzizləyə bəsləyib becərməkdi, bəlkə də... 

Seçilmiş olmaq... Sənətkar taleyi yaşamaq... Əzabları ilə gözəldir. Ağrıları ilə doğmadır. Bu ömrün ağrısını, əzabını, sevincini, sevgisini qələmə almaq bu taleyi sözə çevirmək də bir ayrı gözəllikdir. Milan Kundera yazır ki, hər bir sənətkar özünə avtobioqrafiya yazmalıdı, yazmalıdı ki, onun örnək olası həyat yolunu adi insanlar oxuya, öyrənə bilsinlər. Yazmalıdı ki, nəsillərin həyatında, tərbiyəsində o avtobiqrafik məzmunlu əsərlərin də sənətkarın öz şəxsiyyəti və bütün yaradıcılığı qədər böyük əhəmiyyəti olur.
 Həqiqətən də, sənətkarın yetişdiyi mühiti öyrənmək, müşahidə etmək, onun hansı şəraitdə böyüdüyünü, nələrin uğrunda nələrdən keçdiyini bilmək, bütövlükdə adi bir insanı şəxsiyyət kimi yetirən bir ortamı dərk və təhlil etmək olduqca mühüm bir məqamdır. Əgər adi bir oxucu hər hansısa bir yazıçının avtobioqrafiyası ilə tanışdırsa, onun bir çox əsərlərində bu avtobioqrafiyadan irəli gələn məqamların bu və digər formada açıldığını və bədii həllini tapdığını görmüş olacaq. 
Sergey Yesenin yazırdı: “Tərcümeyi-hal yazmağa ehtiyac hiss etmirəm, çünki ömür yolum şeirlərimdir”. V.Q.Belinski isə: “Sənətkarın şəxsiyyəti birinci planda durur, biz ancaq onun vasitəsilə hər şeyi qəbul edib anlayırıq...” - deyirdi və buradan da bədii əsərdə avtobioqrafizmin vacibliyi bir daha aydın görünür.
Sergey Yesenin dediyi kimi, əgər Seyran Səxavət “Qaçhaqa甝, “Daş evlər”, “Bəhanə”, “Palıd toxumu”, “Yüz ilin kişisi”, “Rəmiş”, “Ağrı”, “Ağdamda Qədir Rüstəmovla atüstü söhbət”, “Persona non Qrata” və s. kimi avtobioqrafik məzmunlu əsərləri yazmasaydı belə, təkcə onun şeir yaradıcılığı, yaratdığı orijinal poetik nümunələr müəllif haqqında tərcümeyi-halda yazılanlardan daha çox şeyi demək və ədibin bədii portretini bütün çalarları ilə canlandırmaq gücündə idi... Amma bütün bunlara rəğmən Seyran Səxavət nə yaxşı ki, həmin əsərləri qələmə aldı. Çünki bu əsərlərdə biz təkcə Seyran Səxavətin deyil, həm onunla eyni ədəbi- mədəni mühitdə külüng çalan, yazıb-yaradan müasirlərinin, yazıçı və şairlərin, xanəndə və incəsənət adamlarının, bir sıra ictimai xadimlərin  obrazını, və onların şəxsində, timsalında ümumiləşən, bötövləşən, mühitinin, yaşadığı zamanın fövqündə dayanan böyük şəxsiyyətlərin obrazını görmüş oluruq.  
Dünya ədəbiyyatında və eləcə də, milli ədəbiyyatımızda xüsusi aktuallıq kəsb edən şəxsiyyət və mühit, fərd və cəmiyyət, dünya ”“ insan ”“ tale ”“ zaman mövzusu Seyran Səxavət qələmində də özünəməxsus çalarları ilə diqqəti çəkməkdədir. 
Şəxsiyyət və mühit probleminin ən parlaq boyalarla işıqlandırılması baxımından Seyran Səxavətin əsərləri içərisində “Qaçhaqa甝 romanı da xüsusi yer tutmaqdadır.  Roman müəllifin öz kəşməkəşli həyatından bəhs edir və müəyyən mənada avtobioqrafik səciyyə daşıyır. 
Azərbaycan ədəbiyyatında ilk avtobioqrafik əsər Əfzələddin Xaqaninin qələminə məxsusdur. Xaqaninin “Töhfətül-İraqeyn”, Füzulinin “Şikayətnamə”, Abbasqulu ağa Bakıxanovun “Miratül-cəmal”, Sultan Məcid Qənizadənin “Məktubati Şeyda bəy Şirvani”, Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı”, Məhəmmədhüseyn Şəhriyarın “Nişapurda günəş batarkən”, “Gecənin əfsanəsi”, “Qardaşım oğlu Huşəngə”, İlyas Əfəndiyevin “Geriyə baxma, qoca”, “Üçatılan”, İsmayıl Şıxlının “Cəbhə gündəlikləri”, Mir Cəlalın “Yaşıdlarım”, akademik Məmməd Cəfər Cəfərovun “Xatirələr”, Vidadi Babanlının “Gizlinlər”, Balaş Azəroğlunun “Ömürdən ötən illər”, Anarın “Kərəm kimi...”, Sabir Azərinin “Tələbə məhbusun etirafları”,  Ağarəhim Rəhimovun “Yaddaşda yaşar xatirələr” və s. əsərlər avtobioqrafik məzmunlu bədii nümunələrdir. Seyran Səxavət də sələflərinin və müasirlərinin bu işini olduqca böyük uğurla davam etdirir. Ədibin “Qaçhaqa甝 romanı da bioqrafik nəsrin ən uğurlu nümunəsidir.
Romanda yazıçının içindən çıxdığı kənd mühitindən, ailəsindən, atası Əsgər kişi, anası Zərif xanım, babası Bəylər Dədə və qohumlarından, doğma kəndi ilə bağlı uşaqlıq xatirələrindən, orta və ali məktəb illərindəki tələbə dostlarından ”“ Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətlərinin həyatından, yazıçının keçirdiyi sarsıntılardan, yaşadığı, içində bulunduğu mühitlə barışa bilməməsindən, bu barışmazlıqdan dolayı üzləşdiyi hadisələrdən, iztirablarından və uşaqlıq, gənclik sevgisindən, səmimi  duyğularından bəhs olunur. Son dərəcə oxunaqlı, axıcı, şirin, nağıl dilində, layla havasında yazılmış bu romanda bapbalaca kənd uşağının ”“ Sarının bu qəliz dünyanın labirint kimi dolanbac yollarında özünü necə axtarmasından, tapmasından və təsdiq etməsindən söhbət açılır. Romanı oxuduqca biz yazıçının mənəvi dünyası ilə yaxından tanış oluruq. 
“Qaçhaqa甝 romanının baş qəhrəmanı balaca Sarı yazıçının özüdür. Həssas qəlbli, hər şeydən təsirlənən mənəvi işığa və insan xoşbəxtliyinə can atan bu uşağın ətrafındakı adamlara, hadisələrə münasibəti gələcək yazıçının ilkin dərin humanizmini və mənəvi keyfiyyətlərini əks edirdi. Yazıçının bütün yaradıcılığından qırmızı xətt kimi keçən xeyirxah bir nağıl romantikası, lirizm, gözəlliyə sevgi, qəddarlığa, şərə, eybəcərliyə nifrət hissləri Sarının simasında öz əksini tapır. Bunlar yazıçının yaradıcılıq dünyasının mənəvi bünövrəsi idi. 
Milan Kundera doğru deyirmiş: “hər bir yazıçı özünə avtobioqrafiya yazmalıdı. Yazıçının özünə yazdığı bioqrafiyası ilə əsl bioqrafiyası bir-birinə elə qarışmalıdır ki, oxucular nəyin doğrudan baş verdiyini, nəyin uydurma olduğunu anlamasınlar”. Bu mənada, Seyran Səxavətin yazdığı “Qaçhaqa甝 romanı da Milan Kunderanın dediyi kimi, əsl bioqrafiyadı, avtobioqrafizmlə zəngin romandı. Romanda yazıçının təkcə yaşadığı olaylar deyil, eyni zamanda arzusunda olduğu mühitin, toplumun da təsviri öz bədii ifadəsini tapmışdır. Elə əsl yaradıcılıq da məhz budur. Əslində, yazıçı gözəl yalanların gerçək olmasını istəyən və arzularını insanlara fakt kimi təqdim edən adamdır. Yazıçının ustalığı da bunu yaxşı bacarmağındadı.
Kitabın əvvəlində müəllif yazır: “Bu əsər “Daş evlər”, “Palıd toxumu”, “Nekroloq”, “Yəhudi əlifbası”, “Bəhanə” romanlarından sonra yazdığım altıncı romandır. Özüm haqqında yazmışam; uşaqlıq illərindən tutmuş 1973-cü illərə qədər; mən yazmasaydım kim yazacaqdı ki... Bir də məni, mənim özümdən yaxşı kim tanıya bilər axı?....
Sözüylə, əsərlərinin dərin məzmunu, incə lirizmi, rəngarəngliyi ilə ədəbiyyatımızda xüsusi yeri olan Seyran Səxavəti müasirlərindən fərqləndirən məqamlardan biri də mövzularını real həyatdan götürməsidir. 
Müsahibələrinin birində Seyran Səxavət deyir: “Mənim əsərlərimdə sujet yoxdu, varsa da, bu, psixoloji, assosiativ süjetdi. Yaratdığım obrazların da yarıdan çoxu həyati obrazlardı, təsvir etdiyim, qələmə aldığım hadisələrin böyük əksəriyyəti öz yaşadıqlarımdı, başıma gələnlərdi, həyatımın müəyyən fraqmentləridi”. Qeyd etmək istərdik ki, “Qaçhaqa甝 romanındakı obrazların da, demək olar ki, hamısı həyatdan götürülüb. Əsərdə baş verən hadisələr reallığı, həqiqətə uyğunluğu ilə diqqəti çəkməkdədir. Bu əsər orijinal kompoziyası, mövzu, məzmun, obrazlar qalereyası, milli mahiyyəti, özünəməxsusluğu ilə seçilir və burada avtobioqrafiklik bədii sistem təşkil edir. Əsər boyu keçmişlə müasirliyin harmoniyası, yaxın və uzaq keçmişə bədii ekskurs müşahidə olunmaqdadır. Müəllif bu romanı yaşadığı dövr və müasiri olduğu insanlar haqqında tarixi və psixoloji həqiqət kimi qələmə almışdır. 
Romanın əvvəli belə başlanır: “Hamı qaçhaqaçdadı. Bərk qaçhaqaçdı; düz sözdən qaçırıq, vicdandan, qeyrətdən, namusdan, insafdan, övladdan, valideyndən, ölkədən, məbəddən, işdən... Allahdan... Yaman qaçhaqaçdı, Allah axırını xeyir eləsin... 
Daha sonra hadisələrin geniş epik lövhələrlə təsviri başlanır. Əsərin ekspoziyası balaca Sarının “qara kağız” almasının təsviri ilə başlanır. Bu “qara kağız” ona müharibədən yox, məktəbin direktoru Savalan müəllimdən gəlmişdi. Uşaqlığından bədii yaradıcılığa meyilli olan Sarı “Qazaxıstandakı xam torpaqlar haqqında” haqqında geniş bir hekayə yazmış və oxumaq üçün Savalan müəllimə vermişdi. Savalan müəllim isə hekayəni “bədii cəhətdən zəif” hesab edərək, balaca Sarını ruhlandırmaq əvəzinə, həvəsdən salmışdı: “Hörmətli şagird! Sənin Qazaxıstandakı xam torpaqlara həsr etdiyin hekayəni oxudum. Sənin bədii yaradıcılıqla məşğul olmaq istəyin yaxşı haldır. Amma yaratdığın obrazlar sünidir, inandırıcı deyil. Hekayən bədii cəhətdən zəifdir. Məsləhət görərdim ki, qaça-qaça Qazaxıstana gedib xam torpaqlardan deyil, elə öz kəndimizdən yazasan. Axı, sən Qazaxıstanı görməmisən, ancaq kəndimizi yaxşı tanıyırsan, qarış-qarış gəzmisən, hara gedirəm, qabağıma çıxırsan. Çox ağır yükün altına girmisən. 21 mart 1956-cı il, Yağlıvənd kənd orta məktəbinin direktoru Savalan müəllim”. 
 Amma o, oxumaq, yazmaq məqsədindən dönməmişdi. Balaca Sarı yazdığı hekayələri təkcə Savalan müəllimə verməklə kifayətlənmir, həm də oxunmaq, çap olunmaq üçün Bakıya - Azərbaycan Yazıçılar İttifaqının ünvanına göndərirdi və poçtalyonun bütün məktublara gətirdiyi cavab da eyni olurdu. Bakıdan yeniyetmə “yazıçıya” gələn məktublar Savalan müəllimin verdiyi cavablardan heç də fərqlənmirdi. Kənd camaatı isə bu məktubların içində nə yazıldığını bilmədiyi üçün hamı Seyranı öz uşağına nümunə göstərirdi. Seyran Səxavət demişkən, “bu məktubların içi özünü yandırırdı, çölü bütün kənd camaatını...” Nəhayət, bir gün onun əsərlərinin “bəxti açıldı”, məktəbin pedaqoji kollektivi, eləcə də rayonun hörmətli, adlı-sanlı adamları onun yaradıcılığına yüksək qiymət verdilər. Və bu xoşbəxt hadisədən sonra balaca Sarının yolunun ulduzu parladı və böyük yaradıcılıq yoluna qədəm qoymağa can atdı. Romanda Seyran Səxavət onu dünyaya gətirən, böyüdüb boya-başa çatdıran valideynlərindən, babası Bəylər dədədən, anası, xanımlar xanımı, analar anası, müəllimlər müəllimi ”“ dünyanın ən zərif qadını - Zərif xanımdan ”“ Zərif anadan, atası Əsgər kişidən geniş bəhs edir, onların adını, əziz xatirəsini böyük rəhmətlə anır. 
“Qaçaqa甝 Seyran Səxavətin ömür yolunu işıqlandıran bir roman olmaqla yanaşı, həm də bizə ədibin yaşadığı tarixi-ictimai dönəm, şərait haqqında xeyli informasiya vermiş olur. Romanda Seyran Səxavətin gəncliyi, tələbəliyi ilə bağlı maraqlı bir hadisə diqqəti cəlb edir. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində oxuduğu zaman bir müəllim Seyran Səxavətə haqsız yerə töhmət verir. Bu haqsızlıq Seyran Səxavəti bərk narahat edir. Şair təbiətli bu gənc başını aşağı salıb “Töhmət” adlı bir şeir yazır və altdan qeyd edir ki, Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasına ithaf edirəm: 
Bəs mənim xalqıma kim töhmət verib
Xalqım hansı dərsi pozub görəsən?! 

Növbəti dərsdə - “Azərbaycan tarixi” dərsində tələbə yoldaşları şeiri oxuyarkən dəftər əldən-ələ gəzir və həmin şeir tarix müəllini Şamil Məmmədbəylinin əlinə keçir. Şamil müəllim şeiri oxuyur və deyir ki, “dərsdən sonra evə getmə, sənə sözüm var”. Seyran Səxavət yazır ki, o dövr elə bir dövr idi ki, belə şeir yazdığına görə adamın atasını yandırardılar. Amma Şamil müəllim o cür çətin, hamının bir-birindən ehtiyat etdiyi, soyuq suyu üfürə-üfürə içdiyi bir vaxtda dedi ki, oğlum, mən də sənin fikrindəyəm. Amma yenə də belə şeylər yazanda da, danışanda da çox ehtiyatlı ol. 
 
“Qaçhaqa甝 romanı gerçək olayların, həyat müşahidələrinin yazıçı istedadı, bədii təxəyyülü ilə qovuşmasından, birləşməsindən yaranmışdır. Müəllif romanda fərdi yaşantıları ilə yanaşı, yaşadığı dövrün mühüm ədəbi-ictimai, sosial-mənəvi problemlərini də işıqlandırmağa, həmin problemlərə ayna tutmağa çalışmışdır. İncə yumorla, xoş ovqatla yazılmış bu əsərdəki bir sıra epizodlar oxucunun gözləri qarşısında o dövrün ədəbi mühitini canlandırmış olur. Seyran Səxavətin yaradıcılığının kamil cəhətlərindən biri də odur ki, yazıçı öz əsərlərində keçmişi müasirlik qədər yaşada bilir, tarixiliklə müasirliyin harmoniyasını yaradır, yaşanmış hadisələrə, keçmişə bədii ekskurs etmək, ona bu günün gözüylə baxmaq Seyran Səxavətin mövzu dairəsinin genişliyindən, mürəkkəbliyindən və zənginliyindən xəbər verir. 
 
“Qaçaqa甝 romanının müxtəlif fəsillərində Seyran Səxavətin müasiri olan, zəmanəsinin böyük şəxsiyyətlərindən ”“ Yusif Səmədoğludan, Ramiz Rövşəndən, Oljas Suleymenovdan, Andrey Bitovdan, Yevgeni Yevtuşenkodan və başqa görkəmli simalardan söhbət açılır. 
Böyük şəxsiyyətlər yaşadıqları zamana və mühitə sığmaz, onlar hər daim zamanın fövqündə dayanar. Şəxsiyyət zamanın qəliblərinə boyun əyməz, qəliblərə oturmaz, əgər belə olarsa, o da adi adamlardan ”“ xorda oxuyan sıra nəfərlərindən birinə çevrilər. Adi insanı şəxsiyyət səviyyəsinə ucaldan məhz onun bu bənzərsizliyidir. Əgər insan azadlığını təslim edərsə, bu öz ruhunda fərar etməyə bənzər. Şəxsiyyət zamanla əlbəyaxa olan, azad ruhunu zamanın hörümçək toruna bənzəyən qanunlarına tabe etdirməyəndi. 
Əhməd bəy Ağaoğlu “Sərbəst insanlar ölkəsində” əsərində yazırdı ki : “Azad ola bilməkdən ötrü güclü olmalısan. Yalanlara əyilməməlisən. Çünki yalan zəiflərin, qorxaqların işidir. Yalan həqiqəti gizlətmək üçündür. Həqiqət gizlədilən yerdə yalançı inanclar hakim olur. Azadlıq şüurun cövhəridir, şüur da insandır”. Deməli, buradan da anlayırıq ki, azadlıq insanın cövhəridir, azadlıq bu dünyada insanın sahib ola biləcəyi ən böyük dəyərdir. Azadlıq olduqca dəyərli vergidir və buna sahib olmaq üçün fikir təmizliyi, əməl təmizliyi, söz təmizliyi kimi ülvi keyfiyyətlərə sahib olmalısan.
Seyran Səxavət özü olduqca azad düşüncəli şəxsiyyət olduğu üçün  əsl insan olmaq üçün və şəxsiyyət kimi formalaşmaq üçün birinci meyar azadlıq ruhunun olduğunu qeyd edirdi.  Elə “Qaçaqa甝 romanının Yusif Səmədoğluya həsr olunmuş fəsli də bunu birbaşa sübuta yetirir. Mərhum yazıçı, böyük insan Yusif müəllim o zamanlar “Ulduz”  jurnalının baş redaktoru olanda Seyran Səxavət jurnalda nəsr şöbəsinin müdiri vəzifəsində çalışırmış. Ədibin “Allahın mənə verdiyi paydı Yusif Səmədoğlu” adlandığı roman içində povest şəklində qələmə aldığı hissədə Yusif müəllimin necə yüksək insani keyfiyyətlərə sahib olmasından, uşaqla uşaq, böyüklə böyük kimi rəftarından, ülfətindən, məhəbbətindən söhbət açılır. O, bütün işçilərinin “qağa” deyə müraciət etdiyi və doğma qağa kimi sevdiyi, hörmət etdiyi bir şəxsiyyət idi. Əsərin əvvəlindən sonunacan yazıçı Yusif Səmədoğlunun ruhani azadlığından böyük şövqlə söhbət açır, hətta kommunist rejiminin ən kəskin vaxtlarında belə onun daxili azadlığını heç nəyə dəyişməyən “demokatiya nümunəsi” olduğunu vurğulayır : 

“Kommunist rejiminin zınqırovlu vaxtında baş redaktorumuz Yusif Səmədoğlu əsl demokratiya nümunəsi idi. Azərbaycan xalqı azad olmamışdan xeyli qabaq Yusif müəllim bizə azadlıq vermişdi. Və dediyim kimi, özü də bu azadlığın içində idi” 
Otto Veyninger “Cins və xarakter” əsərində bir məqama toxunur ki, böyük şəxsiyyətlərin yaşadıqları zamanla çox vaxt heç bir bağlılığı olmur. Sanki o zamanın həmin adama aidiyyəti olmur. 
Bu məqamı “Kütlə psixologiyası” əsərində bir az daha dəqiqləşdirən Qustav Le Bon yazır ki, yüksəklərdə yaşayanlar kütlənin tələblərindən xəbərsiz olurlar və onlar heç vəchlə kütləviləşə bilmirlər.
Yusif Səmədoğlu da yazıçı Seyran Səxavətin qeyd etdiyi kimi, heç zaman kütləviləşməyən, milyonlarla eyniyyətin arasında öz içindəki fərdiyyəti və bənzərsizliyi qoruya bilən adam idi. Söhbətlərin birində Səməd Vurğunun kiçik oğlu Vaqif Səmədoğlu deyir ki, Yusifin heç vaxt uşaqlığı olmayıb, onun uşaqlığı kitabların arasında keçib. Yazıçı Seyran Səxavət əsərdə buna olduqca mükəmməl bir cavab tapır, bəli, Yusif təbiətdə bir adamın uşaqlığı ola bilməzdi.
“Xalq kütləsi olduğu kimi kütləvi uşaq kütləsi də mövcuddur. Uşaq kütləsinə məxsus olmayan xalq kütləsinə də məxsus ola bilməz ”“ Yusif Səmədoğlu məhz belə adam idi. O, nə uşaqlığında, nə də yaşlı vaxtlarında kütləviləşmədi, fərd olaraq qaldı. Zaman, zamanın içində mühit, mühitin içində yaşam tərzinin içindəki sapmalar onu kütləyə çevirə bilmədi və Yusif Səmədoğlu bütün bunların mərkəzində dikəlib bir fərd olaraq boy göstərdi”.
Roman boyu xatirələrini ağ kağıza köçürdükcə “ötən günə gün çatmaz, calasan günü günə” düşüncəsilə  köks ötürən Seyran Səxavət Yusif Səmədoğlu ilə ən sevincli günləri paylaşdığı kimi, ən kədərli anların dərd ortağı olduğunu da dilə gətirir. Yazıçı atası Əsgər kişinin son nəfəsində Yusif müəllimin onun yanında olmasını, bu ailəni tək qoymamasını sanki bu ağır günlərdə arxasında bir dağ dururmuş kimi qiymətləndirir. 
Bu fəsildə müəllif Şuşada Səməd Vurğunun 80 illik yubileyini keçirmək üçün Bakıdan Şuşaya yola düşən qatarda işıqlı insanlarla ”“  Cabir Novruz, Elçin Əfəndiyev, Tofiq Bayram, Cəmil Əlibəyov, Söhrab Tahir, Məmməd Araz, İsa İsmayılzadə, Fikrət Sadıq, Vaqif Cəbrayılzadə, Nurəngiz Gün, Zakir Fəxri, Taleh Həmid, Əhəd Muxtarla olan yol yoldaşlığından, səfər xatirələrindən də söz açır.
Seyran Səxvət bəzən xatirələrdən ayrılaraq ədibin özünü və bütövlükdə cəmiyyətimizi narahat edəcək taleyüklü məsələlərə də toxunur, münasibət sərgiləyir. Bilirik ki, o zamanlar “Az i ya” əsərinə görə Oljas Öməroviç Süleymenovu böyük tənqidlərə məruz qoydular, amma o hər zaman yazdıqlarını şərəflə müdafiə etdi və bir cümləsini də dəyişmədi. 
20 yanvar faciəsi zamanı da bizimlə birlikdə olan ilk qələm adamı Oljas Süleymenov olmuşdu, hətta Kremlin Qurultaylar sarayında Azərbaycanın müdafiəsinə qalxmışdı. Bu faciədən 20 il keçəndən sonra qırğız yazıçısı Çingiz Aytmatovdan müxbir həmin hadisələrə münasibət bildirməyini istəyəndə Çingiz müəllim təəccüb və çaşğınlıq içində “20 yanvarda Azərbaycanda nə olmuşdu ki?”, - deyir. 
“Sıravilərin günahı sıravi, nəhənglərin günahı nəhəng olur. Türk oğlu türkün, nəhəng yazıçının günahından doğan bu dərdimi özümlə torpağın altına aparacam”, - deyə təəssüflənir Seyran Səxavət. Və bu böyük səhvi, laqeydliyi, unutqanlığı, biganəliyi Çingiz Aytmatov çəkisində bir türk yazarına heç cür yaraşdıra bilmir. 
Qanlı yanvar hadisələri zamanı Oljas Süleymenov Azərbaycanın xalqının yanında və dərdinə şərik olduğu qədər, Rəsul Həmzətov bu hadisələrin fonunda “Rusiya quyruğu” və “Ermənistan qırıntısı”  kimi yadda qalır. Seyran Səxavət ürəyiyumşaq və bağışlayan xalq olduğumuzu nəzərə alaraq çox haqlı olaraq Çingiz Aytmatov və Rəsul Həmzətovun mövqeyini ortaya qoymaqla bizə doğruları göstərmiş olur. 
Əbu Turxan “adamların böyüklüyü, əslində, onların ideyalarının böyüklüyü ilə ölçülür”, Belinski isə “ən böyük, ən səhvsiz tənqidçi zamandır”, - deyirdi. Əlbəttə ki, əsrlərin üzərindən boylananda zaman hər şeyin doğru qiymətini verəcək və  tarixin yaddaşında hər kəsin layiq olduğu yeri və ünvanı göstərəcək. 
Romanın “Allah istəsə” adlı fəslində yazıçı “Ədəbiyyat və incəsənət” qəzetində işlədiyi illərdən və o zaman jurnalda onunla birlikdə çalışan Camal Yusifzadə, Yusif Əzimzadə, Sabir Əhmədli, Sirus Təbrizli, Davud Nəsib, Ayaz Vəfalı, İsa İsmayılzadə, Sabir Almazov, Sabir Məmmədov, Abbas Abdulla, Məmməd Əkbər və digər həmkarlarından məhəbbətlə söhbət açır. O adamların hərəsini bir xüsusiyyəti ilə: Ayaz Vəfalını həddindən artıq ehtiyatlı olması, Davud Nəsibi həlim, xoşxasiyyətliliyi və yaxşı “vurmağı”, Sabir Əhmədlini ciddiliyi, ağsaqqal kimi yerində, ölçülü-biçili olması, İsa İsmayılzadəni istedadı, vətənpərliyi, “Türkmənçay-Gülüstan” müqavilələrinə görə oğlunun adını Araz qoyması, Camal Yusifzadəni nəcibliyi, alicənablığı, Məmməd Əkbəri isə heç zaman köhnəlməyən kişilərdən olmağı ilə xatırlayırdı. 
“Məmməd Əkbərə köhnə kişi demək olmazdı, çünki o heç zaman köhnəlmədi, ona qədim kişi demək daha düzgün olardı və Allaha da xoş gedərdi, o redaksiyamızın, paytaxtımızın, ölkəmizin yox, dünyanın ən azad adamlarından idi və bu dünyanın, bu aləmin ona qətiyyən dəxli yox idi”.
Cənubi Koreya rejissoru Çan Don Linin “Poeziya” adlı maraqlı bir filmi var. Filmdə ədəbiyyat, şeir, poeziya həvəskarı olan insanlara yaradıcılıq kursu keçirlər. Kursun dinləyicisi olan bir qadın müəllimə deyir ki, şeir yazmaq necə də çətindi. 
Şair-müəllim isə cavabında ona deyir: “Şeir yazmaq çətin deyil, o şeiri adama yazdıracaq ürəyə sahib olmaq çətindir. Gözəl, maraqlı yaza bilmək üçün sevgi ilə dolu böyük ürəyə sahib olmalısan. Yazar əlinə qələm götürməmişdən və masanın üstündəki çırağı yaındırmamışdan əvvəl ürəyini yandırmalıdır.” Dahiyanə cavabdır. Həqiqətən də, şairin, yazıçının qələminin məhsulu olan hər bir möhtəşəm əsər zəngin yaradıcılıq təcrübəsinin, böyük ürəyin, ağır zəhmətin məhsuludur. Bu mənada, Seyran Səxavətin hekayələrindən, esselərindən tutmuş romanlarınacan bütün əsərləri gözünün və qəlbinin nurundan yaranmışdır və bu əsərlər sözün həqiqi mənasında oxucunu mənəvi işığa doğru yönəldir. Haqqında bəhs etdiyimiz “Qaçhaqa甝 romanı da məhz belə əsərlərdəndir. Ümumiyyətlə, söz adamının, sözün missiyası insanın daxili aləmini müsbətə doğru dəyişdirmək, onu daha kamil, üstün mərtəbəyə qaldırmaqdır. Seyran Səxavət də bu işin öhdəsindən sözün həqiqi mənasında şərəflə gəlməkdədir.  
Marina Svetayevanın maraqlı bir fikri var: əsl, həqiqi sənət əsəri böyük gərilmənin məhsuludur. İstedad nə qədər yazmağı yox, nə qədər “gərilməyi bacarmaq”dır. Əgər  hər hansı bir əsəri “gərilmədən” rahatca yazsan cild-cild kitabların olacaq, lakin yazdıqlarının heç biri sənət nümunəsinə çevrilə bilməyəcək. Əsərə əbədiyaşarlıq qazandıran da bu “gərilmə”dir. Bu mənada, Seyran Səxavətin əsərlərinin heç biri sakitcə masa arxasında yazılan əsərlər deyil, Svetayevanın qeyd etdiyi kimi, böyük gərilmənin məhsuludur.
Seçilmiş insanın ”“ şəxsiyyətin hər hansı mühitə uyğunlaşmaması, yaşadığı məkana və zamana sığmaması təkcə bizim dövrümüzdə deyil, tarixin bütün mərhələlərində həllini tapmayan problem olmuşdur. Belə adamlar cəmiyyətin ayaqlaşdığı yaşam şərtlərinə uyğunlaşa bilməz, çərçivələri darmadağın edər. 
Bu mənada Seyran Səxavət zamana sığışmayan, yaşadığı cəmiyyətin, zamanın və mühitinin fövqündə dayanan sənətkardır.
Seyran Səxavət yaradıcılığı çağdaş Azərbaycan nəsrinin ən mühüm ədəbi hadisələrindən biridir. XX əsrin 70-ci illərindən başlayaraq Azərbaycan nəsrini dəbdəbədən, şüarçılıqdan, süni pafosdan, təsvir və təhkiyə bəsitliyindən uzaqlaşdırmağa nail olmuş Seyran Səxavət nəsrimizə mövzu, ideya, məzmun və forma yeniliyi ilə səciyyələnən nəfəs gətirmişdir.
Yazıçının yaradıcılıq dünyası bütövlükdə zəngin daxili aləmin, sistemli bədii təfəkkürün, dünyagörüşün güzgüsüdür və Azərbaycan nəsrində ayrıca bir mərhələ kimi qiymətləndirilməlidir. Çünki Seyran Səxavət yaradıcılığı klassik Azərbaycan nəsri ilə çağdaş nəsri arasında etibarlı mənəvi körpü rolunu oynayır. 
Seyran Səxavət çağdaş Azərbaycan bədii nəsrinin ən məhsuldar yaradıcılarından biri olaraq mənəvi ”“ əxlaqi və sosial ”“ psixoloji problemlərin bədii planda araşdırılması və inikası ilə diqqəti cəlb edir. Onun hekayə, povest və romanları, bütövlükdə bədii nəsri müasir ədəbi prosesi izləmək baxımından çox maraqlı nəticələrə gəlməyə imkan yaradır.
Ədibin bənzərsiz fərdi üslubu, fərqli yazı tərzi, özünəməxsusluğu, orijinal istedadı, əsərlərində qaldırdığı problemlərin aktuallığı, yaradıcılığına məxsus dərin humanizm, fəlsəfilik, psixoloji dərinlik ilk qələm təcrübələrindən başlayaraq bu günə qədər geniş oxucu kütləsinin və ədəbi-elmi ictimaiyyətin diqqətini daim özünə cəlb etmişdir. Şair, nasir, publisist və dramaturq kimi geniş oxucu auditoriyası, rəğbəti və sevgisini qazanan ilə Seyran Səxavətin çoxjanrlı və çoxşaxəli yaradıcılığını müasir ədəbi tənqid daim diqqətlə izləmişdir. 
Seyran Səxavət həyatın geniş sosial mənzərəsini deyil, onun insan mənəviy¬yatın¬da doğurduğu konkret, retrospektiv cəhətlərini işıqlandırmış, nəsrin müxtəlif janrlarında mövcud cəmiyyətin tipik mövzularını, problemlərini, milli və ümumbəşəri məsələlərini, mürəkkəb insan xarakterlərini özəl boyalarla əks etdirmiş və yazıçı istedadının poetik sirlərini canlandırmışdır.
Ədibin həssas müşahidə qabiliyyəti, zəngin erudisiyası və bədii təxəyyülü narahat dünyamızın sosial-siyasi problemlərini, milli həyatımızın mənəvi-psixoloji  yönlərini açıb göstərməyə kifayət etmişdir.
Yazıçının “Gün ağladılar”,  “Qatil”, “Haram pul”, “Yüz ilin kişisi”, “Bir stəkan hava”, “Ocaq daşı”, “Gözü işığa düşən adam”, “Qapıların o üzündə qalan dünya”, “Hamı elə bilirdi”, “Çayçı Rəşid”, “Alça çiçəyi”, “Toy havası”, “Qızıl teşt”, “Sanatoriya”, “Ağrı”, Boynu əyri kişi”, “İt intervüsü”, “Cəhənnəm”, “Daş evlər”, “Dar köynək”, “Palıd toxumu”, “Nekroloq”, “Yəhudi əlifbası”, “Bəhanə”, “Qaçhaqa甝 və başqa əsərlərində mənəvi-ruhi cəhətdən şikəst insanların və bu insanları doğuran obyektiv və subyektiv səbəblərin mahiyyəti, cəmiyyətdəki sosial haqsızlıq və ədalətsizliklərin ailələrə, talelərə gətirdiyi psixoloji-fəci ağrılar əks olunmuşdur.
Seyran Səxavətin əsərlərində dərin və əhatəli psixologizm müşahidə olunmaqdadır. Müəllifin psixologizmi doğma ana dili, adət-ənənə və sosial ”“ictimai gerçəkliyin öz təbiəti ilə çulğalaşır. Sənətkarın psixologizmini güclü milli şüur yanğısı, tarix, mənəvi yaddaş və heysiyyat izləyir.
Seyran Səxavət mənsub olduğu xalqın, dövlətin əxlaq və mənəviyyatını həmişə sağlam ruhlu, köklü, rişəli görmək istəyir. Bu baxımdan ədibin bədii yaradıcılığının mənəvi-əxlaqi, sosial-siyasi  və tərbiyəvi əhəmiyyəti çox güclüdür.
Seyran Səxavətin bədii yaradıcılığı milli-tarixi, çağdaş şüur problemləri ilə  bağlı olan, bu bədii keyfiyyətin  fərd, ailə, cəmiyyət, dünya”“insan”“zaman boyunca yayımlandığı  və ədəbi prosesə təsir göstərdiyi orijinal yaradıcılıqdır.
Seyran Səxavətin ilk qələm təcrübələrindən başlayaraq son romanlarına kimi yaradıcılıq dinamikasını izlədikcə, onun bir yazıçı kimi hər zaman axtarışda olduğunu, dünya-insan-zaman-tale, şəxsiyyət və mühit, əxlaq və mənəviyyat, fərdin və cəmiyyətin özünüdərki, şəxsiyyət azadlığı, sənətkar taleyi, seçilmiş insanın faciəsi, inam və inamsızlıq, həyat və ölüm və s. məsələlərə həsr etdiyi əsərləri oxuduqca Seyranın heç bir ədəbi cərəyanın təsirinə düşmədən öz yaradıcılıq yoluna və üslubuna sadiq qaldığını görürük. 
Yazıçının əsərləri arasında hələ də öz oxucusunu tapmamış nümunələr çoxdur. Biz bunu müəyyən mənada sevindirici məqam kimi qəbul edirik. Çünki əsərlərdəki gizlinlər oxucunu daha çox düşünməyə, mütaliə etməyə və axtarışlara vadar edir. Bu mənada, Seyran Səxavət oxucusunu öz ideyalarının arxasınca aparmağı və axtarışlara yönəltməyi bacaran yazıçılardandır.
Ədibin demək istədikləri bir çox hallarda əsərlərin alt qatlarında kodlar və ştrixlər şəklində gizli qalır. Bu isə onu söyləməyə əsas verir ki, sirri açılmamış məqamlar hələ də öz zamanını gözləyir. Və biz inanırıq ki, Seyran Səxavət yaşadığı cəmiyyətin, zamanın və mühitin fövqündə dayanan azad düşüncəli bir şəxsiyyət, ustad yazıçı, nasir, şair, dramaturq, publisist, vətəndaş mövqeyi olan bir ziyalı kimi gələcəkdə daha düzgün qiymətləndirəcək. 
Xəyalə Əfəndiyeva

“Nə olar Allahım, məni qaytar o günə...” Aprel Şəhidimizin son mahnısı - VİDEO
"Əlindən bir şey gəlmirsə ağlamağın, sızlamağın, yazıqlığın kimsəyə bir faydası yox"
Mənsimov: "Xocalı soyqırımı türk adını daşıyan hər kəsin problemidir"
Qış Olimpiadasında kişi çılpaq soyundu və.... FOTO
Xərçəngdən qorunmaq üçün nələrə diqqət etməliyik...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
22 təyyarə qəzasında cəmi 2 adam xilas oldu
Cəmiyyət
“Ermənilər yüz meyitə od vurub, yandırdılar…” – Xocalı qətliamı erməni və xarici jurnalistlərin dilindən...
İdman
Azərbaycanlı tələbə İsveçrədə keçirilən idman yarışında qalib oldu - FOTOLAR
Mədəniyyət
"Səhnədə oynamaq istədiyim daha heç bir rol qalmayıb"- Arif Babayev
Cəmiyyət
Fabrik dəyəri 103 illik orta aylıq əmək haqqına bərabər olan avtomobil kimə məxsusdur?
Həftənin ən çox oxunanları
”Budur sizin Ağdam, budur sizin Ağdam! Ha haha ha...” - VİDEO
Azərbaycan sərhədlərində MÜHARİBƏ BAŞLAYIR – Ağ Ev tarixini ELAN ETDİ
Lənkəranski Allahşükür Paşazadəyə yazdığı məktubunda nə istəyirdi?- İstintaq materialları...
“Monte Melkonyan məni maşına mindirib bilmədiyim bir evə gətirdi...” - Səkkiz gün erməni əsirliyində...
Amerikalı konkisürən qızların intim geyimləri hamını çaşbaş saldı - FOTOLAR
Dəhşət: Müəllim və şagirdi maşında sevişərkən yaxalandı - VİDEO
“Hər bir erməni qaçqın Azərbaycandan 110 min dollar tələb etməlidir” - Həyasızlığın son həddi...
Lənkəranskinin “Qara bloknot”unda nə yazılmışdı?- Kriminal avtoritetin şəxsi əşyalarından...
Prostat xəstəliklərinin ən asan və pulsuz profilaktikası...
"Üzr istəyirəm, gərək nə qədər həyasız olasan ki, bu qədər həddi aşasan..."
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin