Xəbər lenti
14/08/2018 [12:26]:
"26 ildən çoxdur ki, onunla həm Azərbaycanda, həm də xaricdə eyni səhnələri paylaşırıq"
14/08/2018 [12:23]:
"Heç kimin altına uzanmamışam" - Təranə görün nəyini satışa çıxardı - FOTO
14/08/2018 [12:19]:
İntiqam Qasımzadə və yaxud: sonuncular...
14/08/2018 [12:13]:
Qubad İbadoğlu Türkiyədəki böhranı niyə meşə yanğınına bənzətdi?
14/08/2018 [12:13]:
“Qurban bayramı ərəfəsində amnistiya ola bilər” - PROQNOZ
14/08/2018 [12:12]:
Binəli Yıldırım: "“Dollar böhranı”ndan da uğurla çıxacağıq"
14/08/2018 [12:10]:
Xaçmazda 50-dən çox sürücü CƏRİMƏLƏNDİ
14/08/2018 [12:09]:
Cocuq Mərcanlıda müəllim olmaq istəyənlər – Vakansiya var
14/08/2018 [12:06]:
"Bu işi başlı-başına buraxmaq və ya Mədəniyyət Nazirliyinin bir şöbəsinin ümidinə qoymaq olmaz"
14/08/2018 [12:04]:
Bərdədə qaçırılan 17 yaşlı qız tapılıb - YENİLƏNİB
14/08/2018 [11:58]:
"İran, Türlkiyə və Rusiyanın iqtisadi böhranı dərinləşsə və uzumüddətli olsa..." - XƏBƏRDARLIQ
14/08/2018 [11:56]:
“ASAN” mərkəzlərinin iş qrafiki dəyişdirildi
14/08/2018 [11:53]:
Xatirə İslam yeni evə köçdü - FOTOLAR
14/08/2018 [11:50]:
“Bir kişinin sənin bacınla zina etməsinə razı olarsanmı?..” –Bir gəncə sual...
14/08/2018 [11:48]:
“Televiziyalardan gic-gic verilişləri, əxlaqsız, mənəviyyatsız adamları yığışdırmaq lazımdır”
14/08/2018 [11:45]:
Azərbaycanlı aktrisa kürklə dənizə girdi - FOTO/VİDEO
14/08/2018 [11:36]:
"Həmişə zəhərlənmə olanda yiyəsiz malın üstünə atırlar..." - "Tonqal"dakı "tonqal" böyüyür
14/08/2018 [11:33]:
Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb
14/08/2018 [11:13]:
Hava ilə işləyən avtomobil yaradıldı - FOTO
14/08/2018 [11:07]:
Ağır yük maşının üzərinə düşdü: möcüzə nəticəsində sağ qaldılar - VİDEO
14/08/2018 [10:57]:
ABŞ-la müharibə, yoxsa sülh? – Xamneyi seçimini açıqladı
14/08/2018 [10:56]:
“Müharibəyə hazırlaşın” - Dəniz komandanından dünyanı qorxudan çağırış
14/08/2018 [10:47]:
Ağ Evdən Türkiyə səfirinə “yox” cavabı verildi
14/08/2018 [10:24]:
İstirahət mərkəzlərinin sahibləri cərimələndi
14/08/2018 [10:14]:
Həyat yoldaşı Sərdar Ortaca QADAĞA qoydu
14/08/2018 [10:13]:
Bakıda süpürgəçiləri xüsusi texnika əvəzləyəcək
14/08/2018 [10:09]:
Salyan Rayon Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni müdir təyin olundu
14/08/2018 [10:06]:
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 88 dəfə pozdu
14/08/2018 [10:03]:
Bir həftədə Ukraynada 240-a yaxın uşaq itkin düşdü
14/08/2018 [10:02]:
Bu yerlərdə heyvan kəsmək olmaz - Agentlikdən bayram xəbərdarlığı
14/08/2018 [10:00]:
Salyanda 3 uşaq anası pomidordan zəhərlənərək öldü
14/08/2018 [09:40]:
Oksana gizli ərə gedib: "1 ildir ki, evliyəm"
14/08/2018 [09:02]:
Fələstin ailəsinin 103 il Osmanlı əsgərindən əmanət saxladığı TÜRK LİRƏLƏRİ üzə çıxdı... - FOTO
14/08/2018 [08:58]:
Həccə getməyən, amma Həcci qəbul olunan kişinin əhvalatı - İBRƏTAMİZ...
14/08/2018 [08:43]:
75 yaşlı alman ölümündən bir neçə an öncə müsəlman oldu - VİDEO
13/08/2018 [23:26]:
Azərbaycanlı Tünzalə xanım Amerikada necə biznesmen oldu? - İbrətamiz tarixcə...
13/08/2018 [23:11]:
Türklər dollara qarşı belə müharibə aparır - Dünyanı heyran qoyan FOTOLAR
13/08/2018 [22:53]:
Reperi samuray qılıncı ilə öldürdülər
13/08/2018 [22:49]:
Abdullah Gül Trampı “qlobal təhlükə” adlandırdı
13/08/2018 [22:19]:
Bərdədə 17 yaşlı qız qaçırıldı
13/08/2018 [21:51]:
"Nikol Paşinyan o qədər əcaib, o qədər qeyri-ciddi hərəkətlərə yol verib ki..."
13/08/2018 [21:37]:
"Deyəsən, Amerikada Türkiyəni Ermənistanla səhv salıblar..."
13/08/2018 [21:17]:
Ermənistanın müdafiə naziri Qarabağa gəldi
13/08/2018 [21:01]:
Azərbaycanlı turstlər üçün TƏHLÜKƏ: Qara dəniz sularında virus yayıldı
13/08/2018 [20:44]:
Trampın seçilməsinə mane olmaq istəyən xəfiyyə işdən qovuldu
13/08/2018 [20:10]:
Bakının üç rayonunda qaz olmayacaq
13/08/2018 [20:08]:
Türkiyəli nazir Avropa Birliyinə səsləndi
13/08/2018 [19:46]:
“Qaçqınkom”dan intihara cəhd edən şəxslə bağlı AÇIQLAMA: “Hüquqi qiymət veriləcək”
13/08/2018 [19:46]:
Nepalda rusiyalı səfir öldü
13/08/2018 [19:45]:
Xamenei ABŞ-la danışıqları qadağan etdi
13/08/2018 [19:38]:
ABŞ generalı dəhşət saçan yeni silahdan danışdı
13/08/2018 [19:36]:
Bu qızın nə bəslədiyini görəndə çox təəccüblənəcəksiniz - İNANILMAZ...
13/08/2018 [19:26]:
Ermənilər Şuşada Aprel savaşı haqda bədii film çəkir... - “Cənnətin qapısı”- FOTOLAR
13/08/2018 [19:17]:
Yanan Narkoloji Mərkəzlə bağlı ibtidai istintaq yekunlaşıb
13/08/2018 [19:13]:
"Generala dedim ki, bu cür imkanlarla nəinki işğaldakı torpaqlarımızı, İrəvanı da geri qaytara bilərik"
13/08/2018 [18:59]:
Hava ilə işləyən avtomobil hazırlandı – VİDEO
13/08/2018 [18:50]:
Mağazaya basqın edən qrupun daha bir üzvü saxlanıldı - NƏRİMANOVDA
13/08/2018 [18:43]:
Akif Çovdarovun cinayət işində zərərçəkmiş şirkət rəhbərinin həbs müddəti uzadıldı
13/08/2018 [18:42]:
Xüsusi təlim görən qarğalar siqaret kötükləri və zibil yığacaqlar - VİDEO
13/08/2018 [18:39]:
Ermənistanda siyasi EHTİRASLAR – Qarabağ klanı Paşinyana əks-həmləyə keçdi
13/08/2018 [18:29]:
Şəhadət gətirərək müsəlman olan pilot göz yaşlarına boğuldu - VİDEO
13/08/2018 [18:27]:
İrana səfər edən norveçli nazir istefa verməli oldu
13/08/2018 [18:15]:
Əlini öpən deputatı istefa verib, partiyasına keçməyə səslədi
13/08/2018 [18:13]:
Ərdoğan: "ABŞ bizə arxadan zərbə vurmaq istəyir"
13/08/2018 [17:45]:
ADP İdarə Heyətinin növbəti toplantısı keçirildi
13/08/2018 [17:40]:
Koçaryan məhkəmə zalından azadlığa buraxıldı
13/08/2018 [17:39]:
Magistraturanın boş qalan yerləri ilə bağlı XƏBƏRDARLIQ
13/08/2018 [17:19]:
Təhsil Nazirliyi şöbə müdiri olmaq istəyənlər üçün müsahibə elan etdi
13/08/2018 [17:08]:
Dəvə avtomobilin kabinəsinə girdi... - Dəhşətli qəzadan görüntülər...
13/08/2018 [17:00]:
FHN generalının otellər şəbəkəsi üzə çıxdı - FOTO
13/08/2018 [16:48]:
“Ermənistanı yerinə oturdana kimi belə hadisələr olacaq”
13/08/2018 [16:43]:
Petkim MIT-nin Sənaye Əlaqə Proqramına (ILP) üzv oldu...
13/08/2018 [16:37]:
DTX hərbçiləri şantaj edən “reket jurnalistləri” saxladı
13/08/2018 [16:32]:
Paşinyanın oğlu Qarabağda and içdi - FOTO
13/08/2018 [16:30]:
Prezident əsgər ölümü ilə bağlı işi nəzarətə götürdü
13/08/2018 [16:10]:
Bərdədə 78 yaşlı qadın intihar edib
13/08/2018 [15:48]:
Xəzər dənizinin statusu haqqında konvensiya erməniləri təşvişə saldı
13/08/2018 [15:46]:
“Nar” müştəri loyallığı indeksinə görə liderdir
13/08/2018 [15:43]:
İsrail hökuməti “Avrovision”a pul köçürməsə... - Bir günü qaldı
13/08/2018 [15:23]:
Azərbaycanlı iş adami ailəsi ilə birlikdə faciəvi şəkildə öldü
Bütün arxiv bir sırada
18/11/2017 [20:12] - Köşə - ( 8367 dəfə baxılıb)

Bərdədə niyə zəlzələ oldu?..

Sultan Laçın

İmam nəvəsi dəfn edilən şəhərdə imam adı daşıyan şəxs  “Leş filankəs” ayamasını üzərinə götürüb on illərlə haram ət biznesi ilə məşğul və məşhurdursa... Allahın qəzəbi tutar, tutmaz?..

Salaməleykum! “Bərdədə niyə zəlzələ oldu?” Bu sualı eyni ilə Azərbaycandakı son  zəlzələnin hiss olunduğu digər bölgələrə, eləcə də qonşu İrana, uzaq Koreyaya da  aid etmək və oxşar cavab da vermək olar:”Yerin dərinliyində gedən tektonik proseslər nəticəsində  Yer qabığının üst qatında baş verən titrəyiş və silkələnmə” və s. Fəqət, sualımızda məhz Bərdənin vurğulanması yalnız zəlzələ ocağının bu qədim şəhərə yaxın olmasıyla bağlı deyil... Sualın cavabına gəldikdə...  Bəzi yalnız maddiyyata bağlı insanlar, alimi-danalar o dəqiqə kükrəyəcək ki, əşşi, bu nə danışır e, bu nə sualdır, zəlzələdir də, təbii fəlakətdir, harda olsa, baş verir... 

Həmişə deyirik, Adəm övladının başına gələn fəlakət və məhrumiyyətlərin çoxu onun bu dünyadakı proses və olaylara əsasən dünyəvi, maddi bucaqdan yanaşmasıdır...

Müasir elm guya ən yüksək inkişaf mərhələsinə çatsa da, alimlər hələ də bir sıra təbii fəlakətlərin, məsələn, ildırım, vulkan və zəlzələlələrin yaranma mexanizmlərini tam izah edə bilmirlər. Həm də onların qarşısını almaqda acizdirlər. Lakin çoxumuzun kəlməbaşı and içdiyi, amma bircə dəfə açıb üzünə baxmadığı, ürəkdən inanmadığı Müqəddəs Qurani-Kərimdə  Yaradanın zəlzələ və digər fəlakətləri hansı səbəblərdən törətdiyi barədə ayələr və  Qiyamət zəlzələsindən bəhs edən ayrıca “Zəlzələ”(Əz-Zilzal”) adlı surə var... 

“İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələlələr baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar”.  

Bunu  Qurani-Kərimin Rum surəsinin 41-ci ayəsində Allah-Təala buyurur. 

Digər bir ayədə isə Yaradan belə deyir:“Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər”( Əş-Şura, 30).

Bu məntiqlə baş verən hər bir fəlakət Allahın öncə xəbərdarlığı, sonra isə cəzasıdır...  

Quranın bu və dugər ayələrinin məntiqi ilə zəlzələ, vulkan, qasırğa və s. kimi kütləvi qırğınla nəticələnən fəlakətlər adətən Allahın qəzəbi tutduğu məkanlarda baş verir. Əxlaqsızlığı son həddə çatmış, kişilərin  kişi, qadınların qadınlarla biabırçı əlaqələrinin kütləviləşdiyi Lut qövmü kimilərin yaşadığı  Sədum və Qomorra şəhərlərinin necə yerlə-yeksan olmasını yadımıza salaq... İtaliyanın vulkan küllələri altında batmış Pompey şəhərini xatırlayaq... 

Sual oluna bilər ki, bəs İslam(!) respublikası olan İranda və yaxud Pakistanda, Əfqanıstanda niyə belə kütləvi insan itkisi və dağıntılarla nəticələnən zəlzələlər tez-tez baş verir- iranlılar ki, İslamdakı buyruqlara ciddi şəkildə əməl edirlər? Əvvəla, bütün müsəlman adlanaraq ibadət edib namaz qılanlar gerçək mömin olsaydı, heç İmam Hüseyn əleyhissəlam qətlə yetirilməzdi... Allah bu dünyadakı ibadət və əməllərimizi öncə niyyətlərimizə görə dəyərləndirir. Bu baxımdan, İranda da nə qədər müsəlmanın günahkar və ya mömin olmasını dürüst deyə bilmərik. İkincisi də, Rəbbimizin bizim dərk edə bilmədiyimiz hesablama, proqrlamşdırma üsullarına və yenə də Quranın bir sıra digər ayələrinin də məntiqinə görə, digər fəlakətlər kimi, zəlzələ də kimlər üçünsə cəza, kimlər üçünsə bu dünyadan günahsız və ya az günahla köçərək Cənnəti qazanmaq xoşbəxtliyi, salamat qalan, yaralananlardan ötrü  bir xəbərdarlıq, ibrət dərsi, evini-eşiyini, əzizlərini itirənlər üçün isə  həm də bir sınaq, bir imtahandır.  Üçüncüsü də biz digər ölkələrdə, eləcə də İranda yaşamadığımızdan oradakı gerçəkliklərin şahidi olmuruq. Ancaq bəndəniz 1992-ci il didərginliyindən bu yana uzun müddət Bərdədə yaşadığından həmin bölgədə baş verənlərə xeyli bələddir... 

Öncə onu deyək ki,  qədimdə 5 yüzillik paytaxt-şəhər olmuş Bərdə islam-türk dünyası və ayrıca Azərbaycan üçün tarixi müqəddəs məkanlardandır.    10-cu əsrdən müsəlman şəhəri olan Bərdəyə bəzən “İmam ayağı dəyən şəhər” də deyirlər. Burada 5-ci İmam Məhəmməd əl-Baqirin qız nəvəsi İsmayıl dəfn olunub. Odur ki, Azərbaycanda cəmi 4 yerdə olan İmamzadələrdən biri də Bərdədir. İmam nəvəsinin məzarı yanında hələ XIV əsrdə ölkəmizdə yeganə olan 4 minarəli məscid tikilib... 


Bərdə ərəbcə “kölə” deməkdir. Bu adın İslamın qəbulundan sonra qoyulduğunu nəzərə alsaq, söhbətin Allahın köləsi, qulu olmaqdan getdiyini anlayarıq.  Sadalanan səbəblərdən Bərdə camaatı tarixən İslama çox bağlı olduğundan bu bölgə halala-harama daim riayət olunan, böyük-kiçiyin yeri bilinən məkanlardan olub.  Elə bu həlim xasiyyətlərinə görə də 1988-1994-cü il Qarabağ savaşı zamannı Bərdə camaatı 100 mindən çox qaçqın-köçkünə mehrubanlıq və qayğıkeşliklə qucaq açıb, onlar da  burada sığınacaq tapıb, yurd salıb yerli camaatla qaynayıb-qarışıb qohumlaşıblar. Buna görə Bərdə sakinlərinə, o cümlədən icra strukturlarına böyük bir təşəkkür düşür...

Təəssüf ki, son onilliklərdə Qərbdən liberal təfəkkür, dəyərsizləşdirmə dalğası digər bölgələrimizdə olduğu kimi, Bərdədə də özünü göstərib. Dinimizə, milli-mənəvi dəyərlərimzə qayıdış prosesi ilə paralel orta yaşlı nəsil və gənclər arasında milli əxlaqımıza uyğun olmayan açıq-saçıqlıq, alkoqola, narkotiklərə hədsiz meyillilik, qazanc əldə etmək üçün halal-haram sərhədlərinin gözlənilməməsi kimi tendensiyalar da qabarıq görsənməyə başlayıb... 

...Episentri  Bərdədən təxm. 23 km şərqdə yerləşmiş məlum zəlzələdən cəmi 5 gün öncə telekanallar və saytlarda Bərdə rayonunun Mirzəxan kəndindən keçən kanalın yaxınlığına tökülmüş onlarla at içalatını-daxili orqanlarını və s. əks etdirən kadrlar nümayiş etdirildi (bax:http://www.moderator.az/news/198618.html).. Həmin olayla əlaqədar bəndəniz “Facebook”da “imam ayağı dəymiş” bir bölgədə belə bir olayla bağlı təəssüfləndiyini bildirən  status da yazmışdı.  Maraqlıdır ki, həmin kənd  zəlzələnin episentri  istiqamətində -Bərdə şəhərindən təxminən 8-9 km şərqdə yerləşir... Nə yazıqlar ki, son bir neçə ildə haram ət alveriylə məşğul olan bölgələr arasında ən çox adı çəkilənlərdən biri də Bərdədir. Demək olar ki, ildə 4-5 dəfə bu bölgədə satmaq üçün nəzərdə tutulmuş keyfiyyətsiz, murdar at, camış, hətta uzunqulaq əti də tapılır. Təəssüf ki, bu işlə qadınlar da məşğul olmağa başlayıb. Sovet dövründə belə işləri qorxa-qorxa görənlər müstəqillik illərində sərbəstlik qazanaraq haram, leş ətlərlə qaz vurub, qazan doldururlar... İş o həddə çatıb ki,  ən məşhur müsəlman imamının adını  daşıyanlardan biri leş satışı işində qazandığı “uğurlar”a görə “Leş filankəs” ayaması ilə hörmətlənib. Şəhərdə şadlıq evləri, mağazaları və s. var... Allahın qəzəbi tutar, tutmaz?..


Bərdədə adının mənası “Əli böyükdür” olan şəxsin kafesində əməlli-başlı priton, fahişəxana açılması haqda xəbəri yəqin ki çoxunuz oxumusuz. Həmin “müasir” kafedə Azərbaycan qızları bədənlərini 15 manata satırlar... (bax:http://az.baku.ws/hot_news/25842-azrbaycanda-fahixanadan-gizli-ckili-qzlar-15-manata-xidmt-gostrir-vdeo.). Allahın qəzəbi tutar-tutmaz?...

Digər şəhərlərimizdə olduğu kimi, Bərdədə də neçə-neçə şadlıq sarayları açılıb ki, burada müsəlman(!) ailələrinin təməlini qoyan toy məclisləri kütləvi “alkaşlıq”la qeyd edilir, gəlinlər  Qərb əxlqına uyğun yarımçılpaq qiyafələrdə yüzlərlə sərxoş kişinin qarşısında əyləşirlər... Allahın qəzəbi tutar, tutmaz?.. 
Hələ rayonda son onilliklərdə icra, məhkəmə, prokurorluq, polis və s. strukturlarında sadə vətəndaşlara edilən haqsızlıqlardan danışmıram ki, bunlar bütün respublikaya aiddir...

Xülasə, zəlzələ oldu, kiçik dalğalarla davam etdi və hələki bitib. Bir də nə vaxt davam edəcəyini yalnız Allah bilir... Zəlzələ həm də Yaradanın onu unudanlara xəbərdarlığıdır ki, heç kəs varı ilə, gücü ilə öyünməsin, hər an, hər kəsi yerin altına batıra bilərəm.. Odur ki,  barı, bundan sonra müsəlman adını daşıyan hər birimiz hər bir düşüncəmizə, davranışımıza, əməlimizə diqqət edək və başqalarını da haram və günah əməllərdən çəkindirək... Və əmrlərini pozmaqda həddini aşdıqlarına görə Allahın bir anın içində batırdığı  əxlaqsız Lut tayfasının aqibətini bir daha yada salaq:

“Onların altını-üstünə çevirdik və başlarına odda bişmiş gildən bərk daşlar yağdırdıq. Bunda (bu əzabda) düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır! Həqiqətən, o (Lut tayfasının yaşadığı Sədum şəhərinin xarabaları Qüreyş kafirlərinin Məkkədən Şama getdikləri) yolun üstündə hələ də durmaqdadır! Bunda möminlər üçün, sözsüz ki, bir ibrət vardır! (Qurani-Kərim, Hicr, 74-78)..

Sultan Laçın

Həccə getməyən, amma Həcci qəbul olunan kişinin əhvalatı - İBRƏTAMİZ...
Bu qızın nə bəslədiyini görəndə çox təəccüblənəcəksiniz - İNANILMAZ...
Hava ilə işləyən avtomobil hazırlandı – VİDEO
Petkim MIT-nin Sənaye Əlaqə Proqramına (ILP) üzv oldu...
Fədayə Qoca ilə münasibətindən danışdı: "Gecələr yata bilmirdim"
İdrak Liseyi - Keyfiyyətli təhsil
Nabranda ailəvi istirahət üçün kotec tipli kirayə evlər. Ətraflı məlumat üçün əlaqə nömrələri:

050 311 11 64, 055 681 11 64

N.Tusi adına Klinika
Cəmiyyət
"Bu işi başlı-başına buraxmaq və ya Mədəniyyət Nazirliyinin bir şöbəsinin ümidinə qoymaq olmaz"
Siyasət
"Nikol Paşinyan o qədər əcaib, o qədər qeyri-ciddi hərəkətlərə yol verib ki..."
Dünya
Dəvə avtomobilin kabinəsinə girdi... - Dəhşətli qəzadan görüntülər...
Cəmiyyət
"Əgər bələdiyyə sədri xalq tərəfindən seçilsə, pis işləyərsə..."
Siyasət
“İran Ermənistana görə Rusiya ilə münasibətlərini korlamayacaq”
Həftənin ən çox oxunanları
Yaponların başqa planetdə yaşadığını sübut edən 30 heyrətamiz fakt - FOTOLAR
“Hansısa ərəbin mənim şəhərimdə hoqqa çıxarmağa nə ixtiyarı var?!” - VİDEO
Suya tullanan Nigar Camalın sinəsi çöldə qaldı - VİDEO
Qənirə Paşayeva: "Yaralıları xilas etmək üçün həkimlərimiz əllərindən gələni edirlər"
Gənc müəllim əlini qadınlara vurmadığına görə işsiz qaldı - Rəzalət - FOTO
Fitnəkar Moskva Ağdama erməni icra başçısı təyin edib... - İKİÜZLÜ HƏMSƏDRLİK...
“Paşinyan hakimiyyəti çalışır ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etsin...”
İsmayıllıda baş verən müəmmalı hadisə ufoloji cəhətdən araşdırılmalıdır - MARAQLI...
İlham Əliyevin əsgərlik görüntüləri yayıldı - FOTO
Məleykə Əsədova Milli (!) dəyərlərimizin etibarlı qoruyucusudur...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə