Xəbər lenti
14/12/2017 [01:16]:
FED: 2018-сi ildə uçot dərəcəsi daha üç dəfə artırılacaq
14/12/2017 [01:07]:
“Qoca”nın qaçışına görə həbs olunan qarovul rəisindən – ETİRAF
14/12/2017 [01:00]:
"Bir gün Xudu Məmmədov, Nurəddin Rzayev və Bəxtiyar Vahabzadə Kəlbəcərə gedirlər..."
14/12/2017 [00:55]:
Xudu Məmmədov haqqında bilmədiklərimiz- Elmi, milli irsi, "Xudu-naxış" klubu
14/12/2017 [00:40]:
Nigeriyada Azərbaycanın Dostları Təşkilatının təqdimatı keçirildi - FOTO+VİDEO
14/12/2017 [00:33]:
Tağıyevin yadigarları dağılmaq üzrədir- Araşdırmaçıdan müraciət
14/12/2017 [00:30]:
Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...
14/12/2017 [00:30]:
“Real” klublararası dünya çempionatının finalında
14/12/2017 [00:25]:
Ayaqlarını itirsə də kəndə köçərək öz əlləriylə ev tikdi - FOTOLAR
14/12/2017 [00:06]:
Bürclər – 14 DEKABR
13/12/2017 [23:54]:
Göldə balıq tuturdu, “tok” vurub öldürdü
13/12/2017 [23:45]:
"Əgər Ermənistan Türkiyənin şərtlərini qəbul etsəydi, bir qədər nəfəs ala bilərdi"
13/12/2017 [23:45]:
Çinlilər “iPhone X” modelinin kopyasını hazırladılar
13/12/2017 [23:36]:
Azərbaycan neftinin SON QİYMƏTİ
13/12/2017 [23:28]:
Saçlar stresdən ağarırmı?
13/12/2017 [23:19]:
On gün hamamdan çıxa bilməyən qadın öldü
13/12/2017 [23:16]:
“Nar bağı” filmi daha bir beynəlxalq mükafatı qazandı- FOTOLAR
13/12/2017 [23:13]:
FED uçot dərəcəsini artırdı
13/12/2017 [23:08]:
Generalın həbs olunan bacısı oğlundan etiraf - “…Məhbuslar qaça bilməzdilər”
13/12/2017 [22:57]:
Prezidentin Türkiyə səfəri başa çatdı
13/12/2017 [22:52]:
Azərbaycanda 5 nazir vəzifədən azad edilib SİYAHI
13/12/2017 [22:45]:
Nüşabə Ələsgərlinin biznesi iflasa uğradı: "Marketlərim, gözəllik salonlarım bağlandı"
13/12/2017 [22:41]:
“Grand Hospital”da ölən qızın atası: Həkim bizimlə üz-üzə gəlməkdən qaçır
13/12/2017 [22:36]:
Azərbaycanda yaradılan ilk aptek hələ də işləyir – 170 yaşı var – VİDEO
13/12/2017 [22:33]:
Siqaret çəkmək insanın cəlbediciliyini azaldır - ARAŞDIRMA...
13/12/2017 [22:24]:
Ermənilər Əliyar Əliyevin kəndində yeni məktəb tikdi - “KarabakhTV” - FOTO
13/12/2017 [22:16]:
Azərbaycanda dəhşətli hadisə - Kişi evində yanaraq öldü
13/12/2017 [22:15]:
Kanada Ukraynaya letal silah verəcək
13/12/2017 [22:10]:
Fələstin İsraillə əldə edilmiş razılaşmalardan imtina edə bilər
13/12/2017 [22:07]:
Məşhur astroloqdan 2018-ci il üçün dəhşətli proqnozlar
13/12/2017 [22:01]:
Səidə Dadaşova: "Zuhal Topalın özü həyasızın biridi"
13/12/2017 [21:30]:
Argentinada polis futbolçuları güllələdi – VİDEO
13/12/2017 [21:28]:
Qobustanda qədim dövrə aid qəbir daşları aşkarlanıb – VİDEO
13/12/2017 [21:26]:
Hansı plomblar dişlər üçün təhlükəsizdir? - Tanınmış stomatoloqdan tövsiyyə...
13/12/2017 [20:52]:
"Azərbaycanın Orta Şərqdəki münaqişələrə tərəf kimi sürüklənməsi doğru deyil"
13/12/2017 [20:35]:
Qənirə Paşayeva jurnalistlərə səsləndi - "Hamısının gözündə kədər, acı, üzüntü..."
13/12/2017 [20:30]:
“İslamı düzgün tətbiq etsək, “oğru” aləminə ehtiyac yaranmaz...” - Hacı Əbdül...
13/12/2017 [20:28]:
Ölkəyə gətirilən külli miqdarda partlayıcı oyuncaq götürüldü
13/12/2017 [20:10]:
"Bu, gələcəkdə regionda Rusiyasız heç bir məsələnin həllini tapmayacağı anlamına gəlir"
13/12/2017 [20:09]:
Cocuq Mərcanlıda mina tapıldı
13/12/2017 [19:57]:
ANS-in keçmiş əməkdaşı həbs edildi - 200 min dollar “atıb”
13/12/2017 [19:35]:
Lütfi Zadənin xəbərsiz olduğumuz böyük elmi nəzəriyyələri- İlk dəfə Rafiq Əliyevin təqdimatında-MÜSAHİBƏ
13/12/2017 [19:23]:
Diqqətli olun: "Zəhərlənməyə səbəb olan dərmanlar var" – SİYAHI
13/12/2017 [19:21]:
Bakıda məhbusun ölməsinin səbəbi məlum oldu
13/12/2017 [19:20]:
Roma Papası “WhatsApp”dan istifadə edir?
13/12/2017 [19:18]:
İlham Əliyev: "Məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz"
13/12/2017 [19:13]:
İstanbul toplantısında sürpriz qonaq - Fotolar
13/12/2017 [18:47]:
“Qüdsün sahibsiz olmadığını bütün dünyaya göstərdik” - Ərdoğan
13/12/2017 [18:34]:
ADNSU-da “Azİİ Məzunları” İB təsis olundu
13/12/2017 [18:15]:
Prezident Keniya liderini təbrik etdi
13/12/2017 [18:14]:
“İcra başçısı mənə niyə “sən öl” deyirdi?”
13/12/2017 [18:13]:
Ermənistandan gözlənilməz addım - Sürix protokollarını ləğv edir
13/12/2017 [18:08]:
İstanbulda Qüdslə bağlı tarixi qərar - Fələstinin paytaxtı elan edildi
13/12/2017 [17:30]:
Oliqarx Məmişov Kərimova görə hiddətləndi : “Onu cinayətkar kimi tutublar...”
13/12/2017 [17:25]:
ADU-da yeni layihə həyata keçirilir -“Bir günlük xəlifə”
13/12/2017 [17:19]:
Prokuror Gündüz Məmmədov Kremlin sevimlisini “hərbi cinayətkar” adlandırdı
13/12/2017 [17:17]:
"Hakimə dedim ki, güllələnməyə hazıram" - 6 tələbənin həyatına son qoyan sürücü
13/12/2017 [17:07]:
“Həyat kişi üzərində qurulmayıb, qadınlar deyir ki, boşandımsa...”
13/12/2017 [17:00]:
"ABŞ Qüdslə bağlı qərarına yenidən baxmalıdır" -İlham Əliyev
13/12/2017 [16:59]:
Həbsdə qalan Fədayə Laçın: "Bir uşağım var, anam da xəstədir"
13/12/2017 [16:50]:
Moldovanın Dövlət İnformasiya Agentliyində Heydər Əliyevlə əlaqədar məqalə dərc olundu
13/12/2017 [16:43]:
Bakıda qəza: Prospekt iflic oldu – FOTO
13/12/2017 [16:38]:
Məişət zorakılığından zərər çəkmiş şəxslərə göstərilən sosial xidmətlərə baxış oldu
13/12/2017 [16:38]:
Almaniya yığmasına veriləcək mükafatlar açıqlandı
13/12/2017 [16:32]:
Dövlət orqanları müsabiqəyə 1444 vakant vəzifə təqdim etdi
13/12/2017 [16:24]:
“Rəşad bu təyinatlara razı deyildi” - Qurban Qurbanov
13/12/2017 [16:18]:
“Qarabağ Harayı”nın finalçıları məlum oldu
13/12/2017 [16:13]:
Göygöldə yaşlı kişi dəm qazından öldü
13/12/2017 [16:01]:
Arif Rəhimzadə təkzib etdi: “O vəzifəyə qoyulan şəxs mənim oğlum deyil”
13/12/2017 [15:58]:
Əlavə pul qazanmaq istəyən müəllimlərə – ŞAD XƏBƏR
13/12/2017 [15:57]:
Fazil Məmmədovun ətrafında yeni hadisələr başlayıb...
13/12/2017 [15:55]:
Millət vəkili İraqın tanınmış aydınları, yazar, şair, KİV və QHT təmsilçiləri ilə görüşdü
13/12/2017 [15:47]:
Məleykə Abbaszadə: "Dövlət İmtahan Mərkəzi “sosial lift” funksiyasını yerinə yetirir"
13/12/2017 [15:43]:
“Müəyyən nazirliklər İcra hakimiyyətlərinə “krışalıq” edir” -Vahid Əhmədovdan etiraz
13/12/2017 [15:30]:
AMEA-nın iki institutuna direktor seçildi
13/12/2017 [15:27]:
Kreml: "Ərdoğan və Rusiyanın Qüdslə bağlı mövqeyi üst-üstə düşmür"
13/12/2017 [15:22]:
Milli Qəhrəman Əliyar Əliyevin xatirə lövhəsinin açılışı oldu
13/12/2017 [15:19]:
Borca görə uşaq ağçalarının işığını kəsdilər
13/12/2017 [15:14]:
10 günə 32 nəfər öldü - Ölkədə “yol terroru” davam edir
13/12/2017 [15:04]:
"Bazarstore"da bədbəxt hadisə
Bütün arxiv bir sırada
17/11/2017 [21:25] - Dünya - ( 1155 dəfə baxılıb)

Türkiyədən ABŞ və Qərbə “gözdağı”: rəsmi Ankara "müttəfiqlər"indən üz çevirir

Türkiyə ilə ABŞ və Qərb arasında “tərəfdaşlıq ipləri” artıq çoxdan qopub...


Türkiyə-Rusiya münasibətləri artan xətlə inkişaf edir. Son vaxtlar bu iki dövlətin prezidentləri arasında təmaslar xüsusi olaraq, intensivləşib. Belə ki, son bir neçə ayda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Kremlin sahibi Vladimir Putin arasında iki görüş baş tutub. Yaxın həftələrdə isə prezident R.T.Ərdoğanın Rusiyaya daha bir səfəri gözlənilir.

Belə anlaşılır ki, Türkiyə və Rusiya arasında bəzi beynəlxalq problemlərlə bağlı mövqe uzlaşması mövcuddur. Hətta bəzi məsələlərə münasibətdə ciddi ortaq maraqların mövcudluğu da qətiyyən şübhə doğurmur.

Təbii ki, Ərdoğan-Putin görüşləri hər dəfə Azərbaycanda da böyük maraqla qarşılanır. Çünki bu görüşlərdə qardaş Türkiyənin Azərbaycan üçün həyati önəm daşıyan Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir edə biləcəyinə ümid bəslənilir.

Şübhəsiz ki, Türkiyə prezidenti R.T.Ərdoğan və Rusiya prezidenti V.Putin arasındakı əksər görüşlərdə Dağlıq Qarabağ problemi mütləq müzakirə edilir. Ancaq həmin görüşlərdə bu problemin əsas müzakirə mövzusu olduğu qətiyyən inandırıcı deyil. Çünki bu iki dövlətin daha fərqli maraqları da var. Və həmin maraqların uzlaşdırılması hər iki dövlət üçün daha böyük əhəmiyyət daşıyır.

Digər tərəfdən, Ermənistan razılaşsa belə, Rusiya 5 rayonun işğaldan azad edilməsinə və yaxud bu problemin ümumiyyətlə həllinə imkan verməz. Xüsusilə də, Dağlıq Qarabağ probleminin həllinə paralel olaraq, Türkiyənin Cənubi Qafqazda rolunun artması Rusiyanın maraqlarına tamamilə ziddir.

Dağlıq Qarabağ problemi Ermənistanın Rusiyanın regional for-postu statusunda saxlanması baxımından, ən önəmli faktorlardan biri sayılır. Üstəlik, Kremlin Azərbaycana göstərdiyi təzyiqlərdə də xüsusi rol oynayır.

Bu problem həm də Rusiyanın Cənubi Qafqazda öz geopolitik mövcudluğunu qoruması baxımından da ciddi əhəmiyyət daşıyır. Yəni Dağlıq Qarabağ münaqişəsi Rusiyanın maraqları tələb etdiyi üçün mövcuddur. Əks halda, yəni Rusiya istəsəydi, Dağlıq Qarabağ problemi artıq çoxdan öz həllinin tapardı.

Ancaq bununla belə, Ərdoğan-Putin görüşlərində Dağlıq Qarabağ probleminin də gündəmdə saxlanması siyasi-psixoloji əhəmiyyət daşıyır. Belə ki, prezident R.T.Ərdoğanın hər dəfə Dağlıq Qarabağ probleminin həlli mövzusunda V.Putindən müxtəlif vədlər alması rəsmi İrəvanı gərgin vəziyyətdə saxlayır. Yəni V.Putinin həmin vədləri yerinə yetirməyəcəyi hər kəsə aydın olsa da, Ermənistanda siyasi-psixoliji diskomfort yaşanır.

Türkiyə və Rusiyanın özəl maraqlarına gəldikdəsə, bu iki dövlət arasındakı əməkdaşlıqda ABŞ və Qərbə qarşı ortaq müqavimət niyyətləri daha ön sırada dayanır.  Çünki həm Rusiya, həm də Türkiyə hazırda ABŞ və Qərbin sərt təzyiqlərinə məruz qalmaqdadır.

Rusiya ABŞ və Qərbin maliyyə-iqtisadi sanksiyaları ilə üzə-üzədir. Bu sanksiyalar Rusiyaya milyardlarla dollar zərər vurmaqdadır. Rusiyanın xarici ticarət dövriyyəsi sürətlə aşağı düşməkdə davam edir. Və belə vəziyyətdə Türkiyənin dəstəyi Rusiya üçün nəfəslik rolunu oynayır. Çünki rəsmi Ankara Rusiya ilə ticarət əməkdaşlığını nəinki dayandırmayıb, əksinə daha da genişləndirib.

Hazırda Türkiyə Rusiyanın enerji daşıyıcılarının əsas alıcısı rolunda çıxış edir. İki ölkə arasında imzalanan “Mavi axın” layihəsi üzrə müqavilə Türkiyəni Rusiya təbii qazının əsas idxalçısına çevirib. Əvəzindəsə, Türkiyə öz kənd təsərrüfatı məhsullarını məhz Rusiya bazarlarına yönəldir.

Bu isə ABŞ və Qərb siyasi çevrələrində ciddi qıcıq yaradır. Çünki rəsmi Ankaranın Rusiyaya qarşı sanksiyalara qoşulmaması ABŞ və Qərbin Kremli rametmə planlarını əhəmiyyətdən salır.

Ona görə də hazırda Türkiyənin ABŞ və Qərblə münasibətləri gərginləşməkdə davam edir. Rəsmi Ankara ABŞ-ı Türkiyədə hərbi çevrilişə cəhd etmiş şəxsləri himayədə suçlayır. Eyni zamanda, prezident R.T.Ərdoğan Ağ Evi müxtəlif terror təşkilatlarını, o cümlədən, İŞİD-i dəstəkləməkdə ittiham edir. Rəsmi Ankara oxşar məzmunlu ittihamları Avropa Birliyinin bəzi aparıcı dövlətlərinə qarşı da yönəltməkdədir.

Bütün bunlar isə onu göstərir ki, Türkiyə ilə ABŞ və Qərb arasında “tərəfdaşlıq ipləri” artıq çoxdan qopub. Və rəsmi Ankara üçün yeni tərəfdaş tapmaq məsələsi ön plana keçib.

Təbii ki, bu baxımdan, Türkiyə-Rusiya münasibətləri rəsmi Ankara üçün ABŞ və Qərblə əməkdaşlığın real alternativinə çevrilmiş kimi görünür. Hazırda bu iki ölkə arasında siyasi, maliyyə-iqtisadi və ticarət əməkdaşlığı ən yüksək səviyyəyə çatıb.

Son dövrlərdə bu iki dövlət arasında hərbi sahədə də kifayət qədər ciddi əməkdaşlıq meylləri müşahidə edilir. Xüsusilə də, Rusiyadan "S-400" raketlərinin alınması Türkiyə üçün xüsusi əhəmiyyət daşıyır. Çünki həmin müasir raket sustemləri Türkiyənin xarici düşməndən müdafiə problemlərini böyük ölçüdə həll etmiş olacaq.

Üstəlik, "S-400" raketləri rəsmi Ankaraya Qərbdə istehsal olunan analoji raket sistemlərindən daha ucuz başa gələcək. Halbuki NATO dövlətlərinin istifadəsində olan və "S-400" raketləri ilə oxşar xarakteristikaya malik “Patriot” raket sistemləri satılmır. Həmin raket sistemləri müvəqqəti olaraq, icarəyə verilir və sonra geri qaytarılır.

Rəsmi Ankara-Kreml tərəfdaşlığında önəm daşıyan məsələlərin sırasına Yaxın Şərq regionunda cərəyan edən proseslərdəki əməkdaşlığı, Türkiyədə Rusiya mütəxəssislərinin iştirakı ilə müasir AES-in tikilməsi sahəsindəki anlaşmanı və s. də əlavə etmək olar.


Göründüyü kimi, hazırda Türkiyə və Rusiyanı biraraya gətirən kifayət qədər ciddi ortaq maraqlar paketi mövcuddur. Bu baxımdan, Ərdoğan-Putin görüşlərində müzakirə edilən məsələlərin məzmunu rəsmi Ankaranın ABŞ və Qərbə qarşı meydan oxuduğunu da ortaya çıxarır. Çünki həmin məsələlərin hər birisi məzmunca ABŞ və Qərbin geopolitik və strateji maraqlarına birbaşa zərbədir.

Yəni belə anlaşılır ki, rəsmi Ankara Rusiyanı real alternativ tərəfdaşa çevirməklə, Türkiyəyə qarşı qeyri-səmimi münasibət sərgiləyən, bu qardaş dövlətin maraqlarını zərbə altında qoyan ABŞ və Qərbə “gözdağı” verir. Belə davam edərsə, ABŞ və Qərb Türkiyə ilə indiyə qədər mövcud olmuş sıx tərəfdaşlıq şansını birdəfəlik itirə bilər.(musavat.com)

...
Hansı plomblar dişlər üçün təhlükəsizdir? - Tanınmış stomatoloqdan tövsiyyə...
“Müəyyən nazirliklər İcra hakimiyyətlərinə “krışalıq” edir” -Vahid Əhmədovdan etiraz
"Rüfət Aslanlı Fərhad Əliyevin yolu ilə gedir, könlündən prezident olmaq keçir..."
Gənc qadın köpək balıqlarının hücumuna məruz qaldı -VİDEO
512 yaşlı köpək balığı tapıldı - FOTOLAR
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Tağıyevin yadigarları dağılmaq üzrədir- Araşdırmaçıdan müraciət
Müsahibə
Lütfi Zadənin xəbərsiz olduğumuz böyük elmi nəzəriyyələri- İlk dəfə Rafiq Əliyevin təqdimatında-MÜSAHİBƏ
Gündəm
“Ermənistanın Sürix protokolları ilə bağlı bəyanatı siyasi təzyiq cəhdidir”
Dünya
Yastıq örtüyünü 5 il dəyişdirmədi, gözləri bu hala düşdü
Cəmiyyət
“Xarici ölkələrdə “Azərbaycan Evləri”nin açılmasına ehtiyac var”
Həftənin ən çox oxunanları
Fazil Məmmədovun qudalarına ərizə yazdırdılar - Vergilər Nazirliyində nələr baş verir?
Qurban Məmmədovdan Təhsil Nazirliyinə qandonduran MÜRACİƏT...
Xərçəng xəstəliyini yox edə bilərsiniz... -CƏMİ 75 QƏPİYƏ...
Mədəsindən 52 ədəd prezervativ çıxdı, içərisindən də... - FOTO+VİDEO
Qızından işdən çıxarılan Fazil Məmmədova ilginc dəstək - "Adam kimi adam üçün..."
“Dünya bilməlidir ki, İsrail –yəhudi dövləti deyil!” - Yəhudi Hərəkatından gözlənilməz etirazlar...
Prezident 4 naziri vəzifəsindən azad etdi
Fatma Abdullazadə Fazil Məmmədovun 1 milyon dollarını alıb?
Manyak-qatil arvadını və dörd qızını niyə öldürdüyünü danışdı
Canlı yayımda tamaşaçı ilə Zaur arasında GƏRGİNLİK: Səni görəndə əsəbləşirəm - FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin