Xəbər lenti
14/08/2018 [12:26]:
"26 ildən çoxdur ki, onunla həm Azərbaycanda, həm də xaricdə eyni səhnələri paylaşırıq"
14/08/2018 [12:23]:
"Heç kimin altına uzanmamışam" - Təranə görün nəyini satışa çıxardı - FOTO
14/08/2018 [12:19]:
İntiqam Qasımzadə və yaxud: sonuncular...
14/08/2018 [12:13]:
Qubad İbadoğlu Türkiyədəki böhranı niyə meşə yanğınına bənzətdi?
14/08/2018 [12:13]:
“Qurban bayramı ərəfəsində amnistiya ola bilər” - PROQNOZ
14/08/2018 [12:12]:
Binəli Yıldırım: "“Dollar böhranı”ndan da uğurla çıxacağıq"
14/08/2018 [12:10]:
Xaçmazda 50-dən çox sürücü CƏRİMƏLƏNDİ
14/08/2018 [12:09]:
Cocuq Mərcanlıda müəllim olmaq istəyənlər – Vakansiya var
14/08/2018 [12:06]:
"Bu işi başlı-başına buraxmaq və ya Mədəniyyət Nazirliyinin bir şöbəsinin ümidinə qoymaq olmaz"
14/08/2018 [12:04]:
Bərdədə qaçırılan 17 yaşlı qız tapılıb - YENİLƏNİB
14/08/2018 [11:58]:
"İran, Türlkiyə və Rusiyanın iqtisadi böhranı dərinləşsə və uzumüddətli olsa..." - XƏBƏRDARLIQ
14/08/2018 [11:56]:
“ASAN” mərkəzlərinin iş qrafiki dəyişdirildi
14/08/2018 [11:53]:
Xatirə İslam yeni evə köçdü - FOTOLAR
14/08/2018 [11:50]:
“Bir kişinin sənin bacınla zina etməsinə razı olarsanmı?..” –Bir gəncə sual...
14/08/2018 [11:48]:
“Televiziyalardan gic-gic verilişləri, əxlaqsız, mənəviyyatsız adamları yığışdırmaq lazımdır”
14/08/2018 [11:45]:
Azərbaycanlı aktrisa kürklə dənizə girdi - FOTO/VİDEO
14/08/2018 [11:36]:
"Həmişə zəhərlənmə olanda yiyəsiz malın üstünə atırlar..." - "Tonqal"dakı "tonqal" böyüyür
14/08/2018 [11:33]:
Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb
14/08/2018 [11:13]:
Hava ilə işləyən avtomobil yaradıldı - FOTO
14/08/2018 [11:07]:
Ağır yük maşının üzərinə düşdü: möcüzə nəticəsində sağ qaldılar - VİDEO
14/08/2018 [10:57]:
ABŞ-la müharibə, yoxsa sülh? – Xamneyi seçimini açıqladı
14/08/2018 [10:56]:
“Müharibəyə hazırlaşın” - Dəniz komandanından dünyanı qorxudan çağırış
14/08/2018 [10:47]:
Ağ Evdən Türkiyə səfirinə “yox” cavabı verildi
14/08/2018 [10:24]:
İstirahət mərkəzlərinin sahibləri cərimələndi
14/08/2018 [10:14]:
Həyat yoldaşı Sərdar Ortaca QADAĞA qoydu
14/08/2018 [10:13]:
Bakıda süpürgəçiləri xüsusi texnika əvəzləyəcək
14/08/2018 [10:09]:
Salyan Rayon Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni müdir təyin olundu
14/08/2018 [10:06]:
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 88 dəfə pozdu
14/08/2018 [10:03]:
Bir həftədə Ukraynada 240-a yaxın uşaq itkin düşdü
14/08/2018 [10:02]:
Bu yerlərdə heyvan kəsmək olmaz - Agentlikdən bayram xəbərdarlığı
14/08/2018 [10:00]:
Salyanda 3 uşaq anası pomidordan zəhərlənərək öldü
14/08/2018 [09:40]:
Oksana gizli ərə gedib: "1 ildir ki, evliyəm"
14/08/2018 [09:02]:
Fələstin ailəsinin 103 il Osmanlı əsgərindən əmanət saxladığı TÜRK LİRƏLƏRİ üzə çıxdı... - FOTO
14/08/2018 [08:58]:
Həccə getməyən, amma Həcci qəbul olunan kişinin əhvalatı - İBRƏTAMİZ...
14/08/2018 [08:43]:
75 yaşlı alman ölümündən bir neçə an öncə müsəlman oldu - VİDEO
13/08/2018 [23:26]:
Azərbaycanlı Tünzalə xanım Amerikada necə biznesmen oldu? - İbrətamiz tarixcə...
13/08/2018 [23:11]:
Türklər dollara qarşı belə müharibə aparır - Dünyanı heyran qoyan FOTOLAR
13/08/2018 [22:53]:
Reperi samuray qılıncı ilə öldürdülər
13/08/2018 [22:49]:
Abdullah Gül Trampı “qlobal təhlükə” adlandırdı
13/08/2018 [22:19]:
Bərdədə 17 yaşlı qız qaçırıldı
13/08/2018 [21:51]:
"Nikol Paşinyan o qədər əcaib, o qədər qeyri-ciddi hərəkətlərə yol verib ki..."
13/08/2018 [21:37]:
"Deyəsən, Amerikada Türkiyəni Ermənistanla səhv salıblar..."
13/08/2018 [21:17]:
Ermənistanın müdafiə naziri Qarabağa gəldi
13/08/2018 [21:01]:
Azərbaycanlı turstlər üçün TƏHLÜKƏ: Qara dəniz sularında virus yayıldı
13/08/2018 [20:44]:
Trampın seçilməsinə mane olmaq istəyən xəfiyyə işdən qovuldu
13/08/2018 [20:10]:
Bakının üç rayonunda qaz olmayacaq
13/08/2018 [20:08]:
Türkiyəli nazir Avropa Birliyinə səsləndi
13/08/2018 [19:46]:
“Qaçqınkom”dan intihara cəhd edən şəxslə bağlı AÇIQLAMA: “Hüquqi qiymət veriləcək”
13/08/2018 [19:46]:
Nepalda rusiyalı səfir öldü
13/08/2018 [19:45]:
Xamenei ABŞ-la danışıqları qadağan etdi
13/08/2018 [19:38]:
ABŞ generalı dəhşət saçan yeni silahdan danışdı
13/08/2018 [19:36]:
Bu qızın nə bəslədiyini görəndə çox təəccüblənəcəksiniz - İNANILMAZ...
13/08/2018 [19:26]:
Ermənilər Şuşada Aprel savaşı haqda bədii film çəkir... - “Cənnətin qapısı”- FOTOLAR
13/08/2018 [19:17]:
Yanan Narkoloji Mərkəzlə bağlı ibtidai istintaq yekunlaşıb
13/08/2018 [19:13]:
"Generala dedim ki, bu cür imkanlarla nəinki işğaldakı torpaqlarımızı, İrəvanı da geri qaytara bilərik"
13/08/2018 [18:59]:
Hava ilə işləyən avtomobil hazırlandı – VİDEO
13/08/2018 [18:50]:
Mağazaya basqın edən qrupun daha bir üzvü saxlanıldı - NƏRİMANOVDA
13/08/2018 [18:43]:
Akif Çovdarovun cinayət işində zərərçəkmiş şirkət rəhbərinin həbs müddəti uzadıldı
13/08/2018 [18:42]:
Xüsusi təlim görən qarğalar siqaret kötükləri və zibil yığacaqlar - VİDEO
13/08/2018 [18:39]:
Ermənistanda siyasi EHTİRASLAR – Qarabağ klanı Paşinyana əks-həmləyə keçdi
13/08/2018 [18:29]:
Şəhadət gətirərək müsəlman olan pilot göz yaşlarına boğuldu - VİDEO
13/08/2018 [18:27]:
İrana səfər edən norveçli nazir istefa verməli oldu
13/08/2018 [18:15]:
Əlini öpən deputatı istefa verib, partiyasına keçməyə səslədi
13/08/2018 [18:13]:
Ərdoğan: "ABŞ bizə arxadan zərbə vurmaq istəyir"
13/08/2018 [17:45]:
ADP İdarə Heyətinin növbəti toplantısı keçirildi
13/08/2018 [17:40]:
Koçaryan məhkəmə zalından azadlığa buraxıldı
13/08/2018 [17:39]:
Magistraturanın boş qalan yerləri ilə bağlı XƏBƏRDARLIQ
13/08/2018 [17:19]:
Təhsil Nazirliyi şöbə müdiri olmaq istəyənlər üçün müsahibə elan etdi
13/08/2018 [17:08]:
Dəvə avtomobilin kabinəsinə girdi... - Dəhşətli qəzadan görüntülər...
13/08/2018 [17:00]:
FHN generalının otellər şəbəkəsi üzə çıxdı - FOTO
13/08/2018 [16:48]:
“Ermənistanı yerinə oturdana kimi belə hadisələr olacaq”
13/08/2018 [16:43]:
Petkim MIT-nin Sənaye Əlaqə Proqramına (ILP) üzv oldu...
13/08/2018 [16:37]:
DTX hərbçiləri şantaj edən “reket jurnalistləri” saxladı
13/08/2018 [16:32]:
Paşinyanın oğlu Qarabağda and içdi - FOTO
13/08/2018 [16:30]:
Prezident əsgər ölümü ilə bağlı işi nəzarətə götürdü
13/08/2018 [16:10]:
Bərdədə 78 yaşlı qadın intihar edib
13/08/2018 [15:48]:
Xəzər dənizinin statusu haqqında konvensiya erməniləri təşvişə saldı
13/08/2018 [15:46]:
“Nar” müştəri loyallığı indeksinə görə liderdir
13/08/2018 [15:43]:
İsrail hökuməti “Avrovision”a pul köçürməsə... - Bir günü qaldı
13/08/2018 [15:23]:
Azərbaycanlı iş adami ailəsi ilə birlikdə faciəvi şəkildə öldü
Bütün arxiv bir sırada
19/11/2017 [21:39] - Cəmiyyət - ( 2071 dəfə baxılıb)

Prezident seçkisi cəmiyyət üçün növbəti fürsət ola bilərmi?



Müxalifətin bundan yararlanması mümkündürmü? 

Ölkədə növbəti prezident seçkiləri ilə bağlı geniş müzakirələr müşahidə edilməsə də, ictimai rəyin öyrənilməsi və gələcək qərarların qəbulu istiqamətdə hərdən ötəri fikirlərə rast gəlirik. Son vaxtlar bu mövzuda medianın çoxsaylı suallarına verdiyim ümumiləşmiş cavabları müzakirənizə təqdim edirəm.

Seçki nə zaman keçiriləcək? 

26 sentyabr 2016-cı il Konstitusiya dəyişikliyindən sonra bu barədə birmənalı fikir demək çətinləşib. Konstitusiyada heç bir keçid maddələrinin olmaması və hakimiyyətin Konstitusiyaya və qanunlara münasibətinin təhlili göstərir ki, onun hansı qərarı verəcəyi qeyri-müəyyəndir. Yerli və beynəlxalq situasiyanın uyğunluğu, habelə hakimiyyətin psixoloji ovqatı da bu məsələdə ciddi rol oynaya bilər. Prezidentlik müddətinin 7 il olmasını əsas tutub, 2018-ci ilin oktyabrında keçirilməsi nəzərdə tutulan seçkini 2020-ci ilə də keçirə bilərlər. Bu məsələdə həlledici amil hakimiyyətin siyasi iradəsidir. Hələlik nə cəmiyyətimiz, nə də beynəlxalq ictimaiyyət hakimiyyətin siyasi qərarını durdurmağa qadirdir. İqtidar özü üçün uyğun olan nədirsə, onu da tətbiq edəcək. 

Müxalifətin seçkidə iştirakı, yoxsa boykotu faydalıdır?

Ölkəmizdə azad seçki sistemi tamamilə sıradan çıxarılıb. Seçkinin yalnız adı və onun ətrafında bayağı imitasiya qalıb. İstənilən peşəkar müşahidəçilər seçkilərin bir siyasi vasitə kimi artıq mövcud olmadığını təsdiq edər. Odur ki "seçki”lərdə "iştirak” və ya "boykot” kimi çağırışlara mümkün qədər reaksiya verməməyə çalışıram. Olmayan bir şeyi necə boykot etmək və ya onun iştirakçısı olmaq olar? Bunlar hələlik dəyişməyə gücümüz çatmayan reallıqlardır və mübarizə müstəvisi olmayan yerdə nəyin uğrunda mübarizə aparılacağını anlaya bilmirəm. İndidən "seçki”də iştirakın, yoxsa boykotun faydalı olacağını birmənalı demək də mümkün deyil. Hər birinin özünəməxsus üstünlükləri və zərərləri var. Məncə, iddialı qüvvələr cəmiyyətəki siyasi mövqeyinə uyğun qərar verməli və bir-birinin qərarlarını təftiş etmədən öz strategiyalarını həyata keçirməlidirlər. 

 "Seçki”də iştirak hansı siyasi nəticə doğura bilər? 

Hazırkı siyasi şəraitdə iqtidar namizədindən başqa digər namizədlərin niyə "seçki”yə qoşulduqlarının səbəbləri cəmiyyətə aydın izah edilməlidir. Onlar özlərinə, təşkilatlarına və cəmiyyətə nə qazandırmaq  niyyətindədirlər? Bu sualların əksəriyyət tərəfindən qəbul edilən aydın cavabları indidən hazır olmalıdır:
 
- Qalib gələrək prezidentlik postuna sahib olmaq?
- Hakimiyyətin daxili və xarici siyasətini televiziya efirindən tənqid etmək?
- Hakimiyyətin qanuna zidd əməllərini ifşa etmək?
- Hakimiyyətin seçkiləri saxtalaşdırdığını dünyaya sübut etmək?
- Müxalifətin və ya özünün mövcudluğunu cəmiyyətə göstərmək?
- Təşkilatlanmaq fürsəti kimi yararlanmaq?
- Siyasi sabitliyi pozmaqla yeni situasiya yaratmaq?

Gəlin birlikdə bu suallara cavab axtaraq. Mövcud siyasi şəraitdə və seçki konyukturasında qalib gələrək prezident seçiləcəyini düşünən müxalif namizədin olacağını təsəvvür edə bilmirəm. Əgər belə bir şəxs varsa, bu, möcüzə olar. Hər halda ciddi şəxslər arasından belə birinin çıxacağını zənn etmirəm. Çünki ölkədə seçki olmadığını onların hər birinin daha yaxşı bildiyi qənaətindəyəm.  

Hakimiyyətin daxili və xarici siyasətini tənqid etmək, onun qanunazidd əməllərini ifşa etmək üçün də namizəd olmağa gərək yoxdur. Sosial şəbəkələrdə və sosial mediada, habelə mitinqlərdə siyasətçilərin bunu mütəmadi etmək imkanı var. Hakimiyyətin seçkiləri saxtalaşdırdığını dünyaya sübut etmək kimi iddialar da yumşaq desək, gülüş doğurur. 2013-cü il seçkisində ATƏT-in müvafiq qurumları seçkinin 58% saxtalaşdırıldığını bəyan etdi. Guya 2018-ci ildə bu rəqəm 68% olsa, nə dəyişəcək ki? Belə bir məqsəd naminə "seçki”yə qatılıb əhaliyə müsbət nə isə qazandırmaq çətindir. Əgər MSK imkan yaradarsa, televiziya çıxışları ilə müxalifətin mövcudluğunu cəmiyyətə göstərmək də qalıcı siyasi nəticə doğurmayacaq. 

"Seçki”dən heç təşkilatlanmaq fürsəti kimi yararlanmaq da mümkün deyil. İndi təşkilatlanmanın bu vasitə ilə uğurlu olacağını düşünmək çox qeyri-peşəkar yanaşma olar. Ölkəmizdə təşkilatlanmanın fərqli yollarından istifadə edilməlidir. İnanmıram cəmiyyətdə siyasi sabitliyin pozulmasını kimsə arzulasın. Bu, hər kəsə zərər verə bilən bir proses deməkdir. Həm də siyasi sabitliyin pozulmasını şərtləndirən amilləri hərəkətə gətirəcək resurslar müxalifətin əlində deyil. Deməli, namizədlərin öz təşkilatlarına və cəmiyyətə nə qazandıracaqları ilə bağlı suala müsbət cavab yoxdur. Özlərinə nə qazandıracaqlarının cavabını isə özlərindən eşitmək yaxşı olar. 

 "Seçki”ni boykot etmək hansı siyasi nəticə doğura bilər?

Boykotun da doğuracağı ciddi siyasi nəticələrdən danışmağın çətin olduğunu qəbul etməklə yanaşı, həm də özümüzə sual verək ki, boykot etməkdə məqsədimiz nədir? Təqribən aşağıdakı suallara birlikdə cavab tapmağa çalışaq:

- Seçiciləri "seçki”də iştirakdan çəkindirməklə ”seçki”nin baş tutmamasına və legitimlik problemi yaradaraq nəticələrin beynəlxalq aləmdə tanınmamasına nail olmaq?
- Ölkədə demokratik seçki olmadığını beynəlxalq aləmə göstərmək və onlardan demokratik islahatlar üçün təsirli dəstək almaq?
- Hakimiyyətə siyasi təzyiq edib demokratik seçkiyə məcbur etmək?
- Cəmiyyəti boykot ideyası ətrafında səfərbər edib, ölkəboyu "Seçki Hərəkatı”na siyasi zəmin yaratmaq? 
- Hakimiyyətin təklif etdiyi aşağılayıcı siyasi müstəvidən imtina edərək kənarda hərəkat yaratmaq? 

Öncə qeyd edək ki "Mütləq səs çoxluqlu” mojaritar seçki sistemində boykotun nəzəri baxımdan siyasi nəticə doğurması mümkün olsa da, praktik olaraq buna nail olmaq üçün çox nəhəng təşkilati resurslar lazımdır. Sovet hakimiyyəti zamanında və müstəqilliyin ilk illərində ölkəmizdə "Mütləq səs çoxluqlu” mojaritar seçki sistemi tətbiq edilsə də, sonradan bu qayda tamamilə dəyişdirildi və hazırda "Nisbi səs çoxluqlu” seçki sistemi tətbiq edilir.  

"Nisbi səs çoxluqlu” mojaritar seçki sistemində isə boykotun hüquqi nəticə doğurması ümumiyyətlə mümkün deyil. Çünki ölkənin seçki qanunvericiliyində nə seçicinin iştirakının minimum həddi nəzərdə tutulub, nə də namizədin lehinə verilən səslərə görə aşağı kvota var. Seçkidə seçicinin ən aşağı faizi iştirak etsə belə, seçki baş tutmuş sayılır və hakimiyyət üçün legitimlik problemi yaranmır. 

Boykot etməklə beynəlxalq birliyin diqqətinin ölkəmizdəki antidemokratik seçkiyə cəlb olunacağına və bu yolla onlardan demokratik islahatlar üçün təsirli dəstək alınacağına ümid etmək də vaxt itkisidir. Bunun təfərrüatlarına toxunmaq istəmirəm.

Cəmiyyətin indiki zəif durumunda hakimiyyətə siyasi təzyiq göstərib demokratik seçkiyə məcbur etmək də real deyil. Bunun üçün yerli və beynəlxalq şərtlər hələlik uyğun görünmür. Boykot ideyasını cəlbedici edən yeganə amil bu ola bilər ki, cəmiyyəti tədricən "boykot ideyası” ətrafında səfərbər edib, ölkəboyu "Seçki Hərəkatı”na və ya başqa bir ümumxalq hərəkatına siyasi zəmin yaradılsın. Onu da qeyd edək ki, "seçki”ni boykot etmədən də bu istiqamətdə müəyyən addımlar atıla bilər və belə təşəbbüslər müşahidə edilməkdədir.

Müxalifətin seçkiyə "vahid namizəd”lə qatılmasına zərurət varmı?

Müxalifət adına iddialı qurumların sayı bilərəkdən hökumət tərəfindən süni şəkildə çox şişirdilib. Məqsəd cəmiyyətin məlumatsız kəsiminin fikirlərini qarışdırmaq, müxalif düşərgənin guya çox dağınıq olması görüntüsünü yaratmaqdır. Hətta bu imitasiyaya aludə olan bəzi qüvvələr də özlərinin müxalifət olduqlarına ciddi şəkildə inanmağa başlayıblar. İstənilən şəxs öz imkanları ilə hakimiyyətə müxalifətdə olan qurumların monitorinqini aparsa, o zaman görəcək ki, bu düşərgədə hər kəsin bəlli yeri var. Hakimiyyət müxalifəti nə qədər çoxbaşlı və rəngarəng göstərməyə cəhd etsə də, bu istəyi beynəlxalq müstəvidə ciddi qəbul edilmir. Yerli və xarici peşəkar müşahidəçilər müxalifət kimi fəaliyyəti görünən çox az qurumun adını çəkə bilər. Belə bir dar çərçivədə seçim etmək isə elə də çətin deyil. 

Məncə, müxalifət üçün "vahid namizəd” anlayışı və onun ətrafında müzakirələr artıq dəfələrlə yaşanmış təcrübədir. Cəmiyyətin narazı kəsimini bu "düstur”la səfərbər etmək mümkün deyil və indiki situasiyada həm də zərərlidir. Hazırkı siyasi şəraitdə "vahid namizəd” ideyası ətrafında müzakirələr müxalifətdən çox iqtidara lazımdır. Diqqət etsəniz, kiçik istisnalarla bu barədə ən çox tezislər məhz iqtidara yaxın şəxslər və qurumlar tərəfindən mütəmadi gündəmə çıxarılır. Real gücü olan müxalifət qurumları belə diskussiyalarda demək olar ki, həvəsli görünmür. 

Hər seçki öncəsi bir sual yaranır, "vahid namizəd” müxalifətə nə üçün lazımdır?  Bu amil əgər seçkidə iqtidara qalib gəlməyə yardım edən əsas faktor kimi qəbul edilirsə, indiki situasiyada bunun heç bir əhəmiyyəti yoxdur. Çünki həm seçki bir prosedur kimi sıradan çıxarılıb və yox sayıla bilər, həm də əksəriyyət seçkidə müxalifət namizədinin seçicidən səs almaq problemi də olmayıb. "Vahid namizəd” oldu və ya olmadı, müxalifət namizədi seçicidən dəstək ala bilir. Bunu müxalif namizədlər özləri də dəfələrlə iddia ediblər. 

Ancaq müxalifət heç vaxt seçicidən aldığı səslərin sonradan saxtalaşdırılmasının qarşısını ala bilməyib. Problem də məhz bundadır. Cəmiyyət məhz bu səbəbə görə "seçki”ni faktiki olaraq boykot edib, çünki hər dəfə müxalifətin çağırışlarına inanıb və onlara səs versə də, sonda  nəticəsini görə bilməyib. Öz səsini necə qoruya biləcəyini təsəvvür etməyən seçicidən belə bir şəraitdə hər dəfə səs istəmək və onu "seçki”yə çağırmaq yumşaq desək, istehza doğurur. Seçicini bu qədər avam hesab etmək olmaz. Namizədlər öncə nəticələri necə qoruyacağını müəyyən etməli, seçicini buna inandırmalı və yalnız bundan sonra iştirakın formasını müzakirəyə çıxarmalıdır.  

Yeri gəlmişkən, hazırda ölkəboyu sadə insanlar arasında bu istiqamətdə rəy sorğusu aparıq. İlkin nəticələrdən biri belədir ki, seçkidə iştirak etməyənlərin böyük əksəriyyəti məhz seçkiyə inanmadıqlarına görə səsverməyə getmirlər. 

"Vahid namizəd” kim ola bilər?

Öncəliklə, "vahid namizəd” məsələsini bu şərtlər altında əhəmiyyətli hesab etmirəm. Məncə, hakimiyyətə ən ciddi alternativ müxalif siyasətçini müxalifət qurumlarının müəyyən etməsi indi işə yaramayacaq və əlavə dağıdıcı mübahisələrə səbəb olacaq. Siyasi proseslərin dinamikasına uyğun şəkildə cəmiyyət belə bir namizədin kimliyini tədricən öz altşüurunda formalaşdıracaq. Onun üzə çıxarılmasının zamanını və formasını isə ənənəvi şəkildə təsəvvür etmirəm. Hazırda bu istiqamətdə müəyyən monitorinqlər aparırıq. Ancaq hələlik bu barədə danışmağın zamanı deyil. İndi sosial şəbəkələrdən tutmuş, canlı diskussiyalara qədər çox geniş bir analiz müstəvisi var. Obyektiv müşahidəsi olan ən ortabab siyasi düşüncəli şəxslər də bu tendensiyanı izləyə bilər. 

Məncə, bu seçkidə müxalifətin "vahid namizəd”lə deyil, çoxsaylı namizədlərlə qatılması da nəzərdən keçirilə bilər. Hətta müxalif namizədlər arasında qadın namizədlərin olması da çox yaxşı olar. Müxalifətin sıralarında hazırda qadın siyasətçilər çox olmasa da, yerli və beynəlxalq ictimaiyyətin yaxşı tanıdığı xüsusi seçilənləri var.     

Antidemokratik cəmiyyətlərdə hakimiyyətə müxalifətçilik təkcə sərt tənqidlə qazanılmır, həm də hakimiyyətin qarşı tərəfə sərt münasibətindən, təzyiqlərindən və repressiyalarından doğulur. Siyasi proses tədricən o qüvvəni və ya şəxsi narazı insanların önünə çıxarır. Siyasi liderlər anidən, hansısa fors-major situasiyada ortaya çıxarsa, onlar yalnız müvəqqəti funksiya daşıya bilir. Ancaq cəmiyyəti uzun müddət istiqamətləndirən liderlər elə cəmiyyətin gözlərinin önündə tədricən həzm edilərək ali məqama çatır. Qəbul etməliyik ki Azərbaycan ictimai-siyasi mühitinin əsas problemi liderlə və ya təşkilatla bağlı deyil, əhalinin əksəriyyətinin siyasi təfəkkürünün zəif olması ilə bağlıdır.  
Prezident seçkisi cəmiyyət üçün növbəti fürsət ola bilərmi? 

Seçkilər tam və ya qismən demokratik olan dövlətlərdə cəmiyyət üçün növbəti fürsət sayıla bilər. Ancaq azadlıqların əsasən boğulduğu dövlətlərdə seçki qətiyyən cəmiyyət üçün fürsət yarada bilməz. Mənim qənaətim belədir ki, nə əsas müxalifət, nə də müstəqil şəxslər seçkiyə növbəti fürsət kimi baxıb özlərini aldatmamalı və cəmiyyəti də bu istiqamətdə yersiz ümidləndirməməlidirlər.

Bu günün şərtləri ilə baxsaq, müxalifətin bu "seçki”dən hansısa formada yararlanması hələlik mümkünsüzdür. Dinc və kütləvi demokratik proseslər üçün cəmiyyətdə müəyyən hazırlıq işlərinin aparılması daha yaxşı olar. 

Son olaraq, Növbəti "seçki” iqtidar üçün çox önəmli bir fürsət ola bilər. Əgər ölkədəki və regiondakı durumu obyektiv analiz etsələr, bundan yararlana bilərlər. İqtidar düşərgəsində dərinləşməkdə olan mənəvi-psixoloji və iqtisadi-siyasi tənəzzülü dayandırmağın yalnız bir yolu var, o da siyasi sistemi köklü dəyişməkdir. Ancaq ənənəvi konyukturanın nəyin bahasına olursa-olsun qorunub saxlanması cəmiyyət üçün çox təhlükəli gələcək vəd edir.

Nəsimi Məmmədli, 
Yayımların Monitorinq Mərkəzinin sədri

Həccə getməyən, amma Həcci qəbul olunan kişinin əhvalatı - İBRƏTAMİZ...
Bu qızın nə bəslədiyini görəndə çox təəccüblənəcəksiniz - İNANILMAZ...
Hava ilə işləyən avtomobil hazırlandı – VİDEO
Petkim MIT-nin Sənaye Əlaqə Proqramına (ILP) üzv oldu...
Fədayə Qoca ilə münasibətindən danışdı: "Gecələr yata bilmirdim"
İdrak Liseyi - Keyfiyyətli təhsil
Nabranda ailəvi istirahət üçün kotec tipli kirayə evlər. Ətraflı məlumat üçün əlaqə nömrələri:

050 311 11 64, 055 681 11 64

N.Tusi adına Klinika
Cəmiyyət
"Bu işi başlı-başına buraxmaq və ya Mədəniyyət Nazirliyinin bir şöbəsinin ümidinə qoymaq olmaz"
Siyasət
"Nikol Paşinyan o qədər əcaib, o qədər qeyri-ciddi hərəkətlərə yol verib ki..."
Dünya
Dəvə avtomobilin kabinəsinə girdi... - Dəhşətli qəzadan görüntülər...
Cəmiyyət
"Əgər bələdiyyə sədri xalq tərəfindən seçilsə, pis işləyərsə..."
Siyasət
“İran Ermənistana görə Rusiya ilə münasibətlərini korlamayacaq”
Həftənin ən çox oxunanları
Yaponların başqa planetdə yaşadığını sübut edən 30 heyrətamiz fakt - FOTOLAR
“Hansısa ərəbin mənim şəhərimdə hoqqa çıxarmağa nə ixtiyarı var?!” - VİDEO
Suya tullanan Nigar Camalın sinəsi çöldə qaldı - VİDEO
Qənirə Paşayeva: "Yaralıları xilas etmək üçün həkimlərimiz əllərindən gələni edirlər"
Gənc müəllim əlini qadınlara vurmadığına görə işsiz qaldı - Rəzalət - FOTO
Fitnəkar Moskva Ağdama erməni icra başçısı təyin edib... - İKİÜZLÜ HƏMSƏDRLİK...
“Paşinyan hakimiyyəti çalışır ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etsin...”
İsmayıllıda baş verən müəmmalı hadisə ufoloji cəhətdən araşdırılmalıdır - MARAQLI...
İlham Əliyevin əsgərlik görüntüləri yayıldı - FOTO
Məleykə Əsədova Milli (!) dəyərlərimizin etibarlı qoruyucusudur...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə