Xəbər lenti
21/07/2018 [00:32]:
Rusiya sınaqdan keçirdi: Saniyədə 4 km... - Video
21/07/2018 [00:23]:
Komitə sədri sərhədlərdəki növbələrin səbəbi açıqlayıb - VİDEO
21/07/2018 [00:23]:
UNEC professorunun tədqiqatı Rusiyanın nüfuzlu elmi jurnalında
21/07/2018 [00:20]:
Bakının bəzi yerlərində işıqlar niyə sönüb? - RƏSMİ AÇIQLAMA
21/07/2018 [00:12]:
“Mən Putinin qorxunc röyası olacam” - Tramp Helsinki uğursuzluğunu unutdurmaq istəyir...
21/07/2018 [00:07]:
Abşeronun icra başcısı 40 000 sakini olan qəsəbədə görüş keçirdi - FOTOLAR
20/07/2018 [23:56]:
Hüquq - mühafizə orqanları soyuducuda yarım milyard pul "tapdı"...
20/07/2018 [23:48]:
Ayılar Rusiyanın strateji vacib resursu hesab edilsin - FTX-dən əcaib təklif...
20/07/2018 [23:42]:
“Gördüyü işin ictimaiyyətə çatdırılmasını istəyən hər bir qurum jurnalistlərlə işləməlidir”
20/07/2018 [23:35]:
"Dünyanın hər yerində media hər zaman ona uzanan dost əlini sıxıb...”
20/07/2018 [23:32]:
“Qəzetlərin iqtisadi durumu yüksək olmadığı üçün onlar çox jurnalist saxlaya bilmir”
20/07/2018 [23:32]:
"O zaman hamı mənə fəxrlə "Əsgər anası" demişdi" - Şəhidimizin anasından ürək parçalayan sözlər
20/07/2018 [23:19]:
“Atamın həyatı təhlükədədir” -Dilqəm Əsgərovun oğlu
20/07/2018 [23:17]:
Paşinyan ölkədəki korrupsiyanın miqyasından şokdadır
20/07/2018 [23:15]:
Paytaxtın bəzi əraziləri qaranlıqda qaldı: Mərdəkandakı DRES-də nasazlıq
20/07/2018 [22:45]:
Trampdan Çinə 505 milyard dollarlıq təhdid
20/07/2018 [22:44]:
Prezidentin Fransa səfəri başa çatdı
20/07/2018 [22:41]:
“Milan” əfv olundu
20/07/2018 [22:30]:
Makronun Qarabağ mövqeyi - Bəyanat
20/07/2018 [22:11]:
KİVDF fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərini mükafatlandırdı
20/07/2018 [21:59]:
ADAU-nun fakültə həmkarlar təşkilatı diploma layiq görüldü
20/07/2018 [21:44]:
“Əkinçi” qəzetinin bağlanmasında erməni donosları mühüm rol oynayıb”
20/07/2018 [21:20]:
Özünü 17-ci mərtəbədən atan Nərgizin son görüntüləri – VİDEO
20/07/2018 [21:12]:
SHXÇDX-də milli mətbuat günü qeyd olunub
20/07/2018 [21:12]:
Türkiyə böyük Qəndil əməliyyatını dayandırıb – səbəb
20/07/2018 [21:08]:
ABŞ Türkiyəni sıxışdırır: Bakı hədəfdə...
20/07/2018 [21:03]:
Türkiyə-Hollandiya siyasi böhranı bitir - Yenidən səfirlər göndərilir
20/07/2018 [21:02]:
Özünü 17-ci mərtəbədən atan Nərgizin son görüntüləri - Video
20/07/2018 [20:59]:
700 bal toplayan gənclər – Onları siz də tanıyın!
20/07/2018 [20:54]:
Xorvatiyalı futbolçu DÇ-nin medalından imtina etdi
20/07/2018 [20:52]:
İranın neft anbarında partlayış: ölənlər var
20/07/2018 [20:35]:
Sahil Babayev Lənkəranda 5 rayonun sakinləri ilə görüşdü
20/07/2018 [20:00]:
Makronun adından İlham Əliyevin şərəfinə nahar verildi - FOTO + YENİLƏNİB
20/07/2018 [19:49]:
Kəlbəcərin kəndində erməni uşaqlar üçün yay məktəbi də təşkil edildi...- FOTO
20/07/2018 [19:34]:
İsrail aviasiyası və tankları Qəzzaya zərbə endirdi
20/07/2018 [19:22]:
Dünyanın ən nüfuzlu gəncləri məlum oldu
20/07/2018 [19:21]:
Hava gəmilərinin hissələrini ölkədən çıxarmağa çalışanlar tutuldu - FOTO
20/07/2018 [19:19]:
ETSN-də Milli Mətbuat Günü ilə bağlı tədbir keçirildi -FOTOLAR
20/07/2018 [19:08]:
Rus general türkiyəli qadının şərəfinə minarə ucaldıb - UNUDULAN TARİX+FOTOLAR
20/07/2018 [18:33]:
İmişli və Siyəzən rayonlarında əmək yarmarkaları keçirildi
20/07/2018 [18:27]:
Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirildi
20/07/2018 [18:26]:
Ermənistanda xarici diplomatın evi yarıldı
20/07/2018 [18:24]:
Qənirə Paşayeva Masallıda Aprel döyüşlərinin şəhidlərinin ailələrini ziyarət etdi
20/07/2018 [18:17]:
Azərbaycan prezidenti Belçika kralını təbrik edib
20/07/2018 [18:14]:
İmtahanların nəticələri açıqlandı: 15 nəfər 700 bal topladı
20/07/2018 [18:00]:
Diqqətsizlik və isti hava daha bir can aldı: Avtomobildə unudulan uşaq boğularaq həyatını itirdi
20/07/2018 [17:59]:
2 min 500 illik tabutdan çıxanlar şok yaratdı - FOTOLAR
20/07/2018 [17:58]:
Nazir Qazaxda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış oldu -FOTOLAR
20/07/2018 [17:56]:
Təhsil Nazirliyi jurnalistləri mükafatlandırdı
20/07/2018 [17:48]:
Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
20/07/2018 [17:47]:
Təhsil strateji məsələdir - şou-biznes deyil
20/07/2018 [17:43]:
Evli qadını intim videoları ilə şantaj edən məhkəmə qarşısında
20/07/2018 [17:42]:
XIV əsrə məxsus qala satışa çıxarıldı
20/07/2018 [16:42]:
İlham Əliyevlə Makron görüşdü - FOTOLAR
20/07/2018 [16:41]:
113 ildir batan gəmi tapıldı: Milyard dollarlıq qızılla dolu olduğu iddia olunur
20/07/2018 [16:39]:
Avropada ən ucuz alkoqolu hardan əldə etmək olar? - İlk beşlikdəki şəhərləri tanıyın...
20/07/2018 [16:31]:
Laboratoriya şəraitində süni ət istehsal edildi
20/07/2018 [16:28]:
Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular- FOTO
20/07/2018 [16:12]:
“Mən bənna yox, aşıq qızıyam…” - Nazpəri
20/07/2018 [16:07]:
"Diaspor təşkilatlarımızın birləşməsinə sevinməmək mümkün deyil"
20/07/2018 [16:05]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ MƏHƏMMƏDƏLİ KAZIM BƏY
20/07/2018 [16:05]:
AZTV sədrini öldürmək istəyənlərə hökm oxundu
20/07/2018 [16:02]:
Putin Azərbaycanın yaxın dostu İsmail Safini mükafatlandırdı
20/07/2018 [16:02]:
Ofisiant qadına sataşan adam həyatının dərsini aldı – VİDEO
20/07/2018 [16:00]:
İlqar Abbasovun boğçası, İnam Kərimovun alçası...
20/07/2018 [15:58]:
Parlamentdə intihara cəhd hadisəsi baş verdi - VİDEO
20/07/2018 [15:56]:
Alimlərdən yeni kəşf - Çay insanlarda bu xəstəliyin qarşısını alır...
20/07/2018 [15:49]:
1500 dollara dondurma satılır - HEYRƏTAMİZ...+ VİDEO
20/07/2018 [15:31]:
Azərbaycanlılar qonşu ölkəyə üz tutur
20/07/2018 [15:29]:
Paşinyan: "İlham Əliyevlə danışıqlara hazıram"
20/07/2018 [15:18]:
Ermənilərin Azərbaycanda saldığı geniş günəbaxan tarlalarının görüntüləri yayıldı -VİDEO
20/07/2018 [14:56]:
“Biz İnterpolun dəstəyinə çox bel bağlayırıq” - Mehriban Əliyeva
20/07/2018 [14:40]:
Bolqarıstanda ermənilər arasında “razborka”
20/07/2018 [14:36]:
Metroda qəflətən soyunmağa başlayan qadın görənləri heyrətə gətirdi – VİDEO
20/07/2018 [14:34]:
ADNSU-da Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirildi
20/07/2018 [14:32]:
“Tuneldə qaldığımız gün camaat qapıları zorla açmaq istəyirdi” – Metro maşinisti (REPORTAJ)
20/07/2018 [14:29]:
Təhsil naziri uşaqların başına bomba atmağı təklif etdi! –Misli görünməmiş qəddarlıq
20/07/2018 [14:13]:
Cinsi əlaqədə ola bilməyən Adnan Oktar "kediciklər"ə bunu edirmiş - İyrənc üsul
20/07/2018 [14:03]:
Azərbaycan tankçıları Moskvaya yola düşüb
20/07/2018 [14:02]:
Partiya sədrindən media nümayəndələrinə təbrik
Bütün arxiv bir sırada
11/11/2017 [13:44] - Ədəbiyyat - ( 2483 dəfə baxılıb)

Rəsulzadənin ömrünün son günləri- Romandan parça




Gələn il Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək. 

Moderator.az yubiley münasibətilə hazırlayacağı yazılar silsiləsindən tanınmış şair, publisist, professor Vüqar Əhmədin böyük dövlət xadimi, ADR lideri Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətinə həsr etdiyi "Son nəfəsədək Azərbaycan" romanını fəsillərlə təqdim edəcək.
 
M.Ə.Rəsulzadənin 130 illik yubileyi münasibətilə yazılan romanda arxiv materiallarına və tarixi sənədlərə istinad edilib:

                                                      *********

Bir həftə idi sanki gecələr onu boğurdular. Bu gecə daha çətin nəfəs alırdı. Leyla xanım həmişəki kimi yatağının başında oturmuşdu.  Həyatın hər üzünü görmüş, eyiblər  çirkabında üzən bəşər övladında eyib axtarmamış, hər kəsin yalnız müs¬bət cəhətlərini görmüş, ona pislik eləyənləri də, ləkə yaxanları da, böhtan atanları da bağışÂ¬lamış, kinsiz, küdurətsiz, vətənini, torpağını, bir vaxtlar hər guşəsində, hər daşında, hər nöqtəsində üçrəngli bayraq dalğalandırdığı cənnət-Azərbaycanını, millətini, xalqını intəhasız dərəcədə sevmiş, yetmiş bir yaşlı müdrik, mömin, əməlisaleh, təqva sahibinə sonsuz bir pərişanlıqla tamaşa edirdi. Yetmiş bir illik həyatını iman işığı ilə nurlandıran ağsaqqalın bənizi kağız kimi ağappaq idi.  Üzündə həyat izi itmək üzrə idi. Xırıldaya-xrırıldaya hərdən zorla da olsa gözlərini açıb qürbətdə yaşadığı illər ərzində ona çox yaxşı həyat yoldaşı olmuş, acısını öz acısı, sevincini öz sevinci hesab etmiş, daim dərdlərinə şərik olmuş Leyla xanım tez-tez yaş parça ilə onun çatlamış dodaqlarını silir və hər dəfə sildikcə də gözlərinin yaşı yatağının üzərinə tökülürdü. Tək əllərinin yox, bütün bədəninin buzlamağından, rənginin həddən artıq solğunluğundan, güclə nəfəs almağından, nəfəs alarkən xırıldamağından ömrünün sonuna lap az qaldığı məlum idi.  Leyla xanım onun öləcəyinə yüz faiz əmin olsa da heç olmasa bir neçə gün yaşamağını, bir neçə gün də onun günahsız, məsum, olduqca nurlu simasına tamaşa eləmək istəyirdi. Bu nurlu sima ona çox şeylər bəxş eləmişdi. Bu nurlu simada o, çoxlarında olmayan ali keyfiyyətlər görmüşdü. Bu nurlu sima gözəl, təmiz əxlaq rəmzi, yalnız və yalnız müsbət mənəvi keyfiyyətlərdən ibarət əsl insanlıq timsalı idi. 
1938-ci ildə ilk dəfə tanışlıqdan bir ay sonra Varşavada təkrarən rastlaşıb bir-birinə könül bağlamışdılar. O vaxtdan ruhları da bir-birinə qırılmaz tellərlə bənd olmuşdu. 1939-cu ildə Sovet hökuməti ilə Almaniya gizli müqaviləyə əsasən Polşanı öz aralarında bölüşdürəndən sonra Yozef Pilsudskinin vətənində duruş gətirə bilməmiş, oradan uzaqlaşmışdılar. Avropanın bir neçə torpağını ayaqlayandan sonra dünyanın ən halal məmləkətlərindən biri olan Türkiyəyə gəlmiş, orada Məhəmməd Əmin bəyin dostlarının əhatəsində evliliklərini davam etdirmişdilər. Və günlərin birində Məhəmməd Əmin bəy intəhasız dərəcədə sevdiyi Mövlanə Füzulinin “Leyli və Məcnun” əsərini oxuyub onun üçün polyak dilinə tərcümə eləyəndən sonra “Leyli” obrazı onu o qədər məftun eləmişdi ki, özündən asılı olmayaraq onu bilmədikləri bir çox mətləblərdən hali eləyən ömür-gün yoldaşına;-“Pan, çox xahiş eləyirəm bundan sonra mənə Vanda demə, Leyla de”,-söyləmişdi. 
O zamandan Məhəmməd Əmin bəy onu “Leyla xanım” deyə çağırmışdı. Bu ad onun ürəyinə yağ kimi yayılmışdı. Çünki “Leyla” saf, pak, ülvi eşq, sevgi, məhəbbət rəmzi idi. Onun eşqi iffətdən qaynaqlanırdı, onda şəhvətdən, ehtirasdan əsər-əlamət yox idi. 
Vanda xanımın adını dəyişib “Leyla” eləməsinin başqa bir səbəbi var idi. Bu da Məhəmməd Əmin bəyin öz vətəninin, torpağının, bayrağının, dininin, dilinin, xalqının, xalqına aid olan milli dəyərlərin, adət-ənənələrin məcnunu olması idi. O, bu vətən fədaisinin, vətən “dəlisinin” “leylası” olmaq istəmişdi.. 
Bir də gözlərini açıb leylasına baxdı,  həyat yoldaşının yaş dolu gözlərini görüb nəsə demək istədi, lakin bacarmadı, yumdu gözlərini və zaman kəsiyində bütün həyatı, yetmiş bir illik ömrü gözünün önündən çox tez fırlanan bir kino lenti kimi gəlib keçdi. Uşaqlıq illəri, Novxanıdakı evləri, tay-tuşları ilə cürbəcür uşaq oyunları oynaması, bir qədər böyüyəndən son¬ra at sürməsi, mavi Xəzərdə balıq tək üzməsi, anası Zinyət xanım, atası Hacı Ələkbər ağa, bacısı Şəhrəbanu, anası Zinyət xanımın vaxtsız vəfatından sonra Maral ananın onlara analıq eləməsi, atasının dini təhsil ocağı, müəzzinlərin azan verməsi, hafizlərin Quran oxuması,  nəhayət Bakı həyatı, Sultan Məcid Qənizadənin rus-müsəlman məktəbi, Texniki məktəb, Bakıda üzləşdiyi hadisələr, atasının Bakıda aldığı təzə mülkə köçməsi, yenə doğmalarıyla bir yerdə olması, “Kaspi” mətbəəsində çalışması, başına çoxlu dostlar toplaması, “Hümmət” təşkilatını yaratması, daşnaklara qarşı mübarizəsi, çar üsul-idarəsinə qarşı sərt çxışları, toplantılarda bolşevikləri “qıfılbənd”ə salması, onlara qarşı radikal etirazları, çar məmurları tərəfindən təqib olunması, İrana getməsi, İrandakı həyatı, publisist yaradıcılığı, Bakıya qayıtması, yenə Bakıda siyasi mübarizəyə qoşulması, doğmaca əmisi qızı Ümbülbanu ilə ailə qurması, qızları Lətifənin, Xalidənin, oğlu Rəsulun dünyaya gəlməsi, 1918-ci ildə daşnak-bolşevik neofaşist hərbi qüvvələrinin xalqına qarşı soyqırım törətməsi, Tiflisə getməsi, dörd müsəlman partiyasının iştirakı ilə qurultay çağırıb Azərbaycan Demokratik Xalq Cümhuriyyətini elan etməsi, Türkiyədə Xəlil paşa, Vəhib paşa və başqa lazımlı şəxslərlə görüşü, Qafqaz İslam Ordusunun yaranmasında siyasi fəaliyyəti, Bakıya gəlməsi, üç rəng bayrağın altında sevincindən ağlaması, Bakıda, bütün Qafqazda ilk dəfə olaraq universitet yaratması, həmin universitetin təntənəli açılışı, bir il on bir ay müddətində dövlətçilik işləri, onunla birlikdə Azərbaycanı müstəqilliyə qovuşduran, 1920-ci ildə riyakar ermənilər tərəfindən terror nəticəısində öldürülmüş Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifzadənin, 1934-cü ildə Azərbaycan həqiqəti anlada-anlada Parisdə dünyasını dəyişmiş Əlimərdan bəy Topçubaşovun, Məhəmməd Həsən Hacınskinin və başqa əqidə arxadaşlarının nurlu simaları gözlərinin qarşısında canlandı. Sonra  qara günlərin başlanması, oğlu Azərin dünyaya göz açması, XI qırmızı ordunun Azərbaycanı işğal etməsi, yenidən siyasi fəaliyyətini  davam etdirmək üçün Lahıca getməsi, Lahıcda həbs olunması, “Osobıy otdel”in zirzəmisi, onun üzvülərinin sərsəm-sərsəm sualları, Stalinin onu ordan azad etdirib Moskvaya aparması, Moskvada müəllimlik fəaliyyəti, dostlarının onu xaricə qaçırması, Azərbaycana ən doğma olan Türkiyəyə pənah gətirməsi, Türkiyədəki siyasi fəaliyyəti, oğlu Rəsulun günahsız yerə güllələlənməsi xəbərini alarkən sarsılması, həyat yoldaşı Ümbülbanu xanımın, qızı Xalidənin, oğlu Azərin, analığı Maral ananın sürgün olunması xəbərini. Sonra da Maral ananın, ömür-gün yoldaşı, əmisi qızı Ümbülbanu xanımın ölüm xəbərlərini eşidərkən, üç ildən sonra böyük qızı Lətifənin körpə uşağı Evşənlə birlikdə soyuqdan donub ölmələri xəbərini öyrənərkən dəhşətə gəlməsi, xəlvət bir guşəyə çəkilib hönkür-hönkür ağlaması, yeniyetməlik dostu, “Türk işçi teatrı”nın baş rejissoru Bilalın, böyük maarifçi Ömər Faiq Nemanzadənin, əmisi qızı Ümmügülsümün həyat yoldaşı, yazıçı Seyid Hüseynin, romantik-fəlsəfi şair-dramaturq Hüseyn Cavidin və misilsiz istiqlal şairi, Türkiyəni və Azərbaycanı kafir işğalından qurtarmaq üçün savaşa atılan, Balkan savaşından başlayaraq 1918-ci ildə Qafqaz İslam Ordusunun tərkibində bir zabit kimi yağı düşmənlərə qan uddura-uddura Anadoludan Bakıya qədər yürüş edən, bir əlində qələm, o biri əlində süngü tutan qəhrəman Əhməd Cavadın,  “NKVD” cəlladları tərəfindən eyni gündə həbs olunmasını eşidərkən nə qədər pərişan olması, zatən repressiya dövründə  totalitar rejimin yüz minlərlə günahsız insanların başına gətirdiyi müsibətləri duyarkən içinin parçalanması, bu barədə Türkiyənin və başqa ölkələrin dərgilərində, qəzetlərində mütamadi olaraq çıxış etməsi, Avropanı qarşı-qarış gəzməsi, Polşada yaşaması, Leyla xanımla tanış olub evlənməsi,  Almaniyadakı jurnalistlik fəaliyyəti, sonra yenə əziz Türkiyəyə gəlməsi, yenidən əmisi oğlu Məhəmməd Əli ilə, dostu Mirzəbala ilə birləşib başına xeyli məsləkdaşlar yığıb mənfur Sovet dövlətinə qarşı mübarizə aparması, Azərbaycanın istiqlalını istəyənləri toplaması, Türkiyədəki siyasi-publisistik fəaliyyətindən başqa ədəbi fəaliyyəti. Böyük Nizami Gəncəvi haqqında “Azərbaycan şairi “Nizami” adlı monoqrafiya yazması. “Çağdaş Azərbaycan tarixi”, “Çağ¬daş Azərbaycan ədəbiyatı” əsərlərini qələmə alması. Türkiyədəki redaksiyaların əksəriyyətilə əməkdaşlığı, Azərbaycan həqiqətini bütün dünyaya bəyan etməsi, Almaniyada, Polşada, Rumuniyada, İngiltərədə, Fransada, İsveçrədə, Amerika Birləşmiş Ştatlarındakı qəzet-jurnal¬larda, ensiklopediyalarda ana vətəni Azərbaycan haqqında yazılar dərc etdirməsi axıb keçdi gözlərinin qarşısından. Lakin Azərbaycan... Canından artıq sev¬diyi bir məmləkət. Azərbay¬can...  Maddi aləmdə bənzərsiz bir cənnət.. 
1920-ci ildə Stalin onu “Osobıy otdel”in zirzəmisindəın azad eləyib Moskvaya aparan vaxtdan bir də görmədi Azərbaycanını.. İndi daha həyatla vidalaşır, deməli bir də görməyəcək Şərqdə ilk dəfə müstəqil dövlət elədiyi Azərbaycanını, görməyəcək... 
Leyla xanım onun daha da bərkdən xırıldadığını görüb buzdan soyuq əllərindən tutdu. Əvvəlkindən də zorla gözlərini açdı, güclə eşidiləcək səslə üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” dedi. Sonra eşidilməyəcək səslə kəlmeyi-şəha¬dətini söylədi və sonuncu dəfə xırıldayıb əbədi olaraq bu fani, dəyərsiz dünyaya gözlərini yumdu. 
Hönkürdü Leyla xanım, uca səslə hönkürdü, elə hönkürdü ki, səsini neçə yüz metr uzaqdan eşitdilər. Qəlb inlədən, ürək sızladan bir səslə ağladı Leyla xanım. Sanki Leyla xanımın naləsində bütün Məhəmməd Əmin Rəsulzadəni sevənlərin fər¬yadı cəmləşmişdi. Asimana yüksəlirdi Leyla xanımın qiyyəsi. Göy lərzəyə gəlirdi, yer titrəyirdi, Aralıq dənizi, Qara dəniz, Xə¬zər dənizi kükrəyərək şahə qalxırdı. Aralıq dənizindən Xə¬zər dənizinə qədər uzanan sıra dağlar sakit-sakit inləyirdi. 
Türk dünyasının günəşi batmışdı. On yeddi yaşından etibarən vətəninin milli istiqlalı, hürriyyəti, xalqının azadlığı uğrunda Uca Yaradanın ona bəxş etdiyi heyrətamiz şüuruna rəğmən azğın, zülmkar kafirlərlə mücadilə etmiş, mübarizə aparmış, xalqına azadlığın şərbətini içizdirmiş, millətinə vətənini sevməyi öyrətmiş, öz fövqəladə zəkası və siyasi bacarığı ilə bütün dünyanı heyrətə gətirmiş, torpağının yağı düşmənlərin tapdağından xilas olması üçün daim özünü təhlükəyə atmış, boynuna kəfən salmış, hər an şəhid olmağa hazır olmuş, xalqına, vətəninə, torpağına, türkçülüyə elədiyi xidmətləri min kitaba sığmayan, heç bir sözlə ifadə oluna bilməyən Məhəmməd Əmin Rəsulzadə Allah rəhmətinə qovuşmuşdu. 
 Bütün türk dünyası ağlayırdı bu çox böyük insan üçün. Tək Anadolu və yaxud Azərbaycan deyil, Avropada, Amerikada yaşayan milyonlarla türk ürək yanğısı ilə göz yaşı tökürdü bu hər bir hərəkəti, hər bir əməli, həyatı, ömrü yalnız və yalnız ibrət götürülməli türk oğlundan ötrü. 
Ömrünün tən yarısını sahilində keçirdiyi, hələ lap uşaq yaşlarından qoynunda üzdüyü, sevə-sevə sahilində dayanıb ənginliklərinə tamaşa elədiyi Xəzər dənizi coşmuşdu bu gün. Öz məcrasına sığmırdı həyatla yaşıd olan dəniz. Bu gün köksü yaralanmışdı mavi Xəzərin. 18-ci əsrin axırlarında Azərbaycan Çar Rusiyası tərəfindən işğal olunan zaman, 1918-ci ildə daşnak-bolşevik neofaşist ordusu tərəfindən 100 min günahsız və silahsız türkün vəhşicəsinə qətlə yetirildiyi vaxt, 1920-ci ilin aprel ayının sonunda XI qırmızı ordu tərəfindən məhz Məhəmməd Əmin bəyin öz vətənsevər arxadaşları ilə birlikdə qurduğu Azərbaycan Demokratik Cumhuriyyəti devrilərkən, yenə on minlərlə günahsız  insanın qanının axıdıldığı zaman köksü paralandığı kimi yenə Xəzərin köksündə dərin yara açılmışdı. Yenə mavi Xəzər qırmızı rəngə boyanmışdı. 
Bu gün Xəzər, Bakı, Gəncə, Qarabağ, Qazax, Borçalı, Quba, Dərbənd, Lənkəran, Naxçıvan, İstanbul, Ankara və yüzlərlə bölgə hönkür-hönkür ağlayırdı. 
Bu gün bütün vətənsevər insanlar sözlə ifadə olunmayacaq bir qəm dəryasına batmışdı. 
Yüz milyonluq türk dünyası əzizdən də əziz, doğmadan da doğma, ən yüksək ali keyfiyyətlərə, nəcib sifətlərə mailk olan bir insanı, Məhəmməd Əmin Rəsulzadəni öz əlləriylə aparıb qara torpağa tapşırmışdı. Bundan da böyük dərd ola bilməzdi. 
Əbdül Vahab Yurdsevər göz yaşları içində dizləri üstə çöküb Məhəmməd Əmin bəyin məzarını öpəndən sonra ayağa qalxıb qəhərlənə-qəhərlənə sözə başladı:
”“ Əziz arkadaşlarım!  Bu gün son yarım əsrlik türk tarixinin ən böyük və ən nurlu simalarından birini torpağa təslim edirik. Məhəmməd Əmin Rəsulzadə əlli ildən çox siyasi, ictimai, elmi, ədəbi çalışmaları, türklük və Azərbaycan istiqlalı uğrundakı qəhrəmanca savaşları ilə bu yüksək ünvana və şanlı mərtəbəyə çatmışdır. Məhəmməd Əmin bəy türk ulusunu qurtuluş yoluna təşkilatlandıran parlaq bir istiqbala götürənlərdən biridir. Onun adı şanlı bir mübarizə simvoludur. Onun həyatı sönməz bir məşəldir. Onun yolu istiqbal və zəfər yoludur. 
Məhəmməd Əmin bəyin böyüklüyü və yüksəkliyi ölümündən sonra daha bir qüvvət halında yaşamasında və əsərləri ilə bütün bir milləti yaşatmasındadır. Torpağa verdiyimiz onun vücududur. Başımızda və qəlbimizdə yaşayan onun ölməz böyük ruhudur. 
Məhəmməd Əmin bəy çətin vəzifəsini yerinə yetirmiş və pak, açıq bir alınla istiqlal şəhidlərimizin hüzuruna çıxmaqdadır. Özünə haqdan rəhmət, sizlərə də səbr və mətanət diləyirəm. 
Əvdül Vahab Yurdsevərdən sonra Əhməd Cəfəroğlu, Məhəmməd Əmin bəyin məzarını öpüb dilləndi:
”“ Vücudunu bu gün göz yaşları içində Anadoludan əziz torpaqlarına əmanət etdiyimiz böyük ustad Məhəmməd Əmin Rəsulzadə milli hürriyyət və istiqlal uğrunda əlli ildən bəri şanla və şərəflə apardığı çətin mübarizə yoluna gənc yaşlarında Bakıdan başlayaraq Tehranda və İsranbulda eyni sövq və həyacanla davam etmiş, hadisələrin seyri naminə təkrar Azərbay¬cana dönmüş, orada yandırdığı müqəddəs qurtuluş məşəlini 1917-ci ildə Moskvada toplanan türk və müsəlman nümayəndələrinin tarixi qurultayına qədər götürmüş, orada inamı ilə qəlbləri tutuşdurmuş, dönüşündə Azərbaycanın rus zülmün¬dən qurtuluşunda və istiqlalınır elanında baş rol oynamış, bolşevik istilasından sonra yenə yurdunu tərk etməyə məcbur qalaraq Avropa məmləkətlərinə çıxmış...
Nə şərəfli bir həyat! 
Cənabi Haqq onu rəhmətlərinə qərq etsin və bizlərə də ona layiq olmağa nəsib etsin!
Allah sənə qəni-qəni rəhmət eləsin, Məhəmməd Əmin bəy! 
 “Kürsüyə” Kərim Yayğılı qalxdı. O, nitq söyləmədi, ağlaya-ağlaya bu şeiri oxudu:

Sarmışkən atəşiylə inamlı qəlbimizi,
Bir soyuq qarlı axşamı tərk edib getdi bizi!
Təsəllisi güc olur ona vurulanların,
O ümid günəşiydi geridə qalanların.
Bir nəslə həyat verən işıqdı, irfandı o!
Bir nəslin varlığıydı, şahlanan inamdı o!
Yaşatmazdı qəlblərdə ümidsizlik və məlal,
Onun məfkurəsiydi haqq, müsavat, istiqlal!
Sar köksünə Ankara, yurdumun ziynətini,
Günü gəlincə istər səndən əmanətini.
Şükranını sınarkən bir gün hörmətlə sənə,
O sümüklər gedəcək! Gedəcək o vətənə.
Saxla qoynunda onu, vermə özgəyə, ələ,
Bir hədiyyən olacaq yurdumdakı heykələ!

 Son olaraq “kürsüyə” Məhəmməd Əmin bəyin doğma qardaşı kimi sevdiyi Mirzəbala Məmmədzadə qalxdı. O da nitq söyləmədən göz yaşları axa-axa  bədahətən yazdığı bu şeiri dedi:

Mömin bir insan köçür bu dünyadan  haqq dünyaya,
Təqva sahibi vida edir bu nahaq  dünyaya.
Can qoyub xalq yolunda, sinə gərib hər bəlaya,
Türklük əqvamı onu yola salır son binaya.
Bu gün hər  türk, hər müsəlman, bütün Turan ağlayır,
Anadolu, Krım, Kıprız, Kərkük-Türkman ağlayır,
Dağıstan, Quzey Qafqaz,  cəm Türküstan ağlayır,
Güney, quzey, orta, dolu, Azərbaycan ağlayır.
İstiqlal aşiqləri, üçrəng bayrağ vurğunları,
Azadlığ fədailəri, əhli-irfan ağlayır.
Səma, günəş, yer-göy, torpağ, bütün cahan ağlayır,
Dayanmadan axıb gedən dövrü-zaman ağlayır.
”ƒ

Abşeronun icra başcısı 40 000 sakini olan qəsəbədə görüş keçirdi - FOTOLAR
Hüquq - mühafizə orqanları soyuducuda yarım milyard pul "tapdı"...
“Gördüyü işin ictimaiyyətə çatdırılmasını istəyən hər bir qurum jurnalistlərlə işləməlidir”
Metroda qəflətən soyunmağa başlayan qadın görənləri heyrətə gətirdi – VİDEO
“Özü mənə göz vurdu...” - Ata təcavüz edən adam özünü belə müdafiə etdi...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"Dünyanın hər yerində media hər zaman ona uzanan dost əlini sıxıb...”
Dünya
2 min 500 illik tabutdan çıxanlar şok yaratdı - FOTOLAR
Dünya
113 ildir batan gəmi tapıldı: Milyard dollarlıq qızılla dolu olduğu iddia olunur
Dünya
Parlamentdə intihara cəhd hadisəsi baş verdi - VİDEO
Maraqlı
Alimlərdən yeni kəşf - Çay insanlarda bu xəstəliyin qarşısını alır...
Həftənin ən çox oxunanları
Tolik güllələnən icra başçısı haqqında heç kimin bilmədiyi FAKTI AÇIQLADI - FOTO
Kəlbəcərdə hazırlanan yeni terrorçu dəstələrin görüntüləri yayıldı - VİDEO
"Əyalətdə özünü quldurbaşı kimi aparıb xalqın nifrətini qazananlar iqtidardan qovulmalıdır"
Melanyanın ayaqları mətbuat konfransında şorgöz Lavrovun "gözünə girdi"... -FOTO
Bakı metrosunda növbəti geyim qalmaqalı - Müdaxilə edən şəxs döyüldü - VİDEO
Sərhəddə Ermənistana yük daşıyan azərbaycanlılarla ermənilərin dialoqu - ŞOK VİDEO
Yunis Səfərovla bağlı yeni şok məlumatlar üzə çıxdı: Sən demə, Tohid İbrahimbəyli... - FOTO
"Atam DİN-in polkovniki olsa da bizi bir dəfə də xidməti maşını ilə məktəbə göndərmədi"
Emin Ağalarovun xanımının gəlinliyinin qiyməti məlum oldu - İnanmayacaqsız...
Telekanallarımız və şou-biznesimiz MASONLARIN MƏKRLİ PLANLARINI İCRA EDİR...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə