Xəbər lenti
16/10/2018 [13:49]:
Zəncandakı beynəlxalq konfransda Qarabağla bağlı yekdil mövqe -FOTOLAR
16/10/2018 [13:43]:
“Qarabağ torpağına qayıtmaq üçün nə desələr...” -Xalq artisti
16/10/2018 [13:42]:
Meriyadan AÇIQLAMA: “Sürüşmə zonasındakı evlər 90-cı illərdə tikilib”
16/10/2018 [13:41]:
Sabah hava necə olacaq? - PROQNOZ
16/10/2018 [13:39]:
Deputat şəhid ailələrinə görə “Azərsığorta”nı İTTİHAM ETDİ
16/10/2018 [13:38]:
Spiker deputatlara xəbərdarlıq etdi: “O kofe, çay yerini bağlamalı olacağıq”
16/10/2018 [13:36]:
Milli Məclisin iclası başladı
16/10/2018 [12:58]:
“Heydər Əliyev müharibənin ən ağır günlərində belə buna “yox” dedi” -MÜSAHİBƏ
16/10/2018 [12:23]:
Hollivudun xanımları bir arada - Qaqanı ələ saldılar
16/10/2018 [12:08]:
Trampın müşaviri Cənubi Qafqaza niyə gəlir? - İran versiyası
16/10/2018 [11:58]:
“Bütün düşmənlərimiz birləşsə, dilimizə özümüzünkülər qədər zərbə vura bilməzlər”
16/10/2018 [11:57]:
Bəsti Sevdiyeva: “Muğam mənim damarlarımda axan qanımdır”
16/10/2018 [11:57]:
“Qarabağ döyüşləri başlayanda Etimad Rusiyadan qayıdıb Qarabağda döyüşlərə başladı”
16/10/2018 [11:52]:
Səbuhi Məmmədli bu gün Kiyevə yola düşür - Təcili əməliyyat olunacaq
16/10/2018 [11:50]:
İcazəsiz ov etmək istədi, 1000 manat cərimələndi
16/10/2018 [11:49]:
Axtarışda olan 37 nəfər saxlanıldı
16/10/2018 [11:39]:
Bakıda soyğunçuluq edən saxlanıldı
16/10/2018 [11:35]:
Borçalı Cəmiyyəti möhtəşəm Yubilyarlar günü keçirdi- FOTO
16/10/2018 [11:32]:
Gömrükçülər 8 mobil telefon müsadirə etdilər -FOTOLAR
16/10/2018 [11:27]:
Zakir Həsənov Çexiyaya gedir
16/10/2018 [11:26]:
Beyin qocalmasını dayandırmağın üsulu aşkar edildi - ARAŞDIRMA
16/10/2018 [11:14]:
Bakıda daha bir avtobus qəzası - ÖLƏN VAR
16/10/2018 [11:07]:
Ermənilər Qubadlıda subtropik meyvələr də yetişdirdi… -FOTOLAR
16/10/2018 [11:06]:
Oğrunu dayandırmaq istəyən azərbaycanlı ürəyindən bıçaqlandı
16/10/2018 [11:02]:
Badamdar sürüşmə zonasında son vəziyyət açıqlandı
16/10/2018 [10:54]:
Həbib Makqreqorla revanş döyüşündən imtina etdi
16/10/2018 [10:48]:
Türkiyəli müstəntiqlər Haşkacının öldürüldüyü yerdə olublar
16/10/2018 [10:43]:
Ermənistan atəşkəsi 29 dəfə pozdu
16/10/2018 [10:40]:
DİM yeni qaydalara uyğun sınaq imtahanı keçirəcək
16/10/2018 [10:18]:
Paşinyan bu gün istefaya gedəcək
16/10/2018 [10:16]:
“Rus NATO-su” İrəvanı cəzalandırdı: İclas ləğv edildi
16/10/2018 [10:14]:
Azərbaycanda 5200 nəfəri aldadan qadın azadlığa buraxıldı
16/10/2018 [10:03]:
Sərkisyanın arvadı Azərbaycandakı erməni uşaqlarına nağıl kitabları bağışladı... -FOTOLAR
16/10/2018 [09:53]:
Xalqı “yatmaqda” ittiham edənlərin məqsədi...
16/10/2018 [09:41]:
Baş nazir bu qurumun nizamnamə və strukturunu təsdiq etdi
16/10/2018 [09:37]:
Azərbaycanda yeni mərkəz yaradıldı
16/10/2018 [09:32]:
Zəncandakı beynəlxalq konfransda Qarabağla bağlı yekdil mövqe -FOTOLAR
16/10/2018 [09:30]:
"Gələn ilin ortalarına qədər Bakı-Astara trasından İranla sərhədədək yeni yol çəkiləcək"
16/10/2018 [09:28]:
“Heç kimin xəbəri yoxdur ki, Xırdalan şəhəri batır” - Memar böyük təhlükədən xəbər verdi
16/10/2018 [09:24]:
Millətlər Liqasında 4-cü tur bu gün yekunlaşacaq - TƏQVİM
16/10/2018 [09:11]:
Qarabağ qazisi Etimad Əsədov vəfat etdi
16/10/2018 [09:09]:
Milli Məclis bu gün TOPLANIR
16/10/2018 [00:50]:
Sumqayıtda aprel şəhidi Əbdülməcid Axundovun 25 illiyinə həsr edilmiş tədbir keçirildi
16/10/2018 [00:19]:
“Yayda mənə məlumat verildi ki, yol artıq sıradan çıxıb…” - Prezident
16/10/2018 [00:18]:
Kardaşyanla əri prezidentə verdikləri hədiyyə ilə gündəm oldular -FOTOLAR
15/10/2018 [23:36]:
ABŞ xarici işlər naziri Türkiyəyə gedir
15/10/2018 [23:03]:
Bərdədə 24 yaşlı gəncin meyiti su arxından tapılıb - FOTO
15/10/2018 [22:47]:
Cahangir Hacıyevlə birgə sabiq deputat barəsində də cinayət işi başlanılıb
15/10/2018 [22:29]:
Kadırov Makronla Paşinyanı rəqs festivalına dəvət etdi
15/10/2018 [22:21]:
Ramil Şeydayev Rusiyada yol hərəkəti qaydalarını pozduğu üçün cərimələnib
15/10/2018 [22:05]:
Meyvezer Həbibin çağırışına cavab verdi
15/10/2018 [21:24]:
Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirildi
15/10/2018 [21:04]:
Maştağa və Suraxanıda heyvan oğruları saxlanıldı
15/10/2018 [20:48]:
Bilqeyis Nəbiyevadan qeyri-adi ifa - VİDEO
15/10/2018 [20:38]:
MN: Düşənbədə Azərbaycan və Ermənistan müdafiə nazirlərinin görüşü olmayıb
15/10/2018 [20:33]:
Lerikdə yaşayış binası və yeni məktəb tikiləcək - Sərəncam
15/10/2018 [20:28]:
İlham Əliyev Lənkəranla bağlı daha 2 sərəncam imzaladı
15/10/2018 [20:27]:
Dədə Şəmşirə uzanan yaman dil "kəsildi"...
15/10/2018 [20:23]:
Prezident təbii fəlakətlərlə mübarizəyə dair sərəncam imzaladı
15/10/2018 [20:20]:
Prezident büdcədən 7 milyon manat ayırdı
15/10/2018 [20:19]:
“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırdı
15/10/2018 [20:16]:
Ortağı 60 illik iqtidarını itirdi - Merkelin siyasi sonu olacaq?
15/10/2018 [20:15]:
Astaraçay çayı üzərində körpünün tikintisinə pul ayrıldı
15/10/2018 [20:13]:
Lənkəran-Lerik avtomobil yolu yenidən qurulacaq - 9,2 milyon manat ayrıldı
15/10/2018 [20:12]:
İlham Əliyev yol və körpü tikintisinə pul ayırdı
15/10/2018 [20:11]:
Telman İsmayılov müğənninin oğurlanmasında təqsirli bilindi - Qərar
15/10/2018 [20:10]:
ABŞ İranla yeni sazişin şərtlərini açıqladı
15/10/2018 [20:10]:
“Türkiyəyə qarşı hisslərim dəyişdi” - Tramp
15/10/2018 [20:09]:
Ermənistan prezidenti Azərbaycan torpaqlarında -FOTOLAR
15/10/2018 [19:18]:
"Bu gün müxalifət lideri də İlham Əliyevin alternativsizliyini etiraf edir"
15/10/2018 [18:38]:
"Son 15 ildə İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi"
15/10/2018 [18:33]:
“Həbib Axundova qarşı ifadə verməyə mənə təzyiq ediblər” – Təqsirləndirilən şəxs
15/10/2018 [18:19]:
“İsveçrədə diaspor işinin qurulması, inanıram ki, başqa ölkələrdə olduğu kimi çox çətin bir işdir”
15/10/2018 [18:19]:
ADAU-da İlham Əliyevin fəaliyyətinin 15 illiyi ilə əlaqədar ağacəkmə kompaniyası keçirildi
15/10/2018 [17:34]:
"Cavan oğlanı nə edirsən, pul xərcləməyəcək" - Rövşanədən müğənniyə
15/10/2018 [17:31]:
2 yaşlı uşağı zorlayıb öldürən kişiyə edam cəzası: "Hansı üzlə Allahın hüzuruna çıxacaqsan?"
15/10/2018 [17:28]:
“Elçibəy dedi ki, Xudu Məmmədov mənəvi müəllimim olub... - O, sağ qalsaydı...”
15/10/2018 [17:20]:
"Sevgilisinə nəsihət etmişdi ki, mən öləndən sonra..." - Anar Nağılbazın atası sirləri açdı
15/10/2018 [17:14]:
Xudu Məmmədovun anım günüdür - HƏYAT HEKAYƏSİ
15/10/2018 [17:04]:
Ərəb jurnalistin yoxa çıxması ilə bağlı daha bir iddia: "Öldürüb, sonra da əridiblər"
Bütün arxiv bir sırada
12/11/2017 [17:48] - Köşə - ( 2376 dəfə baxılıb)

"Adil İsgəndərovun çölə atılan dırnağı ola bilmirik..."

Seymur Verdizadə

Deyəsən, Nəsrəddin Tusinin sözləridir: “Bildiklərimi ayağımın altına yığsam, ağacdan alma qopara bilmərəm. Amma bilmədiklərimi yığsam, əlim buludlara çatar”.

Xalq artisti Nurəddin Mehdixanlı maraqlı söhbətləri ilə uzun yolu qısa eləməyi bacarır. Buna görə də Bayraq Günüylə bağlı keçirilən yürüşdə iştirak etmək üçün Tərtərə gedəndə, avtobusda onun başına yığışdıq. Nurəddin bəy ötən əsrdə yaşamış sənətkarlarımızın həyat və yaradıcılığıyla bağlı xeyli maraqlı hadisə danışdı. Mərhum xalq artisti Adil İsgəndərovla bağlı iki epizod isə ömürlük yaddaşıma həkk olundu.

“Axırıncı aşırım” filminin çəkilişləri yekunlaşandan sonra aktyorların səslərinin yazılmasına başlanılıb. Həmin vaxt Adil İsgəndərovla xalq artisti Yusif Vəliyevin arasında soyuqluq varmış, bir-birilərindən gen gəzirmişlər. Buna baxmayaraq, Adil İsgəndərov təklif edib ki, böyük ustalıqla yaratdığı Kərbəlayı İsmayıl obrazını Yusif Vəliyev səsləndirsin. Yusif müəllim aradakı umu-küsünü bir tərəfə qoyaraq, Azərbaycan kinematoqrafçılarının gərgin əməyinin bəhrəsi olan bu gözəl ekran əsərinə öz töhfəsini vermək üçün Kərbəlayı İsmayıl obrazını səsləndirməyə həvəslə razılaşıb.

“Nəsimi” filmi Adil İsgəndərovun Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik etdiyi dövrdə çəkilib. Həmin vaxt Adil müəllimin qılıncının dalı da kəsirmiş, qabağı da. Yan-yörəsindəki adamlar Adil müəllimə təklif ediblər ki, Əmir Teymur rolunda özü çəkilsin. Adil İsgəndərovun iştirakı ilə bir neçə kadr çəkilib. Sonra Adil müəllim düşmən gözü ilə baxdığı Yusif Vəliyevi Əmir Teymur rolunda çəkilməyə dəvət edib. Bir neçə kadr da Yusif müəllimin iştirakı ilə çəkilib. Ətrafındakı yaltaqlar Adil müəllimi inandırmaq istəyiblər ki, o, Əmir Teymur obrazını daha canlı yaradıb, filmdə özü çəkilsin. Amma mərhum aktyorumuz bu sözlərin hamısını qulaqardına vurub. Deyib ki, Əmir Teymur obrazı Yusifin boyuna biçilib. Düşmən də olsaq, onu çəkəcəyik.

Bəs biz necə davranırıq? Sələflərimizdən nəsə öyrənə bilmişkmi? Başımız çıxmayan işdən imtina etməyi bacarırıqmı? Özəl telekanalların birində çalışan həmkarım üç-dörd il əvvəl məndən kömək istəmişdi: “Gələn həftə qız uşaqlarının tərbiyəsiylə bağlı müzakirələr aparacağıq. Mənə yaxşı bir ekspert tap”.

Dərhal belə cavab vermişdim: “Elmira xalanı dəvət edin”.

Həmkarım təəccüblə üzümə baxmışdı: “Elmira xala kimdir?”

Qısa izahat verməli olmuşdum: “Bizim həmkəndlimizdir. Həyat yoldaşını erkən itirdiyi üçün beş qızı təkbaşına böyüdüb. İndi nəvə-nəticə sahibidir”.

Jurnalist həmkarımın ağzı bir qədər sağa doğru əyilmişdi: “Mənim verilişim kəndçi-kündçü yeri deyil. Gələn qonaq ən azı əməkdar artist olmalıdır”.

Qələm dostumun kobudluğu məni məyus etdiyi üçün “Bizim kənddən əməkdar artist çıxmayıb”, - deyib sürətlə ordan uzaqlaşmışdım...

Növbəti həftə veriliş çəkildi. Ekspert qismində iştirak edən əməkdar artist valideynlərə çoxlu məsləhətlər verdi, təkcə özündən kiçiklərə deyil, hətta böyüklərə də ağıl öyrətməyə çalışdı. Sonda aparıcı ondan soruşdu: “Müəllim, siz öz qızınızın tərbiyəsində bu təcrübədən istifadə edirsiniz?”

Kişinin sifəti qaraldı, donqar beli bir az da əyildi. Utana-utana belə dedi: “Həyat yoldaşımla aramızda problem olduğu üçün 18 ildi qızımın üzünü görmürəm”.

O vaxtdan bəri bir sual mənə rahatlıq vermir: ötən 18 ildə qızının üzünü bir dəfə görməyən, onun təlim-tərbiyəsində zərrə qədər rolu olmayan adam hansı üzlə qız uşaqlarının tərbiyəsilə bağlı verilişə çıxır? Heç olmasa, bu həssas mövzudan imtina etmək olmazdımı?

Əməkdar artist Ruhəngiz Musəvinin yaxşı avazı var, ifa etdiyi mahnılarla dinləyicilərin ruhunu oxşamağı bacarır. Bir müddət əvvəl Ruhəngiz xanımı teelkanalların birinin mətbəxində gördüm. İki saat əlləşsə də, ortaya fərli-başlı bir şey çıxara bilmədi...

Tanınmış sənət adamlarını tez-tez mətbəx verilişlərində görürük. Hansı ki, onların heç biri peşəkar aşpaz deyil. Hətta elələri var ki, adi qayğanaq bişirə bilmir. Bəs niyə həmin verilişlərə çıxmaqdan imtina etmirlər? Yoxsa, özlərini gülüş obyektinə çevirməkdən xoşları gəlir?

Azərbaycan cəmiyyətində imtina mədəniyyəti zəif inkişaf edib. Ötən gün ARB-də qonaq olduğum “Vüsalə ilə sözbəsöz” verilişində də dedim: “Ağamirzə yaxşı meyxanaçıdır, minlərlə fanatı var. Amma Ağamirzə aktyor deyil. Ağamirzəni nə vadar edir ki, aktyor olmaya-olmaya hər gün bir seriala çəkilir?”

Gənc müğənni Aysel Əlizadə üç-dörd gün əvvəl “Space” televiziyasında vətənpərvərlik mövzusuna həsr olunmuş bir verilişin qonağı idi. Aparıcı Səməd Vurğunun “El bilir ki, sən mənimsəm” misrası ilə başlayan məşhur “Azərbaycan” şerindən bir bənd deyəndən sonra Ayseldən bu əsərin müəllifinin kim olduğunu soruşdu. Müğənni xanımın cavabı belə oldu: “Abdulla Şaiq”.

Hətta rəhmətlik nənəmin də əzbər bildiyi “Azərbaycan” şeirinin müəllifini tanımayan adam vətənpərvərlik mövzusuna həsr olunmuş verilişə niyə çıxır? Özlərinə güvənməyəm müğənnilərin az-çox savad, dünyagörüş tələb edən verilişlərdən imtina etməyi daha doğru olmazdımı?

P.S.Biz Adil İsgəndərovu sevirik, ona hörmət edirik, amma ondan fərqli olaraq, yaxşı bacarmadığımız işdən imtina etmirik. Buna görə də Adil İsgəndərovun çölə atılan dırnağı da ola bilmirik...

Seymur Verdizadə, tanınmış jurnalist

Kardaşyanla əri prezidentə verdikləri hədiyyə ilə gündəm oldular -FOTOLAR
"Bu gün müxalifət lideri də İlham Əliyevin alternativsizliyini etiraf edir"
"Cavan oğlanı nə edirsən, pul xərcləməyəcək" - Rövşanədən müğənniyə
Stüardessa təyyarədən yıxıldı - FOTO
Atatürkün təhqir olunduğu video yayıldı, sosial media ayağa qalxdı - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Qarabağ döyüşləri başlayanda Etimad Rusiyadan qayıdıb Qarabağda döyüşlərə başladı”
Cəmiyyət
“Yayda mənə məlumat verildi ki, yol artıq sıradan çıxıb…” - Prezident
Cəmiyyət
“Bu poeziya evini biz yaratmışdıq...” -Tanınmış şair
Cəmiyyət
“Bu cür təmtəraqlı yas mərasimlərinin keçirilməsi sosial bəladır”
Cəmiyyət
“Bəzən deyirik ki, indi kitab oxumurlar, amma uşaqdan tutmuş böyüyə kimi hamının...”
Həftənin ən çox oxunanları
Cahangir Hacıyevin xanımı hər gün 2500 dollarlıq şərab içirmiş -Dünya belə pul xərcləyən qadın görməyib
"Tikintidəki özbaşınalığa Abid Şərifovla Hacıbala Abutalıbov cavab verməlidir"
Lələtəpədən qaçmış ermənilər ordumuzun tutduğu mövqelərə baxır... -Yeni görüntülər
İstanbulda küçəyə erməninin adı verildi
“Bütün ölkə müharibəyə köklənməlidir”
“Erməni-rus qruplaşması hansı halda Azərbaycanla döyüşə girə bilər?”- General cavab verir (Video)
Bakıda bu restorana parolsuz daxil olmaq mümkün deyil - VİDEO
"Bunun üçün ölkə başçısına müraciət etmişəm, İqtisadiyyat Nazirliyi ilə söhbətimiz olub"
Dünyanın ən sərt diplomatının arvadı... - "Onlar tanış olanda Sergey Lavrov hələ tələbə idi"
Paşinyan Ermənistan bayrağını ayağına geyindi…- Kanadalı həmkarı ilə birgə- FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə