Xəbər lenti
19/09/2018 [12:56]:
Saçyoldu olayı baş verən məktəbin direktoru işdən AYRILDI
19/09/2018 [12:50]:
Ermənistandakı Rusiya aviasiyası döyüşə hazır vəziyyətə gətirildi
19/09/2018 [12:47]:
Qadın intim fotoları ilə onu şantaj edəni bağışladı: "Anam onun oğlunu yuxuda görüb"
19/09/2018 [12:39]:
Rusiyada 23 nəfər şaurmadan zəhərləndi
19/09/2018 [12:31]:
İrandan gələn vətəndaşda heroin aşkarlandı - VİDEO
19/09/2018 [12:26]:
İtaliyada yaşayan Türk jurnalist tarixi uğura imza atdı
19/09/2018 [12:26]:
“Moskva Yaxın Şərqdəki münaqişələrdən milyonlar qazanır”
19/09/2018 [12:24]:
Trampın uzun saçlarının sirri açıldı: Boynunun ardındakı keçəli örtmək üçünmüş...
19/09/2018 [12:20]:
İnam Kərimovun işdən çıxardığı şəxsə Muxtar Babayev VƏZİFƏ VERDİ
19/09/2018 [12:14]:
"Beş-on nəfər qaragüruhçu qalxıb deyəcək ki, "yoxsa dövlətdən inciyərik""
19/09/2018 [12:10]:
Xaləddin İsgəndərovun Bakı-Sumqayıt yolundakı təpələri söküləcək - Tıxaca əncam axtarılır
19/09/2018 [12:06]:
Messi Ronaldunu geridə qoydu
19/09/2018 [11:56]:
Zakir Həsənov Sergey Şoyquya başsağlığı verib
19/09/2018 [11:51]:
Yevgeni Satanovski: " Heydər Əliyev SSRİ-nin dağılmasına imkan verməzdi"
19/09/2018 [11:50]:
Ermənistan ordusu çətin birdə özünə gəlsin...
19/09/2018 [11:49]:
Ermənistan müdafiə naziri ordunu idarə edə bilmir
19/09/2018 [11:49]:
Maduro Nüsrətin restoranına getdi, xalqını qəzəbləndirdi - VİDEO
19/09/2018 [11:47]:
Məkkə və Mədinəni sürət qatarı birləşdirəcək
19/09/2018 [11:44]:
Prezident Avstriyanın vitse-kansleri ilə görüşdü
19/09/2018 [11:31]:
“Paşinyan hay-küy salmaqla Ermənistanın Azərbaycan qarşısındakı zəifliyini ört-basdır etməyə çalışır”
19/09/2018 [11:25]:
Ruhulla Axundov o dərəcədə döyülürdü ki... - V məqalə
19/09/2018 [11:11]:
Vətəndaş “Azəriqaz” İB əməkdaşlarının əlindən FƏRYAD EDİR...
19/09/2018 [11:10]:
Türkiyədən gələnlər Qənirə Paşayeva ilə görüşdə "daima Azərbaycanın yanındayıq" deyiblər
19/09/2018 [11:06]:
Metronun “Xətai” stansiyası 1 illiyə bağlanır
19/09/2018 [11:05]:
Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə MÜRACİƏT
19/09/2018 [11:03]:
İlahiyyat İnstitutunda yeni TƏYİNATLAR
19/09/2018 [11:01]:
Məktəb direktorları toplandı: Nazir müavini tapşırıq verdi
19/09/2018 [10:59]:
Rusiya ada bir MDB ölkəsində “İsgəndər” raketləri yerləşdirdi
19/09/2018 [10:53]:
“Söhbət milyonların geri qaytarılmasından gedir”
19/09/2018 [10:46]:
Xatirə şəhid ailəsinə söz verdi - “Müşviq bulağı” tikdirəcək
19/09/2018 [10:42]:
Qarabağ yolunda Paşinyanın qarşısını iki ayı kəsdi... - FOTO+VİDEO
19/09/2018 [10:39]:
Yüksək bal toplayaraq ADAU-nu seçən 82 tələbəyə əlavə təqaüd veriləcək
19/09/2018 [10:34]:
Azərbaycan neftinin qiyməti 81 dollara yaxınlaşır
19/09/2018 [10:25]:
Polis borca görə 19 nəfəri saxladı
19/09/2018 [10:22]:
İlham Əliyev Masallıda Xalçaçılıq üzrə Təlim-Tədris Mərkəzi ilə tanış oldu
19/09/2018 [10:17]:
"Xankəndinə bayrağı əsgər Heydər Əliyev asacaq" -Siyavuş Novruzov
19/09/2018 [10:02]:
Havanı çirkləndirən zavodla bağlı sənədlər məhkəməyə göndərildi
19/09/2018 [09:58]:
Cəbhədə vəziyyət gərgindir - Müdafiə Nazirliyi məlumat yaydı
19/09/2018 [09:56]:
Paşinyan bizlərə Murovdan aşağı baxdı… - Onu təcili ordan endirməsək!..-Fotolar
19/09/2018 [09:49]:
Qəflətən Qarabağa gələrək sərsəmlədi: "Biz sülh danışıqlarına da, müharibəyə də hazırıq”
19/09/2018 [09:42]:
Azərbaycandakı cəzaçəkmə müəssisələrindən 17 nəfər qaçıb
19/09/2018 [09:34]:
Bu gün Çempionlar Liqasında I tura yekun vurulacaq - TƏQVİM
19/09/2018 [09:23]:
Onlara yeni mənzillər verildi -FOTOLAR
19/09/2018 [09:06]:
Çempionlar Liqasında 8 oyun keçirildi - NƏTİCƏLƏR
19/09/2018 [09:04]:
Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi anıldı
19/09/2018 [08:48]:
Azərbaycana gələn ərəblərin sayı artdı
19/09/2018 [08:46]:
Şimali və Cənubi Koreya prezidentləri hərbi sahədə saziş imzaladılar
19/09/2018 [08:44]:
Bir ayağı olmayan qız “İtaliya gözəli” seçildi
19/09/2018 [08:39]:
100 il öncə Bakını millətçilik yox, ümmətçilik xilas etdi... -FİKİR SAVAŞI
19/09/2018 [08:31]:
Dietoloq məktəblilərlə bağlı çağırış etdi
19/09/2018 [00:48]:
Alimlər 15 yaş cavan görünmənin sadə sirrini "tapdılar"...
19/09/2018 [00:23]:
Türkiyəli alim Azərbaycanda dissertasiya müdafiə etdi
19/09/2018 [00:18]:
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdi - FOTOLAR
19/09/2018 [00:16]:
Üzeyir bəyin fövqəlzəkası – “Məşədi İbad papağı”nın sirri – Anım günü
18/09/2018 [23:57]:
Ermənistan: "Saşik" Sarkisyan bankda dondurulmuş pullarından büdcəyə "pay verməyə" hazırdır
18/09/2018 [23:53]:
Kəlbəcərə gələn adam, heç Kəlbəcərdən qayıdan günün olmasın!
18/09/2018 [23:47]:
Bu avtomobildən neçə adamın çıxdığına inanmayacaqsınız - VİDEO
18/09/2018 [23:34]:
Bu restoranda yemək yemək üçün çevik olmaq lazımdır - MARAQLI
18/09/2018 [23:28]:
“Milyonçu Tağıyevin Hacıbəyli qardaşlarna ayırdığı pulu mühasib niyə gizlədir? – Anım günü
18/09/2018 [23:20]:
“Televiziya kanalları, mətbuat Üzeyir bəyi bu gün bir az da çox təbliğ etməlidirlər, çünki....”
18/09/2018 [23:17]:
Yaşlı kişi əli silahlı soyğunçulara meydan oxudu - VİDEO
18/09/2018 [23:16]:
“Menyuların yalnız xarici dildə olması əsas problemdir”
18/09/2018 [23:13]:
NATO nümayəndəsi: "Ermənistanın yeni rəhbərliyi bizi ürəkləndirir"
18/09/2018 [23:03]:
Ölən dostlarının ətrafına toplaşaraq yas tutdular - VİDEO
18/09/2018 [22:59]:
"Buradakı tələbələr Üzeyir bəyin kimliyini yaxşı bilirlər, əsərlərini səhnələşdirirlər” – Cavanşir Quliyev
18/09/2018 [22:40]:
Taleh Məmmədov Minskdə çempion oldu
18/09/2018 [22:22]:
“Onlar bir-birlərinə qarşı ortada görünmədən mübarizə aparacaqlar”
18/09/2018 [22:15]:
İsrail KİV-ləri: “Liberman Azərbaycanı kəşf etdi”
18/09/2018 [21:41]:
Netanyahu Putinə zəng etdi
18/09/2018 [21:39]:
“Fənərbağça”nın futbolçusu karyerasına fasilə verdi
18/09/2018 [21:38]:
Qobustan rayonunda zəlzələ oldu
18/09/2018 [21:32]:
İçməli sudan 27 min insan zəhərlədi
18/09/2018 [21:31]:
“Bu il ən azı 600 kəndin yolunun əsaslı təmiri nəzərdə tutulub” -İlham Əliyev
18/09/2018 [21:09]:
İlham Əliyev: “Bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz”
18/09/2018 [20:48]:
"Telekanallarımız 10-15 il əvvəlki televiziya səviyyəsindən təxminən 100 addım geridir"
18/09/2018 [20:45]:
Qatarla 1,7 milyondan çox sərnişin daşındı
18/09/2018 [20:44]:
"Təyyarəmizin vurulmasını cavabsız qoymayacağıq” - Müdafiə naziri
18/09/2018 [20:42]:
Daxili İşlər Nazirliyi həkim axtarır
18/09/2018 [20:42]:
Hamburq universitetinin professoru Azərbaycanda separatçılara dəstək verdi - FOTOLAR
18/09/2018 [20:41]:
"Nəvəm dedi ki, Heydər Əliyev çox cəsarətli və bacarıqlı əskərdir" - Fikrət Qoca
Bütün arxiv bir sırada
13/11/2017 [13:12] - Müsahibə - ( 13512 dəfə baxılıb)

""Avo"nun qolunun birini qanırıb dizimin altına qoydum, başını da, qolunu da kəsdim"



“Vətənçün ölməkdən daha çox, öldürməyə hazır olmalıyıq!” - bu sözləri öz yaşam şüarına çevirmiş bir insanla həmsöhbətik...

İbad Hüseynov Qarabağ müharibəsinin iştirakçısıdı. O, cəbhədə göstərdiyi qəhrəmanlığa görə “Azərbaycan bayrağı” ordeninə də layiq görülüb. Qarabağ uğrundakı döyüşlərdə İbad Hüseynov kəşfiyyat-diversiya dəstəsinin komandiri olub. Qəhrəmanın döyüş yoluna qədərki xidməti Sovet ordusunda olub.

- İbad bəy, Sovet ordusunda idiniz, necə oldu ki, Qarabağa ”“ döyüşməyə gəldiniz?

- Qarabağdakı münaqişə barədə əsgərlikdə eşitdim. Onda Rusiyanın Amur vilayətində hərbi xidmətdəydim. Eşitdik burda olanları. Yanımda olan vətənimin igid oğlanları ilə birgə komandirə müraciət etdik ki, bizi buraxsın, gələk Azərbaycanımıza. Amma icazə vermədilər. Başladıq ac qalmağa. Hardasa, beş-altı gün ac qaldıq. Axırda bizi buraxdılar. Mənimlə birgə orda Emin adlı bir oğlan da vardı. Naxçıvanlı idi. İkimizi də tanımadığımız bir şəhərə gətirib atdılar. Dörd ay orda qaldıq. Cibimizdə qəpik də yox idi. Naəlac düşündük ki, şəhər bazarına gedək. Bazarda naxçıvanlılarla rastlaşdıq. Göyərti satırdılar. Onlara yaxınlaşıb dedik: “Bizi buraxıblar. Üstümüzdə pul yoxdu vətənə getməyə. Bizə kömək edin gedək.”
Bizimçün 70 manat pul yığdılar. O pulla biz ancaq köhnə hərbi hissəmizə gələ bilərdik. Gəldik hərbi hissəyə. Orda məni hamı idmançı kimi tanıyırdı. Gecə ilə çatmışdıq. Orda yemək yedik. Dedik, bizə pul lazımdı evimizə dönməyə. Pul yığdılar. Bilet aldıq, gəldik Moskvaya. Ordan da Bakıya. Bakıdan da gəlib düşdüm Ağdama. Yollar bağlı idi.

- Bəs, kəndinizə necə getdiz?

- Bizim kəndimizə heç bir maşın getmirdi. 1990-cı ilin sentyabrı idi. Təsadüfən, bizim kəndə yük maşını gedirdi. Yük maşınının üstündə kəndimizə gəldim. Kəndimizdə hamı pərən-pərən düşmüşdü. Qardaşım kənd sovetinin sədri idi. 

- Döyüşə necə başladız, o zaman ümumi vəziyyət necə idi?

- Ermənilər Şuşadan gələn avtobusu saxlayıb sərnişinləri qırmışdılar. Şüşələr dağılmışdı. Kəndə hazır döyüşçü kimi qayıtmışdım. Kəndimizdə könüllülər dəstəsi yaranmışdı. Könüllülərin kəşfiyyat qrupunun rəhbəri oldum. Gizir idim. Silahımız adi tüfəng idi. Bir dəfə bir ermənini öldürdüm, “5-45” markalı avtomat götürdüm. Bundan sonra, dəfələrlə erməni tərəfə keçdik. Onları öldürürdük, silah-sursatlarını ələ keçirirdik. Kəndimiz ətrafında gedən döyüş əməliyyatları mənim rəhbərliyimlə olub. Döyüşlər vaxtı elə bil ki, nəsə məni qoruyurdu.

Bütün hadisələrdə ani qərar vermişəm. Kəşfiyyata gedəndə öncədən döyüşmək nəzərdə tutulmurdu. Amma anidən elə məqam yaranıb ki, demişəm, bu post dağıdılmalıdır. Qərargah partladılmalıdır. Ani qərarlarım uğurla nəticələnib. 

- Ən çox erməni terrorçusu Melkonyanın başını kəsməyinizlə məşhursuz, amma sizin döyüş çox uzun olub...

- O, mənim axırıncı böyük əməliyyatım olub. Eşitmişdim "Avo" haqqında. Bilirdim ki, Xocalıdakı qətliamı, Qaradağlıdakı qırğını törədənlərə başçılıq edib. Onun əlindən dəmir çeynəyirdim. Uşaqlara tapşırdım ki, “harda Avonu görsəniz, atəş açmayın, mənə xəbər edin”. 

1993-cü ilin iyun ayı idi. Kəşfiyyat qrupum üçün qərargahımızı Ağdamda, İydəlik adlanan yerdə qurmuşdum. Səhər-səhər uşaqlara təlim keçirdim. Rabitəçim Lənkərandan Fərzi adlı bir oğlan idi. Gəldi, məlumat verdi ki, bəs, ermənilər Ağcabədinin Qiyaməddinli kəndində hücuma keçiblər. Üstündən beş dəqiqə keçmədi ki, komandir Barat Quliyev mənə zəng vurdu. Təcili hərbi hissəyə çağırdı. Qərargaha getdim ki, Ağdamın MTN rəisi də ordadı, müavini də. Başqa komandirlər də vardı. Hamısı mənə baxırdılar. Mənim günüm kəşfiyyatda, ermənilərin arxasında keçirdi. Tanklarını, postlarını partladırdım. Barat Quliyev mənə dedi ki, ümid sənədir. Bir hadisə törətməlisən ki, hücum müvəqqəti dayansın. Biz özümüzü toparlayaq.
Oturdum maşına, gəldim kəşfiyyatçılarımın yanına. Məni gözləyirdilər ki, nə xəbər gətirmişəm. Dedim ki, uşaqlar, bu gedişimiz sonuncu gediş ola bilər. Yəni, o biri ucunda ölüm var. Kim istəyir, könüllü qabağa gəlsin. 

Otuz altı kəşfiyyatçıdan cəmi on ikisi irəli çıxdı. Onlara yatıb, dincəlməyi əmr elədim. Günorta vaxtı idi. Uşaqları yatmağa göndərdim, özüm oturub plan cızmağa başladım. Parçadan düzəlmiş şəxsi xəritəm var idi. Hardan gedək, hardan getməyək, düşünürdüm. Axşamçağı, saat yeddidə uşaqları oyatdım. Hərəsinə bir vərəq verdim. Dedim, gediş planı cızın. Əlbəttə ki, onların plan cızmağı mənə lazım deyildi. Sadəcə, istəyirdim onlar ürəklənsin ki, komandir bizə etibar edir. Dedim, vərəqlərə hərə öz planını cızsın ki, hansı yolla gedəcəyik. Özüm bəribaşdan gedəcəyimiz planı hazırlamışdım. Hərəsi bir şey cızdı. Heç baxmadım da. Bir saat sonra yola düşdük.
"Avo"nu bir aydan çox idi ki, izləyirdim. Hardan gəlir, hara gedir, hansı maşınla gəlir, artıq bilirdim. Fikrimdə onunla rastlaşmağı nəzərimdə tutmamışdım həmin gün kəşfiyyata gedəndə. Çayı keçib öz kəndimizə, Muğanlıya getdik. Orda da dörd nəfəri ayırdım - Elçin, Qamət, Fikrət, bir də bir oğlan vardı, Seyid deyirdik, ona. Dörd nəfərlə erməni mövqelərinin içinə doğru getdim. İyunun 12-də günorta Seyid qaça-qaça gəldi ki, bəs, çoxdandı izlədiyimiz "UAZ" Xocavənd səmtdən kəndə tərəf gəlir. “Avo”nun qərargahı elə bizim kəndin yaxınlığında, dağın arasındaydı. 

Kənardan baxanda, deməzdin ki, orda qərargah var. "UAZ" əvvəlcə ermənilərin səngərinə tərəf getdi. Səngərlə aramızdakı məsafə 15 km olardı. Bir az da gözlədik pusquda. Gördük, "UAZ" geri qayıdır. Maşın gəldi-gəldi, çaydan keçəndə ilişdi.

Gördük bir cüssəli erməni düşdü maşından. “Avo”nu üzdən belə yaxından görməmişdik deyə tanımırdıq. O, arxasınca gələn iki əsgərə çığırıb nəsə əmr elədi, əsgərlər maşının yanına qayıtdı. Həmin cüssəli hərbçi üzü biz tərəfə gəlirdi. Arada 500 metr məsafə vardı. Binoklla dəqiq sifətinə baxırdım. Məndə səssiz silah vardı. Uşaqlara dedim ki, mən onunla qarşılaşacağam. Uşaqlar dedi ki, arxadan səssiz silahla vur. Mən də gənc, idmançı, döyüşdə... Özümə inam vardı. Kəndin içiylə dönəcəyə qədər qaçdıq. Uşaqları döngədə gizlədib, tək yola çıxdım. Üzü “Avo”ya tərəf getməyə başladım. Silahı qoluma taxmışdım. “Avo” da əlində çantası, xəritəsi, komandir geyimində aşağıdan gəlirdi. 

Məktəbin həyətində qəfil qarşılaşdıq. Dayandıq ikimiz də. Rusca çığırdı ki: “Silahı tulla!” Mən də ona çığırdım rusca ki, “At silahını!” Elə bildi, öz ermənilərindənəm. Başladı ermənicə nəsə danışmağa. Sonra mən azərbaycanlı olduğumu dedim. Başladı ermənicə bağıra-bağıra düz üstümə yeriməyə. Karıxdım. Aramız 20-25 m idi. Bir də gördüm silahı mənə tuşlayıb. Barmağını qoydu tətiyə, amma mən cəld tərpənib atəş açdım.

Balaca kol quşunu gözündən vururdum, yaxşı nişançı idim. “5-45” markalı avtomatla “Avo”nun qarnından vurdum. İkinci gülləni atanda arxaya əyilib, səndirlədi. Avtomat da 5 m qırağa düşdü. Cəld özünü düzəldib qalxdı, cumdu avtomata. Götürdü silahı. Yuxarı qalxmaq istəyəndə çatdım yanına. Təpiklə sifətindən vurdum. Arxası üstə düşdü. Üstünə atılıb, xirtdəyindən tutdum. Bıçağı çıxartdım, başladı yalvarmağa. Türkcə təmiz danışırdı. Mənə təklif elədi ki, ölkədən xaricə çıx, sənə kömək edərəm. Qolunun birini qanırıb dizimin altına qoydum. Başını da, qolunu da kəsdim. Sonra dedilər ki, qolunu niyə kəsdin. Dedim: “Komandir, mən onun düşünən başını kəsdim, bir də bizim uşaqları vuran əlini”.

Cəsədini götürdüm, atdım böyürtkənliyə. Ayağında İsraildə hazırlanmış hərbi çəkmə vardı. Onu çıxartdım. Son vaxtlara kimi onu geyinirdim. Xəritəsini, sənədlərini, qələmini götürdüm. Qələm məndə durur hələ. Ermənicə arvadının adı yazılıb. Sənədləri və qələmlərindən başqa hamısını verdim hərbi hissəyə. Ağaclardan yarpaq yolub, yoldakı qanın üstünü örtdüm ki, görünməsin. Qayıtdım öz uşaqlarımın yanına. Məndə bir dənə qırıq fotoaparat vardı. Uşaqlar sevindilər, şəkillər çəkdilər. Ürəyimə dammışdı ki, nə isə baş verəcək.

- Bəs, ordan necə qayıda bildiz? Axı Melkonyanı öldürəndən sonra sizi axtaracaqdılar...

- Axşam düşürdü yavaş-yavaş, saat 6-7 olardı. Elə bil zəlzələ oldu. Ermənilər hamısı kəndə doluşdu. Sən demə, bizi dağdan görüblər. Uşaqlara demişdim ki, kəndin içində sərbəst gəzin, ermənilər elə bilsin, onlardansınız. Hamımız rus hərbi geyimində idik. Ermənilər “Avo”- deyib qışqıranda anladım ki, öldüyünü bilirlər. Kəndə atəş aça-aça doldu ermənilər. Hamımız qorxuya düşdük. Nə irəli, nə geri qaça bilirdik. Elə bil Allah məni yönəltdi ki, öz səngərimizə tərəf qaçmayaq. O tərəfə qaçsaydıq, indi çoxdan ölmüşdük. Ermənilərin səngərinə tərəf qaçdıq. Uşaqları üzüm bağında gizlətdim. Erməni postunun 50 metrliyindəydik. Artıq hava qaralmışdı. Ermənilər qaranlıqda bizi axtarırdı. Gecə saat 3-4 olardı, axtarmağı dayandırdılar. Uşaqları oyatdım ki, durun, indi biz çıxaq aradan. Uşaqları yolla aşağı düşürtməyə başladım. Ratsiyanı açdım. Çığır-bağır vardı. Komandirlə əlaqə saxladım ki, artıq içəridəyik. Ratsiyanı tez söndürdüm ki, dalğa ilə tutarlar birdən. Bir də ratsiyanı açanda komandirə dedim ki, Ağdamın Mərzili kəndi yaxınlığından çıxırıq, tapşırın, bizimkilərdi, vurmasınlar. Gəldik hərbi hissəyə. Bizi qarşıladılar. Ermənilər susmuşdu. Biz tərəfə bir güllə də atılmırdı. Mən “Avo”nun başını kəsib, əlimdə gətirmişəm. Başı əlimdə görənlərin hamısı da sağdı. Komandir başı atdı əsgərlərin ayağının altına. Təpiklədilər. İyunun 12-i “Avo”nun başını kəsmişəm. 19-da basdırıblar onu. 

- Öldürdüyünüz ermənilərin sayı təxminən neçə nəfərdir? 

- Qarabağ müharibəsi başlayandan sonunadək döyüşmüşəm. Bütün döyüşlərim də qələbə olub. Öldürdüyüm erməniləri saymamışam. Çox vaxt öldürdüklərimi, hətta diri erməni də gətirmişəm hərbi hissəyə. Öldürdüyüm ermənilərin silahlarını gətirib öz hərbi hissəmizə vermişəm. Kiçik bir dəstə mənim gətirdiyim silahlarla silahlanmışdı.

- İbad bəy, sizcə düşmənin başını kəsmək doğrudurmu?

- Biz heç vaxt dinc adama güllə atmadıq. Bir qoca erməni tutmuşduq əli silahlı. Onun silahını aldım, dedim, buraxın getsin. Getdi, ermənilər özləri öldürdülər onu. Elə bildilər ki, satqındı, silahını özü bizə verib. Bir dəfə də sahədə erməni qadınlarıla rastlaşdıq. Başladılar qışqırmağa. Dedim: “Qışqırmayın. Susun, gedirik, sizə heç nə eləmərik”. Bir dəfə də çayın qırağında iki qadına rast gəldik. Biri qucağı uşaqlı idi. Toxunmadıq. 

- Ermənilər bizim uşaqları, qadınları amasızcasına öldürür. Biz isə onların qocasına, qadınına, uşağına toxunmamışıq...

- Bilirsənmi, erməni niyə bizim torpaqlarımızı ala bildi? Onlar qırdılar, kəsdilər, hamısını da bizə göstərdilər ki, gözümüz qorxsun. Məncə, kiminsə günahsız yerə başını kəsmək düz deyil. Döyüş başqa şeydi. Döyüşdə sən öldürməsən, səni öldürərlər. Sən kəsməsən, səni kəsərlər. Kəşfiyyata gedən vaxt ermənilər bizi tutsaydı, diri-diri yeyərdilər. Mən “Avo”nun başını gətirəndə də uşaqlardan mənə deyən oldu ki, başı ataq. Deyirdilər ki, ermənilər bizi tutsa, yeyəcəklər. Dedim, yox, baş sübut kimi getməlidir. Düşmənin başı kəsilməlidir. "Avo"nun qərargahının koordinatlarını verdim bizimkilərə. O qərargahı mən dağıtdım. Bizim toplar dağıtdı oranı. Kənardan baxsa, kimsə bilməzdi orda qərargah var. Görünməz yerdəydi. Yəni, döyüşdə asmalısan da, kəsməlisən də... Qana-qan olmalıdı.

- İndi münaqişənin sülh yolu ilə həllinin mümkün ola biləcəyi də çox danışılır. Siz necə fikirləşirsiniz bu barədə?

- Tutaq ki, nə vaxtsa sülh oldu, bəs qisas? Tökülən qanların qisasını kim alacaq? Məncə, torpaqlar müharibə ilə geri alınmalıdır. Ermənilərin dərsi verilməlidir. Həmişə ermənilərə güzəştə getmişik, bu da bizi məhv edib. Düşmənin cavabı verilməlidir. Qisasa qisas! 25 ilə çatır ki, Ana Torpaq əsarətdədir, erməni deyir, bunu bizə bağışla. Mən buna razı olmaram. Biz onlara zərbə vurmalıyıq. Erməni bizdən qorxur. Onlar dəqiq bilsə ki, biz ayağa qalxmışıq, torpağı qoyub qaçarlar. Gücümüz olsa da, millət kimi ayağa durmağa hazır deyilik. Mən həmişə deyirəm ki, top-topxanadan ötədi canlı qüvvənin döyüşü. Hamı bilməlidir ki, vətənçün atılan addımlar əbədiliyə gedir. Vətənçün öldürməyə hazır olmalıyıq. Mən görmüşəm ki, təlimsiz döyüşə çıxmaq məğlubiyyət gətirir. Döyüşdə düşmənə zərbə vurmasan, o nə döyüşdür?! Bəs niyə deyilir: “Oğul düşmən çəpəridir”. Burda anlam bu olmalı ki, oğul vətənin düşmən çəpəridir. Oğul əsl vətənpərvər kimi yetişdirilməlidir. Lazım olan anda vətəni qorumağa hazır olmalıdır. Vətənçün ölməkdən daha çox, öldürməyə hazır olmalıyıq!

- İbad bəy, sizin gənc əsgərlərə məsləhətiniz nə olardı?

- Müharibədə hamı bir-birinə qardaş idi. Zəifi də, güclüsü də... “Ay ondan mən güclüyəm, ya nə”- söhbəti yox idi. Müharibədə güc yerimir, ürək yeriyir. Müharibədə hamı bir-birinin təəssübünü çəkir. Təbii, gücün qarşısında çox şey acizdir. Hazırda müharibə şəraitində olan ölkənin vətəndaşıyıq. Mülki həyatda da bir-birimizə qardaş olmalıyıq. Müharibə olarsa, bir-birimizə arxa olmağa hazır olmalıyıq. Bu gün bizə lazım olan ən vacib şey birlikdi. Tək-tək bizi qırmaq asan olar. Bizə mehribançılıq lazımdır. Çünki Qarabağı almağımız hələ qarşıdadır. Qarabağa girib, sağ qayıtmaq oğulda hünər istəyir. Əgər bir-birimizə arxa durmasaq, biz bunu bacarmarıq. İstərdim ki, əsgərlikdə də gənclər qardaşlığı, kürək-kürəyə söykənməyi bacarsınlar. Əsgərlərə xüsusilə vətənpərvərlik hislərini aşılamaq lazımdır. Vətənpərvərlik hissi atom silahından da qüvvətlidir.

Metbuat.az

Vətəndaş “Azəriqaz” İB əməkdaşlarının əlindən FƏRYAD EDİR...
Alimlər 15 yaş cavan görünmənin sadə sirrini "tapdılar"...
Türkiyəli alim Azərbaycanda dissertasiya müdafiə etdi
Bu avtomobildən neçə adamın çıxdığına inanmayacaqsınız - VİDEO
Bu restoranda yemək yemək üçün çevik olmaq lazımdır - MARAQLI
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Trampın uzun saçlarının sirri açıldı: Boynunun ardındakı keçəli örtmək üçünmüş...
Cəmiyyət
“Menyuların yalnız xarici dildə olması əsas problemdir”
Mədəniyyət
"Buradakı tələbələr Üzeyir bəyin kimliyini yaxşı bilirlər, əsərlərini səhnələşdirirlər” – Cavanşir Quliyev
Köşə
Az qalıb, bəy!
Cəmiyyət
"Onun böyüklüyü ondadır ki, əlində olan vəsaitini jurnalistikanın inkişafı üçün xərcləyib"
Həftənin ən çox oxunanları
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Puldan “divar” yaradan məmur həm də 256 məşuqə saxlayırmış - HEYRƏTAMİZ+VİDEO
Bakıda satılan 5 otaqlı evin qiymətinə Braziliyada ada almaq olar - Fantastik qiymət (FOTOLAR)
"Müdafiə Nazirliyində çalışdığım 7 ildə cəbhə bölgəsində vəzifəli şəxsin övladını görmədim"
"Cənab Prezident, çox hörmətli Mehriban xanım, bu sətirləri Sizə utanaraq yazırıq..."
Mehriban Əliyevanın təşəbbüsü ilə 1-ci siniflərə - Hədiyyə
Fərhad Əliyevin kəndində evləri daşa basıb, sakinləri qorxuya salan kimdir? - VİDEO
"Sabah Qarabağda savaş başlasa bizim Bakıda Nuru Paşalara ehtiyacımız olmayacaq, çünki..."
Paşinyanın arvadı Qarabağda ölən erməni əsgərlərinin analarını topladı - azərbaycanlı analara müraciət olundu
Türkiyə və İsrail barışır, səfirlər geri qayıdır - Bakının da bu barışıqda rolu var...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə