Xəbər lenti
21/07/2018 [00:32]:
Rusiya sınaqdan keçirdi: Saniyədə 4 km... - Video
21/07/2018 [00:23]:
Komitə sədri sərhədlərdəki növbələrin səbəbi açıqlayıb - VİDEO
21/07/2018 [00:23]:
UNEC professorunun tədqiqatı Rusiyanın nüfuzlu elmi jurnalında
21/07/2018 [00:20]:
Bakının bəzi yerlərində işıqlar niyə sönüb? - RƏSMİ AÇIQLAMA
21/07/2018 [00:12]:
“Mən Putinin qorxunc röyası olacam” - Tramp Helsinki uğursuzluğunu unutdurmaq istəyir...
21/07/2018 [00:07]:
Abşeronun icra başcısı 40 000 sakini olan qəsəbədə görüş keçirdi - FOTOLAR
20/07/2018 [23:56]:
Hüquq - mühafizə orqanları soyuducuda yarım milyard pul "tapdı"...
20/07/2018 [23:48]:
Ayılar Rusiyanın strateji vacib resursu hesab edilsin - FTX-dən əcaib təklif...
20/07/2018 [23:42]:
“Gördüyü işin ictimaiyyətə çatdırılmasını istəyən hər bir qurum jurnalistlərlə işləməlidir”
20/07/2018 [23:35]:
"Dünyanın hər yerində media hər zaman ona uzanan dost əlini sıxıb...”
20/07/2018 [23:32]:
“Qəzetlərin iqtisadi durumu yüksək olmadığı üçün onlar çox jurnalist saxlaya bilmir”
20/07/2018 [23:32]:
"O zaman hamı mənə fəxrlə "Əsgər anası" demişdi" - Şəhidimizin anasından ürək parçalayan sözlər
20/07/2018 [23:19]:
“Atamın həyatı təhlükədədir” -Dilqəm Əsgərovun oğlu
20/07/2018 [23:17]:
Paşinyan ölkədəki korrupsiyanın miqyasından şokdadır
20/07/2018 [23:15]:
Paytaxtın bəzi əraziləri qaranlıqda qaldı: Mərdəkandakı DRES-də nasazlıq
20/07/2018 [22:45]:
Trampdan Çinə 505 milyard dollarlıq təhdid
20/07/2018 [22:44]:
Prezidentin Fransa səfəri başa çatdı
20/07/2018 [22:41]:
“Milan” əfv olundu
20/07/2018 [22:30]:
Makronun Qarabağ mövqeyi - Bəyanat
20/07/2018 [22:11]:
KİVDF fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərini mükafatlandırdı
20/07/2018 [21:59]:
ADAU-nun fakültə həmkarlar təşkilatı diploma layiq görüldü
20/07/2018 [21:44]:
“Əkinçi” qəzetinin bağlanmasında erməni donosları mühüm rol oynayıb”
20/07/2018 [21:20]:
Özünü 17-ci mərtəbədən atan Nərgizin son görüntüləri – VİDEO
20/07/2018 [21:12]:
SHXÇDX-də milli mətbuat günü qeyd olunub
20/07/2018 [21:12]:
Türkiyə böyük Qəndil əməliyyatını dayandırıb – səbəb
20/07/2018 [21:08]:
ABŞ Türkiyəni sıxışdırır: Bakı hədəfdə...
20/07/2018 [21:03]:
Türkiyə-Hollandiya siyasi böhranı bitir - Yenidən səfirlər göndərilir
20/07/2018 [21:02]:
Özünü 17-ci mərtəbədən atan Nərgizin son görüntüləri - Video
20/07/2018 [20:59]:
700 bal toplayan gənclər – Onları siz də tanıyın!
20/07/2018 [20:54]:
Xorvatiyalı futbolçu DÇ-nin medalından imtina etdi
20/07/2018 [20:52]:
İranın neft anbarında partlayış: ölənlər var
20/07/2018 [20:35]:
Sahil Babayev Lənkəranda 5 rayonun sakinləri ilə görüşdü
20/07/2018 [20:00]:
Makronun adından İlham Əliyevin şərəfinə nahar verildi - FOTO + YENİLƏNİB
20/07/2018 [19:49]:
Kəlbəcərin kəndində erməni uşaqlar üçün yay məktəbi də təşkil edildi...- FOTO
20/07/2018 [19:34]:
İsrail aviasiyası və tankları Qəzzaya zərbə endirdi
20/07/2018 [19:22]:
Dünyanın ən nüfuzlu gəncləri məlum oldu
20/07/2018 [19:21]:
Hava gəmilərinin hissələrini ölkədən çıxarmağa çalışanlar tutuldu - FOTO
20/07/2018 [19:19]:
ETSN-də Milli Mətbuat Günü ilə bağlı tədbir keçirildi -FOTOLAR
20/07/2018 [19:08]:
Rus general türkiyəli qadının şərəfinə minarə ucaldıb - UNUDULAN TARİX+FOTOLAR
20/07/2018 [18:33]:
İmişli və Siyəzən rayonlarında əmək yarmarkaları keçirildi
20/07/2018 [18:27]:
Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirildi
20/07/2018 [18:26]:
Ermənistanda xarici diplomatın evi yarıldı
20/07/2018 [18:24]:
Qənirə Paşayeva Masallıda Aprel döyüşlərinin şəhidlərinin ailələrini ziyarət etdi
20/07/2018 [18:17]:
Azərbaycan prezidenti Belçika kralını təbrik edib
20/07/2018 [18:14]:
İmtahanların nəticələri açıqlandı: 15 nəfər 700 bal topladı
20/07/2018 [18:00]:
Diqqətsizlik və isti hava daha bir can aldı: Avtomobildə unudulan uşaq boğularaq həyatını itirdi
20/07/2018 [17:59]:
2 min 500 illik tabutdan çıxanlar şok yaratdı - FOTOLAR
20/07/2018 [17:58]:
Nazir Qazaxda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış oldu -FOTOLAR
20/07/2018 [17:56]:
Təhsil Nazirliyi jurnalistləri mükafatlandırdı
20/07/2018 [17:48]:
Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
20/07/2018 [17:47]:
Təhsil strateji məsələdir - şou-biznes deyil
20/07/2018 [17:43]:
Evli qadını intim videoları ilə şantaj edən məhkəmə qarşısında
20/07/2018 [17:42]:
XIV əsrə məxsus qala satışa çıxarıldı
20/07/2018 [16:42]:
İlham Əliyevlə Makron görüşdü - FOTOLAR
20/07/2018 [16:41]:
113 ildir batan gəmi tapıldı: Milyard dollarlıq qızılla dolu olduğu iddia olunur
20/07/2018 [16:39]:
Avropada ən ucuz alkoqolu hardan əldə etmək olar? - İlk beşlikdəki şəhərləri tanıyın...
20/07/2018 [16:31]:
Laboratoriya şəraitində süni ət istehsal edildi
20/07/2018 [16:28]:
Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular- FOTO
20/07/2018 [16:12]:
“Mən bənna yox, aşıq qızıyam…” - Nazpəri
20/07/2018 [16:07]:
"Diaspor təşkilatlarımızın birləşməsinə sevinməmək mümkün deyil"
20/07/2018 [16:05]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ MƏHƏMMƏDƏLİ KAZIM BƏY
20/07/2018 [16:05]:
AZTV sədrini öldürmək istəyənlərə hökm oxundu
20/07/2018 [16:02]:
Putin Azərbaycanın yaxın dostu İsmail Safini mükafatlandırdı
20/07/2018 [16:02]:
Ofisiant qadına sataşan adam həyatının dərsini aldı – VİDEO
20/07/2018 [16:00]:
İlqar Abbasovun boğçası, İnam Kərimovun alçası...
20/07/2018 [15:58]:
Parlamentdə intihara cəhd hadisəsi baş verdi - VİDEO
20/07/2018 [15:56]:
Alimlərdən yeni kəşf - Çay insanlarda bu xəstəliyin qarşısını alır...
20/07/2018 [15:49]:
1500 dollara dondurma satılır - HEYRƏTAMİZ...+ VİDEO
20/07/2018 [15:31]:
Azərbaycanlılar qonşu ölkəyə üz tutur
20/07/2018 [15:29]:
Paşinyan: "İlham Əliyevlə danışıqlara hazıram"
20/07/2018 [15:18]:
Ermənilərin Azərbaycanda saldığı geniş günəbaxan tarlalarının görüntüləri yayıldı -VİDEO
20/07/2018 [14:56]:
“Biz İnterpolun dəstəyinə çox bel bağlayırıq” - Mehriban Əliyeva
20/07/2018 [14:40]:
Bolqarıstanda ermənilər arasında “razborka”
20/07/2018 [14:36]:
Metroda qəflətən soyunmağa başlayan qadın görənləri heyrətə gətirdi – VİDEO
20/07/2018 [14:34]:
ADNSU-da Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirildi
20/07/2018 [14:32]:
“Tuneldə qaldığımız gün camaat qapıları zorla açmaq istəyirdi” – Metro maşinisti (REPORTAJ)
20/07/2018 [14:29]:
Təhsil naziri uşaqların başına bomba atmağı təklif etdi! –Misli görünməmiş qəddarlıq
20/07/2018 [14:13]:
Cinsi əlaqədə ola bilməyən Adnan Oktar "kediciklər"ə bunu edirmiş - İyrənc üsul
20/07/2018 [14:03]:
Azərbaycan tankçıları Moskvaya yola düşüb
20/07/2018 [14:02]:
Partiya sədrindən media nümayəndələrinə təbrik
Bütün arxiv bir sırada
02/11/2017 [09:33] - Reportaj - ( 3550 dəfə baxılıb)

“İlahi, mən necə bir insanın həyat yoldaşı olmuşam....” - “Aprel şəhidi”nin xanımı

“Uşaqlarımın gözlərini yoldan yığmaq üçün atalarının cənnətdə olduğunu söyləmişəm”



Şəhidlər qürur yerimizdir. Onlar vətən, xalq uğrunda əbədiyyətə qovuşurlar.

Moderator.az xəbər verir ki, Modern.az saytı “Aprel şəhidləri”nin həyat yoldaşları, sevdikləri xanımlarla silsilə yazılara davam edir. Budəfəki müsahibimiz Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, “Aprel döyüşləri” zamanı qəhrəmancasına şəhid olmuş Mühüd Orucovun həyat yoldaşı Qumru Orucovadır. 

Qısa arayış:  Mühüd Orucov 1984-cü ilin 13 iyulda Qazax rayonunun Fərəhli kəndində anadan olub. Orta məktəbi doğma kəndində oxuyan Orucov 8-ci sinfi bitirəndən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2002-ci ildə hərbi məktəbi bitirib. Daha sonra Heydər Əliyev  adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunub. 2006-cı ildə isə həmin məktəbin qoşun kəşfiyyatı ixtisasını bitirib. Türkiyədə bir neçə aylıq kurs keçib. Həmin kursda Azərbaycan komandası olaraq birinci yeri qazanıblar. Türkiyə Respublikasının hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən özü onları təltif edib. 
2016-cı ildə “Aprel döyüşləri” zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Şəhidimizin  sonuncu mesajı: “Hər şey yaxşıdır”

Qumru Orucova deyir ki, Mühüd heç vaxt ordu barədə danışmazdı. 


“Mühüd peşəkar zabit idi. O, xüsusi qoşunlarda kapitan rütbəsində xidmət edirdi. Hərbi hissədə tabor komandiri idi. Xüsusi təyinatlı olduğu üçün  işlərini məxfi saxlayırdı. Evimizdə ordu və döyüş haqqında danışılmırdı. Aprel hadisələrindən sonra məlum oldu ki, döyüşlərə xüsusi olaraq hazırlaşırmışlar. Amma bir dəfə də olsun “müharibə olacaq və  biz döyüşə hazırlaşırıq, mən olmasam qorxmayın” kimi fikirlər səsləndirməmişdi. 
2016-cı ilin 28 martında səhərüzü saat 5-də sonuncu dəfə Mühüdü yola saldım. Cəbhədə vəziyyətin gərgin olmasından xəbərim yox idi. Çünki mətbuat və televiziyada da həyəcanlı anons verilmirdi. Sadəcə olaraq  müəyyən təlimlərə getməli olduğunu və 2-3 günə qayıdacağını dedi. Adətən təlim tapşırıqlarına gedərkən də belə deyirdi. Təbii ki, məni qorxutmamaq üçün elə deyibmiş. Martın 28-də adi günlərdə olduğu kimi, evdən çıxdı. Sonuncu telefon əlaqəmiz aprelin 2-də  günortadan sonra saat 5-ə 20 dəqiqə işləmiş alındı. Mesaj yazdı ki, “hər şey yaxşıdır, narahat olma”. 
Artıq həmin gün cəbhədən şəhid xəbərləri gəlirdi. Xəbərləri eşitdikcə, həyəcanlanırdım. O mesajı yazanda bir az rahat oldum. Sonralar döyüş yoldaşları deyirdi ki, şəhid olana qədər bir çox təlimlərdə iştirak etmişdi”. 

“Ölümün ağzından çıxıb gəlirmiş”

Şəhidimizin xanımı deyir ki, zamanında Mühüd bir çox məsələləri sözlə çatdırmağa çalışıb. 


“Mühüd heç vaxt işi barəsində evdə danışmazdı. İndi məlum olur ki, xüsusi təyinatlıların işi nə dərəcədə məxfi imiş. Mən də həyat yoldaşı olaraq üzərinə getməzdim. Heç demə, o, hər evə gələndə ölümün ağzından çıxıb gəlirmiş.  Amma uşaqların gələcəyi barədə keçirdiyi həyəcanı xatırlayıram. Uşaqlara görə çox narahat olurdu. Əslində, sağlığında Mühüd bir çox şeyləri mənə çatdırmaq istəyib. Üstüörtülü şəkildə fikirlərini ifadə edib. Sanki istiqamət verirdi ki, o olmasa, uşaqların gələcəyini daha yaxşı təmin edim. Zamanında bunları anlaya bilmədim. Aprelin 2-də Mühüd mesaj yazanda cəbhədə vəziyyət gərgin idi. Allah bilir ki, o mesajı necə çətinliklə yazıb. Sonuncu mesajı Mühüdün yazmamasına dair içimdə heç vaxt bir şübhə olmadı. Çünki heç kəs cəsarət edib  Mühüdün şəxsi əşyasına əlini vura və onun ailəsinə mesaj yaza bilməzdi. Elə həmin gün aprelin 2-dən 3-nə keçən gecə Mühüd şəhid oldu”. 

Sevgi üzərində qurulan ailə

Qumru Orucova  ilk sevgilərindən danışarkən, təəssüflənidiyi məqamı da qeyd edib:


“Əslən qazaxlıyıq. Amma neçə illər idi ki, Sumqayıtda yaşayırdıq. 2010-cu ildə ailə həyatı qurduq. Ailə münasibətlərimiz valideynlərimizin təşəbbüsü ilə baş tutsa da, bir-birimizi çox sevdik. Bir-birimiz üçün yaranmışdıq. Ailəmiz sevgi üzərində qurulmuşdu. Biz bir-birimizi anlayan insan olmuşuq. Onun işinin çətinliyi məni qorxutmurdu. Çünki  Mühüd işini çox sevirdi. Onun işi ilə hər zaman fəxr etmişəm. Mühüd hərb sahəsi üçün doğulmuşdu. Döyüş dostları danışanda təəccüb içində qalıram. İlahi, mən necə bir insanın həyat yoldaşı olmuşam. Mühüd işindən ötrü ən çətin yerlərə gedirmiş. Bu topağa, bu vətənə qarşı sözlə ifadə olunmayacaq qədər sevgi varmış. Həqiqətən də aprel hadisələri zamanı canını qurban verdi.

Təəssüfləndiyim bir şey var. Xoşbəxtliyimiz, xoşbəxt ailəmiz dağıldı. Bu hadisələrdən sonra daha nəyə təəssüflənmək olar ki?! Mühüd kimi insan, dost, ər itirmişəm. Onu itirməklə hər şeyimi itirmişəm. Hər şeyi əvəz edəcək insanı itirmişəm. Bundan artıq nə deyə bilərəm?! Günü bu gün də onun yolunu gözləyirəm. Onun şəhid olduğu xəbərinə heç zaman inanmamışam. Bu gün də inanmıram. Hələ də gözüm yoldadır. Hər gün səhər saat 5-də dururam. Əvvəllər də o vaxt yuxudan durub Mühüdü yola salırdım. İndi də elə bilirəm ki, səhərlər onu yola salıram. Evin hər bir nöqtəsində Mühüdün nəfəsi duyulur. Evimizin hər yerində onun əlinin izi var. Çox həssas, təmikinli insan idi. Heç vaxt ağlıma da gəlməzdi ki, belə bir hadisə yaşaya bilərəm. Uşaqlara ataları haqqında hər gün danışıram. Onlar necə bir dəyərli insanın oğlu olduğunu bilirlər. Aprel hadisələrindən sonra evimizin eyvanından üçrəngli bayrağımız asılıb. Heç zaman o bayraq eyvanımızdan aşağı enməyəcək”.
 

Vaxtından əvvəl böyüyən uşaqlar

Qumru Orucova əkiz uşaqları barədə danışarkən, onların keçirdiyi hisslərin qarşısında aciz qaldığını dilə gətirib:


“6 yaşında əkiz oğlan  uşaqlarımız var. Onların gözünün içinə çətinliklə baxıram. Adətən deyirlər ki, uşaqdır da, ağlı kəsmir. Amma elə deyil. Çalışmışam ki, müəyyən məsələləri onlardan uzaq tutum. Hadisələri elə formada başa salmağa çalışmışam ki, qəlbləri qırılmasın. Aprel hadisələrindən sonra uşaqlar elə sözlər danışırlar ki, dəhşətə gəlirəm. Elə məsələləri yada salıb gələcəyi təsvir edirlər ki, gün ərzində neçə dəfə ölüb-dirilmək məcburiyyətində qalıram. Bir uşağa necə başa salmaq olar ki, sənin atan bir daha dönməyəcək. Onların gözü hər gün qapıda qalır, hər gün pəncərədən boylanıb atalarının gəlməsini gözləyirlər. Atalarının nə vaxt gələcəklərini soruşurlar. Psixoloqların köməkliyi ilə müəyyən məsələləri başa salmağa çalışdım. Çox çətindir. Onların gözlərini yoldan yığmaq üçün atalarının cənnətdə olduğunu söyləmişəm. Bir də görürsüz ki, oturub xəyallar qururlar. “Kaş ki, böyüyərdik,  düşmənin kökünü kəsərdik, sonra cənnətə gedib atamızı görərdik”. Təsəvvür etmək çətindir. Uşaqlar elə şeyləri gözlərinin önündə canlandırırlar ki, danışa bilmirəm.

2016-cı ilin aprelindən üzü bəri hər gün qapı döyüləndə elə bilirlər ki,  atalarıdır. Bu uşaqlar vaxtından əvvəl böyüdü. Müharibə uşaqların uşaq dünyasını əlindən almalı olur. O qədər dərin düşünürlər ki, onların sualları qarşısında aciz qalıram. Hətta mənim özümə də həssas yanaşırlar. Sanki hər an qəlbimizin qırılacağından qorxurlar. Sanki yanımda vaxtından əvvəl böyümüş iki uşaq var. Bir də görürsüz ki, sual verərkən gözümə baxırlar. Görürlər ki, kədərlənirəm, sualın davamını gətirmirlər. Nə hisslər keçirdiyimi başa düşəcək qədər böyüyüblər. Mənə çox şeylər təsir edir. Oyuncaqları ilə oynayanda “bunu atam bizə filan vaxtı almışdı”, hansısa uşaq mərkəzlərinə aparanda, “atam bizi bura gətirmişdi” deyirlər. Hər anımız belə keçir”.

Abşeronun icra başcısı 40 000 sakini olan qəsəbədə görüş keçirdi - FOTOLAR
Hüquq - mühafizə orqanları soyuducuda yarım milyard pul "tapdı"...
“Gördüyü işin ictimaiyyətə çatdırılmasını istəyən hər bir qurum jurnalistlərlə işləməlidir”
Metroda qəflətən soyunmağa başlayan qadın görənləri heyrətə gətirdi – VİDEO
“Özü mənə göz vurdu...” - Ata təcavüz edən adam özünü belə müdafiə etdi...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"Dünyanın hər yerində media hər zaman ona uzanan dost əlini sıxıb...”
Dünya
2 min 500 illik tabutdan çıxanlar şok yaratdı - FOTOLAR
Dünya
113 ildir batan gəmi tapıldı: Milyard dollarlıq qızılla dolu olduğu iddia olunur
Dünya
Parlamentdə intihara cəhd hadisəsi baş verdi - VİDEO
Maraqlı
Alimlərdən yeni kəşf - Çay insanlarda bu xəstəliyin qarşısını alır...
Həftənin ən çox oxunanları
Tolik güllələnən icra başçısı haqqında heç kimin bilmədiyi FAKTI AÇIQLADI - FOTO
Kəlbəcərdə hazırlanan yeni terrorçu dəstələrin görüntüləri yayıldı - VİDEO
"Əyalətdə özünü quldurbaşı kimi aparıb xalqın nifrətini qazananlar iqtidardan qovulmalıdır"
Melanyanın ayaqları mətbuat konfransında şorgöz Lavrovun "gözünə girdi"... -FOTO
Bakı metrosunda növbəti geyim qalmaqalı - Müdaxilə edən şəxs döyüldü - VİDEO
Sərhəddə Ermənistana yük daşıyan azərbaycanlılarla ermənilərin dialoqu - ŞOK VİDEO
Yunis Səfərovla bağlı yeni şok məlumatlar üzə çıxdı: Sən demə, Tohid İbrahimbəyli... - FOTO
"Atam DİN-in polkovniki olsa da bizi bir dəfə də xidməti maşını ilə məktəbə göndərmədi"
Emin Ağalarovun xanımının gəlinliyinin qiyməti məlum oldu - İnanmayacaqsız...
Telekanallarımız və şou-biznesimiz MASONLARIN MƏKRLİ PLANLARINI İCRA EDİR...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə