Xəbər lenti
15/11/2018 [12:02]:
Uşaq bağçasında qısaqapanma
15/11/2018 [12:00]:
Aqil Abbas: DUST BİPƏRVA, FƏLƏK BİRƏHM, DÖVRAN BİSÜKUN
15/11/2018 [11:57]:
Ayrapetyanın cəsədi soyuducuda çürüyüb, ekspertizaya yararsız olub -Erməni oliqarxın sirli ölümü
15/11/2018 [11:52]:
“Onun hər bir cümləsində kinomuzun vəziyyəti ilə bağlı son dərəcə ağrılı, dərin təhlil var”
15/11/2018 [11:49]:
Ermənistanda seçki yarışına 11 partiya qoşulub –Paşinyan müxalifətin mandat qazanacağına şübhə edir
15/11/2018 [11:41]:
“Ya qəbul edin, ya da xaosa hazır olun!” –Britaniya hakimiyyətində siyasi böhran zirvəyə çatdı
15/11/2018 [11:39]:
Daha bir yanğın
15/11/2018 [11:31]:
Donald Trampdan səfir təklifi
15/11/2018 [11:30]:
“Biabırçılıqdır, analar doğum evindən çıxarkən onlara zəng vurub körpə qidaları təklif edirlər”
15/11/2018 [11:29]:
Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir -FOTOLAR
15/11/2018 [11:25]:
Ərzaq məhsullarının içindən mobil telefonlar çıxdı
15/11/2018 [11:18]:
Bu ərazidə su olmayacaq
15/11/2018 [11:15]:
Azərbaycanda daha bir səfirlik açılacaq
15/11/2018 [11:15]:
Çarşablı qadın Atatürkün heykəlini baltaladı - Yusif surəsində nə yazılıb?
15/11/2018 [11:12]:
İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən işlərlə tanış oldu
15/11/2018 [11:07]:
“Uşaq pulu” çoxdan bərpa edilməli idi”
15/11/2018 [11:03]:
Güclü qar məktəblərin bağlanmasına səbəb oldu
15/11/2018 [10:55]:
Nazir: "Pensiya yaşını azaltmağa ehtiyac yoxdur"
15/11/2018 [10:52]:
“Narkomaniya və erkən nikaha yox deyək” mövzusunda tədbir keçirildi...
15/11/2018 [10:46]:
Ermənilər Sərsəng SES-in 40 illik yubileyini də keçirdi... - Biz hələ 40 il də gözləyəcəyik?..
15/11/2018 [10:45]:
İdmançılar qəzaya uğradı
15/11/2018 [10:40]:
ADPU-da “Antropoloji dəlillər ermənilərə yox deyir” mövzusunda elmi seminar keçirilib
15/11/2018 [10:39]:
Azərbaycanda dərslərin dayanmasına səbəb...
15/11/2018 [10:34]:
Futbol məşqçisi dünyasını dəyişdi
15/11/2018 [10:25]:
Kapital Bank yeni Neftçilər Kart Mərkəzi filialını istifadəyə verdi
15/11/2018 [10:21]:
90 milyon sərnişinə xidmət göstəriləcək
15/11/2018 [10:09]:
Milli Məclisdə gərgin müzakirələr...
15/11/2018 [10:02]:
Bloger “iPhone” almaq üçün bir vanna pul gətirdi - VİDEO
15/11/2018 [09:52]:
Bakıda atanın qızına göndərdiyi səs yazısı ortaya çıxdı - “SƏNƏ NİFRƏT EDİRƏM” – VİDEO
15/11/2018 [09:51]:
Sürücülər üçün sonuncu gündür - XƏBƏRDARLIQ
15/11/2018 [09:48]:
Azərbaycanda vulkan təhlükəsi - PROQNOZ
15/11/2018 [09:47]:
Bu gün Millətlər Liqasında 9 oyun keçiriləcək - TƏQVİM
15/11/2018 [09:42]:
Yanğınlar zamanı ölənlərin sayı 58 nəfərə çatıb
15/11/2018 [09:39]:
Qəbələdə maşın ağaca çırpıldı: ölən var
15/11/2018 [09:36]:
Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
15/11/2018 [09:33]:
ADAU əməkdaşları Ukraynanın Sumi Milli Aqrar Universitetində - FOTOLAR
15/11/2018 [09:31]:
Bu ərazidə yaşayanlara ciddi təhlükə
15/11/2018 [09:28]:
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
15/11/2018 [09:15]:
“Hər çalma bağlayandan molla olmaz” - “Sərxoş molla” görüntülərinə rəsmi reaksiya + VİDEO
15/11/2018 [09:14]:
Milli Qəhrəmanın anım günüdür
15/11/2018 [09:02]:
Prezident İlham Əliyev ilk dəfə KTMT-də baş verənlərdən danışdı
15/11/2018 [08:54]:
İş adamlarımız Çindən 50 milyon dollarla qayıdıb
15/11/2018 [08:48]:
Manat bu günə hansı məzənnədə olacaq?
15/11/2018 [08:41]:
Bu gündən qış rejiminə keçirik
15/11/2018 [08:38]:
Saqqız haqqında bilmədiyimiz gerçəklər...
15/11/2018 [08:31]:
Dünyanın ən "fədakar" dietası
15/11/2018 [08:24]:
Avtomobillərin parklanması üçün yeniliklər ediləcək - VİDEO
15/11/2018 [08:19]:
21 gün enerji saxlayan telefonun təqdimatı oldu...
15/11/2018 [02:11]:
Günün qoroskopu: -Yel dəyirmanları ilə savaşmayın...
15/11/2018 [01:51]:
“Azərbaycandan alacağımız ərazilər var” – Separatçılardan həyasız iddia
15/11/2018 [01:36]:
CIA-nın projesi deşifrə oldu... Düz 149 nəfər...
15/11/2018 [01:33]:
Tramp yenə sosial medianın hədəfinə çevrildi - Minlərlə insanı unutduğu üçün...
15/11/2018 [01:30]:
Moskvada ilin toyu - 450 min dollarlıq gəlinlik, 25 "Limuzin"...
15/11/2018 [01:21]:
Parisdən Trampa ingiliscə cavab - “Common decency”
15/11/2018 [01:17]:
Ermənipərəst deputatın elə erməni xislətində olduğu da göz qabağındadır...
15/11/2018 [01:15]:
Eynəklər hansı müddətdən bir dəyişilməlidir? - Görmə zəifliyi olanların diqqətinə
15/11/2018 [01:02]:
Dünyanın ən böyük "Cücə"sinə 14 milyard dollarlıq CƏRİMƏ...
15/11/2018 [01:01]:
"Palmali"nin prezidentindən görkəmli türkoloqa 9 cildlik SÜRPRİZ...
15/11/2018 [00:59]:
Mənzil seçərkən 3-cü mərtəbədən yuxarı mərtəbələrə üstünlük verin - Xərçəngdən qorunma üsulları
15/11/2018 [00:46]:
"Başa düşə bilmirəm ki, hansı məntiqlə qadınları 65 yaşda pensiyaya çıxarırıq?"
14/11/2018 [23:43]:
Hər yerə 12 kukla ilə gedir - MARAQLI
14/11/2018 [23:28]:
Türkmənistanda polis “hədsiz tox olanları” axtarır: “doğrama” yemək olmaz
14/11/2018 [23:02]:
Gürcüstanda prezident seçkilərinin ikinci turunun tarixi elan olunub
14/11/2018 [23:00]:
Məruzədən təsirlənən yüzlərlə xristian müsəlman oldu - MARAQLI
14/11/2018 [23:00]:
3 ölkə Türkiyəyə qarşı birləşdi - Sensasiyalı plan
14/11/2018 [22:43]:
Pul üçün rinqə çıxan 13 yaşlı uşaq qorxunc şəkildə can verdi - DƏHŞƏT...
14/11/2018 [22:34]:
"Minlərlə QHT gözləyir ki, 2019-cu ilin dövlət büdcəsinə ayrılan vəsait artırılacaq"
14/11/2018 [22:30]:
Ölkəni qarışdıran qadın danışdı: "Prezidentə alt paltarımı göstərdim”
14/11/2018 [22:14]:
"Stalin deyirdi ki, hər şeyi kadrlar həll edir, indi isə hər şeyi islahatlar həll edir"
14/11/2018 [22:09]:
Başı çilçırağa toxunan dövlət başçısı böyük şok yaşadı - VİDEO
14/11/2018 [22:04]:
Ermənistanda sərxoş rus hərbçiləri arasında dava düşdü - Arada erməni də döyüldü...
14/11/2018 [21:59]:
Libermanın istefası və Qarabağ: Bir nazirin istefası ilə bağlı düşüncələr...
14/11/2018 [21:48]:
Qubada avtoxuliqanlar tutulub - FOTO
14/11/2018 [21:45]:
Mingəçevirdə yelləncəkdə boğazına kəndir dolanan uşaq ölüb - YENİLƏNİB
14/11/2018 [21:20]:
Saakaşvili Gürcüstan vətəndaşlarına müraciət etdi
14/11/2018 [21:17]:
"180 manatlıq yaşayış minimumu ilə bir ay yaşamaq mümkün deyil..." - TƏKLİF
14/11/2018 [21:07]:
“Rusiya Ermənistan siyasətində mərkəzi amil olaraq qalacaq” - Metyu Brayza
14/11/2018 [21:07]:
Separatçı erməni lider həmsədr ölkənin paytaxtına yola düşdü... - TAM SƏRBƏST...
14/11/2018 [20:53]:
Ordumuzun hərb oyunları davam edir – VİDEO
14/11/2018 [20:51]:
Yaşayış minimumu və ehtiyac meyarının yuxarı həddi müəyyənləşdi
Bütün arxiv bir sırada
20/11/2017 [14:11] - Köşə - ( 4185 dəfə baxılıb)

20 Noyabr teraktı Azərbaycanın taleyini dəyişdi...

Sultan Laçın








Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov hakimiyyətdə qalsaydı, Daşaltı, Xocalı faciələri baş verərdimi?.. 

Onlar Azərbaycan dövlətçiliyinin ilk elitar şəhidləri idi...

Həmin gün Azərbaycanın və ümumilikdə regionun taleyini tamamilə dəyişən bir faciə törədildi...  Dağlıq Qarabağa sülh missiyası ilə gəlmiş insanları aparan vertolyot Qarakənd səmasında naməlum şəraitdə yerə salınaraq partladıldı... Vertolyotda Rusiya və Qazaxıstan hərbçiləri və hökumət nümayəndələri ilə bərabər Azərbaycan dövlətinin 7 nümayəndəsi, iki millət vəkili, bir jurnalist və iki televiziya işçisi həlak oldu... 

26 il ötsə də, 20 Noyabrın sifarişçi, icraçı və iştirakçılarının konkret adları aşkarlanmayıb və onlar cəzalandırılmayıb. Düşmən şayiələrindən formalaşaraq nifrəti özümüzə, xalqa yönəltməyə hesablanmış bəsit düşüncələr isə bizləri hədəfdən yayındırır, 20 Noyabr faciəsinin əsl mahiyyətini anlamağa imkan vermir. Bunu anlamaq üçün isə ilk növbədə bir neçə suala cavab vermək lazımdı: O vertolyotda həlak olan Azərbaycan vətəndaşları müstəqil dövlətçiliyimiz, xalqımız üçün kimlər idi? Faciə ərəfəsində bölgədə hansı proseslər gedir və o proseslərdə həmin şəxsiyyətlər necə iştirak edirdi? Bu dövlət xadimlərinin qətli  hansı qüvvələrə və kimlərə sərf edirdi? Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov kimi milli qeyrətlərinə şübhə edilə bilməyəcək şəxsiyyətlərin ilk prezident Ayaz Mütəllibovun komandasında hakimiyyət başında olması hansı xarici və daxili qüvvələr qarşısında böyük maneə idi? Onlar qətlə yetirilməsəydi, Qarabağın, Azərbaycanın, xalqımızın, dövlətimizin taleyi necə olardı?.. Və s.


...Onlar cəmi  32 gün əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycanın dövlət və ziyalı elitasının üzvləri idi. Hər biri  şəhid kimi əzizdi. Ancaq ölkəmiz üçün ən önəmli üç fiqur: demək olar ki, Baş nazir statusunda olan Tofiq İsmayılov, dövlət müşaviri (keçmiş daxili işlər naziri) Məhəmməd Əsədov və Baş prokuror İsmət Qayıbov... Bu üçlük Azərbaycanın, regionun taleyinə çox önəmli təsir göstərən və göstərə biləcək şəxsiyyətlər idi. Onların rəhbərliyi altında artıq Qarabağdakı erməni quldur bazalarına sarsıdıcı zərbələr vurulmuş və məsələnin həlli istiqamətində digər siyasi addımlar atılırdu...  

Faciə ərəfəsində keçmiş SSRİ, o cümlədən Güney Qafqaz ərazisində  çox xaotik proseslər gedirdi... Azərbaycanın ilk prezidenti  Ayaz Mütəllibov 1991-ci ilin martında ümumittifaq referendumunda respublika əhalisinin əksəriyyətinin SSRİ-nin saxlanmasına səs verməsinə şərait yaratmış, Ermənistan isə əksinə, referenduma “yox” demişdi... Mütəllibovun özünün dediyinə görə, AXC liderlərinin onu xəyanətdə suçlamalarına rəğmən bu, siyasi bir gediş idi. Məhz referendum məsələsinə arxalanaraq Mütəllibov SSRİ prezidenti M.Qorbaçovun razılığını aldı və 1991-ci ilin aprel-mayında  Gəncəbasar ərazisində keçmiş SSRİ Daxili Qoşun əsgərlərinin dəstəyi və  “OMON” (Xüsusi Təyinatlı Milis Dəstəsi- Məhəmməd Əsədovun əmri ilə 1990-cı ilin payızında yaradılmışdı) döyüşçülərinin fəal iştirakı ilə böyük bir erməni terrorçu bazasının məhv edilməsi ilə nəticələnən Çaykənd əməliyyatı keçirildi... 
Bu, SSRİ DİN-in rəhbərliyi ilə Azərbaycan və Ermənistan ərazilərində  keçirilən “Koltso”(“Həlqə”)  adlı ümumi əməliyyatın tərkib hissəsi idi.  Həmin əməliyyatda fəal iştirak etmiş keçmiş MTN polkovniki İlham İsmayıl haqlı olaraq onu “unudulmuş qələbə” adlandırır... Elə  o günlərdə “omonçu”lar  və digər milis bölmələrinin, eləcə də AXC dəstələrinin iştirakı ilə Şuşanın Qaladərəsi, Kirov, Yexhsaox kəndlərində, iyul ayında isə Goranboyun Manaşid, Buzluq, Erkəc kəndlərində və digər yerlərdə düşmənin  bir sıra baza məntəqələri məhv edildi və həmin ərazilərdə sabitlik yaradıldı... Bu uğurda daxili işlər naziri Məhəmməd Əsədovun da rolu şəksiz idi. O, tez-tez qaynar nöqtələrə gedir, yerli əhali ilə sıx ünsiyyətdə  olurdı... Təəssüf ki, sonrakı illər, eləcə də bu gün, o dövrkü Mütəllibov hakimiyyətinə olan antipatiyadandı-nədəndi, qeyrətli vəzifə sahiblərimizin uğurları unutdurulur, kölgə altına salınır... Halbuki, 20 Yanvar şəhidləri kimi, 20 Noyabr şəhidləri ifadəsi də telekanal, qəzet və saytların dilindən düşməməlidir...

1991-ci ilin payızında Rusiya və Qazaxıstanın vasitəçiliyi ilə sülh danışıqları da aktivləşdirilmiş, Jeleznovodskda, İcevanda, Bakıda rəsmi görüşlər keçirilmişdi...  Azərbaycanın adları çəkilən dövlət xadimləri də bu prosesdə fəal iştirak edirdi...


Vəzifəsinin icrasına 1991-ci ilin sentyabrında başlasa da,  akademik Tofiq İsmayılov kosmonavtika elmi sahəsindəki uğurlarına görə keçmiş SSRİ-dəki nüfuzu  və Kremldə Yanvar faciəsinin müzakirəsi zamanı Qorbaçovu ayağa qalxmağa vadar etmiş bir şəxsiyyət kimi xalq arasında qazandığı  hörməti sayəsində var gücünü Qarabağ probleminin həllinə yönəltməyə çalışırdı...

Cəmi bir ilə yaxın idi ki, vəzifə başına gəlmiş cavan, enerjili Baş prokuror İsmət Qayıbov erməni terrorçularına qarşı qanun çərçivəsində fəal mübarizə aparırdı... Xalqın əksəriyyətinin qəlbində adı çəkilən şəxslərə, o cümlədən tanınmış jurnalistlər ”“ Prezident Aparatı Mətbuat Xidmətinin rəhbəri Osman Mirzəyevə, AzTV-nin müxbiri, ”Dəli bir ağlamaq keçir könlümdən...” -deyən Alı Mustafayevə qarşı dərin məhəbbət hissi yaranırdı... Allah Baş nazirin müavini Zülfü Hacıyevə, nazir müavini Qurban Namazəliyevə, deputatlar Vaqif Cəfərov və Vəli  Məmmədova,  AzTV-də işıqçı işləyən Arif Hüseynzadəyə, operator Fəxrəddin Şahbazova, Tofiq İsmayılovun köməkçisi Rafiq Məmmədova da rəhmət eləsin! Onların da hər birinin xalq arasında və  işlədiyi sahədə özlərinə məxsus hörmət və nüfuzları vardı...

Beləliklə, 1990-1991-ci illərdə müstəqil dövlətimizin başında sovet Azərbaycanının milli müstəqillik hərəkatı burulğanında üzə çıxan “qaymağı”ndan ibarət milli qeyrətli elita formalaşırdı. Bu isə həm erməni daşnaklarının, həm də SSRİ-nin parçalanmasını başa çatdıraraq keçmiş müttəfiq respublikaları, o cümlədən Azərbaycanı öz ssenarilərinə uyğun idarə etməyə çalışan xarici güclərin və onların daxili dayaqlarının maraqlarına zidd idi. Həmin elita torpaqların işğalının qarşısını almağa,  regionda sabitlik yaratmağa cəhd edirdi, amma məkrli ssenarilərə görə Sovetlər birliyi tam çökməmiş, Azərbaycan torpaqlarının xeyli hissəsi işğal edilməmiş bu sabitlik yaradılmamalıydı... Mövcud iqtidarda xalq tərəfindən sevilən heç bir qüvvə olmamalıydı. Guya xalqın içərisindən çıxmış süni qəhrəmanlar yetişdirilməli və onlar gələcək hakimiyyətin yolunun açılmasına şərait yaratmalı idilər...  
Həmin elita  gələcəkdə xalqımıza qarşı həyata keçiriləcək digər antimilli planların da qarşısını alacaqdı...

 Bu da bir həqiqətdir ki, Tofiq İsmayılov, Məhəmməd Əsədov və İsmət Qayıbov üçlüyü 1990-cı il Yanvar hadisələrindən sonra “SSRİ-nin saxlanmasına səs verdirmiş”, “QKÇP-ni dəstəkləmiş”, “Moskvanın adamı” olaraq təqdim olunan bir kommunist kimi Ayaz Mütəllibova qarşı hakimiyyətə can atan qüvvələrin təbliğatı sayəsində  xalqın müəyyən hissəsində formalaşdırılmış nifrəti arxa plana keçirirdi... 

Təəssüf ki, həyatımız bir variantlıdır, yəni olanı geri qaytarıb başqa variantda təkrar etmək mümkün deyil. Amma özünüz heç bir siyasi, ideoloji  konyuktura: iqtidar, müxalifət, partiya mövqeyindən yanaşmadan vicdan və məntiqlə  düşünün, bu üçlük və eləcə də 20 Noyabrın digər vəzifəli şəhidləri hakimiyyətdə qalsaydı,  ermənilər ciddi müqavimət görmədən Daşaltı, Qaradağlı, Xocalı faciələrini törədə, Şuşa və Laçını işğal edə bilərdimi? Bu halda 1992-ci ilin martın 5-də  Ayaz Mütəllibovu belə  asanlıqla istefaya məcbur etmək və  həmin ilin mayında AXC-ni hakimiyyətə gətirmək mümkün olardımı?.. Proses və olayların bu cür inkişaf variantında Qarabağda qarşıdurma davam etsə də, Rusiya da ermənilərə dəstək versə belə, uzaqbaşı, bir neçə kənd və ya bir bölgəmiz işğal olunardı... Yəni Azərbaycan nə Xocalı, nə Şuşa, nə də Laçın faciələrini yaşayar, yüz minlərlə insanın taleyi tamam başqa  məcrada cərəyan edərdi... 

Bütün bu deyilənləri proqnozlaşdırmağı bacaran xarici və daxili düşmən qüvvələr müstəqil yeniyetmə Azərbaycan dövlətinin başında duran bu komandanı öncədən ciddi planlaşdırılmış terror nəticəsində məhv etməli idi. Burada Azərbaycan tərəfdən kimlərinsə iştirakı barədə söz-söhbətlərə gəlincə, təbii ki, bu cür hadisələrdə xəyanətkarlardan istifadə edilir. Ancaq onlar çox zaman hakimiyyətdə, üzdə olmur, pərdə arxasında gizlənirlər... Və sözsüz ki, o dövrdə isti-isti obyektiv istintaq keçirmək  mümkün olsaydı, onların ən azı, izinə düşmək mümkün idi... Vertolyotun “qara qutusu”nun başqa yerə yox, məhz Moskvaya göndərdilməsi də çox mətləblərdən xəbər verir...

Sözsüz ki, burada “mason-sionist-filan” adlanan dünya idarəçilərinin təsir dairəsində olan keçmiş sovet “KQB”-nin də, “QRU”nun (Rus ordusunda Baş Kəşfiyyat İdarəsi) da, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) də, eləcə də münaqişə və müharibələrdən külli miqdarda qazanc götürən SSRİ Hərbi Sənaye Kompleksinin də iştirakı mümkün idi...

 Bəzi məlumatlara görə, vertolyot yerə düşürüldükdən sonra erməni terrorçuları tərəfindən ABŞ istehsalı olan “Barret M81-A1” markalı,  tərkibində birləşmiş uran izotopu olan 50 kalibrli silahla vurulmuşdur ki, bu da  yəqin ki, yaranacaq çox yüksək istilikdə “qara qutu”nun tam yararsız vəziyyətə düşməsi məqsədi daşıya bilərdi. Məsələ ondadır ki, bu cür silahların  MKİ-nin razılığı olmadan terrorçu qrupların əlinə keçməsi  çətin məsələdir...


Müəmmalı məqamların çoxu, təbii ki, Moskva ilə bağlıdır...Faciədən iki gün əvvəl ”“noyabrın 18-də Moskvadan SSRİ prezidenti Qorbaçovun şəxsi köməkçisi tərəfindən Bakıya ”“ Prezident Aparatına zəng olunub xahiş edilir ki, Qarabağ məsələsi ilə bağlı yaradılmış Təhlükəsizlik Şurasının növbəti iclası Dağlıq Qarabağda keçirilsin. Bu məqsədlə o zaman dövlət müşaviri işləyən Aərbaycan KPMK-nın keçmiş ikinci katibi  V.Polyaniçkonun rəhbərlik edəcəyi nümayəndələrdən ibarət siyahı tərtib edilir. Lakin sonradan nədənsə Moskva bu siyahıya mütləq Tofiq İsmayılovun və İsmət Qayıbovun da salınmasını xahiş edir... Və Polyaniçko bu siyahıdan da çıxarılır... Xülasə, noyabrın 20-də Ağdamda Moskva və DQ nümayəndələrinin də iştirakı ilə müşavirə keçirilir. Və çox güman ki, faciənin ssenarisinin əsas gedişi orada edilir. Müşavirədən çox gərgin, emosional vəziyyətdə çıxan dövlət katibi Tofiq İsmayılov, İsmət Qayıbov və Məhəmməd Əsədov bayırda  bir neç gün əvvəl  ermənilərin Xocavənddə keçirdiyi qırğınlar nəticəsində Ağdama pənah gətirmiş sakinlərin, eləcə də Ermənistan qaçqınlarının, xüsusən anaların qəzəbli çıxışları ilə qarşılaşır və nəticədə müşahidəçilərlə birlikdə vertolyotla hadisə yerinə - Xocavəndə yollanmağa qərar verirlər... Burada Kremlin canişini Polyaniçkonun pərdə arxasında olan milli xəyanətkarlarla birgə  yaratdığı təxribat qruplarının da rolu mümkün idi... 

20 Noyabr həm də Rusiyanın imperiyapərəst qüvvələrinin yenicə elan edilmiş müstəqilliyimizə görə törətdiyi qisas aktı  da ola bilərdi. Bu mənada terror nəticəsində həlak olmuş dövlət xadimləri və ziyalılar müstəqil dövlətçiliyimizin ilk elitar şəhidləri hesab olunmalıdı... Fəqət,  onlara münasibətdə ayrı-seçkilik də qəlbləri ağrıdır. Hansı səbəndən 1992-ci ildə prezident Əbülfəz Elçibəy  jurnalist Alı Mustafayevə, AzTV-nin operatoru Fəxrəddin Şahbazova və işıqçı Arif Hüseynzadəyə şəhid statusu və Milli Qəhrəman adı verdi, ancaq digər nüfuzlu dövlət xadimlərinə istər AXC, istərsə  də indiki hakimiyyət dövründə heç şəhid statusu da verilmədi?..  Onların  Fəxri Xiyabandakı məzarları üzərinə yalnız ad və soyadları yazılıb, heç olmasa, erməni terrorunun qurbanı olduqları da qeyd  edilməyib...
Allah cəmi şəhidlərimiz kimi, 20 Noyabr şəhidlərinə də rəhmət etsin, məzarları nurla dolsun! Artıq 26 ildir ki, xalqımız və həmin şəhidlərin əzizləri bu terror aktının sifarişçilərinin və icraçılarının tapılaraq cəzalandırılacağını gözləyir... Sözsüz ki, faciənin detallarını və qatilləri Allah daha dəqiq bilir və onlara ən böyük cəzanı da O verəcək, bəlkə də artıq veribdi... 

"Palmali"nin prezidentindən görkəmli türkoloqa 9 cildlik SÜRPRİZ...
Hər yerə 12 kukla ilə gedir - MARAQLI
Pul üçün rinqə çıxan 13 yaşlı uşaq qorxunc şəkildə can verdi - DƏHŞƏT...
Ölkəni qarışdıran qadın danışdı: "Prezidentə alt paltarımı göstərdim”
“Ömür boyu istəmişəm futbol oynayım, bəxtim gətirməyib” – Millət vəkilindən etiraf – VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Biabırçılıqdır, analar doğum evindən çıxarkən onlara zəng vurub körpə qidaları təklif edirlər”
Dünya
Türkmənistanda polis “hədsiz tox olanları” axtarır: “doğrama” yemək olmaz
Dünya
Məruzədən təsirlənən yüzlərlə xristian müsəlman oldu - MARAQLI
Dünya
Dünyanın ən iri çəhrayı brilliantı neçəyə satıldı? - FOTO
Gündəm
“Məlum yenilik heç də dövlət təhsil müəssisələrinin pullu olması anlamına gəlmir”
Həftənin ən çox oxunanları
"KİA Motors" Azərbaycanda 1 milyon kilometr maşın sürən şəxsi ŞOKA SALDI...
Ayaz Mütəllibovdan şok açıqlamalar -"Danışmışdım, Qarabağ qaytarılacaqdı..."
"Bəlkə içimizdəki ermənilərdənsən ki, şəhid anasını təhqir etməyə özünü borclu bilirsən"
Xatirənin geyimi başına bəla oldu - FOTOLAR
Sehrli ingilis barmağı: Dumanlı Albiondan bir qudaya stop, digərinə yaşıl ışıq? + FOTOLAR
“Bu reklama çəkilməklə bir ailə başçısını üç il yarım həbsdən azad etdirdim...” - VİDEO
Bu cavan erməni aqronom Azərbaycan torpağında 115 min nar tingi əkdi...
“Ələkrəm Hümbətov Azərbaycan bayrağını parçalayıb yerə atdı və...”
Azərbaycanın talanan sərvətlərinin izi ilə daha bir ünvan: Ax, London, London...
Ermənistan artıq torpaqlarımızda istehsal edilmiş silahlarla silahlanmağa başladı? – FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə