Xəbər lenti
18/01/2018 [14:08]:
ƏƏSMN-də 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbiri keçirildi
18/01/2018 [14:00]:
ADPU-da 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünə həsr edilmiş anım mərasimi keçirildi
18/01/2018 [13:57]:
Kommunal xidmətlərdə qiymət artımı – SİYAHI
18/01/2018 [13:53]:
Fazil Mustafanın "İslam qorxusu və müsəlman qoxusu"
18/01/2018 [13:47]:
Həkimlər deputat Nəriman Əliyevi reanimasiyadan çıxarmağa EHTİYAT EDİRLƏR
18/01/2018 [13:46]:
Azərbaycanlı milyarderlərin bazarında yanğın – VİDEO
18/01/2018 [13:46]:
Hacı Madər Xaləddin İsgəndərovun məzuniyyətdə olmağından DANIŞDI
18/01/2018 [13:45]:
Ermənistanın Qarabağ danışıqlarında diz çökməsi üçün səbəblər -Bütün “nəfəslik”lər tutulub
18/01/2018 [13:44]:
Ermənistanda hərbçilər qəzaya düşdü: Ölənlər var – FOTO
18/01/2018 [13:43]:
Rusiya Çinə S-400 tədarükünə başladı
18/01/2018 [13:35]:
Bərdədə nişanlı müəllimə qaçırıldı
18/01/2018 [13:31]:
Lütfi Zadənin xanımının ölümündən bir il ötür- Fey Zadə FOTOLARDA
18/01/2018 [13:25]:
MN: Ermənistan ordusundakı qeyri-döyüş itkilərini Azərbaycanın üzərinə atmağa cəhd edir
18/01/2018 [13:17]:
Türkiyədə zəlzələ oldu
18/01/2018 [13:15]:
DİN “Kürd Vüqar”ın törətdyi qətllə bağlı məlumat yayıb
18/01/2018 [13:00]:
Azərbaycanda avtomobillərin qiyməti qalxdı
18/01/2018 [12:51]:
“Onlar haqqında cinayət işi qaldırılmalı, hərbi tribunal yaradılmalıdır”
18/01/2018 [12:50]:
Rəisin intim videosu, şantaj tələsinə salınanlar və... - Habil Vəliyevin dəhşətli əməlləri ÜZƏ ÇIXDI
18/01/2018 [12:50]:
"Qaçqınkom"un "Azəristiliqtəchizat"a külli miqdarda borcu var - sabah Baş nazirin yanında toplantı olacaq
18/01/2018 [12:49]:
"Həkimə dedim, qarnım kisə deyil ki, açıb-bağlayasan"- Sabirin Səhhətə məktubu
18/01/2018 [12:41]:
"Cümhuriyyət İlində Qarabağ işğaldan azad olunmalıdır"
18/01/2018 [12:37]:
İlham Əliyevin bacısı oğlu soyuq havada DƏNİZDƏ ÜZDÜ - VİDEO
18/01/2018 [12:35]:
Leyla Əliyeva açılışda - Fotolar
18/01/2018 [12:33]:
Qazaxıstanda 52 sərnişin avtobusda yanaraq ölüb - Video
18/01/2018 [12:28]:
Bu müəllimlərin maaşı iki dəfə artırıldı - Sərəncam
18/01/2018 [12:20]:
Dillə zarafat etmək olmaz... - "İndi bizə Abbas Zamanov lazımdır!"
18/01/2018 [12:20]:
“Məqsəd Azərbaycan xalqının mübarizliyini sarsıtmaq idi” -DTX-nın rəis müavini
18/01/2018 [12:15]:
“NAZ-Lifan” istehsalı dayandırıb? - Bir ildə cəmi 30 maşın...
18/01/2018 [12:15]:
Nazirlikdən gözlənilən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ...
18/01/2018 [12:08]:
Azyaşlı qızlarını atıb qaçan ana tapıdı
18/01/2018 [12:02]:
"Ayrıldıq, ona arvadlıq edə bilmirəm" - Könül Xasıyeva
18/01/2018 [12:00]:
UFAZ-da imtahanlara start verilib
18/01/2018 [11:56]:
Bir sutkada ölkədə 110 cinayət faktı qeydə alındı - RƏSMİ
18/01/2018 [11:53]:
Ata axtardığı qızlarını Adnan Oktarın verilişində gördü - VİDEO
18/01/2018 [11:53]:
Hacı Zeynalabdin Tağıyevin Parisdə dəfn edilmiş nəvəsi - FOTOLAR
18/01/2018 [11:53]:
Magistr imtahanlarında nə yenilik var? - Məleykə Abbaszadə AYDINLIQ GƏTİRDİ
18/01/2018 [11:49]:
Yazıçı-jurnalist vəfat etdi
18/01/2018 [11:49]:
ADAU-da növbəti elmi şura keçirildi - FOTOLAR
18/01/2018 [11:47]:
Dövlət İmtahan Mərkəzi nəzarətçi-müəllimlər üçün seminarlara başladı
18/01/2018 [11:45]:
Vergilər nazirinin birinci müavini də GÖNDƏRİLİR
18/01/2018 [11:44]:
İlin fəal deputatları PJB-nin sorğusunun qalibi oldular - SİYAHI...
18/01/2018 [11:40]:
Özünü qatarın altına atan gənci son anda xilas etdi - VİDEO
18/01/2018 [11:40]:
İki dahinin poeziya, əxlaq söhbəti - AĞIR DİALOQ
18/01/2018 [11:37]:
Qazaxıstanda 52 nəfər avtobusda yanaraq ölüb – VİDEO
18/01/2018 [11:32]:
Hacı Zeynalabdin Tağıyevin və Şəmsi Əsədullayevin Parisdə dəfn edilmiş nəvəsi
18/01/2018 [11:31]:
Ermənilər Sərsəngdə 100 milyon dollarlıq layihə həyata keçirəcəklər? - “KarabakhTV”-
18/01/2018 [11:25]:
Azərbaycan eşşək bolluğuna düşübmüş - RƏSMİ
18/01/2018 [11:23]:
Jurnalistlər deputatların fəaliyyətini qiymətləndirdi
18/01/2018 [11:23]:
Həbs edilən MTN generalı əmlakını geri istədi
18/01/2018 [11:23]:
“Yazılan cəriməyə etiraz olaraq özünü yandırmaq çıxış yolu deyil” - MÜSAHİBƏ
18/01/2018 [11:20]:
Ermənilər Rusiyada deputatı güllələdilər
18/01/2018 [11:18]:
Ruslar geri çəkilir – Türk tankları hücuma keçir
18/01/2018 [11:13]:
Qarabağı azad etmək fürsəti - “Belə şans həmişə ələ düşmür...”
18/01/2018 [11:12]:
Sabah Bakı məktəblərində ilk dərslər 20 Yanvara həsr ediləcək
18/01/2018 [11:09]:
DİM sınaq imtahanı keçirir
18/01/2018 [10:57]:
Sevda qayınanası ilə bağlı konfrans keçirdi - “Dözə bilmirəm…”
18/01/2018 [10:45]:
Prezident İlham Əliyev Davosda çıxış edəcək
18/01/2018 [10:41]:
Bakıya gələn təyyarənin diqqətçəkən qonaqları - Fotolar
18/01/2018 [10:36]:
WhatsApp-da yeni fırıldaq yayılıb: Aldanmayın! - FOTO
18/01/2018 [10:35]:
Rumıniya tarixində ilk dəfə qadın baş nazir olub
18/01/2018 [10:31]:
Təhlükəsizlik üçün vurulan peyvəndlər təhlükəli imiş – QADAĞAN edildi
18/01/2018 [10:29]:
2017-ci ilin fəal deputatları: nəticələr açıqlandı - SİYAHI
18/01/2018 [10:27]:
İsa Qəmbər evə buraxılır
18/01/2018 [10:25]:
Qubad İbadoğlu: “Bankların bağlanması çıxış yolu deyil”
18/01/2018 [10:16]:
Pənah Hüseyndən eks prezidentə sərt cavab: “Həqiqətləri tam üzə çıxarmaq istəyirlərsə...”
18/01/2018 [10:15]:
Misirli alimdən sensasiyalı araşdırma: "Quran"ın hansı surəsində Bakı neftindən bəhs edilir?
18/01/2018 [09:57]:
Bakıda iki məhkum xəstəlikdən öldü
18/01/2018 [09:53]:
Bakıda yük maşını körpüdən aşdı – VİDEO
18/01/2018 [09:51]:
Qərb Azərbaycanda “KQB” arxivlərinin açılmasını istəyir - Deputatdan şok AÇIQLAMA
18/01/2018 [09:43]:
Məmmədyarov və Nalbandyan bu gün görüşəcək
18/01/2018 [09:41]:
Milli Məclis yaz sessiyasına xeyli yeni qanun layihəsi çıxarır - SİYAHI
18/01/2018 [09:39]:
ABŞ-dan tarixi GERİ ADDIM – Ərdoganın təhdidi qəbul EDİLDİ
18/01/2018 [09:34]:
Bakıda "Azpetrol"un avtomobili belə aşdı - FOTO
18/01/2018 [09:28]:
Fəxri ad alanların hansı güzəştləri var...
18/01/2018 [09:25]:
Manat və dolların bugünkü MƏZƏNNƏSİ
18/01/2018 [09:21]:
Yaydığı videoya görə işdən çıxarılan tibb elmləri namizədindən Prezidentə MÜRACİƏT...
18/01/2018 [09:05]:
“Bankların bağlanması çıxış yolu deyil” - Ekspertlər həyəcan təbili çalır...
18/01/2018 [08:57]:
Tezliklə hər kəs “dahilik həbi” atıb dahi ola biləcək?.. - İNANILMAZ ...
18/01/2018 [08:32]:
"Birimizə bir xoşa gələn söz deyəndə əl çalırıq, xoşa gəlməyən söz eşidəndə isə sözünü kəsirik"
18/01/2018 [08:19]:
Trampın qızı gəlinin rəfiqəsi rolu üçün kiçik seksual don geyindi - FOTOLAR
Bütün arxiv bir sırada
13/11/2017 [22:48] - Hadisə - ( 3566 dəfə baxılıb)

Şirkət rəhbərindən İqbal Məmmədova və Nazim İbrahimovun qardaşına ŞOK İTTİHAM...



Bir ildən artıqdır ki, deputat İqbal Məmmədovla “Sahil-D Company” MMC arasında qalmaqal bitmək bimir ki, bilmir. Belə ki, “Sahil-D Company” MMC ilə Milli Məclisin üzvü İqbal Məmmədov arasındakı mübahisə məhkəmə müstəvisinə qalxsa da, münaqişə səngimək əvəzinə daha da şiddətlənib. Deputat İqbal Məmmədov mandatından istifadə edərək “Sahil-D Company” MMC-yə qarşı təzyiq edib niyyətini həyata keçirmək istəyir.

Bu barədə Gununsesi.info-ya müraciət edən “Sahil-D Company” MMC-nin icraçı direktoru Adilağa Hüseynov bildirib ki, Bakı şəhəri Xətai rayonu, F.Bayramov küçəsi 1156 saylı ünvanda MMC-nin tikdiyi binalarda “STS” şirkəti tərəfindən fırıldaq və dələduzluq yolu ilə deputat İqbal Məmmədova satılan üç mənzillə bağlı qalmaqal bir ildən artıqdır davam edir.
“Belə ki, deputat İqbal Məmmədovla “STS”şirkəti arasında 2008-ci ilin fevralında imzalanan 192,193 və 194 saylı müqavilələrə əsasən deputat 3,4 və 5 otaqlı mənzillər alıb. Müqavilədə isə “STS”in tikdiyi binalar deyil, Xətai rayonu, F.Bayramov küçəsi 1156 ünvanında “Sahil-D Company” MMC-nin ünvanı göstərilib. Hansı ki, “Sahil-D Company” ilə “STS” arasında heç bir hüquqi və başqa formada əlaqə olmayıb. Çünki Bakı Əyləncə Mərkəzi ərazisində tikilən dörd bina “Sahil-D Company” MMC-nin şəxsi maliyyə vəsaiti əsasında tikilib. Bu ərazidə tikinti işləri aparmaq üçün MMC ilə “İSR Plaza” arasında imzalanmış sənəd mövcuddur. Bakı Şəhər İcra Hakimiyyəti də “Sahil-D Company” MMC-yə bu ərazidə hazırlanmış layihəyə əsasən tikinti aparmaq barədə icazə verib. Bununla bağlı bütün müvafiq sənədlər mövcuddur. Lakin “STS” şirkətinin “İSR Plaza” və Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi arxivində belə sənədi yoxdur”- deyə, A.Hüseynov vurğulayıb.
O əlavə edib ki, 2016-cı ilin iyun-iyul aylarında deputat İqbal Məmmədov bir dəstə adamla “Sahil-D Company” MMC-nin tikdiyi 4 saylı binaya daxil olmaq istəyib: “Ondan binaya girişinin səbəbini soruşduqda, buradan mənzil aldığını deyib. İzah ediləndə ki, bu binada ona məxsus hər hansı mənzil yoxdur, deputat buna qəzəblənib və binanın inzibatçısı Ramazan Piriyevi təhqir edərək, ona fiziki zor işlədib. Bu hadisədən sonra biz İqbal müəllimlə ofisdə görüşüb vəziyyətə aydınlıq gətirməyə çalışdıq. Onun sənədlərinə baxan zaman bəlli oldu ki, onun sənədlərinin “Sahil-D Company” MMC-yə heç bir aidiyyatı yoxdur. Vəziyyəti ona izah etdik. Lakin buna baxmayaraq, İqbal Məmmədov dəstəsi ilə bizi hədələyərək getdi”.
Haşiyə: Deputat İqbal Məmmədov 07.02.2008-ci ildə”STS” şirkəti ilə onların tikdiyi binada mənzil almaqla bağlı müqavilə imzalayır.Müqavilədə “STS”şirkətinin tikdiyi bina deyil, tamamilə başqa tikinti firması olan “Sahil-D Company” MMC-nin Xətai rayonu F.Bayramov küçəsi 1156 ünvanında tikdiyi binaların ünvanı və oradakı mənzillər göstərilir. Sənəddə 4 saylı binanın 20-ci mərtəbəsində yerləşən üçotaqlı, sahəsi 157,6 kv.metr olan mənzil, 17-ci mərtəbədə sahəsi 191,4 kv.metr olan dördotaqlı mənzil və 18-ci mərtəbədə sahəsi 226,6 kv.m olan beşotaqlı mənzil alması göstərilir. Müqaviləyə əsasən guya deputat İqbal Məmmədov “STS” şirkətinin rəhbəri M.Cəfərovun  və “Sahil-D Company” MMC-nin rəhbəri İlham Qasımov arasında əldə olunan razılığa əsasən İlham Qasımova 654000 ABŞ dolları ödəyib.
Bunu əsas götürən deputat İ.Məmmədov bundan sonra 2017-ci ilin əvvəlində məsələni hüquqi müstəvidə həll etmək üçün Xətai Rayon Məhkəməsinə mənzillərin boşaldılması barədə iddia ərizəsi ilə müraciət edir. İşə Xətai Rayon Məhkəməsinin hakimi Səadət Səlimovanın sədrliyi ilə baxılır və proses dərindən araşdırılır. Tərəflərin sənədlərini dərindən araşdıran məhkəmə 13 aprel 2017-ci il 2(011)-1643/2017 saylı müvafiq Qətnamə çıxarır.
Məhkəmə istintaqı zamanı İqbal Məmmədovun əslində “STS” şirkətinin təmsilçisi, Diaspora ilə İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovun dələduzluğu ortaya çıxır. Bunu Xətai Rayon Məhkəməsinin çıxardığı qətnamə sübut edir. Çünki məhkəmə araşdırması nəticəsində deputat İqbal Məmmədovla “STS” şirkəti arasındakı müqavilə, əslində deputatla şirkətin təmsilçisi Sahib İbrahimov arasında razılaşdırılaraq imzalanır. Müqavilə şərtlərinə əsasən S.İbrahimov İ.Məmmədova adıçəkilən mənzilləri təhvil verilməsi göstərilir. Məhkəmə müqavilənin qanunsuz olduğunu və buna görə də deputatın qanunsuz müqaviləyə əsasən pulları Sahib İbrahimova verdiyini aşkar edir. Məhkəmə həmçinin verilən pulların “Sahil-D Company” MMC-nin rəhbəri İlham Qasımova ödəmədəyini də müəyyən edir və ümumiyyətlə İ.Qasımovun bu məsələdən xəbərsiz olduğu ortaya çıxır. Məhkəmə “STS” şirkətinin ona aid olmayan ərazidə aparılan tikintidə qanunsuz olaraq başqasına mənzil satdığını ortaya çıxarır. Məhkəmə eyni zamanda, “STS”lə “Sahil-D Company” arasında da hər hansı formada əlaqənin olmadığını müəyyən edir. Məhkəmə araşdırması zamanı iddia tərəfin tam əsassız olduğunu müəyyən edən hakim S.Səlimova deputat İ.Məmmədovla “STS” şirkəti arasında 07.02.2008-ci ildə F.Bayramov küç.1156 ünvanında üç mənzil almaqla bağlı imzalanan 193,194 və 195 saylı müqavilələri etibarsız sayır və bununla bağlı məhkəmə Qətnaməsi çıxarır.
Xətai Rayon Məhkəməsi eyni zamanda, “STS” şirkətinin dələduzluğunun qurbanı olan deputat İqbal Məmmədova şirkət tərəfindən vurulan ziyanın ödənilməsi barədə qərar çıxarır. Elə həmin Qətnamədə İqbal Məmmədovun “STS” şirkətinə ödədiyi 654000 dolların şirkət tərəfindən Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə əsasən deputata qaytarılması öz əksini tapır.
Deputat İ.Məmmədov Xətai Rayon Məhkəməsinin çıxardığı qərardan razı qalmayaraq Bakı Apellyasiya Məhkəməsinə şikayət edir. Ancaq bəlli olmayan səbəblərdən İ.Məmmədov bir müddətdən sonra  apellyasiya şikayətini geri götürür və Xətai Rayon Məhkəməsinin Qətnaməsindən Nərimanov Rayon Məhkəməsinə müraciət edir. Hansı ki, hadisənin Nərimanov rayonuna heç bir aidiyyatı yoxdur. Ona görə ki, “Sahil-D Company” MMC-nin hüquqi ünvanı Yasamal rayonu, faktiki fəaliyyət ərazisi isə Xətai rayonu ərazisidir. Deputatın etdiyi şikayətə Nərimanov Rayon Məhkəməsinin hakimi Abbas Əliyevin sədrliyi ilə baxılır. Hakim A.Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində isə  qarşı tərəfin sənədləri obyektiv araşdırılmadan qanunsuz olaraq Xətai Rayon Məhkəməsində hakim Səadət Əliyeva tərəfindən çıxarılan Qətnamə etibarsız hesab edilir və bu ruhda bir Qətnamə qəbul edilir. Beləliklə, 5 sentyabr 2017-ci ildə Nərimanov Rayon Məhkəməsində hakim A.Əliyevin sədrliyi ilə keçirilən prosesdə 2(005)-5266/2017 saylı Qətnamə qəbul edilir. Qətnamədə İqbal Məmmədovun iddia etdiyi üç mənzilin boşaldılması tələb olunur.
“Sahil-D Company” MMC də öz növbəsində Nərimanov Rayon Məhkəməsinin hakimi Abbas Əliyevin çıxardığı 2(005)-5266/2017 saylı Qətnamənin qanunazidd və əsassız olduğunu əsas götürərək Bakı Apellyasiya Məhəkəməsinin Mülki Kollegiyasına şikayət ərizəsi ilə müraciət edir.
“Sahil-D Company” MMC Apellyasiya Məhkəməsindən Nərimanov Rayon Məhkəməsinin hakimi Abbas Əliyevin çıxardığı 2(005)-5266/2017 saylı, 05.09.2017-ci il tarixli Qətnamənin ləğv edilməsi və iddiaçı Məmmədov İqbal Nəriman oğlunun cavabdehlər “Sahil-D Company” MMC-yə, “STS” şirkətinə, Məmmədov Şakir Fərman oğluna, Əliyev Sərdar  Məmməd oğluna və Məmmədov Əli-Ağa Məmməd Həsən oğluna qarşı “müqavilələrin etibarsız hesab edilməsi və mənzillərin boşaldılması” tələbinin rədd edilməsi barədə yeni qətnamənin çıxarılması tələb olunub.
“Sahil-D Company” MMC-nin icraçı direktoru A.Hüseynov bildirib ki, artıq yaranmış durumla və deputat İ.Məmmədovun qanunsuz hərəkətlərə yol verməsi, deputat səlahiyətindən sui-istifadə etməsiylə bağlı ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova, Milli Məclis sədrinin birinci müavini, Məhkəmə-Hüquq şurasının üzvü Ziyafət Əsgərova, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə müraciət edib. Müraciətdə deputat İqbal Məmmədovun qanunsuz hərəkətlərinə son verilməsi tələb olunur.
A.Hüseynov onu da əlavə edib ki, Sahib İbrahimovun “Sahil-D Company” MMC-yə qarşı dələduzluq hərəkətləri bununla bitməyib. Belə ki, S.İbrahimov saxta yolla sənəd düzəldərək, “Sahil-D Company” MMC-yə aid bukletləri əldə edərək tikilən binaları çoxsaylı insanlara satıb. A.Hüseynov bildirib ki, S.İbrahimov indiyədək 74 nəfərə “Sahil-D Company” MMC-yə məxsus belə qanunsuz mənzil satıb. S.İbrahimov “STS” şirkəti tərəfindən müştəri ilə imzalanan müqavilədə mənzil nömrələri göstərilməyib.
İcraçı diketor əlavə edib ki, baş vermiş qanunsuzluqlarla bağlı məhkəmələrə müraciət olunur və bütün məhkəmələr “Sahil-D Company” MMC-nin xeyrinə qərar çıxarır: “Bunun nəticəsidir ki,  məhkəmələr 19 nəfər barəsində belə qərar çıxarıb və digər işlərimiz də məhkəmələrdədir. Hazırda 53 mənzildə problem yaşanmaqdadır. Ona görə də yuxarıda adıçəkilən qurumlara müraciət etməklə bizə qarşı olan haqsızlıqlara son qoyulmasını tələb etmişik. Xüsusən də deputat İqbal Məmmədovun bu qanunsuz əməllərinə zidd hərkətlərinə etiraz edirik”.
Qeyd: 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.08.2015-ci il qərarı ilə “STS” şirkətinin dələduzluq faktları müəyyən edilib. Belə ki, həmin tarixdə qəbul edilən qərarda “STS” şirkətinin rəhbəri Məzahir Cəfərov ayrı-ayrı şəxslərin etibarından istifadə edərək  dələduzluq yolu ilə pullarını alaraq  şirkətin tikmədiyi binalarda mənzillər satıb və pullarını mənimsəyib. Bununla da Bakı Ağır Cinayətlər Məhkəməsi 06.08.2015-ci il tarixli qərarı ilə “STS” şirkıtinin dələduzluq və saxtakarlıqlarını müəyyən edib.

...
Bu müəllimlərin maaşı iki dəfə artırıldı - Sərəncam
Azərbaycan eşşək bolluğuna düşübmüş - RƏSMİ
"Birimizə bir xoşa gələn söz deyəndə əl çalırıq, xoşa gəlməyən söz eşidəndə isə sözünü kəsirik"
"Nazirlər Kabinetinin qərarı 3 səbəbdən ədalətli hesab oluna bilməz" - İqtisadçı alim
Oteldə başına oyun açılan vətəndaş daxili işlər nazirindən kömək istədi
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Özünü qatarın altına atan gənci son anda xilas etdi - VİDEO
Maraqlı
Tezliklə hər kəs “dahilik həbi” atıb dahi ola biləcək?.. - İNANILMAZ ...
Maraqlı
Trampın qızı gəlinin rəfiqəsi rolu üçün kiçik seksual don geyindi - FOTOLAR
Cəmiyyət
“Üç gün əvvəl doğulan oğlunu görmədi...”- Şəhid zabitimizin anası...
Siyasət
“Avropadakı anti-türk qüvvələri sanki dopinq alıb”
Həftənin ən çox oxunanları
"Putini 48 ildir tanıyan bir insan kimi deyirəm" - "Qarabağ düyününü açmaq onun iradəsindən asılı olsaydı..."
Qız alt paltarında, "dini" verilişdə "ilahiyyatçı" üçün erotik rəqs etdi - VIDEO
Fazil Məmmədovun "Qara qutu"ları sonadək açılacaqmı? - Gözlər Mikayıl Cabbarovda
Yemək qızdırmaq istəyən əsgər 28 milyonluq BTR-i məhv etdi – VİDEO
Təkər gətirənlər tələyə düşdü - Həyəcan təbili...
“Dövlətim əmr versə ki, əmim Sərdar Cəlaloğlunun evini tankla yıx.." -Şəhid komandir Rasim Məmmədov
Kənd qızları bakirəliyini şəhər qızlarından tez itirir - ARAŞDIRMA
“Əbiyev gəlmirdi, Zakir Həsənov isə bir neçə dəfə bizi ziyarət edib” - Fəriköy məzarlığında...
Dünya Əzimovun hazırladığı tortdan danışır - VİDEO
Təlim zamanı ip qopdu əsgərlər vertolyotdan yerə düşdülər - VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin