Xəbər lenti
26/05/2018 [21:21]:
Ermənistan səfirliyi Moskvada tarixi abidəni dağıdır - FOTO
26/05/2018 [21:18]:
"İslamda yoxdur..."
26/05/2018 [21:16]:
Azərbaycanda növbəti həkim biabırçılığı: İynəni səhv vurdu…
26/05/2018 [21:16]:
Almeyda Azərbaycan millisinin heyətindən çıxarıldı
26/05/2018 [21:01]:
“Həm DTK-nın, həm də Amerika FTB-nin agenti olan Emin Hacıyev Bakıya gəlib…”
26/05/2018 [20:53]:
İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə iştirak edib
26/05/2018 [20:47]:
"Bu cavabdeh vəzifəli şəxslərin xalqın dövlətçilik irsinə sayğısızlığın göstəricisidir"
26/05/2018 [20:35]:
Türkiyədə AXC-nin 100 illiyi münasibətilə poçt markası buraxılıb
26/05/2018 [20:28]:
Robert De Niro: "Tramp restoranlarıma girməsin"
26/05/2018 [20:27]:
İlham Əliyev efiopiyalı həmkarını təbrik edib
26/05/2018 [20:08]:
Ramazanın on birinci gününün – DUASI VƏ TƏQVİMİ
26/05/2018 [19:29]:
Qənirə Paşayeva Cakartada İndoneziya Parlament rəsmiləri ilə görüşdü
26/05/2018 [19:21]:
Bakı-Quba yolunda iki sərnişin avtobusu mikroavtobusla toqquşdu
26/05/2018 [19:17]:
Ədliyyə orqanlarına işə qəbulla bağlı imtahanın nəticələri açıqlandı
26/05/2018 [19:16]:
Ərdoğan türkləri dollardan imtina etməyə çağırdı
26/05/2018 [19:15]:
Hər il dünyada 5,4 milyon insanı ilan sancır
26/05/2018 [19:11]:
AXCP-yə yarım milyon dollar çirkli pul köçürülüb - RƏSMİ
26/05/2018 [19:08]:
Makron Azərbaycan prezidentini Parisə dəvət etdi
26/05/2018 [19:02]:
“Rusiya Türkiyəyə 1 milyard təzminat ödəyəcək”
26/05/2018 [18:55]:
Azərbaycan ordusu Naxçıvan istiqamətində irəlilədi- Böyük ərazini nəzarətə götürdü
26/05/2018 [18:44]:
"Problemimi özüm həll edəcəyəmsə bəs bu Bəstəkarlar İttifaqı nəyə lazımdır?" FOTO/VİDEO
26/05/2018 [18:28]:
Putin Dördüncü Dünya müharibəsinə hazırlaşır - “Çekist qarmağında yellənən Rusiya...”
26/05/2018 [18:12]:
"Rüstəm İbrahimbəyov deyəsən Orxan Pamuq kimi Nobel mükafatı almaq istəyinə düşüb..."
26/05/2018 [17:18]:
Koreya liderləri sərhəddə görüşüb
26/05/2018 [17:14]:
Qadın evinə çağırdığı ustanı zorladı - FOTO
26/05/2018 [17:09]:
Şirvanda 62 yaşlı məktəb müəllimi itkin düşdü
26/05/2018 [16:57]:
5 milyard varidatı olan restoranlar kralı: “Bakıda yediyim pomidor-yumurtanı unutmayacam” - FOTOLAR
26/05/2018 [16:53]:
Maşın həvəskarlarına şad xəbər: yeni “Niva” buraxılır
26/05/2018 [16:47]:
Bu müəllimlərin maaşları artırılacaq
26/05/2018 [16:41]:
Dövlətçiliyimizin şərəfli salnaməsi...
26/05/2018 [16:29]:
Nazir Sahil Babayev Dövlət Sosial Müdafiə Fondunda oldu
26/05/2018 [16:22]:
“Maşın hədiyyə etdilər almadım...”- Başı qalmaqaldan açılmayan tarix müəllimi...
26/05/2018 [16:16]:
“Kaş ki, bütün bunlar cəmiyyətin də şüurunda demokratik dəyişikliklərə yol açardı...”
26/05/2018 [15:50]:
İt doqquz ördək balasını himayəsinə götürdü - VİDEO
26/05/2018 [15:35]:
"Bu, ermənilərlə iş birliyininin bariz nümunəsidir" - FOTOFAKT
26/05/2018 [15:29]:
Hər kəs burdan "sonuncu dəfə" tullanır - FOTOLAR
26/05/2018 [15:23]:
Mütərəqqi maarifçilik ənənələrinin uğurlu davamı...
26/05/2018 [15:10]:
ICCA Azərbaycanın reytinqini 5 bal yüksəldib
26/05/2018 [15:09]:
Ramil Usubov Bərdədə vətəndaşları qəbul edib
26/05/2018 [15:05]:
Şərqin demokratiya təməli...
26/05/2018 [14:48]:
Gürcüstanda meyiti tapılan kəlbəcərli tələbə əslində öldürülüb, yoxsa intihar edib? - Təfərrüat
26/05/2018 [14:20]:
Qarabağda neytral zona daralır, təmas xəttində istehkamlar tikilir – Hədəflər raketlə VURULACAQ
26/05/2018 [14:18]:
Kişi avtobusda öpüşən qızla oğlanın biabırçı hərəkətinə belə reaksiya verdi - VİDEO
26/05/2018 [14:14]:
"Son Zəng" çalındı - FOTOLAR
26/05/2018 [13:54]:
Ayı avtomobilin şüşəsini sındırıb sükana keçdi və siqnal verməyə başladı - İNANILMAZ...
26/05/2018 [13:49]:
Masallıda 16 yaşlı qız itkin düşüb
26/05/2018 [13:46]:
Mədət Quliyev ailə üzvləri ilə birlikdə təqdimat mərasimində -FOTOLAR
26/05/2018 [13:42]:
Nigeriyalı futbolçuların rus qızlarla görüşməsinə qadağa qoyuldu
26/05/2018 [13:41]:
Bakıda ölən bomjun ardınca oğlu 150 minlik maşınla gəldi
26/05/2018 [13:40]:
Viktoriya Bekhem niyə gülmür? -FOTOLAR
26/05/2018 [13:38]:
Qərbi Kaspi Universitetində robotlar yarışıb - Fotolar
26/05/2018 [13:31]:
“Rüstəm İbrahimbəyovun bizi qorxaq və vəhşi obrazda göstərmək arzusu ürəyində qalıb”
26/05/2018 [13:30]:
Fond bu tanınmışlara 5 min manat verdi - FOTO
26/05/2018 [13:27]:
İsrail hərbçiləri “Anadolu”nun müxbirini yaralayıb – FOTO
26/05/2018 [13:25]:
Qəzalı obyektlərdə yaşayan köçkünlərin sayı açıqlandı
26/05/2018 [13:22]:
QHT sədrindən millət vəkilinə cavab...
26/05/2018 [12:55]:
BMT-nin rəsmi saytında separatçı ermənilərin “bəyannaməsi” yerləşdirildi!.. - Növbəti təxribat
26/05/2018 [12:52]:
Qadınları şantaj edən Aslan ələ keçdi - FOTO
26/05/2018 [12:50]:
“Dövlətin sosial evlərlə bağlı birdən-birə belə bir addım atması çətindir, amma...”
26/05/2018 [12:47]:
Bitkoinin yaxın gələcəkdəki qiyməti açıqlandı
26/05/2018 [12:43]:
“Hamam xalatında heç dəlixanada yatan adam efirə çıxmaz”
26/05/2018 [12:26]:
“Erməniləri bu cür yola gətirmək mümkün deyil”
26/05/2018 [12:19]:
Azərbaycanda ov mövsümü açıq elan olundu
26/05/2018 [12:15]:
Azərbaycanlı müğənni efirə hamam xalatında çıxdı - FOTO
26/05/2018 [12:13]:
Azərbaycan Türkiyə-İsrail münasibətlərində vasitəçi ola bilərmi?
26/05/2018 [12:07]:
Bir insan: 14 gün öpüşür, 25 il yatır... - ARAŞDIRMA/FOTOLAR
26/05/2018 [11:44]:
25 ildi uymuş yetimə təzədən narkotik yeridəcəklər?..- 7 cümlədə 7dərd
26/05/2018 [11:21]:
“Biz çox istəyərdik ki, təqdim etdiyimiz siyahıdakı məhbusların hamısı əfv olunsun”
26/05/2018 [11:21]:
UFAZ-da ActİnSpace Beynəlxalq müsabiqəsinə start verildi
26/05/2018 [11:08]:
ADP idarə heyətinə daxil olan şəxs Tiblisidədir
26/05/2018 [11:00]:
Məhkəmə kosmetoloq Elnarə barədə qərar verdi
26/05/2018 [10:49]:
“Biz hər an Qarabağı düşünməliyik...”- Video
26/05/2018 [10:45]:
İsveçrə hökumətinə müraciət: Gülnarə Kərimovanın pullarını geri qaytarmayın
26/05/2018 [10:39]:
Bakıda 9 yaşlı uşağı maşın vurub öldürdü
26/05/2018 [10:37]:
Azərbaycanda dəhşət! Ər arvadını "kislata"yla yandırdı - VİDEO
26/05/2018 [10:30]:
Baş Prokurorluq işə qəbulla bağlı müsabiqənin vaxtını açıqladı
26/05/2018 [10:29]:
Ucuz kosmetika avropalı qızı afrikalıya çevirdi
26/05/2018 [10:28]:
Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb
26/05/2018 [10:26]:
Keçmiş boksçunun başında beyin şişi aşkar edildi
26/05/2018 [10:24]:
“Mənim tutularaq Bakıya gətirildiyimi xəbər alınca... ”- Rəsulzadənin Stalinlə bağlı xatirə yazısı
Bütün arxiv bir sırada
22/11/2017 [18:53] - Cəmiyyət - ( 2701 dəfə baxılıb)

"Xaricdən informasiya təhdidlərinə qarşı əsasən onlayn media mübarizə aparırsa..."



Milli Məclisdəki büdcə müzakirələrində Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov çıxış edib. 

Millət vəkilinin çıxışını təqdim edirik:

“Hörmətli sədr, dəyərli həmkarlar, hörmətli media nümayəndələri!

2018-ci il dövlət büdcəmizdə keçən ilkindən fərqli olaraq artım var. Bu bizi sevindirir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi ilə bağlı vəsaitin ayrılması isə ayrıca vurğulanmalıdır. Biz Şərqdə ilk demokratik respublikanın qurucusu olan xalqıq. Belə bir böyük dəyəri yaşatmağımız, təbliğ etməyimiz son dərəcə vacibdir.

İndisə bir sıra məqamlara toxunmaq istərdim.

1. Heç şübhəsiz ki, Azərbaycan ordusu regionda ən güclü ordudur. Əgər sülh yolu ilə olmasa, torpaqlarımızı ordumuzun sayəsində işğaldan azad edəcəyik. Ancaq reallıq budur ki, bu gün bir kəndimizi belə geri almağa cəhd göstərsək, beynəlxalq güclərin ciddi təzyiqi ilə üzləşəcəyik. Ona görə indiki durumda informasiya müstəvisindəki fəaliyyətimizi daha mükəmməl qurmalıyıq. Bir tankın alınmasına xərclənən pulla güclü bir televiziya kanalı yaratmaq mümkündür. Müxtəlif dillərdə yayımlanacaq proqramlar Azərbaycan həqiqətlərini daha geniş auditoriyaya çatdıra bilər. Bu isə şübhəsiz, sülh danışıqlarında həm də əlavə üstünlüyümüzdür. Buna görə də dövlət büdcəsindən ümumən media ilə bağlı vəsaitin həm məğləğinin artırılmasını, həm də belə demək mümkünsə, təyinat istiqamətlərinin genişləndirilməsini təklif edərdim.

 2. Mən bir neçə dəfə onlayn jurnalistika üçün dövlət büdcəsindən vəsaitin ayrılmasını təklif etmişəm. Doğrudan da, bu, çox əhəmiyyətlidir. Təcrübə göstərir ki, xaricdən Azərbaycana olan informasiya təhdidlərinə qarşı əsasən onlayn media orqanları mübarizə aparır. Ancaq maliyyə çatışmazlığından bu sahədə problemlər var. Sahəyə sistemli şəkildə dövlət vəsaiti ayrılmalıdır. Ən azı indi 1 milyon manat ayıra bilsək, əminəm ki, tezliklə onun nəticəsini görəcəyik.

 Ümumən onu da deyim ki, dövlətlər özlərinin informasiya təhlükəsizliyinin təminatına kifayət qədər böyük vəsait ayırırlar. Məsələn, Rusiya bu məqsədlə adambaşına 40 dollar, Türkiyə 50, Qazaxıstan 35 dollar xərcləyir. Müqayisəli yanaşsaq, bizdə - müharibə vəziyyətində olan bi ölkədə bu rəqəm xeyli aşağıdır. Buna görə də dövlət büdcəsindən informasiya sahəsinə ayrılan vəsait əhəmiyyətli dərəcədə artırılmalıdır.

 3. Növbəti qeyd etmək istədiyim məsələ informasiya ombudsmanı ilə bağlıdır. Ümumən mən əvvəldən də həmin institutun ayrıca müstəqil qurum kimi fəaliyyət göstərməsinin tərəfdarı olmuşam. Bütün dünyada bu belədir. Bizdə isə bu qurum İnsan Hüquqları üzrə Müvəkkilə birləşdirilib. Fəaliyyəti isə göz qabağındadır. Səbəb göstərilir ki, hökumət ştat ayırmır. Bu, izah deyil, daha çox bəhanəyə bənzəyir. Amma ümumən informasiya ombudsmanı ölkənin informasiya təhlükəsizliyi baxımından çox vacibdir. Madam ki, institut var, hökumət buradadır, söruşuram, niyə ona ştat ayrılmır? Görək ki, işi nədən ibarətdir.

 4. Daha bir məsələyə də diqqətinizi çəkmək istərdim. İş elə gətirdi ki, son aylar 4-5 xarici ölkəyə səfər etdim. Orda müxtəlif media qurumlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri ilə təmaslarım oldu. Təbii ki, onların Azərbaycanla bağlı bilikləri var. Əvvəlki illərlə müqayisədə bu biliklər daha çoxdur. Ancaq biz məsələni əvvəlki illərlə müqayisə şəklində qura bilmərik. Çünki artıq reallıqlar və tələblər dəyişib. Düşünürəm ki, ölkəmizlə, xüsusən də Dağlıq Qarabağ həqiqətləri ilə bağlı biliklər daha geniş olmalıdır. Dövlət səviyyəsində bu işi xaricdəki səfirliklərimiz və diplomatik missiyalarımız həyata keçirirlər. Müəyyən təbliğat işləri, tədbirlər, toplantılar və sair təşkil edir, eləcə də xaricdəki diaspor təşkilatlarımızın fəaliyyətinin belə deyək ideyasını formalaşdırırlarlar. Amma 2018-ci ilin dövlət büdcəsindən onlar üçün ayrılan vəsaitin həcmi azaldılıb. Hesab edirəm ki, buna getmək olmaz. Əksinə biz xadicdəki səfirlik və diplomatik missiyalarımızın maliyyə resurslarını artırmalıyıq ki, mövcud olduqları ölkələrin ictimai həyatına daha çox nüfuz edə bilsinlər. Təkrar edirəm, bu bizim üçün son dərəcə vacibdir.

 Bu xüsusda təbii ki, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin də gücləndirilməsinə xüsusi diqqət yetirməliyik. Əlbəttə, komitə xarici ölkələrdə xeyli tədbirlər həayat keçirir. Ancaq qurumun iş səmərəliliyinin daha da artması mütləqdir.

 5. İndi isə deputatı seçildiyim Saatlı rayonu ilə bağlı bir neçə məsələdən bəhs etmək istərdim. Bilirsiniz ki, cənab Prezidentin həssas yanaşması nəticəsində son illər kənd təsərrüfatına diqqət və qayğı kifayət qədərdir. Ancaq bu sahədə müəyyən problemlər də qalmaqdadır. Məsələn, bu il Saatlı rayonunda 17 min hektar pambıq əkildi. Onun 1000 hekarı suvarılmadı. Çünki Araz çayının imkanları məhduddur. Keçən dəfə mən bildirmişdim ki, Kür çayından su kanalı çəkilməlidir. Özü də cəmi 17 kilometrlik. Bundan yalnız Saatlı deyil, bütövlükdə zona faydalanacaq. Məsələni bir neçə dəfə müxtəlif aidiyyatı qurumların təmsilçiləri ilə müzakirə etmişik. Bu kanalın çəkilməsi elə də ciddi vəsait tələb etmir. Ancaq onun olmaması kəndliləri əhəmiyyətli gəlirdən məhrum edir, zəhmətləri hədər gedir. Təsəvvür edin, 1000 hektar ərazinin suvarılmaması nə deməkdir? Xahiş edirəm ki, bu məsələ diqqətdə saxlanılsın.

 Kənd təsərrüfatı ilə əlaqədar daha bir məsələyə də diqqətinizi çəkmək istərdim. Saatlıda gələn il üçün də 4 min hektar sahə üçün fermerlərə subsidiyalar verilməyəcək. Bu adamların da kifayət qədəri məcburi köçkünlərdir. Düzdür burada subyektiv səbəblər də var. Ancaq obeyktiv amillər daha öndədir. Subsidiya alınması üçün lazım olan sənədləri asanlıqla əldə etmək mümkün deyil. Çox xahiş edirəm ki, Nazirlər Kabineti subsidiyaların verilməsinin mexanizmi üzərində yenidən işləsin. Bu məsələ yalnız Saatlı rayonu üçün aktual deyil.

 Oxşar problemlər digər bölgələrimizdə də var. Hansısa asan yol müəyyənləşdirilməlidir. Yerində araşdırma aparılmalıdır. Əsas odur ki, real iş görən adamlar subsidiyasız qalmasın. Bu ölkədə yaranan məhsul bolluğuna mənfi təsir göstərə bilər.

 6. Mən sonda bir sıra aidiyyatı qurumların göstərdikləri diqqəti vurğulamaq istərdim. Xüsusən də «Azərişıq» ASC-nin sədri cənab Baba Rzayevə, «Azəravtoyol» ASC-nin sədri cənab Saleh Məmmədova təşəkkürümü bildirirəm. Onların rəhbərlik etdikləri qurumlar Saatlı rayonu ilə bağlı məsələlərə son dərəcə həssas yanaşıblar. Rayonla bağlı məsələlərdə üzərilərinə düşən missiyanı ləyaqətlə yerinə yetiriblər".

Qadın evinə çağırdığı ustanı zorladı - FOTO
"Son Zəng" çalındı - FOTOLAR
“Rüstəm İbrahimbəyovun bizi qorxaq və vəhşi obrazda göstərmək arzusu ürəyində qalıb”
Bir insan: 14 gün öpüşür, 25 il yatır... - ARAŞDIRMA/FOTOLAR
Azərbaycanda dəhşət! Ər arvadını "kislata"yla yandırdı - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Kaş ki, bütün bunlar cəmiyyətin də şüurunda demokratik dəyişikliklərə yol açardı...”
Maraqlı
Hər kəs burdan "sonuncu dəfə" tullanır - FOTOLAR
İqtisadiyyat
“Dövlətin sosial evlərlə bağlı birdən-birə belə bir addım atması çətindir, amma...”
Siyasət
Azərbaycan Türkiyə-İsrail münasibətlərində vasitəçi ola bilərmi?
Köşə
25 ildi uymuş yetimə təzədən narkotik yeridəcəklər?..- 7 cümlədə 7dərd
Həftənin ən çox oxunanları
Alpinistlərlə bağlı şok iddia - “Meyitlər şübhəli şəkildə, anidən tapılıb”
"Bu adam görün nə qədər ləyaqətsizdir ki, öz xalqını erməninin ayağına verir"
Bundan sonra manqaldan kənar gəzəcəksiniz: Alimlər kababın yeni təhlükəsini aşkarladılar...
Korrupsionerin evindən çıxan pullar hamını heyrətləndirdi...- FOTO
"Bu xəyanətinin arxasında köynəyinin altında məharətlə gizlətdiyi paqonlarının "ağırlığı" durur"
Ərinin dostu tərəfindən aldadılan, həbsxanada uşaq dünyaya gətirən və nəhayət, əfv edilən qadının HƏYAT DRAMI
Bu baş versə, hamımız yanacağıq - Ərdoğan
"4 bacının tək qardaşı idi..." - Dünən şəhid olan əsgərimizin FOTOSU
“Mən gərək Şuşada qalaydım, orada da öləydim...”- Rəhim Qazıyev
“Xaricdə bank vətəndaşlara, bizdə isə vətəndaşlar banklara yalvarır”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin