Xəbər lenti
18/01/2018 [14:08]:
ƏƏSMN-də 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbiri keçirildi
18/01/2018 [14:00]:
ADPU-da 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünə həsr edilmiş anım mərasimi keçirildi
18/01/2018 [13:57]:
Kommunal xidmətlərdə qiymət artımı – SİYAHI
18/01/2018 [13:53]:
Fazil Mustafanın "İslam qorxusu və müsəlman qoxusu"
18/01/2018 [13:47]:
Həkimlər deputat Nəriman Əliyevi reanimasiyadan çıxarmağa EHTİYAT EDİRLƏR
18/01/2018 [13:46]:
Azərbaycanlı milyarderlərin bazarında yanğın – VİDEO
18/01/2018 [13:46]:
Hacı Madər Xaləddin İsgəndərovun məzuniyyətdə olmağından DANIŞDI
18/01/2018 [13:45]:
Ermənistanın Qarabağ danışıqlarında diz çökməsi üçün səbəblər -Bütün “nəfəslik”lər tutulub
18/01/2018 [13:44]:
Ermənistanda hərbçilər qəzaya düşdü: Ölənlər var – FOTO
18/01/2018 [13:43]:
Rusiya Çinə S-400 tədarükünə başladı
18/01/2018 [13:35]:
Bərdədə nişanlı müəllimə qaçırıldı
18/01/2018 [13:31]:
Lütfi Zadənin xanımının ölümündən bir il ötür- Fey Zadə FOTOLARDA
18/01/2018 [13:25]:
MN: Ermənistan ordusundakı qeyri-döyüş itkilərini Azərbaycanın üzərinə atmağa cəhd edir
18/01/2018 [13:17]:
Türkiyədə zəlzələ oldu
18/01/2018 [13:15]:
DİN “Kürd Vüqar”ın törətdyi qətllə bağlı məlumat yayıb
18/01/2018 [13:00]:
Azərbaycanda avtomobillərin qiyməti qalxdı
18/01/2018 [12:51]:
“Onlar haqqında cinayət işi qaldırılmalı, hərbi tribunal yaradılmalıdır”
18/01/2018 [12:50]:
Rəisin intim videosu, şantaj tələsinə salınanlar və... - Habil Vəliyevin dəhşətli əməlləri ÜZƏ ÇIXDI
18/01/2018 [12:50]:
"Qaçqınkom"un "Azəristiliqtəchizat"a külli miqdarda borcu var - sabah Baş nazirin yanında toplantı olacaq
18/01/2018 [12:49]:
"Həkimə dedim, qarnım kisə deyil ki, açıb-bağlayasan"- Sabirin Səhhətə məktubu
18/01/2018 [12:41]:
"Cümhuriyyət İlində Qarabağ işğaldan azad olunmalıdır"
18/01/2018 [12:37]:
İlham Əliyevin bacısı oğlu soyuq havada DƏNİZDƏ ÜZDÜ - VİDEO
18/01/2018 [12:35]:
Leyla Əliyeva açılışda - Fotolar
18/01/2018 [12:33]:
Qazaxıstanda 52 sərnişin avtobusda yanaraq ölüb - Video
18/01/2018 [12:28]:
Bu müəllimlərin maaşı iki dəfə artırıldı - Sərəncam
18/01/2018 [12:20]:
Dillə zarafat etmək olmaz... - "İndi bizə Abbas Zamanov lazımdır!"
18/01/2018 [12:20]:
“Məqsəd Azərbaycan xalqının mübarizliyini sarsıtmaq idi” -DTX-nın rəis müavini
18/01/2018 [12:15]:
“NAZ-Lifan” istehsalı dayandırıb? - Bir ildə cəmi 30 maşın...
18/01/2018 [12:15]:
Nazirlikdən gözlənilən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ...
18/01/2018 [12:08]:
Azyaşlı qızlarını atıb qaçan ana tapıdı
18/01/2018 [12:02]:
"Ayrıldıq, ona arvadlıq edə bilmirəm" - Könül Xasıyeva
18/01/2018 [12:00]:
UFAZ-da imtahanlara start verilib
18/01/2018 [11:56]:
Bir sutkada ölkədə 110 cinayət faktı qeydə alındı - RƏSMİ
18/01/2018 [11:53]:
Ata axtardığı qızlarını Adnan Oktarın verilişində gördü - VİDEO
18/01/2018 [11:53]:
Hacı Zeynalabdin Tağıyevin Parisdə dəfn edilmiş nəvəsi - FOTOLAR
18/01/2018 [11:53]:
Magistr imtahanlarında nə yenilik var? - Məleykə Abbaszadə AYDINLIQ GƏTİRDİ
18/01/2018 [11:49]:
Yazıçı-jurnalist vəfat etdi
18/01/2018 [11:49]:
ADAU-da növbəti elmi şura keçirildi - FOTOLAR
18/01/2018 [11:47]:
Dövlət İmtahan Mərkəzi nəzarətçi-müəllimlər üçün seminarlara başladı
18/01/2018 [11:45]:
Vergilər nazirinin birinci müavini də GÖNDƏRİLİR
18/01/2018 [11:44]:
İlin fəal deputatları PJB-nin sorğusunun qalibi oldular - SİYAHI...
18/01/2018 [11:40]:
Özünü qatarın altına atan gənci son anda xilas etdi - VİDEO
18/01/2018 [11:40]:
İki dahinin poeziya, əxlaq söhbəti - AĞIR DİALOQ
18/01/2018 [11:37]:
Qazaxıstanda 52 nəfər avtobusda yanaraq ölüb – VİDEO
18/01/2018 [11:32]:
Hacı Zeynalabdin Tağıyevin və Şəmsi Əsədullayevin Parisdə dəfn edilmiş nəvəsi
18/01/2018 [11:31]:
Ermənilər Sərsəngdə 100 milyon dollarlıq layihə həyata keçirəcəklər? - “KarabakhTV”-
18/01/2018 [11:25]:
Azərbaycan eşşək bolluğuna düşübmüş - RƏSMİ
18/01/2018 [11:23]:
Jurnalistlər deputatların fəaliyyətini qiymətləndirdi
18/01/2018 [11:23]:
Həbs edilən MTN generalı əmlakını geri istədi
18/01/2018 [11:23]:
“Yazılan cəriməyə etiraz olaraq özünü yandırmaq çıxış yolu deyil” - MÜSAHİBƏ
18/01/2018 [11:20]:
Ermənilər Rusiyada deputatı güllələdilər
18/01/2018 [11:18]:
Ruslar geri çəkilir – Türk tankları hücuma keçir
18/01/2018 [11:13]:
Qarabağı azad etmək fürsəti - “Belə şans həmişə ələ düşmür...”
18/01/2018 [11:12]:
Sabah Bakı məktəblərində ilk dərslər 20 Yanvara həsr ediləcək
18/01/2018 [11:09]:
DİM sınaq imtahanı keçirir
18/01/2018 [10:57]:
Sevda qayınanası ilə bağlı konfrans keçirdi - “Dözə bilmirəm…”
18/01/2018 [10:45]:
Prezident İlham Əliyev Davosda çıxış edəcək
18/01/2018 [10:41]:
Bakıya gələn təyyarənin diqqətçəkən qonaqları - Fotolar
18/01/2018 [10:36]:
WhatsApp-da yeni fırıldaq yayılıb: Aldanmayın! - FOTO
18/01/2018 [10:35]:
Rumıniya tarixində ilk dəfə qadın baş nazir olub
18/01/2018 [10:31]:
Təhlükəsizlik üçün vurulan peyvəndlər təhlükəli imiş – QADAĞAN edildi
18/01/2018 [10:29]:
2017-ci ilin fəal deputatları: nəticələr açıqlandı - SİYAHI
18/01/2018 [10:27]:
İsa Qəmbər evə buraxılır
18/01/2018 [10:25]:
Qubad İbadoğlu: “Bankların bağlanması çıxış yolu deyil”
18/01/2018 [10:16]:
Pənah Hüseyndən eks prezidentə sərt cavab: “Həqiqətləri tam üzə çıxarmaq istəyirlərsə...”
18/01/2018 [10:15]:
Misirli alimdən sensasiyalı araşdırma: "Quran"ın hansı surəsində Bakı neftindən bəhs edilir?
18/01/2018 [09:57]:
Bakıda iki məhkum xəstəlikdən öldü
18/01/2018 [09:53]:
Bakıda yük maşını körpüdən aşdı – VİDEO
18/01/2018 [09:51]:
Qərb Azərbaycanda “KQB” arxivlərinin açılmasını istəyir - Deputatdan şok AÇIQLAMA
18/01/2018 [09:43]:
Məmmədyarov və Nalbandyan bu gün görüşəcək
18/01/2018 [09:41]:
Milli Məclis yaz sessiyasına xeyli yeni qanun layihəsi çıxarır - SİYAHI
18/01/2018 [09:39]:
ABŞ-dan tarixi GERİ ADDIM – Ərdoganın təhdidi qəbul EDİLDİ
18/01/2018 [09:34]:
Bakıda "Azpetrol"un avtomobili belə aşdı - FOTO
18/01/2018 [09:28]:
Fəxri ad alanların hansı güzəştləri var...
18/01/2018 [09:25]:
Manat və dolların bugünkü MƏZƏNNƏSİ
18/01/2018 [09:21]:
Yaydığı videoya görə işdən çıxarılan tibb elmləri namizədindən Prezidentə MÜRACİƏT...
18/01/2018 [09:05]:
“Bankların bağlanması çıxış yolu deyil” - Ekspertlər həyəcan təbili çalır...
18/01/2018 [08:57]:
Tezliklə hər kəs “dahilik həbi” atıb dahi ola biləcək?.. - İNANILMAZ ...
18/01/2018 [08:32]:
"Birimizə bir xoşa gələn söz deyəndə əl çalırıq, xoşa gəlməyən söz eşidəndə isə sözünü kəsirik"
18/01/2018 [08:19]:
Trampın qızı gəlinin rəfiqəsi rolu üçün kiçik seksual don geyindi - FOTOLAR
Bütün arxiv bir sırada
11/11/2017 [10:59] - Mədəniyyət - ( 2533 dəfə baxılıb)

"Bu səhnə onu göstərdi ki, biz dünyadakı istənilən gücdən bir-birimizi qorumağa qadirik"



Bu həftə Gəncə və Bakı şəhərlərində Türkiyənin “Dada film” şirkətinin istehsalı olan, ARB Media Qrupunun “Aranfilm” kinostudiyasının dəstəyi ilə çəkilən “Yanlış anlama” filminin təqdimat mərasimləri keçirildi. Filmdə bir türk ailəsinin müəyyən bir səbəblə Azərbaycana gəlməsindən və Bakıda yerli ailə ilə tanışlığından bəhs olunur. Həmin iki ailə arasındakı münasibətlər və Azərbaycan dili ilə türk dili arasındakı yanlış anlaşılmalardan ortaya çıxan nəticə komediyanın süjet xəttini təşkil edir. Ulaş Cihan Şimşəyin rejissorluğu ilə çəkilən filmdə Türkiyənin Şevket Çoruh, İlkər Ayrıq, Hakan Bilgin, Bahadur Efe kimi məşhur aktyorları rol alıb. Bunlarla yanaşı, filmdə azərbaycanlı aktyor və aktrisalar da iştirak ediblər. Bizim üçün filmin əsas özəlliklərindən biri Türkiyə -Azərbaycan qardaşlığının ilk dəfə kinoya gətirilməsidir. Bakıda keçirilən “Qala gecəsi”ndən sonra belə bir dəyərli ideyanı reallaşdıran yaradıcı heyətlə görüşüb söhbətləşmək istədik. Filmin xətt prodüsseri Tahir Tahiroviç bizi Azərbaycanla çox sıx əlaqələri olan “Dada film” şirkətinin rəhbəri Özcan Dada ilə tanış etdi. Ona bu fikrimizi bildirəndə Türkiyədən təqdimat mərasiminə gələn aktyorların müsahibə verməsinin daha doğru olduğunu dedi. 

Beləliklə, ertəsi gün Türkiyənin məşhur aktyorları Hakan Bilgin və Bahadur Efe Moderator.az-a eksklüziv müsahibə verdilər.
 
- Biz qonaqlarımızdan ilk bunu soruşuruq. Bakını bəyəndinizmi? Həm filmin çəkilişlərində, həm də son iki gündə bu şəhəri gəzmək imkanınız olub.

- Hakan Bilgin: Əvvəla deyim ki, biz qonaq deyilik. Biz öz vətənimizə gəlmişik.

- Mən elə bu sözü eşitmək üçün ilk sualıma qonaq sözü ilə başladım.

- (Gülür). Sualınıza gəldikdə isə Bakı bəyənilməyəcək şəhər deyil.

- Bahadur Efe: Bakını da bəyəndik, Gəncəni də.
 
- Hakan Bilgin: Bakı çox gözəl bir şəhərdir. Buranın böyük turizm potensialı vardır. Bakıdakı küçələr, tikilən modern binalar heyranedici formadadır. Filmin bir hissəsi İçərişəhərdə çəkilib. İçərişəhərdə insan sanki keçmişə qayıdaraq o dövrün səsini duyur. 
  
- Bahadur Efe:  Bir sözlə tarixlə müasirliyin vəhdətini görmək istəyən Bakıya gəlsin.
 
-  Bu mövzuda filmin çəkilməsi kimin ideyası idi?
  
- Hakan Bilgin: Belə bir filmin çəkilməsi “Dada film”in rəhbəri Özcan Dadanın ideyasıdır. Özcan bəyin Azərbaycanla əlaqələri, Bakıya tez-tez gəlib getməsi “Yanlış anlama” filminin çəkilməsinin əsas səbəblərindən biridir. O Azərbaycana gəlib bu səmimi münasibəti, qardaşlıq tellərini görəndən sonra bu mövzuda bir filmin çəkilməsinə qərar verib.
   
- Bahadur Efe: Biz də Bakıya tez-tez gəlib getsəydik, belə bir filmin çəkilməsini mütləq istəyərdik. Ən azından əməkdaşlıq etdiyimiz film şirkətlərinə belə bir mövzuda film çəkilməsi barədə təklif verərdik.

- Filmdəki italyanların Türkiyədən gəlmiş Baranla Bakılı Nəzrini qaçırma səhnəsinin bu mövzuya nə aidiyyatı var idi? Təqdimat mərasimindən sonra tamaşaçıların ən çox bir-birindən soruşduğu bu səhnə idi.

- Hakan Bilgin: Bu filmdə bizim qarşımıza qoyduğumuz əsas məqsədlərdən biri də Bakı şəhərini tanıtmaq və göstərmək idi. Həm də komediya janrında olan bir filmdə həyacan olmasaydı, o, tamaşaçını yorardı. Ona görə də filmə belə bir səhnə əlavə olundu. Biz ssenari yazılarkən bu səhnəni dəfələrlə müzakirə etdik. Bu səhnədə hansı ölkənin mafiyası olması çox önəmli idi. Düşündük ki, bu səhnədə Azərbaycan mafiyası olmaz. Bu tamaşaçı etirazına səbəb olar. Çünki sabitliyin təmin olunduğu Azərbaycanda belə şeylər olmaz. Sonra Rusiya mafiyası üzərində dayandıq. Ancaq film şirkətinin rəhbərliyi dedi ki, Azərbaycanın Rusiya ilə çox yaxşı əlaqələri vardır. Ruslar Azərbaycanda belə hərəkətlərə yol verməz. Ona görə də fikirləşdik ki, bizdən çox uzaqda olan İtaliya mafiyası olsun. Bu, həm də həmin səhnənin simvolik bir səhnə olduğunu, gerçəkliyi anlatmadığını göstərəcəkdi.

- Bahadur Efe: Mən onu da əlavə etmək istəyirəm ki, biz Türkiyə-Azərbaycan qardaşlığını məhz bu səhnədə daha çox göstərə bildik. Hansısa bir ölkənin mafiyası ilə başa çıxa bilməyən Türkiyədən gəlmiş yaşlı kişi azərbaycanlı qardaşlarına müraciət edir. Bir anda meydana onlarla insan yığışır və türk qardaşlarını qoruyur. Bu səhnə onu göstərdi ki, biz dünyadakı istənilən gücdən bir-birimizi qorumağa qadirik. Elə bu anda Azərbaycan polisinin gəlib o cinayətkarları həbs etməsi qardaş ölkədəki polislərin gec olmadan burada istənilən qanun pozuntusunun, cinayətin qarşısını almağa qadir olduğuna bir işarə idi. Bizim filmin bu səhnəsində bir səhvimiz də var. Mafiya üzvləri gəncləri oğurlayarkən silah çıxarırlar. Azərbaycan elə bir sabit ölkədir ki, burada küçənin ortasında silah çıxarıb adam oğurlamaq mümkün deyil. Yəqin ki, bu filmin davamı olacaq. O zaman belə incə məqamlara daha çox diqqət yetirəcəyik.
  
- Filmin adı da çox maraqlıdır. Niyə məhz belə bir ad seçmisiniz?
 
- Hakan Bilgin: Azərbaycanda elə sözlər var ki, biz o sözləri yalnış anlayırıq. Eləcə də Türkiyədə işlədilən bəzi sözləri burda səhv başa düşürlər. Bu mövzudan yola çıxaraq belə bir komediya filmi ərsəyə gətirdik. Onu da göstərməyə çalışdıq ki, biz səhvən sizi incidəcək nəsə deyə bilərik. Amma bilin ki, bu tamamilə bir yanlış anlaşılmadır. Azərbaycanlılar bizim qardaşlarımızdır, biz bilərəkdən onları incidəcək, əsəbləşdirəcək, narahat edəcək nəsə söyləmərik. 
 
- Əslində mən bu mövzuya toxunmaq fikrində deyildim. Ancaq mövzunu təsadüfən siz açdınız. Zaman-zaman Azərbaycanla Türkiyə arasında müəyyən kiçik incikliklər ola bilir. Məsələn, Türkiyəni təmsil edən 4 nəfərin Dağlıq Qarabağa qanunsuz səfəri və bəyanatları bizi nə qədər incitdisə, inanıram ki, sizi də, Türk dünyasının birliyini arzulayanları da o qədər incidib. Türkiyənin bəzi deputatlarının Avropa  Şurası  Parlament Assambleyasında Azərbaycanın əleyhinə olan qətnamənin qəbulunə səs vermələri də bizdə ciddi narahatlıq yaradıb. Təbii ki, bunlar Türkiyə dövlətinin və qardaş xalqın mövqeyini ifadə etmir. Bizdə bir söz var: Milçək özü bir şey deyil, ancaq könül bulandırır. İndi biz bunu da bir yanlış anlaşılma kimi qəbul edək, yoxsa necə?
 
- Hakan Bilgin: Azərbaycan xalqını narahat edən həmin adamları deyə bilmərəm. Ancaq onlara görə Türkiyə xalqını və dövlətini yanlış anlamayın. Biz hər zaman sizin yanınızdayıq. Film çəkilərkən bizim məqsədimiz belə siyasi məsələləri qabartmaq deyildi. Bu, bir komediya filmidir. Ancaq filmin məhz belə bir ərəfədə hazır olması və göstərilməsi lap yerinə düşüb.
  
- Bu filmin çəkilməsinə xeyli vəsait xərclənib. Tamaşaçı bu vəsaiti geri qaytaracaqmı? Yəni filmin izlənməsindən nə gözləyirsiniz?
  
- Bahadur Efe: Mən bu suala Özcan Dadanın bu işə başlayarkən dediyi iki cümlə ilə cavab vermək istəyirəm: Bizim bu filmi çəkməkdə məqsədimiz qazanc əldə etmək deyil. Biz Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına, qardaşlığımıza öz töhfəmizi vermək istəyirik.
 Hakan Bilgin: Bu qardaş sevgisi bizi çox gözəl bir gələcəyə aparır. Biz filmdə bunu anlatmağa çalışmışıq. Qazanc bizim üçün o qədər də önəmli deyil. Filmdə Türkiyə-Azərbaycan qardaşlığını məqsədli şəkildə göstərməyə çalışmamışıq. Ancaq bizim qardaşlığımız filmin içindən təbii olaraq çıxıb. Məncə bu daha səmimidir.

- Azərbaycanda fərqli nə gördünüz? Yəni bizim ölkəmiz sizdə necə bir təəssürat yaratdı?
 
- Hakan Bilgin: Azərbaycan 20-25 il bundan əvvəl çox böyük problemlərlə qarşılaşıb. Bütün çətinliklərə baxmayaraq, pul üçün hər şeyin edildiyi zamanda və yerdə belə, azərbaycanlı qardaşlarımız öz vicdanlarını itirməyiblər, öz sifətlərini və dəyərlərini qoruyub saxlayıblar. Siz bizdə 20-30 il bundan öncə olan əxlaqi dəyərləri hələ də qoruyub saxlamağı bacarmısınız. Buna görə qardaş Azərbaycan xalqı alqışa layiqdir.
  
Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!
                                                                                         
Tural Səfərov

...
Bu müəllimlərin maaşı iki dəfə artırıldı - Sərəncam
Azərbaycan eşşək bolluğuna düşübmüş - RƏSMİ
"Birimizə bir xoşa gələn söz deyəndə əl çalırıq, xoşa gəlməyən söz eşidəndə isə sözünü kəsirik"
"Nazirlər Kabinetinin qərarı 3 səbəbdən ədalətli hesab oluna bilməz" - İqtisadçı alim
Oteldə başına oyun açılan vətəndaş daxili işlər nazirindən kömək istədi
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Özünü qatarın altına atan gənci son anda xilas etdi - VİDEO
Maraqlı
Tezliklə hər kəs “dahilik həbi” atıb dahi ola biləcək?.. - İNANILMAZ ...
Maraqlı
Trampın qızı gəlinin rəfiqəsi rolu üçün kiçik seksual don geyindi - FOTOLAR
Cəmiyyət
“Üç gün əvvəl doğulan oğlunu görmədi...”- Şəhid zabitimizin anası...
Siyasət
“Avropadakı anti-türk qüvvələri sanki dopinq alıb”
Həftənin ən çox oxunanları
"Putini 48 ildir tanıyan bir insan kimi deyirəm" - "Qarabağ düyününü açmaq onun iradəsindən asılı olsaydı..."
Qız alt paltarında, "dini" verilişdə "ilahiyyatçı" üçün erotik rəqs etdi - VIDEO
Fazil Məmmədovun "Qara qutu"ları sonadək açılacaqmı? - Gözlər Mikayıl Cabbarovda
Yemək qızdırmaq istəyən əsgər 28 milyonluq BTR-i məhv etdi – VİDEO
Təkər gətirənlər tələyə düşdü - Həyəcan təbili...
“Dövlətim əmr versə ki, əmim Sərdar Cəlaloğlunun evini tankla yıx.." -Şəhid komandir Rasim Məmmədov
Kənd qızları bakirəliyini şəhər qızlarından tez itirir - ARAŞDIRMA
“Əbiyev gəlmirdi, Zakir Həsənov isə bir neçə dəfə bizi ziyarət edib” - Fəriköy məzarlığında...
Dünya Əzimovun hazırladığı tortdan danışır - VİDEO
Təlim zamanı ip qopdu əsgərlər vertolyotdan yerə düşdülər - VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin