Xəbər lenti
22/09/2018 [10:59]:
Qarabağa sülhü Rusiya, yoxsa Azərbaycan əsgəri gətirəcək? - ekspertlər deyir ki...
22/09/2018 [10:31]:
Polşa telekanalı prezidentin fotosuna görə əməkdaşını qovdu
22/09/2018 [10:31]:
Aşura qiyamının qalıcı olmasına təsir edən 3 amil...
22/09/2018 [10:22]:
4 uyğur uşağı müsəlman valideynlərindən ayırıb yetimxanaya yolladılar - RƏZALƏT...
22/09/2018 [10:09]:
Kanadada “arzuların işi”nə işçi axtarılır
22/09/2018 [10:08]:
“Avtomobilsiz bir gün” - Qəzasız-bəlasız bir gün...
22/09/2018 [10:06]:
Komitə sədri: "Azərbaycanın ÜTT-yə daxil olmasına tələsməməliyik"
22/09/2018 [10:02]:
Cəbhə bölgəsindən son xəbər...
22/09/2018 [09:59]:
“Üzrü günahından betər” olanlar...
22/09/2018 [09:51]:
ABŞ-da təyyarə qəzası baş verib, ölənlər var
22/09/2018 [09:50]:
Müğənni klipinə görə hədələnir - “Başını kəsəcəyik”
22/09/2018 [09:49]:
Hacı Şahin: “Azərbaycanda indiyədək belə Aşura keçirilməyib”
22/09/2018 [09:48]:
20 yaşlı azərbaycanlı tələbə İsveçdə deputat seçildi - Fotolar
22/09/2018 [09:37]:
ABŞ-da həyəcan TƏBİLİ: 2024-cü ildə ölkə müdafiəsiz qalacaq
22/09/2018 [09:33]:
Tramp Ermənistana yeni səfirin namizədliyini irəli sürdü - Təhlil
22/09/2018 [09:26]:
Ərəb ölkəsi aclıqdan öləcək
22/09/2018 [09:25]:
Rusiyalı nazir müavini vəzifəsini rok karyerasına dəyişdi - VİDEO
22/09/2018 [08:55]:
Səddam Hüseynin əlindən qaçan aktyor ölkəsinə necə qayıtdı? - FOTOLAR
22/09/2018 [08:52]:
Zərifdən ABŞ-a çağırış: Normal dövlət ol
22/09/2018 [00:46]:
“Ailələrin ən böyük problemi uşaqların saatlarla seriallara baxmasıdır”
22/09/2018 [00:18]:
Moderator.az-ın baş redaktorundan BDYPİ rəisinə "gecə canavarları" ilə bağlı MÜRACİƏT...
21/09/2018 [23:44]:
Tramp Rusiya üzrə mütəxəssisi Ermənistana səfir göndərir
21/09/2018 [23:29]:
Dünya elmini dəyişdirən 3 yuxu - Eynşteyn, Bor əvvəlcə yatıb, sonra isə…
21/09/2018 [23:22]:
Bertelsin Nizami Gəncəvi ilə bağlı hazırladığı nadir arayış - Arxiv sənədi...
21/09/2018 [23:02]:
Jirinovski terrorçuları maliyyələşdirməkdə ittiham olunur
21/09/2018 [23:00]:
Səudiyyə Ərəbistanı televiziyasında inqilab
21/09/2018 [22:53]:
Pentaqon İranın Hörmüz boğazındakı təlimlərinə münasibət bildirdi
21/09/2018 [22:38]:
Ədliyyə naziri Ağstafada vətəndaşların şikayətlərini dinlədi
21/09/2018 [22:35]:
Hindistan İrandan nefti rupi ilə alacaq - ABŞ-a qarşı birlik
21/09/2018 [22:03]:
Türkdilli dövlətlərin siyasətinə dəstək fondu Bakıda silsilə tədbirlər keçirəcək
21/09/2018 [21:54]:
Mircəfər Bağırovun ömrünün sonundakı taleyi, həbs tarixçəsi - GİZLİ TARİX...
21/09/2018 [21:19]:
“ABŞ-Türkiyə ziddiyyətlərini bir görüşlə aradan qaldırmaq mümkün deyil”
21/09/2018 [21:14]:
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
21/09/2018 [21:12]:
"Rusiyanın Azərbaycana münasibəti I Pyotrdan əvvəl də, sonra da belə olub...”
21/09/2018 [20:22]:
Türkiyə prezidentinin ABŞ-a səfərinin tarixi açıqlandı
21/09/2018 [20:21]:
Qurban Qurbanov FIFA-nın tədbirinə qatılmaqdan imtina edib
21/09/2018 [20:14]:
Şəlalə küləyin təsirindən tərs axdı - VİDEO
21/09/2018 [19:59]:
Uşaqbaza qarşı ilk dəfə axtalama əməliyyatı keçiriləcəyi bəlli oldu - RƏSMİ...
21/09/2018 [19:59]:
Sovet ideologiyası bizim ədəbiyyatı böyüməyə qoymadı... - VII məqalə
21/09/2018 [19:57]:
“Bu qədər yoxsulluğun olduğu ölkədə lüks bir təyyarəyə minməkdən utanıram" - Prezident...
21/09/2018 [19:41]:
”Azərbaycan deputatları haqq-ədaləti bərpa edirlər...” - Prezident
21/09/2018 [19:39]:
“Meydanda çığırıb-bağıranlar bu gün yüksək postlara təyin olunur...” - İlham Əliyev
21/09/2018 [19:35]:
Erməni analar: "Ermənistanda itkin düşmüş sayılan 1000 hərbçi var"
21/09/2018 [19:35]:
Rihanna Barbadosun səfiri oldu
21/09/2018 [19:34]:
Mars ekspedisiyasının bütün üzvləri əzabla öləcəklər - HESABAT
21/09/2018 [19:26]:
Bakıda daha bir ilk: bacı-qardaş dünya çempionu oldu
21/09/2018 [19:26]:
12 yaşında hamilə qalan qız qorxunc ənənədən danışdı - FOTOLAR
21/09/2018 [19:22]:
Rza Zərrabın Nyu-Yorkdakı lüks həyatı - FOTO
21/09/2018 [19:18]:
Çılpaq qadın şəhərin mərkəzində hərəkəti dayandırdı- Foto
21/09/2018 [19:02]:
Rüşvət alan polisə ibrətamiz cəza - VİDEO
21/09/2018 [18:34]:
Dövlət Turizm Agentliyi Aparatının işçilərinin say həddi müəyyənləşdi
21/09/2018 [18:26]:
Batumi 43-cü Ümumdünya Şahmat Olimpiadasına hazırdır
21/09/2018 [18:25]:
Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri açıqlandı
21/09/2018 [18:23]:
Xarici valyuta ilə götürülən kreditlərlə bağlı - QƏRAR
21/09/2018 [18:20]:
UNEC-in rektoru prezident təqaüdçüləri ilə görüşdü -FOTOLAR
21/09/2018 [18:18]:
Kalaşnikov: "Qarabağ münaqişəsini yalnız Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri həll edə bilər"
21/09/2018 [18:17]:
Ərdoğan Putinlə görüşdə öz istəklərinə nail oldu
21/09/2018 [18:16]:
I sinifdə summativ qiymətləndirmə ləğv olunur
21/09/2018 [18:10]:
"Azərbaycansız bölgədə heç bir layihə həyata keçirilə bilməz" -Prezident
21/09/2018 [18:08]:
Arzu Rəhimov Qaxda vətəndaşları qəbul edib
21/09/2018 [18:05]:
Putin Əsədin telefonlarına cavab vermir - İsraildən iddia
21/09/2018 [18:00]:
İlham Əliyev: "Ermənistan getdikcə daha da zəifləyir"
21/09/2018 [17:55]:
Ali Baş Komandan: "Paradlarda nümayiş etdirilən imkanlarımız çox təsirlidir"
21/09/2018 [17:49]:
Belçikadan Azərbaycana deportu gözlənilən ailə ilə bağlı detallar məlum olub
21/09/2018 [17:36]:
"Nikol Paşinyan kilsənin dəstəyini almağa çalışır..."
21/09/2018 [17:28]:
İstirahət günləri səyahətə çıxanlar üçün hava PROQNOZU
21/09/2018 [17:27]:
Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
21/09/2018 [17:25]:
Kamal Abdulladan I kurs tələbələrinə maraqlı jest
21/09/2018 [17:22]:
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21/09/2018 [17:20]:
“Bir neçə gün sonra 3-cü süni peykimiz orbitə çıxarılacaq” -İlham Əliyev
21/09/2018 [17:15]:
“İgidim, məni gözlə...” - Sevil Nuriyeva
21/09/2018 [17:14]:
Xaçmazda taxta sexinin icarədarı cərimələndi -FOTOLAR
21/09/2018 [16:48]:
Çinin Xuçjou Universitetinin nümayəndə heyəti ADU-da oldu
21/09/2018 [16:37]:
Azərbaycanınən sürətli mobil şəbəkəsinin adı açıqlandı -FOTOLAR
21/09/2018 [16:35]:
“Nar”-dan tələbələrə ŞAD XƏBƏR
21/09/2018 [16:30]:
ADAU-nun rektoru 1-ci kursa qəbul olan magistr tələbələrlə görüşdü
21/09/2018 [16:25]:
Binəli Yıldırım Bakıda hədik payladı -VİDEO
21/09/2018 [16:23]:
Qətər-Azərbaycan mədəniyyət əlaqələri müzakirə edilib
21/09/2018 [16:23]:
Qanuna əməl etməyən şadlıq saraylarına XƏBƏRDARLIQ
21/09/2018 [16:21]:
“Əgər cinayətkar kitab oxumaqla adam ola bilsəydi...”
Bütün arxiv bir sırada
15/11/2017 [01:36] - Köşə - ( 9260 dəfə baxılıb)

Beş saata sığmayan Qarabağ saniyəsi...

"Əks halda gözümüz onun-bunun üzündə, qulağımız başqalarının ağzında, Qarabağ da ermənidə qalacaq..."
İlham İsmayıl

Bir az səbirli, hövsələli olub Rusiya prezidenti ilə Türkiyə prezidentinin görüşünə olan reaksiyaları izlədim və görüşdən əvvəl gəldiyim nəticələrin faktiki olaraq dəyişmədiyi məlum oldu. Bu görüşdə Qarabağ probleminin müzakirə edilib-edilməyəcəyi bizim üçün daha çox maraq kəsb edirdi, nəinki  Rusiya-Türkiyə münasibətləri. Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan bu il 17 dəfə söhbət ediblər, 12 dəfə telefonla, beş dəfə üzbəüz. Və bu dostluqdan irəli gələn mehribançılıq deyil, əksinə, bir-birlərinə, daha çox Rusiyanın Türkiyəyə yaratdığı problemdən qaynaqlanır.

Məqsəd  Putin - Ərdoğan görüşünün siyasi şərhini vermək deyil, çünki bu görüş dünyanın diqqətində olan bir hadisə idi və yalnız iki ölkənin mətbuatı deyil, nüfuzlu nəşrlər, siyasətçilər NATO üzvü Türkiyə ilə Rusiya arasında münasibətləri, əlaqələri çeşidli mövqelərdən işıqlandırırlar. Bizim umacağımız Qarabağ idi, amma daha ayıq, soyuqqanlı olanlar bu istiqamətdə heç nə ummur və gözləmirdi.
 
Türkiyə prezidenti ilə Rusiya rəhbərinin hər görüşündən əvvəl də, sonra da Azərbaycan mətbuatı ürəyindən keçəni dilinə gətirib Qarabağ  probleminin də dövlət başçıları arasında  mümkün müzakirəsindən və nikbin proqnozlardan yazanda, amma nəticədə türkiyəlilər demiş, ”hayal kırıklığına uğrayanda”,  Dostoyevskinin “Alçaldılmışlar və təhqir olunmuşlar” əsərindəki  qoca və  Azorka haqqında “biz qocayıq, qoca, ilahi, biz necə də qocayıq!” məşhur  ifadəsi yadıma düşdü  və “biz yazığıq, yazıq, ilahi, biz necə də yazığıq” şəklində yeddi qatımdan keçdi... 


Bu dəfəki görüşə günlər qala Qarabağla bağlı mümkün variantlar, təkliflər ciddi müzakirə olundu, hətta Rusiya, Ermənistan mətbuatı da reaksiyalar  göstərdi, amma bizim nikbinliyimiz kimi yox, daha çox ironiya şəklində. Türkiyə prezidentinin Qarabağla bağlı Bakıda verdiyi son bəyanatlar isə bəzi ekspert və yazarlarımızı o qədər ilhamlandırmışdı ki, Qarabağ  probleminin bizim xeyrimizə, bizim marağımıza uyğun olaraq artıq həll olunduğunu, artıq neçənci dəfə  ermənilərin təlaşda olduqlarını dilə gətirib nikbin fikirlər söyləmişdilər. Qınamaq da olmur. 30 ildir millət Qarabağdan bir xoş xəbər almağın ehtiyacı içindədir, qulaqları səsdədir. Səs gəlir, amma onun istədiyi səs yoxdur, hətta pıçıltı da... 

Görüş beş saata yaxın çəkdi. Nadir hallarda  ölkə başçıları bu qədər uzun çəkən danışıqlar aparırlar. Mətbuatdan və görüşün nəticələrinə həsr olunmuş mətbuat konfransından məlum oldu ki, beş saat ərzində hər iki tərəfi narahat edən siyasi, iqtisadi məsələlər müzakirə olunub. Türkiyə tomatı, “Türk axını”, Akkuyu atom elektrik stansiyası, Suriya konfliktinin çeşidli tərəfləri - İdlibdəki Türk hərbçiləri, kürdlərin nəzarət etdiyi Afrin bölgəsi, İraq Kürdüstanı, ordan gələn neft, C-400 raket kompleksi, Tehran xətti - xülasə, Türkiyəni, Rusiyanı maraqlandıran, narahat edən, həllinin vacib olduğu məsələlər. Beş saata sığışıbsa böyük nəticədir. Müzakirə isə hələ nəticə əldə etmək anlamına gəlmir. Xüsusilə, “ kürd” məsələsində.
 
Qarabağın məxfi, ya aşkara müzakirəsi olmadı.  Putin Qarabağ probleminin  Türkiyə ilə heç  formal müzakrəsinə imkan vermədi, o ki, qala problemi həll edə. Ərdoğanın Qarabağa aid Bakıdakı bəyanatı  reallıqdan uzaq, amma bizə xoş gələn sözlər idi və məhz xoş gəlmək üçün də deyilmişdi. Rusiya ilə  Türkiyənin beş saatlıq müzakirələrə sığmayan problemləri  bir daha təsdiq etdi ki, Qarabağa heç saniyə də ayrılmayacaq. İki daşın arasında  30 illik problemin çözülməsinin effekti olardımı? Ərdoğanın ürəyindən keçərdi, istəyərdi bizim bir nömrəli problemimizi Putinlə müzakirə etsin, amma buna nə Rusiya prezidenti şərait yaradasıydı, nə də Türkiyənin yuxarıda qeyd etdiyimiz saysız-hesabsız problemlərinin müzakirəsi imkan verəsiydi...

Bəzi ekspertlər yenə də deyirlər ki, Qarabağ məsələsi müzakirə olunub, amma məxfi saxlayırlar. Niyə gizli saxlanmalıdır?  Müharibə etmək qərara alınıb ki, gizli saxlansın? Bizdən gizlədirlərsə, deməli bizim ziyanımızadır, marağımıza uyğun deyil. Erməni tərəf açıq deyir ki, “Qarabağ söhbəti masaya gəlmədi”. Qarşı tərəf arxayındır. Biz necə? Bizim heç birimiz arxayın deyilik. Qarabağ müzakirə olunubsa da arxayın deyilik, müzakirə olunmayıbsa da. 
 
Hətta, noyabrın 15-də Sarkisyanın Moskvaya gedişini, Lavrovun noyabrın 20-də İrəvan və Bakıya səfərlərini bu görüşün davamı kimi qiymətləndirib cəmiyyəti çaşdırmaqdan çəkinməyənlər nə məqsəd güdürlər? Sarkisyanın Moskvaya səfər edəcəyi az qala bir aydan çox məlum idi ki, Rusiyada Ermənistan mədəniyyəti günlərinin açılışında iştirak etmək üçün gedəcək (yeri gəlmişkən, mədəniyyət günləri iki ay davam edəcək). Lavrov isə Azərbaycan və Ermənistanla Rusiya Federasiyasının diplomatik əlaqələrinin  yaranmasının 25 illik yubileyi ilə əlaqədar gəlir. Sonuncunun səfərində “yubiley” bəhanə ola bilər, Qarabağla bağlı hər iki tərəflə nələrisə müzakirə edə bilər, amma bunun Ərdoğan - Putin görüşü ilə heç bir əlaqəsi yoxdur.  Lavrovdan bizə xeyir gələsi deyil, çox güman ki, Rusiyanın Cənubi Qafqazda, konkret olaraq  Azərbaycan və Ermənistanda maraqlarını gözləmək şərtilə hansısa plan ortaya qoysun. 24 noyabrda  Brüsseldə Şərq tərəfdaşlığı sammitində Ermənistanın Avropa İttifaqı ilə çərçivə sazişi imzalayacağı ərəfəsində satellitinə hansısa korrektələr edəcəyi barədə tapşırıqlar da versin və sairə. Yəni, Rusiya bu saat Ermənistan haqqında, Qarabağ haqqında Türkiyə ilə separat danışıqlar aparsı deyil. Televiziya və mətbuatdan söylənən “şirin “ yalan təbliğat kimə yönəlib? Bu təbliğat nə erməniyə, nə Rusiyaya qarşı yönəlməyib, çünki onların heç bu təbliğatdan xəbəri yoxdur, olsa da yalnız istehza yaradar. Deməli, təbliğat bizə yönəlib... 
 
Nikbinlik yaxşı əlamətdir, amma az da olsa reallığa söykənməlidir. Biz də dövlət və millət olaraq yazıq günlərə qalmamağımız üçün real nəticəsi olacaq diplomatiya ilə məşğul olmalıyıq, hərbi potensialımızı daha da gücləndirməliyik, bu problemin açarını və ümidini kənarda  axtarmamalıyıq. Putin və Rusiya maraqları bu gün əleyhimizədir.  Sabaha hazırlaşmalıyıq. “Güc doğandadır”. Gücümüzü dövlət və millət həmrəyliyi üstündə qurub özümüzə arxalanmalıyıq. Bizi güclü görəndə yanımızda da olanların sayı və sanbalı artacaq, düşmən də hesabını götürəcək. O zaman hansısa görüşlərə ümid bağlamaq əvəzinə öz içimizdəki ziddiyyətlərə son verib həqiqi həmrəyliyə nail olmaq lazımdır. Əks halda gözümüz onun-bunun üzündə, qulağımız başqalarının ağzında olacaq. Qarabağ da ermənidə...
 
İlham İsmayıl

Şəlalə küləyin təsirindən tərs axdı - VİDEO
Dilənçinin üstündən çıxan pul hamını şoka saldı...
Mehriban Əliyevaya səslənən ana: "Ürəyimin yarısı qızımla birlikdə dəfn edilib"
Azərbaycanda xüsusi təyinatlıları belə hazırlayırlar - İLK DƏFƏ
“Bu yolun açılışı Azərbaycanın iqtisadiyyatına da öz müsbət təsirini göstərəcək”
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Araşdırma
Bertelsin Nizami Gəncəvi ilə bağlı hazırladığı nadir arayış - Arxiv sənədi...
Dünya
Rüşvət alan polisə ibrətamiz cəza - VİDEO
Cəmiyyət
“Rayonlarda işsizlik probleminin həlli Bakıdakı tıxac müşkülünün həllinə təsir göstərən amillərdəndir…”- Ekspert
Cəmiyyət
“Mənə deyirlər ki, falçı Bayramın arxasında xüsusi adamlar durub...”- Tanınmış astroloq...
Siyasət
“Rusiya Qafqazda yeni siyasətə başlayacaq” – PROQNOZ
Həftənin ən çox oxunanları
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Ata İmam Hüseyn üçün oğlunun başını kəsdi - ŞOK VİDEO (+18)
Puldan “divar” yaradan məmur həm də 256 məşuqə saxlayırmış - HEYRƏTAMİZ+VİDEO
Bakıda satılan 5 otaqlı evin qiymətinə Braziliyada ada almaq olar - Fantastik qiymət (FOTOLAR)
Düşmən baş nazir Azərbaycanın uca dağlarından birinə belə qalxdı... - VİDEO
Bakıda dəhşətli qəza: Ölənlərdən 3-nün kimliyi bilindi - VİDEO (+18)
"Sabah Qarabağda savaş başlasa bizim Bakıda Nuru Paşalara ehtiyacımız olmayacaq, çünki..."
Paşinyanın arvadı Qarabağda ölən erməni əsgərlərinin analarını topladı - azərbaycanlı analara müraciət olundu
Türkiyə və İsrail barışır, səfirlər geri qayıdır - Bakının da bu barışıqda rolu var...
“5 ildən çoxdur ki, şəhid övladlarına ödənişsiz hazırlıq keçirəm...” - Tanınmış tarix müəllimi
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə