Xəbər lenti
13/12/2017 [18:34]:
ADNSU-da “Azİİ Məzunları” İB təsis olundu
13/12/2017 [18:15]:
Prezident Keniya liderini təbrik etdi
13/12/2017 [18:14]:
“İcra başçısı mənə niyə “sən öl” deyirdi?”
13/12/2017 [18:13]:
Ermənistandan gözlənilməz addım - Sürix protokollarını ləğv edir
13/12/2017 [18:08]:
İstanbulda Qüdslə bağlı tarixi qərar - Fələstinin paytaxtı elan edildi
13/12/2017 [17:30]:
Oliqarx Məmişov Kərimova görə hiddətləndi : “Onu cinayətkar kimi tutublar...”
13/12/2017 [17:25]:
ADU-da yeni layihə həyata keçirilir -“Bir günlük xəlifə”
13/12/2017 [17:19]:
Prokuror Gündüz Məmmədov Kremlin sevimlisini “hərbi cinayətkar” adlandırdı
13/12/2017 [17:17]:
"Hakimə dedim ki, güllələnməyə hazıram" - 6 tələbənin həyatına son qoyan sürücü
13/12/2017 [17:07]:
“Qadınlar bir-birilərinin həyatı ilə oynayırlar”
13/12/2017 [17:00]:
"ABŞ Qüdslə bağlı qərarına yenidən baxmalıdır" -İlham Əliyev
13/12/2017 [16:59]:
Həbsdə qalan Fədayə Laçın: "Bir uşağım var, anam da xəstədir"
13/12/2017 [16:50]:
Moldovanın Dövlət İnformasiya Agentliyində Heydər Əliyevlə əlaqədar məqalə dərc olundu
13/12/2017 [16:43]:
Bakıda qəza: Prospekt iflic oldu – FOTO
13/12/2017 [16:38]:
Məişət zorakılığından zərər çəkmiş şəxslərə göstərilən sosial xidmətlərə baxış oldu
13/12/2017 [16:38]:
Almaniya yığmasına veriləcək mükafatlar açıqlandı
13/12/2017 [16:32]:
Dövlət orqanları müsabiqəyə 1444 vakant vəzifə təqdim etdi
13/12/2017 [16:24]:
“Rəşad bu təyinatlara razı deyildi” - Qurban Qurbanov
13/12/2017 [16:18]:
“Qarabağ Harayı”nın finalçıları məlum oldu
13/12/2017 [16:13]:
Göygöldə yaşlı kişi dəm qazından öldü
13/12/2017 [16:01]:
Arif Rəhimzadə təkzib etdi: “O vəzifəyə qoyulan şəxs mənim oğlum deyil”
13/12/2017 [15:58]:
Əlavə pul qazanmaq istəyən müəllimlərə – ŞAD XƏBƏR
13/12/2017 [15:57]:
Fazil Məmmədovun ətrafında yeni hadisələr başlayıb...
13/12/2017 [15:55]:
Millət vəkili İraqın tanınmış aydınları, yazar, şair, KİV və QHT təmsilçiləri ilə görüşdü
13/12/2017 [15:47]:
Məleykə Abbaszadə: "Dövlət İmtahan Mərkəzi “sosial lift” funksiyasını yerinə yetirir"
13/12/2017 [15:43]:
“Müəyyən nazirliklər İcra hakimiyyətlərinə “krışalıq” edir” -Vahid Əhmədovdan etiraz
13/12/2017 [15:30]:
AMEA-nın iki institutuna direktor seçildi
13/12/2017 [15:27]:
Kreml: "Ərdoğan və Rusiyanın Qüdslə bağlı mövqeyi üst-üstə düşmür"
13/12/2017 [15:22]:
Milli Qəhrəman Əliyar Əliyevin xatirə lövhəsinin açılışı oldu
13/12/2017 [15:19]:
Borca görə uşaq ağçalarının işığını kəsdilər
13/12/2017 [15:14]:
10 günə 32 nəfər öldü - Ölkədə “yol terroru” davam edir
13/12/2017 [15:04]:
"Bazarstore"da bədbəxt hadisə
13/12/2017 [14:58]:
“Azərbaycan Dəmir Yolları” QSC-də üçtərəfli görüş keçirildi - FOTOLAR
13/12/2017 [14:58]:
"Məncə, Mehriban xanım Əliyevanın namizədliyi hakimiyyətin "b” variantı ola bilər"
13/12/2017 [14:38]:
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ilin yekunları dəyərləndirildi
13/12/2017 [14:35]:
"Rüfət Aslanlı Fərhad Əliyevin yolu ilə gedir, könlündən prezident olmaq keçir..."
13/12/2017 [14:33]:
Damla hansı məşhurla evlənir? - VİDEO
13/12/2017 [14:23]:
Ata arvadıyla 3 uşağını öldürüb özünü binadan atdı - Türkiyədə
13/12/2017 [14:18]:
Bankomatlardan yarım milyon pul oğurladı - Sensasion hadisə
13/12/2017 [14:15]:
“Hansı ölkədə bilikdən daha çox diploma üstünlük verilirsə...”
13/12/2017 [14:07]:
Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı - Ərdoğan Trampa qarşı
13/12/2017 [14:05]:
“Kim nə istədi, nəşr etdirə bilir” - Siyavuş Novruzov
13/12/2017 [14:03]:
Günel Rza Zərrabdan yazdı - “Haqlı idim...”
13/12/2017 [13:59]:
UNESCO QHT Forumunda Ermənistanın provokativ addımları pislənildi
13/12/2017 [13:56]:
Ərdoğan: İsrail işğalçı və terrorçu dövlətdir
13/12/2017 [13:51]:
Fədayə Laçın "hepatit c" xəstəsidir
13/12/2017 [13:46]:
Elmar Məmmədyarov: Dağlıq Qarabağla bağlı danışıqlarda hər şey bir ay ərzində aydın olacaq
13/12/2017 [13:41]:
Diqqətli olun: Apteklərdə saxta göz damcısı satılır – FOTO
13/12/2017 [13:36]:
Mahmud Abbas: Qüds Fələstinin paytaxtı olacaq
13/12/2017 [13:32]:
“Ermənistanın Sürix protokolları ilə bağlı bəyanatı siyasi təzyiq cəhdidir”
13/12/2017 [13:29]:
Qadın zabitlərinə hərbi geyim forması kimi şalvar da veriləcək
13/12/2017 [13:20]:
9 İslam ölkəsi İstanbulda keçirilən Qüds müzakirəsinə gəlmədi
13/12/2017 [13:17]:
Ayseldən şəffaf geyimdə çılğın rəqs - VIDEO
13/12/2017 [13:09]:
İstanbulda İƏT-in Qüds məsələsi ilə bağlı fövqəladə Sammiti başladı
13/12/2017 [13:07]:
Gənc qadın köpək balıqlarının hücumuna məruz qaldı -VİDEO
13/12/2017 [13:06]:
Kişilər niyə qripi ağır keçirir?
13/12/2017 [13:06]:
Tələbələrin magistratura pilləsində ixtisasını dəyişməsi qadağan edildi
13/12/2017 [13:03]:
Arif Rəhimzadənin oğluna vəzifə verildi
13/12/2017 [13:02]:
Sabah yağış yağacaq
13/12/2017 [12:56]:
Əmək kitabçaları niyə ləğv edilmir?
13/12/2017 [12:50]:
Fədayə Laçın həbsdə qaldı - Yenilənib
13/12/2017 [12:43]:
Bankomatlardan 400 min manat oğurlayan şəxs tutuldu
13/12/2017 [12:40]:
Azərbaycan əhalisi 11 ay ərzində ərzağa bu qədər pul xərclədi
13/12/2017 [12:28]:
Yarasalar bir qəsəbəni zəbt etdi: Əhali evdən çıxmağa qorxur
13/12/2017 [12:26]:
512 yaşlı köpək balığı tapıldı - FOTOLAR
13/12/2017 [12:23]:
Ural Federal Universitetinin professoru ADU-da mühazirə oxudu
13/12/2017 [12:23]:
Qüdsün paytaxt olması yəhudi xalqının da xeyrinə deyil...- Çarpaz düşüncə
13/12/2017 [12:20]:
Xaricdə təhsil alan vətəndaşlarla bağlı vacib qərar
13/12/2017 [12:18]:
Agentlik sədri: "Erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx bağlıdır"
13/12/2017 [12:17]:
Kişi potensiyasına zərəri olan idman növlərinin adı açıqlandı
13/12/2017 [12:10]:
“Türkiyədən yeni qayıtdıq, həkimlər dedilər ki...”- Vaqif Bayatlıdan təzə xəbər
13/12/2017 [12:10]:
“Azərişıq”ASC Qaradağ və Abşerondakı daş karxanalarının elektrik təchizatını yaxşılaşdırıb
13/12/2017 [12:07]:
Yastıq örtüyünü 5 il dəyişdirmədi, gözləri bu hala düşdü
13/12/2017 [12:04]:
Tələbələr bu hallarda ali məktəblərdən xaric ediləcək – QAYDA
13/12/2017 [12:02]:
“Xarici ölkələrdə “Azərbaycan Evləri”nin açılmasına ehtiyac var”
13/12/2017 [11:54]:
Ölkəyə yatırılan sərmayənin həcmi bəlli oldu
13/12/2017 [11:53]:
“2017-ci il bank sistemi üçün uğursuz il olub”
13/12/2017 [11:47]:
Bu il onlara düşmədi... - Ən yaxşı və pis hadisələr...
13/12/2017 [11:46]:
Ümumxalq seçkiləri ilə bağlı yenilik: Seçicilər yoxlanılmayacaq
13/12/2017 [11:44]:
Bu dərmanla bağlı şok fakt - “Made in France” yazılsa da...
Bütün arxiv bir sırada
21/11/2017 [16:01] - İqtisadiyyat - ( 951 dəfə baxılıb)

"Sərt xarici şok baş verməzsə, gələn il valyuta bazarında sabitlik qorunacaq" - Elman Rüstəmov



"2018-ci il və ortamüddətli dövr üçün dövlət büdcəsi layihəsi, eləcə də sosial-iqtisadi hədəflər cari ildə gedən müsbət makroiqtisadi proseslər və növbəti ilin makroiqtisadi proqnozları nəzərə alınmaqla hazırlanıb. Ümumilikdə proqnozlar 2017-ci ilə nisbətən daha nikbin ssenariyə əsaslanır".
 
Moderator.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
 
Onun sözlərinə görə, neftin 1 barrelinin orta qiymətinin 45 dollar olması, məzənnə sabitliyi, 6% ətrafında orta illik inflyasiya bu sxemə uyğun baza şərtləridir: "Büdcə xərclərinin, ilk növbədə investisiya xərclərinin artımı iqtisadi artımı stimullaşdırmaq kontekstində müsbət qiymətləndirilməlidir. Proqnozlaşdırılan neft qiymətlərində tədiyyə balansının cari hesabı gələn ilə tarazlıdır. Dövlət Neft Fondunun transfertləri isə bəzi metodoloji nüanslar nəzərə alınmaqla, demək olar ki, cari il səviyyəsindədir. Formalaşan makroiqtisadi sabitlik çərçivəsi realistikdir".
 
E.Rüstəmov 2018-ci ildə AMB-nin fokuslaşacağı istiqamətləri də açıqlayıb. O bildirib ki, dayanıqlı iqtisadi artıma şərait yaratmaq üçün makroiqtisadi sabitliyin qorunması gələn il də qarşıda duran başlıca vəzifədir: "2018-ci ildə inflyasiya üzrə proqnozlaşdırılan 6% səviyyəyə nail olmaq üçün hökumət və Mərkəzi Bank tərəfindən sıx koordinasiya olunmuş şəkildə siyasət yürüdüləcək. Büdcə siyasətində nisbətən yumşalmanı nəzərə alaraq Mərkəzi Bank konservativ monetar siyasət yürüdəcək və monetar şəraitin yumşaldılmasını inflyasiyanın aşağı salınması nəticəsində sıx əlaqələndirəcək".

AMB rəhbəri qeyd edib ki, 2018-ci ildə iqtisadiyyatın, xüsusilə fiskal sektorun pula olan tələbatından asılı olaraq pul təklifinin həcmi inflyasiya təzyiqləri prosesləri nəzərə alınmaqla tənzimlənməli, izafi pul emissiyasına yol verilməməlidir. E.Rüstəmov bildirib ki, məzənnənin volatilliyinin aşağı salınması və sabitliyinin dayanıqlığı 2018-ci ildə də diqqət mərkəzində olacaq. "Sərt xarici şok baş vermədiyi təqdirdə növbəti ildə valyuta bazarında sabitlik qorunacaq. 2018-ci ildə də makroiqtisadi siyasət qərarları Maliyyə Sabitliyi Şurası çərçivəsində sıx koordinasiya ediləcək. Ortamüddətli dövrə nəzər salsaq, iqtisadi artımın daha da sürətlənməsi və bu əsasda daha yüksək həyat şəraitinin təmin olunması üzrə bundan sonra öncəki dövrdə əldə olunan sürətin itirilməməsi başlıca vəzifə olaraq qalır. Bu məqsədlərin reallaşdırılmasının üç əsas baza şərti var: birincisi, effektli iqtisadi, o cümlədən də makroiqtisadiyyatın yürüdülməsi; ikinci, struktur islahatlarının təmin olunması; üçüncüsü, insan kapitalının qabaqlayıcı inkişafı. Bu məqsədlərin realizasiyası daha dərin makroiqtisadi manevr, stabilləşdirici makroiqtisadi siyasətdən tədricən stimullaşdırıcı makroiqtisadi siyasətə keçidi tələb edir. Stimullaşdırıcı makroiqtisadi siyasət çərçivəsində ilk növbədə aşağı inflyasiya təmin edilməlidir", - deyə o vurğulayıb.
 
Sədr qeyd edib ki, inflyasiyaya təsir imkanlarını artırmaq üçün Mərkəzi Bank pul siyasətinin strateji və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətini gücləndirir: "Pul bazarının aktivləşdirilməsi, inflyasiyanın bazarda formalaşan qısamüddətli faizlərlə idarə edilməsi optimal pul siyasəti rejiminə keçidin həlledici mərhələsini təşkil edir. Bunu nəzərə alaraq növbəti ildə Mərkəzi Bank tərəfindən hazırlanan və Maliyyə Sabitliyi Şurası tərəfindən təsdiqlənən "Pul bazarlarının inkişaf proqramı" üzrə tədbirlər aidiyyatı qurumlarla birlikdə həyata keçiriləcək. Stimullaşdırıcı büdcə-vergi siyasəti çərçivəsində son dövrdə büdcə sisteminin dayanıqlığının artırılması, maliyyə risklərinin azaldılması istiqamətində əhəmiyyətli işlər görülüb. Bu baxımdan hazırlanan fiskal qaydaların pul strategiyasının və orta müddət xərc strategiyasının qəbul edilməsi və tətbiqi orta və uzunmüddətli dövrdə fiskal dayanıqlığı təmin edəcək. Lakin digər tərəfdən büdcənin xərc istiqamətlərinə yenidən baxılmalı, bu xərclərin passiv istiqamətlərdən iqtisadi inkişafın, ilk növbədə insan kapitalının inkişafını dəstəkləyən istiqamətlərə yönəldilməsi təmin edilməlidir. Bu, çox mühüm beynəlxalq bir trenddir və biz bunu nəzərə almalıyıq".
 
E.Rüstəmov bəyan edib ki, maliyyə-bank sektorunun iqtisadi artımı maliyyələşdirilməsində rolu bərpa olunmalı və gücləndirilməlidir. Onun fikrincə, bank sistemində restrukturizasiya prosesi tamamlanmalı, problemli aktivlər problemi həll edilməli və bankların kapitalizasiya istiqamətində görülən tədbirlər davam etdirilməlidir. 

...
“Müəyyən nazirliklər İcra hakimiyyətlərinə “krışalıq” edir” -Vahid Əhmədovdan etiraz
Gənc qadın köpək balıqlarının hücumuna məruz qaldı -VİDEO
512 yaşlı köpək balığı tapıldı - FOTOLAR
Bu il onlara düşmədi... - Ən yaxşı və pis hadisələr...
“Azadlığın qiymətini, onun uğrunda mübarizənin dəyərini daha yaxşı dərk etməyə başlayırsan”
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“Ermənistanın Sürix protokolları ilə bağlı bəyanatı siyasi təzyiq cəhdidir”
Dünya
Yastıq örtüyünü 5 il dəyişdirmədi, gözləri bu hala düşdü
Cəmiyyət
“Xarici ölkələrdə “Azərbaycan Evləri”nin açılmasına ehtiyac var”
Mədəniyyət
“”Köçəri” bu xüsussiyyətlərə görə sırf Azərbaycan rəqsidir”- Ekspert təhlili
Maraqlı
66 yaşlı avtobus sürücüsü Həccə pulsuz göndərişi necə qazandı? - İBRƏTAMİZ...
Həftənin ən çox oxunanları
Fazil Məmmədovun qudalarına ərizə yazdırdılar - Vergilər Nazirliyində nələr baş verir?
Qurban Məmmədovdan Təhsil Nazirliyinə qandonduran MÜRACİƏT...
Xərçəng xəstəliyini yox edə bilərsiniz... -CƏMİ 75 QƏPİYƏ...
Qızından işdən çıxarılan Fazil Məmmədova ilginc dəstək - "Adam kimi adam üçün..."
“Dünya bilməlidir ki, İsrail –yəhudi dövləti deyil!” - Yəhudi Hərəkatından gözlənilməz etirazlar...
Prezident 4 naziri vəzifəsindən azad etdi
Mədəsindən 52 ədəd prezervativ çıxdı, içərisindən də... - FOTO+VİDEO
Fatma Abdullazadə Fazil Məmmədovun 1 milyon dollarını alıb?
Manyak-qatil arvadını və dörd qızını niyə öldürdüyünü danışdı
Canlı yayımda tamaşaçı ilə Zaur arasında GƏRGİNLİK: Səni görəndə əsəbləşirəm - FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin