Xəbər lenti
27/05/2018 [23:32]:
"Bu cümhuriyyəti Məhəmməd Əmin bəylər elə dəyərlər üzərində qurmuşlar ki..."
27/05/2018 [23:18]:
Çin ABŞ-ı beynəlxalq hüququ pozmaqda ittiham etdi
27/05/2018 [23:17]:
Çay ilə "yola getməyən" 3 məhsul - Limon, süd və şəkər...
27/05/2018 [23:08]:
"Nəzərə alsaq ki, Azərbaycan Xalq Cümhuriyyətini Rusiya tanımayıb, onda hər şey aydın olar"
27/05/2018 [22:41]:
ABŞ və Şimali Koreya sammiti üçün növbəti addım
27/05/2018 [21:39]:
Əsəddən ölüm mesajı: “Bu, sənin son şansındır”
27/05/2018 [21:04]:
Fransanın xarici işlər naziri Şəhidlər xiyabanında - Fotolar
27/05/2018 [21:03]:
“Həqiqi addımlar atmağın vaxtı çatıb” - Polad Bülbüloğlu
27/05/2018 [20:29]:
"Bizim hər birimiz bu dövləti qorumağa, onun dəyərini, qədrini bilməyə borcluyuq"
27/05/2018 [20:24]:
Həkimlərin iyirmi dəqiqə vaxt verdiyi qız ölmədi- FOTOLAR
27/05/2018 [19:58]:
Bülbüloğlu Rusiyadan əsas gözləntisini açıqladı: “Qarabağ...”
27/05/2018 [19:57]:
UFAZ-da Fransanın Avropa və XİN fondunun arxiv sərgisinin açılış mərasimi keçirildi
27/05/2018 [19:48]:
Tarixçi alim etiraz etdi: "Simvolları bu günə qoymaq olmaz!" (FOTO)
27/05/2018 [19:42]:
Səfir: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün həqiqi addımlar atmağın vaxtı çoxdan çatıb"
27/05/2018 [19:39]:
Emin “Xalq artisti” adını almasını belə qeyd etdi - Video
27/05/2018 [19:36]:
Sərxoş sərnişin pivə üçün təyyarəni bir-birinə vurdu – VİDEO
27/05/2018 [19:35]:
UFAZ tələbələri ActİnSpace beynəlxalq yarışının qalibi olub
27/05/2018 [19:28]:
Azay Quliyevin Cümhuriyyət haqqında məqaləsi dünyaca məşhur portalda dərc edildi
27/05/2018 [19:27]:
4 ayda Azərbaycanda 505 traktor, 130 avtomobil istehsal olunub
27/05/2018 [19:22]:
Kənd Təsərrüfatı Nazirliyində yeni – TƏYİNAT
27/05/2018 [19:20]:
Əlixan Səmədov: "Çox sevincliyəm"
27/05/2018 [19:19]:
Azərbaycan və Fransa iqtisadi toplantı keçirəcək
27/05/2018 [19:18]:
Miri Yusifin fəxri ad sevinci – VİDEO
27/05/2018 [18:14]:
Rusiya İngiltərədən üzr tələb etdi
27/05/2018 [18:11]:
Mohammed Salah Dünya Çempionatında oynayacaq
27/05/2018 [18:08]:
Ziyad Səmədzadə qızına görə Prezidentə minnətdarlıq etdi
27/05/2018 [17:58]:
Ağır atletika üzrə yeniyetmələrin birinciliyi başa çatdı
27/05/2018 [17:57]:
Xərçəng xəstələrinin yeni ümidi “Propolis” - TƏBİƏTİN BƏXŞİŞİ...
27/05/2018 [17:49]:
Avtomobil ikiyə bölündü, sürücünü görən donub qaldı... - İnanılmaz görüntü
27/05/2018 [17:45]:
Gündə 6 litr kola içdi, bu hala gəldi - FOTOLAR
27/05/2018 [16:24]:
İsmayıllıda 7 kənd qazsız qaldı, mal-qaranı sel apardı
27/05/2018 [16:22]:
Biləsuvarda 16 yaşlı qız intihar etdi
27/05/2018 [16:20]:
XİN-dən Paşinyanın oğlunun Qarabağda əsgərlik çəkməsi xəbərinə reaksiya...
27/05/2018 [16:16]:
Türkiyənin məşhur aktyoru yol qəzasında öldü
27/05/2018 [16:15]:
Rəsmi Parisdən Ermənistana ÇAĞIRIŞ: “Qoşunlarınızı dərhal Qarabağdan çıxarın!”
27/05/2018 [16:14]:
Sabahın havası - Bakıda 27 dərəcə isti olacaq
27/05/2018 [16:11]:
Fəxri ad alan Könül Kərimova ağladı
27/05/2018 [16:09]:
Ehtiram Hüseynov Riqada “Sarı Gəlin” və “Laçın”ı ifa etdi... - Möhtəşəm (VİDEO)
27/05/2018 [16:06]:
Avronest rəhbərliyindən Diaspor Komitəsinin sədrinə məktub gəldi
27/05/2018 [15:54]:
6 minə yaxın məmur cəzalandırıldı...
27/05/2018 [15:46]:
Suriyada 4 rus hərbçi öldürüldü, 3-ü yaralandı
27/05/2018 [15:44]:
Polisin reydi zamanı sərxoş sürücü: "Pivə içmişəm ki, ağzım qurumasın" - VİDEO
27/05/2018 [15:39]:
Azərbaycanda 60 kənd işıqsız, 7-si isə qazsız qaldı
27/05/2018 [15:37]:
Gürcüstanda intihar edən azərbaycanlı tələbə haqda yeni AÇIQLAMA…
27/05/2018 [14:51]:
Aya enən dördüncü adam vəfat etdi
27/05/2018 [14:41]:
BAXCP mayın 28-də Novxanı da Rəsulzadənin büstünü ziyarət edəcək
27/05/2018 [14:08]:
Telefondakı bu proqramlar sizi çox əyləndirəcək - FOTOLAR
27/05/2018 [13:51]:
Emin Ağalarov Azərbaycanın “Xalq artisti” oldu
27/05/2018 [13:45]:
İlham Əliyev bu məşhurlara fəxri ad verdi - SİYAHI
27/05/2018 [13:26]:
Məmmədyarovla Drian bir araya gəldi
27/05/2018 [13:20]:
Azərbaycan prezidenti Fransaya səfər edəcək
27/05/2018 [12:57]:
Ronaldu “Real”dan getmək istəyir
27/05/2018 [12:50]:
Qorxunc xəbərdarlıq: - Rusiya elə silah hazırlayır ki...
27/05/2018 [12:39]:
Yəməndə neft şirkətinə hava zərbələri endirilib -Ölənlər və yaralananlar var
27/05/2018 [12:37]:
II Dünya müharibəsində tərk edilmiş sığınacaq... - FOTOLAR
27/05/2018 [12:36]:
100 yaşlı bayrağı təslim alan tədqiqatçı: “Novruz müəllimə əmanətin məndə olduğunu dedim”
27/05/2018 [12:22]:
Rus muzdlularla ABŞ kommandosları arasındakı döyüşün şok TƏFƏRRÜATLARI
27/05/2018 [12:12]:
Məşhur cütlük Fransada evləndi - Fotolar
27/05/2018 [12:08]:
İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirini qəbul edib
27/05/2018 [12:07]:
Bahalı toy etdilər, pulunu da verməyib qaçdılar
27/05/2018 [12:04]:
“Real & Virtual PR” adlı təlim keçirildi - FOTOLAR
27/05/2018 [11:56]:
Azarkeşlər “Real”ın kapitanını təhqir edir
27/05/2018 [11:51]:
Fransanın XİN rəhbəri Bakıya gəlib
27/05/2018 [11:50]:
Dünyanın ən ucuz şəhərləri - Səyahət paketləri
27/05/2018 [11:35]:
Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verdi
27/05/2018 [11:34]:
Prezident təhsillə bağlı gözləntilərini açıqladı
27/05/2018 [11:31]:
Yunanıstanda avtobusu ildırım vurub – FOTOLAR
27/05/2018 [11:21]:
Dünyaya gələcək körpələrin ana bətnində maraqlı görüntüləri - FOTOLAR
27/05/2018 [11:16]:
Bir şüşə şərab 120 min dollara satıldı
27/05/2018 [11:03]:
Gürcüstan NATO-ya daxil olacaq
27/05/2018 [10:52]:
Bu filmə baxanda dəhşətə gəldim – Ayaz Salayev
27/05/2018 [10:50]:
ABŞ uduzdu: "Türkiyə əsas hədəfinə çatır"
27/05/2018 [10:44]:
Filmlərdə çəkilən altı əfsanə otel- FOTOLAR
27/05/2018 [10:37]:
Saqqızın köməyilə arıqlamaq olar - Bir şərtlə ki...
27/05/2018 [10:31]:
Rusiya Türkiyəyə milyard dollar ödəyəcək
27/05/2018 [10:21]:
Fuad Muradovun Türkiyəyə səfəri başa çatıb
27/05/2018 [10:20]:
İrlandiya aborta icazə verdi - 35 illik qadağa ləğv edildi
27/05/2018 [10:18]:
Sumqayıtda ev əşyalarla birlikdə kül olub
27/05/2018 [09:55]:
Cəbhədən son xəbər...
27/05/2018 [09:53]:
Bu yolda sürət həddi azaldıldı
Bütün arxiv bir sırada
17/11/2017 [23:25] - Ədəbiyyat - ( 1408 dəfə baxılıb)

Şər xeyirin bostanına daş atdı...



Gözəl qələm sahibi Cabir Umudla ilk tanışlığımızla bağlı deyəcəklərim sonraya qalsın...

“Mamır olub qayasında bitməz ikən,
Vətən mənə oğul deyər?!”

Kəlbəcərin tanınmış ziyalılarından biri olan gözəl qələm sahibi Cabir Umud oğlu Hüseynov 1954-cü il dekabr ayının 5-də Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcər rayonunda anadan olub. Kəlbəcər rayon 1 saylı orta məktəbi əla qiymətlərlə bitirib. O, hələ kiçik yaşlarında orta məktəbdə oxuyarkən rayonunun “Yenilik” qəzetində saysız şeir və məqalələri dərc olunub. Şairlik istedadı isə atası şair Umuddan keçib. 
Cabir Umud 1973-cü ildə Nəriman Nərimanov adına Tibb İnstitutuna daxil olub. Şeirləri və publisist yazıları ilə tanınan şair ali təhsil illərində də bədii-özfəaliyyət dərnəklərinin fəal üzvü olmaqla yanaşı, öz şeirləri ilə tədbirlərdə dəfələrlə çıxış edir. 1979-cu ildə müalicə işi ixtisası üzrə tam kursu bitirib, həmin ildən doğma rayonuna qayıdıb, əmək fəaliyyətinə Kəlbəcər rayon Aşağı Qılınclı kənd xestəxanasında həkim-terapeft kimi başlayaraq baş həkim vəzifəsinə kimi yüksəlmişdir. 
1993-cü il Kəlbəcər rayonunun işğalından sonra 3 övladı, 2 oğul bir qız atası Cabir Umud ailəsi ilə bərabər qəriblər paytaxtı olan Bakı şəhərində məskunlaşır.

Yaxşı yadımdadır, 09 aprel 2014-cü il tarixdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Ağdaban faciəsinin 22-ci ildönümü ilə bağlı Beynəlxalq Mətbuat Mərkəzində anım tədbirində həm də şair Cabir Umudun “Burda bir kənd vardı” adlı kitabının təqdimat mərasimi keçirilirdi. Kəlbəcərin tanınmış ziyalılarının, şair və yazıçıların, KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş bu tədbirdə tanınmış şair Məmməd Aslan qeyd edir: Kəlbəcərin Ağdaban kəndi erməni seperatçıları tərəfindən qətliama uğradıqdan sonra istedadlı şair Cabir Umud bəşərin görmədiyi müsibət haqqında son dərəcə təsirli “Burda bir kənd vardı” adlı bayatı janrında poema yazmışdır. Bu kitab istər vətəndaş unutqanlığı qarşısında bir haraydı, istərsə də dünyanın sülhsevər qüvvələrinin fikir və düşüncələrinə xitab etmək cəhətdən gərəklidir. Ədəbi tonqal mahiyyətində bir yaddaş vasitəsidir.
Savadlı həkim olmaqla yanaşı şair bu və digər janrlarda olan şeirlərində hər zaman el dərdini, vətən həsrətini, ana yurdun təbiətini tərənnüm edib, elin adət-ənənələrini, şəhidlərini və  işgal tarixini  ürək ağrısı ilə qələmə alaraq doğulduğu elinə-obasına borcunu vermək istəyir. 
Vətən həsrəti, yurd itgisi şairin əsərlərində özünü açıq şəkildə biruzə verir. Onun “Qəm dəyirmanı”, “Bu daş, bu tərəzi”, “Dərdim varsa tək deyiləm” adlı 300-350 səhifəlik şeir kitabları Ağdaban faciəsinə həsr olunmuş və “Burda bir kənd vardı” poeması, 1000-ə yaxın cinaslı bayatıdan ibarət olan “Bayatı yağmuru” kitabı müxtəlif illərdə çap olunub.
Təəssüf ki, şair 2015-ci il iyulun 28-də dünyasını vaxtsız dəyişdi ölməz şair.
Həmkarım Elçin Məmmədli yazır: “Gözəl qələm sahibi, Kəlbəcərin tanınmış söz- sənət insanlarından biri, həkim-şair Cabir Umuda bu dünya yaman vəfasızlıq etdi. Cəmi- cümlətanı 60 yaşı vardı. Bir şair ömrü üçün 60 yaş nədir ki? Amansız bir xəstəliklə neçə müddətdir mübarizə aparırdı və axırda... yox, Cabir Umud məğlub olmadı, sadəcə xəstəlik çox alçaqlıq etdi. Qəlbində hələ deyilməmiş nə qədər sözü, ürəyində nə qədər arzusu qaldı... Şeirində “ Lazım gəlsə, döyüşərik-,

Dedilər, arada bir,
Tapdaq altda qalan yurdun sərkərdəsi,
Gərək olsun əsgəri ilə sırada bir...”

- deyən Cabir Umud elə doğma yurdu Kəlbəcəri tapdaq altda qoyub, bu dünyadan köçdü. Vətən sevgisinin, yurd həsrətinin insanı necə məhv etdiyini mən Cabir Umudun timsalında gördüm. Vətən həsrəti, yurd eşqı şairi içəridən yeyib üzdü, qorun-qorun yandırdı və axırda?.. Bu dünyanın axırı varmı heç? Axırını fikirləşən qəhrəman ola bilməz axı... Cabir Umud isə, dəyişməz əqidəsi, haqsızlığa qarşı yorulmaz mübarizəsi, mərd, vətənpərvərlik ruhlu, torpağına dönük çıxanlar haqda yazdığı qınaqlı şeirləri ilə əsl qəhrəman idi... Ona görə də yazırdı:

“Mənim yolum o yollardan ayrıdır,
Cığırmıdır, ya izmidir, mənimdir.
Əqidəm bir, amalım bir, işim bir
Yanlışmıdı, ya düzmüdü, mənimdir.”


Biz də öz növbəmizdə şairə Allahdan qəni-qəni rəhmət diləyib, bir neçə şeirini oxuculara təqdim edərək gözəl insan Cabir Umudla ilk tanışlığımızla bağlı deyəcəklərim onun folklorumuza dəyərli töhfə olacaq hazırda işıq üzü görəcək “Sazın dastanı” poemasının təqdimatına qalsın deyirəm.



Vətən mənə oğul deyər?
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında biterdim
Məmməd Araz

Mamır olub qayasında bitməz ikən,
Vətən mənə oğul deyər?!
Dağlarında qıyya çəkib ötməz ikən,
 Vətən mənə oğul deyər?!

Buz bulağı yad əllərə sərinlikdir, 
Qisas almaq-ər istəyir, ərənlikdir,
Dərdi, qəmi nəhayətsiz dərinlikdir,
Vətən mənə oğul deyər?!

Dərilərkən tapdalanar çiçəkləri,
Sevilərkən, ləkələnər göyçəkləri,
Görə-görə anlamıram gerçəkləri,
Vətən mənə oğul deyər?!

Naxış salmır zəmilərə lalaları,
Öz oduna qalanıbdı talaları,
Yağmalanıb quş səkməyən qalaları,
Vətən mənə oğul deyər?!

Nə müddətdir düyün düşüb qaşlarına,
Niyə qanım çilənməyib daşlarına?
Nə qədər ki, dözürəm göz yaşlarına,
Vətən mənə oğul deyər?!

Nə qədər ki, süslüyümü boğmamışam,
Nə qədər ki, yanğısına yağmamışam,
Nə qədər ki, qeyrətimi boğmamışam, 
Vətən mənə oğul deyər?!

Nə vaxt qanım daşlarında güllənəndə,
Adım-sanım, yer üzündə bəllənəndə,
Qara zurna yurd yerində dinlənəndə
Vətən mənə oğul deyər!


Şair dünyası
Deyirlər, şairlər kövrək olurlar,
Kövrəklik, şairin elə  dünyası,
İçində bir Kərəm, bir Əsli yanır,
Pərən-pərən düşüb Lələ dünyası.

Bir çiçəyi açır, bir gülü solur,
Bir xoş təbəssümdən bəxtiyar olur,
Gah könlü talanır, gah gözü dolur,
Döyülür yağışa, yelə dünyası.

Günləri ötüşmür qayğıdan uzaq,
Bir anı yaşamır duyğudan uzaq,
Məhəbbəti deyil sayğıdan uzaq,
Cəfasıynan təndi şələ dünyası. 

Bir bilən varmı ki, qəlbi nədəndi? 
Kövrəklikdən bağrı zədən-zədəndi,
Bir cəfakeş ürək, bir də bədəndi,
Sirrin bildirməyib hələ dünyası.

Qəlbinə toxunsan, ah-aman olar,
Simsarı bir dərdi, bir zaman olar,
Şairin yanması nə yaman olar,
Bir də gördün döndü külə dünyası. 



Kəfənin cibi olmur
Can eşqinə don tikənlər,
Uzun ölçüb gen tikənlər,
Beş tikənlər, on tikənlər,
Kəfənin cibi olmur.

Fani sevgilərin yolu,
Həsədlə, pisliklə dolu,
Ey azmış nəfsinin qulu,
Kəfənin cibi olmur.

Feyz eylər yaşı dünyanı,
Sən bilmə naşı dünyanı,
İstəsən daşı, dünyanı,
Kəfənin cibi olmur.

Könlünü göylərə səslə,
Yolçu ol, irfanı kəslə.
Rəbbinə sevgilər bəslə,
Kəfənin cibi olmur.

Varı cibdə yaşayarlar,
Var hökmünə daş oyarlar,
Varı cibdə daşıyarlar.
Kəfənin cibi olmur.

Sən qonaqsan, köçmək sənlik,
Sirat öndə, keçmək sənlik,
Iki yol var: seçmək sənlik,
Kəfənin cibi olmur.

Dünyanı belə görürəm”¦
Birdən elə kövrəlirəm,
Göz yaşım içməyim gəlir.
Çeşid-çeşid dərdlərimi
Dəsbədəst seçməyim gəlir.

 Dünyanı elə görürəm,
Düzəlmir hələ, görürəm,
Dünyanı belə görürəm, 
Dünyadan köçməyim gəlir.

Dövran əyib öz yükünü,
Xıırıd eləyir bez yükünü,
Sahmanlayıb söz yükümü,
Hər şeydən keçməyim gəlir.

Yetmir Cabirin hayına,
Başı qarışıb oyuna,
Bu dünyanın öz boyuna,
Bir köynək biçməyim gəlir.


Qara daşın göyərəsi vaxtıdı
Bu dünyanın qara daşı göyərməz.
Musa Yaqub

Dünya tamahına qarındaş olub,
Qara daşın göyərəsi vaxtıdır
Dünya dönüb, özü qara daş olub,
Qara daşın göyərəsi vaxtıdır.

Qara yellər qara-qara əsmədə,
Çıraq yandır, qaranlıqdan küsmə də,
Qara günlər artıq qara kəsmədə,
Qara daşın göyərəsi vaxtıdır.

Bu nə sirdir, döyüş həngi çalınmır,
Qol sınıbmı, zəfər zəngi çalınmır?!
Qara zurna susub, “Cəngi” çalınmır.
Qara daşın göyərəsi vaxtıdır!

O daş sənsən, o daş mənəm, Yurd əsir,
Ormanında tənha qalan qurd əsir,
Göyərməmək dən gözləyən Yurda sir,
Qara daşın göyərəsi vaxtıdır!
Qara daşın göyərəsi vaxtıdır!



Səbrin nə çoximiş, ay ev yiyəsi
Daşdan yaranmısan, daş da əridi,
Səbrin nə çoximiş, ay ev yiyəsi?
Bir günün üstünə illər yeridi,
Səbrin nə çoximiş, ay ev yiyəsi?

Bir budaq gövdədə kəsili qalıb,
Bir alma budaqda küsülü qalıb, 
Bir evin ümidin asılı qalıb,
Səbrin nə çoximiş, ay ev yiyəsi?

Gileylidi ötən zaman, ötən çağ,
Təşnə olub solan bağça, solan bağ,
Səndən ötrü bir bayatı lələdağ,
Səbrin nə çoximiş, ay ev yiyəsi?

Bir həsrət boylanar, hey səni görməz,
Bir istək meylini kimsəyə verməz,
Nə atın kişnəməz, nə itin hürməz,
Səbrin nə çoximiş, ay ev yiyəsi?

Sığalın əlindən alan çiçəklər,
Təhnizdə, töhmətdə qalan çiçəklər,
Halallıq istəyir solan çiçəklər,
Səbrin nə çoximiş, ay ev yiyəsi?

Dağlar qəhərlənər, çənə bələnər,
Yurd yerinə ələm, hüzn ələnər,
Qeyrət, təpər dar ayaqda bilinər,
Səbrin nə çoximiş, ay ev yiyəsi?

Alçaldılan bir belə də yatar,dur!
Torpağında qanqal, tikan bitər, dur!
Bu mütilik, bu donuqluq yetər, dur!
Səbrin nə çoximiş, ay ev yiyəsi?
Səbrin nə çoximiş, ay ev yiyəsi?


Daş yozumu
Daş yozumu həm müəmma, həm aşkar
Daş yozumu dildə gerçəyə döndü.
Daş yozumu zərb-məsəl donunda,
Sözün çətirində ləçəyə döndü.

Birinə dedilər başı daşlıdı,
Birinə dedilər daşın atılsın!
Birinə ən ağır cəza verildi:
Dedilər, meydanda daşa tutulsun!

Sirri açmamağa qərar verdilər:
“Bir daş altda, bir daş üstdə” ”“ məsəldi.
Mətinliyin, igidliyin görkünə
Daş dəmirdən, daş poladdan əzəldi!

“Daş daşın üstündə qalmasın gərək!”
Ən ağır ittiham, ən ağır cəza.
Yurd daşının qəribliyə düşməsin
Uyarına sala de, kimlər yaza?!

“Sən daş qoyan yerə baş qoyaram mən!”
Ülfətə, hörmətə, qüdrətə baxın!
Daşın əzəməti başla ölçüldü:
Hörmətə, sevgiyə, ibrətə baxın!

Analar qızına öyüd verəndə,
Tapşırdı: Dilinin altına daş qoy!
Atalar iz açan oğullarına
Söylədi: Yurdunda daş üstdə baş qoy!

Pəncərədən atılan daş sevgiymiş,
Sevgi yurd ovqatlı daş olmalıymış!
Qayalar daşların daş zirvəsidir:
Sevgi o zirvədən baş olmalıymış!

Daşdan-daşa dəymək ”“ nə ağır qarğış”¦
Öyüd imiş başın daşa dəyməsi.
Pərsəngli tərəzi şeytan əməli:
Bağışlanmaz tərəzinin əyməsi.

Şər xeyirin bostanına daş atdı,
“Daldan atılan daş topuğa dəydi!”.
Göy üzünə atılan daş qayıtdı:
Daş yaddaş yaşadan torpağa dəydi.

Özünü haqq bilib, haqqı yenənə
“Bu daş, bu tərəzi” ölçüyə döndü,
Şah ərzinə «elçi daşı» yarandı,
İnsan daş üstündə elçiyə döndü.

Bir ağılsız bir quyuya daş atdı,
Min ağıllı min qınağa çəkildi.
“Daş atıb başını tutan” and içdi:
İsbatına min sınağa çəkildi.

Tarixin yaddaşı daşa yazıldı,
Bir qaya parçası başdaşı oldu. 
Yaxşının saf işi, xeyir əməli
Yamanın başına baş daşı oldu.

Kimi çörəyini daşdan çıxartdı,
Kiminin qisməti daşa çaxıldı.
İnsan bu dünyadan köçüb gedəndə,
Yeri buğda boyda daşa çıxıldı.

Atılan daşların biri də mənəm,
Yurda qayıtmağım daşa keçibdi.
Bir zaman başına tuşlanan o daş ”“ 
Cabir! Qəbrin üstdə başa keçibdi.



Yarım
(Təcnis)
Yarım dedim, yarım mənə küsəndi,
Yarımı da yar elədim yarıma.
Yarım sevdalandı, yarım yarında,
Əcəb lütf elədi yarım yarıma.

Oğrun baxan ya divanə, ya naşı
Köz bağlayar atəşimə yanışı,
Diləyimdir vüsalımla yanaşı,
Bu sevdadan yar yarıya, yar uma.

Verən buta verdi, sənə yar dedim,
Sınamağa bağrım başın yar dedim.
Qədəminə gül olaram yar, dedim
Gedər olsan ya Hələbə, ya Ruma.

Qarşı gələn zərif, zərif yara oxşadı,
Zərifliyi zərif yara oxşadı...
Cabir sevdi zərif yarı, oxşadı...
İstəməyən, səni görüm yarıma.
05.09.2003


Eyləyər
(Divani)
Uzun ömür nəyə lazım, əgər yoxsa səfası,
 Əvvəl-axır əcəl yetər, oda büryan eyləyər.
Gileylənmə, nə faydası, dünyanın yox vəfası,
Dincliyini alar əldənqəmə giryan eyləyər.

Dil nə qədər ötgəmdirsə, yenə başa möhtacdır,
Şah zalımsa, taxt qızılsa, tacı qiymətsiz tacdır,
Gəda əgər hökmdarsa, yenə gədadır, acdır,
Asar-kəsər nahaq yerə, qəlbləri qan eyləyər.

Bu dünyanın hər üzü var, çox güvənmə özünə, 
Bu dünya nazlı gəlintək görünməsin gözünə,
Saçlarına sığal çəkib, gülə, gülə üzünə,
Heç özün də duyamazsan, ömrünü son eyləyər.

Dərdi verər, uf da deməz, hünərin var alma sən,
Sarvana heç fərq eləməz, karvanından qalma sən,
Demə sənlə işi yoxdur, heç arxayın olma sən,
Dərdi arıya döndərər, sinəni şan eyləyər.

Dostu yoxla ömrün boyu, düşmən kimi birbəbir,
İgidin igiddən fərqi bir ehtiyat, bir səbr.
Heç kimlə ülfət bağlamaz qəmin bölməyən Cabir,
Dərdləriylə məclis qurub gecəni dan eyləyər.
Aprel 1978


Bayatı yağmuru
Yay ”“ oxdu,
Əlimdəki: yay ”“ oxdu.
Getdim, yurdu tapmadım:
Ya köçübdu, ya yoxdu...

Dağım haray...
Yaylağım, dağım haray...
Ayrılıq sinəmdə dağ, 
Dağlanıb dağım, haray...

Dağım haray...
Yaylağım, dağım haray...
Kürəyimdə qəm yüküm,
Sinəmdə dağım, haray...

Yar yaxası,
Açılıb yar yaxası...
Hər oda yaxılmaram,
Yaxarsa, yer yaxası!

Yarı gördüm,
Boylandım, yarı gördüm.
Gözlərim tor bağladı,
Gördüm də, yarı gördüm.



Yara belə,
Sinəmdə yara belə.
Qaş çatdı, üz bozartdı,
Nə dedim yara belə?!

Lalə dağlar,
Mən yolçu, lalə: dağlar
Kərəm yandı, qurtardı:
Sinəmi Lalə dağlar.

Yar əlinə,
Xina yax, yar əlinə.
Ox onun, kaman onun:
Yar bilər yaralı nə.

Yar dərsin,
Çiçək açdım: yar dərsin.
Nə pürkamal ustaymış,
Dürüst verib yar dərsin!

Göz əldən gedər
Ağlar, göz, əldən gedər.
Gözlə könül söhbəti,
Getsə gözəldən gedər.

Qana yar,
Zülfün qaçır qana, yar.
Dərdim qaysaq bağlamaz,
Əl dəyməmiş qanayar.

Qəm ələnər,
Üyünər, qəm ələnər.
Qəm əlində Qəmə var:
Ürəyim qəm ələnər


Cəmilə (Çiçək) İsbəndiyarova
AJB və AYB-nın üzvü, prezident təqaüdçüsü

Telefondakı bu proqramlar sizi çox əyləndirəcək - FOTOLAR
Emin Ağalarov Azərbaycanın “Xalq artisti” oldu
II Dünya müharibəsində tərk edilmiş sığınacaq... - FOTOLAR
Dünyanın ən ucuz şəhərləri - Səyahət paketləri
Qadın evinə çağırdığı ustanı zorladı - FOTO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Sərxoş sərnişin pivə üçün təyyarəni bir-birinə vurdu – VİDEO
Cəmiyyət
Azay Quliyevin Cümhuriyyət haqqında məqaləsi dünyaca məşhur portalda dərc edildi
Maraqlı
Xərçəng xəstələrinin yeni ümidi “Propolis” - TƏBİƏTİN BƏXŞİŞİ...
Cəmiyyət
Ehtiram Hüseynov Riqada “Sarı Gəlin” və “Laçın”ı ifa etdi... - Möhtəşəm (VİDEO)
Dünya
Bahalı toy etdilər, pulunu da verməyib qaçdılar
Həftənin ən çox oxunanları
Azərbaycan ordusu Naxçıvan istiqamətində irəlilədi- Böyük ərazini nəzarətə götürdü
Ərinin dostu tərəfindən aldadılan, həbsxanada uşaq dünyaya gətirən və nəhayət, əfv edilən qadının HƏYAT DRAMI
"Bu adam görün nə qədər ləyaqətsizdir ki, öz xalqını erməninin ayağına verir"
Bundan sonra manqaldan kənar gəzəcəksiniz: Alimlər kababın yeni təhlükəsini aşkarladılar...
Qarabağda neytral zona daralır, təmas xəttində istehkamlar tikilir – Hədəflər raketlə VURULACAQ
Korrupsionerin evindən çıxan pullar hamını heyrətləndirdi...- FOTO
"Bu xəyanətinin arxasında köynəyinin altında məharətlə gizlətdiyi paqonlarının "ağırlığı" durur"
Bu baş versə, hamımız yanacağıq - Ərdoğan
“Mən gərək Şuşada qalaydım, orada da öləydim...”- Rəhim Qazıyev
“Xaricdə bank vətəndaşlara, bizdə isə vətəndaşlar banklara yalvarır”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin