Xəbər lenti
19/09/2018 [14:51]:
Satanovski: "Əgər Əliyev SSRİ-nin rəhbəri olsaydı…" - Video
19/09/2018 [14:48]:
“Ansambılım arxamda ola-ola fanaqrama oxusam, onda məni güllələmək də halaldı”
19/09/2018 [14:46]:
“Musa Yaqub dedi ki, ona tez-tez...”
19/09/2018 [14:42]:
““Tonqal” restoranında aparılan araşdırmalar bizi qane etmədi”
19/09/2018 [14:01]:
Təhsil Nazirliyi xarici ölkələrdə təhsil almaq istəyən şəxslərə xəbərdarlıq edib
19/09/2018 [13:59]:
"Oğluma cəza verib ailəsini dağıtmaq məni öldürmək kimidir"- İŞİD-ə qoşulanın atası
19/09/2018 [13:50]:
"Heydər Əliyevin və valideynlərinin məhz ən çətin hərbi hissələrdən birini seçməsi alqışlanmalıdır"
19/09/2018 [13:46]:
Bakıda sürücü yolu bağladı, maşından düşüb getdi - VİDEO
19/09/2018 [13:45]:
Koçaryandan Paşinyana mesaj: “Putin məni dəstəkləyir”
19/09/2018 [13:44]:
Bunu kişilərin bilməsi vacibdir… - Alimlərdən şok açıqlama
19/09/2018 [13:41]:
DQİDK-in şöbə müdiri: “Məscidlərdən qara bayraqlar deyil, Azərbaycan bayrağı asılmalıdır”
19/09/2018 [13:40]:
Sabahın havası açıqlandı
19/09/2018 [13:37]:
Daha bir azərbaycanlı xanım deputat seçildi - FOTO
19/09/2018 [13:27]:
“Atam məni puluma görə istəyir” - Rəqsanənin qızı
19/09/2018 [13:22]:
Hər il dünyada 50 min nəfər seks zamanı ölür – Aralarında məşhurlar da var
19/09/2018 [13:16]:
Torpağın münbit qatını korlayan iki nəfərə cərimə kəsildi - 2000 manat
19/09/2018 [13:15]:
“Ölkənin iqtisadi-aqrar siyasəti zorlanan yabını xatırladır...”- Keçmiş nazir
19/09/2018 [13:08]:
Qan təzyiqini aşağı salan qidalar açıqlandı - ARAŞDIRMA
19/09/2018 [13:03]:
Türkiyədə vətəndaşlıq almaq asanlaşdı
19/09/2018 [12:58]:
Dəyişkən hava şəraiti Cəlilabadı qaranlığa qərq etdi...
19/09/2018 [12:56]:
Saçyoldu olayı baş verən məktəbin direktoru işdən AYRILDI
19/09/2018 [12:50]:
Ermənistandakı Rusiya aviasiyası döyüşə hazır vəziyyətə gətirildi
19/09/2018 [12:47]:
Qadın intim fotoları ilə onu şantaj edəni bağışladı: "Anam onun oğlunu yuxuda görüb"
19/09/2018 [12:39]:
Rusiyada 23 nəfər şaurmadan zəhərləndi
19/09/2018 [12:31]:
İrandan gələn vətəndaşda heroin aşkarlandı - VİDEO
19/09/2018 [12:26]:
İtaliyada yaşayan Türk jurnalist tarixi uğura imza atdı
19/09/2018 [12:26]:
“Moskva Yaxın Şərqdəki münaqişələrdən milyonlar qazanır”
19/09/2018 [12:24]:
Trampın uzun saçlarının sirri açıldı: Boynunun ardındakı keçəli örtmək üçünmüş...
19/09/2018 [12:20]:
İnam Kərimovun işdən çıxardığı şəxsə Muxtar Babayev VƏZİFƏ VERDİ
19/09/2018 [12:14]:
"Beş-on nəfər qaragüruhçu qalxıb deyəcək ki, "yoxsa dövlətdən inciyərik""
19/09/2018 [12:10]:
Xaləddin İsgəndərovun Bakı-Sumqayıt yolundakı təpələri söküləcək - Tıxaca əncam axtarılır
19/09/2018 [12:06]:
Messi Ronaldunu geridə qoydu
19/09/2018 [11:56]:
Zakir Həsənov Sergey Şoyquya başsağlığı verib
19/09/2018 [11:51]:
Yevgeni Satanovski: " Heydər Əliyev SSRİ-nin dağılmasına imkan verməzdi"
19/09/2018 [11:50]:
Ermənistan ordusu çətin birdə özünə gəlsin...
19/09/2018 [11:49]:
Ermənistan müdafiə naziri ordunu idarə edə bilmir
19/09/2018 [11:49]:
Maduro Nüsrətin restoranına getdi, xalqını qəzəbləndirdi - VİDEO
19/09/2018 [11:47]:
Məkkə və Mədinəni sürət qatarı birləşdirəcək
19/09/2018 [11:44]:
Prezident Avstriyanın vitse-kansleri ilə görüşdü
19/09/2018 [11:31]:
“Paşinyan hay-küy salmaqla Ermənistanın Azərbaycan qarşısındakı zəifliyini ört-basdır etməyə çalışır”
19/09/2018 [11:25]:
Ruhulla Axundov o dərəcədə döyülürdü ki... - V məqalə
19/09/2018 [11:11]:
Vətəndaş “Azəriqaz” İB əməkdaşlarının əlindən FƏRYAD EDİR...
19/09/2018 [11:10]:
Türkiyədən gələnlər Qənirə Paşayeva ilə görüşdə "daima Azərbaycanın yanındayıq" deyiblər
19/09/2018 [11:06]:
Metronun “Xətai” stansiyası 1 illiyə bağlanır
19/09/2018 [11:05]:
Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə MÜRACİƏT
19/09/2018 [11:03]:
İlahiyyat İnstitutunda yeni TƏYİNATLAR
19/09/2018 [11:01]:
Məktəb direktorları toplandı: Nazir müavini tapşırıq verdi
19/09/2018 [10:59]:
Rusiya ada bir MDB ölkəsində “İsgəndər” raketləri yerləşdirdi
19/09/2018 [10:53]:
“Söhbət milyonların geri qaytarılmasından gedir”
19/09/2018 [10:46]:
Xatirə şəhid ailəsinə söz verdi - “Müşviq bulağı” tikdirəcək
19/09/2018 [10:42]:
Qarabağ yolunda Paşinyanın qarşısını iki ayı kəsdi... - FOTO+VİDEO
19/09/2018 [10:39]:
Yüksək bal toplayaraq ADAU-nu seçən 82 tələbəyə əlavə təqaüd veriləcək
19/09/2018 [10:34]:
Azərbaycan neftinin qiyməti 81 dollara yaxınlaşır
19/09/2018 [10:25]:
Polis borca görə 19 nəfəri saxladı
19/09/2018 [10:22]:
İlham Əliyev Masallıda Xalçaçılıq üzrə Təlim-Tədris Mərkəzi ilə tanış oldu
19/09/2018 [10:17]:
"Xankəndinə bayrağı əsgər Heydər Əliyev asacaq" -Siyavuş Novruzov
19/09/2018 [10:02]:
Havanı çirkləndirən zavodla bağlı sənədlər məhkəməyə göndərildi
19/09/2018 [09:58]:
Cəbhədə vəziyyət gərgindir - Müdafiə Nazirliyi məlumat yaydı
19/09/2018 [09:56]:
Paşinyan bizlərə Murovdan aşağı baxdı… - Onu təcili ordan endirməsək!..-Fotolar
19/09/2018 [09:49]:
Qəflətən Qarabağa gələrək sərsəmlədi: "Biz sülh danışıqlarına da, müharibəyə də hazırıq”
19/09/2018 [09:42]:
Azərbaycandakı cəzaçəkmə müəssisələrindən 17 nəfər qaçıb
19/09/2018 [09:34]:
Bu gün Çempionlar Liqasında I tura yekun vurulacaq - TƏQVİM
19/09/2018 [09:23]:
Onlara yeni mənzillər verildi -FOTOLAR
19/09/2018 [09:06]:
Çempionlar Liqasında 8 oyun keçirildi - NƏTİCƏLƏR
19/09/2018 [09:04]:
Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi anıldı
19/09/2018 [08:48]:
Azərbaycana gələn ərəblərin sayı artdı
19/09/2018 [08:46]:
Şimali və Cənubi Koreya prezidentləri hərbi sahədə saziş imzaladılar
19/09/2018 [08:44]:
Bir ayağı olmayan qız “İtaliya gözəli” seçildi
19/09/2018 [08:39]:
100 il öncə Bakını millətçilik yox, ümmətçilik xilas etdi... -FİKİR SAVAŞI
19/09/2018 [08:31]:
Dietoloq məktəblilərlə bağlı çağırış etdi
19/09/2018 [00:48]:
Alimlər 15 yaş cavan görünmənin sadə sirrini "tapdılar"...
19/09/2018 [00:23]:
Türkiyəli alim Azərbaycanda dissertasiya müdafiə etdi
19/09/2018 [00:18]:
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdi - FOTOLAR
19/09/2018 [00:16]:
Üzeyir bəyin fövqəlzəkası – “Məşədi İbad papağı”nın sirri – Anım günü
18/09/2018 [23:57]:
Ermənistan: "Saşik" Sarkisyan bankda dondurulmuş pullarından büdcəyə "pay verməyə" hazırdır
18/09/2018 [23:53]:
Kəlbəcərə gələn adam, heç Kəlbəcərdən qayıdan günün olmasın!
18/09/2018 [23:47]:
Bu avtomobildən neçə adamın çıxdığına inanmayacaqsınız - VİDEO
18/09/2018 [23:34]:
Bu restoranda yemək yemək üçün çevik olmaq lazımdır - MARAQLI
18/09/2018 [23:28]:
“Milyonçu Tağıyevin Hacıbəyli qardaşlarna ayırdığı pulu mühasib niyə gizlədir? – Anım günü
18/09/2018 [23:20]:
“Televiziya kanalları, mətbuat Üzeyir bəyi bu gün bir az da çox təbliğ etməlidirlər, çünki....”
Bütün arxiv bir sırada
23/11/2017 [22:58] - Cəmiyyət - ( 1700 dəfə baxılıb)

4 xanıma tabe olan böyük sərkərdə - Stalinin çəkindiyi MARŞAL JUKOV”¦



1941-ci il, 29 iyul tarixi. Hədsiz dərəcədə gərgin olan Stalin Kremldə müşavirə keçirir. Jukov müşavirədə qoşunların Kiyev şəhərindən geri çəkilməsi təşəbbüsü ilə çıxış edir. Və bu addımın atılmasının zəruriliyini də Stalinə məntiqli şəkildə əsaslandırır. Jukovun az qala göstəriş formasında dediyi fikir Stalini özündən çıxarır:

- Yoldaş Jukov, siz bu sərsəm fikirlərinizlə Kiyevi təslim etməyə özünüzdə necə cürət tapırsınız?
 
- Yoldaş Stalin, əgər mən bir Baş Qərərgah rəisi kimi sərsəm fikirlər söyləyirəmsə, demək öz yerimdə deyiləm. Xahiş edirəm məni bu məsul vəzifədən azad edilməyim üçün göstəriş verəsiniz.
 
- Georgi Konstantinoviç, biz Leninsiz küçinmişik, sizsiz də keçinərik...
 
Beləliklə, Jukov Baş Qərərgah rəisi vəzifəsindən azad olunur. Sözsüz ki, bu hadisədə Stalin tələskənliyə yol verir. Bəlkə də o, bu qərarı ilə hamının qorxu və təlaş içində olduğu bir məqamda özünə olan güvənliyi sübut etmək istəyir. Amma sonralar o da məlum olur ki, fikirlərində həmişə qətiyyətli olan və qarşısındakının kimliyindən asılı olmayaraq sözünü deməyi bacaran Jukov həmin müşavirədəki fikirlərində yanılmayıb.
 
Modern.az saytı saytı görkəmli sərkərdə, “Qələbə Marşalı” titulunu qazanmış Georgi Jukov haqqında yazını təqdim edir.
1941-ci ilin payız aylarında alman qoşunları Moskva ətrafında qərarlaşanda çıxış yolu tapmaqda çətinlik çəkən Stalin Jukovu köməyə çağırır. Oktyabrın 5-də Jukovun təcili olaraq Leninqraddan Moskvaya gəlməsini əmr edir. Jukovu aerodromdan birbaşa Stalinin Kremldəki mənzilinə gətirirlər. Stalin əsəbi və çaşqın vəziyyətdə üzünü Jukova tutur:
-Kritik vəziyyət yaranıb. Almanlar 3-4 gündən sonra Moskvaya yaxınlaşacaqlar. Qərb və Ehtiyat cəbhələrinin komandanlığı real vəziyyəti qiymətləndirə bilmir. Nə Konyev, nə də Budyonnı qoşunlarının harada olduqlarını bilmirlər, düşmənlərin fəaliyyəti və əməliyyatları haqqında xəbərsizdirlər.
 
Jukov məsələdən tam agah olduqdan sonra qərar verir. Alman qoşunları üçün tam açıq olan Moskvanın yollarını bağlamaq və düşməni saxlamaq. O, Qərb cəbhə komandanlığının fəaliyyət istiqamətini dəyişərək hərbi hissələri məhz bu sahəyə yönəldir.
 
 
Oktyabrın 16-da paytaxtın köçürülməsi haqqında qərara imza atdıqdan sonra Stalin Jukovdan soruşur:
- Georgi Kanstantinoviç, sizcə qoşunlarımız Moskvanı saxlaya biləcəkmi?
 
- Yoldaş Stalin, mən buna şübhə etmirəm. Biz Moskvanı almanlara təhvil verməyəcik.
 
Jukovun bu qətiyyətli cavabı Stalini təsirləndirir. Rəhbər ona inanaraq Moskvanı tərk etmir. Bəli, “Stalin müharibənin ən ağır vaxtlarında Moskvanı tərk etmədi” kimi az qala şüara çevriləcək həmin ifadə, məhz Jukovun qətiyyətinin məhsuludur.  
 
Stalin Jukova inanırdı, bilirdi ki, Jukov olan yerdə qələbə var. Digər yüksəkçinli hərbçilər və məmurlar bir yana idi, Jukov bir yana. Stalin Ali Baş Komandan kimi Jukovu özünə müavin seçmişdi. Jukov yeganə şəxs idi ki, təxirəsalınmaz qərarların verilməsində Stalinin adından danışmaq səlahiyyəti var idi. Müharibə illərində istər ön, istərsə də arxa cəbhədə həlledici sözü Jukov deyirdi və heç bir müzakirəyə yer qoymamaq üçün əlavə edirdi: “Birinci ilə (Stalin nəzərdə tutulur) razılaşdırılıb...”
 
Bəzi hərbi araşdırmaçıların fikrinə görə, Jukovun müharibədəki uğurları canlı qüvvəni düşmənin qarşısına sədd çəkməklə, böyük itkilər hesabına olub. Amma faktlar sübut edir ki, bu cür yanaşma Jukovun hərbi taktikasına zidd olub. Əksinə, Jukov lazım gələndə qoşunların geri çəkilməsinin, vaxt qazanıb mükəmməl və tam komplektləşdirilmiş şəkildə yenidən hücuma keçməsinin tərəfdarı olub. Marşal bununla sübut edib ki, belə olan halda həm itkilər az olur, həm də döyüş əməliyyatı uğurlu alınır. Müharibə zamanı uğurlu əməliyyat naminə yüz minlərlə döyüşçünün qurban verilməsi birbaşa Stalinin göstərişi ilə olub. Jukov dəfələrlə bu haqda Stalinə kəskin etirazını bildirməkdən də çəkinməyib.
 
Jukov hərbçilərə qarşı tələbkar olduğu qədər də qayğıkeş olub. Məsələn, müharibədən sonra o, əsir düşənlər haqqında yeni sənədin imzalanmasını təklif edib. Belə ki, həmin şəxslərin sənədlərindən əsirliklə bağlı qeydlərin çıxarılmasını istəyib. Marşal fikrini belə əsaslandırıb ki, əsir düşmək və təslim olmaq fərqli anlayışdır. Yəni bir var döyüş zamanı təmas xəttində könüllü düşmənə təslim olmaq, bir də var ki, döyüş əməliyyatı zamanı mühasirəyə düşərək əsir olmaq.
 
Jukov kabinet sevən marşallardan olmayıb. Bu haqda özü də xatirələrində qeyd edib ki, səngərlərdən sonra kabinetdə stol arxasında əyləşib nə isə yazmaq mənim üçün çox çətindir. Marşalın sərkərdəlik qabiliyyəti nə hərbi təhsili ilə, nə də təcrübəsi ilə bağlı olmayıb. Müasirlərinin söylədiklərinə görə, hərb sənətini incəliklərinə qədər bilən Jukovda bu Tanrı vergisi idi.
 
Hədsiz dərəcədə amansız, sərt və kəskin olan Jukov müharibə illərində xalqın böyük nüfuzunu qazanıb, onu seviblər, ondan qorxublar, ona dua ediblər.
 
Jukov yeganə marşal olub ki, Böyük Vətən müharibəsi illərində onun şəxsi işinə 41 dəfə Stalinin şəxsi təşəkkürü qeyd olunub. 4 dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən yeganə şəxs də Jukov olub.
 
 
Qələbənin təmin olunmasında misilsiz xidmətləri olan Jukova Qələbə paradının qəbul etməsi haqqında Stalinin əmri də bir daha onun fərqli bir şəxsiyyət olduğuna sübutdur. Bəli, bu bəlkə də müharibə ilə bağlı Stalinin ən ədalətli qərarlarından biri idi. Bəlkə də bu qərarı Stalin xalqın iradəsinə görə vermişdi. Çünki Stalin Jukova qarşı bu qədər səmimi ola bilməzdi. Sonrakı hadisələr də bunu bir daha sübut etdi. Belə ki, Stalin müharibədən sonra növbəti dəfə öz “mərhəmət”ini Jukovdan əsirgəmir.  Cəllad kimi tanınan Dövlət Təhlükəsizliyi naziri Abakumov və Lavrenti Beriya Jukovun həbs olunması ilə bağlı sənədə imza atmaq üçün Stalinə təqdim edirlər. Stalin düşünmədən belə sənədin üzərinə dərkənar qoyur: “Mən Jukovun həbsinə imkan verməyəcəm” və üzünü onlara tutub deyir: “4 il ərzində Georgi Kanstantinoviçi mən özümdən yaxşı tanımışam. Sizin söylədikləriniz cəfəhgiyyatdan başqa bir şey deyil...”
 
Sözsüz ki, Stalinin bu cür münasibəti ədalətli idi. Amma rəhbər daxildə yenə də qeyri-səmimi idi. Sadəcə müharibədən sonrakı ölkədəki mürəkkəb vəziyyətdə Jukov hələ ki, Stalinə lazım olacaqdı.
 
Qısa bir müddətdən sonra Stalin Jukov haqqında əsl fikirlərinin bildirir. Marşal faşist Almaniyası üzərində qələbəni öz adına çıxmaqda suçlanır. Daha sonra Jukova qarşı Almaniyadan bahalı əşyaların, xüsusilə, rəsm əsərlərinin gətirilməsi ilə bağlı ittiham sürülür. Təbii ki, bunların arxasında başqa məsələlər dururdu. Jukov qətiyyəti və nüfuzu ilə Kreml üçün təhlükəyə çevirilirdi. Ona qarşı qısqanclıq Kreml məmurlarını rahat buraxmırdı. Stalin üçün belə bir şəxsiyyət arzuolunmaz idi. Digər bir tərəfdən Jukov hələ müharibənin başlanğıcında Stalinin ən çarəsiz və miskin vaxtlarını görmüşdü. Jukov xalq tərəfindən inanılan şəxslərdən biri idi ki, o, Stalin haqqında olan əfsanələri, mifləri darmadağın edə bilərdi. Məhz Stalini də qorxudan bu idi.
 
Beləliklə, Jukov əvvəlcə Odessa hərbi dairəsinə, sonra isə Urala göndərilir. Həmin dövrdə SSRİ-nin ən kriminal şəhərlərindən biri olan Odessada Jukov, əsasən, cinayətkarlığa qarşı mübarizə aparır. Və elə həmin şəhərə çatdığından bir neçə gün sonra hərbi libasını çıxararaq mülki paltarda avtoritetlərin toplaşdığı məkana gəlir, icazəsiz stolun baş tərəfinə keçir, əlini stolun üstünə çırparaq deyir: “İndi bu şəhərin bir nömrəli avtoriteti mənəm...”
 
Moskvada isə marşal haqqında “Aviasiya işi” ilə bağlı yeni ittihamlar hazırlanır.
Jukov 1952-ci ildə Mərkəzi Komitə üzvlüyünə namizəd seşilir. Marşal öz xatirələrində qeyd edib ki,  bu Stalinin təşəbbüsü ilə olub və ona qarşı etdiyi haqsızlığa görə barışıq üçün yol açıb.
 
Stalinin ölümündən sonra Jukov müdafiə nazirinin birinci müavini vəzifəsinə təyin olunur. Kremldəki növbəti qruplaşmalarda Beriyanın öz mövqelərini möhkəmlətməsi Xruşovu ciddi narahat etməyə başlayır. O, bu haqda Jukovla danışıqlara başlayır. Xruşov bir daha Jukova Beriyanın onu həbs etdirmək istədiyini xatırladır:
- Geogi Kanstantinoviç, yəqin ki, Beriyanın sizə qarşı olan münasibətini unutmamısınız. Bu yaramazı aradan götürmək, həbs etmək lazımdır.
 
Mətləbi və təklifi anlayan marşal cavab verir:
- Düzdür, mən adam həbs etməklə məşğul olmuram, amma bu işi böyük həvəs və məmnunniyyətlə icra edərəm.
 
Beləliklə, nə vaxtsa Jukovun həbsinə çalışan Beriya çox amansız bir şəkildə Jukov tərəfindən həbs olunur.
 
Bu həbsin müqabilində Jukov SSRİ-nin müdafiə naziri təyin olunur.
 
1957-ci ildə qara buludlar yenidən marşalın başı üstündə görünməyə başlanır. Mərkəzi Komitənin plenumunda Silahlı Qüvvələrdə partiya-siyasi işlərinin yarıtmaz vəziyyətdə olduğu vurğulanır və Jukov leninizm prinsiplərinə əməl etməməkdə günahlandırılır. Plenum Jukovu müdafiə naziri vəzifəsindən azad edir.
 
Nazir vəzifəsindən azad olunsa da, o, qonaq qismində mütəmadi olaraq Kremlin mötəbər tədbirlərinə dəvət alıb, “Qələbə Marşalı” böyük ehtiramla xatırlanıb. Ən əsası isə bütün rəsmiyyətlərdən kənar Marşal Jukov xalqı üçün böyük şəxsiyyət, görkəmli sərkərdə kimi əbədiyyətə qovuşub.
 
Jukov həm də həyat sevgili, nikbin, həssas qəlbli bir insan kimi yaddaşlarda qalıb. Müharibəyə, gərgin iş rejiminə baxmayaraq, marşal 4 dəfə evlənməyə vaxt tapıb. Jukov bu məsələyə münasibət bildirərkən qeyd edib: “Xanımlar mənim hərbi fəaliyyətimə mane olmayıblar. Bu məsələdə toxunulacaq yalnız bir məqam var, böyük bir ordunun tabe olduğu şəxs evə gedəndə, özü tabe olmaq məcburiyyətində qalır...”
 
Georgi Jukov 18 iyun 1974-cü ildə keçirdyi infarktdan sonra vəfat edib.(modern.az)

Qan təzyiqini aşağı salan qidalar açıqlandı - ARAŞDIRMA
Vətəndaş “Azəriqaz” İB əməkdaşlarının əlindən FƏRYAD EDİR...
Alimlər 15 yaş cavan görünmənin sadə sirrini "tapdılar"...
Türkiyəli alim Azərbaycanda dissertasiya müdafiə etdi
Bu avtomobildən neçə adamın çıxdığına inanmayacaqsınız - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Musa Yaqub dedi ki, ona tez-tez...”
Cəmiyyət
“Ölkənin iqtisadi-aqrar siyasəti zorlanan yabını xatırladır...”- Keçmiş nazir
Maraqlı
Trampın uzun saçlarının sirri açıldı: Boynunun ardındakı keçəli örtmək üçünmüş...
Cəmiyyət
“Menyuların yalnız xarici dildə olması əsas problemdir”
Mədəniyyət
"Buradakı tələbələr Üzeyir bəyin kimliyini yaxşı bilirlər, əsərlərini səhnələşdirirlər” – Cavanşir Quliyev
Həftənin ən çox oxunanları
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Puldan “divar” yaradan məmur həm də 256 məşuqə saxlayırmış - HEYRƏTAMİZ+VİDEO
Bakıda satılan 5 otaqlı evin qiymətinə Braziliyada ada almaq olar - Fantastik qiymət (FOTOLAR)
"Müdafiə Nazirliyində çalışdığım 7 ildə cəbhə bölgəsində vəzifəli şəxsin övladını görmədim"
"Cənab Prezident, çox hörmətli Mehriban xanım, bu sətirləri Sizə utanaraq yazırıq..."
Mehriban Əliyevanın təşəbbüsü ilə 1-ci siniflərə - Hədiyyə
Fərhad Əliyevin kəndində evləri daşa basıb, sakinləri qorxuya salan kimdir? - VİDEO
"Sabah Qarabağda savaş başlasa bizim Bakıda Nuru Paşalara ehtiyacımız olmayacaq, çünki..."
Paşinyanın arvadı Qarabağda ölən erməni əsgərlərinin analarını topladı - azərbaycanlı analara müraciət olundu
Türkiyə və İsrail barışır, səfirlər geri qayıdır - Bakının da bu barışıqda rolu var...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə