Xəbər lenti
21/10/2018 [20:44]:
Bulvar İdarəsi üçün xidməti maşınların limiti ləğv edildi
21/10/2018 [20:35]:
Bakıda yük maşını sürücüsündən təhlükəli hərəkətlər -VİDEO
21/10/2018 [19:52]:
“Yarmarkanın formatının dəyişməsinə ehtiyac var...” - Bal yarmarkasından Reportaj
21/10/2018 [19:44]:
Qanda hemoqlobinin miqdarını qaldıran 6 məhsul - Mütəxəssislər tövsiyə edir...
21/10/2018 [19:37]:
"Eləsinə ərə getməkdənsə, anamın evində oturmuşam da" - Səidə
21/10/2018 [19:33]:
Şamaxılıları "Şorik" adlandıran müğənni açıqlama yaydı: "Onda harda idiniz?!"
21/10/2018 [19:30]:
6 yaşa kimi uşaqların burnuna damcı tökməyin - Qıcolmalar yaradır
21/10/2018 [19:25]:
Ukraynada hər həftə 110 qadın bu xəstəlikdən ölür
21/10/2018 [19:20]:
Müslüm Gürseslə bağlı filmə 21 milyon xərcləndi...
21/10/2018 [19:09]:
Ərdoğan futbol meydançasında -FOTOLAR
21/10/2018 [18:58]:
“El-Klassiko” 11 ildə ilk dəfə Messi və Ronaldusuz keçəcək
21/10/2018 [18:40]:
Tramp Kim Çen Indan aldığı “məhəbbət məktubları”ndan söz açdı
21/10/2018 [18:01]:
Əfqanıstanda keçirilən seçkilərdə dörd müşahidəçi öldürüldü
21/10/2018 [17:55]:
Lazım olan vaxtda lazım olan yerdə çəkilmiş 15 HEYRƏTAMİZ FOTO...
21/10/2018 [17:17]:
İranda istefa verən nazirlərin yerinə namizədlər məlum oldu
21/10/2018 [17:11]:
Sabaha olan hava proqnozu açıqlandı...
21/10/2018 [17:08]:
Bolton Rusiyaya gedir - Gündəmdə önəmli məsələlər var
21/10/2018 [16:57]:
ABŞ indi də SSRİ ilə imzalanmış nüvə sazişindən çıxır
21/10/2018 [16:56]:
Bakıda ər arvadını oğlunun gözü qarşısında qətlə yetirdi
21/10/2018 [16:31]:
Seks-müqəvva tanışlıq saytında ajiotaj yaratdı
21/10/2018 [16:21]:
İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib
21/10/2018 [15:48]:
Toruna iki qızıl külçə düşdü... - İNANILMAZ
21/10/2018 [15:29]:
Aydan düşən göy daşı rekord qiymətə satıldı- FOTO
21/10/2018 [14:47]:
Bakıda dəhşət: Kranla qaldırılan yük fəhlənin başına düşdü, yerindəcə öldü
21/10/2018 [14:46]:
Bakıda haker “Instagram” hesabını sındırmaq üçün nikah şəhadətnaməsi tələb edir – VİDEO
21/10/2018 [14:42]:
Kerçdə törədilən qətliamın tam videosu yayıldı - VİDEO
21/10/2018 [14:38]:
Əfqanıstanda seçkilərin ikinci günü: Partlayışlar davam edir
21/10/2018 [14:36]:
İnternet kişilərin vadisidir
21/10/2018 [14:24]:
Gənc rəssamların əsərləri Luvr muzeyində - FOTOLAR
21/10/2018 [14:05]:
Türkiyə Qaşıqçının qətlinin sübutlarını təqdim edəcək
21/10/2018 [13:41]:
Bilal Əliyev ilk dəfə atası ilə… - FOTO
21/10/2018 [13:40]:
Türkiyədə müalicə alan Firudin Cəlilov vətənə döndü - “Allah onları var etsin”
21/10/2018 [13:09]:
"Duet ifa edəcəyim insan ruhən mənə yaxın olmalıdır, yoxsa ifa gözəl alınmaz..."
21/10/2018 [13:01]:
Messi qolu qırıldığı üçün "Real" və "İnter"lə oyunları buraxacaq
21/10/2018 [12:59]:
Meydanın komandasına aid olan hissəsindən qol vurdu - VİDEO
21/10/2018 [12:56]:
Kardioloqlardan ürək xəstələrinə şad xəbər
21/10/2018 [12:52]:
Ukrayna döyüş sursatının 40 faizini itirdi
21/10/2018 [12:48]:
Qərargah: Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır
21/10/2018 [12:46]:
Vəliəhd şahzadə Camal Qaşıqçını əvvəlcədən hədəfə götürübmüş
21/10/2018 [12:25]:
“Bu hökuməti Dağlıq Qarabağ maraqlandırmır...” - keçmiş amerikalı həmsədr
21/10/2018 [12:22]:
Zaqatalada Rusiya dövlət qeydiyyat nişanlı maşın adam vurub
21/10/2018 [12:15]:
Xalq yazıçısı oxucularını maraqlı kitabla müjdələdi – “Hazırda mətbəədəyəm”
21/10/2018 [11:51]:
“Uyğur fəallar heç də Qaşıqçıdan daha az zülmə məruz qalmır” - Politoloqdan şərh
21/10/2018 [11:44]:
Zaqatalada bir ailənin 7 üzvü qidadan zəhərlənib
21/10/2018 [11:37]:
Tənha səyahətçilər üçün dünyanın ən populyar ölkələrinin adı bəlli oldu - MARAQLI...
21/10/2018 [11:34]:
Çində kömür mədənində partlayış - 22 işçi yerin altında qaldı
21/10/2018 [11:31]:
Qaşıqçının qətli işinə Səudiyyə məhkəməsi baxacaq
21/10/2018 [11:10]:
Cəfər Cabbarlının ömrünün son saatları - O, öz ölümünü yuxuda bu cür görmüşdü...
21/10/2018 [11:08]:
Bu il övladlığa verilən və övladlığı ləğv edilən uşaqlar - OĞLANLAR DAHA ÇOXDUR
21/10/2018 [10:45]:
Azərbaycanın dissident şairləri: Milli mücahid-İsfəndiyar Coşğun
21/10/2018 [10:37]:
Cənazə evindən 63 körpə cəsədi tapıldı: Ölkəni şoka salan hadisə - FOTOLAR
21/10/2018 [10:32]:
İnsanın pozitiv olmasına və nikbin düşünməsinə yardım edən 8 ƏMƏL
21/10/2018 [10:21]:
Nazirlik: "Sürüşmə zonasında çatlarda genişlənmə müşahidə edildi"
21/10/2018 [10:19]:
İmişlidə meyiti tapılan kişi meşə sahəsinin rəisi olub - YENİLƏNİB
21/10/2018 [10:16]:
"Arzu edirəm ki, tezliklə işğal altındakı torpaqlarımızda da işıqlarımız yansın"
21/10/2018 [10:15]:
Sosial mənzil sahibi olanlar bu tarixdə evlərinə KÖÇƏCƏK
21/10/2018 [10:12]:
Ermənilər atəşkəsi 27 dəfə pozdu
21/10/2018 [10:07]:
"Müharibə veteranları inanırlar ki, bu özbaşınalıq və qanunsuzluq aradan qaldırılacaq"
21/10/2018 [10:02]:
İran millət vəkili Tehranda “Azərbaycan”ı səsləndirdi – VİDEO
21/10/2018 [10:00]:
Nigeriyada toqquşmalar zamanı 55 nəfər həlak olub
21/10/2018 [09:58]:
Gəncədə ev yanıb
21/10/2018 [09:54]:
Tramp ABŞ-ın BMT-dəki nümayəndəsi vəzifəsinə qadın namizədi seçməyi üstün tutur
21/10/2018 [09:48]:
Kamerunda silahlılar 5 məktəblini qaçırıb
21/10/2018 [09:47]:
"Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edildi
21/10/2018 [09:46]:
Tayvanda 4,4 bal gücündə zəlzələ olub
21/10/2018 [09:44]:
Almaniya Səudiyyə Ərəbistanına silah tədarükünü dayandırdı
21/10/2018 [01:39]:
Avtomobilini itələyib dənizə saldı, sevincdən ətrafdakıları öpdü - FOTO
21/10/2018 [01:22]:
Rekord çəkidə naqqa balığı tutuldu - FOTO
21/10/2018 [00:07]:
Həbsxanada yer olmadığı üçün qatil azadlığa buraxıldı
20/10/2018 [23:57]:
Bir Millətin iki dövlətinin bir "Dev proje"si dünyaya açıq mesajdır... - POLİTOLOQ
20/10/2018 [23:23]:
İsveçrədə keçirilən yarışda azərbaycanlı tələbə iki qızıl medal aldı - FOTOLAR
20/10/2018 [23:20]:
Camal Qaşıqçının sonuncu görüntüləri yayıldı -FOTOLAR
20/10/2018 [23:13]:
Müəllimə anatomiya dərsində soyunub uşaqlara öz orqanlarını göstərdi - FOTO+VİDEO
20/10/2018 [22:36]:
Qurban Qurbanov texniki məğlubiyyətdən danışdı VİDEO
20/10/2018 [22:10]:
“Acınacaqlıdır ki, Azərbaycan ziyalısının başı millətin yox, öz taleyinə qarışıb”
20/10/2018 [22:00]:
"Yalnız sistemli addımlarla insanların sağlamlığı üçün güvənli bir ortam yaratmaq mümkündür”
20/10/2018 [21:54]:
Ağır vəziyyətdə olan Qazimizin xilası üçün şəxsi təyyarəsini təklif etdi - İBRƏTAMİZ...
20/10/2018 [21:42]:
“Səbail”ə qalib gələn “Qarabağ”a texniki məğlubiyyət veriləcək
20/10/2018 [21:34]:
“Neftçi” mövsümdə ilk məğlubiyyətini aldı
20/10/2018 [21:27]:
Əli Həsənov: "Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır"
Bütün arxiv bir sırada
12/11/2017 [22:07] - Ədəbiyyat - ( 3155 dəfə baxılıb)

Nəvəsinin Rəsulzadənin məzarı üstündəki təsirli çıxışı - Romandan parça



Gələn il Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək. 

Moderator.az yubiley münasibətilə hazırlayacağı yazılar silsiləsindən tanınmış şair, publisist, professor Vüqar Əhmədin böyük dövlət xadimi, ADR lideri Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətinə həsr etdiyi "Son nəfəsədək Azərbaycan" romanını fəsillərlə təqdim edəcək.
 
M.Ə.Rəsulzadənin 130 illik yubileyi münasibətilə yazılan romanda arxiv materiallarına və tarixi sənədlərə istinad edilib:
  
                    ***

Məhəmməd Əmin Rəsulzadənin vəfatından illər keçmişdi.  Rəsulzadənin ən böyük arzusu ölümündən 36 il sonra çin olmuş, Azərbaycan yenidən onun 1918-ci ildə qurduğu Xalq Demokratik Cümhuriyyətinin çıxartdığı qərarlar əsasında müstəqilliyinə qovuşmuş, bir kərə yüksələn bayraq müvəqqəti olaraq ensə də vətənpərvər insanların ruhlarının eşq ümmanlarında intəhasız bir yüksəkliyə yüksəldiyi kimi maddi aləmin yer səmasının ən uca zirvəsinə yüksəlmişdi. 
Bu dahilər dahisinin Azərbaycana qardaşdan artıq olan əziz və doğma Türkiyənin başkəndi Ankaradakı məzarını Bakıdan böyük bir heyət ziyarət eləməyə gəlmişdi. Onların arasında onun nəvəsi, qızı Lətifənin qızı Firuzə də var idi. O, Azərbaycana misilsiz töfhələr vermiş babasının məzarı üstünə çiçək dəstəsi qoyandan sonra  dayanıb din xadiminin müqəddəs Qurani-Kərimin mübarək ayələrini oxumasına qulaq asırdı.  Bütün nümayəndə heyəti müqəddəs Quran avazının möcüzəvi sədası altında sakitcə dayanıb Məhəmməd Əmin bəyin məzarını seyr edirdi. Onların nə düşündüyünü  bir özləri, bir də Uca Yaradan bilirdi. Lakin həqiqət bunda idi ki, bu insanlar Rəsulzadə böyüklüyünü, Rəsulzadə müqəddəsliyini bütün varlığları ilə dərk eləyən insanlar idi. Onlar Azərbaycan müstəqilliyə qovuşandan, qardaş Türkiyə ilə ara açılandan sonra bu təqva sahibinə öz sevgilərini, minnətdarlıqlarını, təşəkkürlərini bildirməyə gəlmişdilər. Onlar Məhəmməd Əmin bəyin məzarının üstünə çiçəklə dövrələnmiş iri şəklini qoymuşdular. Bu şəkil çiçəklər solana qədər burada qalacaqdı, sonra vətənsevər insanlardan birinin evinə götürülüb divara vurulacaqdı. 
Firuzənin isə mənəviyyatını güzgü kimi əks etdirən iri, qara gözləri düşüncələrini açıq-aşkar nümayiş etdirirdi; “Mən heç vaxt sənin özünü görməmişdim, baba. Yalnız şəkillərini gör¬müşÂ¬düm. Anam mənə səndən çox danışmışdı. Bilirsən səni nə qədər sevirdi. Tez-tez mənə şəkillərini göstərirdi, sonra da həmin şəkilləri bir-bir bağrına  basıb öpürdü. Mən də öpürdüm sənin şəkillərini. İndi də məzarının üstündəki şəklini görürəm. Çox qəribədir, burda bu qədər adam var, amma sənin nəzərlərin yalnız mənim üzümə dikilib. Mənim də başım səninki kimi çox müsibətlər çəkib, baba. Həyatım acılar içində keçib. Bizi  Qazaxıstana sürgün elədilər baba. Orda kiçik bacım Sonanı tutub anamın əlindən aldılar. Ora çox soyuq idi, çox. Biz həm də ac idik. Həmişə ac qalırdıq. Anam işləyirdi, amma ona o qədər az pul verirdilər ki, biz yenə ac qalırdıq. Bir gün gəlib anamla bacım Evşəni soyuqdan donub ölmüş gördüm. Sonra yaxşı adamlar məni uşaq evinə düzəltdilər. Orda da ac qalırdım. Gecə yatanda Allaha yalvarırdım ki, mənə yağ-çörək, çay versinlər, ancaq bunu istəyirdim, daha heç bir şey istəmirdim. Gecələr adyalı başıma çəkib doğma dilimizdə şeirlər söyləyir, mahnılar oxuyurdum. Axı doğma dilimdə kiminlə danışaydım?! Məndən başqa orda azərbaycanlı yox idi. Hamı məni buna görə dəli hesab edirdi. Mən isə əhəmiyyət vermirdim. Bakıdan mənə qohumlarım dayım Azərin müharibədən qayıtdığını yazdılar. Dayıma məni gəlib aparmağı xahiş etdilər. Amma dayım¬gildə darıxdım, odur ki, 18 yaşım olanda Azərbaycana qaçdım. Balıq vətəgələrində işləməyə başladım. Oxumaq qərarına gəldim, imtahanları verəndə, yaşlı bir müəllim üç gün məni get-gələ saldı, sonra da mənə görüş təyin elədi. Razılaşmadım və oxumaqdan vaz keçdim. Mənə qohumlarımızdan biri 21 yaşım olanda ailə qurmağı məsləhət gördü. Xalq düşməni övladı olduğumu hamıdan gizlətsəm də həyat yoldaşıma dedim. 1963-cü ildə sən bəraət alandan sonra sənin haqqında həqiqəti bildim. Amma nə qədər istəsəm də Qazaxstanın Semipalatinski vilayətinə qayıdıb anamın məzarını ziyarət edə bilmədim. Uşaq evinə verilən bacımı çox axtarsam da tapa bilmədim. Amma səni tapdım, baba. Allah yaxşı insanlara cansağlığı versin. Onlar kömək elədilər. Ələlxüsus da bir vaxtlar sənin göylərə ucaltdığın üçrəng bayrağı yenidən Azərbaycanın səmasında dalğalandıran Əbülfəz Elçibəy cənabları. O, Bakıda mənim əlimdən tutub bura, Türkiyənin paytaxtı Ankaraya, sənin məzarının üstünə gətirdi. Mən ondan çox razı qaldım, qoy Uca Yaradan dünya durduqca ondan razı olsun. Bilirəm, haqq dünyada anam, dayılarım, bacılarım sənin yanındadır. Bir gün mən də bu dünyadan köçəcəyəm. Yəqin məni də öz yanına qəbul eləyəcəksən. Bəlkə elə bu gün öləcəyəm. Ölüm haqqdır, bütün yaranmışlar ölümə məhkumdur, təkcə Allah ölümsüz¬dür.  Düzünü söyləsəm indiyə qədər ölmək istəmirdim, çünki ürəyimdə çox böyük arzum var idi, sənin məzarını ziyarət eləmək. Çox-çox şükürlər olsun Allaha ki, sənin məzarını ziyarət eləmək mənə qismət oldu. Daha bu dünyada heç bir arzum qalmadı, baba. Ona görə də ölüb ya yaşamağımın daha heç bir əhəmiyyəti yoxdur. Artıq öləndə rahat öləcəyəm. Birincisi, ona görə ki, vaxtilə Uca Yaradanın hökmüylə sən yaratdığın müstəqqilik yenə doğma Azərbaycana yetmiş ildən yuxarı qurub edəndən sonra doğan günəş kimi yenidən doğdu. İkincisi, ona görə ki, sənin özünü görmək mənə qismət olmasa da məzarını ziyarət eləməyi Uca Yaradan mənə nəsib elədi. Çox-çox şükürlər olsun Allaha, mən Allahımdan çox razıyam. Allah sənə də qəni-qəni rəhmət eləsin, baba. Bir də onu demək istəyirəm ki, o vaxt sənin ucaltdığın bayrağ bir də enməyəcəkdir. Buna əmin ola bilərsən. Sənin üçün vətəndən zəfəran və bir az da Novxanı torpağı gətirmişəm”. 
Firuzə xanım illərin kədəriylə sevincin bir-birinə qarışıb əmələ gətirdiyi billur göz yaşlarıyla babasının məzarına yaxınlaşıb Novxanı torpağı ilə balaca bir kisəciyin içindəki zəfəranı ora qoydu, sonra bir neçə dəfə öpdü və onun göz yaşları dahilər dahisinin məzarını islatdı. 
Bu zaman nümayəndə heyətinin bütün üzvləri heyrət etdilər. Məhəmməd Əmin Rəsulzadənin məzarı üstündəki şəkli gülümsəyirdi və sanki dodaqlarından bu kəlmələr qopub havaya sədalanırdı; “Mən səni bağrıma basıram, mənim müstəqil Azərbaycanım. Bundan sonra mən məzarımda rahat yatacağam”...

Ət fabrikində iyrənc görüntü: Ətlərin üzərinə elə bir şey etdi ki,…+VİDEO
"Oxumağım mənə düşmən oldu, öldürmək istədilər, zəhər verdilər, 6 ay səsim batdı"
25 yaşlı iş qadını estetik əməliyyatın qurbanı oldu - FOTOLAR
Atasının cəsədini 10 il ərzində evində saxladı - AĞLASIĞMAZ...
Tarix İnstitutunun saytı yeni versiyada təqdim edildi
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Toruna iki qızıl külçə düşdü... - İNANILMAZ
Dünya
Aydan düşən göy daşı rekord qiymətə satıldı- FOTO
Ədəbiyyat
Cəfər Cabbarlının ömrünün son saatları - O, öz ölümünü yuxuda bu cür görmüşdü...
Araşdırma
Azərbaycanın dissident şairləri: Milli mücahid-İsfəndiyar Coşğun
Cəmiyyət
"Müharibə veteranları inanırlar ki, bu özbaşınalıq və qanunsuzluq aradan qaldırılacaq"
Həftənin ən çox oxunanları
Ağır vəziyyətdə olan Qazimizin xilası üçün şəxsi təyyarəsini təklif etdi - İBRƏTAMİZ...
Azərbaycanlı xanım müğənniyə ŞOK – “oteldən intim görüntüləri…” – FOTOLAR
Rüfət Aslanlının "göyün yeddinci qatı"nda 6 milyon dollarlıq "stadion"u tapıldı...
"Atası, qardaşı, oğlu sahib çıxdığı qadın bu cür addımlar ata bilərmi?" - HƏYƏCAN TƏBİLİ...
Sərkisyan və Saakyan arvadları ilə Azərbaycan şəhərlərini gəzdi... -FOTOLAR
Paşinyan istefa verdi - Son dəqiqə
"Cavan oğlanı nə edirsən, pul xərcləməyəcək" - Rövşanədən müğənniyə
Dədə Şəmşirə uzanan yaman dil "kəsildi"...
Ermənilər Tərtərdəki futbol stadionunu Avropa çempionatına hazırlayır - FOTOLAR
"Biz bəyəm buna görə müstəqil olmuşuq ki, kimsə 109 milyonu oğurlayıb xaricə getsin...?"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə