Xəbər lenti
18/11/2018 [00:37]:
"FETÖ təhlükəsinin bu gün ayaqda durmasının Azərbaycana da Türkiyə qədər zərəri var"
18/11/2018 [00:03]:
Azərbaycanlı müğənni tanınmaz halda - "Bomj" olub küçələrə düşdü - FOTO
17/11/2018 [23:18]:
BDU-da işləyən vəzifəlilər: Sabiq nazir, vitse-spiker, deputatlar, səfir qızı…
17/11/2018 [23:16]:
Tramp hadisə yerində - Mindən çox insan itkindir
17/11/2018 [22:40]:
“İsmət Qayıbov vertolyota minəndə Tamerlan Qarayev TƏKİDLƏ ONA DEYİB Kİ...”
17/11/2018 [22:24]:
Məşhur müğənni qəfil dünyasını dəyişdi
17/11/2018 [22:15]:
“Ərdoğan güclü və ağıllı adamdır”
17/11/2018 [22:03]:
Messi və Poqbadan “Nüsrət” performansı – VİDEO
17/11/2018 [21:49]:
Rəisin qızına cərimə yazan polis mükafatlandırıldı
17/11/2018 [21:44]:
Tramp ən böyük səhvini etiraf etdi
17/11/2018 [21:30]:
Azərbaycan yığması Farer adaları ilə oyunda hesabı artırıb - YENİLƏNİB
17/11/2018 [21:17]:
Tovuzda piyadanı avtomobil vuraraq öldürüb
17/11/2018 [20:51]:
Əli Kərimli və Cəmil Həsənli saxlanıldı - Cəmil Həsənlinin halı pisləşdi- YENİLƏNİB
17/11/2018 [20:43]:
Əl-ələ verib Azərbaycanı yaşıla boyayacağıq: Möhtəşəm aksiyada 120 min ağac əkildi...
17/11/2018 [20:25]:
Tramp: “Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün yollar axtarırıq”
17/11/2018 [20:07]:
Yol qəzasında 7 nəfər ölüb
17/11/2018 [20:00]:
Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək
17/11/2018 [19:49]:
Dövlət qulluğuna qəbula dəyişiklərin edilməsi təklif olunur
17/11/2018 [19:46]:
Cennifer Lopes 20 dəqiqəyə 2 milyon dollar qazandı
17/11/2018 [19:37]:
Qadın kamikadze özünü partlatdı
17/11/2018 [19:28]:
Nazirlik əməkdaşları şəhid ailələri ilə görüşdülər
17/11/2018 [19:25]:
“Bir qarış torpağın belə azad edilməsi böyük hadisədir”
17/11/2018 [19:13]:
Vannadakı görüntüsündən danışdı...
17/11/2018 [19:13]:
"Atalar nə demiş: "El üçün ağlayanın gözü kor olar!""
17/11/2018 [19:07]:
Lüks hoteldə qeydə alınan görüntülər ölkəni ayağa qaldırdı - FOTO+VİDEO
17/11/2018 [19:06]:
Azay Quliyev: "BMT Təhlükəsizlik Şurası təsirli addımlar ata bilər"
17/11/2018 [19:02]:
Dənizdə xilasetmə işləri üçün qurğu hazırlanıb
17/11/2018 [18:46]:
Saysız-hesabsız medal sahibi olan cazibədar idmançı telekanalda aparıcılıq edir – MARAQLI
17/11/2018 [18:33]:
"Millət qarşısında etdikləri naqislikləri unutdurmaq üçün bunu edirlər"
17/11/2018 [18:32]:
Çin NATO-nun proqram təminatını satın alıb
17/11/2018 [18:27]:
Hər il minlərlə heyvanı xilas edən körpülər – FOTO
17/11/2018 [18:24]:
Qəza zamanı 6 azərbaycanlı xəsarət aldı
17/11/2018 [18:19]:
“Bir şəxsin uzun müddət vəzifədə qalması neqativ nəticələrə səbəb olur”
17/11/2018 [18:14]:
Direktor vəzifəsinə imtahan mərhələsi başlayır
17/11/2018 [18:07]:
Bu Meydan - bu da Şeytan!.. - 30 ildir Şeytana uduzmaqdayıq, bəylər!..
17/11/2018 [18:06]:
"Qarabağ müharibəsi əlillərinə ev veriləcək" -Nazir konfrans keçirdi
17/11/2018 [18:05]:
Yanğın zamanı xəsarət alan montyor öldü
17/11/2018 [17:53]:
"Tənqid edilən bayağı verilişlərlə bağlı addımlar atıla bilər" - Nuşirəvan Məhərrəmli
17/11/2018 [17:52]:
Soyuducudan 44 it cəsədi tapıldı - DƏHŞƏT...
17/11/2018 [17:51]:
Ana öz körpəsini öldürdü
17/11/2018 [17:39]:
19 milyon dollar qazandı, pulu bitincə 10 dəfə bank soydu - MARAQLI
17/11/2018 [17:20]:
Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq etdi
17/11/2018 [17:18]:
Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib
17/11/2018 [17:14]:
Ermənistan ordusunun zabitləri cəzalandırıldı
17/11/2018 [17:06]:
Fazil Məmmədov müalicəsini tamamlayıb Bakıya qayıtdı - Təyyarədə FOTO DA ÇƏKDİRDİ
17/11/2018 [16:21]:
"Vəzifədə olana yaltaqlanmaq, gedənin isə dalınca danışmaq ənənəsini tərgitməliyik”
17/11/2018 [16:20]:
Sabunçuda maşın qadını vurub öldürdü
17/11/2018 [16:20]:
İğdırda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olundu -FOTOLAR
17/11/2018 [16:18]:
Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq
17/11/2018 [15:18]:
Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri -SİYAHI
17/11/2018 [15:08]:
Bu gömrük postundan 21 mindən çox nəqliyyat vasitəsi keçdi
17/11/2018 [15:08]:
Separatçı erməni lider Fransadan birbaşa digər HƏMSƏDR ÖLKƏYƏ UÇDU...
17/11/2018 [15:05]:
Azərbaycanda ölüm hallarının rəsmi statistikası açıqlandı
17/11/2018 [14:58]:
Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
17/11/2018 [14:21]:
Məhərrəmovun general qardaşının işdən çıxarılmasını - Nazirlik təkzib etdi
17/11/2018 [14:18]:
Gömrük postunda Ermənistana aid xəritələr saxlanıldı -FOTOLAR
17/11/2018 [14:15]:
“Sona Vəliyeva öz ərizəsi ilə MTRŞ üzvlüyündən çıxıb”
17/11/2018 [14:07]:
Ukraynada uydurma erməni soyqırımı abidəsinin açılış cəhdi etnik qarşıdurmaya səbəb oldu
17/11/2018 [13:58]:
Bakının bu rayonu susuz qalacaq
17/11/2018 [13:57]:
Sabiq nazirin qardaşının nədə ittiham edildiyi məlum oldu - Kürdəxanıda saxlanılır
17/11/2018 [13:53]:
“Ona ən böyük arzum Kəlbəcər dağlarındakı çiçəkləri öz əllərimlə təqdim etməkdir”
17/11/2018 [13:50]:
“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaratdı
17/11/2018 [13:42]:
Sahil Babayev Şəmkirdə kiçik ailə təsərrüfatlarına baxış keçirdi
17/11/2018 [13:39]:
Sabah Bakıda 16 dərəcə isti gözlənilir - PROQNOZ
17/11/2018 [13:37]:
"Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində faktaraşdırıcı missiyanın həyata keçirilməsinə imkan vermir"
17/11/2018 [13:37]:
Məleykə Abbaszadə 11-ci sinif şagirdləri və valideynlərə müraciət etdi
17/11/2018 [13:19]:
Bakıda zibil yeşiyindən silah-sursat tapıldı
17/11/2018 [13:15]:
Netanyahu İsrailin Müdafiə Nazirliyinə rəhbərlik edəcək
17/11/2018 [13:14]:
Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda -FOTOLAR
17/11/2018 [13:12]:
Sumqayıtda avtomobil oğruları yaxalandı
17/11/2018 [13:11]:
“Vəsaitin yarısı kənardan dəvət edilmiş şəxslərə xərclənib" -DİM sədrindən ittiham
17/11/2018 [13:07]:
DİM sədri: "Yüksək vəzifələrə sənəd verən yoxdur"
17/11/2018 [12:39]:
“Bizim sevgimiz də, nifrətimiz də, dostluğumuz da, düşmənliyimiz də kişi kimi olub”
17/11/2018 [12:38]:
"Bizə azadlığı bağışlamadılar, xalqımız azadlığına mübarizə apararaq qovuşdu"
17/11/2018 [12:31]:
Ramil Quliyev Türkiyə ordusunda... - FOTO
17/11/2018 [12:24]:
Azərbaycan əhalisinin sayı açıqlandı - RƏSMİ
17/11/2018 [12:21]:
26 yaşlı qadın erotik fantaziyasına qurban getdi - FOTO
17/11/2018 [12:14]:
Azadlıq Meydanında ilk dövlət himnimizi ifa edən və noyabr mitinqlərinin ilk aparıcısı...
17/11/2018 [12:01]:
Türkiyədə nazirlik namazın vaxtını dəyişdirdi
17/11/2018 [11:38]:
Gəncədə intihar: 32 yaşlı kişi özünü binadan atdı
Bütün arxiv bir sırada
23/11/2017 [21:38] - Cəmiyyət - ( 1151 dəfə baxılıb)

Soyqırım cinayəti...



"Soyqırım" ifadəsi 1944-cü ilə qədər ictimaiyyətə bəlli olmamışdır. Lakin bu o demək deyil ki, həmin dövrə qədər dünya tarixində soyqırım aktı baş verməyib. Lap qədim dövrlərdən etibarən bəşəriyyət bir çox soyqırım aktlarına şahidlik etmişdir. İlk yaranmış dövlətlərin və imperiyalarin mövcudluğunun əsasında işğalçılıq siyasəti dayandığından bu siyasətin həyata keçirilməsi yeni ərazilərin işğal və talan edilməsi, əhalisinin isə məhv edilməsi ilə nəticələnirdi. XVI əsrdən etibarən müstəmləkəçilik siyasəti nəticəsində yerli əhalinin kütləvi şəkildə müstəmləkəçilər tərəfindən qətlə yetirilməsi də tarixən baş vermiş soyqırım aktlarına nümunədir. Hazırkı dövrdə biz bunu soyqırım adlandırıb, cinayət hesab etsəkdə həmin dövrlərdə beynəlxalq hüquq sistemi mövcud olmadığından nə bu cür aktlar cinayət hesab olunurdu nə də ki belə bir adlandırma mövcud idi.

Soyqırım anlayışı. İlk dəfə olaraq bu ifadə 1944-cü ildə əslən yəhudi olan polşalı Rafael Lemke tərəfindən elmə daxil edilmişdir. O yunanca “irq, soy, qəbilə” mənasıni verən “geno” sözünü, latınca “öldürmək” mənasını verən “cide” sözüylə birləşdirərək "genocide" (soyqırım) sözünü meydana gətirdi.

Soyqırımın ənənəvi və leqal olmaqla 2 müxtəlif mənası mövcuddur. İnsanların milli, etnik, irqi və ya dini mənsubiyyətinə görə hökumət tərəfindən qətli ənənəvi mənanı ifadə edir. Beynəlxalq razılığa əsasən “Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunan leqal məna isə doğumların qarşısının alınması və uşaqların zorla bir qrupdan digərinə köçürülməsi kimi öldürməklə əlaqəli olmayan lakin bir qrupun məhvinə yönəlmiş hərəkətləri ifadə edir.

1948-ci il 9 dekabr tarixində Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən “Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya görə isə milli, etnik, irqi və ya dini bir qrupu qismən ya da tamamilə aradan qaldırmaq məqsədiylə törədilən aşağıdakı hərəkətlərdən hər hansı biri soyqırım adlanır:

1. Bir qrupa məxsus insanların öldürülməsi;

2. Hər hansı bir qrup üzvlərinə ciddi fiziki xəsarətlərin yetirilməsi və ya əqli qabiliyyətinə zərər vurulması;

3. Qrupun mövcudluğunu tamamilə ya da qismən aradan qaldırmaq məqsədi ilə həmin qrupun həyat şəraitinin qəsdən dəyişdirilməsi;

4. Qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi;

5. Bir qrupa mənsub uşaqların zorla başqa qrupa verilməsi;

Genosidin (soyqırım) növləri. Genosid (soyqırım) anlayışı ümumilikdə insanların kütləvi məhv edilməsini nəzərdə tutsada, onun hansı insan qrupuna yönəlməsindən və hansı vasitələrlə yerinə yetirilməsindən asılı olaraq genosidin aşağıdakı formaları mövcuddur:

1) Klassid - Maykl Mann tərəfindən elmə daxil edilən bu termin hər hansı bir sosial sinfə məxsus insanların məqsədli şəkildə öldürülməsini nəzərdə tutur. Keçmiş SSRİ-də İ.Stalinin hakimiyyəti dövründə “sinfi düşmən” kimi təsbit edilmiş kulakların öldürülməsi buna misaldır. Buna oxşar hadisələr Şimali Vyetnamda(1953-1956) torpaq islahatı zamanı və Kambocada kxmer rejimi(1975-1979) dövründə baş vermişdir.

2) Demosid- Hökümət tərəfindən aparılan soyqırım siyasəti nəticəsində bir insanın və ya insanlar qrupunun öldürülməsini nəzərdə tutan bu termin siyasətçi R.J.Rummel tərəfindən elmə daxil edilmişdir. Bura hökümət tərəfindən yaradılmış kütləvi aclıq kimi müxtəlif süni vasitələrlə insanların öldürülməsi daxildir. Məsələn Çində Mao Tsedunq tərəfindən ölkəni sosialist bir ölkəyə çevrimək üçün aparılan islahatlar 1958-1962-ci illəri əhatə edən “Böyük aclıq”-ın yaranması ilə nəticələndi ki, bu da 40 milyondan artıq insanın həyatını itirməsinə səbəb oldu. İkinci dünya müharibəsi dövründə yəhudilərin faşistlər tərəfindən öldürülməsi də demosidə misaldır.

3) Ekosid - Təbii mühitin çirkləndirilməsi və ekosistemin dağıdılması yolu ilə insanların həyat şəraitinin dolayısı ilə də insanların məhv edilməsidir. Termin A.Qalston tərəfindən 1970-ci ildə elmə daxil edilmişdir. 2010-cu ildə ekosidin beynəlxalq cinayət hesab edilməsi üçün Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna dəyişiklik edilməsi təklif edilmişdir. Bu təbii olaraq baş verən ekosid hadisələrinin qarşısını almağı və bu cinayətə səbəb olmuş insanların cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tuturdu. İndiki dövrə qədər beynəlxalq aləmdə ekosidlə bağlı hər hansı bir konvensiya qəbul edilməsə də Gürcüstan(1999), Ukraniya(2001), Belarusiya(1999), Qazaxıstan(1997), Rusiya(1996), Moldova(2002), Viyetnam(1990), Özbəkistan(1994) kimi ölkələrin milli qanunvericiliyində ekosidlə bağlı qanun qəbul edilmişdir. Ətraf mühitə vurulan zərərin ekosid hesab edilməsi üçün bu zərər:

1. Geniş əraziyə yayılmış olmalı (bir neçə yüz kv km ərazini əhatə etməlidir);

2. Uzunmüddətli olmalı (təsiri bir və yaxud bir neçə ay davam etməlidir);

3. Şiddətli olmalı (insan həyatına və ətraf mühitə ciddi zərər vurmalıdır).

Ekosidə misal olaraq 2010-cu ildə Meksika körfəzində neft platformasında baş vermiş partlayışı, Aral gölünün qurumasını, ABŞ-ın Vyetnam, Laos , Kambocada apardığı müharibədə arorosid və herbisid kimi maddələrdən istifadə edərək ətrah mühitdə yaratdığı fəsadları göstərmək olar.

4) Elitisid - Siyasi liderlər, hərbi zabitlər, iş adamları, dini liderlər kimi sosial-iqtisadi elita üzvlərinin məhv edilməsini nəzərdə tutan bu termin ilk dəfə 1992-ci ildə ingilis müxbir Mikael Nikolson tərəfindən Bosniya və Hersoqavinadakı Bijeljina qırğınını təsvir etmək üçün işlədilmişdir. Elitisid adətən soyqırımın başlanğıcında müqaviməti qırmaq üçün həyata keçirilir. İkinci Dünya müharibəsində Polşanın işğalı zamanı(1939), Kamboca soyqırımı zamanı(1975-1979), Yuqoslaviya müharibələri zamanı bu cür hallara rast gəlinmişdir.

5) Etnosid - Hər hansı bir qrupun üzvlərini öldürmədən onların dil, mədəni və mövcudluq əsaslarının məhv edilməsidir. Aşağıdakı hərəkətlərdən hər hansı biri etnosid hesab olunur:

1. Bir xalqın etnik kimliyini və mədəni dəyərlərini yox etməyə yönəlmiş hər hansı bir hərəkət;

2. Onları torpaqlarından, ərazilərindən və maddi resurslarından məhrum etməyə yönəlmiş hər hansı bir hərəkət;

3. Onların hüquqlarını pozaraq məcburi şəkildə bir yerdən digərinə köçürmək;

4. Onları digər mədəniyyətlər vasitəsi ilə assimilyasiyaya məruz qoymaq;

5. Onlara qarşı yönəlmiş təbliğatın aparılması;

Ermənilər tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarındakı minlərlə qəbirlərin məhv edilməsi, ərazilərin işğal edilərək onların öz torpaqlarından köçməyə məcbur edilməsi etnosidə ən bariz nümunədir.

6) Feminisid - Sırf qadın olduğu üçün qadınların məqsədli öldürülməsini nəzərdə tutan bu termin ilk dəfə 1801-ci ildə İngiltərədə, hal hazırkı anlamda isə 1970-ci illərdə feminist hərəkatlarında işlədilmişdir. Feminisidin ən geniş yayılmış formalarından biri qadının indiki və ya keçmiş həyat yoldaşı tərəfindən qətlə yetirilməsidir. Bu bütün qadın qətllərinin 35 %-ni təşkil edir. Dünyanın müxtəlif bölgələrində feminisidin müxtəlif növlərinə rast gəlinir. Məsələn Yaxın Şərqdə, Cənubi Asiyada və bir çox müsəlman ölkələrində qadınların əxlaqsızlığa görə öz ailəsi tərəfindən qətlə yetirilməsi də femisidin bir növüdür.

7) Gendersid ”“ İlk dəfə 1985-ci ildə amerikalı feminist Mari Anne Varen tərəfindən işlədilən bu termin hər hansı bir qrup kişi və ya qadının, həmçinin cinsi azlıqların öldürülməsi anlamını verir. Gendersid həmçinin uşaqların abort edilməsini, hər hansı bir cinsə qarşı törədilən zorakılığı da özündə ehtiva edir. Çin və Hindistan kimi ölkələrdə ən böyük problemlərdən biri

hesab olunan gendersidin bir növü də androsiddir. Androsid oğlanların, kişilərin öldürülməsini nəzərdə tutur. Bu adətən müharibə dövründə düşmənin qüvvəsinin zəiflədilməsi üçün həyata keçirilir. Məsələn 1988-ci ildə İraqda kürd kişilərin qətlə yetirilməsi.

8) Linqvisid - Hər hansı bir dilin məhv edilməsini nəzərdə tutan bu anlayışa hec də bütün ölü dillər aid edilmir. Çünki bu termin siyasi səbəblərə görə qəsdən hər hansı bir dilin məhv edilməsini nəzərdə tutur. Bir çox ölkələrdə hökümətin siyasətinin nəticəsi olaraq etnik azlıqları assimliyasiyaya məruz qoymaq üçün onlara öz dillərində oxumağa, yazmağa, təhsil almağa imkan verilmir. Bunun nəticəsində də həmin dillər ölü dillərə çevrilir.

9) Memorisid - İnsanların var oluşunu xatırladan vasitələrin(məktəblər, dini abidələr) yox edilməsi ilə bir millətin tarixi yaddaşının sistematik olaraq silinməsini nəzərdə tutur. Məsələn fələstinlilərin tarixi ərazi adları İsrail dövləti tərəfindən dəyişdirilərək ivrit dili ilə əvəz olunur. Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş torpaqlarında tarixi yer adları ermənilər tərəfindən dəyişdirilərək özünküləşdirilir.

10) Omnisid- Bütün yaşamın məhv edilməsini nəzərdə tutan bu termin həm təbii (ümumi planetar və ya kosmik fəlakət nəticəsində) həm də atropogen (nüvə müharibəsi, kütləvi qırğın silahlarından istifadə edilməsi, qlonal ekoloji fəlakətlər) faktorların təsirindən yarana bilər. Naqasaki və Xrosima şəhərlərinə atom bombasının atılması omnisidə misaldır.

11) Politisid - İnsanların siyasi mənsubiyyətinə (hansısa siyasi partiyaya üzv olması səbəbindən) görə kütləvi öldürülməsidir. Bura həmçinin siyasi intihar (siyasətçinin öz siyasi kareyerasını bərpa edə bilməyəcək bir hərəkət etməsini nəzərdə tutur. Siyasi intihar adətən siyasətçinin istefası ilə nəticələnir.) və siyasi partiyanın məhv edilməsi ( məsələn, Cənubi Afrikada aparteid siyasəti zamanı müstəqil sosial, siyasi birliklərin məhv edilməsi) daxildir.

12) Urbisid - İlk dəfə 1963-cü ildə Mikael Morkok tərəfindən işlədilən bu termin şəhər mühitinin canlılığını, əhalisinin davamlılığını və şəhərsalma sahəsinin məhv edilməsini nəzərdə tutur. Urbisid birbaşa və dolayısı olmaqla iki yolla həyata keçirilə bilər:

1. birbaşa (qəsdən və bilərəkdən şəhərin məhv edilməsi);

2. dolayısı yolla (şəhərin hər hansı bir ərazisinə zərər verəcək tədbirlər, bura ilk başdan nəzərə çarpmayacaq ancaq şəhəri məhv edəcək qanunlar, layihələr, tədbirlər daxildir.)

Ermənilər tərəfindən işğal edilmiş rayonlarımız xüsusi ilə də Ağdam urbisidə məruz qalmışdır.

Doğrudur bu anlayışlar genosidin Konvensiyada qeyd olunmuş tərifi ilə eynilik təşkil etmir. Ancaq bu terminlər dolayısı yolla da olsa insanların məhvini nəzərdə tutduğundan bunları genosidin bir növü hesab etmək olar.

Beynəlxalq hüquqda soyqırım cinayəti. “Soyqırım” ifadəsi yarandığı ilk dövrdə hüquqi termin kimi deyil, təsviri ifadə kimi işlədilirdi. Bu səbəbdən də İkinci Dünya müharibəsi dövründə faşistlərin Avropada törətdiyi əməllər 1945-ci ildə çağrılan Nürnberq Tribunalı tərəfindən soyqırım kimi qiymətləndirilməyib, bəşəriyyət əleyhinə cinayət hesab edildi.

Lakin “Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın qəbul edilməsi ilə ona qoşulan dövlətlərin üzərinə soyqırım cinayətinin qarşısının alınması və bu cinayəti törədənlərin cəzalandırılması vəzifəsi qoyulmuş oldu. Konvensiya 20 ölkə üzv olduqdan sonra 1951-ci ildə qüvvəyə mindi və o zamandan bəri 130-dan çox ölkə tərəfindən ratifikasiya edilib. Lakin Konvensiya soyqırım aktlarının mövcud olduğunu bildirsədə, bu cür cinayətləri dayandırmaqda o qədər də effektiv deyil. Belə ki 1951-ci ildən etibarən hətta Konvensiyanı ratifikasiya etmiş dövlətlərin özündə belə soyqırım aktları baş vermişdir. Zənzibarda (1964), Burundidə (1972), Kambocada(1971-1979) baş vermiş soyqırım aktların görə heç kim cinayət məsuliyyətinə cəlb edilməmişdir. Bunun əsas səbəbi onda idi ki Konvensiya ratifikasiya olunan zaman BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən yalnız Fransa Konvensiyanı ratifikasiya etmişdir. Konvensiya Sovet İttifaqı tərəfindən 1954-cü ildə, İngiltərə tərəfindən 1970-ci ildə, Çin Xalq Respublikası tərəfindən 1983-cü ildə və ABŞ tərəfindən 1988-ci ildə ratifikasiya edilmişdir. Buna görə də soyqırım cinayəti üzrə beynəlxalq hüquq yalnız 1990-cı illərdə fəaliyyətə başlamışdır.

Beləliklə 1993-cü ildə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının 827 saylı qətnaməsinə əsasən Bosniya ve Hersoqavinadakı Serebrenitsa qətliamı ilə əlaqədar olaraq yaradılan Yuqoslaviya Beynəlxalq Tribunalı ilə soyqırım cinayəti beynəlxalq məhkəməyə çıxarılmışdır.

1994-cu ildə isə Ruandada baş vermiş qətliamla əlaqədar olaraq yaradılan Ruanda Beynəlxalq Tribunalı ilə ilk dəfə olaraq Jan-Pol Akayesu soyqırım cinayəti törətməkdə ittiham edilərək cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində hökm çıxarılmışdır.

Yuqoslaviya və Ruanda tribunalları, hansı hərəkətlərin soyqırım kimi təsnif edilə biləcəyini və bu hərəkətlər üçün cinayət məsuliyyətinin necə qurulması lazım olduğunu aydınlaşdırmağa kömək etsə də soyqırım cinayətinin müəyyən edilməsi və bu cinayəti törətmiş şəxsləri məhkum etmək (məsələn, Xocalı soyqırımını törədənlər hələ də cəzasız qalır) praktiki cəhətdən hələ də çətinliklərlə qarşılaşır. Bundan da mürəkkəb məsələ isə soyqırım cinayətinin qarşısının alınmasıdır. Beynəlxalq aləmin səylərinə baxmayaraq, bu gün də soyqırım cinayətini törədən şəxslərin cəzalandırılması və soyqırımın qarşısının alınması çətin və mürəkkəb bir prosesdir.

Fəxri Qurbanzadə; Elmar Elxanlı
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akdemiyasının
I kurs magistrları

BDU-da işləyən vəzifəlilər: Sabiq nazir, vitse-spiker, deputatlar, səfir qızı…
Əl-ələ verib Azərbaycanı yaşıla boyayacağıq: Möhtəşəm aksiyada 120 min ağac əkildi...
"Millət qarşısında etdikləri naqislikləri unutdurmaq üçün bunu edirlər"
Hər il minlərlə heyvanı xilas edən körpülər – FOTO
Soyuducudan 44 it cəsədi tapıldı - DƏHŞƏT...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"Tənqid edilən bayağı verilişlərlə bağlı addımlar atıla bilər" - Nuşirəvan Məhərrəmli
Cəmiyyət
“Ona ən böyük arzum Kəlbəcər dağlarındakı çiçəkləri öz əllərimlə təqdim etməkdir”
Hadisə
"Bizə azadlığı bağışlamadılar, xalqımız azadlığına mübarizə apararaq qovuşdu"
Cəmiyyət
Ramil Quliyev Türkiyə ordusunda... - FOTO
Hadisə
Azadlıq Meydanında ilk dövlət himnimizi ifa edən və noyabr mitinqlərinin ilk aparıcısı...
Həftənin ən çox oxunanları
Xəzər TV rektorun qovulmasının səbəbini açıqladı: Akademiki qara günlər gözləyir - VİDEO
"Misir Mərdanov Abel Məhərrəmovun deyil, Bəhram Əsgərovun rektor olmasını istəyirdi"
"KİA Motors" Azərbaycanda 1 milyon kilometr maşın sürən şəxsi ŞOKA SALDI...
"Başa düşə bilmirəm ki, hansı məntiqlə qadınları 65 yaşda pensiyaya çıxarırıq?"
Xatirənin geyimi başına bəla oldu - FOTOLAR
Abel Məhərrəmovun rektorluq "kitabını bağlayan" SENSASİON SƏBƏB...
“Bu reklama çəkilməklə bir ailə başçısını üç il yarım həbsdən azad etdirdim...” - VİDEO
Bu cavan erməni aqronom Azərbaycan torpağında 115 min nar tingi əkdi...
Azərbaycanın talanan sərvətlərinin izi ilə daha bir ünvan: Ax, London, London...
Ərdoğan yarım milyard dollarlıq ikimərtəbəli təyyarəsi ilə ilk dəfə uçdu - FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə