Xəbər lenti
23/02/2018 [10:14]:
Səlim Müslümov İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb - FOTOLAR
23/02/2018 [10:12]:
Naməlum şəxs restoranın tüstü bacasına düşüb - VİDEO
23/02/2018 [10:06]:
Trampın Azərbaycan sərhədinə atdığı “bomba” - İranla müharibə hazırlığı
23/02/2018 [10:03]:
İnterpol daha bir azərbaycanlını axtarışa verdi
23/02/2018 [10:01]:
Zakir Həsənov Qırmızı ordunun yubileyinə qatılmadı -Müdafiə nazirimizdən önəmli addım
23/02/2018 [09:57]:
Eldar Mahmudovun “kassir” və “qara qutusu”na ağır cəza tələbi
23/02/2018 [09:53]:
Xalq artistinin oğlu: "Atamın ölüm qərarını mən verdim"
23/02/2018 [09:50]:
Heydər Əliyev bu mərmini özü ilə İrana apardı və... – Fakt
23/02/2018 [09:49]:
Xocalı faciəsinin şahidi: “Ərimin ürəyini diri-diri çıxartdılar...”
23/02/2018 [09:47]:
Parlament seçkiləri də erkən keçiriləcək - iddia
23/02/2018 [09:43]:
Əli İnsanov ad gününü Almaniyada keçirə bilər - 22 martda
23/02/2018 [09:42]:
Cəbhədə şiddətli atışma oldu
23/02/2018 [09:30]:
Səfirlikdə 400 kiloqram narkotik aşkarlandı
23/02/2018 [09:27]:
“Bir çox şəhər və kəndlər xarabalığa çevrildi” - Əli Həsənov
23/02/2018 [09:27]:
Niyaməddin Orduxanlı Avropa Parlamentinin 500 deputatına rəsmi müraciət etdi
23/02/2018 [09:21]:
Azərbaycanın korrupsiya indeksi: 180 ölkə arasında 122-ci sıra...
23/02/2018 [09:19]:
Dövlət qulluqçuları üçün də maaş artımı gözlənilir
23/02/2018 [09:08]:
Sosial şəbəkədə canlı yayıma çıxdı - Kamerada meyiti tapıldı - VİDEO
23/02/2018 [09:07]:
AvroLiqada 1/8 finalçılar bilindi - NƏTİCƏLƏR
23/02/2018 [08:59]:
“Ziya Bünyadovu vuranda rusca ana söyüşü söydü” - qatilin qandonduran etirafları
23/02/2018 [08:57]:
Sərvəti milyardlarla ölçülən azərbaycanlı oğrular - SİYAHI
23/02/2018 [08:55]:
Bu gün Milli Məclisdə 19 məsələ müzakirəyə çıxarılır - SİYAHI
23/02/2018 [08:53]:
Manatın bugünkü MƏZƏNNƏSİ
23/02/2018 [08:24]:
Bakıda qonşular arasında KÜTLƏVİ DAVA - 20 nəfər... - FOTOLAR
23/02/2018 [00:41]:
Niderland “erməni soyqırımı”nı tanıdı
23/02/2018 [00:07]:
Bürclər - 23 FEVRAL
22/02/2018 [23:58]:
"Bayıl yamacındakı sürüşmə Bakının Baş planının olmamasından qaynaqlanır"
22/02/2018 [23:35]:
Fələstin prezidenti ABŞ-da xəstəxanaya yerləşdirildi
22/02/2018 [23:35]:
Beyləqanda ağır yol qəzası - 2 ölü, 2 yaralı
22/02/2018 [22:59]:
Qadın paltarı geyinən radikal islamçı kişilər yaxalandı
22/02/2018 [22:44]:
Qarsdakı Baş Konsulluğumuz “Xocalıya Ədalət” adlı silsilə tədbirlərə başladı - FOTO
22/02/2018 [22:35]:
"Genesis G70" sport-sedan dizayna görə mükafat aldı - "Əsrin gözəli"...
22/02/2018 [22:33]:
Köçəryan Xankəndində “30 illiyə” qatıldı - Ter-Petrosyan isə dəvət olunsa da - gəlmədi...
22/02/2018 [22:29]:
"Niyə universitetlərin nə qədər tələbə qəbul etməsini Nazirlər Kabineti müəyyənləşdirir?"
22/02/2018 [22:27]:
Putin bir neçə ölkənin müdafiə naziri ilə görüşdü - YENİLƏNİB
22/02/2018 [22:21]:
İran hədələdi: "Nüvə razılaşmasını tərk edəcəyik"
22/02/2018 [22:17]:
Rusiya qızıl ehtiyatına görə dünyada beşinci yeri tutdu
22/02/2018 [22:00]:
“Əlini Cəbi adlı əsgəranlı erməni vurmuşdu”- Qarabağın ilk şəhidlərinin birinin qardaşı
22/02/2018 [21:55]:
Təyyarələrdə mobil operatorların xidmətləri niyə dayandırılıb?
22/02/2018 [21:47]:
“Torpaqlarımız heç vaxt geri qayıtmayacaq.... onu ancaq ala bilərik”
22/02/2018 [21:35]:
Ermənistanda gərginlik artır - Serj Sarkisyan hədəfdədir
22/02/2018 [21:31]:
İlin əvvəlindən Ermənistanın 9 hərbçisi Qarabağda məhv olub
22/02/2018 [21:22]:
Milli Məclis biganələr yığnağı, haqq deyənlər haqsızların danlağı...
22/02/2018 [21:12]:
Sankt Peterburqda terror aktının qarşısı alındı
22/02/2018 [21:05]:
Azərbaycan gimnastı qızıl medal qazandı
22/02/2018 [21:04]:
ABŞ dəniz piyadaları rus qışına hazırlaşır
22/02/2018 [20:35]:
"Erməni milliyətçiliyinin kökündə faşizm dayanır"
22/02/2018 [20:22]:
Bu gün "Fəlakət"in toyudur - FOTOLAR
22/02/2018 [20:08]:
Rusiya böyük faciədən döndü - Genişmiqyaslı əməliyyat
22/02/2018 [20:08]:
Misir prezidenti Şahin Mustafayevi qəbul etdi
22/02/2018 [20:05]:
Qadınları necə sevək? - KİŞİLƏRƏ MƏSLƏHƏT
22/02/2018 [20:04]:
Kristian Vigenin Minsk qrupu həmsədrlərini tənqid etdi
22/02/2018 [19:54]:
Elza Seyidcahanın şeirlər kitabı çap olundu
22/02/2018 [19:51]:
Kreml iki şərtə görə güzəştə gedəcək: “Böyük müharibəyə hazırlıq başlayıb"
22/02/2018 [19:47]:
Üç övladı gözünün qarşısında donub, ölən ana: “Soruşurdular ki, bəs atamız hanı?”
22/02/2018 [19:42]:
Xalq yazıçısı “Yeni Müsavat”a niyə danışmadı?
22/02/2018 [19:42]:
Afrində Əsədlə Öcalanın şəkilləri qaldırıldı - FOTOLAR
22/02/2018 [19:19]:
“Nar” “İlin mobil operatoru” mükafatına layiq görüldü
22/02/2018 [19:08]:
ADNSU-nun rektoru təhsillərini xaricdə davam etdirəcək tələbələrlə görüşdü
22/02/2018 [18:58]:
ADU-nun rektoru Kamal Abdulla Rumıniya səfiri ilə görüşdü
22/02/2018 [18:56]:
Naxçıvana 3 milyon manat ayrıldı
22/02/2018 [18:55]:
Prezidentin fərdi təqaüdü 1450 manat olacaq
22/02/2018 [18:54]:
Gənc istedadların təqaüdü 100 manat artırıldı
22/02/2018 [18:53]:
Bakının bu rayonlarında içməli su olmayacaq
22/02/2018 [18:52]:
Seçkiqabağı təşviqat üçün ödənişsiz efir və dərc yeri bu KİV-də olacaq
22/02/2018 [18:51]:
Fəxri adlara görə aylıq təqaüdlərin məbləği artırıldı
22/02/2018 [18:44]:
ADNSU-nun rektoru “METAK” şirkətinin nümayəndələri ilə görüşdü
22/02/2018 [18:33]:
Prezident Bruney sultanını təbrik edib
22/02/2018 [18:29]:
Sumqayıt sakini Şirvanda heroinlə tutuldu
22/02/2018 [18:27]:
Bakıda şagirdin açıq-saçıq şəklini yayan müəllimlə bağlı araşdırma başladı
22/02/2018 [18:25]:
Azərbaycan-Rusiya sərhəddində ilk demarkasiya nişanı quraşdırılıb
22/02/2018 [18:13]:
Afaq Bəşirqızından xanımlara 8 Mart hədiyyəsi
22/02/2018 [18:11]:
Azərbaycan ən çox Rusiyadan məhsul alıb
22/02/2018 [18:06]:
Dövlət hesabına göstərilən xidmət üçün vəkilərə ödəniş 3 dəfə artırılacaq
22/02/2018 [18:06]:
Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olundu
22/02/2018 [17:59]:
Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzaladı
22/02/2018 [17:55]:
Əhmədinejat İran xalqı üçün azad seçim istədi - Xameneinə məktub
22/02/2018 [17:53]:
Vəkillər Kollegiyası yeni bina ilə təmin olunacaq
22/02/2018 [17:51]:
“Afrinə girməyə qoymayacağıq” - Türkiyədən Əsədə xəbərdarlıq
22/02/2018 [17:43]:
Bağça müdirəsinə 8 il həbs verildi, amma azadlıqda qaldı
Bütün arxiv bir sırada
23/10/2017 [01:22] - Cəmiyyət - ( 935 dəfə baxılıb)

Unuda bilmədiyim xatirələrim...



Ağlım kəsəndən sözə və söz adamına yüksək dəyər vermişəm. Şairə, yazıçıya əlçatmaz insanlar kimi baxmışam. Onları Tanrının ən uca və sevimli bəndələri bilmişəm. Və ürəyimdən çox istəklər, arzular keçib. Orta məktəb illərindən cızma-qaralar eləmişəm. Kimsəyə göstərməmişəm, kimsədən də məsləhət almamışam. Həmin cızma-qaraları mənsur şeir adıyla isti- isti rayonumuzda çıxan "Ulduz"(indiki "Şəmkir") qəzetinə göndərərdim. Təbii ki, dərc etmirdilər. Buna baxmayaraq bir dəfə özümdə cəsarət tapıb "Azərbaycan gəncləri" qəzetinə bir neçə mənsur şeir (mənə görə) göndərdim. O vaxtın yazarlarının yaxşı yadında olar, qəzetin çox bacarıqlı, istedadlı və tanınmış əməkdaşları var idi. Onlar hər yazının qəzet səhifələrinə çıxmasına imkan vermirdilər. Elə buna görə də "Azərbaycan gəncləri" yaşından asılı olmayaraq bütün oxucuların sevimli qəzeti idi. Mən də çox iddialıydım. Rayon qəzetində bəyənilib çıxarılmayan yazılarımın respublika qəzetində çıxmasını istəyirdim. Atalar gözəl deyib: "Sən saydığını say, gör fələk nə sayır". Fələyin nə saydığı özünü çox gözlətmədi. Qəzetin növbəti sayında elə fələyin əliylə gözəl şair Sabir Almazov (dünyasını çoxdan dəyişib. Allah ona rəhmət eləsin) redaksiyaya gələn bədii yazılar haqqında yazdığı icmal məqaləsində məni möhkəmcə (indiki dildə desək, yıxıb sürümüşdü) tənqid eləmişdi. Amma buna baxmayaraq mən haqlı tənqiddən incimədim,sözdən küsmədim, bədbiləşmədim, ruhdan düşmədim. Mənsur şeirin qaydan- qanununu öyrənmək üçün G.Hüseyinoğlunu, böyük R. Taqoru dönə-dönə oxudum, onlardan öyrəndim.
   
Artıq 9-cu sinifdə oxuyurdum. Redaksiyalara göndərdiyim mənsur şeirlər bəyənilir və rayon qəzetinin səhifələrində dərc olunurdu. Artıq məndə yavaş-yavaş özümə inam yaranır və mən özümdə cəsarət tapıb mənsur şeirlərimi radionun "Axşamınız xeyir" verilişinə göndərirəm. Bəyənilir və səsləndirilir. Mən bundan qürurlanır, sevinir və yerə- göyə sığışmıram. 
   
Orta məktəbi bitirib, ali məktəbə yollanıram. Lakin istənilən nəticəni qazana bilmirəm. Amma sözdən ayrı düşmürəm. Yenə yazıram. Müxtəlif qəzet və jurnallarda kiçik həcmili bədii yazılarım çap olunur. 1981-ci ildə "Azərbaycan" jurnalının redaksiyasına Nəbi Xəzriyə bir neçə kəlməlik məktub yazıb bir neçə mənsur şeir göndərirəm. Aradan xeyli vaxt keçir. Məktubumun böyük şairə çatıb, çatmadığından xəbərim yoxdur. Elə bu ərəfədə bir neçə dostum məni təbrik edir. Nəyə görə təbrik etdiklərini sormuram. İlk ağlıma gələn bir neçə gün qabaq "Kommunist" qəzetində Akademik Firudin Köçərlinin adət- ənənəmiz haqqında müzakirəyə verilmiş yazısı ilə bağlı dərc olunmuş ki,kiçik yazım düşdü. Və dostlara bildirdim ki, o yazını oxumuşam. Dedilər yanılırsan, biz onu  demirik.  "Kommunist"in başqa bir sayında Nəbi Xəzri sənin haqqında gözəl bir yazı yazıb. Eşitdiyimə inanmadım. Bu qədər də yox də. Mən kim idim ki, o boyda şair mənim haqqımda ölkənin bir nömrəli qəzetində yazı yazır. Qəzeti tapdım və 4-cü səhifədə şairdən gözləmədiyim, ağlıma gətirmədiyim bir yazı oxudum. Onun mənə və yazılarıma olan isti, səmimi münasibəti sözün yaxşı mənasında məni heyrətləndirdi.   Sözün doğrusu mənim mənsur şeirlər yazmam da onu heyrətləndirmişdi. 
    
Nəbi Xəzirinin oxucusu olmağıma baxmayaraq onu bir dəfə də olsun (televiziya ekranlarından gördüyümü nəzərə almasam) görməmişdim. Təbii ki, o da məni görməmişdi. İmzamı da bəlkə birinci dəfə görürdü. Amma buna baxmayaraq özüm və mənsur şeirlərim haqqında elə ürəkdən, elə səmimi, elə inamla yazmışdı ki, mənim qürurlanmaqdan, sevinməkdən başqa əlimdən bir şey gəlmirdi. Sözün açığı yazını oxuyanda bir balaca qızarıb pörtmüşdüm də. Bunu heç kim görməmişdi. Doğrusu heç özüm də görməmişdim. Görmək üçün ən azından aynanın qabağına keçməliydim. Amma yanağımın istiləşməyindən hiss etmişdim. 
   
Poetik təfəkkür sahiblərinə hörmət edib, onları üzə çıxarmağa Nəbi Xəzrini nə və kim məcbur etmişdi ki. yazı- pozusuna, özünə bir elə də bələd olmadan fərqli gənclərə yaşıl işıq yandırmışdı? Təbii ki, heç kim. Bu şairin içindən gələn insanlıq, şairlik duyğusu, hissi  idi. Mənim mənsur şeirlərimdəki poetik işartılar onu sevindirmiş və mənim  gələcək uğurlarıma onda böyük inam yaratmışdı.
  Üzümü belə görmədən  mənim yazılarım haqqında ölkənin bir nömrəli qəzetində - "Kommunist"də "Şair fəhlə" yazısı Nəbi Xəzri kimi bir şairin, yüksək vəzifə adamının mənə uğurlu yol arzusu olur. Bundan sonra mən daha da ruhlandım, məsuliyyət hissim artdı, yıxılmadım, büdrəmədim. Çünki böyük şairin sözləri dayağım, söykənəcəyim idi.
    
Bu yazının qəzetdə çıxmasından xeyli vaxt keçmişdi. Mən hələ də Nəbi Xəziriyə öz təşəkkürümü, minnətdarlığımı bildirməmişdim. Vaxtsızlıq, imkansızlıq içində idim. Ona görə ki, həmin ərəfədə atam bərk xəstə idi. O üzdən də vaxt, imkan tapıb şairin görüşünə gedə bilmirdim. Bir gün dar macalda şairin iş yerinə (o vax N. Xəzri Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin sədri işləyirdi ) getdim. Yuxarı qalxıb katibədən Nəbi müəllimin burda olub, olmadığını soruşdum. Katibə xanım burda olduğunu dedi və məndən soruşdu:- Siz kimsiniz? Utana-utana (hələdə bilmirəm adımı deməkdə nə utancaqlıq  vardı?) dedim:- Məhərrəm Şəmkirli. Adımı eşidən xanımın üzünə xoş bir təbəssüm qondu:- Nəbi müəllim sizi çoxdan gözləyir. Gedim xəbər verim,- dedi və iri meşin qapıyı açıb içəri keçdi. Ürəyim döyünməyə başladı. Heç belə həyacanlanmamışdım. Öz- özümə: - Gör, yazının üstündən nə qədər vaxt keçib. Mən hələ indi təşəkkürə gəlmişəm. Bəlkə bu diqqətsizliyimə, laqeyidliyimə görə heç məni qəbul etmədi. Haqlıdır. Kim olsa mənim hərəkətimi hörmətsizlik kimi qəbul edər. Beləcə kah özümü qınayır, kah da böyük şairə haqq qazandırırdım. Yaxşı ki, katibə xanım tez qayıtdı. Üzü gülürdü. Üzündəki gülüşdən mənə də pay verdi.   Gülə- gülə dedi:- Nəbi müəllim sizi gözləyir.Buyurun keçin. 
 Ürəkləndim. İri meşin qapını açıb içəri keçdim. İlahi, otaq nə boyda idi. Yaşımdan nə bu boyda otaq görmüşdüm, nə də içərisində olmuşdum. Məni görən Nəbi müəllim oturduğu yerdən durub gülə-gülə mənə doğru gəldi, əl verib görüşdü, xoş gəldin dedi. Oturmaq üçün yer göstərdi. Təşəkkür edib oturdum. Söhbətə mənsur şeirin az-az yazılmasından və mənim mənsur şeirlərimi almasının nadir hadisə olduğundan danışdı. Böyük şair danışdıqca mən qızarır, bozarır, tər tökürdüm. Axı bu başqa cür də ola bilməzdi. Yaşımdan birinci dəfəydi ki, şairlə bir otaqda, özü də necə bir şairlə kəlmə kəsib ədəbiyyatdan, şeirdən danışırdım. Mənim üçün bu İlahi bir sevinc, qürur idi. Şair onu da vurğuladı ki, mən sənin mənsur şeirlərini "Ədəbiyyat və İncəsənət"(o vaxt "Ədəbiyyat qəzeti"bu adla çıxırdı) qəzetində, "Ulduz", "Azərbaycan" jurnallarında verə bilərdim. Amma mən "Kommunist" qəzetini üstün tutdum. Çünki bu qəzeti bir milyon insan oxuyur. Tanrım, bu nə şirin və gözəl görüş idi. Böyük şair mənim özümə və sözümə belə yüksək dəyər verirdi. 
 
Bir neçə gün olardı ki, Nəbi müəllim Qərbi Almanıyadan qayıtmışdı. Orda rəssamlarımızın rəsm əsərlərinin uğurla nümayiş olunduğundan qürurla danışdı, sevincini bildirdi. Mən ona mənə və mənim yazılarıma verdiyi dəyərə görə böyük təşəkkürümü bildirdim. O, xoş bir təbəssümlə:- Böyük Səməd Vurğun bizi belə öyrədib. İstedlara diqqət yetirib, qayğı göstərmək, onlara ədəbi yolda yaşıl işıq yandırmaq bizim borcumuzdur,- dedi.
  
Təkrar Nəbi müəllimə təşəkkür edib, böyük insanı ba, böyük kabineti də tərk edirəm. O, məni qapıya kimi ötürür. Böyük sevinclə pilləkənləri düşüb binanı tərk edirəm.                      
                                                          
Məhərrəm Şəmkirli
AYB-nin üzvü.

Qadın paltarı geyinən radikal islamçı kişilər yaxalandı
Qarsdakı Baş Konsulluğumuz “Xocalıya Ədalət” adlı silsilə tədbirlərə başladı - FOTO
"Niyə universitetlərin nə qədər tələbə qəbul etməsini Nazirlər Kabineti müəyyənləşdirir?"
Yumurtladığını iddia edən uşaq həkimləri çaş-baş saldı
Aygün Kazımova fərqli görnüşdə - FOTO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Şou-biznes
Bu gün "Fəlakət"in toyudur - FOTOLAR
Dünya
Radio aparıcısı canlı yayım zamanı doğdu - VİDEO
Dünya
Vəfalı it 12 il ölən sahibinin məzarı başında gözlədi - VİDEO
Maraqlı
Novruz bayramı ilə bağlı heç zaman eşitmədiyimiz əfsanə və miflər -TARİX
Hadisə
Ölkədə taxıl və un böhranı yaşandı: 1 kisə un alırsansa qeydiyyatını göstər...
Həftənin ən çox oxunanları
Lənkəranski Allahşükür Paşazadəyə yazdığı məktubunda nə istəyirdi?- İstintaq materialları...
”Budur sizin Ağdam, budur sizin Ağdam! Ha haha ha...” - VİDEO
Azərbaycan sərhədlərində MÜHARİBƏ BAŞLAYIR – Ağ Ev tarixini ELAN ETDİ
“Monte Melkonyan məni maşına mindirib bilmədiyim bir evə gətirdi...” - Səkkiz gün erməni əsirliyində...
İsrailin müdafiə naziri erməni deputatları NOKAUT ETDİ: "Qarabağı...”
Dəhşət: Müəllim və şagirdi maşında sevişərkən yaxalandı - VİDEO
Lənkəranskinin “Qara bloknot”unda nə yazılmışdı?- Kriminal avtoritetin şəxsi əşyalarından...
“Hər bir erməni qaçqın Azərbaycandan 110 min dollar tələb etməlidir” - Həyasızlığın son həddi...
Amerikalı konkisürən qızların intim geyimləri hamını çaşbaş saldı - FOTOLAR
Bir qadın eyni vaxtda 3-4 kişi ilə yaşasa?...- Uşaqların atası kim olacaq?!.
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin