Xəbər lenti
21/07/2018 [00:32]:
Rusiya sınaqdan keçirdi: Saniyədə 4 km... - Video
21/07/2018 [00:23]:
Komitə sədri sərhədlərdəki növbələrin səbəbi açıqlayıb - VİDEO
21/07/2018 [00:23]:
UNEC professorunun tədqiqatı Rusiyanın nüfuzlu elmi jurnalında
21/07/2018 [00:20]:
Bakının bəzi yerlərində işıqlar niyə sönüb? - RƏSMİ AÇIQLAMA
21/07/2018 [00:12]:
“Mən Putinin qorxunc röyası olacam” - Tramp Helsinki uğursuzluğunu unutdurmaq istəyir...
21/07/2018 [00:07]:
Abşeronun icra başcısı 40 000 sakini olan qəsəbədə görüş keçirdi - FOTOLAR
20/07/2018 [23:56]:
Hüquq - mühafizə orqanları soyuducuda yarım milyard pul "tapdı"...
20/07/2018 [23:48]:
Ayılar Rusiyanın strateji vacib resursu hesab edilsin - FTX-dən əcaib təklif...
20/07/2018 [23:42]:
“Gördüyü işin ictimaiyyətə çatdırılmasını istəyən hər bir qurum jurnalistlərlə işləməlidir”
20/07/2018 [23:35]:
"Dünyanın hər yerində media hər zaman ona uzanan dost əlini sıxıb...”
20/07/2018 [23:32]:
“Qəzetlərin iqtisadi durumu yüksək olmadığı üçün onlar çox jurnalist saxlaya bilmir”
20/07/2018 [23:32]:
"O zaman hamı mənə fəxrlə "Əsgər anası" demişdi" - Şəhidimizin anasından ürək parçalayan sözlər
20/07/2018 [23:19]:
“Atamın həyatı təhlükədədir” -Dilqəm Əsgərovun oğlu
20/07/2018 [23:17]:
Paşinyan ölkədəki korrupsiyanın miqyasından şokdadır
20/07/2018 [23:15]:
Paytaxtın bəzi əraziləri qaranlıqda qaldı: Mərdəkandakı DRES-də nasazlıq
20/07/2018 [22:45]:
Trampdan Çinə 505 milyard dollarlıq təhdid
20/07/2018 [22:44]:
Prezidentin Fransa səfəri başa çatdı
20/07/2018 [22:41]:
“Milan” əfv olundu
20/07/2018 [22:30]:
Makronun Qarabağ mövqeyi - Bəyanat
20/07/2018 [22:11]:
KİVDF fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərini mükafatlandırdı
20/07/2018 [21:59]:
ADAU-nun fakültə həmkarlar təşkilatı diploma layiq görüldü
20/07/2018 [21:44]:
“Əkinçi” qəzetinin bağlanmasında erməni donosları mühüm rol oynayıb”
20/07/2018 [21:20]:
Özünü 17-ci mərtəbədən atan Nərgizin son görüntüləri – VİDEO
20/07/2018 [21:12]:
SHXÇDX-də milli mətbuat günü qeyd olunub
20/07/2018 [21:12]:
Türkiyə böyük Qəndil əməliyyatını dayandırıb – səbəb
20/07/2018 [21:08]:
ABŞ Türkiyəni sıxışdırır: Bakı hədəfdə...
20/07/2018 [21:03]:
Türkiyə-Hollandiya siyasi böhranı bitir - Yenidən səfirlər göndərilir
20/07/2018 [21:02]:
Özünü 17-ci mərtəbədən atan Nərgizin son görüntüləri - Video
20/07/2018 [20:59]:
700 bal toplayan gənclər – Onları siz də tanıyın!
20/07/2018 [20:54]:
Xorvatiyalı futbolçu DÇ-nin medalından imtina etdi
20/07/2018 [20:52]:
İranın neft anbarında partlayış: ölənlər var
20/07/2018 [20:35]:
Sahil Babayev Lənkəranda 5 rayonun sakinləri ilə görüşdü
20/07/2018 [20:00]:
Makronun adından İlham Əliyevin şərəfinə nahar verildi - FOTO + YENİLƏNİB
20/07/2018 [19:49]:
Kəlbəcərin kəndində erməni uşaqlar üçün yay məktəbi də təşkil edildi...- FOTO
20/07/2018 [19:34]:
İsrail aviasiyası və tankları Qəzzaya zərbə endirdi
20/07/2018 [19:22]:
Dünyanın ən nüfuzlu gəncləri məlum oldu
20/07/2018 [19:21]:
Hava gəmilərinin hissələrini ölkədən çıxarmağa çalışanlar tutuldu - FOTO
20/07/2018 [19:19]:
ETSN-də Milli Mətbuat Günü ilə bağlı tədbir keçirildi -FOTOLAR
20/07/2018 [19:08]:
Rus general türkiyəli qadının şərəfinə minarə ucaldıb - UNUDULAN TARİX+FOTOLAR
20/07/2018 [18:33]:
İmişli və Siyəzən rayonlarında əmək yarmarkaları keçirildi
20/07/2018 [18:27]:
Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirildi
20/07/2018 [18:26]:
Ermənistanda xarici diplomatın evi yarıldı
20/07/2018 [18:24]:
Qənirə Paşayeva Masallıda Aprel döyüşlərinin şəhidlərinin ailələrini ziyarət etdi
20/07/2018 [18:17]:
Azərbaycan prezidenti Belçika kralını təbrik edib
20/07/2018 [18:14]:
İmtahanların nəticələri açıqlandı: 15 nəfər 700 bal topladı
20/07/2018 [18:00]:
Diqqətsizlik və isti hava daha bir can aldı: Avtomobildə unudulan uşaq boğularaq həyatını itirdi
20/07/2018 [17:59]:
2 min 500 illik tabutdan çıxanlar şok yaratdı - FOTOLAR
20/07/2018 [17:58]:
Nazir Qazaxda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış oldu -FOTOLAR
20/07/2018 [17:56]:
Təhsil Nazirliyi jurnalistləri mükafatlandırdı
20/07/2018 [17:48]:
Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
20/07/2018 [17:47]:
Təhsil strateji məsələdir - şou-biznes deyil
20/07/2018 [17:43]:
Evli qadını intim videoları ilə şantaj edən məhkəmə qarşısında
20/07/2018 [17:42]:
XIV əsrə məxsus qala satışa çıxarıldı
20/07/2018 [16:42]:
İlham Əliyevlə Makron görüşdü - FOTOLAR
20/07/2018 [16:41]:
113 ildir batan gəmi tapıldı: Milyard dollarlıq qızılla dolu olduğu iddia olunur
20/07/2018 [16:39]:
Avropada ən ucuz alkoqolu hardan əldə etmək olar? - İlk beşlikdəki şəhərləri tanıyın...
20/07/2018 [16:31]:
Laboratoriya şəraitində süni ət istehsal edildi
20/07/2018 [16:28]:
Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular- FOTO
20/07/2018 [16:12]:
“Mən bənna yox, aşıq qızıyam…” - Nazpəri
20/07/2018 [16:07]:
"Diaspor təşkilatlarımızın birləşməsinə sevinməmək mümkün deyil"
20/07/2018 [16:05]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ MƏHƏMMƏDƏLİ KAZIM BƏY
20/07/2018 [16:05]:
AZTV sədrini öldürmək istəyənlərə hökm oxundu
20/07/2018 [16:02]:
Putin Azərbaycanın yaxın dostu İsmail Safini mükafatlandırdı
20/07/2018 [16:02]:
Ofisiant qadına sataşan adam həyatının dərsini aldı – VİDEO
20/07/2018 [16:00]:
İlqar Abbasovun boğçası, İnam Kərimovun alçası...
20/07/2018 [15:58]:
Parlamentdə intihara cəhd hadisəsi baş verdi - VİDEO
20/07/2018 [15:56]:
Alimlərdən yeni kəşf - Çay insanlarda bu xəstəliyin qarşısını alır...
20/07/2018 [15:49]:
1500 dollara dondurma satılır - HEYRƏTAMİZ...+ VİDEO
20/07/2018 [15:31]:
Azərbaycanlılar qonşu ölkəyə üz tutur
20/07/2018 [15:29]:
Paşinyan: "İlham Əliyevlə danışıqlara hazıram"
20/07/2018 [15:18]:
Ermənilərin Azərbaycanda saldığı geniş günəbaxan tarlalarının görüntüləri yayıldı -VİDEO
20/07/2018 [14:56]:
“Biz İnterpolun dəstəyinə çox bel bağlayırıq” - Mehriban Əliyeva
20/07/2018 [14:40]:
Bolqarıstanda ermənilər arasında “razborka”
20/07/2018 [14:36]:
Metroda qəflətən soyunmağa başlayan qadın görənləri heyrətə gətirdi – VİDEO
20/07/2018 [14:34]:
ADNSU-da Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirildi
20/07/2018 [14:32]:
“Tuneldə qaldığımız gün camaat qapıları zorla açmaq istəyirdi” – Metro maşinisti (REPORTAJ)
20/07/2018 [14:29]:
Təhsil naziri uşaqların başına bomba atmağı təklif etdi! –Misli görünməmiş qəddarlıq
20/07/2018 [14:13]:
Cinsi əlaqədə ola bilməyən Adnan Oktar "kediciklər"ə bunu edirmiş - İyrənc üsul
20/07/2018 [14:03]:
Azərbaycan tankçıları Moskvaya yola düşüb
20/07/2018 [14:02]:
Partiya sədrindən media nümayəndələrinə təbrik
Bütün arxiv bir sırada
14/11/2017 [12:51] - Müsahibə - ( 1704 dəfə baxılıb)

“7 yaşlı qızı var, amma hələ də bakirədir” ”“ Azərbaycanda İLGİNC HADİSƏ



Moderator.az tanınmış uroloq-cərrah, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayılla müsahibəni təqdim edir.

”“ Vasif bəy, hansısa xəstənin sağalmaz problemi olduğunu, hətta ömrünə az qaldığını müəyyən etdikdə bunu onun özünə söyləmək doğrudur, yoxsa..?

”“ Bu, əslində, təbabətin ən yaralı yerlərindən biridir və etik məsələdir. Təbabət nə qədər ayrıca elm olsa da, hüquq və insani haqlar bundan daha üstündür. Hüquqən biz ağlı yerində olan bir insana onun vəziyyətini başa salmalıyıq. Bu, bizim vəzifəmizdir. Yəni nə qədər ağır xəstə olursa-olsun, öz aqibətini, xəstəliyini bilmək və bunu başqa insanlardan, hətta öz ailəsindən də gizlətmək haqqına sahibdir. Həkimlərin ancaq xəstənin özünə qarşı məsuliyyəti var. Azərbaycanda isə praktikada belə olmur. Burada ailələr özləri xəstəliyi bilmək istəyir və xəstənin bunu bilməməsini tələb edirlər. Bunu dırnaqarası humanist bir yanaşma kimi təqdim edən həkimlər var. Mən bu halla qətiyyən razı deyiləm. Xəstə öz diaqnozunu və vəziyyətini bilməlidir. Amma bunu deməyin də öz tərzi var. Məsələn, bir insana deyəsən ki, səndə sidik kisəsi xərçəngi var, yaxında öləcəksən ”“ bu, axmaqlıqdır. Demək olar, sizin sidik kisənizdə çox ciddi problem var, həyatınızı təhdid edir, filan addımları həyata keçirməliyik. Özü soruşsa ki, mənim aqibətim necə olacaq? Deyə bilərik, sizin kimi xəstələrin 35 faizi 5 ilə qədər yaşayır. Bax, bu, xəstələrə həkimin deyə biləcəyi sözdür.

”“ Bəzən olur ki, xəstə başqa tibb müəssisəsində xətalı xidmət alır. Hətta bu, onun həyatı üçün təhlükə yaradır. Bəs bu hallarda bunu xəstəyə söyləyirsinizmi?

”“ Əgər xəstə xətalı xidmət alıbsa, bu, daha ciddi etik bir problemdir. Bilirsiz, tibbi xidmət xətasını bir insan mühakimə etməməlidir. Buna normalda kollegial qərar verilməlidir. Çünki tibbi xidmət verən həkimlər lisenziya alırlar. Əslində, bizim aldığımız diplom lisenziya xarakteri daşıyır. Amma biz praktiki olaraq xəstəyə doğru yanaşılıb- yanaşılmadığını bilirik. Bunu xəstəyə söyləyəkmi? Bu sualın cavabını dəqiq bilmirəm. Mən özüm necə edirəm onu söyləyəcəm. Bu halda mən əsasən xəstəyə söyləmirəm. Əgər xəstə özü bununla maraqlanarsa, düzünü deməliyəm. Hətta mənim verdiyim tibbi xidmətdə də problem olsa, bunu söyləyirəm. Amma başqasının elədiyidirsə, bunu söyləmirəm. Bunun da öz səbəbi var. Birincisi, xəstəyə bunu dedikdə özünü aldadılmış hiss edir. Küsən xəstəni müalicə etmək çox çətindir. İkincisi, mən başqalarının xətasını tutacaq qədər özümü ağıllı saymıram. Mən kollegiya deyiləm, sadəcə Vasif İsmayılam.

”“ Xəstələrə özünəməxsus şəkildə, baməzə yanaşma tərziniz var. Bu, bir müalicə metodudur?

”“ Bəli, bu bir fənddir. Necə ki, güləşdə fəndlər var, bu da bir tibbi fənddir. Bizə gələn insan narahatçılıq hissi keçirir. Elmi dildə biz buna konnektivdissonans deyirik. Yəni qorxur, narahatdır. Bir insan kiçik bir şeydən çox qorxa bilər, böyük şeydən az qorxa bilər. Amma fərqi yoxdur, bu insan stress keçirir. Stress keçirən insanla işləmək çox çətindir. Bir insan stress keçirdiyi zaman özünü qorumaq məqsədi ilə öz ətrafına qarşı divar hörür. Bu divardan ona heç kəs yaxınlaşa bilmir. Məsələn, bir oğlan onda hepatit olduğunu eşidir. Yaxınları ona təsəlli verir ki, qorxma, ay bala, düzəldəcəyik. Amma oğlana təsir etmək çox çətin olur. Sanki zombiləşir. Fikir verin, öz anasına, sevdiyi insana qarşı divar hörən insan həyatında ilk dəfə gördüyü bir həkimə divar hörməzmi? Hörər. Bu divarı necə keçəcəksiniz? Bax, bu divarı keçmək lazımdır. Bizim sənətimizdə bir çox metodlar var. Biz xəstələrə bir çox faydalı metodlar tətbiq edə bilərik. Amma gərək xəstələr buna icazə versin. Bu zaman onun etibarını qazanmaq lazımdır. Burada da standart nəsə tətbiq eləmək olmur. Hər bir insanın bir az səviyyəsinə enmək lazımdır. Başqa çarə yoxdur. Deyim ki, bu, ən yaxşı fənddir, yaxud yeganə çarədir, yox. Bu, sadəcə mənim öz yanaşmamdır. İndiyə qədər yığıb-yığışdırdığım, atamdan-anamdan öyrəndiyim və ortaya çıxardığım meyvədir. Bu da mənim meyvəmdir. İnsanla qarşılıqlı etimad qazanmaqdır.

”“ Nəticə hər zaman müsbət olurmu?

”“ Sözsüz ki. Birincisi, xəstə müalicə olunmağa razılıq verir. Amma deyim ki, xəstə ilə bu cür danışmaq üçün gərək vaxtın və zamanın olsun. Məsələn, mən bu oturduğunuz otaqda xəstə ilə hər şəkildə danışa bilərəm. Amma mənə telefonda, küçədə, internetdə yanaşmağa çalışan insanlardan soruşsanız, deyəcəklər, Vasif İsmayıl çox kobud bir insandır. Haqlıdırlar da. Tibbi xidmət çox ciddi bir xidmətdir. Başqa ciddi şeylərlə müqayisə edək. Bir insan qızını evləndirmək istəyir. Yaxud avtomobilini satmaq və ya ev almaq istəyir. Bu işlərin hansını telefonla etmək olar? Telefonla elçi getdim, zəng elədim ki, sənin qızın var, onu ver mənə və s. Belə bir şeyi təsəvvür edə bilərsinizmi? Yaxud da bir evin alınmasına bəzən aylarla qərar verirsiniz. O zaman sizin sağlamlığınız bunlardan daha az əhəmiyyət kəsb edir? Siz həkim yanına getmədən həkim mənə telefonda da cavab verməlidir deyirsiniz. Xeyr, həkim sizə tibbi xidməti ancaq tibbi müəssisələrdə verməlidir. Xəstənin öz evi belə, tibbi xidmət vermək üçün uyğun deyil. Mən buna inanıram. Telefonda, evdə, iternetdə, liftdə heç vaxt tibbi xidmətə dair heç nə etmək olmaz. Mən orada həkim deyiləm.

”“ Bəs xəstələrinizin xətrinə dəymir?

”“ Bəli, insanların xətrinə dəyir. Əslində, bu, mənim peşəkar fəaliyyətim üçün ziyandır, xəstələrin sayı azalır. Amma daha az insana keyfiyyətli xidmət göstərmək, daha çox insana keyfiyyətsiz xidmət göstərməkdən yaxşıdır. Həm mənəvi cəhətdən, həm də maddi cəhətdən. Telefonda kiməsə deyirsən ki, filan dərmanı iç, yaxşı olacaqsan. Bunun heç bir önəmi yoxdur. O xəstə böyük ehtimalla sağalmayacaq. İkincisi, bu, çox qeyri ciddidir. Üçüncüsü, səhv ola bilər. Əslində, bu tövsiyəni 17 yaşımda müəllimimdən eşitmişəm. Amma 21 yaşımda çox ciddi bir xəta buraxdım. Bir xanım var idi. O zaman mən Türkiyədə işləyirdim. Telefonla mənə zəng etdi. Onun sidik analizini görmüşdüm. Dedi, həkim, mən sizin yanınıza gəlmişdim, analizimi sizə göndəriblər. Nə fikirləşirsiniz? Mən də dedim, bəli, xanım, yadımdasınız. Siz bir dərman için. Dərman da bildiyimiz biseptol idi. Xanım təşəkkür edərək telefonu bağladı. Gecə birdən yadıma düşdü ki, axı bu qadın hamilə idi. Ona biseptol içmək qətiyyən olmaz. Bu dərman onun bətnindəki övladda eybəcərlik, hətta ölüm riski daşıyacaq problem yarada bilər. Qadının telefonunu tapa bilmədim. Çünki mənim telefonuma gələn zənglər çox idi. O vaxtki telefonlar da zənglərin yalnız bir neçəsini saxlaya bilirdi. İndi 42 yaşım var. Düz 21 il əvvəl olan hadisəni indi də düşünürəm ki, görəsən o qadının uşağı necə oldu? Mənim bu əziyyəti bir daha çəkmək niyyətim yoxdur. Əgər bir iş görmək istəyiriksə, bunu qaydasında, uyğun bir şəkildə görmək lazımdır.

”“ Azərbaycanda böyrək xəstəliyi çox geniş yayılıb. Əksər hallarda da onu türkəçarələrlə müalicə etməyə çalışırlar”¦

”“ Mən türkəçarəyə inanmıram və sevmirəm. Baxmayaraq ki, təbabət türkəçarədən başlayıb. Amma əvvəlki təbabəti də gözümüzdə çox böyütməyək. Əvvəlki təbabətdə sidik kisəsində daş olan insan ölürdü. Hazırda bu, belə deyil. Biz bu gün prostat xərçəngini müalicə edirik. Amma türkəçarə bunların heç birini etmir. Ən yaxşı türkəçarə sağlam yaşamaqdır. Bol su içmək, gəzmək, pozitiv düşünmək, insanları sevmək. Amma çamaat gedib ot dəmləyib içir. Bu arada mən də xoşuma gələn otu dəmləyib içirəm, amma bundan böyük mədəd ummuram.

”“ Həkimlər arasında sünnət etdirmək yaşı ilə bağlı fikirlər müxtəlifdir. Sizcə, sünnəti hansı yaşda etmək daha faydalıdır?

”“ Sünnət uşaq psixologiyası üçün bir zədədir. Bunu uşağın psixologiyasını zədələmədən etmək lazımdır. Bir uşaq doğulduğu zaman ilk 4 ay ərzində ətrafı qavraması fərqlidir. Onlar çox konkret, abstrakt düşünürlər. Məsələn, ilk 4 ayda ata-anasını tanımırlar. Müasir dövrdə sünnət həqiqətən də ağrısız prosesdir. Bəs uşaqlar niyə qorxurlar? Çünki kimi kəssən, tikiş atsan qorxar. Amma ilk 4 ayda uşaqlar bunu qavramır. Mən düşünürəm ki, ən ideal yaş ilk 40 gündür. 4-cü aydan sonra edilmiş sünnət gecikdirilmiş sünnət sayılır. İlk üç gününü doldurmayan uşaqlar isə sünnət edilməməlidir. Bu, onun həyatında risk ola bilər.

”“ Öz övladlarınızı da özünüz sünnət etmisiz?

”“ Üç oğlumdan ikisini özüm sünnət etmişəm. Amma deyim ki, mən bunu tövsiyə etmirəm. Bir insan öz emosional bağı olan başqa bir insana tibbi xidmət göstərməməlidir. Yəni öz ata-ananızı, uşaqlarınızı müalicə etmək doğru deyil.

”“ Bu illər ərzində heç unutmadığınız pasiyentləriniz olub?

”“ Mən sizə çox qəmgin bir hadisə danışacam. Bilirsiniz ki, prostatda xərçəng əmələ gələ bilər və bu, müəyyən yaşdan sonra hər kişidə ola bilər. Biz bu xərçəngi müalicə edə bilirik. Bir şərtlə ki, vaxtında tapaq. Vaxtında tapmaq üçün xəstənin qanında PSA deyilən bir analiz edirik. Ona baxırıq və prostatdan iynə ilə parça alırıq. Bu prosedur çox sadədir. Mən Bakıya gələndə bizim burada yaxşı cihazlarımız var idi, amma prostat PSA üçün şərait yox idi. Biz köhnə metod olan trukkatdan istifadə etdik. O zaman iki xəstəmizdə ciddi qanaxma oldu ”“ daxili hemeroid qanaxma. Bu, çox pis hadisə idi. Belə baxanda İstanbulda mən 2-3 min xəstəni PSA etmişdim, biri qanamamışdı. Amma Bakıda etdiyim xəstələrdən ikisində qanaxma olmuşdu. Bunlardan biri imkanlı şəxs idi və inciyərək bir daha yanıma gəlmədi. İkincisi isə sadə bir vətəndaş idi və o da inciyərək yanıma gəlmədi. Aradan 3 il keçdi. Bir gün yanıma bir kişi gətirdilər, vəziyyəti ağır idi, nəfəs ala bilmirdi. Mənə baxıb dedi ki, “həkim o zaman məni PSA edəndə qanaxma olmuşdu. Mən də incidim və gəlmədim. İndi ölürəm, sənin yanına gəlməkdə yeganə məqsədim budur ki, gəldim çox böyük səhv etdiyimi deyəm. Camaata de ki, bu işdə inciyərək geri çəkilmək olmaz. Mən o zaman müalicə olunsaydım, başıma bu gəlməzdi”. Mənə dedi, son olaraq səndən bir istəyim var. Elə bir şey et ki, gecə bircə saat yata bilim”¦

”“ Yəqin ki, daha nikbin hadisələr də az deyil”¦

”“ Bəli, belə hallar da çoxdur. Misal üçün, 13 il əvvəl xərçəngdən öləcəyini düşünən adam, indi hərdən yanıma gəlir. Nə üçün gəlir? Ya kürəkənindən şikayət etmək, ya qızının problemini danışmaq, ya da yeni aldığı maşınını göstərmək üçün gəlir. Yəni bu gün adamın dərdi budur. Mən də bunu eşidirəm və sevinirəm.

”“ Bu yaxınlarda sonsuzluq haqqında bir məqalə yazmışdınız. Sizcə, hazırda sonsuzluğu yaradan səbəblər hansılardır?

”“ Sonsuzluq məncə, artmayıb və bu səviyyədə qalıb. Sadəcə keçmiş zamanlarda, 40-50 il əvvəl bu məsələlərdən danışmağı sevmirdilər. Bizim binamızda uşağı olmayan ailələri sayanda görürsən ki, elə cəmiyyətdəki sonsuzluq qədər çıxır. Məncə, bu gün 100 sağlam cütlük ailə qursa, onların 15-i sonsuz olacaq. Bu, bütün dünyada eynidir. Buna biz ideopatik sonsuzluq deyirik. Bunun xaricində müxtəlif səbəblər var. Nələr artdı? Hava kirliliyi artdı. Ən böyük problemlərdən biri gurultu və səs kirliliyidir. Gurultu və səs kirliliyinin sonsuzluğa səbəb olması faktı var. Bilirsiz, əgər bir kişinin yuxu rejimi pozulursa, onun qadına marağı azalır. Bu, çox bəsit bir faktdır. Məsələn, oğlan gecə saat 11-12-yə qədər telefonda oynayır. Ya da televizorda kinoya, futbola baxır. Səhər saat 8-də də işə getməlidir. Artıq saat 12 olub. Üzr istəyirəm, o, yatmalıdır, yoldaşına yaxınlaşmalıdır. Yəni saat 12-yə qədər sayrışan işıqlara, xüsusilə də yaşıl rəngə baxmış bir insanda hansı yaxşı yuxudan və seksual istəkdən danışa bilərsiniz? Olmayacaq.

”“ İndi insanların çoxu ən tezi 12-də yatırlar”¦

”“ Biz Avropa deyirik. Amma mən bir misal çəkim. Universitetdə donuzlar üzərində əməliyyat edirdik. Əməliyyatdan gec çıxırdıq. Axşam saat 8-9-da. Bir dəfə Strasburq tərəfdə bir alman kəndinə yemək yeməyə getdik. Kənddə heç bir evin işığı yanmırdı. Hamı yatmışdı. Saat 9 və hamı yatıb. Bircə bizim getdiyimiz restoranın işıqları yanır. Bu halı Azərbaycanda təsəvvür edə bilərsinizmi? Əlbəttə, belə yaşayan insan, daha uzun yaşayacaq və övlad sahibi olacaq. Avropalılar özləri övlad sahibi olmaq istəmir ki, bu, artıq başqa məsələdir.

”“ Bəs sonsuzluğu yaradan daha hansı səbəblər mövcuddur?

”“ Azərbaycanda hələ də öz cinsi kimliyini tanımaq məsələsində problem var. Məsələn, çox bəsit səbəblər var ki, bunlardan ötrü uşaq olmur. Ən çox yayılan səbəblərdən biri budur ki, qadın cinsi əlaqədən sonra yuyunur. Bu, səhvdir. Qadınlar bir neçə saat yuyunmamalıdır, çünki su spermanın keyfiyyətini azaldır. Bəziləri bunu təmizlik üçün, bəziləri isə dini cəhətdən edir. Çünki insanın dəstəmazlı qalması sünnətdir. Bunu edirlər və sonra da gəlirlər ki, uşağımız olmur. Qüsul alan insanın da uşağı ola bilər, sadəcə şansını azaldırsan. Nə oğlanlar, nə də qızlar normal cinsi əlaqənin nə olduğunu bilir. Məsələn, mən bir qadın tanıyıram, 7 yaşında qızı var, amma hələ də bakirədir.

”“ Bu, necə ola bilər?

”“ Bəli, belə hallar da olur. Bəzən olur ki, illərlə evlidirlər, normal cinsi əlaqənin nə olduğunu bilmirlər. Bunlar cinsi əlaqə ilə məşğul olduqlarını düşünürlər, amma cinsi əlaqənin nə olduğunu bilmirlər. Ona görə də biz bəzən xəstələrə çox gülməli suallar verməli oluruq. Onlar da bizə təəccüblə baxıb, elə bilirlər ki, onları ələ salırıq. Axı biz neyləyək ki, bunlar normal seksin nə olduğunu bilmirlər. Yekə-yekə də deyirlər ki, bizdə yengə institutu var, bunu sağdiş, soldiş öyrətməlidir. Yox, canım! Bunun təhsilini vermək lazımdır. Bu gün cəmiyyət buna qarşı çıxır. Guya biz uşağa bunu öyrətməməklə onun namusunu qoruyuruq. Yox, namusunu zadını qorumuruq, bədbəxt edirik.

”“ Yeri gəlmişkən, sizcə, uşaqlara cinsi bilgilər necə verilməlidir?

”“ Ümumiyyətlə, uşağa cinsəlliyindən utanmamağı öyrətmək lazımdır. Bunun üçün gərək özünüz utanmayasınız. Uşağa “ayıbdır” kimi şeylər demək olmaz. Onun beynini korlamayın, beynini pis şeylərlə doldurmayın. Hər bir insanın onsuz da özünü sevmək və qorumaq instinkti var. Sən bir qıza filan şey ayıbdır, baxma deməsən də, o, müəyyən yaşa çatanda onu təbii olaraq hiss edəcək və yad kişilərdən, yad insanlardan qaçacaq. Cəmiyyət elə fikirləşir ki, sanki qadın yatıb-durub, ancaq kiminləsə cinsi əlaqədə olmağı düşünür. Yəni onların da təbii ehtiyacları var və bu ehtiyaclarını sanksiyalaşdırılmış çərçivədə etmək istəyirlər. Kişilərdə elə bir məntiq var, amma bunu qadınlara aid etmək doğru deyil.

”“ Bəs bu, hansı yaşdan öyrədilməlidir?

”“ Uşaqlara 6-7 yaşından qadın nədir, kişi nədir, uşaq nədir məsələlərini yavaş-yavaş öyrətmək lazımdır. Onsuz da öyrənəcəklər. Mən uşağın necə və hansı proses nəticəsində doğulduğunu 8-9 yaşımda öyrənmişəm. Sovet dönəmində yaşayırdıq. Mən bunu öyrənəndə kənddə idim, qoyun otarırdıq. Bu dəqiqə də yadıma gəlir ki, o zaman Şaumyan rayonunun Şəfəq kəndinin mərkəzi bulağının qarşısında, tut ağaclarının altında qoyun otaranda uşaqlar danışdı. Onsuz da bunu hamı bilir. Biz kimi aldadırıq? Bilməyib xəta etməkdənsə, bunu bilməyi daha yaxşıdır və bunun namusa, qeyrətə, ağırtaxtalılığa, pərdəyə heç bir aidiyyəti yoxdur. Sizin qurduğunuz bu “ayıbdır taxtı”nın ucbatından konkret insanlar bədbəxt olurlar, ölürlər”¦

”“ Amma bu məsələləri də çox açıq danışmaq olmur axı”¦

”“ Elədir, bu məsələləri çox açıq danışmaq olmur. Amma ixtisasım elədir ki, belə şeyləri danışanda camaat mənə pis baxmır yəni. Yoxsa başqa ixtisasda olsam deyərlər ki, bu, nə tərbiyəsiz kişidir? (Ailem.az)


Abşeronun icra başcısı 40 000 sakini olan qəsəbədə görüş keçirdi - FOTOLAR
Hüquq - mühafizə orqanları soyuducuda yarım milyard pul "tapdı"...
“Gördüyü işin ictimaiyyətə çatdırılmasını istəyən hər bir qurum jurnalistlərlə işləməlidir”
Metroda qəflətən soyunmağa başlayan qadın görənləri heyrətə gətirdi – VİDEO
“Özü mənə göz vurdu...” - Ata təcavüz edən adam özünü belə müdafiə etdi...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"Dünyanın hər yerində media hər zaman ona uzanan dost əlini sıxıb...”
Dünya
2 min 500 illik tabutdan çıxanlar şok yaratdı - FOTOLAR
Dünya
113 ildir batan gəmi tapıldı: Milyard dollarlıq qızılla dolu olduğu iddia olunur
Dünya
Parlamentdə intihara cəhd hadisəsi baş verdi - VİDEO
Maraqlı
Alimlərdən yeni kəşf - Çay insanlarda bu xəstəliyin qarşısını alır...
Həftənin ən çox oxunanları
Tolik güllələnən icra başçısı haqqında heç kimin bilmədiyi FAKTI AÇIQLADI - FOTO
Kəlbəcərdə hazırlanan yeni terrorçu dəstələrin görüntüləri yayıldı - VİDEO
"Əyalətdə özünü quldurbaşı kimi aparıb xalqın nifrətini qazananlar iqtidardan qovulmalıdır"
Melanyanın ayaqları mətbuat konfransında şorgöz Lavrovun "gözünə girdi"... -FOTO
Bakı metrosunda növbəti geyim qalmaqalı - Müdaxilə edən şəxs döyüldü - VİDEO
Sərhəddə Ermənistana yük daşıyan azərbaycanlılarla ermənilərin dialoqu - ŞOK VİDEO
Yunis Səfərovla bağlı yeni şok məlumatlar üzə çıxdı: Sən demə, Tohid İbrahimbəyli... - FOTO
"Atam DİN-in polkovniki olsa da bizi bir dəfə də xidməti maşını ilə məktəbə göndərmədi"
Emin Ağalarovun xanımının gəlinliyinin qiyməti məlum oldu - İnanmayacaqsız...
Telekanallarımız və şou-biznesimiz MASONLARIN MƏKRLİ PLANLARINI İCRA EDİR...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə