Xəbər lenti
26/05/2018 [23:10]:
İlham Əliyev: "Son 15 il ərzində ölkəmizə 230 milyard dollar sərmayə cəlb edə bilmişik"
26/05/2018 [23:08]:
"Bu nadir nüsxəni hardan taparaq Yardımlı kimi rayona göndəriblər? - RƏZALƏT...
26/05/2018 [22:48]:
Bu ölkədə "YouTube” qadağan edildi
26/05/2018 [22:47]:
Lütfi Zadənin xatirəsinə həsr edilən tamaşanın premyerası olub
26/05/2018 [22:46]:
Azərbaycan Prezidenti: "Xarici siyasətimizin əsas məsələsi Dağlıq Qarabağ münaqişəsinin həllidir"
26/05/2018 [22:44]:
Rövnəq Abdullayev Ukrayna prezidenti ilə görüşdü
26/05/2018 [22:44]:
Turizm “cənnəti” “cəhənnəmə” döndü - 23 gündür vulkan püskürür
26/05/2018 [22:42]:
“Biz istənilən vaxt bütün xarici borcları ödəyə bilərik” - İlham Əliyev
26/05/2018 [22:39]:
Nabrandan Bakıya gələn 3 avtobus qəzaya uğradı - Yaralılar var YENİLƏNİB
26/05/2018 [22:34]:
“Liverpul” “Real”a qarşı - Heyətlər açıqlandı + Yenilənir
26/05/2018 [22:25]:
Heydər Əliyev məzun oldu -Video
26/05/2018 [21:59]:
Qarabağ şəhidimizin adı əbədiləşdirildi- FOTOLAR
26/05/2018 [21:21]:
Ermənistan səfirliyi Moskvada tarixi abidəni dağıdır - FOTO
26/05/2018 [21:18]:
"İslamda yoxdur..."
26/05/2018 [21:16]:
Azərbaycanda növbəti həkim biabırçılığı: İynəni səhv vurdu…
26/05/2018 [21:16]:
Almeyda Azərbaycan millisinin heyətindən çıxarıldı
26/05/2018 [21:01]:
“Həm DTK-nın, həm də Amerika FTB-nin agenti olan Emin Hacıyev Bakıya gəlib…”
26/05/2018 [20:53]:
İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə iştirak edib
26/05/2018 [20:47]:
"Bu cavabdeh vəzifəli şəxslərin xalqın dövlətçilik irsinə sayğısızlığın göstəricisidir"
26/05/2018 [20:35]:
Türkiyədə AXC-nin 100 illiyi münasibətilə poçt markası buraxılıb
26/05/2018 [20:28]:
Robert De Niro: "Tramp restoranlarıma girməsin"
26/05/2018 [20:27]:
İlham Əliyev efiopiyalı həmkarını təbrik edib
26/05/2018 [20:08]:
Ramazanın on birinci gününün – DUASI VƏ TƏQVİMİ
26/05/2018 [19:29]:
Qənirə Paşayeva Cakartada İndoneziya Parlament rəsmiləri ilə görüşdü
26/05/2018 [19:21]:
Bakı-Quba yolunda iki sərnişin avtobusu mikroavtobusla toqquşdu
26/05/2018 [19:17]:
Ədliyyə orqanlarına işə qəbulla bağlı imtahanın nəticələri açıqlandı
26/05/2018 [19:16]:
Ərdoğan türkləri dollardan imtina etməyə çağırdı
26/05/2018 [19:15]:
Hər il dünyada 5,4 milyon insanı ilan sancır
26/05/2018 [19:11]:
AXCP-yə yarım milyon dollar çirkli pul köçürülüb - RƏSMİ
26/05/2018 [19:08]:
Makron Azərbaycan prezidentini Parisə dəvət etdi
26/05/2018 [19:02]:
“Rusiya Türkiyəyə 1 milyard təzminat ödəyəcək”
26/05/2018 [18:55]:
Azərbaycan ordusu Naxçıvan istiqamətində irəlilədi- Böyük ərazini nəzarətə götürdü
26/05/2018 [18:44]:
"Problemimi özüm həll edəcəyəmsə bəs bu Bəstəkarlar İttifaqı nəyə lazımdır?" FOTO/VİDEO
26/05/2018 [18:28]:
Putin Dördüncü Dünya müharibəsinə hazırlaşır - “Çekist qarmağında yellənən Rusiya...”
26/05/2018 [18:12]:
"Rüstəm İbrahimbəyov deyəsən Orxan Pamuq kimi Nobel mükafatı almaq istəyinə düşüb..."
26/05/2018 [17:18]:
Koreya liderləri sərhəddə görüşüb
26/05/2018 [17:14]:
Qadın evinə çağırdığı ustanı zorladı - FOTO
26/05/2018 [17:09]:
Şirvanda 62 yaşlı məktəb müəllimi itkin düşdü
26/05/2018 [16:57]:
5 milyard varidatı olan restoranlar kralı: “Bakıda yediyim pomidor-yumurtanı unutmayacam” - FOTOLAR
26/05/2018 [16:53]:
Maşın həvəskarlarına şad xəbər: yeni “Niva” buraxılır
26/05/2018 [16:47]:
Bu müəllimlərin maaşları artırılacaq
26/05/2018 [16:41]:
Dövlətçiliyimizin şərəfli salnaməsi...
26/05/2018 [16:29]:
Nazir Sahil Babayev Dövlət Sosial Müdafiə Fondunda oldu
26/05/2018 [16:22]:
“Maşın hədiyyə etdilər almadım...”- Başı qalmaqaldan açılmayan tarix müəllimi...
26/05/2018 [16:16]:
“Kaş ki, bütün bunlar cəmiyyətin də şüurunda demokratik dəyişikliklərə yol açardı...”
26/05/2018 [15:50]:
İt doqquz ördək balasını himayəsinə götürdü - VİDEO
26/05/2018 [15:35]:
"Bu, ermənilərlə iş birliyininin bariz nümunəsidir" - FOTOFAKT
26/05/2018 [15:29]:
Hər kəs burdan "sonuncu dəfə" tullanır - FOTOLAR
26/05/2018 [15:23]:
Mütərəqqi maarifçilik ənənələrinin uğurlu davamı...
26/05/2018 [15:10]:
ICCA Azərbaycanın reytinqini 5 bal yüksəldib
26/05/2018 [15:09]:
Ramil Usubov Bərdədə vətəndaşları qəbul edib
26/05/2018 [15:05]:
Şərqin demokratiya təməli...
26/05/2018 [14:48]:
Gürcüstanda meyiti tapılan kəlbəcərli tələbə əslində öldürülüb, yoxsa intihar edib? - Təfərrüat
26/05/2018 [14:20]:
Qarabağda neytral zona daralır, təmas xəttində istehkamlar tikilir – Hədəflər raketlə VURULACAQ
26/05/2018 [14:18]:
Kişi avtobusda öpüşən qızla oğlanın biabırçı hərəkətinə belə reaksiya verdi - VİDEO
26/05/2018 [14:14]:
"Son Zəng" çalındı - FOTOLAR
26/05/2018 [13:54]:
Ayı avtomobilin şüşəsini sındırıb sükana keçdi və siqnal verməyə başladı - İNANILMAZ...
26/05/2018 [13:49]:
Masallıda 16 yaşlı qız itkin düşüb
26/05/2018 [13:46]:
Mədət Quliyev ailə üzvləri ilə birlikdə təqdimat mərasimində -FOTOLAR
26/05/2018 [13:42]:
Nigeriyalı futbolçuların rus qızlarla görüşməsinə qadağa qoyuldu
26/05/2018 [13:41]:
Bakıda ölən bomjun ardınca oğlu 150 minlik maşınla gəldi
26/05/2018 [13:40]:
Viktoriya Bekhem niyə gülmür? -FOTOLAR
26/05/2018 [13:38]:
Qərbi Kaspi Universitetində robotlar yarışıb - Fotolar
26/05/2018 [13:31]:
“Rüstəm İbrahimbəyovun bizi qorxaq və vəhşi obrazda göstərmək arzusu ürəyində qalıb”
26/05/2018 [13:30]:
Fond bu tanınmışlara 5 min manat verdi - FOTO
26/05/2018 [13:27]:
İsrail hərbçiləri “Anadolu”nun müxbirini yaralayıb – FOTO
26/05/2018 [13:25]:
Qəzalı obyektlərdə yaşayan köçkünlərin sayı açıqlandı
26/05/2018 [13:22]:
QHT sədrindən millət vəkilinə cavab...
26/05/2018 [12:55]:
BMT-nin rəsmi saytında separatçı ermənilərin “bəyannaməsi” yerləşdirildi!.. - Növbəti təxribat
26/05/2018 [12:52]:
Qadınları şantaj edən Aslan ələ keçdi - FOTO
26/05/2018 [12:50]:
“Dövlətin sosial evlərlə bağlı birdən-birə belə bir addım atması çətindir, amma...”
26/05/2018 [12:47]:
Bitkoinin yaxın gələcəkdəki qiyməti açıqlandı
26/05/2018 [12:43]:
“Hamam xalatında heç dəlixanada yatan adam efirə çıxmaz”
26/05/2018 [12:26]:
“Erməniləri bu cür yola gətirmək mümkün deyil”
26/05/2018 [12:19]:
Azərbaycanda ov mövsümü açıq elan olundu
26/05/2018 [12:15]:
Azərbaycanlı müğənni efirə hamam xalatında çıxdı - FOTO
26/05/2018 [12:13]:
Azərbaycan Türkiyə-İsrail münasibətlərində vasitəçi ola bilərmi?
26/05/2018 [12:07]:
Bir insan: 14 gün öpüşür, 25 il yatır... - ARAŞDIRMA/FOTOLAR
26/05/2018 [11:44]:
25 ildi uymuş yetimə təzədən narkotik yeridəcəklər?..- 7 cümlədə 7dərd
26/05/2018 [11:21]:
“Biz çox istəyərdik ki, təqdim etdiyimiz siyahıdakı məhbusların hamısı əfv olunsun”
Bütün arxiv bir sırada
24/11/2017 [11:14] - Cəmiyyət - ( 781 dəfə baxılıb)

Qanunsuz əldə edilmiş meşə materialları və kömür hazırlanan quyular aşkar edildi



Meşə sahələrindən ağacların qanunsuz kəsilərək ağac emalı sexlərinə daşınması barədə müxtəlif yuxarı instansiyalara və Nazirliyə çoxsaylı şikayətlərin daxil olması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyində 70 nəfərdən ibarət geniş tərkibli komissiya yaradılıb. Komissiya tərəfindən Oğuz və İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin (MMBM) ərazilərində meşələrin qorunub mühafizə edilməsi vəziyyəti kompleks araşdırılıb və regionlarda reydlər keçirilib.

Nazirlikdən Moderator.az -a verilən məlumata görə, aparılan yoxlamalar zamanı hər iki müəssisədə meşələrin qorunub mühafizə edilməsi  işinin qeyri-qənaətbəxş təşkil olunduğu və  qanunsuz qırıntılara yol verildiyi müəyyən olunub. Belə ki, son 4 ay ərzində Oğuz MMBM-in ərazisində 4807,93 m3 həcmində, 60134 manat dəyərində, 4180 ədəd və İsmayıllı MMBM-in ərazisində 2061,55 m3 həcmində, 14578 manat dəyərində, 4830 ədəd ağacın qanunsuz olaraq kəsildiyi aşkar edilib. Hazırda məsələyə hüquqi qiymət verilməsi və təqsirkar cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi üçün sənədlər hüquq-mühafizə orqanlarına hazırlanır.

Meşə ərazilərində aşkar olunmuş qanunsuz kəsilmiş ağacların istifadə mənbəyini müəyyənləşdirmək məqsədilə ETSN-nin əməkdaşları tərəfindən 02-20 noyabr 2017-ci il tarixlərində magistral avtomobil yollarında reydlər keçirilib. Reydlər zamanı Oğuz, İsmayıllı, Göyçay, Şəki rayonları ərazisində xüsusilə də gecə saatlarında yük yerlərində meşə materialları olan “Ural”, “QAZ-66” “Kamaz”, “QAZ-53”,  “ZİL”, “UAZ”, “Qazel”, “QAZ-24” markalı ümumilikdə 15 avtomobil müşahidə edilib. Nazirliyin əməkdaşları tərəfindən sözügedən maşınlar izlənilib. Görülən tədbirlər nəticəsində maşınlarda olan meşə materiallarının  Göyçay, Şəmkir və Tovuz rayonlarında fəaliyyət göstərən yeşik hazırlanan sexlərə daşındığı müəyyən edilib. Həmin avtomobillərdə qanunsuz yolla əldə olunmuş, ümumilikdə 97,5 m3  həcmində fıstıq, vələs, palıd cinsli yerli meşə materialları aşkar olunaraq sənədləşdirilib.

Bununla bağlı meşə materiallarının daşındığı Göyçay, Şəmkir və Tovuz rayonlarındakı yeşik hazırlanan sexlərə baxış keçirilib və 15 sexin fəaliyyət göstərdiyi müəyyən olunub: Belə ki,

-     Göyçay rayonu Qarabaqqal kəndində Nadir Yəhyayevə məxsus 400 m2 ərazidə 3 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 1,2 m3 həcmində, 238,51 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;

-     Göyçay rayonu Çayarxı kəndində Məzahir İsrafilova məxsus 300 m2 ərazidə 4 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 5 m3 həcmində, 993,8 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;

-     Göyçay rayonu Cəyirli kəndində Şirvan İsmayılova məxsus 130 m2 ərazidəki yeşik sexində qanunsuz yolla əldə olunmuş fıstıqdan hazırlanmış 6,5 m3 həcmində, 1291,94 manat dəyərində yeşik taxtası;

-     Göyçay rayonu Cəyirli kəndində Əvəz Rəsulova məxsus 120 m2 ərazidə 3 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 1,8 m3 həcmində, 357,77 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;

-     Göyçay rayonu Cəyirli kəndində Asim Seyidova məxsus 300 m2 ərazidə 2 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 4,8 m3 həcmində, 954,05 manat dəyərində fıstıq cinsli girdə işlik material;

-     Göyçay rayonu Cəyirli kəndində Elçin Məmmədova  məxsus 250 m2 ərazidə 2 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 3,7 m3 həcmində, 735,41 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;

-     Göyçay şəhəri Bahəddən Mirzəyev küçəsində Ədalət Qasımova məxsus 300 m2 ərazidə 1 ədəd mişar quraşdırılmış yeşik sexində 4,1 m3 həcmində, 814,91 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;

-     Göyçay şəhəri Bahəddən Mirzəyev küçəsində Samir Mustafayevə məxsus 500 m2 ərazidə 5 ədəd mişar quraşdırılmış yeşik sexində 3,5 m3 həcmində, 321,77 manat dəyərində fıstıq  və vələs cinsli girdə işlik materialı;

-     Göyçay şəhəri Heydər Əliyev prospektində Yaqub Məmmədova məxsus 120 m2 ərazidə 2 ədəd mişar quraşdırılmış yeşik sexində 4,06 m3 həcmində, 308,46 manat dəyərində fıstıq  və vələs cinsli girdə işlik materialı;

-     Göyçay şəhəri Heydər Əliyev prospektində İsmayıl Yaqubova məxsus 200 m2 ərazidə 2 ədəd mişar quraşdırılmış yeşik sexində 4,2 m3 həcmində, 834,80 manat dəyərində, fıstıq  cinsli girdə işlik materialı;

-     Şəmkir rayonu Düyərli kəndində Yaşar Qənbərova məxsus 70 m2 ərazidə yeşik sexində 2 ədəd mişar quraşdırılmış qanunsuz yolla əldə olunmuş 4 m3 həcmində, 795,04 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;

-     Şəmkir rayonu Düyərli kəndində Azər Verdiyev məxsus 50 m2 ərazidə 2 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 4 m3 həcmində, 795,04 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;

-     Şəmkir rayonu Dələr qəsəbəsində Rasim Sadıqova məxsus 40 m2 ərazidə 1 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 1,5 m3 həcmində, 298,16 manat dəyərində fıstıq cinsli girdə işlik material;

-     Tovuz rayonu Qovlar qəsəbəsində Coşqun Binnətova məxsus 20 m2 ərazidə 1 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 1,8 m3 həcmində, 357,76 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;

-     Tovuz rayonu Tovuz çayı sahilində Sarxan Mirzəyevə məxsus 40 m2 ərazidə 1 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 2,3 m3 həcmində, 457,16 manat dəyərində fıstıq cinsli girdə işlik material aşkar edilib.

Aşkar olunmuş faktlar üzrə təqsirkarlar barəsində aktlar tərtib edilib, qanunvericiliyə uyğun qaydada ziyanlar tətbiq olunub və toplanmış sənədlər tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.

Eyni zamanda araşdırmalar zamanı Oğuz və İsmayıllı meşə ərazilərindən qanunsuz yolla əldə olunmuş ağaclardan  kömürün hazırlandığı da  aşkar edilib. Belə ki,  Oğuz rayonu meşə ətrafı Muxas, Padar, Sincan, Xalxalqışlaq, Ərmənət, Tayıflı, Qalıncaq, Çəmənli, Mollalı və Calut kəndlərinin 52 həyətyanı sahəsində ağac kömürü hazırlanması məqsədilə quyuların qazıldığı, qanunsuz yolla əldə edilmiş 217,89 m3  həcmində meşə materiallarından istifadə edildiyi və meşə fonduna 4514,6 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktlarla bağlı tərtib olunmuş sənədlər qanunamüvafiq tədbirlərin görülməsi üçün Oğuz rayon  polis şöbəsinə göndərilib.

Həmçinin Oğuz rayonu Muxas bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində kömür hazırlamaq məqsədilə 84 ədəd quyunun qazıldığı (23 quyuda yandırmaq məqsədilə meşə materialı yığıldığı, 61 quyunun isə hazırlanmış kömürün çıxarıldığından boş olduğu) və təbiətə 2310 manat məbləğində ziyan vurulduğu müəyyən olunub. Bununla bağlı toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Oğuz rayon Prokurorluğuna təqdim edilib.

Nazirliyin əməkdaşları tərəfindən görülən operativ tədbirlər nəticəsində qanunsuz yaradılmış kömür quyuları ləğv edilib, ərazi əvvəlki vəziyyətinə gətirilib və gələcəkdə belə hallara yol verilməməsi üçün Muxas bələdiyyəsinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Reydlər zamanı Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Ahmed Kahveçiyə məxsus “Kissan Parke LTD” müəssisəsinin ərazisinə baxış keçirilərkən palıddan hazırlanmış 40621 m2 reyka və 10000 m2 parket, fıstıqdan hazırlanmış 2500 m2 reyka, 1100 m2 parket və 87 m3 palıd taxtası aşkar edilib. Sexin sahibinin təqdim etdiyi sənədlərdə materialların Rusiya Federasiyasının Krasnodar vilayətindən alındığı göstərilir. Lakin faktı araşdırmağa əlavə ehtiyac olduğundan həmin materialların mənşəyinin müəyyən edilməsi üçün hazırda araşdırmalar davam etdirilir. Həmçinin müəssisənin ərazisində 120 m3 qoz taxtası aşkar edilib. Müəssisədən verilən sənəddə-Oğuz rayonu Xalxal Bələdiyyəsinin sədri Nəriman Ramazanovun və Oğuz rayonu Calud İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Teymur Abbasovun arayışlarına əsasən taxtaların hazırlanmasında istifadə edilən qoz ağaclarının Ərmənəd kənd sakinləri Tükəzban Ramazanovanın, Eyvaz Hüseynovun, Eyvaz Dadaşovun, Calud kənd sakinləri İbrahim İbrahimovun, Eldar Müzəffərovun, Kamil Baxşəliyevin və İsabala Xudumovun həyətyanı torpaq sahələrindən kəsildiyi göstərilir. Lakin ağac materiallarının meşə və ya bələdiyyə ərazilərindəki yaşıllıqlardan qanunsuz əldə edilməsinə şübhələr olduğu üçün müvafiq akt tərtib edilib və hazırda kəsilmiş ağacların kötüklərinin həmin həyatyanı torpaq sahələrində olub-olmaması ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, qanunsuz yolla əldə edilən meşə materiallarından istifadə edilməsinin qarşısının alınması istiqamətində ETSN tərəfindən mütəmadi reydlər keçirilsə də, sahibkarlıq subyektləri olduğundan ağac emalı sexlərində  mütəmadi olaraq monitorinq və araşdırmaların aparılmasına və təqsirkarlar barəsində müvafiq tədbirlərin görülməsinə mövcud qanunvericiliyin tələbləri imkan vermir. Bu məqsədlə sözügedən sexlərdə araşdırmaların aparılması üçün  qanunvericiliyə uyğun qaydada səlahiyyətli orqan olan İqtisadiyyat Nazirliyinə müraciət edilib. Eyni zamanda bütün araşdırma materialları ardıcıl olaraq hüquq-mühafizə orqanlarına göndərilir.

Aparılan reydlər zamanı Nazirliyin əməkdaşları qanunsuz yolla əldə edilmiş meşə materiallarını daşıyan işbazların və bəzi kənd sakinlərinin çox ciddi müqavimətləri ilə üzləşir. Belələri bir tərəfdən böhtan dolu şikayət edir,  şantaj məqsədilə müxtəlif natəmiz şayiələr  yayır, digər tərəfdən ağacların qanunsuz kəsilməsində iştirak edir, qanunsuz yolla əldə olunmuş meşə materiallarından istifadə etməklə kömür hazırlanması fəaliyyəti ilə məşğul olurlar. Ən çox müqavimət də meşə ətrafı kəndlərdə kömür yandırılması ilə məşğul olan şəxslər tərəfindən göstərilir. Onlar hər vəchlə Nazirliyin qanuni şəkildə gördüyü işlərin qarşısını almağa cəhd edirlər.

Hazırda reydlər davam etdirilir.

Qadın evinə çağırdığı ustanı zorladı - FOTO
"Son Zəng" çalındı - FOTOLAR
“Rüstəm İbrahimbəyovun bizi qorxaq və vəhşi obrazda göstərmək arzusu ürəyində qalıb”
Bir insan: 14 gün öpüşür, 25 il yatır... - ARAŞDIRMA/FOTOLAR
Azərbaycanda dəhşət! Ər arvadını "kislata"yla yandırdı - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Kaş ki, bütün bunlar cəmiyyətin də şüurunda demokratik dəyişikliklərə yol açardı...”
Maraqlı
Hər kəs burdan "sonuncu dəfə" tullanır - FOTOLAR
İqtisadiyyat
“Dövlətin sosial evlərlə bağlı birdən-birə belə bir addım atması çətindir, amma...”
Siyasət
Azərbaycan Türkiyə-İsrail münasibətlərində vasitəçi ola bilərmi?
Köşə
25 ildi uymuş yetimə təzədən narkotik yeridəcəklər?..- 7 cümlədə 7dərd
Həftənin ən çox oxunanları
Alpinistlərlə bağlı şok iddia - “Meyitlər şübhəli şəkildə, anidən tapılıb”
"Bu adam görün nə qədər ləyaqətsizdir ki, öz xalqını erməninin ayağına verir"
Bundan sonra manqaldan kənar gəzəcəksiniz: Alimlər kababın yeni təhlükəsini aşkarladılar...
Ərinin dostu tərəfindən aldadılan, həbsxanada uşaq dünyaya gətirən və nəhayət, əfv edilən qadının HƏYAT DRAMI
Korrupsionerin evindən çıxan pullar hamını heyrətləndirdi...- FOTO
"Bu xəyanətinin arxasında köynəyinin altında məharətlə gizlətdiyi paqonlarının "ağırlığı" durur"
Bu baş versə, hamımız yanacağıq - Ərdoğan
"4 bacının tək qardaşı idi..." - Dünən şəhid olan əsgərimizin FOTOSU
“Mən gərək Şuşada qalaydım, orada da öləydim...”- Rəhim Qazıyev
“Xaricdə bank vətəndaşlara, bizdə isə vətəndaşlar banklara yalvarır”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin