Xəbər lenti
20/11/2017 [01:07]:
Türkiyə bu qadınla ilkə imza atır - FOTOLAR
20/11/2017 [01:04]:
Nərimanovun Leninə qəzəbli məktubu: "Müstəqil Azərbaycan” sözü sizin dilinizdən çıxmamışdırmı?"
20/11/2017 [00:59]:
"Neftçi"yə qol vuran "Qəbələ"li futbolçu etiraf etdi: "Bəli, top məndən meydanı tərk etmişdi"
20/11/2017 [00:48]:
Azərbaycanlı şou-biznes nümayəndələrinin xaricdəki mülkləri
20/11/2017 [00:34]:
"Bu nə tərbiyəsizlik, nə əxlaqsızlıq...?"
20/11/2017 [00:33]:
Çində dəhşətli yanğın - 19 nəfər həlak oldu
20/11/2017 [00:22]:
Ölüm saçan diş fırçaları - Dəhşətli araşdırma
20/11/2017 [00:06]:
Netanyahunun evinə polis basqın etdi: Baş nazir sorğuya alındı
20/11/2017 [00:01]:
Qarakənd faciəsindən 26 il ötdü QANLI TARİX
19/11/2017 [23:59]:
Ərdoğanın mühafizəçiləri qəzaya düşdü - 4 yaralı
19/11/2017 [23:54]:
Avropa İttifaqı Ermənistandan Metsamor AES-i bağlamağı tələb edir- ARAŞDIRMA
19/11/2017 [23:52]:
“Faiq Azərbaycan kişisinin namusuna düşən ləkədir”
19/11/2017 [23:41]:
Saçlarınızdakı ağları qoz qabığı ilə qaraldın - Effektiv və sərfəli üsul
19/11/2017 [23:32]:
Bu il Azərbaycana idxal olunan telefonların sayı açıqlandı
19/11/2017 [23:28]:
"Lavrov “fəal səylər dedikdə” əslində topu Azərbaycanın meydanına atır ki..."
19/11/2017 [23:24]:
Səudiyyə Ərəbistanının başçılıq ediyi qüvvələr Yəmənə zərbə endirdi - 11 dinc sakin həlak oldu
19/11/2017 [23:22]:
Mübariz Mənsimov anası ilə atasının fotosunu paylaşdı - FOTO
19/11/2017 [23:22]:
“Bizim üçün Qarabağ qədər, Türkmən dağı, o cümlədən Bayırbucaq eli də qutsaldır”
19/11/2017 [23:19]:
Saakaşvili Ukraynada “xalq impiçmenti”nin başlanmasının tarixini açıqladı...
19/11/2017 [23:08]:
Robert Muqabe postunu tərk etməyə razılaşdı - YENİLƏNİB
19/11/2017 [22:58]:
“Atletiko"nun futbolçusu: ““Qarabağ”a qalib gəlsəydik...”
19/11/2017 [22:47]:
Lavrov: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişi təmin etməkdə maraqlıdır"
19/11/2017 [22:45]:
Xoruldamaqla köklük arasında əlaqə tapıldı - MARAQLI...
19/11/2017 [22:44]:
Xüms raketlə vuruldu: 12 ölü, 27 yaralı
19/11/2017 [22:39]:
İlham Əliyev: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır"
19/11/2017 [22:26]:
Mərakəşdə humanitar yardım alan şəxslər bir-birini tapdalayıb öldürdü 15 ölü, 40 yaralı
19/11/2017 [22:09]:
Dünya silkələnməkdə davam edir - Daha bir güclü zəlzələ - 6,7 bal
19/11/2017 [22:00]:
"Dünya düzdür" toplantısı keçirildi - İlginc
19/11/2017 [21:39]:
Prezident seçkisi cəmiyyət üçün növbəti fürsət ola bilərmi?
19/11/2017 [21:38]:
İstanbulda dəhşətli terakt hazırlığı: polis ayağa qalxdı - FOTO
19/11/2017 [21:26]:
Qarabağda ermənilərin gözlədiyi 11-ci qızıl ordunun ayaq səsləri...
19/11/2017 [21:13]:
"Artıq Türkiyə adlı "siyasi qatar" Qərb "platformasını" tərk etməkdədir..."
19/11/2017 [20:50]:
Senin gibi çok NATO-lar görmüşüz, çok PKK, çok FETÖ-lar görmüşüz...
19/11/2017 [20:49]:
Ukrayna ABŞ-la birləşir: Rusiyaya qarşı ittifaq
19/11/2017 [20:40]:
İlham Əliyev Sergey Lavrovu qəbul etdi
19/11/2017 [20:34]:
İtaliyada zəlzələ olub
19/11/2017 [20:19]:
Saakaşvili: "Ukraynanın baş naziri olmağa hazıram"
19/11/2017 [20:08]:
Xristian dünyasına şok: İŞİD "Yeni İl"də Papanı öldürəcək (FOTO)
19/11/2017 [19:59]:
Qurban Qurbanov bu futbolçunu "Qarabağ"dan qovdu - FOTO
19/11/2017 [19:57]:
Son 12 ayda dünyanın 4 sakinindən biri rüşvət alıb - SOS...
19/11/2017 [19:44]:
İlin ən gənc milyonçuları onlardır – FOTO
19/11/2017 [19:38]:
Ağstafada 8 yaşlı oğlan faciəvi şəkildə öldü
19/11/2017 [19:30]:
Nüvə düyməsi Trampdan alına bilər - “O, sabit və dərrakəli deyil”
19/11/2017 [19:19]:
Şamaxıda içərisində ailənin 3 üzvü olan avtomobil dərəyə aşdı – YENİLƏNİB
19/11/2017 [19:15]:
Bakı bulvarında dənizə düşən pişiyi xilas etmək üçün hər kəs ayağa qalxdı – VİDEO
19/11/2017 [19:11]:
Salyanda hoteldə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
19/11/2017 [18:49]:
Adil Əliyev: “NATO Atatürkün kim olduğunu bilmirmi...?”
19/11/2017 [18:21]:
Saakaşvilinin sürücüsünü amansızcasına döydülər
19/11/2017 [18:19]:
Vahid Dünya Dövləti qurulmayınca Qarabağ “münaqişəsi” həll edilməyəcək...-
19/11/2017 [17:46]:
6 şəxsin meyiti Azərbaycana qaytarılıb - Qızıl Xaç Komitəsinin HESABATI
19/11/2017 [17:44]:
Brüssel Prokurorluğu Puçdemonun İspaniyaya verilməsini tələb edib
19/11/2017 [17:41]:
Zimbabvenin hakim partiyası prezident Muqabeni istefa verməyə çağırıb - YENİLƏNİB
19/11/2017 [17:33]:
Lavrov İrəvanda Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini müzakirə edəcək
19/11/2017 [17:04]:
Zimbabve prezidenti aclıq aksiyasına başladı
19/11/2017 [16:57]:
Ələtdə ağır qəza - Bir ailənin 4 üzvü yaralandı
19/11/2017 [16:42]:
Polis cərimə yazdı: Sürücü küsüb getdi – VİDEO
19/11/2017 [16:28]:
Limonla sodanın qarışığından alınan ilahi möcüzə - FOTOLAR
19/11/2017 [16:15]:
Bu məhşurların ölümü hələ də şübhə altındadır – Araşdırma – FOTOLAR
19/11/2017 [16:05]:
“Kəpəz” PFK-nın Müşahidə Şurasının iclası keçirildi - FOTOLAR
19/11/2017 [15:39]:
""Quska"nın yaraqlıları Hacı İbrahimin kabinetini Kalaşnikovla gülləbaran edirlər..."
19/11/2017 [15:32]:
Sloveniyada "Mixaylo"nun adına layiq möhtəşəm abidə ucaldıldı - FOTOLAR
19/11/2017 [15:31]:
Bakıda tələbə qız qaçırıldı
19/11/2017 [15:16]:
Ermənistanda hərbçilər xidməti yerindən qaçdı
19/11/2017 [15:14]:
Azərbaycanlı zəvvarlarla bağlı ağlasığmaz hadisə
19/11/2017 [14:55]:
Məşhur rolları əlindən alınan aktyorlarımız- Sənət mübahisələri
19/11/2017 [14:54]:
Hakan Şükürün ABŞ-dakı bahalı həyatı – 3 milyonluq malikanə, lüks maşınlar... - FOTOLAR
19/11/2017 [14:46]:
Telefonunuz ləng işləyirsə, bunları edin - FOTO
19/11/2017 [14:28]:
Abxaziya dəmir yolunun açılmasına dair danışıqlar: “Azərbaycanın şərti var ki, silah daşınmasın...”
19/11/2017 [14:22]:
"Real"dan 200 milyonluq plan - ŞOK TRANSFERLƏR
19/11/2017 [14:22]:
Ermənistan ordusunda telefon üstündə dava düşüb, iki hərbçi xəsarət aldı
19/11/2017 [13:56]:
Azərbaycanlı qadın hərbçi partlayış zamanı şəhid oldu - FOTO
19/11/2017 [13:38]:
İmişlidə ağır qəza: Ölən var – FOTO
19/11/2017 [13:32]:
“Gərək ona sataşım ki, qalmaqal qalxsın”
19/11/2017 [13:14]:
Bakıda gənc qız gecə klubunda döyüldü
19/11/2017 [12:56]:
Rusiya Xəzərdə geniş miqyaslı hərbi təlim keçirir
19/11/2017 [12:47]:
Uçqun zamanı torpağın altından çıxarılan fəhlənin vəziyyəti orta-ağırdır – VİDEO
19/11/2017 [12:45]:
Sabah Bakıda çiskinli hava olacaq – PROQNOZ
19/11/2017 [12:38]:
Naxçıvan Qarnizonu ayağa qaldırıldı – FOTO/VİDEO
19/11/2017 [12:18]:
21 yaşlı gimnastımız dünya çempionu oldu - VİDEO
19/11/2017 [12:18]:
Təlim-tərbiyəyə dair pedaqoji və fəlsəfi baxışlar...
Bütün arxiv bir sırada
15/11/2017 [10:51] - Müsahibə - ( 1246 dəfə baxılıb)

"Gələcək pensiya təminatı da məhz bundan asılıdır"



Moderator.az Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun hakim partiyanın saytına (YAP.ORG.AZ)verdiyi müsahibəni oxuculara təqdim edir:


- Səlim müəllim, noyabrın 21-i Yeni Azərbaycan Partiyasının yaranmasının 25 ili tamam olur. Partiyanın ötən müddət ərzində keçdiyi inkişaf yolu barədə nə deyə bilərsiniz?

- Bu gün Azərbaycan müasir, demokratik, hüquqi və sosial dövlət kimi tanınır. Azərbaycanın sosial dövlət olmasını göstərən amillərdən biri həyata keçirilən siyasətin mərkəzində insan amilinin olmasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Məhz bu prinsipin əyani təzahürü kimi, əhalinin sosial rifah halının yaxşılaşdırılması, etibarlı sosial müdafiə sisteminin formalaşdırılması istiqamətində mütəmadi olaraq səmərəli tədbirlər həyata keçirilir.
Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının fəaliyyətində də sosial ədalət anlayışı mühüm yer tutur. Bu, hər şeydən əvvəl, Azərbaycanın sosial dövlət fəlsəfəsindən irəli gəlir. Yeni Azərbaycan Partiyasının fəaliyyət mexanizminin əsaslarını təşkil edən mühüm prinsiplərdən  biri  güclü dövlət anlayışıdır. Bu güclü dövlət anlayışı isə həm dövlətin iqtisadi qüdrətinin artırılmasını, həm də vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasını özündə ehtiva edir.
Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyasının ideoloji prinsiplərində sosial ədalət məsələsi də öz əksini tapıb. Cəmiyyətdə müxtəlif təbəqələrin nümayəndələrinə bərabər imkanların yaradılması, sosial dövlət vasitəsilə sosial rifahın təmin olunması kimi başlıca məsələlər Yeni Azərbaycan Partiyasının ideoloji siyasətində sosial ədalət prinsipi ilə ifadə olunub. Buradan çıxış edərək əminliklə söyləyə bilərik ki, Yeni Azərbaycan Partiyasının fəaliyyətində sosial dövlət prinsipi mühüm yer tutur. 
Cənubi Qafqazın ən güclü siyasi təşkilatı olan, yarandığı vaxtdan Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə və milli inkişaf konsepsiyasına sədaqət ruhunda fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası sivil siyasi sistem əsasında müstəqil dövlətimizin qurulması və möhkəmlənməsinə, ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunmasına yönələn misilsiz xidmətlərlə zəngin, şərəfli yol keçib.
1992-ci il noyabrın 21-də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin sədrliyi və tanınmış ziyalıların iştirakı ilə Naxçıvan şəhərində YAP-ın təsis konfransının keçirilməsi o zaman yeni müstəqillik qazanmış ölkəmizin bu müstəqilliyi itirmək təhlükəsindən xilas olmasına, ölkəmizin müqəddəratının tənəzzüldən tərəqqiyə doğru dəyişməsinə aparan yolun başlanğıcı oldu. Həmin konfransda Ulu Öndərimiz Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. 1993-cü ilin iyun ayında - Azərbaycanın taleyinin sual altında qaldığı, bütün sahələri bürümüş ağır böhran şəraitində gələcəyə ümidlərin tükəndiyi bir vaxtda isə xalqın iradəsi ilə Ulu Öndər Heydər Əliyevin yenidən respublika rəhbərliyinə qayıdışı müasir tariximizin ən şərəfli səhifəsidir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən, qətiyyətli siyasəti, zəngin dövlətçilik təcrübəsi dövlət müstəqilliyimizin itirilməsi təhlükəsinin, vətəndaş qarşıdurmasının aradan qalxmasına, sivil əsaslar üzərində müstəqil dövlətin qurulması və möhkəmlənməsinə, sosial-iqtisadi inkişafın təmin edilməsinə və digər mühüm nailiyyətlərin əldə olunmasına imkan verib. Bu proseslərdə Ulu öndərimizin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası həmişə ön cərgədə olması, daim xalqın maraq və mənafelərinin təminatı məramına əsaslanması ilə ümumxalq partiyası olduğunu təsdiq edib.
Ulu öndər Heydər Əliyev tərəfindən, eyni zamanda, yeni iqtisadi münasibətlər şəraitində sosial inkişaf kursunun etibarlı təməli formalaşdırılıb. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri nəticəsində təkcə 1995-2003-cü illər ərzində pensiya və müavinətlərin 8 dəfə, muzdla işləyənlərin əmək haqqının 6 dəfədən çox artmasına nail olunub. Əmək və sosial müdafiə sahəsində beynəlxalq normalara uyğun milli qanunvericiliyin yaradılması, bu sahənin müasirləşdirilməsi yönündə mühüm addımlar atılıb.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi, hazırda 700 mindən çox insanı sıralarında birləşdirən Yeni Azərbaycan Partiyası bu gün də müstəqilliyimizin, demokratik, hüquqi, dünyəvi dövlətimizin möhkəmləndirilməsi, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir və bu, partiyaya ümumxalq inam və etimadının daim artması ilə müşahidə olunur. Dövlətimizin başçısının qeyd etdiyi kimi, “Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilmişdir. Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçmişdir.

- Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu sosial siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində bu sahədə əldə edilən nəticələri necə dəyərləndirmək olar?

- 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub. Əhalinin sosial rifahının yüksəldilməsi əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin əsas strateji hədəfləridir. Müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri sərasında olmuşdur. Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan Respublikası daha iki pillə irəliləyərək iqtisadiyyatın rəqabətə davamlılığına görə dünya ölkələri sırasında 35-ci yerdə qərarlaşıb. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində vurğuladığı kimi, bu il iqtisadi islahatlarla bağlı çox ciddi addımlar atılmışdır. Strateji yol xəritələrinin icrası təmin edilir. Dövlətimizin başçısı son 9 ayda respublikamızın sosial-iqtisadi inkişaf sahəsində qazandığı uğurların səbəblərinə diqqət çəkərək bildirib: “Qeyri-neft sektorunun inkişafı bizim əsas prioritetimizdir və 2,5 faiz artan qeyri-neft iqtisadiyyatımız həm uğurlu islahatlarımızın göstəricisidir, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıbdır”.
Bu gün Cənubi Qafqazda iqtisadi qüdrətinə görə öndə olan Azərbaycan ötən dövrdə milli iqtisadiyyatını 3,4 dəfə, o cümlədən uğurlu iqtisadi şaxələndirmə nəticəsində qeyri-neft sektorunu 2,6 dəfə artırıb. Mühüm sosial uğurlar olaraq, ölkədə 1,6 milyondan çox yeni iş yerinin yaradılması, əhalinin gəlirlərinin 5,2 dəfə, minimum əmək haqqının 3,5 dəfə, orta aylıq əmək haqqının 4 dəfəyə yaxın, pensiyaların 10,3 dəfədən və sosial müavinətlərin 3 dəfədən çox artırılması, ölkə əhalisinin 26 faizə qədərinin sosial təminat sistemi ilə əhatə olunması, işsizlik və yoxsulluğun 5 faiz səviyyəsinə endirilməsi təmin edilib. Prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, sosial müdafiə sistemində əhatəliliyin artırılması, səmərəliliyin yüksəldilməsi, şəffaflığın tam təmin olunması yönündə məqsədyönlü islahatlar aparılıb. Milli əmək və sosial müdafiə sisteminin dünyada nümunəvi təcrübələr kimi qəbul olunan avtomatlaşdırılmış müasir infrastrukturu yaradılıb. Bütövlükdə, dayanıqlı iqtisadi inkişaf təmin edilib, etibarlı sosial müdafiə sistemi formalaşdırılıb.

- Ölkəmizdə işsizlik və yoxsulluğun artmasının qarşısının alınmasında, həmçinin əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində görülən işlərin və əldə edilən nəticələrin əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Azərbaycan Prezidenti cənab İlham Əliyevin qlobal iqtisadi və siyası çağırışlara adekvat olaraq həyata keçirdiyi uğurlu islahatlar kursu, dünya iqtisadiyyatında böhranın dərinləşdiyi cari ilin ötən dövründə ölkəmizin sosial-iqtisadi inkişafının davam etməsinə şərait yaratmaqla, əmək bazarında sabitliyin qorunub saxlanmasına, işsizlik və yoxsulluğun artmasının qarşısının alınmasına imkan verib. Prezident cənab İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd edib ki, doqquz ayda həm Bakıda, həm bölgələrdə yeni iş yerlərinin yaradılması prosesi uğurla gedib: “Həmin dövrdə 226 min yeni iş yeri yaradılıbdır ki, onlardan 171 mini daimi iş yeridir. Bu da işsizliyin aşağı səviyyədə saxlanmasına imkan verir. Bu, daimi proses olmalıdır. Çünki bizim əhalimiz artır və belə olan halda biz daim yeni iş yerlərinin yaradılması haqqında düşünməliyik”.
Dövlət başçısının ilk növbədə milli sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi əsasında iqtisadi şaxələndirməni və qeyri-neft sektorunun sürətli inkişafını, bu sektor üzrə rəqabət qabiliyyətli və ixrac yönümlü məhsul istehsalının artımını nəzərdə tutan islahatlar paketi əmək ehtiyatlarından istifadənin genişləndirilməsini də stimullaşdırıb.
Dövlət başçısının sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünün müsbət nəticəsi kimi, dövlət təşkilatlarında yaradılan iş yerləri barəsində məşğulluq orqanlarına vakansiyalar təqdim edilib. Həmin vakant iş yerlərinə göndərişlərin verilməsində şəffaflıq tam təmin olunub. İlk növbədə işsiz və işaxtaran kimi uzun müddət qeydiyyatda olan, iş tapmaqda çətinik çəkən şəxslərin məşğulluğu diqqətdə saxlanılmaqla, bu və ya digər ixtisarlar nəticəsində sərbəstləşmiş işçi qüvvəsinin dərhal vakant iş yerlərində yerləşdirilməsi prosesi həyata keçirilib. Ölkəmizdə işçi qüvvəsinin, xüsusən də sərbəstləşmiş işçi qüvvəsinin dərhal vakant iş yerlərində işlə təminatı əmək haqları formasında ailə gəlirlərinin azalmasının qarşısının alınmasına imkan verib. Bu və digər tərəfdən, əmək haqları da daxil olmaqla bütün sosial ödənişlərin, o cümlədən sosial cəhətdən həssas qrupların maddi təminatlarının artırılması tədbirləri ümumən əhalinin alıcılıq qabiliyyətinin sabit saxlanmasına şərait yaradıb. Aparılan sosial-iqtisadi siyasət ötən dövrdə yoxsulluğun kəskin şəkildə azaldılması sahəsində əldə olunmuş nailiyyətin də qorunub saxlanmasına imkan verib.
Bütövlükdə, son on ildə iqtisadiyyatın sürətli inkişafı və ümumi daxili məhsulun təqribən üç dəfəyə qədər artması iqtisadi imkanların genişlənməsinə səbəb olub. Nəticədə, məşğulluq sürətlə artıb və işsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Ölkəmizdə qeydə alınmış işsizlik səviyyəsinin 5 faizlik həddə saxlanılması çox böyük uğurdur.
Bundan başqa, məşğulluğun təmin olunmasında insanların özlərinə yaratdığı məşğulluq formaları da mühüm rol oynayır. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da həmin formada həyata keçirilən məşğulluq, təəssüflər olsun ki, əksər hallarda qeydiyyatdankənar fəaliyyət göstərir. Aparılan təhlillərin nəticələri göstərir ki, qeydiyyatdankənar çalışanların böyük əksəriyyəti məhz bu formada məşğul olanlardır. Onların qeydiyyata alınması isə böyük problemdir. Həmin problemin həlli üçün beynəlxalq səviyyədə həyata keçirilən tədbirlər, yəni beynəlxalq təcrübə öyrənilir. Hazırda qeyri-formal məşğulluğun səviyyəsinin aşağı endirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Çünki bu, ilk növbədə həmin formada çalışanların gələcək sosial təminat hüquqlarının sual altına düşməsinə səbəb olur. Bunu nəzərə alaraq pensiya təminatı sistemini dəyişdik, artıq tam sığorta prinsiplərinə əsaslanan pensiya təminatı sistemi fəaliyyət göstərir. Hər kəs qeydiyyata düşüb sosial sığorta haqqı ödəyirsə, bu, tam şəkildə onun fərdi hesabına köçürülür. Gələcək pensiya təminatı da məhz bundan asılıdır. Hazırda bu sahədə işlər davam etdirilir.

- Yeri gəlmişkən, layiqli əməyin təmin olunmasında Azərbaycan təcrübəsinin önəmi və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə nə demək olar?

- Azərbaycan milli səviyyədə layiqli əməyi ümumi inkişaf kontekstində makroiqtisadi və əmək bazarı siyasətlərinin qarşılıqlı əlaqəsi əsasında əhalinin məşğulluq imkanlarının artırılması kimi görür. Başqa sözlə, layiqli əməyin təmin edilməsini məhsuldar əməyə nail olunması, sabit və keyfiyyətli iş yerlərinin yaradılması, peşə təhsili sisteminin təkmilləşdirilməsi, işçi qüvvəsinin keyfiyyətinin artırılması, işsizlikdən sığorta və tibbi sığorta sistemlərinin tətbiqi, əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması, sosial dialoqun gücləndirilməsi tədbirləri vasitəsi ilə reallaşdırırıq. Bununla yanaşı, qeyri-formal məşğulluğun aradan qaldırılması, əmək bazarında kvalifikasiyaların iqtisadiyyatın artan tələbatına uyğunlaşdırılması, gender bərabərliyinin təmin olunması, əhalinin özünüməşğulluğunun inkişafı və s. məsələlərə xüsusi diqqət yetiririk.
Bu siyasət ilk növbədə sosial müdafiə tədbirlərində əhatəliliyin və ünvanlılığın təmin edilməsinə, əmək və sosial təminat sahəsində sürətli, rahat və şəffaf dövlət xidmətlərinə geniş çıxış imkanlarının yaradılmasına, sosial xidmətlərin təqdim edilməsində innovativ texnologiyaların tətbiqinə və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə əsaslanır. Bütün bu məqsədlər gələcək illərdə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətiliyinin artırılmasını və yüksək insan kapitalının inkişafını təmin edəcək “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” və sosialyönümlü dövlət proqramları çərçivəsində reallaşdırılır.

...
"Lavrov “fəal səylər dedikdə” əslində topu Azərbaycanın meydanına atır ki..."
Prezident seçkisi cəmiyyət üçün növbəti fürsət ola bilərmi?
Adil Əliyev: “NATO Atatürkün kim olduğunu bilmirmi...?”
Azərbaycanlı qadın hərbçi partlayış zamanı şəhid oldu - FOTO
Yaxşı yuxu görmək üçün nə edək?
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Xoruldamaqla köklük arasında əlaqə tapıldı - MARAQLI...
Kriminal
""Quska"nın yaraqlıları Hacı İbrahimin kabinetini Kalaşnikovla gülləbaran edirlər..."
Cəmiyyət
Təlim-tərbiyəyə dair pedaqoji və fəlsəfi baxışlar...
Cəmiyyət
Övladı ana bətnində qoruyan dualar - hər ay üçün
Araşdırma
Ruslar çeçen qızı zorlayan hərbçiyə çiçək dəstələri atırdılar...
Həftənin ən çox oxunanları
Prezidentdən Cavid Qurbanovla bağlı - Sərəncam
""Avo"nun qolunun birini qanırıb dizimin altına qoydum, başını da, qolunu da kəsdim"
Üç bacı kabab yeyəndən sonra dünyasını dəyişdi - ÖLKƏ ŞOKDA...
"Gəl burdan rədd olaq, elə bilərlər bizi də kimsə saxlayır..." - İCTİMAİ QINAQ
Tağıyevin məzarı belə bilinməyən oğlunun nadir fotoları- İlk dəfə
Zeynəb Xanlarova Rasim Balayevin müdafiəsinə qalxdı: “Desəm öldürərlər, deməsəm ölləm!”
Zəlzələdən sonra su anbarında təhlükəli vəziyyət - Əhali təcili köçürülür - VİDEO
Prokuror hakimi güllələdi- Gözlənilməz
Limonla sodanın qarışığından alınan ilahi möcüzə - FOTOLAR
Bakirəliyini rekord qiymətə satan qız: “Pulu təhsilimə və səyahətə xərcləyəcəm...” -FOTOLAR
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin