Xəbər lenti
25/05/2018 [20:34]:
Bakıda ağlasığmaz iftar menyuları – Gündə 60 manat, ayda 1860 manat…
25/05/2018 [20:27]:
“Bayram Səfərovun evində Şuşanın vəzifəlilərinə dedim ki...” - Rəhim Qazıyev
25/05/2018 [20:22]:
İsraildə fələstinlilərə atəş açmağa icazə verildi
25/05/2018 [20:13]:
Neftçalanın icra başçısı: "Son illərdə rayonda heç kimin adına vətəgə rəsmiləşdirilməyib"
25/05/2018 [20:13]:
Çavuşoğlu lirənin kəskin ucuzlaşmasının səbəbi haqda
25/05/2018 [20:12]:
Kəşfiyyat bölüyünün təlimi başa çatıb
25/05/2018 [20:01]:
Neftçalanın polis rəisi bu saytı xüsusi ittiham qaydasında məhkəməyə verir...
25/05/2018 [19:54]:
60 yaşında döyüşdə ağır yaralanan, ailəsi repressiyaya qurban gedən sufi şairi - ARAŞDIRMA
25/05/2018 [19:47]:
Salah finalda oruc tutacaq? - Baş məşqçidən açıqlama
25/05/2018 [19:32]:
"Bu olaya ölkənin milli təhlükəsiliyinə vurulan zərbə kimi yanaşılmalıdır"
25/05/2018 [19:23]:
Daxili İşlər Nazirliyində AXC-nin 100 illiyi ilə bağlı TƏDBİR
25/05/2018 [19:04]:
BSU-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub
25/05/2018 [18:56]:
“Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir
25/05/2018 [18:55]:
Komitə sədri “SABAH” qrupunun tələbələri ilə GÖRÜŞDÜ
25/05/2018 [18:48]:
Yeni portal-platformanın təqdimat mərasimi keçirilib
25/05/2018 [18:46]:
Dünyada yeni ölümcül virus yayıldı - Meyitlər belə dəfn edilir (FOTO)
25/05/2018 [18:38]:
Deputata “Xalq yazıçısı” adı verildi
25/05/2018 [18:32]:
Elitar Gimnaziyanın şagirdləri ADNSU-da ekskursiyada olublar
25/05/2018 [18:28]:
Binəqədidə yolların yenidən qurulması üçün 1,9 milyon manat AYRILDI
25/05/2018 [18:27]:
İlham Əliyev gürcüstanlı həmkarını təbrik edib
25/05/2018 [18:25]:
Milli Məclis Amnistiya Aktı qəbul etməyəcək - Səbəblər açıqlandı
25/05/2018 [18:20]:
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi heyyətini açıqladı
25/05/2018 [18:19]:
Yeni sürücülük vəsiqələrinin verilmə vaxtı məlum oldu
25/05/2018 [18:18]:
Nazir məşğulluq orqanlarının nöqsanlarını müzakirəyə çıxardı - MÜŞAVİRƏ
25/05/2018 [18:16]:
Azərbaycanda Maliyyə Monitorinqi Xidməti yaradılır
25/05/2018 [18:14]:
107 şagirdin 153 tapşırıq üzrə qiymətində dəyişiklik edildi
25/05/2018 [18:13]:
Dövlət Statistika Komitəsində yeni TƏYİNATLAR
25/05/2018 [18:12]:
Azərbaycan Xalq Cümhuriyyəti - şərəf və ləyaqət tariximiz
25/05/2018 [18:05]:
İlan sancdığı qadın körpəsini əmizdirdi, hər ikisi həyatını itirdi
25/05/2018 [18:03]:
İkinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib -FOTOLAR
25/05/2018 [18:01]:
Salahlı stansiyasının baş yolları əsaslı təmir olunur
25/05/2018 [17:33]:
Dünya çempionatı: Azərbaycan şahmatçısı qalib oldu - VİDEO
25/05/2018 [17:30]:
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti yaradıldı
25/05/2018 [17:25]:
“Azərbaycanı “İsgəndər”lərlə vurmaq Ermənistan üçün intihar olacaq” -Rusiyalı ekspert
25/05/2018 [17:22]:
“Belə olacağını bilsəydim, nə müharibəyə gedər, nə də əlil olardım” -Erməni hərbçi
25/05/2018 [17:17]:
Nazirdən əhaliyə şad xəbər: "Maaşdan ödənilən vergilər azaldılır"
25/05/2018 [17:12]:
DİM: 107 şagirdin 153 tapşırıq üzrə qiymətində dəyişiklik edilib
25/05/2018 [17:09]:
“Mətbuatımıza nəzər salanda, adama elə gəlir ki, Azərbaycanda həkim yoxdur” - MÜSAHİBƏ
25/05/2018 [16:59]:
Azərbaycanlılar fermeri öldürüb arvadına təcavüz etdilər - Rusiyada şok
25/05/2018 [16:56]:
Nazir: "İşsizlərin məşğulluğunun təmin edilməsi göstəriciləri qənaətbəxş deyil"
25/05/2018 [16:54]:
"İnanıram ki, digər həkimlər də Anar Quliyev kimi humanist addım atacaqlar"
25/05/2018 [16:49]:
Şahid: "Arif Alışanovla yanaşı onun yanında olan şəxsləri də güllələməyimi tapşırdılar"
25/05/2018 [16:47]:
“Azərbaycanda işsizliyin səviyyəsi 5 faiz civarındadır”
25/05/2018 [16:36]:
Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüat: "Cəsədlər qayığa bağlıydı..."
25/05/2018 [16:31]:
Əsl təhlükə Rüstəm İbrahimbəyov kimi açıq ermənipərəstlər deyil…- 7 cümlədə 7 dərd
25/05/2018 [16:19]:
Fəxrəddin Manafov İbrahimbəyovun ittifaqından getdi -"O qurumda artıq heç kəs qalan deyil"
25/05/2018 [16:18]:
Ağız qoxusundan qurtulmağın 5 YOLU
25/05/2018 [16:11]:
Büdcədən xərclənən milyonların taleyi – “Bakı Abadlıq Xidməti”nin şübhəli işləri
25/05/2018 [15:58]:
“Bu namərdlik və əxlaqsızlıqdır”
25/05/2018 [15:53]:
“Azərbaycan dövlətçilik tarixində Xalq Cümhuriyyətinin rolu” adlı tədbir keçirildi
25/05/2018 [15:46]:
“Əfv sərəncamı göstərdi ki, Azərbaycan vətədaşı həmişə ölkə başçısının diqqətindədir”
25/05/2018 [15:41]:
"Namiq Qaraçuxurluya ərə getmək istəyərdim" - ATV aparıcısı
25/05/2018 [15:26]:
Londonda AXC ilə bağlı tədbir - Nərgiz Paşayeva da qatıldı
25/05/2018 [15:22]:
Bu qızcığazı həbsxanada dünyaya gətirib... - 4 oğlu var idi
25/05/2018 [15:12]:
Azərbaycanda doğulmuş daha bir erməni Bakıya səfər etdi
25/05/2018 [15:01]:
ABŞ Türkmənistan pambığının tədarükünə qadağa qoydu
25/05/2018 [14:58]:
“3-4 ay olardı ki, tərəddüd edirdim, yazım, yoxsa yazmayım...” -Ayaz Salayev
25/05/2018 [14:55]:
Sarkisyanın partiyası növbədənkənar seçkilərə getməyəcək
25/05/2018 [14:54]:
İlham Əliyevin imzaladığı əfv sərəncamının icrası başa çatdı
25/05/2018 [14:50]:
Türkiyənin müdafiə nazirinin müavini bu gün Gəncəyə gələcək
25/05/2018 [14:31]:
Nazir: “Kənd Təsərrüfatı Nazirliyinin iş prinsipləri dəyişəcək”
25/05/2018 [14:27]:
“Hec kimə belə sonluq arzulamazdım...”
25/05/2018 [14:25]:
“Yol hərəkəti haqqında” qanun DƏYİŞDİRİLİR
25/05/2018 [14:19]:
Azərbaycan Xocalı aeroportunu vura bilərmi? - "Hansısa addımlar ata bilərik”
25/05/2018 [14:16]:
Sabahın hava proqnozu açıqlandı
25/05/2018 [14:11]:
“Tom və Cerri”dəki pişik kimi…" - Xameneyidən ABŞ-a
25/05/2018 [14:09]:
Aprel döyüşlərinin qəhrəmanı telekanalları ittiham etdi: “İşğalda olan şou-biznesimizdir, yoxsa torpaqlarımız?”-VİDEO
25/05/2018 [14:09]:
Proletariatın rəhbərinin heykəllərinin sonu... - FOTOLAR
25/05/2018 [14:07]:
Röya Türkiyədə 3-cü oldu - Tənqid olunmuşdu
25/05/2018 [13:58]:
Fatehlə Rəvan çoxarvadlılığı təbliğ edir? - MTRŞ-dən açıqlama
25/05/2018 [13:43]:
“Moderator.az saytına xüsusi təşəkkürümü bildirirəm...” -Saday Şəkərli...
25/05/2018 [13:40]:
"Bu məsələyə cavabdehlik daşıyan səlahiyyətli şəxslər niyə senari ilə tanış olmayıblar?"
25/05/2018 [13:25]:
Təhqirlərə dözməyən "hipopotam" 44 kq arıqladı - FOTOLAR
25/05/2018 [13:18]:
“Fransanın XİN rəhbərinin ölkəmizə səfəri kifayət qədər əhəmiyyətlidir”
25/05/2018 [13:15]:
Vahid Ələkbərov: "Neftin hazırkı bazar dəyəri spekulyativdir"
25/05/2018 [13:14]:
Tələbələr Hasilat Sənayesində Şəffaflıq təşəbbüsü ilə bağlı məlumatlandırıldı
25/05/2018 [13:13]:
“Bakı gözəli” yarışmasında birincilik üstündə dava – VİDEO
25/05/2018 [12:55]:
ADPU-da Reytinq Qiymətləndirilməsi ilə bağlı müzakirələr keçirildi
25/05/2018 [12:55]:
“Əlli ilik ömrümün yarısı Qarabağsız keçib...”
25/05/2018 [12:51]:
"Bu imzalanma mərasimini Azərbaycanda "Əsrin kontraktı" adlandırmaq olar"
Bütün arxiv bir sırada
18/11/2017 [00:56] - Siyasət - ( 4550 dəfə baxılıb)

“Eynulla Fətullayev bilmədiyini danışır, həyatıma sui-qəsd cəhdinin “Quska” ilə əlaqəsi yoxdur"



“Eynulla Fətullayev bilmədiyi məsələlərdən danışır. 1998-ci ildə mənim həyatıma sui-qəsd cəhdinin “Quska” ilə heç bir əlaqəsi yoxdur və o, elə bir söz deməz”.

 Bunu ADP sədri Sərdar Cəlaloğlu barəsində yayılan iddialara aydınlıq gətirərkən deyib.

Sərdar bəyin bildirdiyinə görə, onu həmin vaxt mərhum Prezident Heydər Əliyevin cangüdənləri döyüb və Hüseyn Abdullayev bu adamlara göstəriş verəcək gücdə deyildi.

Həmsöhbətimiz sui-qəsdə məruz qalmasının səbəblərinə də aydınlıq gətirib:

“Həmin vaxt qardaşım Qurban Məmmədov həbs olunmuşdu. Mən də onun azadlığa buraxılması üçün radikal mübarizə aparırdım. Keçirilən ardıcıl mitinqlərdə Heydər Əliyevin istefasını tələb edirdim. Görünür, apardığım bu mübarizə siyasi hakimiyyəti narahat edirdi. Onlar da məni ortadan götürmək istəyirdilər”.

Özünün etirafına görə, bir gün evdən işə gələrkən, yolda bir adamın gənc bir idmançıya Sərdar bəyi göstərib nəsə dediyini görən ADP sədri təhlükəsizlik tədbirlərini artırır: “Bu hadisədən sonra işdən evə, evdən işə öz tərəfdarlarımın əhatəsində gedib gəlirdim. Dolayısyla həmin idmançılar məni yolda tək yaxalaya bilmirdilər.

Yolda qarşılaşdığım hadisədən bir neçə gün sonra isə partiyamıza yeni üzv yazılan iki nəfər mənimlə işləri olduqlarını dedilər. Xahiş etdilər ki, tərəfdarlarımı evlərinə getmələrini tapşırım və bu gün məni onlar müşaiyyət etsinlər. Mən də vacib sözləri olduğunu düşünüb bu ricalarını yerinə yetirdim. Partiya qərargahından çıxıb evə gedərkən, məndən həyatıma sui-qəsd ediləcəyindən çəkinib-çəkinmədiyimi soruşdular. Bu suala ciddi əhəmiyyət vermədim. Əbu-bəkr məscidinin yanındakı yanacaqdoldurma stansiyasına çatanda yolu keçərkən onlar məndən dala qaldılar. Yolun digər tərəfinə tək keçdim. Bu zaman üzərimə bir neçə idmançının töküldüyünü gördüm. Bir də onda gözümü açdım ki, qaranlıq çöküb, ulduzlar görünür. Halbuki, mən partiyadan çıxanda hava hələ aydınlıq idi. Anladım ki, neçə saatdan bəri yolun ortasında özündən getmiş vəziyyətdə qalmışam. Ətrafıma baxanda mənimlə bərabər partiyadan çıxan həmin iki nəfəri başımın üstündə gördüm. Onlardan nələr baş verdiyini soruşdum. Mənə bir neçə nəfər tərəfindən döyüldüyümü bildirdilər”.

Sərdar Cəlaloğluya görə, sui-qəsdçilər onun öldüyünü düşünüb hadisə yerindən uzaqlaşıblar. Yanında olan həmin iki nəfər isə onun ölümünə tam əmin olmaq üçün orda dayanıblar. Sərdar bəyin yenidən özünə qayıtması sui-qəsdçilərin planını pozub. Daha sonra elə həmin iki nəfərin iştirakı ilə təcili yardım maşınında xəstəxanaya aparılan Sərdar Cəlaloğlu ilkin tibbi yardımını alıb 16 saylı polis idarəsinə yollanır:

“O zaman həmin idarənin polis rəisi Naxçıvanda Nünü ləqəbiylə tanınan İbrahimov idi. Polis rəisinə başıma gələnləri danışdım. İdarədə Nəbi adlı bir polis zabiti də dediklərimi dinləyərək, mənə sui-qəsd törətmək istəyənlərin artıq neçə gündür ki, o ərazidə gəzişdiyini etiraf etdi. Bir gün onlardan burda nə gəzdiyini soruşanda az qala polis zabitini də döymək istəyiblər. Özünün dediyinə görə, zorla onların əlindən qurtulan Nəbi onların kimliyi ilə maraqlanıb. Məlum olub ki, bu adamlar Heydər Əliyevin cangüdənləridir”.

Etirafın bu yerində idarə rəisinin Nəbiyə göz ağartdığını və açıq şəkildə bu cür söhbətlər etməməyi  tapşırdığını deyən Sərdar bəy bu iraddan sonra polisin dediklərini dandığını bildirir. Sərdar bəylə bərabər polis idarəsinə gedən iki nəfər də eyni yolu tutaraq, hadisənin şahidi olmadığını deyiblər. ADP lideri bundan sonra Nərimanov rayon Prokurorluğuna şikayət etməli olub. Rayon prokurorluğunun müstəntiqi hadisə ilə əlaqədar cinayət işi açıb, amma bu işi apara bilməyəcəyini gizlətməyib:

“Müstəntiq dedi ki, mən cinayət işini açılmamış vəziyyətdə buraxacağam. Nə qədər ki, bu hakimiyyət mövcuddur, bu işin istintaqı aparıla bilməz. Ona görə işi açılmamış vəziyyətdə buraxıram ki, bir gün hakimiyyət dəyişilsə, siz hadisənin istintaqının bərpasını tələb edəsiniz. Yalnız o zaman sui-qəsd cəhdi hüquqi qiymətinə ala bilər”.

S.Cəlaloğlunun bildirdiyinə görə, sui-qəsd cəhdinin bütün iştirakçılarının adı ona da, prokurorluq orqanlarına da bəllidir və onların “Quska”yla heç bir əlaqəsi yoxdur.

Maraqlıdır ki, Sərdar bəyi sui-qəsdçilərin yanına aparan 2 nəfər sonradan hökumət tərəfindən mükafatlandırılıb: “Onlardan biri MTN işində adı hallanan və həbs olunan Beytulla Hüseynovun qardaşı Xeyrulla Hüseynovdur. Peşəcə biologiya müəllimi olan Xeyrulla mənə qarşı baş tutmayan sui-qəsd cəhdindən sonra Xətai rayonu icra başçısının müavini təyin olundu. Digər şəxsə isə Milli Onkoloji Mərkəzinin rəhbəri Cəmil Əliyevin müavini vəzifəsi verildi. O indi də bu vəzifəni icra edən Vaqif Məmmədovdur”.

Eynulla Fətullayevin bu cür qeyri-obyektiv iddianı irəli sürməsinə gəlincə, Sərdar bəy bunu iki səbəblə əsaslandırır: “Onun məqsədlərindən biri əvvəlki dostu, indiki rəqibi “Quska”nı terrorçu kimi göstərmək və ölkəyə geri qaytarılması təhlükəsi təhdidilə susdurmaqdır. Digər məqsəd isə açılmayan bu cinayət hadisəsini başqasının adına yazmaq və əsl cinayətkarların əməlini təmizləməkdir”.

Sərdar Cəlaloğlu başına vedrə keçirilməsini də inkar edir. Özünün vəhşicəsinə döyüldüyünü, beyninə qan sızdığını deyən ADP lideri bu xəsarətlə əlaqədar ABŞ-da dəfələrlə müalicə olunub. Amma beynindəki qan tamamilə sovrulmayıb. O, indi də başağrılarından əziyyət çəkir.

Eynulla Fətullayevin iddiası:

"Bir gün Nardaran tərəfə gedərkən, (Hüseyn Abdullayev) yol üstü mənə bir hadisəni nəql etdi: "Bilirsənmi, mənim bu hakimiyyət qarşısında böyük xidmətlərim var. 1998-ci ildə Sərdar Cəlaloğlu mətbuatda rəhmətlik Heydər Əliyevi bərk təhqir edirdi. Bu hamıya pis təsir edirdi. Və mən uşaqlara göstəriş verdim ki, evə qayıdan zaman, yaşadığı evin blokunda Sərdar Cəlaloğluna basqın etsinlər. Uşaqlar, gecə vaxtı, evə qayıdan Cəlaloğlunun başına vedrə salıb, taxta ilə o qədər başına vurdular ki... Yaxşı ki, ölmədi"..." (Ovqat.com)

Ağız qoxusundan qurtulmağın 5 YOLU
“Moderator.az saytına xüsusi təşəkkürümü bildirirəm...” -Saday Şəkərli...
Kənd məktəbində biabırçılıq! - Müəllim qadın tualetinə kamera yerləşdirdi
Məşhur filmlərdə gördüklərinizə inanmayın - Reallıq başqadır+Fotolar
Vida öpüşü zamanı sevgilisinin dilini dişlədi – VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Köşə
Əsl təhlükə Rüstəm İbrahimbəyov kimi açıq ermənipərəstlər deyil…- 7 cümlədə 7 dərd
Cəmiyyət
“Əfv sərəncamı göstərdi ki, Azərbaycan vətədaşı həmişə ölkə başçısının diqqətindədir”
Cəmiyyət
Proletariatın rəhbərinin heykəllərinin sonu... - FOTOLAR
Siyasət
“Fransanın XİN rəhbərinin ölkəmizə səfəri kifayət qədər əhəmiyyətlidir”
Cəmiyyət
“Avtoritar idarəçiliyi olan məktəb direktorlarının yenilikçi müəllimləri qəbul etmək fikirləri yoxdur”
Həftənin ən çox oxunanları
Alpinistlərlə bağlı şok iddia - “Meyitlər şübhəli şəkildə, anidən tapılıb”
"Bu adam görün nə qədər ləyaqətsizdir ki, öz xalqını erməninin ayağına verir"
Korrupsionerin evindən çıxan pullar hamını heyrətləndirdi...- FOTO
Bundan sonra manqaldan kənar gəzəcəksiniz: Alimlər kababın yeni təhlükəsini aşkarladılar...
"Bu xəyanətinin arxasında köynəyinin altında məharətlə gizlətdiyi paqonlarının "ağırlığı" durur"
Bu baş versə, hamımız yanacağıq - Ərdoğan
"4 bacının tək qardaşı idi..." - Dünən şəhid olan əsgərimizin FOTOSU
“Xaricdə bank vətəndaşlara, bizdə isə vətəndaşlar banklara yalvarır”
"Ermənistanda Naxçıvan daha populyardır, çünki…" -Ehtiyatda olan polkovnik
“Özünə ayaqyolu axtaran xanım video çəkməz...” - “Unibank”dan müştəri ittihamına cavab...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin