Xəbər lenti
19/09/2018 [00:48]:
Alimlər 15 yaş cavan görünmənin sadə sirrini "tapdılar"...
19/09/2018 [00:23]:
Türkiyəli alim Azərbaycanda dissertasiya müdafiə etdi
19/09/2018 [00:18]:
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdi - FOTOLAR
19/09/2018 [00:16]:
Üzeyir bəyin fövqəlzəkası – “Məşədi İbad papağı”nın sirri – Anım günü
18/09/2018 [23:57]:
Ermənistan: "Saşik" Sarkisyan bankda dondurulmuş pullarından büdcəyə "pay verməyə" hazırdır
18/09/2018 [23:53]:
Kəlbəcərə gələn adam, heç Kəlbəcərdən qayıdan günün olmasın!
18/09/2018 [23:47]:
Bu avtomobildən neçə adamın çıxdığına inanmayacaqsınız - VİDEO
18/09/2018 [23:34]:
Bu restoranda yemək yemək üçün çevik olmaq lazımdır - MARAQLI
18/09/2018 [23:28]:
“Milyonçu Tağıyevin Hacıbəyli qardaşlarna ayırdığı pulu mühasib niyə gizlədir? – Anım günü
18/09/2018 [23:20]:
“Televiziya kanalları, mətbuat Üzeyir bəyi bu gün bir az da çox təbliğ etməlidirlər, çünki....”
18/09/2018 [23:17]:
Yaşlı kişi əli silahlı soyğunçulara meydan oxudu - VİDEO
18/09/2018 [23:16]:
“Menyuların yalnız xarici dildə olması əsas problemdir”
18/09/2018 [23:13]:
NATO nümayəndəsi: "Ermənistanın yeni rəhbərliyi bizi ürəkləndirir"
18/09/2018 [23:03]:
Ölən dostlarının ətrafına toplaşaraq yas tutdular - VİDEO
18/09/2018 [22:59]:
"Buradakı tələbələr Üzeyir bəyin kimliyini yaxşı bilirlər, əsərlərini səhənləşdirirlər” – Cavanşir Quliyev
18/09/2018 [22:40]:
Taleh Məmmədov Minskdə çempion oldu
18/09/2018 [22:22]:
“Onlar bir-birlərinə qarşı ortada görünmədən mübarizə aparacaqlar”
18/09/2018 [22:15]:
İsrail KİV-ləri: “Liberman Azərbaycanı kəşf etdi”
18/09/2018 [21:41]:
Netanyahu Putinə zəng etdi
18/09/2018 [21:39]:
“Fənərbağça”nın futbolçusu karyerasına fasilə verdi
18/09/2018 [21:38]:
Qobustan rayonunda zəlzələ oldu
18/09/2018 [21:32]:
İçməli sudan 27 min insan zəhərlədi
18/09/2018 [21:31]:
“Bu il ən azı 600 kəndin yolunun əsaslı təmiri nəzərdə tutulub” -İlham Əliyev
18/09/2018 [21:09]:
İlham Əliyev: “Bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz”
18/09/2018 [20:48]:
"Telekanallarımız 10-15 il əvvəlki televiziya səviyyəsindən təxminən 100 addım geridir"
18/09/2018 [20:45]:
Qatarla 1,7 milyondan çox sərnişin daşındı
18/09/2018 [20:44]:
"Təyyarəmizin vurulmasını cavabsız qoymayacağıq” - Müdafiə naziri
18/09/2018 [20:42]:
Daxili İşlər Nazirliyi həkim axtarır
18/09/2018 [20:42]:
Hamburq universitetinin professoru Azərbaycanda separatçılara dəstək verdi - FOTOLAR
18/09/2018 [20:41]:
"Nəvəm dedi ki, Heydər Əliyev çox cəsarətli və bacarıqlı əskərdir" - Fikrət Qoca
18/09/2018 [20:39]:
Həyat yoldaşı ilə 4 qızını öldürən kişi və oğlu ömürlük həbs cəzası aldı
18/09/2018 [20:37]:
Bakının bu hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldı
18/09/2018 [20:25]:
Daha bir kəndə qaz verildi
18/09/2018 [19:31]:
Çindən ticarət müharibəsində ABŞ-a cavab zərbə
18/09/2018 [19:21]:
Çeçen toyunda kütləvi dava - VİDEO
18/09/2018 [19:12]:
Moskvada azərbaycanlı jurnalistin xatirə gecəsi keçirildi - FOTO
18/09/2018 [19:09]:
Zakir Həsənov dağlarda xidmət aparan əsgərləri yoxladı – FOTO
18/09/2018 [19:06]:
DTX Ağsuda əməliyyat keçirdi
18/09/2018 [18:35]:
İstanbulda oğurluq edən rus və erməni ələ keçdi - VİDEO
18/09/2018 [18:27]:
Az qalıb, bəy!
18/09/2018 [18:18]:
Putin vurulmuş təyyarəyə görə cavab tədbirlərindən danışdı
18/09/2018 [18:03]:
"Əgər qaçsaydım, indi onun yerində mən oturmuşdum" - 25 nəfərin öldüyü yanğına dair cinayət işi
18/09/2018 [17:56]:
Prezident 5 sərəncam imzaladı: 12 milyon manat ayrıldı
18/09/2018 [17:56]:
Qohum evliliyi 70 nəfəri kor etdi - FOTO
18/09/2018 [17:52]:
Rüşvətxor prokuror məhkəmə qarşısında
18/09/2018 [17:39]:
“Nar”ın dəstəyi ilə “Brain Ring” başladı
18/09/2018 [17:31]:
Balıq məhsulları ilə bağlı XƏBƏRDARLIQ
18/09/2018 [17:28]:
Eldar Əzizov daha bir kadrını yanına gətirdi
18/09/2018 [17:22]:
Məcburi köçkünlərin növbəti qəbulu keçirildi
18/09/2018 [17:20]:
Qətər-Azərbaycan arasında qarşılıqlı investisiyalar müzakirə olundu
18/09/2018 [17:06]:
Nikol Paşinyanın partiyası seçkilərdə uduzacaq?
18/09/2018 [17:03]:
Kəmaləddin Heydərovla bağlı yayılan xəbərlərə AYDINLIQ GƏTİRİLDİ
18/09/2018 [17:01]:
Ağcəbədinin su təchizatı yaxşılaşdırıldı
18/09/2018 [16:58]:
Mübariz Qurbanlı: " Zəncir vurmaq uydurulmuş hərəkətdir"
18/09/2018 [16:57]:
Fərhad Əhmədov və italyanların “bağ məsələsi” – YENİ FAKTLAR
18/09/2018 [16:42]:
QAT qadınları riyakar sülh təklifini rədd etdi
18/09/2018 [16:41]:
Azercell Gəncədə yeni Eksklüziv mağaza açdı
18/09/2018 [16:40]:
İsraildən rus təyyarəsinin vurulmasına ilk reaksiya - Günahkar Suriya, İran və...
18/09/2018 [16:38]:
“Prezidentin övladının hərbi xidmətə getməsi yaxşı örnəkdir”
18/09/2018 [16:37]:
"Onun böyüklüyü ondadır ki, əlində olan vəsaitini jurnalistikanın inkişafı üçün xərcləyib"
18/09/2018 [16:35]:
“Düzgün ixtisas seçimi uğurlu gələcəyin təminatıdır” layihəsi çərçivəsində seminarlar təşkil edildi
18/09/2018 [16:33]:
Ermənilər işğal etdikləri torpaqlarımızdan 790,5 ton üzüm yığdılar - FOTOLAR
18/09/2018 [16:25]:
“Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil”
18/09/2018 [16:23]:
Ön cəbhədə xidmət etmiş yüksək vəzifəli məmur övladlarının adları -SİYAHI
18/09/2018 [16:22]:
“İki gün əvvəl sinaqoqda çəkilib” - Nazirlərin fotosu ilə bağlı açıqlama
18/09/2018 [16:09]:
"Hələ eşitməmişəm ki, bir nazirin, bir icra başçısının oğlu hərbi xidmətə getsin"
18/09/2018 [16:02]:
“Nikol, ağlın olsun, Köçəryanla Sərkisyanı Azərbaycana təhvil ver, CANIN QURTARSIN...”
18/09/2018 [15:55]:
“UNEC Azərbaycanın ən yaxşı universitetləri sırasındadır” - Prezident təqaüdçüsü
18/09/2018 [15:43]:
Dövlət Komitəsi diaspor təşkilatlarına texniki dəstək göstərəcək
18/09/2018 [15:34]:
Bakcell növbəti beynəlxalq ekoloji aksiyaya qoşuldu
18/09/2018 [15:16]:
Kamal Abdulla Hindistan səfiri ilə müzakirə apardı - FOTO
18/09/2018 [15:14]:
İlham Əliyev Cavid Qurbanovu “Şöhrət” ordeni ilə təltif etdi - SƏRƏNCAM
18/09/2018 [15:06]:
“Ölkəmizdə keçirilən idman yarışlarının həm siyasi, həm də iqtisadi önəmi var”
18/09/2018 [15:05]:
"Sürücülər üçün hazırlıq kurslarının fəaliyyəti təqdirəlayiqdir"
18/09/2018 [14:50]:
Prezident Bayraq Muzeyinin açılışında iştirak etdi -FOTOLAR
18/09/2018 [14:37]:
Aşura günü terror planlaşdıran 26 İŞİD-çi həbs olundu
18/09/2018 [14:31]:
İlham Əliyev Biləsuvarda
18/09/2018 [14:30]:
Lirə ucuzlaşdıqca azərbaycanlılar İstanbul, Bodrum, Antalyada daha çox mülk alır - STATİSTİKA
18/09/2018 [14:23]:
Sabirabadda kütləvi dava: 4 nəfər həbs edildi
18/09/2018 [14:16]:
“Rus təyyarəsinin vurulması Kremli daha da qızışdıracaq”
Bütün arxiv bir sırada
23/10/2017 [14:43] - Ədəbiyyat - ( 3605 dəfə baxılıb)

Nərimanovun Zərdabi və milyonçu Tağıyevlə mübahisəsi: “Onun təqaüdündən imtina edirəm”





1906-cı ilin yayı.... Azərbaycan təhsil tarixində çox önəmli günlərdən biridir. Qafqaz müsəlman müəllimlərinin I qurultayı başlayır. Qurultayın keçirildiyi salonda dövrün az qala, bütün maarifçi ziyalıları, publisistləri, Avropada, Rusiyada təhsil alan savadlı kadrları iştirak edir. 

Amma çox təəssüf ki, burada  bir xoşagəlməz hadisə baş verir ki, uzun müddət dillərdə dastan olur.
Moderator.az o dövrün mahir bilicisi Manaf Süleymanovun milyonçu Hacı Zeynalabdin Tağıyevdən bəhs edən araşdırmasına istinadən həmin xoşagəlməz olayı təqdim edir. 


1906-cı il avqust ayının 15-də, səhər saat 10-da II Şəhər məktəbinin salonunda Qafqaz müsəlman müəllimlərinin I qurultayı işə başlayır. Təsis komissiyasının sədri N. Nərimanov qısa giriş sözü ilə qurultayı açır. H. B. Zərdabi sədr, N. Nərimanov onun müavini, Fərhad Ağayev isə katib seçilir. Qurultayda bir münaqişə baş verdi. Qocaman müəllim Səməd bəy Acalov qurultayda baş verən ixtilafı belə izah edirdi: “Bakıda məktəblər üzrə Livitski adlı bir inspektor vardı. Qatı irticaçı- hərəkət və rəftarında ayrı-seçkiliyə, irqçiliyə yol verirdi. O, məktəblərdə bir kəlmə olsun belə azərbaycanca danışmağı qadağan edirdi. Qurultay nümayəndələri qərara aldılar ki, belə yaramazlığa qarşı Livitskidən Qafqaz canişininə şikayət etsinlər və ana dilini sərbəst dərs kimi keçmək barədə sərəncam verilsin. Teleqramı tərtib etmək qurultayın sədrinə tapşırıldı. H. B. Zərdabi tapşırığı yerinə yetirdi, teleqram mətnini nümayəndələrin nəzərinə çatdırmaq üçün oxudu, sonuncu cümlə belə qurtarırdı: “qurultay ədalətli sərəncam vermənizi xahiş edir». Nəriman Nərimanov bu cümləyə etiraz etdi: “Qurultay tələb edir! Xahiş yox”. Zərdabi həlim bir tərzdə izah elədi ki, “tələb” sözü canişinlikdə oturmuş çinovniklərin qəzəbinə səbəb olar, teleqramı cırıb atarlar, sərdara heç verməzlər, deyərlər siz nəsiz, kimsiz ki, tələbiniz də nə ola. Burada evimizin içində bir Livitskilə bacarmırıq, bizi saya salmır. Teleqramı sərdara versələr, hiddətlənər, təhsil işlərimizə əngəl törədər, Livitskiyə əhsən deyər, hələ üstəlik səlahiyyətini bir az da artırar. Xahiş daha müvafiqdir, nəzakətlidir... Münaqişə başladı. Hər kəs dediyinin üstündə dururdu. Nümayəndələr iki dəstəyə bölündü; təklifləri səsə qoydular. Nərimanovun “qurultay tələb edir” təklifi keçdi. Bu qələbədən qanadlanmış cavan bir müəllim bərkdən qışqırdı: “Əqil yaşda deyil, başdadır”. 


H. B. Zərdabi qurultayı tərk edir. Bu əhvalat avqustun 21-də baş vermişdi. Qurultayda baş verən münaqişəni Hacı Zeynalabdin Tağıyevə çatdırırlar. Avqustun 22-də Tağıyev qurultaya gəldi və Qafqaz canişininə göndəriləcək teleqram üstündə N. Nərimanovla toqquşması, ixtilafı oldu. Vəziyyət çox gərgin, adamlar çox əsəbi, çox narahat idi. Araya dərin, üzücü sükut çökmüşdü. Tağıyev müəllimlərə müraciətlə dedi: “Sizin dünənki qərarınız göstərir ki, qurultaya N. Nərimanov kimi uzağı görməyən adamlar rəhbərlik edir. Bilirsinizmi Nərimanov kimdir? Onun cibində bir qəpiyi yoxdur, mənim pulumla oxuyur. İndi gəlib burada 28 inqilabi danışıq aparır, sizi də ağıldan-başdan çıxarmaq istəyir. Xahiş edirəm, dünənki qərarınızı dəyişin, çünki hökumət yanında bütün millətimizə ayıb gətirən işdir». Məslisdə dərin sükut idi. 
- Yoldaşlar! Nərimanov kürsüyə qalxıb asta bir tərzdə söhbətə başladı. - Mən də cənab Tağıyevdən təqaüd alanlardanam. Lakin mən bilmirdim ki, cənab Tağıyev yoxsul müəllimlərə kömək etməklə istəyir ki, onların müstəqil fikirləri olmasın. Hərgah indiyə qədər cənab Tağıyev tələbələrə ona görə kömək etmiş ki, onlar yalnız Tağıyevin dediyini desinlər, belə olduqda mən özümün keçmişimi və hal-hazırımı heç zaman ləkələyə, fəryad etmək lazım gələn yerdə susa bilmərəm. Başqalarının nəinki açıq danışdığı, hətta çar istibdadına qarşı azadlıq yolunda öz qanlarını tökdükləri bir zamanda, mən heç kəsə ixtiyar verməmişəm və imkan vermərəm ki, mənfur qızılın gücü ilə məni susdursun. Mən zəmanəmizin zalımlarından xilas olmaq üçün, gələcək nəsillərin özünü mənfur qızıla satmamaları üçün bütün qurultay qarşısında cənab Tağıyevin təqaüdündən məmnuniyyətlə imtina edirəm”

Elmin Nuri

Alimlər 15 yaş cavan görünmənin sadə sirrini "tapdılar"...
Türkiyəli alim Azərbaycanda dissertasiya müdafiə etdi
Bu avtomobildən neçə adamın çıxdığına inanmayacaqsınız - VİDEO
Bu restoranda yemək yemək üçün çevik olmaq lazımdır - MARAQLI
Yaşlı kişi əli silahlı soyğunçulara meydan oxudu - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Menyuların yalnız xarici dildə olması əsas problemdir”
Mədəniyyət
"Buradakı tələbələr Üzeyir bəyin kimliyini yaxşı bilirlər, əsərlərini səhənləşdirirlər” – Cavanşir Quliyev
Köşə
Az qalıb, bəy!
Cəmiyyət
"Onun böyüklüyü ondadır ki, əlində olan vəsaitini jurnalistikanın inkişafı üçün xərcləyib"
Siyasət
Ermənilər işğal etdikləri torpaqlarımızdan 790,5 ton üzüm yığdılar - FOTOLAR
Həftənin ən çox oxunanları
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Bakıda satılan 5 otaqlı evin qiymətinə Braziliyada ada almaq olar - Fantastik qiymət (FOTOLAR)
Puldan “divar” yaradan məmur həm də 256 məşuqə saxlayırmış - HEYRƏTAMİZ+VİDEO
“Polis Bərdə-Ağdam yolunu tankla kəsmiş erməniləri saxladı...”
"Müdafiə Nazirliyində çalışdığım 7 ildə cəbhə bölgəsində vəzifəli şəxsin övladını görmədim"
"Cənab Prezident, çox hörmətli Mehriban xanım, bu sətirləri Sizə utanaraq yazırıq..."
Mehriban Əliyevanın təşəbbüsü ilə 1-ci siniflərə - Hədiyyə
Fərhad Əliyevin kəndində evləri daşa basıb, sakinləri qorxuya salan kimdir? - VİDEO
"Biz də "Səni deyirlər"i Güneyin ruhu ilə oynadıq...” - VİDEO
"Sabah Qarabağda savaş başlasa bizim Bakıda Nuru Paşalara ehtiyacımız olmayacaq, çünki..."
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə