Xəbər lenti
23/11/2017 [11:11]:
2018-ci ildə fəsillərin Azərbaycana daxil olma vaxtı açıqlandı
23/11/2017 [11:06]:
"AMAY Abdulla"nın "arvadı" ilə tutulan şəxs azaldığı çıxdı, özü isə...
23/11/2017 [11:05]:
Nazirlikdən ölkədə qriplə bağlı son durum barədə AÇIQLAMA
23/11/2017 [11:01]:
"Uşaqlara verdiyim pulları butiklərə xərcləməsin" - Anardan keçmiş arvadına cavab (VİDEO)
23/11/2017 [11:00]:
Fransa XİN: "Biz "Dağlıq Qarabağ"ı tanımırıq"
23/11/2017 [10:59]:
Vəfat edən jurnalist ikinci dəfə ata olacaqdı... – FOTO
23/11/2017 [10:57]:
Nazir: "“Qarabağ”ın əziyyətinə heyfim gəldi"
23/11/2017 [10:55]:
AMEA-nın tikəcəyi yeni binalardan bu şərtlərlə ev almaq mümkün olacaq
23/11/2017 [10:54]:
Özünü MTN əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs azadlığa buraxıldı
23/11/2017 [10:51]:
“Qarabağ” oyunundakı qadın həyəcanı – FOTO
23/11/2017 [10:45]:
Rusiya meyvə-tərəvəz bazarı Azərbaycanın üzünə bağlanır - Yeni bazarlar tapılmalıdır
23/11/2017 [10:41]:
Azərbaycana qar yağdı - 22 sm
23/11/2017 [10:38]:
Pul qazanmağın ən çirkin üsullarının bilicisi - Corc Soros kimdir?
23/11/2017 [10:14]:
Əməli ilə çıxışı üst-üstə düşməyənlər...
23/11/2017 [10:09]:
Bakıda yaşayan erməni “ağbaş Mişa” Moskva banklarını necə yardırırdı? - Kriminal sirlər...
23/11/2017 [10:03]:
Gənclər Fondunun dəstəklədiyi layihəyə yekun vuruldu
23/11/2017 [09:59]:
ADPU-nun Riyaziyyat və informatika fakültəsinin əməkdaşlarından Arzu Əliyevaya etiraz...
23/11/2017 [09:56]:
Türkiyəli müəllimlər ADAU-da mühazirələrə, praktik dərslərə başladılar...
23/11/2017 [09:50]:
Boş və yersiz danışan, vaxtını mənasız keçirən insanı qəbir əzabı gözləyir...
23/11/2017 [09:47]:
Mələklərin güldüyü kəslər...
23/11/2017 [09:44]:
Avtomobil qiymətinə idman ayaqqabısı satışa çıxarıldı - FOTO
23/11/2017 [01:30]:
Bakıya "Qarabağ"ın oyununu izləməyə gələn Şenol Günəşdən Qurbana hədiyyə - FOTO
23/11/2017 [01:28]:
Üzeyir bəyin “Koroğlu" uverturası Rəsulzadənin şəkərini qaldırıb, halını pisləşdirdi- ACI TARİX
23/11/2017 [01:10]:
Тürkiyədə zəlzələ oldu - 4.9 bal
23/11/2017 [00:59]:
Azərbaycanda öz gəlir və xərclərinin uçotunu aparan ailələrə aylıq 10 manat veriləcək
23/11/2017 [00:49]:
Qurbanov hakim haqsızlığından danışdı: “Çelsi”nin belə köməyə ehtiyacı yox idi"
23/11/2017 [00:44]:
"Binanın girişindəki pilləkəndən əsər-əlamət yoxdu, zirzəmi tamamilə çirkab suları ilə dolub"
23/11/2017 [00:43]:
Nazir "Qarabağ"ın oyunundan danışdı: "Təəssüf ki, hakim haqsızlıq etdi"
23/11/2017 [00:35]:
"Bu gün sənin üçün etddiymiz dualar da, keçirdiyimiz həyacan da halalındır"
23/11/2017 [00:28]:
Azərbaycanlı jurnalist qəflətən dünyasını dəyişdi
23/11/2017 [00:24]:
Aralıq dənizində 1000-dən artıq miqrant xilas edildi
23/11/2017 [00:17]:
Bambalaca boyu var... - 1 metr boyu olan modeldən cazibədar FOTOSESSİYA
22/11/2017 [23:59]:
Dəhşətli proqnoz - Dağıdıcı zəlzələlər baş verəcək
22/11/2017 [23:53]:
“Regionu yenidən bölürlər” - ŞOK AÇIQLAMA
22/11/2017 [23:51]:
Uduzsa da, bizi utandırmadı "Qarabağ!"
22/11/2017 [23:44]:
“Qarabağ”lılardan türkiyəli yazara möhtəşəm cavab – FOTO
22/11/2017 [23:33]:
"Görsə ki, əlimdə telefon var, evim yıxıldı" - Xatirənin əri ilə bağlı etirafları
22/11/2017 [23:30]:
Sərnişinlərini zorlayaraq öldürən manyak taksi sürücüsü həbs edildi- FOTO
22/11/2017 [23:19]:
Bərdədə avtomobil piyadanı vuraraq öldürdü
22/11/2017 [23:14]:
"Tarix boyu üzləşdiyimiz bütün işğalların baiskarı Rusiya olub" - İTTİHAM...
22/11/2017 [22:53]:
''Qarabağ'' yenə ''Çelsi''yə məğlub oldu
22/11/2017 [22:49]:
Sarı İt ili ən çox kimləri sevindirəcək? – İllər üzrə 2018-ci ilin PROQNOZU
22/11/2017 [22:30]:
İdeal bədənə sahib olan 70 yaşlı təqaüdçü: “Gündə iki saat yarım idman edirəm...”-FOTOLAR
22/11/2017 [22:25]:
Bakı sakinləri üçün həyəcan təbili - EHTİYATLI OLUN!
22/11/2017 [22:09]:
Bakıda insanılar özlərini təhlükəyə belə atırlar - VİDEO
22/11/2017 [22:03]:
"Türkiyəni əsir almaq üçün Rza Zərrab işi ABŞ-ın əlindəki tək şantajdır...”
22/11/2017 [22:00]:
Tanınmış opera müğənnisi dünyasını dəyişdi - FOTOLAR
22/11/2017 [21:58]:
İsmayıllıda ikimərtəbəli velosiped - VİDEO
22/11/2017 [21:57]:
"Qarabağ"a qarşı hakim haqsızlığı - Rəşad Sadıqova verilən "qırmızı" - VİDEO
22/11/2017 [21:51]:
Qab yumaq ömrü uzadır - ARAŞDIRMA...
22/11/2017 [21:47]:
Qadınlarda cinsi istəyi artıran möcüzə: Qırmızı alma...
22/11/2017 [21:34]:
“Bakı sakininə hansı əsasla Xızıda torpaq payı verilib?” - Prezidentə Müraciət...
22/11/2017 [21:32]:
Rusiya, İran və Türkiyə liderləri birgə bəyanat qəbul ediblər
22/11/2017 [21:22]:
Rusiya dolların bahalaşmasından narahat deyil
22/11/2017 [21:14]:
Giorgi Kvirikaşvili: Tbilisidə təhlükə neytrallaşdırılıb
22/11/2017 [21:00]:
Tərtərdə məktəb və uşaq bağçası qəzalı vəziyyətə düşüb - FOTO
22/11/2017 [20:46]:
Ədliyyə işçilərinin peşə bayramı günü geniş qeyd olundu
22/11/2017 [20:41]:
"Hakimiyyətin indiki böhranlı vəziyyətdən çıxış üçün heç bir proqramı yoxdur"
22/11/2017 [20:20]:
"Qarabağ" və "Çelsi"-nin start heyətləri açıqlandı
22/11/2017 [19:59]:
Şimali Koreya əsgərinin sərhədi keçib qaçmasının videosu yayıldı
22/11/2017 [19:56]:
Bakıda dərs zamanı məktəb binasının damı uçdu - FOTO
22/11/2017 [19:43]:
“Gənclərin sahibkarlıq modeli” layihəsinə start verildi
22/11/2017 [19:42]:
Gələn il daha iki rayonda icbari sığorta tətbiq ediləcək
22/11/2017 [19:40]:
Nazir islahatlar nəticəsində qənaət edilən vəsaitin məbləğini açıqladı
22/11/2017 [19:38]:
İranlı general: "İŞİD tərəfindən aldadılmış 6 mindən çox insan kamikadze kimi özünü partladıb"
22/11/2017 [19:37]:
Elman Rüstəmov: “İlin sonunadək pul kütləsi artacaq”
22/11/2017 [19:36]:
Şəhid ailələri və Qarabağ Qazilərini sevindircək açıqlama: "Hər il 500-600 mənzil veriləcək..."
22/11/2017 [19:34]:
Qızılgül və qərənfilə yeni gömrük idxal rüsumu tətbiq olunacaq
22/11/2017 [19:32]:
Elman Rüstəmov: “İnflyasiya bizim başlıca problemimizdir”
22/11/2017 [19:29]:
Samir Şərifov: “Gələn il əmək pensiyaları artacaq”
22/11/2017 [19:25]:
Tbilisidə xüsusi əməliyyatı başa çatdı: terrorçular zərərsizləşdirildi- Yenilənib (VİDEO)
22/11/2017 [19:21]:
Azərbaycanın qərb rayonlarına qar yağdı - FOTO
22/11/2017 [19:11]:
Ukrayna ordusu Luqanskda hücuma keçdi?
22/11/2017 [19:08]:
"Onların həyatı üçün hər an təhlükə yarana bilər..." - Azay Quliyev
22/11/2017 [18:56]:
Hikmət Hacıyev: "Nalbandyan yenə də müxtəlif bəhanələr və yalanlara əl atmaq yolunu tutub"
22/11/2017 [18:53]:
"Xaricdən informasiya təhdidlərinə qarşı əsasən onlayn media mübarizə aparırsa..."
22/11/2017 [18:47]:
Azərbaycanda yaşayan ermənilərin sayı açıqlandı
22/11/2017 [18:45]:
"İkisinə də bildirdim ki, Ərdoğan ancaq mənim sayəmdə dünya lideri ola bilər" - FOTO
22/11/2017 [18:34]:
Samir Şərifov: "Gəlir olmayan yerdə xərclərin artırılması qısa müddət çəkəcək"
22/11/2017 [18:24]:
"İlham Əliyevin Gəncə səfəri ADAU ailəsinə güclü stimul verib"
Bütün arxiv bir sırada
15/11/2017 [10:38] - Cəmiyyət - ( 2197 dəfə baxılıb)

"İnformasiya silahımızı bu naşıların əlinə niyə vermişik?" - Əflatun Amaşova ritorik sual...



Görkəmli Amerika yazıçısı Kristian Bouvi yazırdı ki, ağıllı danışmaq çətindir, ağılla susmaq isə ondan da çətindir. Adları “qara siyahı”ya salınmış bəzi media orqanlarının rəhbərləri ağıllı danışa bilmədilər. Ki “qara siyahı”ya düşdülər. Təəssüf ki, ağılla susa da bilmədilər. Və Mətbuat Şurası dünən belə media orqanlarına qarşı bəyanatla çıxış etdi. Mətbuat Şurasının bəyanatından aydın olur ki, Azərbaycan jurnalistikasına zorla pərçim olunmuş bu saytlar şura əməkdaşlarına qarşı qaralama kampaniyasına start veriblər. 
Sitat: “Azərbaycan Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı Mübarizə Komissiyasının 8 noyabr 2017-ci il tarixli iclasından sonra adlarının «qara siyahı»ya əlavə edilməsi tövsiyə olunan kütləvi informasiya vasitələrinin bir qrupu tərəfindən Şuranın İdarə Heyətinin üzvlərinə qarşı xoşagəlməz kampaniyaya start verilib. Bu kampaniyaya adları «qara siyahı»da yer alan bəzi informasiya orqanlarının qoşulması da diqqət çəkməkdədir. Mətbuat Şurası təmsilçiləri barədə qərəzli, həqiqətə uyğun gəlməyən materiallar, hədələyici anonslar yayımlanmaqda, müxtəlif sosial şəbəkələrdə paylaşılmaqda, real və saxta profillər vasitəsi ilə verilən şərhlərdə böhtanlara, açıq təhqirlərə üstünlük verilməkdədir”. 
  
Bəyanatda daha sonra qeyd olunur ki, “qara siyahı”ya daxil edilmə peşə prinsiplərinə laqeyd yanaşan, onları mütəmadi pozan, tövsiyyə və iradlara məhəl qoymayan, ümumən etik dəyərlərə zidd davranış və hərəkətlərə yol verən KİV-lərə qarşı ictimai məzəmmət və ictimai qınaq tədbiridir. Şura qurumun Nizamnamə tələblərini rəhbər tutaraq mediada hədə-qorxu və şantajla müşayət edilən yazıları və ya məqalələri qarşı tərəfə - hüquqi, yaxud fiziki şəxsə təsir vasitəsi sayır. Buna görə də «Reket jurnalistika»ya qarşı Mübarizə Komissiyası çıxardığı məlum rəyində tam haqlıdır. Təəssüf ki, bəzi KİV-lər və onların jurnalist adına iddia edən rəhbərləri məsələnin mahiyyətini düzgün qiymətləndirməyəcək qədər bəsit fəaliyyət yolundan əl çəkmirlər.  
  
Azərbaycan jurnalistikasının qara ləkəsi olan bir sıra özlərini “media orqanı” adlandıran saytların belə-belə işlərini eşidəndə yadıma böyük Mirzə Cəlilin “Təzə xəbər” və “Zırrama” hekayələri düşür.
   
“Təzə xəbər” hekayəsini oxuyanlar bilir ki, Tükəzban xalanın gəlini toyuqlarının  Fatma  xalanın həyətinə keçib-keçmədiyini öyrənmək üçün  divara tərəf yeriyib divarın alçaq yerindən başını Fatma xalanın həyətinə uzadır. Bu heyndə Çərçi Zalxa girir Tükəzban xalanın həyətinə və gəlini divarın yanında görüb başlayır məzəmmət eləməyə. Gəlin toyuqlarını axtardığını desə də bir faydası olmur.
  
Çərçi Zalxa Tükəzban xalagildə işini qurtarıb küçəyə çıxandan sonra rast gəldiyi Xansənəm əmidostuya deyir ki, Tükəzban xalanın gəlini divarın çatdağından Fatma xalanın oğluna göz eləyirdi. 
   
Xansənəm əmidostu isə gedib  Şərəbanı bacıgildə deyir ki, Tükəzban xalanın gəlini divardan xəlvətcə Fatma xalanın həyətinə  yenib Fatma xalanın oğlunan oynayırmuş və naqafil bu yandan da gəlinin əri çıxıb, yəni Tükəzbanın oğlu çıxıb görüb. Arvadını da o qədər döyüb ki, indi deyirlər, o matışka-qızı matışka yorğan-döşəkdə yatır.
  
Bir saat keçmir ki, təzə xəbər şəhərin hər yerinə yayılır. Şərəbanı xala Əsmər xalaya, Əsmər xala Gülsüm bacıya, Gülsüm bacı Səkinə xalaya, Səkinə xala Nurcahana, Nurcahan Pəricahana... Axırda da bu xəbər Tükəzbanın özünə çatır. Axşamçağı gəlinin əri Kərbəlayı Qasım evə qayıdan kimi anası bu xəbəri oğluna çatdırır. Qasım da  hirs ilə gedib yapışır övrətinin boğazından ki, boğub öldürsün. Səhər açılına kimi ana və oğul gəlini üç dəfə salırlar dəyənək kötəyinin altına.
Ancaq bir neçə gündən sonra yavaş-yavaş Tükəzbana və oğluna yəqin olur ki, bu deyilən sözlər böhtandı. 
  
Təəssüf hissi ilə qeyd edirik ki, ölkəmizdəki bəzi saytlar məhz belə fəaliyyət göstərir. Çərçi Zalxaların, Xansənəmlərin, Şərəbanıların, Əsmərlərin, Gülsüm bacıların, Səkinə xalaların rəhbərlik etdikləri bu saytların xəbər tapmaq, informasiya vermək “bacarıqları” adamı lap heyran edir.Yağışdan sonra çıxan göbələklər kimi hər gün artan bu saytlar yalnış məlumatlar yaymaqla ölkə ictimaiyyətini çaşdırırlar.
  
Azərbaycandakı söz azadlığından sui istifadə edən belə saytlar və onların bir-iki nəfərdən ibarət olan “kollektivləri” hədlərini o qədər aşıblar ki, mətbuatımıza ictimai nəzarət funksiyasını yerinə yetirən, reket jurnalistika ilə barışmaz mübarizə aparan Mətbuat Şurasının üzvləri haqqında da böhtan xarakterli “yazılar” yaymağa başlayıblar. Bu saytların əsas işi kimlərisə şantaj edib pul qazanmaqdır. Onların nə bu peşəyə, nə xalqımıza, nə də dövlətimizə heç bir faydası yoxdur.
  
Bu gün Azərbaycanda ciddi media orqanı adına layiq heç 20 informasiya agentliyi və saytının adını çəkə bilmərik. Halbuki ölkəmizdə yüzlərlə deyil, minlərlə sayt fəaliyyət göstərir. Hansısa işindən qovulan, türmədən çıxan, əvvəllər ofisiant işləyən, nə bilim daha kimlər-kimlər sayt açıb “jurnalist” olublar. Bu yaramazların ucbatından ciddi jurnalistlər də cəmiyyətdə getdikcə öz ictimai nüfuzlarını itirirlər.
  
Elə bu məqamda Mətbuat Şurasının sədri Əflatun Amaşova səslənirik. Hörmətli Əflatun müəllim, bu demokratiya deyil, bu söz azadlığı deyil, jurnalistika heç deyil. Təcili tədbirlər görülməlidir. Fikrimizcə, qabaqcıl ölkələrin təcrübəsindən yararlanaraq informasiya agentliyi və saytı təsis edən, yaxud ona rəhbərlik edənlər üçün qaydalar müəyyənləşdirilməlidir. Hər yerindən duran sayt işlədib kimlərisə şantaj, cəmiyyətimiz üçün pis nümunələri təbliğ edə bilməməlidir. Azərbaycan mətbuatı üçün ürəyi yanan bir jurnalist kimi soruşmaq istəyirəm. Müdafiə Nazirliyi hər önünə çıxanı zabit edərmi? Peşəkar hərbçi olmayan birisini komandir təyin edib əlinə silah verərmi? Əlbəttə ki, yox. O zaman biz informasiya silahımızı bu naşıların əlinə niyə vermişik?  Bu qeyri-peşəkarlar özümüzə tuşlanmış silahlarla milli dəyərlərimizə, mənəviyyatımıza, mədəniyyətimizə, təhsilimizə, yeniyetmələrimizə, gənclərimizə, cəmiyyətimizə və hətta dövlətçiliyimizə atəş açırlar. Dövlətimiz həm xaricdəki anti-azərbaycançı şəbəkənin media silahından atılan “güllələri” neytrallaşdırmalı, həm də dəyərlərimizi və cəmiyyətimizi daxildəki naşılardan qorumalıdır. Sonra da hansısa Stefanlar, Sezarlar havar təpirlər ki, Azərbaycanda söz azadlığı boğulur. Avropada Azərbaycan əleyhinə ağıllarına gələni danışanlar ikicə gün ölkəmizdəki demokratiyadan yetərincə bəhrələnən bu naşıların əlinə düşsələr, əminəm ki, başlarına hava gələr.
   
Mətbuat Şurasının dünənki bəyanatında vurğulandığı kimi, Azərbaycan mediasının saflaşmasına yönələn işlər eyni zamanda ictimai əhəmiyyətlidir. Bəli, mediamız hər kəs üçün maraqlıdır. Hamı mətbuatdan doğru, düzgün, obyektiv, qərəzsiz, oxunaqlı yazılar, xəbərlər, məlumatlar gözləyir. Təəssüf ki, çox az sayda media orqanlarımız jurnalistikanın tələblərinə cavab verən formada fəaliyyət göstərirlər. Peşəkar jurnalistika ilə məşğul olmayanlar, əlbəttə ki,  “sensasiya” dalınca qaçacaq, oxucu və pul qazanmaq üçün kiməsə böhtan atacaqlar. Yaxud da ki, qır-saqqız olub yapışacaqlar sahibkarların, məmurların, təhsil və mədəniyyət müəssisələrinin, başqa-başqa idarələrin qapısına. Sonra da başlayacaqlar öz “zəngin” jurnalistika keçmişlərindən, onların saytını “oxuyan” və onlara “xüsusi diqqət göstərən” məşhurların adını sadalamağa. Böyük Mirzə Cəlil belə adamlara tək bir sözlə cavab verirdi: Zırrama. Cəlil Məmmədquluzadənin bu hekayəsinin qəhrəmanı Qurbanqulu bəyin timsalında heç bir işlə məşğul olmayan avara, sırtıq, boşboğaz, qırsaqqız, hərzəçənə adamların gülünc surətini canlandırır. Qurbanqulu bəy bütün günü "küçənin ortasında var-gəl eləyib" yoldan keçənləri çənəsinin altına salır, onları mənasız söhbətlərlə bezdirir: "Salaməleyküm, Molla əmoğlu! Əmoğlu, çoxdandır görsənmirsən? Deyəsən, bizdən iltifatını kəsibsən? Heç demirsən, vilayətimizdən gələn kim, gedən kim? Əmim Novruz ağanı atlı sultan eləyiblər, özüm də indi qubernat yanında baş sekretaram. Xəlil ağa teleqraf naçalniki olub. İrəvandan Məşədi Cəfər gəlib Moskvaya gedir. Məşədi Qurbanəli gəlib Tiflisə, özünə diş qayıtdırmağa. Sarvanlardan da çox zəvvar gəlib. Hacı Həsən oğlu Möhsün naxoş olub, həkimə gətiriblər. Rus ilə Osmanlının araları pozulubdu. Qaçaq Pirverdiyə 8 il Sibir kəsiblər"... 
   
Mirzə Cəlil hekayənin sonunda yazır: “Dünən mən idarədə qeyri həmişərilərimin birinə rast gəldim və bu keyfiyyət yadıma düşdü. Ona dedim:
 -Gözün aydın olsun, bizim gözəl vilayətdən buraya bir həmişərimiz də gəlib.
 Dedi:
- Kimi deyirsən?
Dedim:
- Novruz ağanın qardaşı oğlu Qurbanqulu bəyi.
 Mənim bu sözümün cavabında indiki həmişərim Qurbanqulu bəy barəsində tək bir söz buraxdı; amma bilmirəm bu nə sirrdir ki, o söz mənim yadımdan heç çıxmır.
 Dedi:
 - Ay Molla əmi, hələ o zırrama haradan gəlib səni tapıb?
 Dedim:
 - Zırrama nəyə deyirsən? – Dedi:
 - Zırrama haman adama deyirəm ki, onun adı Qurbanqulu bəydir, özü də Novruz ağanın qardaşı oğludur və özü də bizim gözəl vətənimizin meyvəsidir.
                                                                                      
Tural Səfərov

...
"Görsə ki, əlimdə telefon var, evim yıxıldı" - Xatirənin əri ilə bağlı etirafları
Tanınmış opera müğənnisi dünyasını dəyişdi - FOTOLAR
Qab yumaq ömrü uzadır - ARAŞDIRMA...
"Çox təəssüf ki, bizim şagirdlərimiz məktəblərdə oxuyurlar, öyrənmirlər"
“Vicdan haqqı”nın Nərmini: "Onunla evlənməyimizi istəyənlər var"
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
İdeal bədənə sahib olan 70 yaşlı təqaüdçü: “Gündə iki saat yarım idman edirəm...”-FOTOLAR
Siyasət
"Türkiyəni əsir almaq üçün Rza Zərrab işi ABŞ-ın əlindəki tək şantajdır...”
Araşdırma
Qadınlarda cinsi istəyi artıran möcüzə: Qırmızı alma...
Cəmiyyət
"Xaricdən informasiya təhdidlərinə qarşı əsasən onlayn media mübarizə aparırsa..."
Cəmiyyət
Azərbaycanın bu ərazilərində zəhərli rodon qazı təhlükəsi böyükdür- Xəbərdarlıq
Həftənin ən çox oxunanları
Limonla sodanın qarışığından alınan ilahi möcüzə - FOTOLAR
Tağıyevin məzarı belə bilinməyən oğlunun nadir fotoları- İlk dəfə
"Gəl burdan rədd olaq, elə bilərlər bizi də kimsə saxlayır..." - İCTİMAİ QINAQ
""Quska"nın yaraqlıları Hacı İbrahimin kabinetini Kalaşnikovla gülləbaran edirlər..."
Zeynəb Xanlarova Rasim Balayevin müdafiəsinə qalxdı: “Desəm öldürərlər, deməsəm ölləm!”
Bakı aeroportunda biabırçılıq: 3 yaşlı qızı itlə yoxladılar, ürəyi getdi (VİDEO)
Bakirəliyini rekord qiymətə satan qız: “Pulu təhsilimə və səyahətə xərcləyəcəm...” -FOTOLAR
Prokuror hakimi güllələdi- Gözlənilməz
Bu kəndə köçənlərə 70 min dollar veriləcək - MARAQLI...
“Döyüşdə bir gözünü itirdi, başının bir tərəfi yoxdur və sol tərəfi iflic olub...”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin