Xəbər lenti
22/11/2017 [20:20]:
"Qarabağ" və "Çelsi"-nin start heyətləri açıqlandı
22/11/2017 [19:59]:
Şimali Koreya əsgərinin sərhədi keçib qaçmasının videosu yayıldı
22/11/2017 [19:56]:
Bakıda dərs zamanı məktəb binasının damı uçdu - FOTO
22/11/2017 [19:43]:
“Gənclərin sahibkarlıq modeli” layihəsinə start verildi
22/11/2017 [19:42]:
Gələn il daha iki rayonda icbari sığorta tətbiq ediləcək
22/11/2017 [19:40]:
Nazir islahatlar nəticəsində qənaət edilən vəsaitin məbləğini açıqladı
22/11/2017 [19:38]:
İranlı general: "İŞİD tərəfindən aldadılmış 6 mindən çox insan kamikadze kimi özünü partladıb"
22/11/2017 [19:37]:
Elman Rüstəmov: “İlin sonunadək pul kütləsi artacaq”
22/11/2017 [19:36]:
Nazir: “Hər il Qarabağ əlilləri və şəhid ailələrinə 500-600 mənzilin verilməsi nəzərdə tutulur”
22/11/2017 [19:34]:
Qızılgül və qərənfilə yeni gömrük idxal rüsumu tətbiq olunacaq
22/11/2017 [19:32]:
Elman Rüstəmov: “İnflyasiya bizim başlıca problemimizdir”
22/11/2017 [19:29]:
Samir Şərifov: “Gələn il əmək pensiyaları artacaq”
22/11/2017 [19:25]:
Tbilisidə xüsusi əməliyyatı başa çatdı: terrorçular zərərsizləşdirildi- Yenilənib (VİDEO)
22/11/2017 [19:21]:
Azərbaycanın qərb rayonlarına qar yağdı - FOTO
22/11/2017 [19:11]:
Ukrayna ordusu Luqanskda hücuma keçdi?
22/11/2017 [19:08]:
"Onların həyatı üçün hər an təhlükə yarana bilər..." - Azay Quliyev
22/11/2017 [18:56]:
Hikmət Hacıyev: "Nalbandyan yenə də müxtəlif bəhanələr və yalanlara əl atmaq yolunu tutub"
22/11/2017 [18:53]:
Əflatun Amaşov: “Madam ki, institut var, hökumət buradadır, soruşuram, niyə ona ştat ayrılmır?”
22/11/2017 [18:47]:
Azərbaycanda yaşayan ermənilərin sayı açıqlandı
22/11/2017 [18:45]:
Ərdoğanın müşaviri ilə görüşən "İmam Mehdi": "İkisinə də bildirdim ki, Ərdoğan ancaq mənim sayəmdə dünya lideri ola bilər" -FOTO
22/11/2017 [18:34]:
Samir Şərifov: "Gəlir olmayan yerdə xərclərin artırılması qısa müddət çəkəcək"
22/11/2017 [18:24]:
"İlham Əliyevin Gəncə səfəri ADAU ailəsinə güclüstimul verib"
22/11/2017 [17:51]:
Adnan Oktarın bu fotosu rekord qırdı - FOTO
22/11/2017 [17:49]:
Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli sammiti başladı
22/11/2017 [17:48]:
Şenol Günəş “Qarabağ”-“Çelsi” oyununa gəlir
22/11/2017 [17:46]:
Ayı ovçuları həbs edildi – FOTO
22/11/2017 [17:44]:
Millət vəkili: "Səfirlərimiz sürücülük edirlər"
22/11/2017 [17:42]:
Bu tarixi binaya dövlət qurumları sahib çıxmır – VİDEO
22/11/2017 [17:39]:
Bir gündə Xəzərdə üçüncü dəfə zəlzələ oldu – YENİLƏNİB
22/11/2017 [17:36]:
Bakıda güclü külək ağacı aşırdı - VİDEO
22/11/2017 [17:35]:
"Çox təəsüf ki, bizim şagirdlərimiz məktəblərdə oxuyurlar, öyrənmirlər"
22/11/2017 [17:19]:
Elnarə Abdullayeva: "Kənd sakini məndən şikayət ərizəsi yazıb" – VİDEO
22/11/2017 [17:03]:
“AST Telman” siyasi sığınacaq əvəzində kompromat təklif etdi Putin üçün ŞOK
22/11/2017 [17:00]:
Afaq Aslanın hamamda çəkdiyi FOTOSU
22/11/2017 [16:57]:
“Qazprom” Azərbaycana qaz nəqlini bərpa edir
22/11/2017 [16:47]:
“Lazım gələrsə, büdcədə neftin qiymətinə yenidən baxa bilərik, təki neftin qiyməti düşməsin” - SPİKER
22/11/2017 [16:40]:
Lənkəranda yanacaqdoldurma məntəqəsində xəsarət alanlar ağır vəziyyətdə Bakıya gətirildi
22/11/2017 [16:35]:
Əflatun Amaşov gələn il onlayn mediaya büdcədən 1 milyon manat vəsait ayrılmasını istədi
22/11/2017 [16:13]:
Anar Nağılbazın keçmiş həyat yoldaşından reperlə bağlı dəhşətli etiraflar - Ürək dağlayan "Votsap" mesajı - FOTOFAKT
22/11/2017 [16:12]:
Bu kəndə köçənlərə 70 min dollar veriləcək
22/11/2017 [15:57]:
Azərbaycanın bu ərazilərində zəhərli rodon qazı təhlükəsi böyükdür- Xəbərdarlıq
22/11/2017 [15:53]:
Türkiyənin başının bəlası olan azərbaycanlı kimdir? Rza Zərrab haqqında MARAQLI FAKTLAR
22/11/2017 [15:49]:
Qubada adı "Qırmızı kitab"a düşən ayını ovlayan şəxslər yaxalandı
22/11/2017 [15:42]:
Dünyada insanları heyrətləndirən 3 heykəl- FOTOLAR
22/11/2017 [15:37]:
Süleymana qalan dünya - Fransada həbs edilən ləzgi milyarder kimdir?
22/11/2017 [15:22]:
“Bizdə Mədəniyyət Nazirliyi yoxdu” Fuad Poladovla MÜSAHİBƏ
22/11/2017 [15:21]:
“Fikrət Sadığın xatirəsini yaşatmaq üçün adına mükafat təsis etdik” – Orxan Fikrətoğlu
22/11/2017 [15:18]:
ADU-da “Folklor və ədəbi abidələr Heydər Əliyevin azərbaycançılıq konsepsiyası kontekstində” mövzusunda dəyirmi masa keçirildi
22/11/2017 [15:16]:
Soyqırım törətməkdə təqsirləndirilən general ömürlük həbsə məhkum edildi
22/11/2017 [15:10]:
İşlə təmin edilməmiş köçkünlərə orta əmək haqlarının verilməsinin dayandırılmasına aydınlıq gətirilib
22/11/2017 [15:05]:
Ramiz Mehdiyevin müavinləri vəzifələrini itirdilər
22/11/2017 [15:02]:
"Neftçi"nin sabiq məşqçisi lotereyadan maşın uddu - FOTO
22/11/2017 [14:58]:
"Qarabağ problemini yalnız Rusiya həll edə bilər" Ərdoğandan növbəti acı etiraf
22/11/2017 [14:55]:
Azərbaycan ədliyyəsində islahatların müasir mərhələsi...
22/11/2017 [14:51]:
Ağdamda partlayış: Yaralılar var
22/11/2017 [14:50]:
Hərbçiyə etibar edib evinə getdi, təcavüzə məruz qaldı… – SUMQAYITDA – TƏFƏRRÜAT
22/11/2017 [14:47]:
“Vicdan haqqı”nın Nərmini: "Onunla evlənməyimizi istəyənlər var"
22/11/2017 [14:42]:
İbrahim Şehiçə ağır cəza...
22/11/2017 [14:38]:
AMEA-nın tədqiqatçıları və elmi işçiləri İnnovasiya Müsabiqəsi barədə məlumatlandırılıb
22/11/2017 [14:36]:
"Xəzər"in aparıcısı canlı efirdə qıza evlilik təklif etdi - Qeyri-adi olay - VİDEO
22/11/2017 [14:36]:
Niderlandda Qarabağa səfərlər təşkil edən Booking.com saytına qarşı kampaniya başlayır - FOTO
22/11/2017 [14:33]:
Qərbi Kaspi Universiteti tələbələrini işlə təmin edir
22/11/2017 [14:26]:
“Heç bir yaradıcı işimi Cavanşir Quliyevsiz təsəvvür etmirəm”- Yubiley təbriki
22/11/2017 [14:26]:
"İnsanların icbari tibbi sığortaya ehtiyacı var"
22/11/2017 [14:25]:
Növbəti qlobal maliyyə böhranı qaçılmazdır - BƏD XƏBƏR
22/11/2017 [14:21]:
"Yəqin ki, iddialı insanlar və partiyalar prezident seçkilərində iştirak edəcəklər" Məzahir Pənahov
22/11/2017 [14:09]:
“Bu səfər Pakistanla Azərbaycan arasındakı hərbi əməkdaşlığın inkişaf göstəricisdir”
22/11/2017 [14:06]:
Rasim Balayev müalicə üçün Türkiyəyə getməyəcək
22/11/2017 [14:05]:
Professor Azad Bayramov: "Tələbə hərtərəfli biliyə malik olmalıdır"
22/11/2017 [13:26]:
"Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm" - Millət vəkili
22/11/2017 [13:05]:
ADAU-da “Yalama Aqropark” MMC ilə Anlaşma Memorandumu imzalandı
22/11/2017 [12:53]:
Dəmir yolunun Karrar-Kürdəmir mənzilində 10 km dəmir yolu əsaslı təmir olunur
22/11/2017 [12:50]:
“Medianı bu məsələdə ittiham etməyi doğru hesab etmirəm”
22/11/2017 [12:46]:
Güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ
22/11/2017 [12:44]:
Türkiyə vətəndaşını öldürürək satanist ritualı ilə yandıran azərbaycanlı tutuldu
22/11/2017 [12:43]:
"Lotu Quli"nin qohumu məhkəmədə ifadə verdi
22/11/2017 [12:42]:
Azərbaycanın Batumidəki Baş konsulu şəhərinin yeni seçilmiş meri ilə görüşdü
22/11/2017 [12:41]:
"Gürcüstan etibarlı müttəfiqi Azərbaycanla dostluğu və səmərəli əməkdaşlığı yüksək qiymətləndirir" - Gürcüstan prezidenti
22/11/2017 [12:34]:
Dilqəmin xilas etdiyi qadın: "Onu Kəlbəcərə biz göndərdik" – VİDEO
22/11/2017 [12:28]:
"Milli Kulinariya Mərkəzinə ayrılan vəsait çox azdır"
Bütün arxiv bir sırada
22/10/2017 [18:36] - Ədəbiyyat - ( 2249 dəfə baxılıb)

Rəsulzadənin oğurluq edən erməni uşaqlarını əzişdirməsi- Romandan VII fəsil




Gələn il Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək. Moderator.az yubiley münasibətilə hazırlayacağı yazılar silsiləsindən tanınmış şair, publisist, professor Vüqar Əhmədin böyük dövlət xadimi, ADR lideri Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətinə həsr etdiyi "Son nəfəsədək Azərbaycan" romanını fəsillərlə təqdim edəcək.
 
M.Ə.Rəsulzadənin 130 illik yubileyi münasibətilə yazılan romanda arxiv materiallarına və tarixi sənədlərə istinad edilib.

Əsərdə Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqına və torpağına göstərdiyi danılmaz xidmətlər, eyni zamanda başına gələn hadisələr, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla “Azərbaycan Demokratik Cumhuriyyəti”ni yaradanların heyrətamiz vətənpərvərliyi, fövqəladə siyasi fəaliyyətləri, xalqın qeyrətli oğullarının Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsi, “Qafqaz İslam Ordusu”nun Azərbaycanı kafirlər caynağından xilas etmək üçün apardığı ölüm-dirim savaşları, daşnakların, onların başçısı Stepan Şaumyanın və ümumiyyətlə ermənilərin xalqımıza qarşı apardığı soy-qırım siyasəti, Şura hökumətinin vətənimizə gətirdiyi bəlalar öz əksini tapıb. Vüqar Əhmədin bu əsərində oxucular üçün olduqca maraqlı tarixi faktlar, macəralı səhnələr, dramatik löhvələr var. 



VII Fəsil -Texniki məktəb

Məhəmməd Əmin Sultan Məcid Qənizadənin “Rus-müsəl¬man” məktəbini əla qiymətlərlə bitirəndən sonra atasının izni ilə texniki məktəbə daxil olmuşdu və birinci kursda oxuyurdu. Burda dünyəvi elmlərin tədrisi ilə yanaşı sənət də öyrədirdilər. Dərslər rus dilində keçsə də artıq neçə ildi çoxmillətli Bakı şəhərində yaşayan gənc bu illər ərzində rus dilini mükəmməl öyrəndiyi üçün heç bir çətinlik çəkmirdi. Rus dilində danışarkən onda yeganə çatışmayan cəhət ləhcə ilə danışması idi ki, o, bu “qüsuru” heç cür aradan götürə bilmirdi, daha doğrusu, onun dili heç cür rus dilinə yatmırdı. Buna görə də rus dilində olan bəzi sözləri elə kobud şəkildə deyirdi ki, milliyyətcə rus olan müəllimlər bunu ona irad tutur və nitqini tənzimləməyə çalışırdılar. Lakin onların bu səyi heç bir nəticə vermirdi, əlaçı tələbə rəndələnmirdi ki, rəndələnmirdi. 

Texniki məktəbdə müsəlman uşaqlar kifayət qədər idi, lakin onlar başqa siniflərdə oxuyurdular. Məhəmməd Əmingilin sinfində isə onunla bərabər cəmisi iki müsəlman uşağı təhsil alırdı, Səfərlə, Azad.  Azad nə qədər adamayovuşmaz, soyuq xasiy¬yətli, qaraqabaq idisə, Səfər bir o qədər mehriban, ürəyitəmiz, xoşxasiyyət  və zarafatcıl idi.  O qədər istiqanlı idi ki, Məhəmməd Əmin onu bir gün dərsdə görməyəndə darıxırdı.  Səfər rus dilini Məhəmməd Əmin qədər mükəmməl bilmirdi, elə buna görə də bəzən dərslərində çətinlik çəkirdi. Belə anlarda Məhəmməd Əmin dərhal onun köməyinə gəlir, onun üçün qaranlıq olanları işıqlandırır, bir sözlə, Səfərin çətin işini imkanı daxilində asanlaşdırırdı. 
 Məhəmməd Əminin də hər kəslə ünsiyyət tapmaq bacarığına, eyni zamanda çox əməlisaleh bir gənc olduğuna görə onların arasında bir doğmalıq əlaqəsi baş vermişdi və onlar artıq aralarından su keçməz dostlara çevrilmişdilər. 

Səfər şəhər uşağı idi,  şəhərdə ürəkaçan malikanələri, səkkiz otaqdan ibarət ikimərtəbəli, iri aynabəndli evləri, geniş həyətləri vardı.  Məhəmməd Əmin də onların qonşuluğunda yaşayan Tubu qarının həyətində kiçik bir otağda kirayədə qalırdı.  Buranı onun üçün elə Səfər tapmışdı. Yaxın qonşu olduqlarına görə də dərslərinə çox zaman, Məhəmməd Əminin qaldığı otağda, bir yerdə hazırlaşır,  məktəbə bir yerdə gedib-gəlirdilər. 

Azad isə deyildiyi kimi, qaradinməz, daim acıqlı görünən, adi salam verməyi belə sanki özünə qəbahət bilən bir gənc idi.  Söz yox ki, bu onun hansısa varlı, imkanlı bir adamın övladı olmasından irəli gəlmirdi. Texniki məktəbdə təhsil alanların içində tamamilə zəngin adamların övladları yox idi. Şagirdlərin əksəriyyəti Məhəmməd Əmin və yaxud Səfər kimi orta səviyyədə ruzi qazanan ailə başçılarının,  az bir qismi isə nisbətən varlı ailələrin övladları idi. Azadın atasının Quba meydanında baqqal dükanı var idi, ətrafda onlarla belə dükanlar olduğuna görə gündəlik gəliri aşıb-daşmırdı, ailəsini dolandıra biləcək qədər ruzi qazanırdı. Odur ki, Azadın belə təkəbbürlü görünməsi onun zəngin ailədən olmasından irəli gəlmirdi, bu onun özündən asılı olmayaraq çərçivəyə düşmüş xasiyyətindən doğmuşdu. O, ağılsız gənc də deyildi, dərslərini də pis oxumurdu, lakin xasiyyəti düzəlmirdi ki, düzəlmirdi. 
Məhəmməd Əmin artıq ona çox yaxşı bələd olduğu üçün ona qarşı onun özü kimi hərəkət edir, onunla heç vaxt hal-əhval tutmur, yanından ötərkən özünü elə aparırdı ki, guya onu görmür. 
Səfər isə həddindən artıq həlim xasiyyətinə rəğmən onu görən kimi gülümsəyərək salam verir, onun mısmırığını sallamasına əhəmiyyət verməyib;-“Necəsən, kişi?”, deyə soruşurdu. Azad mızıldanaraq;-“Sənə nə var, necəyəm, mən səndən soruşuram ayın neçəsidir?”,-desə də Səfər özünü eşitməməzliyə vurub ertəsi günü yenə dünənkini təkrar edirdi. 
Bu gün də belə oldu. Sinif otağına girən kimi Səfər, Azadın keyfini soruşdu. Azad da öz növbəsində hər gün təkrar elədiyi cavabı verdi. Adəti üzrə Səfərlə bir yerdə məktəbə gələn Məhəmməd Əmin isə artıq masa arxasına keçib  dərsin nə vaxt başlayacağını gözləyirdi. 
Bir qədər sonra dərslərin başlandığını bildirən zəng səsi eşidildi və emal olunmuş neftdən hazırlanan təsərrüfat mallarından bəhs edən “Material”  fənnindən onlara dərs keçən Andrey Kozlov sinif otağına daxil oldu. 
Kozlov adəti üzrə öncə şagirdləri bir-bir durğuzub dünən keçdiyi dəsrlə bağlı onlara suallar verməyə başladı. Bu təxminən on beş dəqiqə belə davam elədi və birdən Azad təlaş içərisində özünü bir boy yuxarı atıb əvvəl azəri türkcəsində, sonra rus dilində çığırdı:
– Pullarımı oğurlayıblar. 
Kozlov dərhal dərsə ara verib Azada suallar verməyə başladı və bir qədər sonra məlum oldu ki, Azad məktəbə gələrkən cibində səkkiz manat pul var imiş, atası ona evdən çıxmamışdan qabaq veribmiş ki, bəs bəzzaz Xanağaya on yeddi manat borcum var, dərslərin qurtarandan sonra aparıb bu pulu ona çatdırarsan və deyərsən ki, atam deyir ki, doqquz manatı da uzaqbaşı bir həftəyə düzəldib verəcək. Azad da pulu pencəyinin yan cibinə qoyubmuş və düymələyibmiş. Sinif otağında yerinə oturarkən belə əlini cibinə aparıb düyməni açıb və səkkiz manatın orada olduğunu yoxlayıb. Pulun yerində olduğuna əmin olandan sonra düyməni yaxşı-yaxşı bağlayıb, diqqətini də Andrey Kozlovun və onun suallarına cavab verən şagirdlərin üzərində cəmləyib. İndi isə adətkarda olduğu üçün səkkiz manatın cibində olduğuna yenə əmin olmaq üçün növbəti dəfə əlini yenə cibinə aparıb və oranı boş görüb. 
Kozlov Azada diqqətlə qulaq asandan sonra bir-bir şagirdlərin ciblərini və yazı masalarının altını yoxladı. Uşaqların hərəsinin cibindən uzaqbaşı bir manat pul çıxdı. Sinifdə ən varlı şagird sayılan Siqanovun cibində isə cəmisi üç manat pul vardı.  Azadın səkkiz manatı yazı masalarının altından da tapılmadı. 
Məhəmməd Əmingil ilə bir sinifdə üç nəfər erməni oxuyurdu: Saak, Mesrop və Melkum.  Kozlov onların ciblərini axtararkən hərəsinin cibindən iki abbası pul çıxdı. Lakin hər üçünün tülkü baxışlarından, gözlərini yerə dikməklərindən nəsə xətalı olmaqları hiss olunurdu. Məhəmməd Əmin bunu çox yaxşı sezmişdi. Lakin ermənilər necə deyərlər suç üstündə yaxlanmamışdılar və ciblərindən də oğurlanan səkkiz manat çıxmamışdı, ona görə də onlara hələ ki heç bir şeyi sübut eləmək olmazdı. Məhəmməd Əmini daha çox şübhəyə salan o idi ki, ermənilərin hər üçü Azadla bir masanın arxasında otururdular.  Sinifdəki masalara bitişik olan kətillərin isə arxası açıq idi. Odur ki, Məhəmməd Əmin Azadın cibindən oğurlanan səkkiz manatın məhz həmin üç erməni tərəfindən çalındığına yüz faiz əmin idi. 
Dərslər bitəndən sonra Məhəmməd Əminlə Səfər həmişə gəldikləri yolla döndülər. Məsələ burasında idi ki, Azad da onlarla kəlmə kəsməsə də,  hər gün yolun yarısına qədər onlarla “yol yoldaşı” olurdu, sonra isə evlərinə tərəf istiqamətlənən küçəyə dönüb onlardan uzaqlaşırdı. 
Azad məktəbi onlardan təxminən bir dəqiqə qabaq tərk etmişdi. Məhəmməd Əminlə Səfər bütün evlərinin divarları qırmızı kərpiclə hörüldüyü üçün hər iki başıaçıq “Qırmızı dalan” deyilən məkana çatanda onlarla oxuyan üç erməninin Azadı döydüyünü gördülər. Ermənilər Azadı təpiklərinin altına salıb yerbəyerdən təpiklə döyürdülər. 
Məhəmməd Əmin daha fikirləşmədən zaman kəsiyində özünü hadisə yerinə çatdırdı və məktəblərində ən yekəpər şagird olan Melkumun sifətinə var-gücü ilə kəllə vurdu. Melkum ağzı-burnu partlamış halda yerə sərildi. Bu vaxt Səfər özünü yetirib Məhəmməd Əminə yumruğ atmaq istəyən Saaka möhkəm bir sillə ilişdirdi, Saak səntirləyib yerə yıxıldı, bu zaman Məhəmməd Əmin, Mesropa sarsıdıcı bir yumruq ilişdirib yerə sərdi. 
Ermənilər hər üçü ağız-burunları qan içində ayağa durub öz dillərində söyüş söyə-söyə qaçdılar. Məhəmməd Əminlə Səfər ermənilərin vurdqları təpiklərdən bədəni göm-göy göyərmiş, gözlərinin altı fənərlənmiş, burnu partlayıb şişmiş, iki dişi sınmış Azadı ayağa qalxızıb ağzı-burnunun qanını yumaq üçün “Qırmızı dalan”dakı həyətlərdən birinə gətirdilər. 
Beş dəqiqədən sonra özünə bir balaca gəlmiş Azad bədənindəki ağrılardan  hələ də zarısa da ruhunda insani keyfiyyətlər yalnız indi oyanmağa başladığı üçün  onu darda qoymayan müsəlman balalarına şəfqətlə baxdı. 
Məhəmməd Əmin isə sözsüz nitqi ilə sanki ona; “Nəhayət ki, islah olundun, qardaş, amma başın əlhəd daşına dəyməsəydi qiyamətə qədər düzəlməyəcəkdin”,-söylədi. 
Bir qədər keçəndən sonra Məhəmməd Əminlə Səfər məsələdən hali oldular. Azad “Qırmızı dalan”a girərkən üç erməninin onun səkkiz manatını aralarında bölüşdürdüyünü görür və onlara;-“Bu mənim pulumdur, Kozlov sizin cibinizə baxanda orda bunlar yox idi”,-deyir. Onlar isə Azada;-“Bizə böhtan atma, rədd ol burdan, yoxsa ağzı-burnunu dağıdarıq”-deyirlər. Azad isə əl çəkməyib səkkiz manatını geri almaq istəyir və üç erməni birləşib onu vəhşicəsinə döyməyə başlayırlar. 
Ermənilərin Azadın səkkiz manatını oğurlayandan sonra onlardan biri – Melkum erməni xislətindən doğan bir hiyləgərliklə pulu çəkməsinin içində gizlətmişdi ki, uşağların çəkmələrinin içinə  baxmaq Andrey Kozlovun ağılına gəlməmişdi.   Amma zatən oğru yarandıqları üçün Azadın pencəyinin cib düyməsini  çox peşəkarlıqla açıb oradan pulu götürmüşdülər. 
Məsələ burasında idi ki, Məhəmməd Əminlə Səfər, onların ağzı-burnunu əzişdirib Azadın hayfını alsalar da, onlar səkkiz manatı aparmışdılar və Azadın atası məsələdən xəbər tutandan sonra çox hiddətlənib dəfələrlə xəncərinə əl atsa da, bəzzaz Xanağaya olan borcunu ödəmək üçün təzədən qəpiyi-qəpiyin üstünə qoymalı oldu. 
Üç erməni o hadisədən sonra bir də həmin məktəbə ayaq basmadılar və nəinki ayaq basmadılar, məktəbin həndəvərinə belə yaxınlaşmadılar. Onlar həm səkkiz manata və Azadı möhkəm döydüylətinə görə “Jandarmeriya idarəsi”nə aparılacaqlarına, həm də ziyalı olduğu, bütün dərslərini əla qiymətlərlə oxuduğu qədər də yumruqlarını işə salmağı bacaran Məhəmməd Əmindən qorxduqlarına görə texniki məktəbin çevrəsinə yaxınlaşmaqdan vaz keçdilər. 
O hadisədən sonra Məhəmməd Əminin güman etdiyi kimi Azadın xasiyyəti xeyli dəyişmişdi. O hər gün səhər Məhəmməd Əmin və Səfərlə gülərüzlə salamlaşır, hal-əhval tutur, məktəbdən evə qayıdarkən “Qırmızı dalan”a qədər onlarla birlikdə deyib-gülə-gülə gedirdi. Məhəmməd Əmin onun zaman-zaman daha çox istiqanlı bir gəncə çevrildiyinin şahidi olurdu.  Əməlisaleh dostlarının sayəsində get-gedə özündə mənəvi keyfiyyətləri cəmləşdirən Azadda hələ ki bir əsas keyfiyyət çatmırdı. Bu da vətənpərvərlik idi. Söz yox ki, bəziləri milliyətcə rus, bəziləri isə başqa millətlərdən olsalar da rus dilli müəllimlər ona, onun əcdadlarına, soy-kökünə məxsus olan vətəni sevməyi deyil, Çar Rusiyasını sevməyi aşılayırdılar. Ailədə isə valideynləri savadsız adamlar olduqları üçün vətənə şüurlu, məqsədyönlü sevgi hissindən məhrum idilər və belə olan təqdirdə övladlarına da ruhən vətəni sevməyi öyrədə bilməzdilər. Məhəmməd Əmin Səfərə elə məktəbə ilk qədəm qoyduqları andan dostlaşdığı üçün ürəyinə intəhasız bir  vətən məhəbbəti sala bilmişdi. Azadın ruhunun bu hissəsi isə hələki quru biyabandan ibarət idi. Orda ətirli qızılgüllər əkmək və gülüstana döndərmək lazım idi. Məhəmməd Əmin bunu özünün müqəddəs borcu hesab etdiyi üçün o gülləri zaman-zaman Azadın qəlbində əkmək fikrində idi və əkəcəkdi də. Fəqət bunun təməlini qoymaq üçün də mütləq əlverişli bir məqam lazım idi ki, Məhəmməd Əmin hələ on yeddi yaşına çatmamasına baxmayaraq günlərin birində Uca Yaradanın ona bəxş elədiyi fövqəladə ağlına dayanaraq bu addımı atdı. 
Əvvəlcə Azadın şeirə olan münasibətini yoxladı. Onun yaxşı şeirləri sevdiyini görüb, ondan bir şeir oxumasını xahiş elədi. Azad rus dilində Puşkinin rusdilli adamlarının əksəriyyətinin əzbər bildiyi bir şeiri söylədi. Məhəmməd Əmin onun rusca tələffüzünü çox bəyənib müsəlman klassiklərindən də hansınınsa şeirini oxumağı xahiş elədi. Azad fars dilində Ömər Xəyyamın rübailərindən birini söylədi. Məhəmməd Əmin Sultan Məcid Qənizadənin “Rus-müsəlman” məktəbində oxuyarkən dünyanın ən çətin, fəqət ən gözəl dili olan ərəb dilini, eyni zamanda yaddaşı olan adamın hafizəsinə həkk olunması üçün uzaqbaşı bir ay vaxt lazım olan fars dilini öyrənmişdi. Odur ki, vaxtaşırı Ömər Xəyyamı da, Hafiz Şirazini də, Sədi Şirazini də, Rudəkini də, Şəms Təbrizinin, Mövlanə Cəlaləddin Ruminin fars dilində yazdıqları əsərlərini, eyni zamanda Şeyx Nizaminin farsca qələmə aldığı “Xəmsə”ni də mütaliə edirdi. 
Azad rus dili qədər fars dilində də mükəmməl şeir söyləyirdi. Məhəmməd Əmin onun bu isteadadına çox yüksək qiymət verib ondan türk dilində də şeir söyləməsini xahiş etdi. Lakin Azad çiyinlərini çəkib onun bu xahişinə əməl eləyə bilməyəcəyini söylədi, çünki türk dilində şeir bilmirdi. Məhəmməd Əmin bunun xətasını onda deyil, mühitdə gördüyü üçün ona irad tutmadı və ondan fars dilində də olsa vətən haqqında bir şeir oxumağı rica etdi. Lakin Azad bu dəfə də dodağını büzüb, çiyinlərini çəkdi. Belə olanda Məhəmməd Əmin özünün doğma dildə vətən haqqında yenicə qələmə aldığı şeiri dedi:

Vermərəm vəd etsələr də bütün dünyanı mənə,
Vermərəm bəxş etsələr dörd nəhəng dəryanı mənə.
Hər arzum, muradım, fikrim, xəyalım vətənimdir,
Ömrümün mənası, sevgili yarım vətənimdir.
Gülüm, çiçəyim, yazım-baharım vətənimdir,
Ruhum, nəfəsim, ən yüksək amalım vətənimdir.
Qəlbimin sultanı, həm tacidarım vətənimdir,
Sevincim, qürurum, tək iftixarım vətənimdir,
Yazım, sözüm, sazım, hər şüarım vətənimdir,
İlk və son mənzilim, cənnət-diyarım vətənimdir.

 Şeir Azadı elə tutmuşdu ki, Məhəmməd Əmin onun üzünün ifadəsindən hiss elədi ki, daha ona vətən dərsləri keçmək lazım deyil. Bundan sonra o vətənini bu şeirdəki hikmətamiz misralara rəğmən sevəcəkdir. 
Məhəmməd Əmin səhv eləməmişdi. Bir qədər sonra Azad, Məhəmməd Əmini bağrına basıb göz yaşları içində sanki həzin bir şərqi oxuyurmuş kimi bu şeiri köməyə ehtiyac duymadan gözəl bir nitqlə əzbərdən söylədi. 
Ertəsi gündən etibarən Azad haraya çatdısa həmin şeiri söylədi. Odur ki, şeirin sorağı tez bir zamanda məktəbə yayıldı. Məktəbdə təhsil alan müsəlman uşaqlar şeiri Azadın dilindən eşidib aludə oldular və onsuz da qızılgül ətri kimi insanın əsəblərinə sığal gətirən, eyni zamanda çox tez yadda qalan şeiri bir müddət sonra məktəbdəki müsəlman uşaqların 80 faizi əzbərdən söyləməyə başladılar və şeirin müəllifi ilə dostlaşmağa can atdılar.  (ardı var)

...
"Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm" - Millət vəkili
Dəmir yolunun Karrar-Kürdəmir mənzilində 10 km dəmir yolu əsaslı təmir olunur
"Büdcədən barıt qoxusu gəlməli və düşmən bunu həmişə hiss etməlidir"
"İndi biz Şəhid ailələrinə və Qarabağ qazilərinə nə cavab verək...?"
"Hadisələrin gedişatı göstərir ki, ermənipərəsət qüvvələr Rusiyada çox güclüdürlər"
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"Çox təəsüf ki, bizim şagirdlərimiz məktəblərdə oxuyurlar, öyrənmirlər"
Cəmiyyət
Azərbaycanın bu ərazilərində zəhərli rodon qazı təhlükəsi böyükdür- Xəbərdarlıq
Cəmiyyət
“Medianı bu məsələdə ittiham etməyi doğru hesab etmirəm”
Maraqlı
Saç tökülməsini əngəlləyən maddə kəşf edildi - Keçəllərə şad xəbər...
Araşdırma
Az yatmaq beynimizə zərər verir
Həftənin ən çox oxunanları
Limonla sodanın qarışığından alınan ilahi möcüzə - FOTOLAR
Tağıyevin məzarı belə bilinməyən oğlunun nadir fotoları- İlk dəfə
"Gəl burdan rədd olaq, elə bilərlər bizi də kimsə saxlayır..." - İCTİMAİ QINAQ
""Quska"nın yaraqlıları Hacı İbrahimin kabinetini Kalaşnikovla gülləbaran edirlər..."
Zeynəb Xanlarova Rasim Balayevin müdafiəsinə qalxdı: “Desəm öldürərlər, deməsəm ölləm!”
Bakirəliyini rekord qiymətə satan qız: “Pulu təhsilimə və səyahətə xərcləyəcəm...” -FOTOLAR
Prokuror hakimi güllələdi- Gözlənilməz
Bakı aeroportunda biabırçılıq: 3 yaşlı qızı itlə yoxladılar, ürəyi getdi (VİDEO)
Ömrü uzadacaq qidanın adı açıqlandı - FOTO
Azərbaycanda 6 bal gücündə zəlzələ baş verdi - Əhali evlərini tərk etdi...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin