Xəbər lenti
26/05/2018 [21:21]:
Ermənistan səfirliyi Moskvada tarixi abidəni dağıdır - FOTO
26/05/2018 [21:18]:
"İslamda yoxdur..."
26/05/2018 [21:16]:
Azərbaycanda növbəti həkim biabırçılığı: İynəni səhv vurdu…
26/05/2018 [21:16]:
Almeyda Azərbaycan millisinin heyətindən çıxarıldı
26/05/2018 [21:01]:
“Həm DTK-nın, həm də Amerika FTB-nin agenti olan Emin Hacıyev Bakıya gəlib…”
26/05/2018 [20:53]:
İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə iştirak edib
26/05/2018 [20:47]:
"Bu cavabdeh vəzifəli şəxslərin xalqın dövlətçilik irsinə sayğısızlığın göstəricisidir"
26/05/2018 [20:35]:
Türkiyədə AXC-nin 100 illiyi münasibətilə poçt markası buraxılıb
26/05/2018 [20:28]:
Robert De Niro: "Tramp restoranlarıma girməsin"
26/05/2018 [20:27]:
İlham Əliyev efiopiyalı həmkarını təbrik edib
26/05/2018 [20:08]:
Ramazanın on birinci gününün – DUASI VƏ TƏQVİMİ
26/05/2018 [19:29]:
Qənirə Paşayeva Cakartada İndoneziya Parlament rəsmiləri ilə görüşdü
26/05/2018 [19:21]:
Bakı-Quba yolunda iki sərnişin avtobusu mikroavtobusla toqquşdu
26/05/2018 [19:17]:
Ədliyyə orqanlarına işə qəbulla bağlı imtahanın nəticələri açıqlandı
26/05/2018 [19:16]:
Ərdoğan türkləri dollardan imtina etməyə çağırdı
26/05/2018 [19:15]:
Hər il dünyada 5,4 milyon insanı ilan sancır
26/05/2018 [19:11]:
AXCP-yə yarım milyon dollar çirkli pul köçürülüb - RƏSMİ
26/05/2018 [19:08]:
Makron Azərbaycan prezidentini Parisə dəvət etdi
26/05/2018 [19:02]:
“Rusiya Türkiyəyə 1 milyard təzminat ödəyəcək”
26/05/2018 [18:55]:
Azərbaycan ordusu Naxçıvan istiqamətində irəlilədi- Böyük ərazini nəzarətə götürdü
26/05/2018 [18:44]:
"Problemimi özüm həll edəcəyəmsə bəs bu Bəstəkarlar İttifaqı nəyə lazımdır?" FOTO/VİDEO
26/05/2018 [18:28]:
Putin Dördüncü Dünya müharibəsinə hazırlaşır - “Çekist qarmağında yellənən Rusiya...”
26/05/2018 [18:12]:
"Rüstəm İbrahimbəyov deyəsən Orxan Pamuq kimi Nobel mükafatı almaq istəyinə düşüb..."
26/05/2018 [17:18]:
Koreya liderləri sərhəddə görüşüb
26/05/2018 [17:14]:
Qadın evinə çağırdığı ustanı zorladı - FOTO
26/05/2018 [17:09]:
Şirvanda 62 yaşlı məktəb müəllimi itkin düşdü
26/05/2018 [16:57]:
5 milyard varidatı olan restoranlar kralı: “Bakıda yediyim pomidor-yumurtanı unutmayacam” - FOTOLAR
26/05/2018 [16:53]:
Maşın həvəskarlarına şad xəbər: yeni “Niva” buraxılır
26/05/2018 [16:47]:
Bu müəllimlərin maaşları artırılacaq
26/05/2018 [16:41]:
Dövlətçiliyimizin şərəfli salnaməsi...
26/05/2018 [16:29]:
Nazir Sahil Babayev Dövlət Sosial Müdafiə Fondunda oldu
26/05/2018 [16:22]:
“Maşın hədiyyə etdilər almadım...”- Başı qalmaqaldan açılmayan tarix müəllimi...
26/05/2018 [16:16]:
“Kaş ki, bütün bunlar cəmiyyətin də şüurunda demokratik dəyişikliklərə yol açardı...”
26/05/2018 [15:50]:
İt doqquz ördək balasını himayəsinə götürdü - VİDEO
26/05/2018 [15:35]:
"Bu, ermənilərlə iş birliyininin bariz nümunəsidir" - FOTOFAKT
26/05/2018 [15:29]:
Hər kəs burdan "sonuncu dəfə" tullanır - FOTOLAR
26/05/2018 [15:23]:
Mütərəqqi maarifçilik ənənələrinin uğurlu davamı...
26/05/2018 [15:10]:
ICCA Azərbaycanın reytinqini 5 bal yüksəldib
26/05/2018 [15:09]:
Ramil Usubov Bərdədə vətəndaşları qəbul edib
26/05/2018 [15:05]:
Şərqin demokratiya təməli...
26/05/2018 [14:48]:
Gürcüstanda meyiti tapılan kəlbəcərli tələbə əslində öldürülüb, yoxsa intihar edib? - Təfərrüat
26/05/2018 [14:20]:
Qarabağda neytral zona daralır, təmas xəttində istehkamlar tikilir – Hədəflər raketlə VURULACAQ
26/05/2018 [14:18]:
Kişi avtobusda öpüşən qızla oğlanın biabırçı hərəkətinə belə reaksiya verdi - VİDEO
26/05/2018 [14:14]:
"Son Zəng" çalındı - FOTOLAR
26/05/2018 [13:54]:
Ayı avtomobilin şüşəsini sındırıb sükana keçdi və siqnal verməyə başladı - İNANILMAZ...
26/05/2018 [13:49]:
Masallıda 16 yaşlı qız itkin düşüb
26/05/2018 [13:46]:
Mədət Quliyev ailə üzvləri ilə birlikdə təqdimat mərasimində -FOTOLAR
26/05/2018 [13:42]:
Nigeriyalı futbolçuların rus qızlarla görüşməsinə qadağa qoyuldu
26/05/2018 [13:41]:
Bakıda ölən bomjun ardınca oğlu 150 minlik maşınla gəldi
26/05/2018 [13:40]:
Viktoriya Bekhem niyə gülmür? -FOTOLAR
26/05/2018 [13:38]:
Qərbi Kaspi Universitetində robotlar yarışıb - Fotolar
26/05/2018 [13:31]:
“Rüstəm İbrahimbəyovun bizi qorxaq və vəhşi obrazda göstərmək arzusu ürəyində qalıb”
26/05/2018 [13:30]:
Fond bu tanınmışlara 5 min manat verdi - FOTO
26/05/2018 [13:27]:
İsrail hərbçiləri “Anadolu”nun müxbirini yaralayıb – FOTO
26/05/2018 [13:25]:
Qəzalı obyektlərdə yaşayan köçkünlərin sayı açıqlandı
26/05/2018 [13:22]:
QHT sədrindən millət vəkilinə cavab...
26/05/2018 [12:55]:
BMT-nin rəsmi saytında separatçı ermənilərin “bəyannaməsi” yerləşdirildi!.. - Növbəti təxribat
26/05/2018 [12:52]:
Qadınları şantaj edən Aslan ələ keçdi - FOTO
26/05/2018 [12:50]:
“Dövlətin sosial evlərlə bağlı birdən-birə belə bir addım atması çətindir, amma...”
26/05/2018 [12:47]:
Bitkoinin yaxın gələcəkdəki qiyməti açıqlandı
26/05/2018 [12:43]:
“Hamam xalatında heç dəlixanada yatan adam efirə çıxmaz”
26/05/2018 [12:26]:
“Erməniləri bu cür yola gətirmək mümkün deyil”
26/05/2018 [12:19]:
Azərbaycanda ov mövsümü açıq elan olundu
26/05/2018 [12:15]:
Azərbaycanlı müğənni efirə hamam xalatında çıxdı - FOTO
26/05/2018 [12:13]:
Azərbaycan Türkiyə-İsrail münasibətlərində vasitəçi ola bilərmi?
26/05/2018 [12:07]:
Bir insan: 14 gün öpüşür, 25 il yatır... - ARAŞDIRMA/FOTOLAR
26/05/2018 [11:44]:
25 ildi uymuş yetimə təzədən narkotik yeridəcəklər?..- 7 cümlədə 7dərd
26/05/2018 [11:21]:
“Biz çox istəyərdik ki, təqdim etdiyimiz siyahıdakı məhbusların hamısı əfv olunsun”
26/05/2018 [11:21]:
UFAZ-da ActİnSpace Beynəlxalq müsabiqəsinə start verildi
26/05/2018 [11:08]:
ADP idarə heyətinə daxil olan şəxs Tiblisidədir
26/05/2018 [11:00]:
Məhkəmə kosmetoloq Elnarə barədə qərar verdi
26/05/2018 [10:49]:
“Biz hər an Qarabağı düşünməliyik...”- Video
26/05/2018 [10:45]:
İsveçrə hökumətinə müraciət: Gülnarə Kərimovanın pullarını geri qaytarmayın
26/05/2018 [10:39]:
Bakıda 9 yaşlı uşağı maşın vurub öldürdü
26/05/2018 [10:37]:
Azərbaycanda dəhşət! Ər arvadını "kislata"yla yandırdı - VİDEO
26/05/2018 [10:30]:
Baş Prokurorluq işə qəbulla bağlı müsabiqənin vaxtını açıqladı
26/05/2018 [10:29]:
Ucuz kosmetika avropalı qızı afrikalıya çevirdi
26/05/2018 [10:28]:
Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb
26/05/2018 [10:26]:
Keçmiş boksçunun başında beyin şişi aşkar edildi
26/05/2018 [10:24]:
“Mənim tutularaq Bakıya gətirildiyimi xəbər alınca... ”- Rəsulzadənin Stalinlə bağlı xatirə yazısı
Bütün arxiv bir sırada
18/11/2017 [22:27] - Cəmiyyət - ( 830 dəfə baxılıb)

4 gündə 23 piyada vuruldu: sürücü səhlənkarlığı, yoxsa piyada məsuliyyətsizliyi?



Azərbaycanda son günlər piyada vurulması ilə bağlı yol-nəqliyyat hadisələrinin sayı artıb. Bunu mətbuatdakı qəza hadisələri ilə bağlı gündəlik xronika da təsdiqləyir.

Moderator.az virtualaz.org-a istinadən bildirir ki, təkcə bu gün ərzində ölkə ərazisində 5 piyada vurulması hadisəsi qeydə alınıb.

Bakının Yasamal rayonunda 17 yaşlı Elmir Allahverdizadəni yolu keçmək istəyərkən maşın vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Digər piyada vurulma hadisəsi Xəzər rayonunda baş verib. Yük maşını ilə 32 yaşlı Tərlan Məmmədovu vuran sürücü ərazidən uzaqlaşsa da, yaralı xəstəxanaya çatdırılıb. Binəqədi rayonunda "KamAZ" markalı qaldırıcı kranın vurduğu 59 yaşlı qadın isə hadisə yerində dünyasını dəyişib. Sabunçu rayonu ərazisində vurulan Etibar Ağalarovun da həyatını xilas etmək mümkün olmayıb. Bu günlərdə digər piyada vurulma hadisəsi Bakı-Qazax magistralında qeydə alınıb. Yolu keçmək istəyən orta yaşlı kişi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

23 piyada vuruldu: 6 ölü, 17 yaralı

Ümumilikdə, son bir nüçə gün ərzində ölkə ərazisində 20 piyada vurulması hadisəsi baş verib, 23 piyada vurulub. Nəticədə, 6 nəfər ölüb, 17 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Bu ilin piyada ölümləri ilə bağlı qorxunc statistikası ötən illərlə müqayisədə xeyri artıqdır. Bunun narahatlıq doğuran həddə olduğunu DYP rəsmiləri də təsdiqləyirlər. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun sözlərinə deyib ki, piyadaların vurulması hadisələri ötən il 62 faiz olubsa, bu il 67 faizə qalxıb.

Bu ilin 9 ayı ərzində Azərbaycanda 1334 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 554 nəfər ölüb, 1260 nəfər xəsarət alıb. Bu hadisələrdən 302-si piyadaların vurulması ilə bağlıdır. Nəticədə 2017-ci ilin yanvar-sentyabr aylarında 100 piyada ölüb, 213 nəfər xəsarət alıb.


Piyadaların vurulması ilə bağlı olan yol nəqliyyat hadisələri daha çox Bakıda baş versə də, son vaxtlar qeydə alınan piyada vurulması ilə bağlı qəza hadisələrinə həm də rayonlararası yollarda da çox rast gəlinir. DYP-nin və radarların olmamasından istifadə edən bəzi sürücülər bu yollarda əsl avtoşluq edirlər. Yaşayış məntəqələrində 60 km/saat sürət həddi nəzərdə tutulsa da, bəzən 100-120 km/saat sürətlə şütüyən avtomobillərə rast gəlirik. Piyadaların vurulması ilə baş verən yol qəzalarının bu qədər artmasının səbəbi nədir? Gün ərzində 4-5 piyada vurulması hadisəsinin baş verməsi sürücülərin səhlənkarlığı və ya qeyri-peşəkarlığından xəbər vermirmi?

Yüksək sürət, yoxsa məsuliyyətsiz piyada?

Piyada vurulması ilə bağlı hadisələrin çoxalmasının əsas səbəblərindən biri yolların normal işıqlandırılmamasıdır. Heç də təsadüfi deyil ki, piyada vurulması ilə bağlı hadisələr əksər hallarda günün qaranlıq vaxtlarında baş verir. Digər tərəfdən isə rayon və kənd yollarında tez-tez piyada vurulması ilə bağlı xəbərlərinin olması bu yollarda intensivliyin, avtomobillərin sayının artması, Bakıya nisbətən rayonlarda nəzarətinin zəif təşkili ilə yanaşı piyadaların məsuliyyətə cəlbinə nadir hallarda rast gəlinməsi, sürücülük vəsiqəsi olmadan idarəetmə və digər hallarla əlaqədardır.


Yol hərəkəti üzrə ekspert Azər Allahverənovun bildirdiyinə görə, belə qəzaların artmasında təkcə sürücülərin deyil, piyadaların da müəyyən qədər günahı var. "Bəzən piyadalar piyada keçidi olmayan yerlərdən keçirlər, hətta yollarda olan dəmir sədləri belə atlanaraq keçirlər. Belə piyadalar yol qəzalarının yaranmasına səbəb olurlar. Şübhəsiz ki, burada sürücülər də məsuliyyət daşıyırlar. Çünki sürücülər yolla hərəkət edərkən elə sürət həddi seçməlidirlər ki, yola piyada çıxarsa avtomobili dayandırmaq mümkün olsun. Bəzən sürücülər elə sürət seçirlər piyada dərhal deyil, hətta asta-asta yola çıxsa belə sürücü avtomobili dayandıra bilmir və faciə qaçılmaz olur. Bu problemin görünən tərəfidir. Bəzən piyadalar gecə saatlarında avtomobil yoluna çıxırlar. Əgər piyadanın əynində qara paltar varsa, sürücü onu seçə bilmir. Yolların işıqlandırılması da bəzən qəza hadisələrinə səbəb olur. Piyadalar qaranlıq ərazilərdə yolu keçmək üçün düzgün yer seçməlidir. Sürücü də gecə saatlarında piyada keçə biləcəyini nəzərə almalıdır", - ekspert qeyd edib.

A.Allahverənov deyir ki, qəzaların qarşısını almaq üçün maarifləndirici tədbirlər keçirilməlidir. Bu işdə dövlət orqanları ilə yanaşı QHT-lər də fəal iştirak edərsə, nəticə əldə etmək olar.

İldə 40 min piyada inzibati məsuliyyətə cəlb olunur

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev isə hesab edir ki, piyada vurulmaları sürücülərin səhlənkarlığı və ya qeyri-peşəkarlığı ilə əlaqədar deyil. Şöbə rəisinin bildirdiyinə görə, belə hadisələr əksər hallarda səkidə və ya piyada keçidində deyil, yolun hərəkət hissəsində baş verir: "Piyadaların vurulmasında ən çox piyadaların özlərinin təqsiri var. Əsas piyada qəzalarına piyadaların yolların onlar üçün təyin olunmayan yerlərindən keçməsi ilə bağlıdır. Sözsüz ki, yolların işıqlandırılmaması da burada müəyyən qədər rol oynayır".


K.Əliyev deyir ki, piyada vurulmasının qarşısının alınması üçün ən çox təbliğat-maarifləndirmə işlərinə üstünlük verilir. Amma bununla belə piyadalar həm də inzibati məsuliyyətə də cəlb olunurlar: "Çalışırıq ki, piyadalaramız qayda-qanunlara riayət eləsinlər. Çünki öz təhlükəsizliklərini birinci növbədə özləri təmin etməlidirlər. Yolun onlar üçün müəyyən olunmamış yerlərindən keçmə birinci növbədə onlar üçün təhlükəlidir. Yol polisi tərəfindən maarifləndirmə tədbirləri ilə yanaşı inzibati tədbirlər də görülür. Qaydaları pozmağa görə il ərzində 40 min piyada inzibati məsuliyyətə cəlb olunub. Amma bundan başqa ailələrdə də bu məsələ diqqətdə saxlanılmalıdır. Evdən çıxana "diqqətli o", "ehtiyatlı ol", "keçiddən keç" deyilməlidir ki, belə qəzalar baş verməsin", - deyə şöbə rəisi bildirir.

Qadın evinə çağırdığı ustanı zorladı - FOTO
"Son Zəng" çalındı - FOTOLAR
“Rüstəm İbrahimbəyovun bizi qorxaq və vəhşi obrazda göstərmək arzusu ürəyində qalıb”
Bir insan: 14 gün öpüşür, 25 il yatır... - ARAŞDIRMA/FOTOLAR
Azərbaycanda dəhşət! Ər arvadını "kislata"yla yandırdı - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Kaş ki, bütün bunlar cəmiyyətin də şüurunda demokratik dəyişikliklərə yol açardı...”
Maraqlı
Hər kəs burdan "sonuncu dəfə" tullanır - FOTOLAR
İqtisadiyyat
“Dövlətin sosial evlərlə bağlı birdən-birə belə bir addım atması çətindir, amma...”
Siyasət
Azərbaycan Türkiyə-İsrail münasibətlərində vasitəçi ola bilərmi?
Köşə
25 ildi uymuş yetimə təzədən narkotik yeridəcəklər?..- 7 cümlədə 7dərd
Həftənin ən çox oxunanları
Alpinistlərlə bağlı şok iddia - “Meyitlər şübhəli şəkildə, anidən tapılıb”
"Bu adam görün nə qədər ləyaqətsizdir ki, öz xalqını erməninin ayağına verir"
Bundan sonra manqaldan kənar gəzəcəksiniz: Alimlər kababın yeni təhlükəsini aşkarladılar...
Korrupsionerin evindən çıxan pullar hamını heyrətləndirdi...- FOTO
"Bu xəyanətinin arxasında köynəyinin altında məharətlə gizlətdiyi paqonlarının "ağırlığı" durur"
Ərinin dostu tərəfindən aldadılan, həbsxanada uşaq dünyaya gətirən və nəhayət, əfv edilən qadının HƏYAT DRAMI
Bu baş versə, hamımız yanacağıq - Ərdoğan
"4 bacının tək qardaşı idi..." - Dünən şəhid olan əsgərimizin FOTOSU
“Mən gərək Şuşada qalaydım, orada da öləydim...”- Rəhim Qazıyev
“Xaricdə bank vətəndaşlara, bizdə isə vətəndaşlar banklara yalvarır”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin