Xəbər lenti
19/11/2017 [01:01]:
Tağıyevin özünü güllə ilə öldürən oğlunun nadir fotoları- İlk dəfə
19/11/2017 [00:55]:
İlham Əliyev əfsanəvi Aslan Aslanovu təltif etdi
19/11/2017 [00:46]:
“Kəlbəcər: ömrüm, həyatım” - Qənbər Şəmşiroğlunun kitabının təqdimatı keçirildi
19/11/2017 [00:41]:
Uşaq evində böyüyən müğənni anasını belə təbrik etdi - FOTO
19/11/2017 [00:28]:
Zimbabve 93 yaşlı diktatorun istefasını atəşfəşanlıq və karnavalla bayram etdi...
19/11/2017 [00:15]:
Bu gün faciəvi şəkildə qəzada ölən 18 yaşlı gəncin FOTOLARI...
19/11/2017 [00:05]:
NATO rəhbəri bir daha Ərdoğandan üzr istədi
18/11/2017 [23:53]:
Evimizdəki kiçik “bombaların” dəhşətli fəsadları - Batareyalardan gələn ölüm
18/11/2017 [23:37]:
Bu qız dünya gözəli seçildi - VİDEO
18/11/2017 [23:36]:
Astarada torpaq sürüşməsi: yollardan biri qismən bağlandı
18/11/2017 [23:27]:
Orqanizmi cavanlaşdıran sarımsaqlı limon suyunun MÜALİCƏVİ XASSƏLƏRİ
18/11/2017 [23:24]:
Stalin homoseksual ingilisin məktubuna necə cavab verdi? - MARAQLI...
18/11/2017 [23:23]:
Bakıda insanları ölümə aparan çörəklər satılır — EHTİYATLI OLUN! + FOTO
18/11/2017 [23:10]:
ADAU tələbələri Goranboyda pambıq sahələrində oldular - FOTOLAR
18/11/2017 [22:57]:
Dələduzluqda ittiham olunan Qusar sakini həbs edildi
18/11/2017 [22:34]:
Donald Tramp Hillari Klintonu tarixin ən böyük uğursuz qadını adlandırdı...
18/11/2017 [22:27]:
4 gündə 23 piyada vuruldu: sürücü səhlənkarlığı, yoxsa piyada məsuliyyətsizliyi?
18/11/2017 [22:23]:
ABŞ prezidentinin toy tortu 2240 dollara satıldı
18/11/2017 [22:09]:
Ruslar çeçen qızı zorlayan hərbçiyə çiçək dəstələri atırdılar...
18/11/2017 [22:00]:
"Çelsi" İngiltərə Premyer Liqasında ikinci pilləyə yüksəlib
18/11/2017 [21:51]:
Evləndikdən 7 il sonra nişanlandılar - VİDEO
18/11/2017 [21:32]:
"Keyfiyyətsiz qidalar immun sistemini zəiflədir və xərçəng şişinin yaranmasına şərait yaradır”
18/11/2017 [21:23]:
“Dünyanın xilaskarı” əsərinə xərclənən milyardlar...
18/11/2017 [21:08]:
Dünyanın ən böyük hava gəmisi Britaniyada qəzaya uğradı
18/11/2017 [21:05]:
“VAZ " radar dirəyinə çırpılıb, ölən və xəsarət alan var
18/11/2017 [21:02]:
Ərdoğan NATO-nun üzrxahlığını qəbul etmədi
18/11/2017 [21:00]:
Bakıda yaşayış binasında yanğın: "23 nəfər təxliyə edildi"
18/11/2017 [21:00]:
ŞOK İDDİA: Dünya sabah dağılacaq
18/11/2017 [20:51]:
Q.Paşayeva Ərəb Liqası rəsmiləri ilə evinə dönə bilməyən köçkünlərdən danışdı
18/11/2017 [20:48]:
Mənzil alanlar üçün VACİB XƏBƏR: bu tələb qadağan edilir – VİDEO
18/11/2017 [20:12]:
Bərdədə niyə zəlzələ oldu?..
18/11/2017 [19:59]:
Eynulla Fətullayev: "Hüseyn Abdullayevdən 2-ci etiraf – Heydər Əliyev Quskanı Bakıdan niyə didərgin saldı?"
18/11/2017 [19:44]:
“Mehdiyev dedi, ağa mənəm, uzağı cibimdən 10 min verə bilərəm...” Keçmiş icra başçısının əməlləri
18/11/2017 [19:39]:
Şahin Diniyev istefa verdi
18/11/2017 [19:11]:
Rusiya yeni “İskəndər-M” raketini sınaqdan keçirdi - VİDEO
18/11/2017 [19:06]:
Şirvan Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi
18/11/2017 [18:38]:
Cəlilabadlılara kartof "atan" Qubalının atası: “Alma təklif etdim, istəmədilər...”
18/11/2017 [18:35]:
Komediya janrında yeni filmin çəkilişləri başladı - FOTO
18/11/2017 [18:18]:
“Döyüşdə bir gözünü itirdi, başının bir tərəfi yoxdur və sol tərəfi iflic olub...”
18/11/2017 [18:05]:
Nağıl dünyasından çıxıb SSRİ-ni heyrətləndirən “Xoruz baba”- PORTRET
18/11/2017 [17:52]:
Deputat: "NATO-nun Türkiyəyə qarşı bu hərəkəti millətin dəyərlərinə hörmətsizlikdir"
18/11/2017 [17:34]:
Tahir Budaqova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verildi
18/11/2017 [17:28]:
Cənub bölgəsində zəlzələ olub
18/11/2017 [17:06]:
Məşhur türkiyəli atlet Naim Süleymanoğlu vəfat etdi
18/11/2017 [17:01]:
Telman İsmayılovu Daşkənddə görüblər: “Dedi gəl görüşək...”
18/11/2017 [16:59]:
Bakıda “Lexus” piyadanı vuraraq öldürüb
18/11/2017 [16:55]:
Türkiyə vətəndaşı Bakı sakinin 32 min dollarını mənimsədi - DƏLƏDUZLUQ
18/11/2017 [16:52]:
Mənfüs üfüqü yaranışı
18/11/2017 [16:48]:
Bakıda 19 yaşlı qız itkin düşdü
18/11/2017 [16:28]:
"Qarabağı qaytarmaq lazım deyil, Qarabağ yerindədir, Qarabağa qayıtmaq lazımdır!"
18/11/2017 [16:23]:
Xaricdə təhsil alan tələbələr işə imtahansız qəbul olunacaqlar – VİDEO
18/11/2017 [16:18]:
Anar Nağılbaz: "Elşad Xoseyə və Dəryaya görə adımız narkoman çıxıb" (VİDEO-MÜSAHİBƏ)
18/11/2017 [16:07]:
Bir sıra şəxslər "Şöhrət" ordeni, "Tərəqqi" və digər medallarla təltif edildi - TAM SİYAHI
18/11/2017 [16:05]:
Xaçmazda 20 manatlıq fahişələr – VİDEO + İDDİA
18/11/2017 [15:59]:
Prezident bu jurnalistləri təltif etdi SİYAHI
18/11/2017 [15:48]:
“Bəzi ailələr yüksək təhsil haqqı səbəbi ilə övladlarını xaricdə oxudur”
18/11/2017 [15:39]:
Soğuya görə "Yeni il"i keçirmək üçün arzu olunan şəhərlər sırasında Bakı birincidir
18/11/2017 [15:21]:
Erməni əsgərləri bir-birini qırır - Orduda "dedovşina"
18/11/2017 [15:17]:
Prezidentlərin görüşləri niyə daha çox Rusiyada keçirilir?
18/11/2017 [15:11]:
Ərdoğanı bəhanə edib Türkiyənin ürəyini nişan alanlar – Qərbin məkrli planı
18/11/2017 [15:06]:
Dövlət qulluğuna qəbul imtahanının nəticələri bəlli oldu
18/11/2017 [14:58]:
Pilotsuz uçan aparatların qeydiyyatı ilə bağlı – YENİLİK
18/11/2017 [14:58]:
Rəsulzadənin Ceyhun Hacıbəyliyə yazdığı məktublar: “Əhməd Cavada ağır işgəncələr verilir”
18/11/2017 [14:54]:
Kılıçdaroğlu Ərdoğanı müdafiə etdi
18/11/2017 [14:48]:
"Ehtiyatlı olun, Azərbaycan ordusu çox güclü zərbə endirəcək..." - Erməni ekspert
18/11/2017 [14:30]:
“Rafiq Əliyevə bu addım üçün təşəkkür edirəm, amma...”- Portuqaliyada çalışan alimimiz
18/11/2017 [14:21]:
"Onun əsas dərmanı insanların sevgisi olacaq" - Qənirə Paşayeva
18/11/2017 [14:19]:
Dini İşlər İdarəsində qadına yüksək vəzifə verildi - Türkiyədə ilk
18/11/2017 [14:14]:
"Reket" KİV-lərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ünvanlndı
18/11/2017 [13:55]:
Rəşad Sadıxov AFFA-nın idman direktoru olur
18/11/2017 [13:50]:
Putin, Tramp, Kim Çen və s. liderlərin iştirakıyla yeni siyasi mult-şou başladı - VİDEO
18/11/2017 [13:42]:
Evlərdən qızıl və pul oğurlayan şəxs saxlanıldı
18/11/2017 [13:42]:
Türkiyədə fahişəlik edən azərbaycanlı qadınlar yaxalandı - VİDEO
18/11/2017 [13:39]:
Polis itkin düşən şəxsi taparaq ailəsinə təhvil verdi
18/11/2017 [13:35]:
Şirvanda polis özünə xəsarət yetirmək istəyən şəxsə mane oldu
18/11/2017 [13:29]:
Şəmkirdə saxta pul hazırlayan şəxs tutldu - Dollar, manat...
18/11/2017 [13:13]:
Alla Puqaçova nikaha girdi - FOTO
18/11/2017 [13:09]:
Millət vəkili: "Doğurdan da Aqil Əhmədovun ciddi əməliyyat və müalicələrə ehtiyacı var" - VİDEO
18/11/2017 [12:48]:
Məşhurların ölümündən sonra çəkilmiş qorxunc FOTOLARI (18+)
18/11/2017 [12:44]:
“Bu generallar hərbi-sənaye kompleksinin dəllalları kimi çıxış edir”
Bütün arxiv bir sırada
23/10/2017 [14:01] - Müsahibə - ( 4638 dəfə baxılıb)

Qüdrət Həsənquliyev: “Rusiyadan açıq şəkildə soruşulmalıdır ki...”



 “Azərbaycan heç bir halda öz təşəbbüsü ilə AŞ PA-dan çıxmamalıdır”

Azərbaycanla Avropa Şurası Parlament Assambleyası (AŞ PA) arasında yaşanan gərginlik parlamentin son iclasında da geniş müzakirə mövzusu oldu. Bir sıra deputatların sərt mövqeyinə rəğmən, parlament sədri hələlik rəsmi Bakının qurumu tərk etmək niyyətində olmadığını bəyan etdi. Müzakirələrin yekununda səslənən fikirlərin ümumi məcmusunun hazırlanıb sənəd halında AŞ PA rəhbərliyinə göndərilməsinə də qərar verildi.

Mövcud durumu deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Qüdrət Həsənquliyevlə təhlil etdik. Ancaq söhbətimiz yalnız Bakı-Strasburq münasibətlərini əhatə etmədi, Rusiyanın Azərbaycana təzyiqlərindən, Qarabağ məsələsindən də danışdıq.

- Qüdrət bəy, parlament sədrinin dediyi kimi, 68 ildir dünyanın heç bir ölkəsinə qarşı tətbiq olunmayan maddə Azərbaycana tətbiq olunarsa, o halda rəsmi Bakının Avropa Şurası ilə bağlı yekun mövqeyi, qərarı necə olmalıdır? Avropanın aparıcı qurumlarından biri ilə yaranmış hazırkı böhrandan necə çıxmaq olar?

- Bundan əvvəl biz bir dəfə də Avropa Parlamenti ilə problemlər yaşamışıq. Elə həmin problemin nəticəsində Azərbaycan Avronestdə fəaliyyətini bir müddət dayandırdı. Sonradan Avropa Parlamentinin rəhbərliyi ilə müəyyən danışqlar oldu, dialoq yolu ilə gərginlik aradan qalxdı. Düşünürəm ki, eyni qaydada AŞ PA rəhbərliyi ilə danışıqlar aparmaq lazımdır və gərginliyin aradan qaldırılması istiqamətində qarşılıqlı addımlar atılmalıdır.

- Artıq iki qətnamə qəbul olunub...

- Qətnamələr qəbul olunub, Azərbaycan da ona öz etirazını bildirib. Ermənistanla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri var ki, işğal olunmuş Azərbaycan torpaqları azad edilməlidir, Ermənistan da bundan narazı qalıb. Amma Ermənistan nə o qətnamələri yerinə yetirir, nə də BMT-dən çıxır. Həmçinin Avropa Parlamentinin, elə AŞ PA-nın müvafiq qətnamələri var Ermənistan əleyhinə. Sərsəng su anbarı ilə bağlı da sənəd qəbul olunub. Bundan əlavə, Avropa İnsan Haqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” adlı iş üzrə qərar qəbul edib. Orada Ermənistan birbaşa işğalçı dövlət kimi tanınır. Onda Ermənistan Avropa Məhkəməsinin yuristiksiyasından, yaxud Avropa Şurasından çıxmadı ki. Bu baxımdan Azərbaycanla bağlı qərar qəbul olunub, Azərbaycan həmin qətnamələri diqqətlə öyrənməlidir. Əgər ordakı hansısa tənqidlərin əsası varsa, onlar yerinə yetirilməlidir, əsası olmayan tələblər isə yerinə yetirilməməlidir. Azərbaycan tələbləri yerinə yetirməyəcəyi təqdirdə AŞ PA-dan çıxarılacaqsa da və Azərbaycan görəcəksə ki, onu Parlament Assambleyasından xaric edirlər, məncə, yenə də rəsmi Bakı qabağa düşüb yenə bu addımı atmamalıdır. Azərbaycan özü qabağa düşüb belə bir addımı atsa, bu, ona qarşı böyük bir kampaniyanın başladılmasına imkan verəcək. Bu da bizim ayrı-ayrı Avropa dövlətləri ilə fərdi qaydada işləməyimizi məhdudlaşdıracaq. İstənilən Avropa ölkəsi ilə əməkdaşlıq zamanı deyə bilərik ki, hansısa məhkəmə qərarını doğru saymırıq, amma biz yenə də Avropa qurumları ilə əməkdaşlıqda maraqlıyıq, ordan çıxmaq istəmirdik və bu istiqamətdə addımı biz atmamışıq, siz atmısınız. Biz bu addımı atacağımız təqdirdə sözsüz ki, bizim əleyhimizə erməni diasporunun daha aktiv iş aparmaq imkanları artacaq və bizim əleyhimizə fəaliyyət göstərən dairələrin imkanları genişlənəcək. Ona görə də Azərbaycan sona qədər mübarizə aparmalıdır. Azərbaycan xalqını və dövlətini iqtidar təmsil edir. Əgər doğrudan da Azərbaycan iqtidarı hesab edirsə ki, həqiqətən hansısa məsələ bu dövlətin nüfuzu, gələcəyi, ərazi bütövlüyü ilə bağlı həyat əhəmiyyətli məsələdir və bu istiqamətdə heç bir güzəştli addım atıla bilməz - lap bizi Avropa Şurasından xaric etsələr belə - o halda Azərbaycan o qərarı icra etməməlidir. Azərbaycanı qurumdan çıxartsa da, deməlidir ki, biz əməkdaşlıq istəyirdik, siz özünüz bizi kənarlaşdırdınız. Azərbaycan heç bir halda öz təşəbbüsü ilə AŞ PA-dan çıxmamalıdır.

“Bizim əleyhimizə təkcə erməni diasporu yox, həm də Rusiyaya bağlı gizli dairələr aktiv işləyir”

- Bu ərəfədə Vladimir Jirinovski də bildirib ki, Azərbaycan Rusiyanın tərkibinə daxil olmalıdır. Sanki Bakı ilə Avropa qurumları arasında gərginliyin yaranması Rusiya üçün göydəndüşmə olub. Jirinovski öz sözünü deyir, yoxsa Kremlin planlarının anonsunu edir?

- Mən sizə tam əminliklə deyirəm ki, Azərbaycanın Qərblə münasibətlərinin korlanması hal-hazırda Rusiyanın tam dövlət və milli maraqlarına cavab verir. Ona görə ki, Azərbaycanın Qərblə münasibətləri tam korlanacağı təqdirdə Rusiyanın Azərbaycana təzyiq imkanları artacaq və Azərbaycanın da Rusiyaya sığınmaqdan başqa yolu qalmayacaq. Yəni onlar bu cür düşünürlər. Ona görə də tam əminliklə deyirəm ki, bizim əleyhimizə təkcə erməni diasporu yox, həm də Rusiyaya bağlı gizli dairələr aktiv şəkildə işləyirlər. Bu, birmənalı şəkildə belədir. Məsələn, bizə qarşı bu cür sərt mövqedə dayanan Yaqlandın özü Rusiya ilə münasibətlərin düzəlməsi üçün aktiv kapmaniya aparır. Deyək ki, Azərbaycan bir qərarı icra etmir, Yaqland deyir bu ölkəni xaric etmək lazımdır. Rusiya qonşu dövlətin torpağının 20 faizini işğal edib, bir hissəsini özünə birləşdirib, digər hissəsində də separatizmi dəstəkləyərək Ukraynanın nəzarətindən çıxarıb, amma deyir ki, Rusiya AŞ PA-ya qayıtmalıdır. Hələ mən Gürcüstanı kənara qoyuram. Bunun özü də göstərir ki, Yaqlandın Azərbaycana qarşı münasibət sərgilməyində elə Rusiyanın gizli dairələrinin də rolu ola bilər.

- Özü də Azərbaycan Avropa ilə əməkdaşlığın davam etdirilməsi ilə bağlı prinsipial mövqeyini dövlət başçısı səviyyəsində bəyanlayıb. Belə ki, prezident Brüssel zirvəsində iştirak edəcəyini bildirəndən sonra Avropa Şurası ilə məlum gərginlik yarandı. Bu, təsadüfdür, yoxsa...

- Azərbaycan Dağlıq Qarabağ probleminin həlli üçün haqlı olaraq Rusiya ilə sıx əməkdaşlıq edir. Azərbaycan rəsmiləri də qəbul edirlər ki, bu problemin həlli daha çox Rusiyadan asılıdır. Bu da Qərbin müəyyən dairələrini qıcıqlandırır. Bilirsiniz ki, Ermənistan prezidenti danışıqlar üçün müəyyən şərtlər irəli sürmüşdü. Sonradan əsasən Rusiyanın təzyiqlərindən sonra o şərtlərdən imtina edərək danışıqlar masasının arxasında oturdu. Düzdür, orda görüşdən sonra başından böyük qələt elədi, yenə də bir açıqlama verdi... Çünki bilirdi ki, onun üstünə gələcəklər, deyəcəklər “axı, sən deyirdin şərtlər yerinə yetirilməsə, danışıqlar masası arxasında oturmayacaqsan”. Azərbaycan indiki vəziyyətdə Rusiya ilə çox açıq və səmimi dialoqa girməlidir ki, siz Dağlıq Qarabağ məsələsinin həlli üçün Sərksiyan istəməsə belə, onu Qarabağ məsələsində ədalətli mövqe sərgiləməsinə vadar edə bilərsiniz. Yəni necə ki, Sərkisyanı danışıqlar masasına gətirdiniz, istəməyə-istəməyə. Rusiyadan açıq şəkildə soruşulmalıdır ki, siz Azərbaycandan nə istəyirsiniz?

- Parlamentdə Qarabağ müzakirələrinin keçirilməsi, yaxud xalqa danışıqların hazırkı durumu barədə məlumat verilməsi barədə vaxtaşırı çağırışlar olur. Şəxsən siz Milli Məclisin üzvü olaraq danışıqların məzmunu barədə kifayət qədər məlumat ala bilirsinizmi?

- Mən də o fikirdəyəm ki, bu danışıqların nəticələri barədə Azərbaycan xalqına məlumat verilməlidir. İndiyə qədər nə mən, nə siz, heç birimiz bilmirik ki, problemin həlli üçün Azərbaycan Rusiyaya hansı güzəştlərə gedə bilər, yəni Rusiyanın Azərbaycanda maraqlarının nəzərə alınması məsələsində... Əgər Rusiya desə ki, bilirsiniz nə var, sizin nə təklif etməyinizdən asılı olmayaraq, biz Ermənistanın hərbi-siyasi müttəfiqiyik və Ermənistanı müdafiə edəcəyik, siz də torpaqları hərb yolu ilə azad edə bilməzsiniz. Əgər Rusiya bunu bizə desə, deməli, o zaman artıq torpaqlar işğal altında qalır, o halda Azərbaycan Ukrayna və Gürcüstan kimi açıq qərbyönümlü siyasət yürütməlidir. Mən demirəm ki, münasibətlərin bizim tərəfimizdən pozulması istiqamətində addımlar atılmalıdır, yox, biz yenə də münasibətlərin normal saxlanmasına çalışmalıyıq, yenə də əlaqələr davam eləməlidir, amma açıq qərbyönümlü siyasət yürütməliyik. Yəni biz də Avropa ilə qonşulu siyasətinə qoşulmaq haqqında müqavilə imzalamalıyıq, Azərbaycan artıq bitərəflilik siyasətindən imtina edib NATO-ya üzv olmaq haqqında düşünməlidir və s. Beləliklə, yeni bir mərhələ başladılmalıdır. Rusiya da nəzərə almalıdır ki, o halda 20 faiz Azərbaycan torpağını nəzarətində saxlayacaqsa, 80 faiz Azərbaycanı itirəcək. Yəni bugünkü vəziyyətdə iqtidarın yürütdüyü siyasət bundan artığına nail olmağa imkan vermir. Ona görə də artıq Azərbaycanın Qarabağ siyasətində ciddi qərarların verilməsi vaxtı gəlib çatıb.

- Amma gələn il seçkilər ilidir. Deməli, ciddi qərarların verilməsi o qədər də real görünmür. Belə olan halda nə etməli?

“Qarabağla bağlı ciddi qərarların verilməsi vaxtı gəlib çatıb”

- Söhbət ondan getmir ki, elə mən dedim və bu gündən bu siyasətə start verilməlidir. Hələ birinci Rusiya ilə bu danışıqlar başlamalıdır. Rusiya ilə danışıqlar başlayarsa, yəqin ki, proses azı bir il davam edəcək. Söhbət yaxın perspektivdən gedir. Bəs, bu bir il ərzində Azərbaycan nə edə bilər? İndi əsas ağırlıq - danışıqlarda da Azərbaycanın mövqeyini gücləndirmək üçün - Azərbaycan ordusunun üzərinə düşməlidir. Biz Dağlıq Qarabağda işğalçı ordunun daha çox əsgərini öldürməliyik. Hər gün atəşkəs pozulur və Azərbaycan çalışmalıdır ki, ordusunun istifadəsində olan dəqiq silahlarla daha çox erməni hərbçisi məhv edilsin. Ona görə ki, işğalçı hərbçilərdir. Bu, iki nəticə doğuracaq. Bilirsiniz ki, Ermənistandan kütləvi miqrasiya davam edir. Cəbhədəki itikilər bu miqrasiyanı bir az da gücləndirəcək və valideynlər ayağa qalxacaq ki, Sərksiyanın hakimiyyətdə qalması, milyardları talaması, əhalinin ac-yalavac yaşaması şəraitində nə üçün erməni gənclər başqa ölkənin ərazisində ölməlidir? Ordumuz erməniləri davamlı şəkildə məhv etsə, bu zaman həm daxildən Sərksiyana təzyiqlər artacaq, həm beynəlxalq təşkilatlar münaqişənin alovlanmasından həyəcanlanıb bu məsələyə daha çox diqqət yetirəcəklər. Ona görə də bu dəqiqə çalışmaq lazımdır ki, ermənilər hər atəşkəsi pozanda onlara ağır zərbə endirək. Hər gün olmasa da, hər həftə işğalçı ordunun əsgərləri məhv edilməlidir. Mən bilirəm ki, bununla bağlı Azərbaycana təzyiqlər var. Deyirlər atəş açmayıb, snayperləri geri çəkin, Azərbaycan buna əhəmiyyət verməməlidir. Yəni irimiqyaslı əməliyyatlara başlamasa da, ordu öz işini görməlidir, paralel olaraq danışıqlar getməlidir.  (musavat.com)

...
Bu gün faciəvi şəkildə qəzada ölən 18 yaşlı gəncin FOTOLARI...
Bu qız dünya gözəli seçildi - VİDEO
“Dünyanın xilaskarı” əsərinə xərclənən milyardlar...
"Ehtiyatlı olun, Azərbaycan ordusu çox güclü zərbə endirəcək..." - Erməni ekspert
“Rusiyanın Qarabağ probleminin həllində maraqlı olmadığı acı reallıqdır”
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Araşdırma
Ruslar çeçen qızı zorlayan hərbçiyə çiçək dəstələri atırdılar...
Köşə
Bərdədə niyə zəlzələ oldu?..
Mədəniyyət
Nağıl dünyasından çıxıb SSRİ-ni heyrətləndirən “Xoruz baba”- PORTRET
Cəmiyyət
“Bəzi ailələr yüksək təhsil haqqı səbəbi ilə övladlarını xaricdə oxudur”
Cəmiyyət
“Bu generallar hərbi-sənaye kompleksinin dəllalları kimi çıxış edir”
Həftənin ən çox oxunanları
Prezidentdən Cavid Qurbanovla bağlı - Sərəncam
""Avo"nun qolunun birini qanırıb dizimin altına qoydum, başını da, qolunu da kəsdim"
Üç bacı kabab yeyəndən sonra dünyasını dəyişdi - ÖLKƏ ŞOKDA...
Zeynəb Xanlarova Rasim Balayevin müdafiəsinə qalxdı: “Desəm öldürərlər, deməsəm ölləm!”
Zəlzələdən sonra su anbarında təhlükəli vəziyyət - Əhali təcili köçürülür - VİDEO
"Gəl burdan rədd olaq, elə bilərlər bizi də kimsə saxlayır..." - İCTİMAİ QINAQ
Prokuror hakimi güllələdi- Gözlənilməz
Bakirəliyini rekord qiymətə satan qız: “Pulu təhsilimə və səyahətə xərcləyəcəm...” -FOTOLAR
Suriyalı qaçqın hamının gözü qarşısında ponini zorladı - Berlinin ortasında...
Azərbaycanda 6 bal gücündə zəlzələ baş verdi - Əhali evlərini tərk etdi...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin