Xəbər lenti
16/10/2018 [00:50]:
Sumqayıtda aprel şəhidi Əbdülməcid Axundovun 25 illiyinə həsr edilmiş tədbir keçirildi
16/10/2018 [00:19]:
“Yayda mənə məlumat verildi ki, yol artıq sıradan çıxıb…” - Prezident
16/10/2018 [00:18]:
Kardaşyanla əri prezidentə verdikləri hədiyyə ilə gündəm oldular -FOTOLAR
15/10/2018 [23:36]:
ABŞ xarici işlər naziri Türkiyəyə gedir
15/10/2018 [23:03]:
Bərdədə 24 yaşlı gəncin meyiti su arxından tapılıb - FOTO
15/10/2018 [22:47]:
Cahangir Hacıyevlə birgə sabiq deputat barəsində də cinayət işi başlanılıb
15/10/2018 [22:29]:
Kadırov Makronla Paşinyanı rəqs festivalına dəvət etdi
15/10/2018 [22:21]:
Ramil Şeydayev Rusiyada yol hərəkəti qaydalarını pozduğu üçün cərimələnib
15/10/2018 [22:05]:
Meyvezer Həbibin çağırışına cavab verdi
15/10/2018 [21:24]:
Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirildi
15/10/2018 [21:04]:
Maştağa və Suraxanıda heyvan oğruları saxlanıldı
15/10/2018 [20:48]:
Bilqeyis Nəbiyevadan qeyri-adi ifa - VİDEO
15/10/2018 [20:38]:
MN: Düşənbədə Azərbaycan və Ermənistan müdafiə nazirlərinin görüşü olmayıb
15/10/2018 [20:33]:
Lerikdə yaşayış binası və yeni məktəb tikiləcək - Sərəncam
15/10/2018 [20:28]:
İlham Əliyev Lənkəranla bağlı daha 2 sərəncam imzaladı
15/10/2018 [20:27]:
Dədə Şəmşirə uzanan yaman dil "kəsildi"...
15/10/2018 [20:23]:
Prezident təbii fəlakətlərlə mübarizəyə dair sərəncam imzaladı
15/10/2018 [20:20]:
Prezident büdcədən 7 milyon manat ayırdı
15/10/2018 [20:19]:
“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırdı
15/10/2018 [20:16]:
Ortağı 60 illik iqtidarını itirdi - Merkelin siyasi sonu olacaq?
15/10/2018 [20:15]:
Astaraçay çayı üzərində körpünün tikintisinə pul ayrıldı
15/10/2018 [20:13]:
Lənkəran-Lerik avtomobil yolu yenidən qurulacaq - 9,2 milyon manat ayrıldı
15/10/2018 [20:12]:
İlham Əliyev yol və körpü tikintisinə pul ayırdı
15/10/2018 [20:11]:
Telman İsmayılov müğənninin oğurlanmasında təqsirli bilindi - Qərar
15/10/2018 [20:10]:
ABŞ İranla yeni sazişin şərtlərini açıqladı
15/10/2018 [20:10]:
“Türkiyəyə qarşı hisslərim dəyişdi” - Tramp
15/10/2018 [20:09]:
Ermənistan prezidenti Azərbaycan torpaqlarında -FOTOLAR
15/10/2018 [19:18]:
"Bu gün müxalifət lideri də İlham Əliyevin alternativsizliyini etiraf edir"
15/10/2018 [18:38]:
"Son 15 ildə İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi"
15/10/2018 [18:33]:
“Həbib Axundova qarşı ifadə verməyə mənə təzyiq ediblər” – Təqsirləndirilən şəxs
15/10/2018 [18:19]:
“İsveçrədə diaspor işinin qurulması, inanıram ki, başqa ölkələrdə olduğu kimi çox çətin bir işdir”
15/10/2018 [18:19]:
ADAU-da İlham Əliyevin fəaliyyətinin 15 illiyi ilə əlaqədar ağacəkmə kompaniyası keçirildi
15/10/2018 [17:34]:
"Cavan oğlanı nə edirsən, pul xərcləməyəcək" - Rövşanədən müğənniyə
15/10/2018 [17:31]:
2 yaşlı uşağı zorlayıb öldürən kişiyə edam cəzası: "Hansı üzlə Allahın hüzuruna çıxacaqsan?"
15/10/2018 [17:28]:
“Elçibəy dedi ki, Xudu Məmmədov mənəvi müəllimim olub... - O, sağ qalsaydı...”
15/10/2018 [17:20]:
"Sevgilisinə nəsihət etmişdi ki, mən öləndən sonra..." - Anar Nağılbazın atası sirləri açdı
15/10/2018 [17:14]:
Xudu Məmmədovun anım günüdür - HƏYAT HEKAYƏSİ
15/10/2018 [17:04]:
Ərəb jurnalistin yoxa çıxması ilə bağlı daha bir iddia: "Öldürüb, sonra da əridiblər"
15/10/2018 [17:00]:
Yetmiş üç dövlət obyekti satışa çıxarılır
15/10/2018 [16:58]:
Navalnı Kreml qarşısında etirazların davam edəcəyi mesajını verdi -Putinin rəqibi həbsdən çıxdı
15/10/2018 [16:55]:
Badamdardakı sürüşmə evin hasarını uçurdu
15/10/2018 [16:54]:
Deputatdan Diaspor Komitəsinin çağırışlarına reaksiya – SƏS VERİN
15/10/2018 [16:35]:
“Bizim Mahatma Qandimiz yox idi…” - Azərbaycanın ilk prezidenti belə deyir…
15/10/2018 [16:30]:
Prezident Lerikdədir...
15/10/2018 [16:24]:
Bu gün konsulluqda jurnalistlə bağlı araşdırma aparılacaq
15/10/2018 [16:18]:
Prezident Astarada sakinlərlə görüşdü
15/10/2018 [15:53]:
ADPU-nun əməkdaşları EQAC layihəsi çərçivəsində keçirilmiş görüşdə iştirak ediblər
15/10/2018 [15:49]:
Frankofoniya təşkilatının üz qarası: Ermənistan
15/10/2018 [15:45]:
ADP İdarə Heyəti növbəti toplantısını keçirdi
15/10/2018 [15:40]:
Bank razılıq verməsə, bunu edə bilməzsiniz!
15/10/2018 [15:32]:
Yaşlı adam altmış ildir ağzında gül gəzdirir: SƏBƏBİ...
15/10/2018 [15:29]:
“Bu poeziya evini biz yaratmışdıq...” -Tanınmış şair
15/10/2018 [15:21]:
“Bu cür təmtəraqlı yas mərasimlərinin keçirilməsi sosial bəladır”
15/10/2018 [15:19]:
Lənkəranda 7 kəndi birləşdirən yolun açılışı oldu
15/10/2018 [15:14]:
Telman İsmayılovun qardaşı oğlu azadlığa buraxıldı
15/10/2018 [15:12]:
İlham Əliyev Lənkərandan Astaraya getdi
15/10/2018 [15:12]:
Stüardessa təyyarədən yıxıldı - FOTO
15/10/2018 [15:10]:
UNEC ABŞ-ın Linkoln Universitetilə ikili diplom proqramına başlayır
15/10/2018 [15:05]:
“Bu serialın mənə, əsərimə heç bir dəxli yoxdur” - Anar
15/10/2018 [14:59]:
Prezident və xanımı “Azərxalça” ASC-nin Lənkəran filialının açılışında
15/10/2018 [14:56]:
Atatürkün təhqir olunduğu video yayıldı, sosial media ayağa qalxdı - VİDEO
15/10/2018 [14:43]:
ADU-da ənənəvi Çin bayramı qeyd olundu
15/10/2018 [14:42]:
Saç şampununu su kimi içdi - İNANILMAZ...+VİDEO
15/10/2018 [14:37]:
Günə 41 min qazanır - Milyonçu olan Adele
15/10/2018 [14:19]:
Mütəxəssislərdən xəbərdarlıq: ”Ət yeməkdən imtina etsəniz..."
15/10/2018 [14:07]:
"Ermənistan həmişəki kimi yenə də nə qədər riyakar və ikiüzlü davrandı"
15/10/2018 [14:03]:
“Aprel döyüşləri göstərdi ki, erməni bizim əsgərimizin qarşısında dayana bilməz”
15/10/2018 [14:00]:
Paşayeva Oksford Universitetinin bu komitəsinə üzv seçildi -FOTOLAR
15/10/2018 [13:55]:
Türkiyə Suriya ilə çiyin-çiyinə döyüşə başlayır – Şok iddia
15/10/2018 [13:51]:
Təbrizin imam cüməsindən Qarabağ dəstəyi -FOTOLAR
15/10/2018 [13:47]:
"Dini mərasimlər dini siyasiləşdirmək üçün alətə çevrilməməlidir" -PA rəsmisi
15/10/2018 [13:36]:
Tarixi ada satışa çıxarıldı - 7,8 milyon dollar
15/10/2018 [13:31]:
Dini Komitənin sədri :“Gənclər adi salavat çevirə bilmirlər...”
15/10/2018 [13:24]:
“Bəzən deyirik ki, indi kitab oxumurlar, amma uşaqdan tutmuş böyüyə kimi hamının...”
15/10/2018 [12:56]:
Ukrayna erməniləri Tərtərin kəndinə yardım gətirdi... -FOTOLAR
15/10/2018 [12:50]:
UNEC stendi mükafata layiq görüldü - FOTO
15/10/2018 [12:49]:
Milli Məclis sabah 17 məsələyə görə TOPLANIR
15/10/2018 [12:48]:
Fazil Məmmədov reanimasiyaya düşüb -Xanımı onu tək buraxmır...
15/10/2018 [12:39]:
Prezident və birinci xanım Lənkəranda yeni oteldə -FOTOLAR
15/10/2018 [12:37]:
Lerikdə qadın 2 kişi ilə birləşib ərini öldürdü - Rəsmi açıqlama
Bütün arxiv bir sırada
19/11/2017 [12:18] - Cəmiyyət - ( 3368 dəfə baxılıb)

Təlim-tərbiyəyə dair pedaqoji və fəlsəfi baxışlar...



 “Bəşəriyyətin ümumi bilik xəzinəsi bütün xalqlar və millətlər üçün açıqdır”.

Əgər belə bir qənaətə gəlsək ki, təlimvə tərbiyə bir sosial element kimi cəmiyyətin digər üstqurum və bazis elementləri ilə şərtlənir, mövcud əxlaqi keyfiyyətlər sosial, iqtisadi , hüquqi və s. münasibətlər təlim-tərbiyə prosesinə təsirsiz ötüşmür heç də yanılmarıq.Təəsüf ki, təlim və tərbiyə haqqında indiyə qədər yazılmış kitabların və dərsliklərin çoxuna ya ideologiyaların təsiri olub, ya da hansısa bizə məlum olan və olmayan səbəblərdən bu sahədə bir çox ədəbiyyatlar nəşr olunub geniş oxucu kütəsinə çatdırılmayıb. Təhsil və tərbiyənin paradiqmaları haqqında yazılan elmi işlərdə və keçirilən dərslərdə məhdud sayda mütəfəkkirlərin əsərlərinə və fikirlərinə istinad olunub ki, bu səbəbdən də insanın bütün dövrlərdə formalaşmasına hərtərəfli yardımçı olan təhsil və tərbiyə haqqında yazılmış bir çox mühüm əsərlər pedaqoqlar, alimlər, tələbələr, bütövlükdə geniş oxucu kütləsinin maraq dairəsindən kənarda qalıb.

Müxtəlif dövrlərdə, ayrı-ayrı zaman kəsiyində bəşəriyyətə hakim kəsilən materialist, idealist, pozivitist, determinist cərəyanlar dövrümüzə qədər əks qütblərin qarşıdurmasını səciyyələndirib, nəzəri spekulyativliyi gücləndirib. Yəni təhsilimiz də zaman - zaman mübahsəli fikirlərdən, ziddiyətli yanaşmalardan heç də xali olmayıb.  Bu illər ərzində materiyanın və ya şüurun birinci olması, tarixdə şəxsiyyətin və ya kütlənin həlledici rol oynaması, iqtisadiyyatın yoxsa siyasətin birinci olması kimi dilemmalar üzərində baş sıındırmışıq, Darvinin və Kantın nəzəriyyələrinə fərqli mövqelər sərgiləmişik. Çıxış yolunu əsasən dərsliklərimizdə və digər tədris vəsaitlərində hadisə və faktların mahiyyətində formal kosmetik dəyişikliklər aparmaqda görmüşük.Bu mənada uzun illər təlim-tərbiyə məsələləri də öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını tam itirməsə də, hər halda müəyyən deqradasiyaya uğraması da istisna olunmur.
Bununla belə məktəblərdə təlim-tərbiyə işinin təşkilinə dair nə qədər fərqli təlimat, metodiki tövsiyə, əsasnamə və digər istiqamətləndirici normativ sənəd olsa belə bu prosesin səmərəli təşkili məhz müəllimin şəxsiyyətindən, peşəkarlığından, klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnməsindən daha çox asılıdır. Müəllimlərimizin məhz milli və dünya klassik fəlsəfəsinin və maarifçiliyinin görkəmli nümayəndələrinin bilik xəzinəsinin nümunələri ilə silahlanması onlar üçün təhsil sahəsindəki vəzifələrini yerinə yetirməkdə, təlim-tərbiyə prosesinin təşkilində ən yaxın yardımcı rolunu oynaya bilər.

Başqa sözlə desək “təhsil insanlara əsrlər boyu əldə etdiyi təcrübə və biliklərə bir neçə il ərzində yiyələnmək imkanı verir. Yaşadığı zamanın tələbləri səviyyəsində durmağa, hər dəfə sıfırdan başlamaq deyil, özündən əvvəlki nəsillərin işini davam etdirməyə insan yalnız təhsil sayəsində müyəssər olur.Bəşəriyyətin ümumi bilik xəzinəsi bütün xalqlar və millətlər üçün açıqdır.”

Təhsil sahəsində ən görkəmli nəzəriyyəçilərdən olan Hovard Qardner yazırdı ki, təhsilin əsas vəzifəsi anlamın mükəmməlləşməsinə kömək etməkdir. Dərin anlam bizim məqsədimiz olmalıdır. Biz şagirdlərə müəyyən anlaşıqlı kontekstdə nəyin həqiqi, yaxud yalan, gözəl, yaxud zövqsüz, yaxşılıq, yaxud yamanlıq olduğunu dərk etməyə kömək göstərməliyik. Bu mövzular fərdə dünyanı öyrənməyə və onu daha yaxşı başa düşməyə can atmağa stimul verəcəkdir.

Siyasi mütəfəkkir kimi daha çox ad qazanan Maykl Oukşotun fikrincə, məktəb şagirdlərin ilk dəfə ciddi və mütəşəkkil şəkildə intellektual, bədii, mənəvi və emosional irslə tanış olduqları məkandır. Məktəbin məqsədi konkret bacarıq, yaxud maddi üstünlük deyil; məktəb həmçinin gizli siyasi, yaxud sosial məqsədlərin əldə olunmasına da can atmır: məktəbin xarakteristikası üçün bu terminlərdən istifadə olunması onun təbiətinin təhrif olunması deməkdir. Con Gudledə görə isə məktəb tədrisinin məqsədi nə özünə, nə də onu əhatə edən insanlara ziyan vurmaq iqtidarında olmayan düşünən fərdlərin inkişafı ilə bağlıdır.

“Ağlım mənə deyil, dünyaya aiddir” kimi bir fikrin müəllifi Artur Şopenhauer hesab edirdi ki, hər şeydən əvvəl uşaqların heç bir aydın anlayışla bağlı olmayan sözlər işlətməsinin qarşısını almaq lazımdır. Lakin təsəvvürlərin anlayışlardan sonra yox, əvvəl gəlmələri son dərəcə böyük əhəmiyyət kəsb edir; əks təqdirdə bu, uşaq dünyaya gələrkən ayaqlarının qabaqda olmasına, yaxud qafiyənin misranin əvvəlində gəlməsinə bənzəyir.

Martin Haydeqqer sual qoyurdu: “Öyrənmək nə deməkdir? Adam bu an öz fəaliyyət tərzini ona yönəlmişə uyğunlaşdıranda öyrənir. Öyrətmək öyrənməkdən çətindir, çünki, tədrisin məqsədi öyrənmək imkanı yaratmaqdır.“ Haydeqqerə görə pedaqoq şagirdlərə öyrənməyə imkan yaratmalıdır, tədrisi onlara zorla qəbul etdirməməlidir. Belə bir yanaşmanın tədris prosesini fəallıqdan məhrum etdiyini düşünmək səhv şərh olardı.

Bu baxımdan Xuan Orteqanın fikirləri də xüsusi diqqət çəkir: “Pedaqogika həyatın gücləndirilməsi üsullarını ixtira etməli, təhsil isə onlardan yalnız istifadə etməlidir. Uşaqları yalnız öz meyllərinə uyğun olaraq, yəni təbii proseslərə təqlid edərək inkişaf etməyə imkan vermək olmaz; tərbiyə prosesi şüurlu və refleksiv səviyyə daşımalı, məqsədə nail olmalı, uşaqların dərin və həyati potensialını maksimum üzə çıxarmaq üçün texniki yardıma yönəlməlidir.“

Bu da Azərbaycanın və Türkiyənin, bütünlükdə isə çağdaş türk-islam dünyasının mədəniyyət və ictimai fikir tarixinə çoxcəhətli və ensiklopedik şəxsiyyət kimi daxil olmuş Əhməd bəy Ağaoğludan bir iqtibas:“Tərbiyə üsulunda hansı mühit bir idealı ən çox həqiqətə çevirməyə nail olmuşsa, həmin mühit də ən yüksək inkişafa catmışdır. Tərbiyədən bəhs edərkən bu məfhumu ən geniş mənada anlamaq lazımdır. İnsan ruhunun üzərində təsiri olan bütün amillər nəzərə alınmalıdır. Ailə, məktəb, ədəbiyyat, sənət, fikri və hissi cərəyanlar-bütün bunların hamısı tərbiyəyə daxildir.”

Nobel mükafatçısı Əhməd Zevayl isə öz fikirlərini belə ifadə edib: “İlk növbədə dəyişməyə ehtiyacı olan üçlük bunlardır: təhsil, bürokratiya, qanun. Əgər məhz bu üç cəhət islahatlar obyekti kimi dəqiq müəyyən olunsa, xalq yeni işıqlı gələcəyin quruculuğunu tam dəstəkləyəcək “

Növbəti yazılarımda da dünyanın və Azərbaycanın digər tanınmış mütəfəkkirləri-Con Dyui, Lüdviq Vitgenşteyn, Yurqen Habermass, Hüseyn Cavid, Əli bəy Hüseynzadə, Mehdi Mehdizadə kimi bir çox digər filosof və maarifçilərin seçmə fikirlərini oxucularımla bölüşüm. Düşünmürəm ki, xüsusilə təhsil ictimaiyyətinin bu kimi dahilərin fikirlərinə böyük ehtiyacı olmasın.

Nadir İsrafilov, təhsil eksperti

"Bu gün müxalifət lideri də İlham Əliyevin alternativsizliyini etiraf edir"
"Cavan oğlanı nə edirsən, pul xərcləməyəcək" - Rövşanədən müğənniyə
Stüardessa təyyarədən yıxıldı - FOTO
Atatürkün təhqir olunduğu video yayıldı, sosial media ayağa qalxdı - VİDEO
Saç şampununu su kimi içdi - İNANILMAZ...+VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Yayda mənə məlumat verildi ki, yol artıq sıradan çıxıb…” - Prezident
Cəmiyyət
“Bu poeziya evini biz yaratmışdıq...” -Tanınmış şair
Cəmiyyət
“Bu cür təmtəraqlı yas mərasimlərinin keçirilməsi sosial bəladır”
Cəmiyyət
“Bəzən deyirik ki, indi kitab oxumurlar, amma uşaqdan tutmuş böyüyə kimi hamının...”
Cəmiyyət
Ermənilər Azərbaycanda Məhsul bayramı keçirdi - Bizim ümidimiz hələ “Məhsul” stadionunda...
Həftənin ən çox oxunanları
Cahangir Hacıyevin xanımı hər gün 2500 dollarlıq şərab içirmiş -Dünya belə pul xərcləyən qadın görməyib
"Şöhrət" ordenli icra başçısının rayonundan Heydər Əliyevə qarşı hörmətsizlik - FOTOLAR
"Tikintidəki özbaşınalığa Abid Şərifovla Hacıbala Abutalıbov cavab verməlidir"
Lələtəpədən qaçmış ermənilər ordumuzun tutduğu mövqelərə baxır... -Yeni görüntülər
İstanbulda küçəyə erməninin adı verildi
“Bütün ölkə müharibəyə köklənməlidir”
“Erməni-rus qruplaşması hansı halda Azərbaycanla döyüşə girə bilər?”- General cavab verir (Video)
Bakıda bu restorana parolsuz daxil olmaq mümkün deyil - VİDEO
"Bunun üçün ölkə başçısına müraciət etmişəm, İqtisadiyyat Nazirliyi ilə söhbətimiz olub"
Dünyanın ən sərt diplomatının arvadı... - "Onlar tanış olanda Sergey Lavrov hələ tələbə idi"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə